Məhkəmə qərarları › İş №1(027)-109/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-109/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-109/2023 18.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1997-ci il tarixdə Quba rayonu Xucbala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, Quba rayonu Xucbala kəndində qeydiyyatda olan, 18 mart 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1997-ci il tarıxdə Quba rayonu Xucbala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Quba rayonu, İspik kəndində qeydiyyatda olan, 18 mart 2023cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri xx xxxxxx 1989-cu ıl tarixdə Quba rayonu İsnov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsili, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu İsnov kəndində qeydiyyatda olmaqla Quba rayonu, İqriq kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə 2022-ci ilin may ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, Xucbala kəndi ərazisində yerləşən. Alpan kəndinə gedən yolun kənarında olan Zərərçəkmiş şəxs1 məxsus “Çinar” adlanan kafenin qapısını sındırma yolu ilə onun içərisinə qanunsuz daxil olaraq oradan 280 manat dəyərində 01 ədəd “Hilton” adlı işıq generatoru, hər birimin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində 10 ədəd bir litrlik “Coca Cola”, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində 10 ədəd iki litrlik “Coca Cola”, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində 10 ədəd bir litrlik “Fanta”, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində 10 ədəd iki litrlik “Fanta”, hər birinin qiyməti 70 qəpik olmaqla 4 manat 20 qəpik dəyərində 6 ədəd balaca “Bizon”, hər birinin qiyməti 1 manat olmaqla 4 manat dəyərində 4 ədəd böyük “Bizon”, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində 10 ədəd bir litrlik “Sprite”, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində 10 ədəd iki litrlik “Sprite”, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində 10 ədəd dəmir qabda “Coca Cola”, hər birinin qiyməti 1 manat 30 qəpik olmaqla 13 manat dəyərində 10 ədəd bir litrlik “Mirinda” içməli su, hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində 20 ədəd “snickers”, hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində 20 ədəd “bounty”, hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində 20 ədəd “mars”, hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində 20 ədəd “Twix”, hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla 46 manat dəyərində 20 ədəd “Nestle şokolad”, hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla 46 manat dəyərində 20 ədəd “Alpen Gold şokolad”, hər birinin qiyməti 2 manat olmaqla 4 manat dəyərində 2 ədəd “Kitkat”, hər birinin qiyməti 1 manat, 50 qəpik olmaqla 9 manat dəyərində 6 ədəd “Rulet”, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 8 manat 40 qəpik dəyərində 6 ədəd “Cudo”, hər birinin qiyməti 3 manat 50 qəpik olmaqla 14 manat dəyərində 4 ədəd “Pricuda” şirniyyatlar, hər birinin qiyməti 10 manat olmaqla 20 manat dəyərində 2 ədəd qəfədan, hər birinin qiyməti 15 manat olmaqla 150 manat dəyərində 10 ədəd dolça, hər birinin qiymət, 10 manat olmaqla 120 manat dəyərində 12 ədəd dəm çayniki, hər birinin qiymıəti 2 manat olmaqla 6 19 manat dəyərində 3 ədəd çəngəl, hər birinin qiyməti 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd qaşıq, hər birinin qiyməti 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd qənd qabı, hər birinin qiyməti 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd kül qabı, hər birinin qiyməti 3 manat olmaqla 54 manat dəyərində 18 ədəd boşqab, hər birinin qiyməti 5 manat olmaqla 15 manat dəyərində 3 ədəd böyük mətbəxt bıçaq, hər birinin qiyməti 60 qəpik olmaqla 4 manat 80 qəpik dəyərində 8 ədəd duz, hər birinin qiyməti 50 qəpik olmaqla 4 manat dəyərində 8 ədəd istiot, hər birinin qiyməti 1 manat olmaqla 8 manat dəyərində 8 ədəd salfetka, hər birinin qiyməti 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd xörək qazanı, 10 manat dəyərində 1 ədəd baltanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1157 manat 40 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən talama məqsədilə 2022-ci ilin may ayının ortalarında tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Quba rayonu Xucbala kəndi ərazisində yerləşən yaşayış olmayan evinin pəncərəsini sındırma yolu ilə oraya qanunsuz daxil olaraq içəridən 200 manat dəyərində 01 ədəd 82 diaqnallı “Samsunq” markalı plazma televizoru, 35 manat dəyərində 01 ədəd su “motoru”, 100 manat dəyərində 01 ədəd samovar, 25 manat dəyərində 01 ədəd DVD aparatı, 20 manat dəyərində 01 ədəd “krosno” aparatını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 380 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən talama məqsədilə 2022-c! ilin may ayının sonlarında tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Müsayib oğluna məxsus Quba rayonu, Xucbala kəndi ərazisində yerləşən yaşayış olmayan bağ evinin pəncərəsini sındırma yolu ilə oraya qanunsuz daxil olaraq içəridən 80 manat dəyərində 01 ədəd benzinlə işləyən odun doğrayan mişarı və 20 manat dəyərində ona aid açar dəsti, hər birinin qiyməti 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd beli gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 120 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən talama məqsədilə 2022-ci liin dekabr ayında bacanağı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus Quba rayonu, isnovqışlaq kəndi ərazisində yerləşən bağ sahəsinə gələrək orada torpağa basdırılmış hər birinin qiyməti 10 manat olmaqla 3500 manat dəyərindəki hasar dirəkləri üçün nəzərdə tutulan 50-lik ölçüdə, 2,40 metr uzunluqda 350 ədəd dəmir boruları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 3500 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə 2022-ci ilin may ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, Xucbala kəndi ərazisində yerləşən, Alpan kəndinə gedən yolun kənarında olan Zərərçəkmiş şəxs1 məxsus “Çinar’ adlanan kafenin qapısını sındırma yolu ilə onun içərisinə qanunsuz daxil olaraq oradan 280 manat dəyərində 01 ədəd “Hilton” adlı işıq generatoru, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində 10 ədəd bir litrlik “Coca Cola” hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində 10 ədəd iki litrlik “Coca Cola”, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində 10 ədəd bir litrlik “Fanta”, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində 10 ədəd iki litrlik “Fanta”, hər birinin qiyməti 70 qəpik olmaqla 4 manat 20 qəpik dəyərində 6 ədəd balaca “Bizon”, hər birinin qiyməti 1 manat olmaqla 4 manat dəyərində 4 ədəd böyük “Bizon”, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində 10 ədəd bir litrlik “Sprite”, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində 10 ədəd iki litrlik “Sprite”, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində 10 ədəd dəmir qabda “Coca Cola”, hər birinin qiyməti 1 manat 30 qəpik olmaqla 13 manat dəyərində 10 ədəd bir litrlik “Mirinda” ıçməiı su, nər oırinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində 20 ədəd snickers”, hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində 20 ədəd “bounty”, hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində 20 ədəd “mars”, hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində 20 ədəd “Twix”, hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla 46 manat dəyərində 20 ədəd “Nestle şokolad”, hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla 46 manat dəyərində 20 ədəd “Alpen Gold şokolad”, hər birinin qiyməti 2 manat olmaqla 4 manat dəyərində 2 ədəd “Kitkat”, hər birinin qiyməti 1 manat, 50 qəpik olmaqla 9 manat dəyərində 6 ədəd “Rulet , hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 8 manat 40 qəpik dəyərində 6 əcıəd “Cudo”, hər birinin qiyməti 3 manat 50 qəpik olmaqla 14 manat dəyərində 4 ədəo “Pricuda” şirniyyatlar, hər birinin qiyməti 10 manat olmaqla 20 manat dəyərində 2 ədəd qəfədan, hər birinin qiyməti 15 manat olmaqla 150 manat dəyərində 10 ədəd dolça, hər birinin qiyməti 10 manat olmaqla 120 manat dəyərində 12 ədəd dəm çayniki, hər birinin qiyməti 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd çəngəl, hər birinin 21 -qiyməti 2 manat olmaqla 6 manat dəyərində 3 ədəd qaşıq hər birinin qiyməti 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd qənd qabı, hər birinin qiyməti 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd kül qabı, hər birinin qiyməti 3 manat olmaqla 54 manat dəyərində 18 ədəd boşqab, hər birinin qiyməti 5 manat olmaqla 15 manat dəyərində 3 ədəd böyük mətbəxt bıçaq, hər birinin qiymən 60 qəpik olmaqla 4 manat 80 qəpik dəyərində 8 ədəd duz, hər birinin qiyməti 50 qəpik olmaqla 4 manat dəyərində 8 ədəd istiot, hər birinin qiyməti 1 manat olmaqla 8 manat dəyərində 8 ədəd salfetka, hər birinin qiyməti 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd xörək qazanı, 10 manat dəyərində 1 ədəd baltanı gizli oiaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1157 manat 40 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən talama məqsədilə 2022-cı ilin may ayının ortalarında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan ©;bir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Quba rayonu Xucbala Kəndi ərazisində yerləşən yaşayış olmayan evinin pəncərəsini sındırma yol.; ilə oraya qanunsuz daxil olaraq içəridən 200 manat dəyərində 01 ədəd 82 diaqnallı “Samsunq” markalı plazma televizoru, 35 manat dəyərində 01 ədəd su “motoru” 100 manat dəyərində 01 ədəd samovar, 25 manat dəyərində 01 ədəd DVD aparan, 20 manat dəyərində 01 ədəd "krosno” aparatını gizli olaraq talamaqla Nədrəli Nə irova ümumilikdə 380 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən talama məqsədilə 2022-ci ilin may ayının sonlarında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Müsayib oğluna məxsus Quba rayonu, Xucbala kəndi ərazisində yerləşən yaşayış olmayan bağ evinin pəncərəsini - ındırma yolu ilə oraya qanunsuz daxil olaraq içəridən 80 manat dəyərində 01 ədəd benzinlə işləyən odun doğrayan mişarı və 20 manat dəyərində ona aid açar dəsti, hər birinin qiyməti 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd beli gizli olaı. q talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 120 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 talama məqsədilə 2022-ci ilin dekabr ayında bacanağı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus Quba rayonu, İsnovqışlaq kəndi ərazisində yerləşən bağ sahəsinə gələrək orada torpağa basdırılmış hər birinin qiyməti 10 manat olmaqla 3500 manat dəyərindəki hasar dirəkləri üçün nəzərdə tutulan 50- lik ölçüdə, 2,40 metr uzunluqda 350 ədəd dəmir boruları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 3500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba rayonu Xucbala kəndində yaşayır. Şahid1 ilə evlidir, bir azyaşlı oğlu var, heç bir yerdə işləmir. 2021-ci ilin oktyabr ayının sonlarında arvadı və azyaşlı oğlu xəstələnmişdir. Onların müalicəsi üçün pula ehtiyacı yaranmış, işsiz olduğundan ailəsinin ehtiyaclarına pul tapmaq məqsədilə fərdi şəxslərin obyektlərinə və evlərinə girib oğurluq etmək qərarına gəlmişdir. 2021-ci ilin oktyabr ayında tanışı Təqsirləndirilən şəxs2lə görüşü zamanı sonuncuya ailəsinin xəstə olmasından danışmış, Elşənə ona kömək etməsi üçün birgə oğurluq etməyi təklif etmişdir. Elşən də razılaşmışdır. 2022-ci ilin may ayının əvvəllərində cecə saat 22-23 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə oğurluq etmək məqsədilə Quba rayonu Xucbala kəndi ərazisində, Alpan kənd yolu kənarında yerləşən “Çinar” adlı kafedə gəlmişlər. Kafenin arxa tərəfindən yaxınlaşmışlar. Ətrafdan adamalrın olmamasından əmin olduqdan sonra o gələn-gdən olarsa məlumat verməsindən ötür Elşəni qapıda saxlamış, özü isə kafenin taxtadan olan giriş qapısına yaxınlaşaraq onu açmaq istəmişdir. Qapı kilidli olduğundan özündə olan vintaçanla qapını aralayıb açmaq üçün Elşəni yanına çağırmışdır. Qapının arasına vintaçanı keçirib Elşənlə birlikdə qapını dartıb açmışlar və kafenin içinə daxil olmuşlar. İçəriyə daxil olduqlarında kafenin rəflərində qab-qacaq dəstləri, yəni çayniklər, iki ədəd qəfədan, stəkanlar, boşqablar, şüşə, su qabları, müxtəlif şirniyyatları götürüb qara rəngli selofan paketlərə doldurub Elşənin köməkliyi ilə çayın kənarına qoymuşlar. Sonra yenidən qayıdıb kafenin o biri otağında olan generatoru götürüb Elşənlə köməkli onun Xucbala kəndində yaşadığı evə aparmışlar. Təxminən 10-15 gün sonra Elşən ona Xucbala kəndində yaşadıqları küçədə Əsralı adlı kişinin yaşayış olmayan evindən pul və satılmalı olan əşyalar ola biləcəyindən orada oğurluq etməyi təklif etmişdir. Onlar birlikdə həmin evdə oğurluq etmək barədə razılaşmışlar. 2022-ci ilin may ayının ortalarında gecə saat 02 radələrində Əsralı adlı kişinin həmin evinin olduğu küçəyə gəlmişlər. Evin darvaza və qapılarının bağlı olduğunu içəriyə hasarı aşmaq yolu ilə girmək qərarına gəlmişlər. Elşən çöldə dayanmış, özü isə evin yan tərəfindən hasarı aşıb oradan həyətə keçmişdir. O evin plastik pəncərəsini özündə olan vitaçanla aralayıb açmış və içəriyə daxil olmuşdur. İçəridəki otaqları gəzmiş, lakin pul tapa bilməmişdir. Həmin vaxt 01 ədəd “Samsung” markalı plazma televizor, 01 ədəd DVD aparatı, 01 ədəd krosna aparatı, 01 ədəd samovar oğurlayıb Elşənin köməkliyi ilə həmin evdən çıxartmış və sonra onları öz evinə aparmışdır. Bir müddət sonra, 2022-ci ilin may ayı axırlarında onun diqqətini Xucbala kəndi ərazisindəki, Çartəpə yolu kənarında yerləşən fəhlə evi kimi tanıdığı bag sahəsində yerləşən yaşayış olmayan ev cəlb etmişdir. Həmin evdə oğurluq etmək barədə Elşənlə danışıb razılaşdıqdan sonra ikisi də oraya getmişlər. Elşən çöldə dayanmış, özü isə həmin evin dəmir hasarın aşıb keçmiş və evin pəncərəsindən içəriyə daxil olmuşdur. Evin zirzəmisində 02 ədəd beli, 01 ədəd benzinlə işləyən odun doğrayan mişarı, onun açarları ilə birlikdə oğurlayıb çıxmışdır. Başqa qiymətli əşya aşkar edə bilməmişdir. Daha sonra, həmin əşyaları Elşənin köməkliyi oradan yaşadığı evə gətirmişlər. O vaxtdan tutulmaqdan qorxub bir müddət oğurluq etməyə fasilə vermişdir. Bundan sonra, 2022-ci ilin dekabr ayının axırlarında Quba rayonu, İqrıq kəndində yaşayan bacanağı Təqsirləndirilən şəxs3 Quba-Bakı yolu kənarında olan kəndlərin ərazisində əkin sahələrindən dəmir boruları oğurlamağı təklif etmişdir. Nemət həmin boruları satıb əldə edilən puldan ona verəcəyinə söz vermişdir. Nemətlə boru oğurluğunda iştirak etmək barədə razılaşmışdır. Sözügedən əkin sahəsinə baxdıqlarında orada heç kimin işləmədiyini və mühafizə olunmadığını müəyyən etmişlər. Beləcə iki gün ardıcıl olaraq oraya gedib borular oğurlayıb az-az daşımışlar. İlk dəfə Nemətin sürdüyü VAZ 2107 markalı maşınında həmin əraziyə getmişlər. Torpağa basdırılmış boruları çıxartmışlar. Onların bir hissəsini Nemətin maşına yükləmişlər və onları Nemətin İqriq kəndində yaşadığı evinə daşıyıb aparmışlar. Qalan torpaqdan çıxardılmış borular isə ərazidə qalmışdır. İkinci dəfə oraya bir gün sonra getmişlər. Bu dəfə Nemət maşını sürməmiş, İzzət adlı həmkəndlisindən xahiş etmişdir ki, maşınını sürsün. Beləcə üçü də birlikdə maşında həmin əkin sahəsi olan yerə gəlmişlər. O və Nemət, bir gün qabaq torpaqdan çıxarıb bir yerə yığdıqları boruları Nemətin maşınına yükləmişlər. Bu zaman İzzət adlı şəxs isə maşında onları gözləmişdir. Boruları yüklədikdən sonra, oradan Nemətin həyətinə gəlib boruları oraya boşaltmışlar. Sonralar Nemət boruların satışından ona 100 manat vermişdir. O Nemətlə birlikdə oğurladıqları boruları saymamış və Nemətin boruları neçəyə satdığını bilməmişdir. O, 2022-ci ilin may ayında Quba rayonu Xucbala kəndi ərazisində yalnız Elşənlə birlikdə oğurluq etmişdir. Həmin oğurluq hadisələrini birinci dəfə Alpan yolu kənarındakı Çinar adlı kafeyə, ikinci dəfə Əsralı deyə çağrılan kişinin yaşayış olmayan evinə və üçüncü dəfə Çartəpə yolu kənarında yerləşən fəhlə evi kimi tanıdığı bağ sahəsində yerləşən yaşayış olmayan evə daxil olmaqla törətmişlər. Bundan başqa bacanağı Nemətin təklifi ilə 2022-ci ilin dekabr ayında Bakı- Quba yolunun kənarındakı bağ sahəsindən dəmir boruların oğurlanmasında iştirak etmişdir. Onun əvvəlcə Elşənlə, sonra Nemətlə törətdiyi oğurluqlarda digər şəxslərin iştirakı və ya məlumatı olmamışdır. Elşən həmin oğurluqlarda yalnız ona köməklik etmiş, əsasən pusquda dayanıb gözləmiş, sonra onunla birlikdə oğurlanmış əşyaları daşımaqla məşğul olmuşdur. Hər oğurluq hadisəsindən qabaq onunla arasında razılıq olmuşdur. Lakin qiymətli heçnə ələ keçirmədiyindən Elşən törətdiyi oğurluqlardan mənfəət əldə etməmişdir. İzzət daşıdıqları boruları oğurlamasından məlumatı olmamış, sonuncu yalnız Nemətin çağırışı ilə onun maşını sürmüş və onlar İzzətə oğurluq borular daşıyacaqlarını deməmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, oğurladığı əşyalar polis şöbəsindədir. Ehtiyacı olduğu üçün oğurluq etmişdir. Əməlindən peşimandır. Cəza təyin edərkən himayəsində azyaşlı uşağın olmasını və zərərçəmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etməsini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba rayonu İspik kəndində pasport qeydiyyatında olsa da Quba rayonu Xucbala kəndində yaşayır. Heç bir yerdə işləmir. 2022-ci ilin may ayında tanışı Təqsirləndirilən şəxs1 ilə kənddə birlikdə söhbət etdiyi zaman sonuncu uşağının xəstə olmasını, pula ehtiyacı olmasını deyərək birlikdə oğurluq edib dolanmağı təklif etmişdir. O da Elşada oğurluq etməyə kömək edəcəyi barədə razılığa gəlmişdir. Elşadın təklifi ilə Quba rayon Xucbala kəndi ərazisindən keçən Alpan kəndi yolunda yerləşən Çinar adlanan kafedən oğurluq etmək qərarına gəlmişlər. Həmin gecə 00:00-01:00 radələrində Elşadla birlikdə piyada gedib həmin kafeyə arxa tərəfdən yaxınlaşmışlar. Elşad ona çöl tərəfdə pusquda durub gözləməyi və gələn olsa ona xəbər etməsini istəmiş, özü isə kafenin qapısını vintaçanla aralayıb içəri daxil olmuşdur. Elşad əvvəl kafedən 02 ədəd torba içərisində çaydan, içkilər, müxtəlif şirniyyatlar, qab-qacaq əşyaları doldurub çıxardıb ona vermişdir. O torbaların içərisində olan əşyaları saymamışdır. Elşad torbaları ona verdikdən sonra yenidən kafeyə girmişdir. İkinci dəfə Elşad kafenin yan tərəfində olan otağa qapıdan içəri daxil olmuş, sonra 01 ədəd benzinlə işləyən işıq generatoru sürütləyərək yanına gətirmişdir. Sonra 02 ədəd torbanı və 01 ədəd generatoru Elşadgilin həyətinə aparıb qoymuşlar. O Elşaddan oğurladıqları əşyalarla nə edəcəyini soruşduqda sonuncu onları satacağını söyləmişdir. Sonradan Elşadın oğurlanmış əşyaları nə etdiyini bilməmişdir. Bir neçə gün sonra Elşad ona Əsralı adlı şəxsin evində yaşayış olmadığını deyərək həmin evdən oğurluqda ona köməklik etməyini xahiş etmişdir. O həmin şəxsin evinə girmək istəməmişdir. Onda Elşad ona pusquda dayanmasını demişdir. O Elşadla Əsralı adlı kişinin evindən birlikdə oğurluq etmək barədə razılaşmışdır. Qabaqcadan danışdıqları kimi o evin ətrafında küçədə dayanmış, Elşad isə evin hasarını aşıb həyətə, oradan da pəncərəni açıb evin içərisinə girmişdir. Elşad oradan 01 ədəd televizor və 01 ədəd kisə içərisi dolu əşyalarla hasara çıxmış, o da Elşada köməklik etmiş, Elşadın evinin yaxınlığına kimi həmin əşyaları daşımışlar. Səhəri gün bilmişdir ki, Elşadın oğurladığı əşyalar DVD aparatı, krosno aparatı, samovar, televizor olmuşdur. Elşad televizoru evinə qoyacağını, qalan əşyaları isə satacağını bildirmişdir. Elşad yenə onunla Xucbala kəndi ərazisindəki, Çartəpə yolu kənarında yerləşən bag sahəsində yerləşən yaşayış olmayan evdə oğurluq etməyi təklif etmişdir. Aralarında içəri yalnız Elşadın girəcəyi, onun isə çöldə gözləyəcəyi barədə razılaşdıqdan sonra ikisi də oraya getmişlər. Həmin vaxt o çöldə dayanmış, Elşad isə evin dəmir hasarın aşıb keçərək evin pəncərəsindən içəriyə daxil olmuşdur. Elşad çölə 02 ədəd bel, 01 ədəd benzinlə işləyən odun doğrayan mişarı çıxartmışdır. Daha sonra, həmin əşyaları da onun köməkliyi ilə oradan Elşadın yaşadığı evə gətirmişlər. O Elşadla heç bir oğurluqda iştirak etməmişdir. Elşadın başqa haradan və nə oğurladığını bilmir. O yalnız üç yerdə oğurluq hadisəsində Elşada kömək etmişdir. Məqsədi isə Elşad oğurladıqları əşyalardan satıb xəstə uşağının müalicəsinə pul əldə etməsi olmuşdur. Oğurlanmış əşyalardan özünə heç bir əşya çatmamış və həmin əşyaların satılmasında əldə olan pul vəsaitindən də Elşad ona heç nə verməmişdir. O Elşadın bacanağı Təqsirləndirilən şəxs3lə dəmir borular oğurlaması barədə də heçnə bilmir və oğurluqda iştirak etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etməsini bildirib məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, göstərdi ki, o, Quba rayonu İsnov kəndində qeydiyyatda olsa da Quba rayonu, İqrıq kəndində yaşayır. Evlidir, iki azyaşlı uşağı vardır. Dəmirçilik etməklə fərdi əmək fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 2022-ci ilin dekabr ayında pula ehtiyacı yaranmış, 2022-ci ilin dekabr ayında çoxdandır ki, Quba rayonu İsnovqışlaq kəndi ərazisində Bakı-Quba yolunun kənarında bir bağ sahəsində gördüyü dirək şəklində torpağa basdırılmış təxmini hündürlüyü 2,40 metr, dairəvi ölçüsü isə 50-lik dəmir boruların oğurlayıb satmaq qərarına gəlmişdir. O bu barədə Quba rayon Xucbala kəndində yaşayan bacanağı Təqsirləndirilən şəxs1 ilə danışmış və onunla həmin dəmir boruları oğurlayıb satmaq barədə razılığa gəlmişdir. Həmin gün gecə vaxtı idarə etdiyi VAZ-2107 markalı avtomaşınında Elşadla həmin dəmir boruların Quba rayonu İsnovqışlaq kəndində olduğu sahəyə getmişlər. Sahənin açıq və mühafizəsiz olduğundan sitifadə edərək, Elşadla birlikdə həmin dəmir boruları torpaqdan çıxartmışlar. Boruların bir hissəsini maşının baqaj hissəsinə yükləmişlər. Qalanları orada qalmışdır. Yüklədikləri dəmir boruları isə yaşadığı Quba rayonu, İqrıq kəndindəki həyətinə gətirib boşaltmışlar. Bir gün sonra sahədə qoyduqları boruları götürmək üçün yenə sahəyə getmişlər. Lakin bu dəfə kömək üçün tanışı Şahid3 kömək istəmişlər. Belə ki, o və Elşad həmin boruları daşıyıb İzzətin maşınına yükləmiş, İzzət isə yalnız maşınla onları həyətinə gətirmişdir. Həmin vaxtdan oğurladıqları dəmir boruları 5-6 gün sonra satmaq üçün əvvəllər Quba rayonu Nərimanabad kəndi ərazisində bağında fəhlə işlədikləri Elmar adlı tanıdığı şəxsə zəng etmişlər. Danışıq zamanı Elmar Quba rayonu Paşaoba kəndində yerləşən bağına dəmir borular lazım olduğunu və aparıb bağ sahəsinə boşaltmağı və pulunu da həmin bağ sahəsində verəcəyini bildirmişdir. Gündüz vaxtı Elşadla yenə oğurladıqları dəmir boruların bir hissəsini avtomaşınına yükləyib Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən Elmar adlı şəxsə məxsus bağ sahəsinə getmişlər və dəmir boruları bağ sahəsinin kənarına içəri tərəfə boşaltmışlar. Bir neçə saat sonra Elmar özü də bağ sahəsinə gəlmişdir. Elmar onlardan boruların oğurluq olub-olmasını soruşmuş, onlar isə oğurluq olmadığını bildirmişlər. O Elmardan başqa sonralar yerdə qalan dəmir boruları da hissə-hissə tanmadığı şəxslərə satmışdır. Təxminən 20-25 ədəd dəmir borunu isə tikdiyi evin zirzəmi hissəsinə qoyub üstünə beton töküb bərkitmə işləri də aparmışdır. Bundan başqa o Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs4 Quba rayonu İsnovqışlaq kəndi ərazisində yerləşən bağ sahəsindən təxminən 250-300 ədəd arasında dəmir boru çıxarıb oğurlamışdır. Həmin oğurladıqları dəmirlərdən 300 manata qədər pul əldə etmişlər və pulları da Elşadla bölüşmüşlər. O yalnız bacanağı Elşadla birlikdə oğurluq barədə qabaqcadan danışdığı kimi Zərərçəkmiş şəxs4 bağ sahəsinə gedib orada boruların hamısını basdırılmış torpaqdan çıxartmışlar. Lakin onları həmin sahədən 2 dəfəyə daşımışlar. İlk olaraq oraya Elşadla getmişdir. Lakin maşını sürüb boruları evinə daşıyan zaman yorulduğu üçün İzzətdən maşını sürməsini xahiş etmişdir. İzzətə oğurluq borular daşıdıqlarını deməmişlər. İzzət onların oğurluğa getdiklərini bilməmiş və oğurluqdan xəbəri olmamışdır. Elmar adlı şəxsə satdıqları boruların pulu da 100 manat olmuş və Elşadla yarı bölüşmüşlər. Elşadla yalnız Zərərçəkmiş şəxs4 bağ sahəsindən dəmir boruları oğurlamışdır. Başqa oğurluqlarda olmamışdır. Elşadın Elşən adlı tanışı ilə əvvəl Quba rayon Xucbala kəndində Alpan yolu kənarında yerləşən “Çinar” adlı kafedən generator, şirniyyat və içki məhsulları, qab-qacaq və çayniklərin oğurlanmasını bilmişdir. Çünki Elşad oğurladığı generatoru 100 manata ona satmışdır. Elşadın bundan başqa yaşadığı Quba rayonu Xucbala kəndində Əsralı adlı şəxsin evindən televizor, DVD aparatı, krosna aparatı, samovar və Çartəpə yolunda yerləşən bağ evindən benzinlə işləyən odun doğrayan mişar və başqa əşyalar oğurlamasını da Elşadın özündən eşitmişdir. İdafəsinin sonunda Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini və ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan tam ödənildiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, 2022-ci ilin əvvəllərində Quba rayonu Xucbala kəndində ərazisində yerləşən və Alpan kəndinə gedən yolun kənarında olan yerdə ərazini icarəyə götürüb orada “Çinar” adlı kafe açmışdır. 2022-ci ilin may ayında (ayın tarixini xatırlamır) səhər vaxtı kafeyə gəldiyində görmüşdür ki, kafenin taxta materialdan olan qapısı sındırılaraq açılmışdır. Onun içindəki rəflərdə içkilər, şirniyyat məhsulları, çoxlu sayda qab-qacaq əşyaları və işıq generatoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb aparılmışdır. O həmin əşyaların kimin tərəfindən oğurlanmasını öyrənmək üçün bır müddət həmin oğruları özü axtarmışdır. Oğurluq edən şəxsin bir gün həmin əşyaları qaytaracağını düşünərək heç bir rəsmi dövlət orqanına şikayət etməmişdir. 2023-cü ilin mart ayının əvvəllində Quba rayonu Xucbala kəndində oğurluqlar edən şəxslərin tutulması xəbərini eşitmişdir. Həmin şəxslərin ona məxsus kafedə də oğurluq edə biləcəklərini düşünərək Quba rayon polis şöbəsinə gedib oğurluq barədə ərizə vermişdir. İlkin araşdırma aparılan müddətdə bilmişdir ki, işlətdiyi kafedən oğurluq etmiş şəxslər Quba rayonu Xucbala kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dir. O həmin şəxsləri şəxsən tanımır. Onun işlətdiyi “Çinar" adlı kafedə olan bütün oğurlanmış əşyalar özünə məxsus olmuşdur. 01 ədəd işıq generatorunun qiyməti 470 manat idi, onu təzə almışdı. Şirniyyat və içkilərin dəyəri 380 manat, qab-qacaqlar isə dəyəri 300 manat idi. Oğurluq nəticəsində ona vurulmuş maddi ziyanın məbləğini 1150 manat qiymətləndirmişdir. Oğurlanmış əşyaların sayı və miqdarını dəqiqişdirdikdə kafesindən 10 ədəd bir litrlik "Coca Cola”, 10 ədəd iki litrlik “Coca Cola", 10 ədəd bir litrlik “Fanta”, 10 ədəd iki litrlik “Fanta”, 6 ədəd balaca “Bizon”, 4 ədəd böyük “Bizon”, 10 ədəd bir litrlik “Sprite”, 10 ədəd iki litrlik “Sprite”, 10 ədəd dəmir qabda “Coca- Cola”, 10 ədəd bir litrlik “Mirinda” su içkilərinin, 20 ədəd "snickers", 20 ədəd “bounty”, 20 ədəd "mars”, 20 ədəd “Twix”, 20 ədəd "Nestle şokolad”, 20 ədəd “Alpen Gold şokolad”, 2 ədəd “Kitkat”, 6 ədəd “Rulet”, 6 ədəd “Cudo”, 4 ədəd “Pricuda” şirniyyatların, 2 ədəd qəfədan, 10 ədəd dolça, 12 ədəd dəm çayniki, 3 ədəd çəngəl, 3 ədəd qaşıq, 10 11 ədəd qənd qabı, 10 ədəd kül qabı, 18 ədəd boşqab, 3 ədəd böyük mətbəxt bıçaq olan qabqacaqların, həmçinin 8 ədəd duz, 8 ədəd istiot. 8 ədəd salfetka, 2 ədəd xörək qazanı və 1 ədəd baltanın oğurlandığını da müəyyən etmişdir. 08 ədəd duzun hər birinin qiyməti 60 qəpik olmaqla 4 manat 80 qəpik, 08 ədəd istiotun hər birinin qiyməti 50 qəpik olmaqla 4 manat, 08 ədəd salfekanın hər birinin qiyməti 1 manat olmaqla 8 manat, 02 ədəd xörək qazanının hər birinin qiyməti 40 manat olmaqla 80 manat, 01 ədəd baltanın isə 10 manat olaraq qiymətləndirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan tam ödənildiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Quba rayonu Xucbala kəndi ərazisində mərhum əmisi X1 ona qalmış bir mərtəbəli yaşayış evi vardır. Əmisi Əmrəli kənddə və ailədə Əsralı deyə çağrılardı. Təxminən 6-7 ildir ki, həmin evdə yaşayış yoxdur. Çünki, mərhum əmisinin uşaqları Bakı şəhərində yaşayırlar. Həmin ev ona tapşırıldığından ona nəzarət edir, öz mülki kimi baxır və arada gedib evi yoxlayır. Sonuncu dəfə 2022-ci ilin aprel ayının əvvəllərində evə baxmışdır. Lakin içəriyə girməyib göz gəzdirib getmişdir. Oraya baxdıqda görmüşdür ki, evin pəncərəsi aralı vəziyyətdədir. İçəridən 01 ədəd “Samsunq” markalı plazma televizor, 01 ədəd su nasosu, 01 ədəd samovar, 01 ədəd DVD aparatı, 01 ədəd krosno aparatı yoxdur, onları oğurlamışlar. Evdən oğurlanmış bütün əşyalar onun özünə məxsus olmuşdur. Ümumilikdə ona 1100 manat məblğində ziyan vurulmuşdur. Evdən həmin əşyaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayıb aparmışlar. İş üzrə Zərərçəkmiş şəxs3 Musayib oğlu məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan tam ödənildiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 Musayib oğlunun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, onun Quba rayonu Xucbala kəndi ərazisində, çartəpə yolu kənarında mövsümi olaraq əkin-biçinlə məşğul olduğu 0,50 ha-lıq torpaq sahəsi vardır. O həmin sahədə tərəvəz məhsulları yetişdirir. Sahədə qarvul kimi qalmaq istifadə edilən köhnə tikilidə olan 4X5 ölçüsündə yaşayış olmayan evi vardır. Evin ətrafı “dəmir setkalı” hasara alınmışdır və qıfılla bağlanırdı. 2022-ci ilin may ayında sahəyə gəldiyində görmüşdür ki, evin pəncərəsi sındırılmışdır. İçəriyə baxdıqda içərisində açar dəstləri olan 150 manat dəyərində 01 ədəd benzinlə işləyən odun doğrayan mişar və cəmi 20 manat dəyərində 02 ədəd bel yoxdur, onları oğurlamışlar. O həmin əşyaların kimin tərəfindən oğurlanmasını öyrənmək üçün bir müddət oğruları özü axtarmışdır. Ona görə də heç bir dövlət orqanına şikayət etməmişdir. 2023-cü ilin mart ayının əvvəllində Quba rayonu Xucbala kəndində oğurluq edən şəxslərin tutulması xəbərini eşitmişdir. Həmin şəxslərin ona məxsus evdə oğurluq edə biləcəklərini düşünərək Quba rayon polis şöbəsinə gedib oğurluq barədə ərizə vermişdir. Sonralar polis şöbəsindən öyrənmişdir ki, evdən həmin əşyaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayıb aparmışlar. Onun oğurlanmış mişarının çoxlu sayda açarları vardır. O həmin açar dəstini 20 manatdan alıb əldə etmişdir. Açarlarının qiymətinin mişara aiddiyyəti yoxdur. Açar dəstini o ayrıca əldə etmişdir. Ümumilikdə onun həmin evinə 190 manat məbləğində ziyan vurulmuşdur. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan tam ödənildiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, onun Quba rayonu, İsnovqışlaq kəndi ərazisində kənd təsərüfatı təyinatlı torpaq sahəsi vardır. Ərazisində 50-lik ölçüdə və 2,40 metr hündürlükdə olan torpağa basdırılmaq və hasarlamaq üçün nəzərdə tutulan dəmir boruları var idi. Həmin torpaq sahəsindən mövsümi olaraq istifadə edir. Bir qayda olaraq qış mövsümündə həmin sahəyə getmirdi 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayına kimi torpaq sahəsində olmamışdır. 2023-cü ilin mart ayının əvvəllərində sahəyə baş çəkdiyində sahədə təxminən 250 ədəd sayında 50-lik boruların torpaqdan çıxarılaraq oğurlanıb aparıldığını müşahidə etmişdir. Bununla əlaqədar o, 05 mart 2023-cü il tarixdə Quba rayon polis şöbəsinə gedib oğurluq barədə məlumat vermişdir. Şikayət edəndə əvvəlcə elə bilirdi ki, sahədən 250 ədəd sayda dəmir boru oğurlanıb. O şikayət etdikdən sonra oğurlanmış dəmir borularının sayını dəqiqləşdirdikdə bilmişdir ki, əslində sahədən 250 ədəd deyil, 350 ədəd dəmir boru oğurlanmışdır. Ona ümumilikdə 5500 manatdan cox maddi ziyan dəymişdir. Sonralar ona məlum olmuşdur ki, boruları bir-birilə qohum olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 adlı şəxslər oğurlayıb aparmışlar. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, Təqsirləndirilən şəxs1 onun əridir. Hazırda Elşaddan ayrılmış və onunla boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Evli olduqları dövrdə Elşad işləməmiş, ailəyə baxmamışdır. 2022-ci ilin may ayında Elşad tez-tez evə müxtəlif cür əşyalar gətirməyə başlamışdır. Elşad ona yalandan evə gətirdiyi əşyaların ona kimsə tərəfindən verildiyini bildirmişdir. İlk dəfə Elşad evə böyük və balaca litrlərdə “Coca Cola", “Fanta”, “Bizon”, Sprite”, “Mirinda” adlı içkilər, “snickers”, “bounty”, “mars”, “Twix”, “Nestle”, “Aipen Gold”, “Kitkat”, “Rulet”, “Cudo”, “Pricuda” şirniyyatları, qəfədan, dolça, dəm çayniki, çəngəl, qaşıq, qənd qabı, kül qabı, boşqab, mətbəxt bıçağından ibarət qab-qacaqları, həmçinin duz, istiot, salfetka, xörək qazanından ibarət olan əşyaları gətirmişdir. Onlar içkiləri, şirniyyatları yeyib istifadə etmişlər. Bir neçə gündən sonra ikinci dəfə Elşad evə 82 diaqanallı “Samsunq” markalı plazma televizor, su motoru, samovar, DVD aparatı, “krosno” aparatı gətirmişdir. Bu dəfə Elşadın onları oğurlaya bilməsindən şüphələnmişdir. Onunla danışdıqda Elşad Təqsirləndirilən şəxs2lə birlikdə bundan qabaq evə gətirdiyi içkiləri, şirniyyatları və qab-qacaqları Alpan yolu kənarındakı kafedən, ikinci dəfə isə evə gətirdiyi televizor və digər əşyaları Əsralı adlı şəxsin yaşayış olmayan evindən oğurladığını etiraf etmişdir. 2022-ci ilin may ayının axırlarında üçüncü dəfə Elşad evə benzinlə işləyən odun doğrayan mişar, ona aid açar ləvazimatı və iki ədəd bel gətirdikdə həmin əşyaların da Elşadın həmkəndlisi Elşənlə birlikdə Çartəpə yolu kənarında olan bağ evindən oğurladığını bilmişdir. Elşadın daha haralarda oğurluq etməsini bilməmişdir. 06 fevral 2023-cü il tarixdə evdə olarkən Elşad onu əri Nemətlə yaxınlıq edib xəyanət etməkdə onu günahlandırmış, bu zaman aralarında mübahisə yaranmış və Elşad onu döymüşdür. Daha sonra onun şikayəti əsasında Quba RPŞ-nin əməkdaşları tərəfindən Elşad tutularaq Quba rayon məhkəməsinin qərarı ilə inzibati qayda da həbs edilmişdir. Həmin vaxt o Elşadın Quba rayonu Xucbala kəndi ərazisindəki oğurluqları barədə polisləri məlumatlandırmışdır. Elşadın oğurluq törətdiyi bütün cinayətləri də açılmışdır. Onun əri Təqsirləndirilən şəxs1 oğurluq əməllərinə heç bir aidiyyəti yoxdur. O, oğurluqda da iştirak etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ərizə təqdim edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə əlavələrin olmamasını bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Quba rayonu, Paşaoba kəndi ərazisində kənd təsərüfatı təyinatlı 1,6 ha-lıq torpaq sahəsi var. O sahənin ətrafını hasarla əhatə etmək məqsədilə dirək basdırmaq üçün satılıq dəmir borular axtarmışdır. 2022-ci ilin dekabr ayında əvvəldən tanıdığı Təqsirləndirilən şəxs3 ona zəng edərək satılıq dəmir boruları oduğunu bildirmişdir. Cavabında Nemətə bağına həqiqətən də dəmir borular lazım olduğunu, onları aparıb bağ sahəsinə boşaltmağı və pulunu da həmin bağ sahəsində verəcəyini bildirmişdir. Sonra Elşad adlı bacanağı ilə birlikdə Nemət, özünün sürdüyü VAZ 2107 markalı maşında 20 ədəd 50-lik dəmir boruları onun Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən bağ sahəsinə gətirib boşaltmışlar. O öz sahəsinə gəlib həmin borulardan ötrü Nemətgilə 150 manat ödəmişdir. Sahəsinə gətirilmiş həmin boruların oğurluq olub-olmasını Nemətgildən soruşanda, ona boruların özlərinə məxsus olmasını və oğurluq olmadığını bildirmişlər. O satın aldığı boruların oğurluq olduğunu bilməmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, Quba rayonu, İqriq kəndində yaşayır. Təqsirləndirilən şəxs3 5-6 aya yaxındır tanıyır. Sonuncu onların kəndə təzə gəlib ev tikib yaşayır. Onunla münasibəti normaldır. 2022-ci ilin dekabr ayının ortalarında Nemət ona demişdir ki, “gəl mənim avtomaşınımı sür gedək Bakı yolu kənarındakı əkin sahəsinə. Oradan dəmirlər gətirilməlidi. Onları yükləyək. Sonra qaytarıb bizi gətirərsən”. Həmin vaxt yanında Nemətin Elşad adlı bacanağı da olmuşdur. O Nemətin “VAZ 2107” markalı avtomaşını idarə edərək onları Bakı yoluna gətirmiş, Nemət ona yolu başa saldıqca maşını Quba rayonu İsnovqışlaq kəndində yerləşən əkin sahəsi olan yerə sürmüşdür. Beləcə avtomaşınla həmin bağ sahəsinin kənarına gəlmiş, Nemətlə bacanağı Elşad avtomaşına dəmir borular yükləmişlər və oradan yenidən qayıdıb Quba rayonu, İqrıq kəndinə Nemətin evinin qapısına gəlmişlər. O avtomaşını saxlayıb oradan evinə piyada getmişdir. Onun həmin sahədən oğulanmış dəmir boruların oğurluq olmasından xəbəri olmamış və Nemətgillə birlikdə avtomaşın sürüb getməyinə görə ona zəhmət haqqı verilməmişdir. O oğurluq etməmiş və həmin hadisədə mənfəəti olmamışdır. Nemətlə Elşadın oğurluq etməsində sonuncularla cinayət əlaqəsi, əlbirliyi və cinayətdə iştirakı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 - hər birinin ayrıayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəməəmtəəşunaslıq ekspertizasının rəyi, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-əmtəəşünaslıq ekspertizası) 25 aprel 2023-cü il tarixli 9/2369 nömrəli ekspert rəyindən görünür ki, 2022-ci ilin may ayına olan dövrə 33 adda malların (10 ədəd bir litrlik “Coca Cola” hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində, 10 ədəd iki litrlik “Coca Cola” hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində, 10 ədəd bir litrlik “Fanta”, hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində, 10 ədəd iki litrlik “Fanta” hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində, 6 ədəd balaca “Bizon” hər birinin qiyməti 70 qəpik olmaqla 4 manat 20 qəpik dəyərində, 4 ədəd böyük “Bizon” hər birinin qiyməti 1 manat olmaqla 4 manat dəyərində, 10 ədəd bir litrlik “Sprite” hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində, 10 ədəd iki litrlik “Sprite” hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla 21 manat dəyərində, 10 ədəd dəmir qabda “Coca-cola” hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 14 manat dəyərində, 10 ədəd bir litrlik “Mirinda” içməli su hər birinin qiyməti 1 manat 30 qəpik olmaqla 13 manat dəyərində, 20 ədəd “snickers” hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində, 20 ədəd ‘bounty” hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində, 20 ədəd “mars’ hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində, 20 ədəd “Twix” hər birinin qiyməti 90 qəpik olmaqla 18 manat dəyərində, 20 ədəd “Nestle şokolad” hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla 46 manat dəyərində, 20 ədəd “Alpen Gold şokolad” hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla 46 manat dəyərində, 6 ədəd “Cudo” hər birinin qiyməti 1 manat 40 qəpik olmaqla 8 manat 40 qəpik manat dəyərində, 4 ədəd “Pricuda” hər birinin qiyməti 3 manat 50 qəpik olmaqla 14 manat dəyərində, 2 ədəd qəfədan hər birinin qiyməti 10 manat olmaqla 20 manat dəyərində, 12 ədəd dəm çayniki hər birinin qiyməti 10 manat olmaqla 120 manat dəyərində, 3 ədəd çəngəl hər birinin qiyməti 2 manat olmaqla 6 manat dəyərində, 3 ədədqaşıq hərbirinin qiyməti 2 manat olmaqla 6 manat dəyərində, 10 ədəd qənd qabı hər birinin qiyməti 3 manat olmaqla 30 manat dəyərində, 10 ədəd kül qabı hərbirinin qiyməti 3 manat olmaqla 30 manat dəyərində, 18 ədəd boşqab hər birinin qiyməti 3 manat olmaqla 54 manat dəyərində, 3 ədəd böyük mətbəxt bıçaq hər birinin qiyməti 5 manat olmaqla 15 manat dəyərində, 1 ədəd baltanı 10 manat dəyərində, 01 ədəd 82 diaqnallı “Samsunq” markalı plazma televizoru 200 manat dəyərində, 01 ədəd su “motoru” 35 manat dəyərində, 01 ədəd DVD aparatı 25 manat dəyərində, 01 ədəd “krosno” aparatı 20 manat dəyərində, 01 ədəd benzinlə işləyən odun doğrayan mişar 80 manat dəyərində, 02 ədəd bel hər birinin qiyməti 10 manat olmaqla 20 manat dəyərində) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 1127,60 manat, 350 ədəd 50-lik ölçüdə 2,40 metr hündürlükdə dəmir borular (hər birinin qiyməti 10 manat olmaqla 3500 manat dəyərində) orta bazar qiyməti 3500 manat olaraq müəyyən edilmişdir. digər 11 adda mallar (2 ədəd “Kitkat” hər birinin qiyməti 2 manat olmaqla 4 manat dəyərində, 6 ədəd ‘Rulet” hər birinin qiyməti 1 manat, 50 qəpik olmaqla 9 manat dəyərində, 10 ədəd dolça hər birinin qiyməti 15 manat olmaqla 150 manat dəyərində, 8 ədəd duz hər birinin qiyməti 60 qəpik olmaqla 4 manat 80 qəpik dəyərində, 8 ədəd istiot hər birinin qiyməti 50 15 qəpik olmaqla 4 manat dəyərində, 8 ədəd salfetka hər birinin qiyməti 1 manat olmaqla 8 manat dəyərində, 2 ədəd xörək qazanı hər birinin qiyməti 40 manat olmaqla 80 manat dəyərində, 01 ədəd samovar 100 manat dəyərində, odun doğrayan mişara aid açar dəsti 20 manat dəyərində) haqqında məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə yeni ittiham elan olunmuş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri lə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə yeni ittiham elan olunmuş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 32,1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respubikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respubikası CM-nin 177.2.1 və 307.1 -ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə 8 ədəd duz hər birinin qiyməti 60 qəpik olmaqla 4 manat 80 qəpik dəyərində, 8 ədəd istiot hər birinin qiyməti 50 qəpik olmaqla 4 manat dəyərində, 8 ədəd salfetka hər birinin qiyməti 1 manat olmaqla 8 manat dəyərində, 2 ədəd xörək qazanı hər birinin qiyməti 40 manat olmaqla 80 manat dəyərində, odun doğrayan mişara aid açar dəsti 20 manat dəyərində, 01 ədəd işıq generatoru 20 manat dəyərində olan kimi hesablanmış, cəmi oğurlanmış əşyaların ümumi dəyəri isə 5157 manat 40 qəpik məbləğində qəbul edilmişdir. araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş 21 ədəd dəmir boru, nasaz vəziyyətdə olan 01 ədəd “Samsunq” markalı plazma televizor, 01 ədəd DVD aparatı, 01 ədəd “krosno” aparatı, 01 ədəd samovar və 02 ədəd bel iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, həmçinin maddi sübut olaraq tanınmış 01 ədəd odun - mişarın Zərərçəkmiş şəxs3 Musayib oğluna və 01 ədəd işıq Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şahid, şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdikləri ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və cinayət işinə əlavə edilmiş digər rəsmi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə ittiham elan olunmuşdur; - “təqsirləndirilən şəxsə yeni ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni ittiham elan olunmuşdur; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-15/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 mart 2023-cü il tarixdən hesablanmışdır; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-39/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-109/2023 saylı hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Xucbala kəndində yaşayır və onun arvadı Şahid1 və oğlu X4 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 yaşayış yer üzrə müsbət xarekterizə olunur. - elektron məhkəmə sisteminin şəxsi məlumatlar bölməsindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2020-ci il təvəllüdlü X9 var. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini, gənc olmasını, himayəsində bir azyaşlı uşağın olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Eyni zamanda, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - “şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhələr kifayət qədər təqsirini tapmadığından Təqsirləndirilən şəxs2 saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad edilmişdir; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur; - “təqsirləndirilən şəxsə yeni ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni ittiham elan olunmuşdur; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-16/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 mart 2023-cü il tarixdən hesablanmışdır; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-38/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-109/2023 saylı hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin 08 fevral 2017-ci i! tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuşdur. Hazırda məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın İspik İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, İspik kəndində qeydiyyatda olsa da, həmin ərazidə yaşamır; Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Həmçinin, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur; - “təqsirləndirilən şəxsə yeni ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yeni ittiham elan olunmuşdur; - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın Zərqava İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayonu, İsnov kəndində qeydiyyatda olmaqla, Quba şəhəri, İqriq kəndində yaşayır və onun atası X5, anası X6, arvadı X7, oğlu X10 və X3 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; - nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrin və doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 X7 ilə evlidir və birgə nikahdan X10 və X8 adlı uşaqları var. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini, gənc olmasını, himayəsində bir azyaşlı uşağın olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 18 mart 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 08 (səkkiz) ay təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək və 18 mart 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 08 (səkkiz) ay 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübüt kimi tanınmış 21 ədəd dəmir boru sahibi Zərərçəkmiş şəxs4, nasaz vəziyyətdə olan 01 ədəd “Samsung” markalı plazma televizor, 01 ədəd DVD aparatı, 01 ədəd “krosno” aparatı, 01 ədəd samovar sahibi Zərərçəkmiş şəxs2 və 02 ədəd bel sahibi Zərərçəkmiş şəxs3 Müsayib oğluna qaytarılmalı, 01 ədəd odun doğrayan mişar sahibi Zərərçəkmiş şəxs3 Müsayib oğluna və 01 ədəd işıq generatorun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 18 mart 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 08 (səkkiz) ay təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək və 18 mart 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 08 (səkkiz) ay 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt kimi tanınmış 21 ədəd dəmir boru sahibi Zərərçəkmiş şəxs4, nasaz vəziyyətdə olan 01 ədəd “Samsung” markalı plazma televizor, 01 ədəd DVD aparatı, 01 ədəd “krosno” aparatı, 01 ədəd samovar sahibi Zərərçəkmiş şəxs2 və 02 ədəd bel sahibi Zərərçəkmiş şəxs3 Müsayib oğluna qaytarılsın, 01 ədəd odun doğrayan mişar sahibi Zərərçəkmiş şəxs3 Müsayib oğluna və 01 ədəd işıq generatorun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22). Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar