Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-110/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsvə müdafiəçi X2 iştirakı ilə, xx xxx 1962-ci ildə Quba rayonu,İspik kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respubliksının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmayan,,təqaüdçü,Quba rayonu,2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə saat 15 radələrində Quba rayonu, 2ci Nügədi kəndində yaşadığı evin həyətində aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs saçından tutub boynuna və kürək nahiyyəsinə yumruqla vurmuş, daha sonra isə həyətdən götürdüyü ağacla bədəninə 3-4 dəfə vuraraq ona belində solda, sol baldırın və budun arxa səthində geniş şəkildə yumşaq toxumanın əziyi və qançırları ilə nəticələnən sağlamlığa qısa müddətə pozğunluq törədən qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2011-ci ildə oğlu X9 Novruzova ilə rəsmi ailə qurmuş və bu nigahdan 2 azyaşlı övladı olmuşdur. 14 may 2022-ci il tarixdə səhər saatlarında o, gəlini Aybənizin sandıqda Ramazan bayramından qalmış badamçörəyi, şorqoğalı, paxlava, halva və noğulları gizlədib saxladığına görə ona öz iradlarını bildirmiş və bu səbəbdən aralarında söz mübahisəsi yaranmış və Aybəniz qışqıra-qışqıra evin həyətinə çıxmışdır. O, da Aybənizin arxasınca həyətə çıxaraq ona, “qonşulardan ayıbdır, gəl keç evə, bir də özbaşına belə hərəkətlər eləmə, evimə haram qatma” deyərək əlində olan toyuqları qovmaq üçün həyətə qoyduğu çubuqla onun ayağına bir dəfə vurmuş, sonra isə əynindəki paltarından tutub itələyərək “keç içəri, qışqırma” demişdir. Sonra ikisidə evə keçmiş və söz söhbət kəsilmişdir. Onların arasında münaqişə təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxt onların yanında və ətrafda heç kim olmamışdır. Mübahisə zamanı gəlini Aybəniz onu vurmamış və ona əl qaldırmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2011-ci ildə o, həmkəndlisi X6 ilə rəsmi ailə həyatı qurmuş və bu nigahdan 2 azyaşlı övladı olmuşdur. Samir evin tək oğlu olduğundan qaynatası Sabir və qaynanası Mina ilə bir evdə yaşayırlar. 14 may 2022-ci il tarixdə saat 15 radələrində o, azyaşlı uşaqlarının dalınca bağ sahəsinə baxmağa keçdiyi zaman qaynanası Təqsirləndirilən şəxs ondan hara getməsini soruşmuş, o, uşaqların hara getdiyini görmək üçün bağ sahəsinə getdiyini demişdir. Bu vaxt qaynanası Mina “niyə bağ sahəsinə gedirsən, gəl keç evə işinlə məşqi ol” demişdir. Bundan sonra qaynanası Mina ilə aralarında mübahisə yaranmış və mübahisə vaxtı qaynanası saçından tutub yumruqla boynuna və kürək nahiyyəsinə vurmuş, daha sonra isə həyətdən götürdüyü ağacla 3-4 dəfə ayağına vurduqadan sonra saçından tutub dartmışdır. İfadəsinin sonunda X5 əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-tibbi ekspertizasının 22 may 2022-ci il tarixli 330 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlərbelində solda, sol baldırın və budun arxa səthində geniş şəkildə yumşaq toxumanın əziyi və qançırları küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 14 may 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 03 saat üçün 18 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-110/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-110/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver