Məhkəmə qərarları › İş №1(027)-11/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-11/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-11/2024 29.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs X6 hüquqi varisi X5, tərcüməçi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Quba rayonu, Nügədi Qazmalar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 09:28-də BA 409008 nömrəli, "B1,B” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Opel Astra minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Ə.Nərimanov küçəsi ilə “Köhnə avtovağzal" istiqamətində 50 km/saat sürətlə sağ zolaqla hərəkətdə olan zaman “X16” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, yəni sürücü yerdəyişmə, dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun qeyd olunan tələblərini cinayətkarcasına etinasızlıq edib pozaraq həmin küçədə arxadan sol zolaqla onunla eyni istiqamətdə hərəkətdə olan X6 idarə etdiyi VAZ 2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək idarə etdiyi avtomobili sağ zolaqdan sol zolağa çıxardıb hərəkət üçün təhlükəli şərait yaratdıqdan sonra sola doğru yerdəyişmə edərək VAZ 2106 markalı avtomobillə toqquşaraq həmin avtomobilin hərəkət istiqamətində yolun solunda yerləşən divara çırpılmasına səbəb olmuş və nəticədə VAZ 2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs “müştərək travma, AKBT, baş-beyinin ağır dərəcəli əzilməsi, kəllə əsasının sınığı, kəllə daxili hematoma, sağ budun və sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları; döş qəfəsinin və qarnın küt travması; koma İİ; travmatik şok İİİ dərəcəli” olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, sürücü X6 “başın kəskin deformasiyası, alın nahiyəsinin yumşaq toxumaların və alın sümüyünün defekti, sağ gözü göz yuvasının tam dağılması, alın nahiyəsində və sifətində çoxsaylı sıyrıqları, sifət sümükləri sınıqları, sağ ahn nahiyəsindən beyin maddəsinin xaric olması, sol qulaq dəliyində qan, boynun pataloji hərəkətliyi, AKBT, baş beyinin əzilib dağılması, baş-beyin və beyincik mədəsinə qansızmalar, kəllə tağı, sifət sümüklərinin və kəllə əsası sümüklərinin sınıqları" omaqla dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına və Elnur Kəlbiyevin ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 iyun 2023-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi “Opel Astra minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Ə.Nərimanov küçəsində iki zolaqlı yolun sağ hərəkət hissəsində köhnə avtovağzal istiqamətində hərəkətdə olan zaman qarşıdan sola doğru dönüb getmək istəmişdir. Həmin vaxt yolun sol tərəfindən tanımadığı “Mercedes” markalı avtomobilin onun yanından keçdiyini görmüşdür. O, avtomobilinin sol yan güzgüsündən baxıb arxadan hər hansı avtomobilin gəlib-gəlməməsini yoxlamış, güzgüdən baxan zaman arxa tərəfdən “VAZ 2106” markalı avtomobilin gəlməsini görmüşdür. “VAZ 2106” markalı avtomobillə arasında 90-100 metr məsafə olmasını görmüş və dönmə işığını yandıraraq sola doğru çıxıb hərəkət etməyində hər hansı problem olmayacığını fikirləşmişdir. O, sol hərəkət zolağına çıxan zaman arxadan gələn “VAZ 2106” markalı avtomobil onun idarə etdiyi avtomobilin sol arxa qapısına dəymiş, zərbə nəticəsində “VAZ 2106” markalı avtomobil divara çırpılmışdır. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, hadisə Quba şəhəri, Ə.Nərimanov küçəsində 3 nömrəli məktəbin yanında iki zolaqlı bir istiqamətli hərəkət yolunda baş vermişdir. O, yolun sağ hissəsində hərəkətdə olmuşdur. İrəlidə sola dönmək üçün yolun sol hissəsinə keçməli olduğundan dönmə işığını yandırıb güzgüdən baxmış, 90-100 metr məsafədən “VAZ 2106” markalı avtomobili görmüş və yetərincə məsafə olduğunu və sola çıxa biləcəyini düşünmüşdür. “VAZ 2106” markalı avtomobil həmin vaxt yolun sol hissəsi ilə hərəkətdə olmuşdur. Hadisə də yolun sol hissəsində baş vermişdir. O, “VAZ 2106” markalı avtomobilin surətini bilməmiş və irəlidə sol tərəfə digər küçəyə dönmək üçün yolun sol tərəfinə keçmişdir. Ehtimal edir ki, “VAZ 2106” markalı avtomobil saatda 50-60 km surətlə hərəkətdə olsaydı, toqquşma olmazdı. O, yolun sol tərəfinə keçməmiş olsaydı “VAZ 2106” markalı avtomobil keçib getmiş olacaqdı. Lakin o, təxmini 35 metr irəlidə sola doğru dönmək məcburiyyətində olduğundan həmin vaxt sol zolağa çıxmalı idi. O, sola çıxmadan dönmə işığını yandırmışdır. Arxadan gələn avtomobilin sürücüsü dönmə işığını görməli və surətli gəlmiş olsa da, surətini azaltmalı idi. “VAZ 2106” markalı avtomobili həm sol həm də sağ güzgüdən görmüşdür. Aralarındakı məsafə böyük olsa da, ehtiyyat üçün hər iki güzgüdən baxmışdır. Sonda Təqsirləndirilən şəxs bildirdi ki, avtomobili surət həddini aşmadan idarə etmiş, arxadan gələn avtomobil heç bir xəbərdarlıq siqnalı verməmiş, manevr etmək üçün yol kifayət qədər boş olmuşdur. “VAZ 2106” markalı avtomobilin sürücüsü sürətlə gəldiyi üçün, təhlükəsizlik kəməri taxmadığı üçün, zamanında əyləcə basmadığı üçün ölmüşdür. Göstilənləri nəzərə alaraq, ona bəraət verilməsini məhkəmədə xahiş etdi. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi aşağıdakı qeyd edilənlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o və X3 RMX-da mühafizəçi vəzifəsində işləmişlər. 07 iyun 2023-cü il tarixdə səhər 09da birlikdə xəstəxanadan işdən çıxıb Elnurun idarə etdiyi “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmışlar. Elnur avtomobili idarə etmiş, o isə qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Elnur Kəlbiyev avtomobili yüksək surətlə idarə etmişdir. O, bununla bağlı Elnura irad bildisə də, sonuncu əhəmiyyət verməyərək qarşıda gələn avtomobili ötmək üçün surəti qaldırmışdır. Quba şəhəri, Ə.Nərimanov küçəsində hərəkətdə olan zaman yolun sağ hərəkət zolağında olan “Opel Astra minik” markalı avtomobil onların yoluna çıxaraq Elnurun idarə etdiyi avtomobillə toqquşmuş, zərbə nəticəsində Elnurun idarə etdiyi avtomobil sola doğru hərəkət edərək divara çırpılmışdır. Verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, hadisə Quba şəhəri, Ə.Nərimanov küçəsində 3 nömrəli məktəbin yanında iki zolaqlı bir istiqamətli hərəkət yolunda baş vermişdir. “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili iş yoldaşı X9 idarə etmişdir. Qeyd olunan yolda surət həddi saatda 50 km olsa da, o, avtomobilin surət panelində Elnurun surət həddini aşaraq avtomobili saatda 150-160 km surətlə idarə etdiyi görmüşdür. “Opel Astra minik” markalı avtomobilin sürücüsü həmin vaxt sağ zolaqla hərəkətdə olmuş, dönmə işığını yandıraraq yolun sol zolağına çıxmışdır. Hadisəyə səbəb Elnur Kəlbiyevin avtomobili yüksək sürətlə idarə etməsi olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 hüquqi varisi X8 bildirdi ki, X9 onun oğludur. 07 iyun 2023-cü il tarixdə səhər saatlarında baş vermiş yol-nəqliyyat hadisəsini ancaq kamera görüntülərindən görmüşdür. Hadisə baş verən gün yaşadığı kənddə evində olmuşdur. Ona zəng edərək oğlu Elnurun Quba şəhərində yol-nəqliyyat hadisəsi törətdiyini və Quba RMX-da olduğunu bildirmişlər. O və ailə üzvləri Quba RMX-na getmişlər və orada oğlunun aldığı xəsarətlərdən vəfat etdiyini öyrənmişlər. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi Elnur Kəlbiyev Təqsirləndirilən şəxs özünün və qohumlarının dəfələrlə onunla barışmağa cəhd etməsinə baxmayaraq, barışmadığını bildirərək, ona həbslə bağlı cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayından Quba RMX-da mühafizə üzrə növbə rəisi vəzifəsində çalışır. 07 iyun 2023-cü il tarixdə səhər saatlarında Cəmil, Elnur və Sahillə birlikdə işdən çıxıb evə getmişlər. Bu zaman Cəmil onun idarə etdiyi “Mercedes” markalı avtomobillə, Elnurla Sahil isə Elnurun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə getmişlər. Cəmillə yola düşən zaman Elnur xəstəxananın dayanacağında öz avtomobilinə doğru getmişdir. O Elnurdan öncə yola çıxıb Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə köhnə avtovağzal adlanan əraziyə doğru hərəkət etmişdir. Hərəkətdə olan zaman Elnurun da öz avtomobili ilə arxadan gəlib ona çatdığını görmüşdür. Quba şəhəri, Ə.Nərimanov küçəsində Türkiyə-Azərbaycan qardaşlıq parkının ötüb keçdikdən sonra arxadan toqquşma səsini eşidib avtomobilini saxlamışdır. Cəmillə birlikdə toqquşma olan yerə getdikdə “Opel” markalı avtomobilin yolun ortasında aşmış vəziyyətdə olduğunu, Elnurun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin isə divara çırpıldığını görmüşlər. Məhkəmədə verilən suallara cavab olaraq, özünün idarə etdiyi “Mercedes” markalı avtomobilin surətini dəqiq bilmir, “Opel” markalı avtomobil ötüb keçən zaman surətə fikir verməmişdir. Təxmini saatda 70-80 km olmuşdur. “VAZ-2106” markalı avtomobili hadisədən 10 saniyə əvvəl görmüş, sağ və ya sol zolaqlardan hansı ilə hərəkətdə olmasını görməmiş, özü sol zolaqla hərəkətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında ifadə verərkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəsinin eskperti Şahid3 bildirmişdir ki, o, hazırki cinayət işi ilə əlaqədar iki dəfə rəy vermişdir. Hadisənin mexanizmi ondan ibarətdir ki, “Opel Astra minik” markalı avtomobil sağ zolaqdan sola dönən anda “VAZ 2106” markalı avtomobildə toqquşmuşdur. “VAZ 2106” markalı avtomobilin sürücüsü X6 hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İbtidai istintaq zamanı “VAZ 2106” markalı avtomobilin surəti 90 km/saat müəyyən edilsə də, məhkəmə istintaqı zamanı onun surəti 150 km/saat olması, avtomobillər arasındakı məsafə isə 90-150 metr olması göstərilmişdir. “Opel Astra minik” markalı avtomobil sola dönən anda hadisə baş vermiş, bununla da həmin avtomobilin sürücüsünün hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Belə ki, “Opel Astra minik” markalı avtomobilin sürücüsü yerdəyişmə etməklə xəta törətmişdir. Hadisənin baş verdiyi videogörüntüdən də bəllidir ki, “Opel Astra minik” markalı avtomobilin sürücüsü manevr etmədən əvvəl heç arxaya baxmamışdır. Avtomobillər arasındakı məsafədən asılı olmayaraq, “Opel Astra minik” markalı avtomobilin sürücüsü özü müəyyən etməli idir ki, digər yol iştirakçılarlına maneə törətmədən arxada gələn avtomobil o dənməzdən əvvəl keçə bilər ya yox. Əlavə suallara cavab olaraq bildirdi ki, “VAZ 2106” markalı avtomobilin surətinin yüksək olması, “Opel Astra minik” markalı avtomobilin sürücüsünün əməlini aradan qaldırmır. Belə ki, o, manevr qaydalarını pozduğu üçün öz yolundan çıxan kimi toqquşma baş vermişdir. “VAZ 2106” markalı avtomobilin sürücüsü yüksək surətlə getdiyi üçün «X16» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, “Opel Astra minik” markalı avtomobilin sürücüsü isə sola düzgün manevr etmədiyi üçün həmin qanunun tələblərini pozmuşdur. “Opel Astra minik” markalı avtomobilin sürücüsünün orta güzgüdən baxmaqla arxadan gələn avtomobili müəyyən etməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsi hakimin qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşin materiallarında olan Quba RPŞ-nin Təhlükəsiz Şəhər Kameralarından əldə edilmiş 07 iyun 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən diskə məhkəmədə baxış zamanı məlum oldu ki, hadisə 07 iyun 2023cü il tarixdə saat 09:27 radələrində baş vermişdir. Saat 09:28-də yuxarı istiqamətdən hərəkət edən avtomobillərdən “Mercedes” markalı avtomobil rayonun mərkəzi istiqamətdə hərəkətini davam etdirdikdən sonra “VAZ 21099” markalı avtomobilin arxasında hərəkət edən “Opel Astra minik” markalı avtomobil anidən sola doğru hərəkət edir və yuxarı hissədən hərəkət edən “VAZ 2106” markalı avtomobilin hərəkət yoluna çıxır və toqquşduqdan sonra hər iki avtomobil səkiyə doğru sürüşür. İbtidai istintaq zamanı təyin edilmiş məhkəmə-avtotexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (yol-nəqliyyat hadisələri ekspertizası) 10 avqust 2023-cü il tarixli 8/2026 saylı ekspert rəyindən görünür ki, “Opel Astra minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ zolaqdan sola istiqamətlənən anda avtomobillər arasında 90-100 metr məsafənin olması şəraitində “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücüsü E.Y.Kəlbiyevin “VAZ 2106” markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin q-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. “Opel Astra minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından göründüyü kimi ibtidai istintaqı aparan müstəntiq yol nəqliyyat hadisəsinin mexanizmini müəyyən edərkən, “VAZ 2106” markalı avtomobilin hadisə baş verən ana saatda 90 km sürətlə hərəkətdə olduğunu qeyd etmişdir. Lakin, məhkəmə iclası zamanı ifadə verərkən iş üzrə Zərərçəkmiş şəxs həmin avtomobilin sürət həddini 150-160 km qədər artırdığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, bununla bağlı hadisənin mexanizmində dəyişiklik olduğundan, həmin hal ekspert tərəfindən yenidən yoxlanılmalıdır. Bununla bağlı məhkəmə istintaqı zamanı təyin edilmiş əlavə yol-nəqliyyat hadisəsi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (yol-nəqliyyat hadisələri ekspertizası) 28 dekabr 2023-cü il tarixli 8/3596 saylı ekspert rəyindən görünür ki, “Opel Astra” markalı 50EM429 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-2106” markalı 40BT836 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanının) tələblə arasında səbəbli əlaqə olmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar yol-nəqliyyat hadisəsi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (yol-nəqliyyat hadisələri ekspertizası) xx.xx.2024-cü il tarixli 8/1550 saylı ekspert rəyindən görünür ki, “Opel Astra” markalı 50ЕМ429 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-2106 markalı 40BT836 cövtət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur İbtidai araşdırma orqanı tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 07 iyun 2023-cü il tarixli 249 saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər müştərək travma, AKBT, baş-beyinin ağır dərəcəli əzilməsi, kəllə əsasının sınığı, kəllə daxili hematoma, sağ budun və sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları; döş qəfəsinin və qarnın küt travması; koma İİ: travmatik şok İİİ dərəcəli bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İbtidai araşdırma orqanı tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 24 iyun 2023-cü il tarixli 20 saylı rəyindən görünür ki, X6 meyitinin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur - başın kəskin deformasiyası, alın nahiyəsinin yumşaq toxumaların və alın sümüyünün defekti, sağ gözü göz yuvasının tam dağılması, alın nahiyəsində və sifətində çoxsaylı sıyrıqları, sifət sümükləri sınıqları, sağ alın nahiyəsindən beyin maddəsinin xaric olması, sol qulaq dəliyində qan, boynun pataloji hərəkətliyi; daxili müayinədə AKBT, baş beyinin əzilib dağılması, baş-beyin və beyincik mədəsinə qansızmalar, kəllə tağı, sifət sümüklərinin və kəllə əsası sümüklərinin sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub və bir başa E.Kəlbiyevin ölümündən bir qədər əvvəl bərk küt əşyanın /əşyaların/ təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş YNH nəticəsində yarana bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetiriən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya malikdirlər. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlkər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və solisilatlar aşkar edilməmişdir. X6 ölümü məhkəmə-tibbi ekspertiza aparılan andan 2-3 saat əvvəl baş verib. X6 ölümünə səbəb AKBT-sı halında kəllə, sifət və kəllə əsası sınıqları ilə müşayitə olunan baş beyinə qansızma olmuşdur və bir başa YNH ilə səbəbli əlaqəsi vardır. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən iş üzrə sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına, X6 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxsin, digər zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edilir. Belə ki, “X16” Azərbaycan Respublikası Qanununun: 42-ci maddəsinin 1-ci hissəsinə görə, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. 50-ci maddəsinin 1 hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. 64-cü maddəsinə əsasən 1 hissəsinin əsasən, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Beləliklə, məhkəmə, ekspertin ifadəsinə, tədqiq olunan ekspert rəylərinə qiymət verərək belə bir qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Mərman oğlu hadisə baş verən an hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin çoxluğunu, yolu nəzərə almaqla, yerdəyişmə, dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda etinasızlıq edərək Quba şəhəri Ə.Nərimanov küçəsində arxadan sol zolaqla onunla eyni istiqamətdə hərəkətdə olan X6 idarə etdiyi VAZ 2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək idarə etdiyi avtomobili sağ zolaqdan sol zolağa çıxardıb hərəkət üçün təhlükəli şərait yaratdıqdan sonra sola doğru yerdəyişmə edərək VAZ 2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin hərəkət istiqamətində yolun solunda yerləşən divara çırpılmasına səbəb olmuş və nəticədə həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına və Elnur Kəlbİyevin ölümünə səbəb olmuşdur. Eyni zamanda məhkəmə “VAZ 2106” markalı avtomobilin sürücüsü X2 həddini aşması, sonuncunun avtomobili təhlükəsizlik kəməri taxmadan idarə etməsi və hadisənin qarşısını almaq üçün əyləcə basmaması, X6 “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən məhz özünün ehtiyatsızlığına görə törətdiyi yolnəqliyyat hadisəsi zamanı ölməsi, özünün isə avtomobili surət həddini aşmadan idarə etməsi, arxadan gələn avtomobilin heç bir xəbərdarlıq siqnalı verməməsi, manevr etmək üçün yolun kifayət qədər boş olması kimi Təqsirləndirilən şəxs dəlillərini də onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsassız olduğunu hesab edir. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Təhmasib Bağırov məhkəmənin qərarı əsasında iş üzrə tədqiqat apararkən müəyyən edtmişdir ki, “sürücü Mirzoyev idarə etdiyi Ə.Nərimanov küçəsində sağ zolaqla hərəkət etdirərkən avomobili sola istiqamətləndirərək sol zolağa çıxartmış və Opel markalı avtomobilin sol yan hissəsi ilə arxadan eyni isiqamətdə zolaqla hərəkətdə olan sürücü Kəlbiyevin idarə etdiyi VAZ-2106 markalı avtomobilin sağ ya1 hissəsi arasında toqquşma baş vermişdir. Toqquşma yeri VAZ-2106 markalı avtmobilin hərəkət zolağında, yəni sol hərəkət zolağında yerləşir. Hadisədən əvvəl Opel Astra markalı avtomobilin sağ solaqla, arxadan eyni istiqamətdə hərəkətdə olan VAZ-2106 markalı avtomobilin sol zolaqla hərəkətdə olması nəzrə alınmaqla qeyd edilir ki, VAZ-2106 markalı avtomobilin 150-160 km/saat sürətlə hərəkətdə olmasından və Opel Astra markalı avtomobil sağ zolaqdan sol zolağa çıxan anda avtomobillər arasında 90-100 metr məsafənin olmasından asılı olmayaraq qeyd olunan vəziyyətdə Opel Astra markalı avtomobilin sürücüsü Mirzoyev «X16» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərindən belə məlum olur ki, yerdəyişmə, dönmə və s. zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Göstərilən vəziyyətdə sürücü Mirzoyev sağ zolaqla idarə etdiyi Opel Astra markalı avtomobili sola istiqamətləndirməzdən əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmalı idi. Mövcud şəraitdə sürücü Mirzoyev arxadan sol zolaq ilə VAZ-2106 markalı avtomobilin eyni istiqamətdə hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi Opel Astra markalı avtomobili sağ zolaqdan sola doğru istiqamətləndirməməli, sol zolağa çıxartmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı və VAZ-2106 markalı avtomobilə yol verdikdən sonra hərəkətin təhlükəsizliyini təmin edərək sola doğru yerdəyişmə əməliyyatı aparmalı idi. Təqdim olunan məlumatlardan məlum olduğu kimi, sürücü Mirzoyevin idarə etdiyi Opel Astra markalı avtomobili Ə.Nərimanov küçəsində sağ zolaqla hərəkət etdirərkən avomobili sola istiqamətləndirərək sol zolağa çıxartması, arxadan eyni istiqamətdə sol zolaqla hərəkətdə olan VAZ-2106 markalı avtomobilə yol verməməsi, hərəkət üçün təhlükə yaratması və VAZ-2106 markalı avtomobilin hərəkət zolağında avtomobillər arasında toqquşmanın baş verməsi faktları onu izah edir ki, qeyd olunan vəziyyətdə srücü Mirzoyevin sola doğru apardığı manevr hərəkət təhlükəsizliyini təmin etməmişdir. Ona görə də, tədqiq olunan şəraitdə Opel Astra markalı avtomobilin sürücüsü Mirzoyevin hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.” Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə baş verməzdən əvvəl avtomobillərin arasındakı məsafə 90-100 metr olmuş, Təqsirləndirilən şəxs arxadan gələn VAZ-2106 markalı avtomobili hər iki yan güzgüdə görmüş və onun surəti, hansı vaxt kəsiyində özünün idarə etdiyi avtomobilə çata biləcəyi barədə anlayışı olmadan, etinasızlıq və göstərərək, VAZ-2106 markalı avtomobilin ona çatanadək dönə biləcəyinə əmin olaraq, yerdəyişmə, dönmə və s. zamanı etdiyi manevrin təhlükəsizliyini təmin etmədən, hərəkətin digər iştirakçıları üçün maneə yaratmaqla sola dönmə manevrini etmişdir. Bununla yanaşı, məhkəmə ekspert rəyində “VAZ-2106 markalı 40BT836 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur” ifadəsinə də toxunmağı zəruri bilir. Belə ki, həmin rəyin tədqiqi hissəsində qeyd olunmuşdur: “sürücü Mirzoyev idarə etdiyi Opel Astra markalı avtomobili Ə.Nərimanov küçəsində sağ zolaqla hərəkət etdirərkən avomobili sola istiqamətləndirərək sol zolağa çıxartmış və Opel markalı avtomobilin sol yan hissəsi ilə arxadan eyni isiqamətdə sol zolaqla hərəkətdə olan sürücü Kəlbiyevin idarə etdiyi VAZ-2106 markalı avtomobilin sağ yan hissəsi arasında toqquşma baş vermişdir. Toqquşma yeri VAZ-2106 markalı avtmobilin hərəkət zolağında, yəni sol hərəkət zolağında yerləşir. Hazırkı ekspertizanın təyini haqqındakı qərarda VAZ-2106 markalı avtomobilin 150- 160km/saat sürətlə hərəkətdə olması və Opel Astra markalı avtomobil sağ zolaqdan sol zolağa çıxan anda avtomobillər arasında 90-100metr məsafənin olduğu göstərilmişdir. Qeyd edilir ki, təhlükə qarşısında sürücü «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalıdır. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş materiallarından belə məlum olur ki, hadisə baş verən nəqliyyat vasitələrin hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmışdır. 3.24 “Maksimum sürətin məhdudlaşdırılması yol nişanı sürücülərə nəqliyyat vasitəsini nşanda göstərilən həddən artıq sürətlə hərəkt etməyi qadağan edir. Qeyd edilir ki, sürücü Kəlbiyev VAZ-2106 markalı avtomobili hərəkət surəti 3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 150- 160km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Göstərilən vəziyyətdə sürücü Kəlbiyevin hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanının) tələblərinə olan uyğunsuzluqla, yəni nəqliyyat vasitəsini hadisə baş verən yolda icazə veriləndən artıq sürətlə hərəkət etdirməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə aşağıdakı hesabat aparılır. Hadisə baş verən sahədə icazə verilən 50km/saat hərəkət sürətində VAZ-2106 markalı avtomobilin dayanma yolu müəyyən edilir: Va.i Va.i2 50 502 Sd.i = (t1+t2+0,5t3) ------ + ------ = (1,0+0,1 +0,50,35) ----- + ----- = 32,1 metr 3,6 26-j 3,6 26-6,7 burada: t1= 1,0 san -mövcud şəraitdə sürücüsünün reaksiya vaxtı; t2= 0,1 san - avtomobilin tormoz sisteminin işə düşməsinin gecikməsi vaxtı; t3= 0,35san - quru, asfalt örtüklü yolda yavaşımanın artması vaxtı; Va.i = 50 km/saat - hadisə baş verən yolda icazə verilən hərəkət sürəti; J = 6,7 m/san2 - quru, üfüqi, asfalt örtüklü yolda VAZ-2106 markalı avtomobildə 1nəfər sərnişin olması nəzərə alınmaqla yavaşıması. Aparılmış hesabata əsasən, hadisə baş verən sahədə icazə verilən 50 km/saat hərəkət hərəkət sürətində VAZ-2106 markalı avtomobilin dayanma yolu 32,1 metrə uyğundur. Aparılmış tədqiqatdan məlum olduğu kimi, Opel Astra markalı avtomobil sağ zolaqdan sola istiqamtlənən anda avtomobillər arasında olan məsafənin (Sa = 90-100metr) mövcud yol şəraitində icazə verilən 50 km/saat hərəkət sürətində VAZ-2106 markalı avtomobilin dayanma yolundan (Sd.i = 32,1metr) böyük olması onu izah edir ki, sürücü Kəlbiyevin VAZ-2106 markalı avtomobili hadisə baş verən yolda icazə verilən 50 km/saat sürətlə hərəkət etdirməsi şəraitində toqquşma yerinə çatmadan avtomobili dayandırmağa texniki imkanı olmuşdur. Ona görə də, Opel Astra markalı avtomobil sağ zolaqdan sola istiqamtlənən anda avtomobillər arasında olan 90-100 metr məsafənin olması və VAZ- 2106 markalı avtomobilin 150-160 km/saat sürətlə hərəkətdə olması şəraitində VAZ-2106 markalı avtomobilin sürücüsü Kəlbiyevin hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırması» yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur.” “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsının 29 yanvar 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır.” Cinayət hüquq nəzəriyyəsində səbəbli əlaqə ictimai təhlükəli əməldən bilavasitə yaranan icyimai təhlükəli nəticədir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla və yuxarıda qyed olunan təhlil ilə müəyyən edilir ki, hadisənin baş verməsində hər iki sürücünün hərəkətlərində “X16” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluğun olduğu məlum olsa da, hadisənin bilavasitə baş verməsinə Təqsirləndirilən şəxs təklükəli manevr etməsi olmuşdur. Başqa sözlə, əgər hadisə Təqsirləndirilən şəxs manevr etməyə, yəni sola dönməyə başlamazdan əvvəl hərəkətin təhlükəsizliyini tam təmin etmiş, yəni arxadan gələn avtomobillərə yol vermiş, və ya əvvəlcədən sol zolaqla hərəkətdə olaraq, dönmə işığını yandırıb, dönmə əməliyyatını həyata keçirmiş olduğu halda baş vermiş olsaydı, bu halda həmin ictimai təhlükəli əməlin səbəbkarı məhz arxadan gələn avtomobilin hadisənin qarşısını almaması olmuş olardı (onun hərəkətlərində “X16” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olduğu halda). Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-63/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. xx.xx.2023-cü il tarixli 01736 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi protokolundan görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs hadisə günü ayıq olmuşdur; Quba RİHB-nın Birinci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 03 iyul 2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Nügədi Qazmalar kəndində yaşayır, subaydır. Nümayəndəliyə onun haqqında yazılı və şifahi şikayət daxil olmamışdır; BA 409008 nömrəli sürücülük vəsiqəsinin əslindən görünür ki, Təqsirləndirilən şəxs B1, B kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır; Sumqayıt RQİ TBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Opel Astra” markalı 50EM429 dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsusdur; xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X11 “Opel Astra” markalı 50EM429 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixinə kimi idarə etmək üçün Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir; Quba RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs BA 409008 saylı, B1, B dərəcəli sürücülük vəsiqəsi vardır və o sürücülük hüququndan məhrum olunmamışdır; "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “VAZ 2106 minik” markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın qəza nəticəsində deformasiyaya uğramış, tamamilə sıradan çıxmış və istismara tam yararsız hala düşmüşdür. Avtomaşının qəzadan əvvəlki bazar qiyməti 5000 manatdır. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Opel Astra” markalı 50EM429 dövlət qeydiyyat nişanlı avtomaşın qəza nəticəsində deformasiyaya uğramış, tamamilə sıradan çıxmış və istismara tam yararsız hala düşmüşdür. Avtomaşının qəzadan əvvəlki bazar qiyməti 12500 manatdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, ona vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmiş şəxs X6 hüquqi varisi X8 ilə barışıq əldə etməyə cəhd etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 59.1.11-59.1.13-cü maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlıqdan məhrumetmə cəzasının 01 (bir) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 384 (üç yüz səksən dörd) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlıqdan məhrumetmə cəzasının 01 (bir) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertizaların xərci 384 (üç yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar