Məhkəmə qərarları › İş №1(027)-11/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-11/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-11/2022 22.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxx 1991-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İşləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu ilədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 06 fevral 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, həmin tarixli əmək müqaviləsi, vəzifə təlimatı və terminalın təhkim əmrinə əsasən satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında Zərərçəkmiş şəxs MMC tərəfindən ona təhkim olunmuş 871 nömrəli terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə və vaxtında şirkətin xəzinəsinə ödəmək, habelə digər səlahiyyətlərə malik tam maddi-məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu ilədək MMC tərəfindən ona təhkim olunmuş 871 nömrəli terminal ilə yazdığı 0FS1.40206.2557 nömrəli, 0FS1.40206.2567 nömrəli, 0FS1.40206.2572 nömrəli, 0FS1.40206.2573 nömrəli, 0FS1.40206.2577 nömrəli, 0FS1.40207.2119 nömrəli, 0FS1.40207.2120 nömrəli, 0FS1.40207.2424 nömrəli, 0FS1.40207.2434 nömrəli, 0FS1.40207.2456 nömrəli, 0FS1.40207.2642 nömrəli, 0FS1.40208.1958 nömrəli, 0FS1.40208.1980 nömrəli, 0FS1.40208.1981 nömrəli, 0FS1.40208.1982 nömrəli, 0FS1.40208.1984 nömrəli, 0FS1.40208.1985 nömrəli, 0FS1.40209.2938 nömrəli, 0FS1.40209.2940 nömrəli, 0FS1.40209.2945 nömrəli, 0FS1.40209.2964 nömrəli, 0FS1.40209.2982 nömrəli, 0FS1.40210.1701 nömrəli, 0FS1.40210.1702 nömrəli, 0FS1.40210.1704 nömrəli, 0FS1.40210.1706 nömrəli, 0FS1.40210.1719 nömrəli, 0FS1.40211.0024 nömrəli, 0FS1.40211.0025 nömrəli, 0FS1.40211.0035 nömrəli, 0FS1.40211.0036 nömrəli, 0FS1.40211.0042 nömrəli, 0FS1.40211.0046 nömrəli, 0FS1.40211.0049 nömrəli, 0FS1.40211.0050 nömrəli, 0FS1.40212.1388 nömrəli, 0FS1.40212.1390 nömrəli, 0FS1.40212.1395 nömrəli, 0FS1.40213.2605 nömrəli, 0FS1.40213.2608 nömrəli, 0FS1.40213.2619 nömrəli, 0FS1.40213.2620 nömrəli, 0FS1.40214.2343 nömrəli, 0FS1.40214.2346 nömrəli, 0FS1.40214.2354 nömrəli, 0FS1.40214.2355 nömrəli, 0FS1.40214.2360 nömrəli, 0FS1.40214.2362 nömrəli, 0FS1.40215.2113 nömrəli, 0FS1.40215.2115 nömrəli, 0FS1.40215.2119 nömrəli, 0FS1.40216.2012 nömrəli, 0FS1.40216.2024 nömrəli, 0FS1.40216.2027 nömrəli, 0FS1.40216.2028 nömrəli, 0FS1.40216.2029 nömrəli, 0FS1.40217.1433 nömrəli, 0FS1.40217.1434 nömrəli, 0FS1.40217.1435 nömrəli, 0FS1.40217.1437 nömrəli, 0FS1.40217.1443 nömrəli, 0FS1.40219.0864 nömrəli, 0FS1.40219.0866 nömrəli, 0FS1.40219.0867 nömrəli, 0FS1.40219.0868 nömrəli, 0FS1.40221.1189 nömrəli, 0FS1.40221.1205 nömrəli, 0FS1.40221.1206 nömrəli, 0FS1.40221.1207 nömrəli, 0FS1.40221.1208 nömrəli, 0FS1.40221.1209 nömrəli, 0FS1.40221.1210 nömrəli, FS1.40221.1211 nömrəli, 0FS1.40221.1257 nömrəli, 0FS1.40221.1258 nömrəli, 0FS1.40221.1259 nömrəli və s. fakturalar əsasında satış üçün ümumilikdə 1145811,17 (bir milyon yüz qırx beş min səkkiz yüz on bir manat on yeddi qəpik) manat dəyərində MMC-yə məxsus müxtəlif məhsulları şəxsən sifariş verərək nəticədə sifariş verilən mallar üzrə onların satışından əldə etməli olduğu cəmi 1145811,17 (bir milyon yüz qırx beş min səkkiz yüz on bir manat on yeddi qəpik) manat puldan anbara 54372,45 (əlli dörd min üç yüz yetmiş iki manat qırx beş qəpik) manat dəyərində mal qaytardığını, satış nöqtələrində 19065,55 (on doqquz min altmış beş manat əlli beş qəpik) manat məbləğində mal qaldığını, şirkətin xəzinəsinə 1002393,57 (bir milyon iki min üç yüz doxsan üç manat əlli yeddi qəpik) manat ödədiyini, 02-07 sentyabr 2019-cu il tarixlərdə keçirilmiş inventarizasiya zamanı satış nöqtələrinin 21028,45 (iyirmi bir min iyirmi səkkiz manat qırx beş qəpik) manat yerində xəzinəyə ödədiyini, 11514,27 (on bir min beş yüz on dörd manat iyirmi yeddi qəpik) manat məbləğində məhsulları anbara geri qaytardığını, 457,09 (dörd yüz əlli yeddi manat doqquz qəpik) müştərilər üzrə artıq gəlməsini, satış nöqtələrindən 6500 (altı min beş yüz) manat məbləğində pulun Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə bölmə rəhbəri Təqsirləndirilən şəxs2 tərəfindən götürülməsini, 2312,25 (iki min üç yüz on iki manat iyirmi beş qəpik) manat pulun “Beş ulduz” marketdə, 708,40 (yeddi yüz səkkiz manat qırx qəpik) manat pulun “Namik” marketdə, 283 (iki yüz səksən üç) manat pulun “Sirr” marketdə qalıq qalmasını, 103,60 (yüz üç manat altmış qəpik) manat pulun “Meqa” marketdən malların geri qaytarılması zamanı yaranan endirimlə əlaqədar olmasını, "xxxx" marketə verilmiş məhsulun dəyəri olan 50 (əlli) manatın Zərərçəkmiş şəxs MMC-yə məxsus həmin marketdə yerləşdirilən soyuducunun təmirinə xərclənməsini, "xxxx" restoranından alınmalı olan 138,28 (yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat pulun sabiq satış nümayəndəsi tərəfindən istifadə edilməsini nəzərə alaraq, Zərərçəkmiş şəxs MMC-yə məxsus cəmi 26884,26 manat (iyirmi altı min səkkiz yüz səksən dörd manat iyirmi altı qəpik) manat məbləğində pulu Cəmiyyətin Quba rayonu, İqrik kəndində yerləşən Quba filialının xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək Zərərçəkmiş şəxs MMC-nin Quba filialında satış üzrə nümayəndə işləmişdir. O, satış üzrə nümayəndə kimi işlədiyi dövrdə bölgə müdiri Təqsirləndirilən şəxs2, filial müdiri kimi isə Şahid4 tabe olmuşdur. 06 fevral 2018-ci il tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən o MMC-nin mallarına tam maddi məsul şəxs olmuşdur. Həmçinin, onunla Zərərçəkmiş şəxs MMC arasında 06 fevral 2018-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Onun xidməti ərazisi Quba şəhəri olmuşdur. Hər bir satış üzrə nümayəndəyə Zərərçəkmiş şəxs MMC tərəfindən malların sifariş verilməsi məqsədilə terminal verilmişdir. Ona da işlədiyi vaxtdan etibarən “Samsung Galaxy” markalı, 871 №-li terminal təhkim edilmişdir. Həmin terminal yalnız onun özündə olmuşdur, terminalı hər hansı kənar şəxsə heç vaxt verməmişdir. Terminala ondan başqa kənar şəxsin müdaxilə etməsi mümkün deyildir. Xidməti ərazisində olan bütün malları həmin terminal vasitəsilə sifariş etmişdir. Hər bir satış üzrə nümayəndəyə terminal təhkim olunmuş və təhkim zamanı terminalla edilən bütün əməliyyatlara maddi məsul şəxs olmaq öhdəlik kimi qoyulmuşdur. Terminalda aparılan əməliyyatlar ardıcıllıqla yaddaşa qeyd olunur və dəyişdirilə bilməz. Həmçinin, köhnə tarixə də əməliyyat aparmaq mümkün deyil. Terminal da yalnız uyğun əməliyyat yazmaq mümkündür. Vəzifə səlahiyyətləri Zərərçəkmiş şəxs MMC-nin anbarından mağazalar üçün malların sifariş edilməsi, daha sonra malların satışından əldə olunan pulu MMCnin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. O, əvvəllər müxtəlif qida məhsullarının satışı ilə məşğul olmuşdur. 2019-cu ilin yay aylarınadək Zərərçəkmiş şəxs MMC-nin bütün məhsullarını (qida və ya içki), 2019-cu ilin yay aylarından etibarən isə yalnız spirtli və spirtsiz energetik içkilərinin mağazalara satışını həyata keçirmişdir. Mağazaların sifarişləri əsasında malları Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhərində yerləşən anbarından terminal vasitəsi ilə sifariş etmiş, sifarişlər ümumi şəkildə Quba filialının anbarına gətirilmiş, sifarişlər satış fakturası kimi tərtib edildikdən sonra, MMC-nin Quba rayonu, İqrik kəndində yerləşən filialının anbarından bölgələr üzrə müvafiq yük avtomobillərinə yüklənib paylanmışdır. 2019-cu ilin avqust ayında işdən çıxmaq qərarına gəlmişdir. Həmçinin, müştəri borcunun onun yerinə keçən satış nümayəndəsinə təhvil verilməsi üçün şirkətin audit əməkdaşı ilə birlikdə əraziyə çıxıb satış nöqtələrində borcu dəqiqləşdirmişlər. O, xidməti öhdəliyində olan bütün mağazalarda aparılan yoxlama zamanı iştirak etmişdir. Yoxlama audit Şahid1 və Şahid2 tərəfindən aparılmışdır. Təhvil-təslim zamanı onun hesabında 43436 manat çatışmazlıq olması müəyyən edilmişdir. Lakin, həmin məbləğ düzgün hesablanmamışdır. Belə ki, bəzi mağazalar borclu olduğu halda borcunun olmamasını bildirdiklərindən, geri qaytarma etdiyi bəzi məhsullar rəsmiləşdirilmədiyindən, bölgə müdiri Təqsirləndirilən şəxs2 götürdüyü 6500 manat nəzərə alınmadığından məbləğ düzgün hesablanmamışdır. Belə ki, 2 satış nöqtəsinə satdığı ümumi məbləği 6500 manat olan pulun Quba filialının Quba şəhəri üzrə bölgə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən götürülməsi nəzərə alınmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 anası xəstə olduğu üçün o “Favorit” mağazasının ödəməli olduğu 4000 manat, “Famil Topdansatış” mağazasının ödəməli olduğu 2500 manat pulu, yəni ümumilikdə 6500 manat pulu ondan xəbərsiz götürmüşdür. Həmin məbləğdə pulun Tarlan tərəfindən götürülməsinə o razılıq verməmiş və xəbəri olmamışdır. Bundan başqa, “Beş Ulduz” marketin 2312,25 manat borc qalığı olmasına baxmayaraq audit zamanı həmin marketin sahibi Əhməd borcunun olmamasını göstərmişdir. Belə ki, Əhmədə spirtli və spirtsiz enerji içkiləri satmamışdan qabaq enerji içkilərinin qiymətinin qalxması barədə söz-söhbət gəzmiş, həmin vaxt Bizon içkisinin satış qiyməti 1,20 manat olmuş, qiymətinin 1,50 manata kimi qalxması gözlənilmişdir. O da Əhmədə bu barədə bildirmiş və çoxlu enerji içkisi almasını məsləhət görmüşdür. Əhməd də razılaşaraq ondan xeyli sayda enerji içkisi almışdır. Sonradan qiymət əksinə 0,93 manata düşmüşdür. Nəticədə, Əhməd hər bizon içkisində 0,27 manat ziyan etmiş, ona görə də, borclu olduğu 2300 manatı həmin ziyana çıxaraq audit zamanı borcunun olmamasını bildirmişdir. Sonradan Əhmədlə görüşüb danışarkən Əhməd 2312,25 manat borcunun qalmasını etiraf etmişdir. Bundan başqa, Şahid6 işlətdiyi “Namik” marketdə satmaq üçün ondan 708 manatlıq enerji içkisi almış və pulunu 2 aya ödəyəcəyini bildirmişdir. O da razılaşmış və Şahid6 708 manatlıq enerji içkisi vermişdir. Lakin, təhvil-təslim zamanı Şahid6 borcunun olmamasını bildirmişdir. Nəticədə, həmin 708 manat ödənilmiş pul kimi göstərilmiş və onun hesabına yazılmışdır. Həmin məbləğdə malı Namik həqiqətən təhvil almış və bu günədək ödəməmişdir. Həmçinin, Qubanın Susay kəndidə yerləşən “Sirr” marketin 283 manat borcu olsa da, faktiki borc qalığının yoxlanılması zamanı “Sirr” marketin sahibi borcu olsa da, verməyəcəyini bildirmişdir. Lakin, yoxlama zamanı həmin borc verilmədiyinə görə onun öhdəsində qalmışdır. “Sirr” marketin sahibi bu günə kimi həmin 283 manatı ödəməkdən imtina etməkdədir. Belə ki, o, 283 manatdan əlavə mal sifariş vermiş, lakin mal gecikdiyi üçün prinsipə düşərək malsız qalmasını iddia etmiş və əvəzində zərər etdiyini bildirirək pulu ödəməkdən imtina etmişdir. Həmçinin, “Meqa” marketə verdiyi mal sonradan geri qaytarılan zaman qiyməti düşdüyü üçün endirim qiyməti fərq kimi 103.60 manat etmiş və o da öhdəlik kimi boynunda qalmışdır. Bundan başqa, "xxxx" marketin 50 manat borc qalığı filial müdiri Şahid4 göstərişinə əsasən marketdə olan filiala məxsus soyuducunun təmiri ilə bağlı istifadə olunsa da, yoxlama zamanı həmin 50 manat onun hesabına yazılmışdır. "xxxx" restoranın 138.28 manat borc pulu onun həmin restoranla heç bir əlaqəsinin olmamasına baxmayaraq onun hesabına yazılmışdır. Belə ki, "xxxx" restoranının MMC-yə 138,28 manat borcu olsada, ona hər hansı məbləğdə pul ödənilməmişdir. Sonradan MMC-nin nümayəndələri özləri də köhnə satış nümayəndəsinin restoranda yeyib-içməsini və hesabı restoranın ödəməli olduğu 138,28 manatla əvəzləşdirməsini etiraf etmişlər. Onun hesablamalarına görə ümumilikdə 27000 manat civarında MMC-yə borcu olmuşdur. İstintaq dövründə də onun 43436,75 manat deyil, 26884,26 manat çatışmazlığı olması təsdiqini tapmışdır. Ona görə də, hazırda irəli sürülən ittihamla razıdır. Onun həqiqətən də 26884,26 manat çatışmazlığı olmuş və həmin pulları mənimsəmişdir. Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş 871 №-li terminaldan edilmiş çıxarışlarda göstərilənlər doğrudur. Həqiqətən də, həmin mallar onun tərəfindən sifariş edilmişdir. Həmçinin, həqiqətən də göstərilən həcmdə mal tərəfindən anbara geri qaytarılmış və kassa ödənişləri də tam göstərilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşiman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurmuş olduğu maddi ziyanı zərərçəkmiş hüquqi şəxsə ödəyərək barışıq əldə etməsini bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki o, 2015-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Quba filialında satış üzrə nümayəndə, 2019-cu ilin aprel ayından bölgə müdiri vəzifəsində işləmişdir. 2019-cu ilin sentyabr ayında işdən azad olunmuşdur. İşlədiyi dövrdə onunla Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır. Həmçinin, həm satış üzrə nümayəndə, həm də bölgə müdiri kimi vəzifə səlahiyyətləri təsdiqlənmiş və bununla tanış olmuşdur. Vəzifə səlahiyyətlərinə satış nümayəndəsinin işlərinə, satılan və əldə olunan gəlirlərə nəzarət etmək daxildir. Bundan başqa, onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və o, MMCnin mallarına tam maddi məsul şəxs olmuşdur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. Qida məhsulları Avrora MMC-nin Bakı şəhərində yerləşən anbarından daşıyıcı vasitələrlə Quba filialına gətirilmiş, Quba filialının anbarı tərəfindən daşıyıcı vasitələrdən təhvil alındıqdan sonra anbarda stoklanmış, satış üzrə nümayəndənin marketlərdən yığdığı sifarişə əsasən növbəti gün yığılan sifariş sürücü tərəfindən təhvil alındıqdan sonra müvafiq mağazalara paylanmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Rəhman yalnız energetik işçilərin satışını və satışdan əldə olunan pulun yığımını həyata keçirmişdir. Hər bir satış üzrə nümayəndəyə Zərərçəkmiş şəxs MMC tərəfindən malların sifariş verilməsi məqsədilə terminal verilmişdir. Təqsirləndirilən şəxs1 də işlədiyi vaxtdan etibarən “Samsung Galaxy” markalı, 871 №-li terminal təhkim edilmişdir. Həmin terminal yalnız Rəhmanın özündə olmuşdur. Terminala Rəhmandan başqa kənar şəxsin müdaxilə etməsi mümkün deyildir. Hər bir satış üzrə nümayəndəyə terminal təhkim olunmuş və təhkim zamanı terminalla edilən bütün əməliyyatlara maddi məsul şəxs olmaq öhdəlik kimi qoyulmuşdur. Hər bir faktiki yoxlama və audit də həm yerində, həm də terminalın çıxarışlarına əsasən aparılmışdır. Hər hansı terminala müdaxilə mümkün deyildir. Terminal bir növ kassa aparatı kimidir və ona müdaxilə mümkün deyildir. Orada aparılan əməliyyatlar ardıcıllıqla yaddaşa qeyd olunmuş və dəyişdirilə bilməz. Terminala onun təhkim olunduğu şəxsdən başqa kiminsə əməliyyat yükləməsi mümkün deyildir. Həmçinin, köhnə tarixə də əməliyyat yazmaq mümkün deyildir. Terminala yalnız hazırki tarixə uyğun əməliyyat yazmaq mümkündür. Təqsirləndirilən şəxs1 mağazaların sifarişləri əsasında terminal vasitəsi ilə elektron olaraq MMC-nin Bakı şəhərində yerləşən anbarından malları sifariş etmişdir. Həmin sifarişlər satış fakturası kimi tərtib edildikdən sonra mallarla birlikdə müvafiq mağazalar üzrə yük avtomobillərinə yığılmış, yığılan malları anbardar sürücüyə, sürücü də mağazaya təhvil vermişdir. Satış üzrə nümayəndə də onun sifariş etdiyi malların mağazaya təhvil verilməsini təsdiq etmişdir. Daha sonra satış üzrə nümayəndələr tərəfindən satışdan əldə olunan pullar yığılaraq terminal vasitəsi ilə sistemə yüklənmiş, terminaldan çap olunan qəbz əsasında satışdan əldə olunan məbləğ MMC-nin kassasına təhvil verilmişdir. Terminal vasitəsilə malın geri qaytarılması ilə bağlı müvafiq mağaza üzərində əməliyyat icra edilmişdir. Sürücü gedib həmin malı götürərək anbara gətirmişdir. Satış üzrə nümayəndənin geri qaytarması anbardar tərəfindən təsdiqləndiyi halda həmin məbləğdə mal mağazanın öhdəliyindən çıxmışdır. Təqsirləndirilən şəxs1 2018-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi işləməyə başlamış, həmçinin onunla Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşlədiyi müddətdə özünü normal aparmış, hər hansı problemi olmamışdır. Təqsirləndirilən şəxs1 nə vaxt işdən çıxması, hesabında nə qədər çatışmazlığın olması barədə məlumatı olmamışdır. O, nə audit proseslərində, nə də, Təqsirləndirilən şəxs1 təhvil-təslimində iştirak etməmişdir. Lakin, bütün yoxlamalar həm mövcud sənədlər, həm faktiki müştərilərlə yerində yoxlama, həm də terminalın çıxarışına əsasən aparılmışdır. 2019-cu ilin sentyabr ayında anası Asiyat Şahmanova dializ xəstəsi olduğu üçün pula ehtiyacı yaranmışdır. MMC-dən borca pul istəmiş, aylıq əməkhaqqından çıxılmasını xahiş etmiş, lakin ona borc verməmişlər. Həmin vaxt 4000 manat məbləğində Şahid9 məxsus “Favorit” mağazasının, 2500 manat isə “Famil Topdansatış” mağazasının olmaqla, Təqsirləndirilən şəxs1 hesabına aid olan ümumilikdə 6500 manat məbləğində mağazalardan götürülməli olan pul olmuşdur. Ona görə də, o, bölgə müdiri olduğu üçün mağazaya yaxınlaşaraq həmin pulu götürə biləcəyindən mağazalara yaxınlaşmış və pulları kassaya ödəyəcəyini bildirərək götürmüşdür. Həmin pulu ehtiyacı olduğu üçün götürmüş və mənimsəmişdir. Pulu götürməsi barədə əvvəlcədən heç kimə məlumat verməmişdir. Həmin pulu anasının xəstəliyi ilə əlaqədar istifadə etmişdir. Pulu götürəndən sonra o, bu barədə Təqsirləndirilən şəxs1 və filial müdiri Şahid4 bildirmişdir. Şahid4 ona bununla bağlı iradını bildirmiş, belə hərəkət etməsinin düzgün olmadığını demişdir. Bundan sonra onu işdən azad etmişlər. O, ümumilikdə 6500 manat məbləğində MMC-yə məxsus məhsullarının pulunu mənimsəmişdir. O, həmin pulu Zərərçəkmiş şəxs MMC-yə tam şəkildə ödəmişdir Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin hüquq Şöbəsində hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu ilədək Zərərçəkmiş şəxs MMC-nin Quba filialında satış üzrə nümayəndə işləmişdir. Həmin dövrdə bölgə müdiri Tarlan Amrakhzadə, filial müdiri isə Şahid4 olmuşdur. 06 fevral 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi bağlanmaqla onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs1 MMC-nin mallarına tam maddi məsul şəxs olmuşdur. Təqsirləndirilən şəxs1 xidməti ərazisi Quba rayonu olmuşdur. Hər bir satış üzrə nümayəndəyə Zərərçəkmiş şəxs MMC tərəfindən malların sifariş verilməsi məqsədi ilə terminal verilmişdir. Təqsirləndirilən şəxs1 işlədiyi dövrdə “Samsung Galaxy” markalı, 871 №-li terminal təhkim edilmişdir. Həmin terminal yalnız Rəhmanın özündə olmuşdur. Terminala kənardan müdaxilə qeyri-mümkündür, həmçinin, terminallarda əvvəlki tarixə və sair əməliyyat etmək mümkün deyildir. Hər bir satış nümayəndəsinə terminalla edilən bütün əməliyyatlara maddi məsul şəxs olmaq öhdəlik kimi qoyulmuşdur. Satış üzrə nümayəndənin vəzifə səlahiyyətləri Zərərçəkmiş şəxs MMC-nin anbarından mağazalar üçün malların sifariş edilməsi, daha sonra malların satışından əldə olunan pulu MMC-nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 işlədiyi ilk aylarda müxtəlif qida məhsullarının satışı ilə məşğul olsada, 2019-cu ilin yay aylarından etibarən o, yalnız spirtli və spirtsiz energetik içkilərinin mağazalara satışını həyata keçirmişdir. Mağazaların sifarişləri əsasında satış üzrə nümayəndə malları Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhərində yerləşən anbarından terminal vasitəsi ilə elektron qaydada sifariş etmişdir. Sifarişlər Quba filialının anbarına gətirilib satış fakturası kimi tərtib edildikdən sonra, MMC-nin Quba rayonu, İqrik kəndində yerləşən filialının anbarından bölgələr üzrə müvafiq yük avtomobillərinə yığılmış və sürücülərə satış fakturasına imza etdirməklə təhvil verilmişdir. Həmin satış fakturasına satış üzrə nümayəndə maddi məsul şəxs kimi, malları mağazaya təhvil verən sürücü və malların təhvil almasına dair mağaza əməkdaşı imza etmişlər. Zərərçəkmiş şəxs MMC-də bütün əməliyyatlar əsasən terminal vasitəsilə aparılmışdır. Həmçinin, malların geri qaytarılması, kassa ödənişləri də terminal vasitəsilə aparılmışdır. Ona görə də, terminalın yaddaşında bütün tarixlər üzrə aparılan əməliyyatlar dəqiq göstərilmişdir. Təqsirləndirilən şəxs1 təhkim olunmuş 871 №-li terminalda aparılan bütün əməliyyatların çıxarışları iş materiallarındadır və istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 dövrü fəaliyyəti yoxlanılan zaman audit tərəfindən 43436,75 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Həmin yoxlamada Təqsirləndirilən şəxs1 özü də iştirak etmiş və imzası ilə audit yoxlamasını təsdiq etmişdir. Lakin, həmin yoxlama zamanı bəzi mağazalar tərəfindən malların geri qaytarılması, bəzi mağazaların malı aldığı halda pulu ödəməkdən imtina etməsi, həmçinin, bölgə müdiri Təqsirləndirilən şəxs2 anasının xəstəliyi ilə əlaqədar MMC-yə məxsus məhsulların pulunu götürərək mənimsəməsi Təqsirləndirilən şəxs1 üzərinə yazılmışdır. Belə ki, 43436,75 manat məbləğin 6500 manatı (4000 manat bir mağaza, 2500 manat isə bir mağaza olmaqla) Təqsirləndirilən şəxs2 tərəfindən mağazalardan götürülmüş və anasının xəstəliyi ilə əlaqədar müalicəsinə xərclənmişdir. Yəni, həmin məbləği Təqsirləndirilən şəxs2 mənimsəmişdir. Tarlanın özünün də maddi məsuliyyət haqqında müqaviləsi olmuş və o MMC-nin mallarına maddi məsul şəxs olmuşdur. Digər tərəfdən, onunla bölgə müdiri kimi əmək müqaviləsi də bağlanmış və malların təhlükəsizliyini və etibarlılığını təmin etmək, ona nəzarət etmək birbaşa onun öhdəliyi olmuşdur. Buna baxmayaraq, o, Rəhmanın xidməti ərazisinə daxil olan satış nöqtələrindən ümumilikdə 6500 manat götürərək mənimsəmişdir. Bundan başqa, 6000 manat məbləğində mal MMC-nin anbarına təhvil verilsə də, bu rəsmiləşdirilmədiyindən, həmin məbləğ terminalın yaddaşında mağazalar tərəfindən ödənilməyən məbləğ kimi qalmış, mağazalar isə heç bir borcunun olmamasını bildirdiyindən Rəhmanın çatışmazlığı kimi qeydiyyat aparılmışdır. Bundan başqa, 2312,25 manat “Beş ulduz” marketin üzərində ödənilməyən məbləğ kimi qalmışdır. Həmin mağaza audit zamanı borcunun olmamasını bildirdiyindən Rəhmanın əksiyi kimi qeydiyyata alınmışdır, lakin istintaq zamanı Ulduz market borcunu etiraf etmiş və ödəyəcəyini bildirmişdir. Həmçinin, “Namik” marketin 708,40 manatı, “Sirr” marketin isə 283 manatı da eynilə bu formada mağazaların özündə olmuşdur. Lakin, audit zamanı onlar borclarının olmamasını dediyindən Rəhmanın həmin məbləği alaraq mənimsədiyi kimi qeydiyyat aparılmışdır. İstintaq zamanı həmin mağazalar malların özlərində olmasını və pulunu yaxın vaxtlarda ödəyəcəklərini bildirmişlər. Bundan başqa, “Meqa” marketin üzərində olan 103,60 manat mal verilən və mal geri qaytarılan zaman tətbiq edilən endirimlə əlaqədar yaranmış kəsrdir ki, bu da Rəhmanın çatışmazlığı kimi qeydiyyata alınsa da, əslində endirim fərqinə görə yaranmışdır. 50 manat "xxxx" marketdə MMC-yə məxsus soyuducunun təmirinə xərclənsə də, həmin məbləğ də Rəhmanın əskiyi kimi yazılmışdır. 138,28 manat məbləğ isə Rəhmandan əvvəlki satış nümayəndəsi tərəfindən Xan restoranında yeyib-içmək hesabı ilə əvəzləşdirilmişdir. Yerdə qalan 26884 manat 26 qəpik məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 mənimsəmişdir. İfadəsinin sonunda Nümayəndə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs MMC vurulmuş 26884 manat 26 qəpik məbləğində ziyanın tam şəkildə ödənildiyini bildirərək ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs MMC-də bölgə müdiri vəzifəsində işləmiş, sonradan öz xahişi ilə işdən azad olunmuşdur. 2019-cu ilin avqust ayından yenidən işə bərpa olunmuşdur. Hazırda Quba filialı üzrə audit vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərinə mağazaların borc yoxlanışları, vitrinlərin düzülüş qaydaları, işçilərin nizam-intizamına nəzarət etmək və təftiş işlərinin həyata keçirilməsi daxildir. Zərərçəkmiş şəxs MMC ilə əmək müqaviləsi mövcuddur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Hər bir satış nümayəndəsinə terminal təhkim olunmuş və terminal yalnız onların özlərində olmuşdur. Həmin terminalda əməliyyatları yalnız satış üzrə nümayəndə özü icra etmiş və ora kənar şəxslərin müdaxiləsi qeyri-mümkündür. Təqsirləndirilən şəxs1 871 №-li terminal təhkim olunmuş və işlədiyi bütün dövlərdə terminal özündə olmuşdur. Terminala sonradan köhnə tarixə əlavə düzəliş edilməsi mümkün deyildir. 2019-cu ilin sentyabr ayında MMC-nin rəhbərliyinin göstərişi əsasında Quba filialında satış üzrə nümayəndə olan Təqsirləndirilən şəxs1 fəaliyyətinin yoxlanılması və təhvil təslim edilməsi prosesində iştirak etmişdir. Audit araşdırması zamanı Təqsirləndirilən şəxs1 faktiki borc qalığı terminalın çıxarışlarına əsasən müəyyən edilmişdir. Belə ki, terminaldan edilən çıxarışlara əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də satış üzrə nümayəndə işlədiyi dövrdə, yəni 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək ona təhkim olunmuş 871 №-li terminal ilə ümumilikdə 1145811,17 manat məbləğində mal sifariş vermişdir. İşlədiyi müddət ərzində MMC-nin anbarına 48372,45 manat məbləğində mal qaytarmış, 1002393,57 manat məbləğində isə ümumilikdə MMC-nin anbarına terminal ilə kassa ödənişləri etmişdir. Üzləşdirmə aparıldıqda onun balansında yoxlanılan dövrün əvvəlinə 95045,15 manat məbləğində borc qalığının olması bir daha təsdiq olunmuşdur. 02 sentyabr 2019-cu ildən 07 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində aparılan audit yoxlaması zamanı Təqsirləndirilən şəxs1 borc qalığı 95045,15 manat olmuş, daxili audit araşdırması zamanı 19065.60 manat faktiki mal qalığının olması, 21028.50 manat satış nöqtələrindən pul ödənilməsi, 11514.30 manatlıq malların cəmiyyətin anbarına qaytarılması, 457.09 manat artıq ödəmələrin olması, nəticədə Təqsirləndirilən şəxs1 hesabında 43436,75 manat çatışmazlıq olması müəyyən olunmuşdur. Buna dair tərəfindən akt tərtib edilmiş, həmin aktda 71 ədəd satış nöqtəsində yoxlamalar sabiq audit Şahid1 tərəfindən, 16 satış nöqtəsində isə onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən yaranan fərqin MMC-nin xəzinəsinə ödəyib-ödəməməsi barədə məlumatı olmamışdır. Avrora MMC tərəfindən təqdim edilmiş aktdakı ““Avrora firmasının audit şöbəsinin mütəxəssisi A.S.A” yazısının qarşısındakı “N.Sadiqov” yazısı və qarşısındakı imzalar ona məxsusdur. Həmin yoxlamada audit kimi iştirak etmiş və buna görə də, aktı öz imzası ilə təsdiq etmişdir. Həmçinin, yoxlama Təqsirləndirilən şəxs1 və yeni satış nümayəndəsi Cəmil Əmrahov da iştirak etmiş və ona görə də, aktı imzalamışlar. Ona təqdim olunan aktda Təqsirləndirilən şəxs1 və Cəmil Əmrahov qrafalarının qarşısında olan imzalar da onların özləri tərəfindən imzalanmışdır. Marketlərdə müştərilərin deməsinə əsasən və terminalın çıxarışına əsasən yoxlama aparılmışdır. Terminala əsasən mağazada borc göstərirdisə, həmin borcun həqiqətən də olub-olmaması mağaza sahibindən soruşulmuş, əgər mağaza sahibi terminalın göstərdiyi kimi borcu olmasını təsdiq etmişsə, bu tərtib etdiyi aktda qeyd olunmuş və mağaza müdiri öz dediyini, Təqsirləndirilən şəxs1 də mağaza sahibinin dediyini təsdiq edərək mağazanın qrafasının qarşısında imza çəkmişdir. Həmin aktda mağazalara aid tərəfindən nə qeyd edilmişdirsə, mağaza sahibinin deməsinə əsasən qeyd edilmişdir. Həmçinin, Rəhman özü də yoxlamada iştirak etmiş və aktda olanları həm mağazaların qarşısındakı qrafaları imzalamaqla, həm də ümumilikdə aktı imzalamaqla təsdiq etmişdir. O, sadəcə faktiki olaraq müştərilən deməsinə və terminaldan çıxarışa əsasən təftiş aparmış və müvafiq çatışmazlığı ortaya çıxarmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Audit şöbəsinin auditi vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərinə mağazaların borc yoxlanışları, vitrinlərin düzülüş qaydaları, işçilərin nizam-intizamına nəzarət etmək və təftiş işlərinin həyata keçirilməsi daxildir. Zərərçəkmiş şəxs MMC ilə əmək müqaviləsi olmuşdur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Hər bir satış nümayəndəsinin, eləcə də Təqsirləndirilən şəxs1 də mallarla bağlı maddi məsuliyyəti vardır, bununla əlaqədar MMC ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Hər bir satış nümayəndəsinə terminal təhkim olunmuş və terminal yalnız onların özlərində olmuşdur. Həmin terminalda əməliyyatları yalnız satış nümayəndəsi özü icra etmiş və ora kənar şəxslərin müdaxilə etməsi qeyri-mümkündür. Təqsirləndirilən şəxs1 871 №-li terminal təhkim olunmuş və işlədiyi bütün dövlərdə terminal özündə olmuşdur. Terminala sonradan köhnə tarixə əlavə düzəliş edilməsi mümkün deyildir. 2019-cu ilin sentyabr ayında MMC-nin rəhbərliyinin göstərişi əsasında Quba filialının satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 fəaliyyətinin yoxlanılması və təhvil-təslim edilməsini həyata keçirmişdir. Audit araşdırması zamanı Təqsirləndirilən şəxs1 faktiki borc qalığı terminalın çıxarışlarına əsasən müəyyən edilmişdir. Belə ki, terminaldan edilən çıxarışlara əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də satış üzrə nümayəndə işlədiyi dövrdə, yəni 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək ona təhkim olunmuş 871 №-li terminal ilə ümumilikdə 1145811,17 manat məbləğində mal sifariş vermişdir. İşlədiyi müddət ərzində MMC-nin anbarına 48372,45 manat məbləğində mal qaytarmış, 1002393,57 manat məbləğində isə ümumilikdə MMC-nin anbarına terminal ilə kassa ödənişləri etmişdir. Üzləşdirmə aparıldıqda onun balansında yoxlanılan dövrün əvvəlinə 95045,15 manat məbləğində borc qalığının olması bir daha təsdiq olunmuşdur. 02 sentyabr 2019-cu ildən 07 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində aparılan audit yoxlaması zamanı Təqsirləndirilən şəxs1 borc qalığı 95045,15 manat olmuş, daxili audit araşdırması zamanı 19065.60 manat faktiki mal qalığının olması, 21028.50 manat satış nöqtələrindən pul ödənilməsi, 11514.30 manatlıq malların cəmiyyətin anbarına qaytarılması, 457.09 manat artıq ödəmələrin olması, nəticədə Təqsirləndirilən şəxs1 hesabında 43436,75 manat çatışmazlığın müəyyən olunmuşdur. Buna dair tərəfindən akt tərtib edilmişdir. Həmin aktda 71 ədəd satış nöqtəsində yoxlamalar onun tərəfindən, digər satış nöqtələrində isə MMC-nin digər auditi Şahid2 tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən yaranan fərqin MMC-nin xəzinəsinə ödəyib-ödəməməsi barədə məlumatı olmamışdır. Audit yoxlamasının aktındakı ““Avrora firmasının audit şöbəsinin mütəxəssisi A.S.A” yazısının qarşısındakı “Şahid1” yazısı və qarşısındakı imza ona məxsusdur. Həmin yoxlamada audit kimi iştirak etmiş və buna görə də, aktı öz imzası ilə təsdiq etmişdir. Həmçinin, yoxlama Təqsirləndirilən şəxs1 və yeni satış üzrə nümayəndə Cəmil Əmrahov da iştirak etmiş və ona görə də, aktı imzalamışlar. Ona təqdim olunan aktda Təqsirləndirilən şəxs1 və Cəmil Əmrahov qrafalarının qarşısında olan imzalar da onların özləri tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1lə bağlı audit araşdırması nəticəsində onun hesabında 43436,75 manat məbləğində çatışmazlıq olması müəyyən edilmişdir. Audit yoxlaması marketlərdə müştərilərin deməsinə əsasən və terminalın çıxarışına əsasən aparılmışdır. Terminala əsasən mağazada borc göstərilmişdirsə, həmin borcun həqiqətən də olub-olmaması mağaza sahibindən soruşulmuşdur. Əgər mağaza sahibi terminalın göstərdiyi kimi borcu olmasını təsdiq edirdisə, bu tərtib etdiyi aktda qeyd olunmuş və mağaza müdiri öz dediyini, Təqsirləndirilən şəxs1 də mağaza sahibinin dediyini təsdiq edərək mağazanın qrafasının qarşısında imza çəkmişlər. Həmin aktda mağazalara aid tərəfindən nə qeyd edilmişdirsə, mağaza sahibinin deməsinə əsasən qeyd edilmişdir. Həmçinin, Rəhman özüdə yoxlamada iştirak etmiş və aktda olanları həm mağazaların qarşısındakı qrafaları imzalamaqla, həm də ümumilikdə aktı imzalamaqla təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin may ayından etibarən Zərərçəkmiş şəxs MMC-nin Quba filialının müdiri vəzifəsində işləmişdir. Vəzifə səlahiyyətlərinə aylıq satış planlarının bölgüsü, gündəlik satışların və pul plan hədəflərinin yerinə yetirilməsini təqib etmək, filialdakı inventarların düzgün istifadə edilməsinə, işçilərin filial daxili nizam-intizam işlərinə nəzarət etmək, müştərilərin təklif və şikayətlərinin qəbul etmək, yaranan problemlərin aradan qaldırılması, filialın daxili prosedurlarına əsasən mağazada məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək, müştərilər tərəfindən ödənişlərin düzgün olubolmamasına nəzarət etmək daxildir. Zərərçəkmiş şəxs MMC ilə əmək müqaviləsi olmuşdur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Rəhman yalnız energetik işçilərin satışını və satışdan əldə olunan pulun yığımını həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 mağazaların sifarişləri əsasında terminal vasitəsi ilə elektron olaraq MMCnin Bakı şəhərində yerləşən anbarından malları sifariş etmişdir. Təqsirləndirilən şəxs1 2018-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi işləməyə başlamışdır, həmçinin onunla Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşlədiyi müddətdə özünü normal aparmış, hər hansı problem olmamışdır. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs1 işdən çıxmaq istəməsi ilə bağlı müraciət etmişdir. Bundan sonra daxil audit yoxlaması keçirilməsi üçün MMC rəhbərliyinə müraciət etmişdir. MMC-nin audit şöbəsinin Quba filialı üzrə nümayəndəsi tərəfindən keçirilən təftiş zamanı Təqsirləndirilən şəxs1 hesabında 43436,75 manat məbləğində çatışmazlıq olması müəyyən edilmişdir. Həmin dövrdə müəyyən olunmuşdur ki, bölgə müdiri Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hesabında olan pulun 6500 manat hissəsini Rəhmanın xəbəri olmadan götürüb anasının müalicəsi üçün xərcləmişdir. Bu səbəbə görədə də, o Təqsirləndirilən şəxs2 işdən azad etmiş və bu barədə MMC-nin kadrlar şöbəsinə məlumat vermişdir. Həmçinin, "xxxx" marketdə soyuducunun təmiri ilə bağlı market tərəfindən soyuducunun təmir edilməsi və təmir xərcinin şirkət tərəfindən qarşılanması barədə tapşırıq vermişdir. Təhvil-təslim zamanı "xxxx" marketdə yaranan 50 manat məbləğində fərqin həmin təmir xərcinin olması barədə ona əvvəlcədən məlumat veilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 15 yanvar 1997-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür və sərbəst auditor kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs MMC-nin X1 ilə aralarında bağlanmış 08 iyul 2019-cu il tarixli 54 saylı müqaviləyə əsasən Zərərçəkmiş şəxs MMC-də 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək satış üzrə nümayəndə vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 02 sentyabr 2019-cu il tarixə öhdəsində olan mal qalığının auditini aparmışdır. Ondan əvvəl isə Avrora MMC-nin auditi Şahid1 tərəfindən satış üzrə nümayəndə Təqsirləndirilən şəxs1 özünün və təhvil alan satış üzrə nümayəndə Cəmil Əmrahovun iştirakı ilə mağazalarda olmaqla yoxlama aparılmış və Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair 02-07 sentyabr 2019-cu il tarixli akt tərtib olunmuşdur. Həmin daxili audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 borc qalığı 95045,15 manat olmuşdur. Daxili audit araşdırması zamanı Təqsirləndirilən şəxs1 dislokasiyasına daxil olan satış nöqtələrində 19065.60 manat faktiki mal qalığının olması müəyyən edilmişdir. Həmin yoxlama zamanı 21028.50 manat satış nöqtələrindən pul ödənilməsi, 11514.30 manatlıq malların cəmiyyətin anbarına qaytarılması, 457.09 manat artıq ödəmələrin olması müəyyən edilmişdir. Nəticədə, Təqsirləndirilən şəxs1 hesabında 43436,75 manat çatışmazlıq müəyyən olunmuşdur. O, audit yoxlaması zamanı daxili audit araşdırma zamanı tərtib olunmuş aktı, satış üzrə nümayəndəyə təhkim olunmuş terminaldan çıxarışları, satış fakturalarını, qəbzləri və sair sənədləri təftiş edərək Təqsirləndirilən şəxs1 öhdəsində 43436,75 manat çatışmazlığın olmasını müəyyən etmiş və bu barədə həm auditor aktı, həm də auditor rəyi tərtib edərək Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Quba şəhərində olan “Beş Ulduz” mağazasını işlədir. Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs1 tanıyır. Onunla münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs1 işlətdiyi mağazaya energetik içkilər gətirmişdir. Təqribən 2018-2019-cu illərdə Rəhman satış üzrə nümayəndə işləyən vaxt ona energetik içkilərinin qiymətlərinin qalxacağını bildirib, energetik içkiləri həmin vaxtdan ucuz qiymətə alıb saxlamasını, qiymət qalxdıqdan sonra satıb əlavə pul qazanmasını təklif etmişdir. Həmin vaxt o, Rəhmanın sözünə inanıb “Bizon” markalı energetik içkilərini normada götürdüyündən qat-qat çox götürmüşdür. Həmin vaxt “Bizon” markalı energetik içkinin satış qiyməti 1,20 manat olmuş, Rəhmanın deməsinə əsasən içkinin qiyməti 1 manat 50 qəpik olacağı gözlənilmiş, lakin sonradan işkinin qiyməti 0,93 manata düşmüşdür. Nəticədə o, götürdüyü hər “Bizon” içkisində 0,27 manat ziyan etmişdir. Həmin dövrdə neçə ədəd “Bizon” işkisi götürdüyü yadında deyil. Lakin, hesablamalarına görə həmin dövrdə ümumilikdə 2312,25 manat ziyan etmişdir. Rəhmanın sözünə inanıb ziyana düşdüyü üçün o, da Rəhmana həmin pulu verməyəcəyini bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs MMC-nin auditi və Təqsirləndirilən şəxs1 yoxlama üçün mağazaya gəlmişlər. Ona audit 2312,25 manat borcunun olmasını demişdir. O isə hər hansı borcunun olmamasını bildirmiş və borcunun olmaması barədə akta imza etmişdir. Həmin aktdakı imza və “Əhməg” yazısı ona məxsusdur. Yoxlama zamanı Zərərçəkmiş şəxs MMC-nin auditi onun mağazasının üzərində 2312,25 manat borc olmasını demişdir. O isə həmin borcun Rəhmanın dediyi sözə görə yaranmasını əsas tutaraq borcunun olmamasını demiş və mağazasının qarşısında borcunun olmaması barədə akta imza çəkmişdir. Əslində isə həmin vaxt onun Zərərçəkmiş şəxs MMC-yə 2312 manat 25 qəpik borcu olmuşdur. Yoxlama nəticəsində həmin məbləğ Təqsirləndirilən şəxs1 üzərinə çatışmamazlıq kimi yazılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki o, Quba rayonu, Alekseyevka kəndində ailəsi ilə yaşayır. Quba rayonu, Timiryazev qəsəbəsində “İki Ulduz” marketi işlədir. Bəzi adamlar marketi onun adı ilə “Namik” market kimi də tanıyırlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi kimi tanımışdır. Mağazasına enerji içkilərini Təqsirləndirilən şəxs1 almışdır. Adətən, Rəhmandan ayın əvvəlində enerji içkilərini nisyə almış, ayın sonu isə malların dəyərini Rəhmana əlbəəl vermişdir. Malı ona verən zaman satış fakturasına malı təhvil almağı ilə bağlı imza çəkmişdir. Sonuncu dəfə, 708 manatlıq enerji içkisi alsa da, ona bununla bağlı satış fakturası verilməmişdir. O isə dəfələrlə tələb etsə də, ona satış fakturası verilməmişdir. Ona görə də, o borcu ödəməmiş və satış fakturasının verilməsini gözləmişdir. Audit yoxlaması zamanı isə ondan borcunun olub-olmaması soruşulmuş o, da 708,40 manat borcunun olmasını, lakin fakturanın verilməməsini, ona görə də, ödəməyəcəyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi kimi tanımışdır. Onun Quba rayonu, Susayqışlaq kəndində özünə məxsus ərzaq məhsullarının satışı mağazası vardır. Həmin mağazaya enerji içkilərini Təqsirləndirilən şəxs1 almışdır. Adətən, Rəhmandan ayın əvvəlində enerji içkilərini nisyə almış, ayın sonu isə malların dəyərini Rəhmana əlbəəl vermişdir. Malı ona verən zaman o satış fakturasına malı təhvil almağı ilə bağlı imza çəkmişdir. Malları Rəhmana sifariş vermiş, malları isə mağazasına sürücü gətirib çatdırmışdır. Sürücünün kim olmasını unutmuşdur. Təqribən 2019-cu ilin ortalarında Rəhmana “Jaguar”, “Bizon” və “Full” markalı enerji içkiləri sifariş vermişdir. “Jaguar” markalı enerji içkiləri mağazasına gətirilsə də, “Bizon” və “Full” markalı enerji içkiləri gətirilməmişdir. Nəticədə, mağazasına “Bizon” və “Full” almaq üçün gələn müştərilərə sata bilməmiş və təqribən 20-25 gün gecikdiyi üçün ziyan etmişdir. “Jaguar” markalı enerji içkilərinə görə 283 manat Zərərçəkmiş şəxs MMC-yə borcu olmuşdur. Lakin, “Bizon” və “Full” enerji içkiləri 20-25 gün gec gəldiyinə görə və ziyan etdiyinə görə həmin 283 manatı ödəməyəcəyini bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs MMC-nin auditi, Rəhman və əlavə 2 nəfər mağazaya gələrək faktiki borcu yoxladıqlarını, Rəhmanla digər satış üzrə nümayəndə arasında təhvil-təslim olacağını, onun mağazasının 283 manat borcunun olmasını demişdir. O isə qeyd etdiyi məsələni olduğu kimi danışmış və ziyan etdiyinə görə həmin 283 manatı ziyana çıxdığını bildirmişdir. Zərərçəkmiş şəxs MMC-nin auditi ona cədvəldə imza etdirmişdir. O da müvafiq qrafada imza edərək qeyd etmişdir. Həmin imza və “Rauf” yazısı ona məxsusdur. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Quba şəhəri, Ə.Nərimanov küçəsi, ev 87-də yaşayır. Quba şəhərində yerləşən “Meqa” marketi işlədir. Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 tanıyır. Rəhman işlətdiyi mağazanı energetik içkilərlə təhciz etmişdir. Onunla münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş 02-xx.xx.2019-cu il tarixli müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında aktdakı imza və “Rəşad.N” yazısı ona məxsusdur. Yoxlama zamanı Zərərçəkmiş şəxs MMC-nin auditi onun mağazasının üzərində 156,28 manat borc olmasını bildirmişdir. O, isə mağazasının 52,68 manat borcunun olmasını bildirmiş və yerində 52,68 manatı ödəniş etmişdir. 103,60 manat isə onun borcu olmamışdır. Bu barədə auditə bildirmiş və mağazasının borcunun olmaması barədə akta imza çəkmişdir. Çox vaxt Rəhmanın verdiyi malları geri qaytarma etmiş və adından silinməsini tələb etmişdir. Belə ki, Rəhman ona əgər malı 1 manatdan verirdisə, o, geri qaytarma edən zaman elə 1 manatdan da geri qaytarmışdır. Təqribən 2018-2019-cu illərdə energetik içkinin qiymətləri düşmüşdür. Həmin vaxt geri qaytarma etmiş və MMC Rəhmandan ucuz götürdüyü üçün 103,60 manat fərq yaranmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki o, ailəsi ilə birlikdə Quba şəhəri, Heydər Əliyev prospekti, ev 27-də yaşayır. Quba şəhəri, Mərkəzi bazarın içərisində özünəməxsus topdan satış mağazası vardır. İşlətdiyi mağazada müxtəlif firmalardan aldığı malların topdan və pərakəndə satışını həyata keçirir. Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs1 tanıyır. Yoxlama zamanı Zərərçəkmiş şəxs MMC-nin auditi onun mağazasının üzərində 1723,21 manat borc olmasını bildirmişdir. O, isə mağazasının borcunun olmamasını bildirmiş və ona görə də, borcunun olmaması barədə akta müvafiq qrafa imza çəkmişdir. Adətən Rəhman malları topdan satış mağazasına sifariş etmiş, malları Rəhmandan almış və ayın sonunda malların pulu sıfırlanmış və növbəti aya keçməmişdir. İşlədiyi dövrdə malların pulunun ayın sonundan növbəti aya keçməsi halı olmamışdır. Onun 1723,21 manat məbləğində borcu olmamış və həmin malların pulunu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində olan “Favorit” marketdə ona məxsusdur. “Favorit” marketi Ceyhun adlı işçi işlədir. Topdan satış mağazasında malları özü qəbul etmiş, “Favorit” adlı mağazada isə malları Ceyhun qəbul etmiş və işlərə o nəzarət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Quba şəhəri, Arif Hüseynzadə küçəsi, ev 45-də yaşayır. Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən “Favorit” marketi işlədir. Avrora” MMC-nin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 tanıyır. İşlədiyi dövrdə mağazada energetik və spirtli içkilərin satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 işlətdiyi mağazanı energetik içkilərlə təhciz etmişdir. Yoxlama zamanı Zərərçəkmiş şəxs MMC-nin auditi onun mağazasının üzərində 4006,92 manat borc olmasını müəyyən etmişdir. Əslində isə onun Zərərçəkmiş şəxs MMC-yə borcu olmamışdır. Belə ki, aparılan audit yoxlaması zaman onun 816,02 manat məbləğində malın geri qaytarılması nəzərə alınmamışdır. Qalan 3190,90 manat borcdan 2500 manat hissəsini cəmiyyətin Tarlan adlı işçisinə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki o, ailəsi ilə birlikdə Quba şəhəri, Arif Hüseynzadə küçəsi 45 saylı evdə yaşayır. O, Şahid9 məxsus Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən “Favorit” marketi işlədir. Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, işlədiyi dövrlərdə Rəhman işlətdiyi mağazanı energetik içkilərlə təhciz etmişdir. Yoxlama zamanı Zərərçəkmiş şəxs MMC-nin auditi onun mağazasının üzərində 4006,92 manat borc olmasını bildirmişdir. O, isə yoxlama zamanı 816,02 manat məbləğində mal geri qaytarma etmiş, həmin mal ondan təhvil alınmış və aktda da qeyd edilmişdir. Qalan 3190,90 manatın isə borc kimi göstərilməsi ilə bağlı bildirmişdir ki, onun borcu olmamışdır. Zərərçəkmiş şəxs MMC-nin malları ayın əvvəli mağazaya gətirilmiş, ayın sonunda isə sıfırlanmışdır. Yoxlama dövrünə onun hər hansı məbləğdə borcu olmamışdır. Ona görə də, aktda borcunun olmaması barədə imza çəkmişdir. İşlədiyi mağaza Zərərçəkmiş şəxs MMC-dən malların geri qaytarılması prosesi dəfələrlə olmuşdur. Zərərçəkmiş şəxs MMC-yə olan borcunun 2000 manat hissəsinin Cəmiyyətin Tarlan Amrakzade adlı işçisinə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Quba rayonu, Dəvədabanı yaşayış massivində yaşayır. Onun Quba rayonu, Nügədi yolunda "xxxx" adlı mağazası vardır. Həmin mağazanı özü işlədir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMCnin satış üzrə nümayəndəsi kimi tanımışdır. Onunla münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş 02-xx.xx.2019-cu il tarixli müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında aktdakı imza və “Ə nazir” yazısı ona məxsusdur. Belə ki, yoxlama dövrünə terminalın çıxarışlarına əsasən onun mağazasının üzərində 159,84 manat borc olması göstərilmişdir. O, isə 16,24 manat yerində MMC-yə ödəmiş və borcunun 93,60 manat qalmasını, əskik yaranan 50 manatın isə mağazasında olan Zərərçəkmiş şəxs MMC-yə məxsus “Bizon” soyuducusunun təmirinə çıxmasını bildirmişdir. Belə ki, tarixini dəqiq xatırlamır, bir dəfə həmin soyuducu xarab olmuş və o MMC-dən onu yenisi ilə əvəz etməsini tələb etmişdir. Həmin vaxt Rəhman ona MMC ilə danışmasını, soyuducunu 50 manata təmir edirməsini, pulu mallara görə ödəməli olduğu məbləğdən çıxmasını demişdir. O Rəhmana inanmamış, ona görə də, filial müdiri Şahid4la danışmışdır. Aydın da Rəhmanın dediyini təsdiqləmişdir. Ona görə də, o, cibindən 50 manat soyuducunun təmirinə xərcləmiş və Rəhmana mallarına puluna görə ödəməli olduğu puldan çıxmasını bildirmişdir. Rəhman da ona narahat olmamasını bildirmişdir. Lakin, sonradan yoxlama zamanı həmin pulu hesabından çıxmamasını görmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-nin 06 fevral 2018-ci il tarixli 068/k №-li əmrdən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci ildən etibarən Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 fevral 2018-ci il tarixli əmək müqaviləsindən və eyni tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən satış üzrə nümayəndə vəzifəsinə qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 fevral 2018-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs1 arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və Təqsirləndirilən şəxs1 MMC qarşısında vurulan ziyana görə tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş satış üzrə nümayəndənin vəzifə təlimatından görünür ki, həmin təlimatda satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması, müştərilərdən alınan pulların tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödənilməsi, tam maddi məsuliyyət daşımaq satış üzrə nümayəndənin vəzifə təlimatlarında öz əksini tapmış və Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci il tarixdə həmin vəzifə təlimatı ilə tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-nin 06 fevral 2018-ci il tarixli, 35/Ü №-li əmrdən görünür ki, həmin tarixdən 871 №-li terminal Təqsirləndirilən şəxs1 təhkim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 təhkim edilmiş müştərilərin faktiki borc qalıqlarının özünün iştirakı ilə yoxlanılması barədə tərtib olunmuş 02-07 sentyabr 2019cu il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 02 sentyabr 2019-cu ilin tarixinə olan müştərilərdə olan borc qalığı 95045,15 manat olmuş, daxili audit araşdıması zamanı 19065.60 manat faktiki mal qalığının olması müəyyən edilmiş, 21028.50 manat satış nöqtələrindən kassaya pul ödənilmiş, 11514.30 manatlıq mallar cəmiyyətin anbarına qaytarılmış, 457.09 manat artıq ödəmələr olmuş, nəticədə 43436,75 manat çatışmazlıq müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 təhkim olunmuş 871 nömrəli terminalın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu ilədək olan müddət ərzində MMC-yə məxsus 48372,45 (qırx səkkiz min üç yüz yetmiş iki manat qırx beş qəpik) manat dəyərində malı anbara qaytarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 20 sentyabr 2019-cu il tarixli audit prosedurlarının aparılmasına dair aktdan və sərbəst auditor Şahid3 54/09 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 28 dekabr 2016-cı il tarixli, SA 074 saylı icarə ilə fəaliyyət göstərən sərbəst auditor Şahid3 Zərərçəkmiş şəxs MMC ilə bağlanmış 08 iyul 2019-cu il tarixli 54 saylı müqaviləyə əsasasən MMC-nin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu ilədək olan olan dövr ərzində mal-pul dövriyyəsinin auditini aparmış və MMC-nin satış üzrə nümayəndəsi, maddi məsul şəxs Təqsirləndirilən şəxs1 02 sentyabr 2019-cu il tarixə öhdəsində 43436,75 manat məbləğində pul vəsaitinin çatışmazlığının olması müəyyən edilmişdir. İş üzrə təyin edilmiş kompleks məhkəmə xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 12 avqust 2021-ci il tarixli, 4/1007-9/5048 nömrəli rəyindən görünür ki, ekspertizaya Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6065” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6064” nömrəli, 669.60 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2206” nömrəli, 146.75 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2200” nömrəli, 119.04 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2211” nömrəli, 661.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2212” nömrəli, 115.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2205” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2203” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6072” nömrəli, 111.59 manat məbləğində; xx.xx.2019-cu iltarixli, “30FSU10710.6068” nömrəli, 1356.01 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6080” nömrəli, 115.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6091” nömrəli, 164.08 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6075” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6062” nömrəli, 893.73 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6074” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6073” nömrəli, 446.41 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6070” nömrəli, 111.59 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6089” nömrəli, 61.19 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10712.4947” nömrəli, 595.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10712.4948” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10712.4944” nömrəli, 111.59 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0913” nömrəli, 446.41 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0911” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0916” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0914” nömrəli, 156.23 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0912” nömrəli, 334.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0928” nömrəli, 134.41 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6071” nömrəli, 446.41 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0935” nömrəli, 297.61 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0934” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0919” nömrəli, 186.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0932” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0910” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0933” nömrəli, 446.41 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0920” nömrəli, 297.61 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0936” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0917” nömrəli, 334.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0937” nömrəli, 372.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0918” nömrəli, 44.64 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10711.0925” nömrəli, 40.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2188” nömrəli, 81.61 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6066” nömrəli, 224.13 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2179” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2185” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2180” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2216” nömrəli, 209.99 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2184” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6613” nömrəli, 669.60 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6627” nömrəli, 111.59 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6607” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6616” nömrəli, 2232.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6614” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6612” nömrəli, 372.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6640” nömrəli, 186.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6631” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6599” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6598” nömrəli, 111.59 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6633” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6601” nömrəli, 186.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6632” nömrəli, 186.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6608” nömrəli, 372.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6605” nömrəli, 357.13 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6604” nömrəli, 148.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6603” nömrəli, 571.92 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6643” nömrəli, 372.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6637” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2207” nömrəli, 100.43 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2186” nömrəli, 230.41 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2199” nömrəli, 197.15 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2182” nömrəli, 457.92 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2214” nömrəli, 186.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2201” nömrəli, 89.28 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6067” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6063” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10710.6087” nömrəli, 268.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2190” nömrəli, 186.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2215” nömrəli, 186.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10709.2191” nömrəli, 186.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10712.4945” nömrəli, 1116.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10712.4946” nömrəli, 669.60 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10627.5006” nömrəli, 446.41 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10701.2032” nömrəli, 334.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10701.2030” nömrəli, 1785.61 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10701.2031” nömrəli, 595.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10701.2033” nömrəli, 697.44 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10701.2039” nömrəli, 840.73 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10701.2038” nömrəli, 426.29 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10701.2040” nömrəli, 620.34 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10701.2037” nömrəli, 1623.81 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5773” nömrəli, 334.80 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5762” nömrəli, 2003.57 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5764” nömrəli, 1785.60 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5770” nömrəli, 937.78 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5765” nömrəli, 2232.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5759” nömrəli, 171.11 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5761” nömrəli, 120.06 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5768” nömrəli, 9086.64 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5771” nömrəli, 104.66 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10702.5775” nömrəli, 40.16 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10626.2287” nömrəli, 111.59 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10626.2286” nömrəli, 111.59 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10626.2291” nömrəli, 446.41 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10626.2290” nömrəli, 2232.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10627.5012” nömrəli, 1322.65 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10627.5013” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10626.2292” nömrəli, 66.96 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10626.2288” nömrəli, 111.59 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10627.5014” nömrəli, 223.20 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10627.5007” nömrəli, 669.60 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6611” nömrəli, 372.00 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6618” nömrəli, 5664.02 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6634” nömrəli, 2040.01 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6638” nömrəli, 260.39 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6642” nömrəli, 705.60 manat məbləğində; xx.xx.2019-cu il tarixli, “30FSU.10708.6602” nömrəli, 408.00 manat məbləğində Satış fakturalarında “Məsul şəxs” qrafalarında "xxxx" yazıları qarşısındakı imzalar; Avrora MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 1948.14 manat, xx.xx.2019-cu il tarixli 4778.53 manat, xx.xx.2019-cu il tarixli 3590.40 manat, xx.xx.2019-cu il tarixli 4474.57 manat, xx.xx.2019-cu il tarixli 5600 manat kassa ödənişində “Təhvil verdi” qrafalarındakı imzalar; Təqsirləndirilən şəxs1 təhkim edilmiş müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında aktın 1-32-ci və 34-89-cu sıralarında “Satış nümayəndəsi” qrafasında olan imzalar və aktın yekununda “Komissiyanın aktı ilə tanış oldum, heç bir etirazım yoxdur, kənarlaşmanı təsdiq edirəm. Təqsirləndirilən şəxs1” qrafasının qarşısında olan imza Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, auditor aktının eləcə də cədvəl məlumatlarının düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə Təqsirləndirilən şəxs1 hesabında 42.979,79 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilir. İstintaq zamanı 6500 (altı min beş yüz) manat məbləğində pulun Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə bölmə rəhbəri Təqsirləndirilən şəxs2 tərəfindən götürülməsi, 6000 (altı min) manat pulun geri qaytarılan və rəsmiləşdirilməyən məhsulların pulunun olması, 2312,25 (iki min üç yüz on iki manat iyirmi beş qəpik) manat pulun “Beş ulduz” marketdə, 708,40 (yeddi yüz səkkiz manat qırx qəpik) manat pulun “Namik” marketdə, 283 (iki yüz səksən üç) manat pulun “Sirr” marketdə qalıq qalması, 103,60 (yüz üç manat altmış qəpik) manat pulun “Meqa” marketdən malların geri qaytarılması zamanı yaranan endirimlə əlaqədar olması, "xxxx" marketə verilmiş məhsulun dəyəri olan 50 (əlli) manatın Zərərçəkmiş şəxs MMC-yə məxsus həmin marketdə yerləşdirilən soyuducunun təmirinə xərclənməsi, "xxxx" restoranından alınmalı olan 138,28 (yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat pulun sabiq satış üzrə nümayəndə tərəfindən xərclənməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 çatışmazlığı 26884,26 manat (iyirmi altı min səkkiz yüz səksən dörd manat iyirmi altı qəpik) manat qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş hüquqi şəxsi nümayəndəsini, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəşunaslıq ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl istintaq orqanı tərəfində Azərtbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cəmiyyətə vurulmuş 26,884,26 (iyirmi altı min səkkiz yüz səksən dörd manat 26 qəpik) manat məbləğində ziyan X3 tərəfindən tam şəkildə ödənildiyinə görə sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli, 3221 saylı arayış və 3224 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında qeudiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş hüquqi şəxs ilə barışıq əldə etməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Törədilmiş cinayətin xarakterini və göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 dövlət və yerli özünüidarə etmə orqanlarına rəhbər vəzifə tutma hüquqndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş cərimə cəzası Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarxdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cərimə cəzası təyin edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5500 (beş min beş yüz manat) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən təyin edilmiş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödənsin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 300 manat Təqsirləndirilən şəxs1 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 oğlunun yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar