Məhkəmə qərarları › İş №1(027)-11/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-11/2020

27.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-11/2020 27.02.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X11 oğlunun, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçilər Müdafiəçi1 və X1 iştirakları ilə xx.xx.1975-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə xx.xx.1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Quba şəhəri, Ə.Nərimanov küçəsi, ev 156 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 2019-cu ilin avqust ayının əvvəllərində Quba şəhər sakini Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,242 qram qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib ondan 0,029 qram çəkidə üzərində gəzdirərək, qalan hissəsini isə yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətindəki toyuq hininin şiferinin alt hissəsində gizlədərək saxlamiş, xx.xx.2019-cu il tarixdə saat 00:15 radələrində Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtariş tədbirləri nəticəsində Quba şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq üzərinə şəxsi axtanş keçirilərkən əynində olan qara rəngli uzunqol köynəyinin sol döş cibindən göy rəngli “Veqas” markalı siqaret qutusunun sellofan üzlüyünün içindən iki ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi 0,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra həmin tarixdə saat 00:30 radələrində Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış keçrilərkən evin həyətindəki toyuq hininin şiferinin alt hissəsindən bir ədəd “Sobranie" markalı siqaret qutusunda 25 ədəd siqaret kağızı bükümlərində şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,528 qram, bir ədəd “Kent” markalı siqaret qutusunda isə 29 ədəd siqaret kağızı bükümlərində şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,685 qram, ümumilikdə 1,242 qram həmin narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi iiə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 1,498 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib saxlayaraq həmin heroindən 55 ədəd siqaret kağızı bükümlərində olan cemi 1,242 qramı 2019-cu ilin avqust ayının əvvəllərində 200 (iki yüz) manat məbləğində pul müqabilində tanışı, Təqsirləndirilən şəxs1 satmış, qalan 0,256 qram heroini eyni məqsədlə yaşadığı evdə saxlamış, xx.xx.2019-cu il tarixdə saat 17:00-da Quba RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 4 ünvanında yerləşən evində axtarış keçirilərkən qonaq otağındakı divanın altlıq baza hissəsində boz rəngli tibbi yardım çantasının içindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan həmin heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa melum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,513 qram olan dövriyyəsi qadağan edilməklə psixotrop maddə hesab olunan metamfetamin əldə edib yaşadığı evdə saxlamış, xx.xx.2019-cu il tarixdə saat 17:00-da Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında yaşadığı ünvan 4 ünvanında yerləşən evində keçirilən axtarış tərbiri zamanı qonaq otağındakı divanın altlıq baza hissəsində boz rəngli tibbi yardım çantasının içindən ayrıayrılıqda 0,395 qram və 0,118 qram olan iki ədəd sellofan kəsiyi bükümündə olan həmin psixotrop maddə hesab olunan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 00:15 radələrində Quba şəhəri, M.F.Axundov küçəsi ilə yaşadığı evə doğru köhnə avtovağzal istiqamətində piyada hərəkət edən zaman tanımadığı, özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşaraq onun narkotik vasitələrin istifadəsi, satışı və saxlanmasında əməliyyat məlumatına əsasən şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. O, da, buna razılıq vermiş, üzərinə vəkilin də, iştirakları ilə şəxsi axtarış keçirilərkən əşyaları, yəni bir ədəd cib dəsmalını, bir ədəd ağ rəngli alışqanı, 20 manat pulu və əynindəki qara rəngli uzunqol köynəyin sol döş cibindən bir ədəd “Veqas” markalı siqaret qutusunu təqdim etmişdir. Siqatet qutusunun içərisindəki sellofan üzlüyün içindən iki ədəd siqaret kağızı bükümü aşkar edildikdə ondan həmin bükümlərin nə olduğu soruşulmuş və o, da, həmin bükümlərin içindəkinin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik maddələri beş gün əvvəl rayon sakinləri Xalid və Sadiq adlı şəxslərdən aldığını bildirmiş, kütlələr elektron tərəzidə ölçülmüş və bükümlə birlikdə ümumi çəkiləri 0,1 qram olması müəyyən edilmişdir. Sonradan isə həmin kütlələr qablaşdırılaraq ağ rəngli zərfə qoyularaq möhürlə möhürlənmiş, sonra isə ondan məhkəmə qərarına əsasən yaşadığı evə baxış keçiriləcəyi izah edilmiş və o, buna etiraz etməyərək birlikdə yaşadığı evinə getmişlər. Evinin həyətinə baxış zamanı toyuq hininin şiferinin altından iki ədəd siqaret qutusu və bir ədəd elektron tərəzi aşkar edilmiş. Ağ rəngli “Sobrenie” siqaret qutusunun içərisində 25, göy rəngli “Kent” siqaret qutusunun içərisində isə 29 ədəd kiçik siqaret kağızı bükümləri, içərisində narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümləri də, Sadiq və Xalid adlı şəxslərdən qeyd etdiyi gün aldığını demiş, siqaret qutularından aşkar edilərək götürülmüş bükümlər elektron tərəzidə çəkilərək 1,6 və 0,8 qram olmaları müəyyən olunmuş, həmin maddələri satmadığını, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hər iki qutuda olan bükümləri, 1 qramına görə 40 manat pul ödəmiş, həmin əşyalar da, ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Axtarış zamanı evindən aşkar edilmiş elektron tərəzi özünün olmuş, ara sıra bazarda qoz-fındıq sataraq çörək pulu qazandığından həmin tərəzini də, qoz-fındığı satan zaman çəkilməsində istifadə etmiş, narkotik vasitələri saxladığı yerdə həmin tərəzini saxlamağının xüsusi bir səbəbi olmamış, təsadüfən orada yadından çıxıb qoymuşdur. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli, 20563 nömrəli rəyində, evindən aşkar edilərək götürülmüş 11x7.5sm ölçüdəki elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izlərinin aşkar edilməsi barədə qeyd olunan tərəzidə heroinin izlərinin olmasının səbəbinin bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi əlavə ifadəsində xx.xx.2019-cu il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitələri Sadiq və Xalid adlı şəxslərdən aldığını bildirsə də, əslində Xalidin adını yalandan dediyini, Xaliddən heç bir narkotik vasitə almadığını, Xalidin adını deməsinin səbəbi, Xalid onun narkotik vasitələrdən istifadə etdiyini bildiyindən polislərə Xalid tərəfindən məlumat verildiyini zənn etməsi olmuşdur. Xalid Quba rayonu, Qaraçay kənd sakini olsa da, narkotik vasitəni aldığı Telmanın oğlu Sadiq Quba şəhər sakinidir və Sadiqin evi Əliqulu Nərimanov küçəsində, “Şah-Plov” restoranının qarşısında yerləşir. xx.xx.2019-cu il tarixdə üzərindən və evindən aşkar olunmuş heroini Sadiqin yaşadığı evin qarşısında sonuncu ilə görüşüb almışdır. Hazırda himayəsində bir azyaşlı övladının olmasını bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan bununla bağlı 2009 və 2011-ci illərdə məhkumluq həyatı yaşamış, Quba şəhər sakini Ceyhunu tanıdığını, Ceyhunun yaşadığı məhəllənin arxa tərəfində onun yaşadığını, Ceyhunu uzun müddətdir ki, tanığından Ceyhunla münasibəti əvvəllər normal olduğunu bildirmişdir. Ceyhuna heç bir narkotik vasitə satmamış və ya havayı verməmiş, Ceyhuna borcu olduğundan və həmin borcu qaytarmadığından Ceyhun onu şərləmiş, hazırda narkotik vasitələrin istifadəsi ilə məğul olduğunu, narkotik vasitə olan heroini təxminən 2019-cu ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Şamaxinka adlanan ərazidə tanış odluğu, lakin adını unutduğu şəxsdən bir neçə dəfə almış, həmin şəxsin yaşadığı konkret ünvanı və telefon nömrəsini bilməsə də, həmin şəxsin çox vaxt Şamaxinda adlanan ərazidə olduğunu bildirmişdir. Evindən aşkar edilərək götürülmüş narkotik və psixotrop maddələr ona məxsusdur, 2019-cu ilin avqust ayının əvvəllərində tanımadığı şəxsdən almışdır. Hazırda əlil olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid4 bildirdi ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə saat 00:15-də narkotik vasitə əldə edib saxlamaqda və istifadə etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1, Quba şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq yerindəcə üzərinə vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs1 özünü təqdim etməsini istədikdə Təqsirləndirilən şəxs1 özünü təqdim etmiş, o, qrupun üzvləri o cümlədən vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir neçə ədəd 1 manatlıq əskinasları, sol cibindən alışqan və cib dəsmalını, bundan başqa sol döş cibindən bir ədəd göy rəngli siqaret qutusunu yanında olan avtomobilin mühərrikxanasının üzərinə qoymuş, Təqsirləndirilən şəxs1 üzərindən çıxmış pulları bir-bir saydıqda 20 ədəd bir manatlıq əskinas olduğu, alışqanın ağ rəngli, üzərində “Davidof” sözləri yazıldığı və göy rəngli siqaret qutusunun isə “Veqas” markalı siqaret qutusu olduğu müəyyən olunmuş, siqaret qutusunun üzərində olan şəffaf sellofan üzlüyə diqqətlə baxdıqda üzlüyün içində iki ədəd kiçik bükümlərin olması müəyyən olunmuç, Təqsirləndirilən şəxs1 həmin bükümlərin nə olması barədə soruşduqda Ceyhun həmin bükümlərin heroin olduğunu bildirmiş, həmin bükümlər tərəfindən açıldıqda içindəkinin toz şəkilli açıq qəhvəyi rəngli kütlə olduğu müəyyən olunmuş, qeyd olunan bükümləri haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs1 həmin bükümləri iki nəfərdən, Sadiq və Xalid adlı şəxslərdən aldığını, Sadiqin Quba şəhər sakini, Xalidin isə Quba rayonu, Qaraçay kənd sakini olduğunu bildirmiş, qeyd olunan kütlələr elektron tərəzidə çəkildikdə kütlələrin çəkisi 0.1 qram təşkil etmiş, sonra vəkildən sualının olub-olmaması barədə soruşduqda, vəkil Müdafiəçi1 həmin kütlələri nə məqsədlə üzərində saxladığını soruşmuş, Təqsirləndirilən şəxs1 isə həmin kütlələri istifadəçisi olduğundan üzərində saxladığını dedikdə Müdafiəçi1 nə vaxtdan istifadə etdiyini soruşmuş və Təqsirləndirilən şəxs1 isə 5-6 aydır ki, istifadə etdiyini qeyd etmişdir. Müdafiəçi1 Təqsirləndirilən şəxs1 onu hər hansı bir əmələ məcbur edilib edilmədiyini, hər şeyi düzünümü dediyini soruşduqda Təqsirləndirilən şəxs1 heç kimin onu heç bir şeyə məcbur etmədiyini, hər şeyi olduğu kimi dediyini qeyd etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr ağ rəngli kağız zərfə qoyularaq ağzı bağlanılmış, zərfin üzərində isə qeydlərini apardıqdan sonra Təqsirləndirilən şəxs1 və digər iştirakçılara imzalatdırmış, bundan sonra Cehyun Əhmədovun üzərindən aşkar edilmiş kütlələrdən başqa pul əskinaslarını, cib dəsmalını və alışqanı qara rəngli çantanın içinə qoymuş, Təqsirləndirilən şəxs1 ümumiyyətlə hara getdiyini soruşduqda Təqsirləndirilən şəxs1 evinə getdiyini demiş, o, evinin harada yerləşməsi barədə Təqsirləndirilən şəxs1 soruşduqda Təqsirləndirilən şəxs1 evinin yaxınlıqda yerləşdiyini demiş, sonra o, Quba rayon məhkəməsinin qərarı ilə evində axtarış keçiriləcəyini deyərək iştirakçılar o cümlədən vəkillə birlikdə Təqsirləndirilən şəxs1 evinin qarşısına getmiş, hamısı Təqsirləndirilən şəxs1la birlikdə sonuncun evinin həyətinə daxil olduqdan sonra evdə axtarış həyata keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 evinin həyətində yerləşən yardımçı tikili olan toyuq hininin şiferinin alt hissəsindən iki ədəd ağ və tünd göy rəngli siqaret qutularını özü çıxararaq təqdim etmiş, qeyd olunan qutular açıldıqda içərisindəki kütlələrin nə olması barədə Təqsirləndirilən şəxs1 soruşulduqda Ceyhun, həmin kütlələrin heroin olduğunu demiş, o, həmin siqaret qutularını götürdüyü yeri bir daha göstərməsini istədikdə Təqsirləndirilən şəxs1 hemin yerə keçərək bu dəfə oradan bir ədəd elektron tərəzi çıxarıb təqdim etmiş, daha sonra aşkar edilmiş kütlələr o cümlədən tərəzi evin həyətindəki daşın üzərinə qoyulmuş və siqaret qutularının içindəkilər daşın üzərinə boşaldılmışdır. Qeyd olunan bükümlərdən bir neçəsi açıldıqda içindəkinin toz şəkilli açıq qəhvəyi rəngli maddə olduğu müəyyən olunmuş, daha sonra qutuların içindən aşkar edilmiş xırda bükümlərə ayrılmış bükümlər bir-bir sayılmış və tünd göy rəngli siqaret qutusunun içindəki bükümlərin sayının 29 ədəd, ağ rəngli siqaret qutusunun içində isə 25 ədəd büküm aşkar edilmiş, tünd göy rəngli siqaret qutusundan aşkar edilmiş bükümlər tərəzidə çəkildikdə həmin kütlələrin çəkisi 1.6 qram, ağ rəngli siqaret qutusundankı bükümlərin çəkisi isə 0,8 qram təşkil etmiş, daha sonra həmin kütlələri satmaq niyyətinin olması barədə soruşduqda Təqsirləndirilən şəxs1 həmin kütlələri şəxsi istifadəsi üçün qramı 40 manatdan aldığını bildirmiş, daha sonra vəkil həmin kütlələrin alanda hissələrə ayrıldığını, yoxsa aldıqdan sonra özünü həmin hissələr ayırması barədə soruşduqda Təqsirləndirilən şəxs1 həmin kütlələri alanda həmin formada ayrıldığını bildirmiş, sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 tərəzi barədə soruşduqda Təqsirləndirilən şəxs1 tərəzinin özünün olduğunu, “elə-belə” saxladığını qeyd etmişdir. Daha sonra tərəzinin işlək olubolmaması yoxlanıldıqda tərəzinin həqiqətən işlək vəziyyətdə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş kütlələr və elektron tərəzi tərəfindən götürülmüş, Bundan sonra Təqsirləndirilən şəxs1 evinin içində də, axtarış keçirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Qeyd olunan istintaq hərəkətini video kameraya çəkən şəxs Şahid2 özü olduğundan Fuad görüntülərdə əks olunmamışdır. Məhkəmədə şahidlər Şahid2 və Şahid5 şahid Şahid4 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdilər. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in bioloji ekspertizalar şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 20563 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş bir ədəd “Sobranie” markalı siqaret qutusunda 25 ədəd siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,528 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir;-. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 2 ədəd siqaret kağızı bükümlərində ümumi təmiz çəkisi 0,029 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.- Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş bir ədəd 11x7.5sm ölçüdə elektron tərəzinin səthində narkotik vasitə-heroinin izləri aşkar olundur; iz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən eyniləşdirmə tədqiqatının aparılması mümkün deyildir; - Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş bir ədəd “Kent” markalı siqaret qutusunda 29 ədəd siqaret kağızı bükümlərində ümumi təmiz çəkisi 0,685 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Təqdim edilən ümumi 56 ədəd bükümdəki heroinlərin ümumi təmiz çəkisi 1.242 qram olub, kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edirlər. Heroinin təmiz çəkisi 1,242 qram, tədqiqata sərf olundu 0.056 qram, qalıq- 1,186 qram. İşdə olan məhkəmə-bioloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in bioloji ekspertizalar şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 20680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 evindən aşkar edilərək götürülmüş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,179 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.- Marixuana bir ədəd kağız bükümdə olduğuna görə müqayisəli tədqiqat aparmaq mümkün olmadı. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in bioloji ekspertizalar şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 20678 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 evindən aşkar edilərək götürülmüş bir ədəd sellofan kəsiyi bükümündə qəhvəyi rəngli toz şəkilli madə təmiz çəkisi 0,256 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -İki ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristallik formada maddələr təmiz çəkisi ayrı-ayrılıqda 0,395 qram və 0,118 qram (ümumi təmiz çəkisi 0,513 qram) dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir. -Təqsirləndirilən şəxs2 evindən götürülmüş narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 götürülmüş heroinlə kimyəvi tərkiblərinə görə eynidirlər. Heroinin təmiz çəkisi 0,256 qram, tədqiqata sərf olundu 0.05 qram, qalıq-0,206 qram. Metamfetaminin təmiz çəkisi 0,513 qram, tədqiqata sərf olundu 0.05 qram, qalıq-0,463 qram. Eyniləşdirmə üçün ekspertiza baxışına göndərilmiş Təqsirləndirilən şəxs1 üzərindən və evindən aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 1,186 qram, tədqiqata sərf olundu 0.05 qram, qalıq- 1,136 qram. İşdə olan narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx.xx.2019-cu il tarixli 2106 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx.xx.2019-cu il tarixli 2136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ile nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndində uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs2 1-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan sənədlərə əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində 02 gün tutduğu müddət, bir günə iki gün hesablanmaqla, 4 gün cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Quba Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2013-cü il tarixdə Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunsa da, xx.xx.2014-cü il tarixdə cəzası başa çatmışdır. İşdə olan Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, məhkum Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 02 gün hissəsini çəkmiş, 01 il 05 ay 24 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan sənədə əsasən Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədə əsasən Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 oğlunun təqsirli bilindikləri, müvafiq olaraq, Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.1, 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Azərbaycan Respublikası CМ-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə, əvvəllər məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CМ-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən 1-ci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CМ-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göründüyü kimi, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü qüvvəyə mindikdən sonra, yəni 2019-cu ilin avqust ayında törətmişdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsiinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 qəti olaraq cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı,Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələriinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, yaşadığı ərazinin narkoloji dispanserində qeidiyyata alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 375 (yüz altmış dörd) manat 52 qəpik ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan, bir ədəd 0,206 qram heroin, bir ədəd 0,463 qram, metamfetamin, bir ədəd 0.005 qram metamfetamin, bir ədəd 1,136 qram heroin, bir ədəd elektron tərəzi, bir ədəd boz rəngli üzərində qırmızı rəngli “+” işarəsi olan, kiçik tibbi yardım çantası, içində-bir ədəd yqut, bir ədəd “qidam” firmasının limon duzu, bir ədəd “Belomorkanal” markalı, siqaret qutusu (içində siqaretlər olmaqla), bir ədəd qayçı, iki ədəd 1 milliqramlıq istifadə edilməmiş şpirislər, bir ədəd ağzı sındırılaraq açılmış boş novokain ampulası, üç ədəd ağ rəngli damalı kağız parçaları, iki ədəd çəhrayi rəngli kağız parçaları, iki ədəd metal rəngli kağız parçaları, üç ədəd “Yeni Bingo” lotoreya biletləri məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 24 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeidiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixdək həbsdə saxlanıldığı 2 (iki) gün nəzərə alınaraq, üzərində qəti olaraq 3 (üç) il 5 (altı) ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2, yaşadığı ərazinin narkoloji dispanserində qeidiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 375 (yüz altmış dörd) manat 52 qəpik ekspertiza xərci tutulub dövlət nəfinə keçirilsin. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan, bir ədəd 0,206 qram heroin, bir ədəd 0,463 qram, metamfetamin, bir ədəd 0.005 qram metamfetamin, bir ədəd 1,136 qram heroin, bir ədəd elektron tərəzi, bir ədəd boz rəngli üzərində qırmızı rəngli “+” işarəsi olan, kiçik tibbi yardım çantası, içində-bir ədəd yqut, bir ədəd “qidam” firmasının limon duzu, bir ədəd “Belomorkanal” markalı, siqaret qutusu (içində siqaretlər olmaqla), bir ədəd qayçı, iki ədəd 1 milliqramlıq istifadə edilməmiş şpirislər, bir ədəd ağzı sındırılaraq açılmış boş novokain ampulası, üç ədəd ağ rəngli damalı kağız parçaları, iki ədəd çəhrayi rəngli kağız parçaları, iki ədəd metal rəngli kağız parçaları, üç ədəd “Yeni Bingo” lotoreya biletləri məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar