Məhkəmə qərarları › İş №1(027)-11/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-11/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-11/2023 31.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs qanuni nümayəndəsi - Qanuni nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1996-cı ildə Cəlilabad rayonu, Ləkin kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən Quba rayonu Barlı kəndi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunları etməyərək cinayətkarcasına etinasızlıq edib həmin Qaununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1-1.3 xətləri kəsib keçmək qadağandır tələbini pozub Quba rayonu Timiryazev qəsəbəsində yolu sağdan sola doğru keçən piyada X1 avtomobilinin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 06 iyul 2022-ci il tarixdə özünə məxsus “Chevrolet Nexia SX” markalı **-PN-*** avtomobillə xalası oğlu Kamran ilə birlikdə Quba şəhərindən yaşadığı Barlı kəndinə doğru hərəkətdə olarkən Quba rayonu, Timiryazev qəsəbəsində yolun sağ ehtiyat hissəsində azyaşlı uşağın dayanıb yolu keçmək istədiyini görmüşdür. O, siqnal versə də, uşaq əhəmiyyət verməmiş və sağ tərəfə baxsa da, sola baxmadan yola tərəf qaçmışdır. O, uşağın yola qaçmasını görüb avtomobilini sola doğru hərəkət etdirib əyləci sıxsa da, hadisədən yayına bilməmiş və yolun hərəkət hissəsi azyaşlı uşağı vurub xəsarət yetirmişdir. Dərhal avtomobildən enib uşağı avtomobilinə əyləşdirmiş və onu xəstəxanaya aparmışdır. Hadisə baş verən gündən sonra vurduğu azyaşlı piyadanın bütün xərclərini qarşılamışdır. Həmin uşağın atası Qanuni nümayəndəla daimi əlaqə saxlamış və uşağın müalicəsi ilə bağlı maddi xərcləri Talehə ödəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığını bildirib barəsində olan cinayət işinin icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 onun doğma oğludur. 06 iyul 2022-ci il tarixdə saat 11 radələrində Quba şəhərində olarkən ona xəbər vermişlər ki, oğlu Ələkbər Quba rayonu Timiryazev qəsəbəsində yolu keçərkən onu maşın vurmuşdur. Xəbəri eşitdikdən sonra, oğlunun aparıldığı Quba rayon Diaqnostika Mərkəzinə getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, Quba rayonunun Barlı kənndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonunun Timiryazev qəsəbəsində yolu keçmək istəyən azyaşlı oğlu Ələkbəri maşınla vurmuşdur. Oğlu Əəlkbər bir müddət X3 müalicə olunduqdan sonra, Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Pediatriya instituna köçürülmüşdür. İfadəsinin sonunda Qanuni nümayəndə təqsirləndirilən şəxs tərəfindən oğlu Ələkbərin müalicəsi üçün çəkilən müalicə xərclərinin ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirərək və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə Şahid1 məhkəmə baxışının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən göründüyü kimi, 06 iyul 2022-ci il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs ilə birlikdə İlhama məxsus “Chevrolet Nexia SX” markalı **-PN-*** qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən Barlı kəndinə doğru getmiş, bu zaman xalası oğlu İlham avtomobili idarə etmiş o isə qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Quba rayonu, Timiryazev qəsəbəsində hərəkətdə olan zaman yolun sağ ehtiyat hissəsində azyaşlı uşağın dayanıb yolu keçmək istədiyini görmüşlər. Bu zaman İlham siqnal versə də, uşaq əhəmiyyət verməmiş və sağ tərəfə baxsa da sola baxmadan yola tərəf qaçmışdır. İlham avtomobili sola doğru hərəkət etdirib əyləci sıxsa da hadisədən yayına bilməmiş və yolun hərəkət hissəsi azyaşlı uşağı vurub xəsarət yetirmişdir. Dərhal uşağı xəstəxanaya aparmışdır. Hadisə baş verən gündən sonra İlham vurduğu azyaşlı piyadanın demək olar ki, bütün xərclərini qarşılayıb. Həmin uşağın atası Qanuni nümayəndəla daimi əlaqə saxlayıb və uşağın müalicəsi ilə bağlı maddi xərcləri Talehə ödəmişdir. Hətta demək olar ki, Quba şəhərində və Bakı şəhərində bir neçə dəfə Talehlə görüşüb ona uşağın müalicəsi ilə bağlı pulları şəxsən o özü vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 02 avqust 2022-ci il tarixli 667 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarətlər postheorrağik və postravmatik şokla müşayiət olunan belində solda peritonarxası sahədən qarın boşluğuna nüfuz edərək enən çənbərbağırsağın müsariqəsinin zədələnməsinə və daxili qanaxmaya səbəb olan cırılmış-deşilmiş yara, sol bazu sümüyünün orta 1/3-dən qapalı yerini dəyişən sınığı və mil sinirinin postravmatik parezi, sağ baldırın hər iki sümüyünün orta 1/3-də qapalı yerini dəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə yəni, 03 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 29 iyul 2022-ci il tarixli 8/1964 nömrəli rəyindən görünür ki, “Chevrolet Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 dekabr 2022-ci il tarixli 8/3445 nömrəli rəyindən görünür ki, “Chevrolet Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin və 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan BC 452621 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, DİNnin BDYPİ-si tərəfindən xx.xx.2014-cü il tarixdə Təqsirləndirilən şəxs B1,B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsi xx.xx.2031-cü il tarixədək etibarlıdır. İş materialında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına BC 452621 B1,B, C1, C dərəcəli sürücülük vəsiqəsi var və o, sürücülük hüququndan məhrum edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən nonun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törtəmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təqdim edilmiş ərizələrini və iş materiallarını araşdırıb, hesab edir ki, cinayət qanununun müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli 714 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Barlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs "Vətən müharibəsi iştirakçısı", "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. AR CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 170 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə mülki iddia versə də, icraata qəbul olunmadan daha sonra ərizə təqdim edərək mülki iddianın ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub AR Ədliyyə Nazirliyinin MEM-nin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar