Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-110/2023 19.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs, Müdafiəçi X4 iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi dalan 1 ev 4-də qeydiyyatda olmaqla Xırdalan şəhəri Quşçuluq massivi M.Araz küçəsi ev 80/1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Quba rayonu Möhüc kənd sakini Zərərçəkmiş şəxs2 təqaüd düzəltdirəcəyi və sonuncuya əlillik dərəcəsi təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin yanvar ayının əvvəllərində Quba şəhəri “Köhnə avtovağzal” adlanan ərazidə yerləşən “Səma” adlı kafedə sonuncuya məxsus 800 (səkkiz yüz) manat pulu alıb ələ keçirərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Quba rayonu Alpan kənd sakini Zərərçəkmiş şəxs1 təqaüd düzəltdirəcəyi barədə vəd verib aldadaraq 2022-ci ilin avqust ayının sonlarında Quba şəhərində yerləşən “Əli” ticarət mərkəzinin qarşısında sonuncuya məxsus 3000 (üç min) manat pulu alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Saatlı rayonu Gomuşçu kənd sakini Zərərçəkmiş şəxs8 təqaüd düzəltdirəcəyi və sonuncuya əlillik dərəcəsi təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının əvvəllərində Quba şəhəri “Əli” ticarət mərkəzinin qarşısında sonuncuya məxsus 7400 (yeddi min dörd yüz) manat pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus xeyli miqdarda, yəni 7400 (yeddi min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs4 avtomobil verdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının sonlarında Quba şəhəri “Köhnə avtovağzal” adlanan ərazidə yol kənarında sonuncuya məxsus 5000 (beş min) manat pulu alıb Zərərçəkmiş şəxs1 vasitəsi ilə ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Quba rayonu Alpan kənd sakini Zərərçəkmiş şəxs7 təqaüd dərəcəsini artıracağı barədə yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının sonlarında Quba şəhəri “Əli” ticarət mərkəzinin qarşısında sonuncuya məxsus 1500 (min beş yüz) manat pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Saatlı rayon sakini Zərərçəkmiş şəxs5 avtomobil verdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin oktyabr ayının ortalarında Quba şəhəri “Əli” ticarət mərkəzinin qarşısında sonuncuya məxsus 5500 (beş min beş yüz) manat pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus xeyli miqdarda, yəni 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Saatlı rayonu Potubəyli kənd sakini Zərərçəkmiş şəxs6 avtomobil verdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayının əvvəllərində Quba-Qəçrəş yolunda yerləşən “Qrman” adlı restoranda sonuncuya məxsus 4500 (dörd min beş yüz) manat pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Astara rayonu Səncərədi kənd sakini Zərərçəkmiş şəxs3 təqaüd düzəltdirəcəyi və sonuncuya əlillik dərəcəsi təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayının sonlarında Quba şəhərində yerləşən “24 saat” adlı marketə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 4169-7385-7890-1278 nömrəli Birkart kredit kart hesabına 2000 (iki min) manat köçürtməklə qalan, 3900 (üç min doqquz yüz) manat pulu isə Quba- Qəçrəş yolunda yerləşən istintaqa məlum olmayan restoranın qarşısında Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda, yəni 5900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək verilmiş mülki iddiaları qəbul edərək ifadəsində göstərmişdir ki, 2003-cü ildən 2006-cı ilədək Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin mütəxəssisi vəzifəsində çalışmışdır. 2006-cı ildən Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə köçmüşdür. Bir müddət işsiz qaldıqdan sonra özü müstəqil olaraq geodeziya işi ilə məşğul olmuşdur. 2021 -ci ildə Quba rayon sakini Zərərçəkmiş şəxs2 tanış olmuşdur. Şahinlə işlətdiyi kafedə oturub söhbət edən zaman Şahin təqaüdün kəsildiyini ona bildirdikdə o, Şahinə köməklik edəcəyinə söz vermişdir. Bundan sonra o,onun təqaüd almağı və əlillik dərəcəsinin bərpa edilməsi məqsədilə 2022-ci ilin yanvar ayının əvvəllərində Quba şəhərində Şahindən 800 manat pul almışdır. Lakin Şahinin təqaüdünün bərpa edilməsi üçün nə qədər çalışsa da Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində onun səhhətindəki problemlərlə bağlı müsbət rəy verilməmiş, ona görə də Şahinin təqaüd almasını bərpa ed bilməmişdir. Şahindən aldığı pulu da şəxsi ehtiyyacları üçün xərclədiyindən Şahinə qaytara bilməmişdir. Bundan sora o, 2022-ci ilin avqust ayında Quba rayon sakini Zərərçəkmiş şəxs1lə tanış olmuşdur. Fəridlə tanışlığı İsmayıl adlı taksi fəaliyyəti ilə məşqul olan şəxsin vasitəsi ilə yaranmışdır. Fəridlə münasibəti yarandıqdan sonra, Fərid müharibədə iştirak etdiyini, lakin əlillik dərəcəsi və təqaüd ala bilmədiyini ona bildirdikdə o, həmin məsələnin həll edilməsində Fəridlə köməklik edəcəyini bildirmişdir. Razılaşmalarına əsasən o, 3000 manat pulun qarşılığında Fəridin müharibə iştirakçısı kimi təqaüd almasına köməklik edəcəkmiş. Bundan da əlavə Fəridə aldığı xəsarətlərlə bağlı müvafiq olaraq əlillik qrupunun almasına da köməklik etməliymiş. Razılaşdıqdan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərində Quba şəhərində 3000 manat pulu Zərərçəkmiş şəxs1 almış və 3-4 ay ərzində Fəridin təqaüd məsələsini həll edəcəyini demişdir. Fəriddən pulu aldıqdan sonra, Fəridin təqaüd alması üçün çalışsa da buna nail ola bilməmişdir. Sonradan isə Fərid onunla əlaqə saxlayaraq tanışlarının da olduğunu və həmin şəxslərin də təqaüd alması üçün köməklik etməyini xahiş eləmişdir. O da Fəridlə razılaşmışdır. Bundan sonra o, Fəridin vasitəsi ilə onunla İİ-ci Qarabağ müharibəsində iştirak etmiş və əlillik dərəcəsi ala bilməyən Saatlı rayonunun Gomuşçu kənd sakini Zərərçəkmiş şəxs8 2022-ci ilin sentyabr ayının əvvəllərində Quba şəhəri “Əli” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 vasitəsi ilə 7400 (yeddi min dörd yüz) manat pulu, Sumqayıt şəhərində yaşayan və Zərərçəkmiş şəxs1 ilə birlikdə İİ Qarabaq müharibəsində iştirak etmiş Zərərçəkmiş şəxs4 avtomobil verdirəcəyi barədə yalan vəd verib ondan 2022-ci ilin sentyabr ayının sonlarında Quba şəhəri “Köhnə avtovağzal” adlanan ərazidə yol kənarında Zərərçəkmiş şəxs1 vasitəsi ilə 5000 (beş min) manat pulu, Quba rayonu Alpan kənd sakini Zərərçəkmiş şəxs7 təqaüd dərəcəsini artıracağı barədə yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının sonlarında Quba şəhəri “Əli” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 vasitəsi ilə 1500 (min beş yüz) manat pulu, Saatlı rayon sakini Zərərçəkmiş şəxs5 avtomobil verdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin oktyabr ayının ortalarında Quba şəhəri “Əli” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 vasitəsi ilə 5500 (beş min beş yüz) manat pulu, Saatlı rayonu Potubəyli kənd sakini Zərərçəkmiş şəxs6 avtomobil verdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayının əvvəllərində Quba-Qəçrəş yolunda yerləşən “Qrman” adlı restoranda Zərərçəkmiş şəxs1 vasitəsi ilə 4500 (dörd min beş yüz) manat pulu, Astara rayonunun Səncərədi kəndində yaşayan Zərərçəkmiş şəxs3 təqaüd düzəltdirəcəyi və sonuncuya əlillik dərəcəsi təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayının sonlarında Quba şəhərində yerləşən “24 saat” adlı marketə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 4169-7385-7890-1278 nömrəli Birkart kredit kart hesabına 2000 (iki min) manat köçürtməklə qalan, 3900 (üç min doqquz yüz) manat pulu isə Quba-Qəçrəş yolunda yerləşən yeməkxananın qarşısında Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb öz ehtiyacları üçün alıb xərcləmişdir.. Zərərçəkmiş şəxs1 vasitəsi ilə onun tanışlarından aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Bu işlərdə Zərərçəkmiş şəxs1 hər hansı bir marağı olmamışdır. O, sadəcə Fəridin vasitəsi ilə onun tanışlarını aldatmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Heseyn oğlu törətdiyi cinayət əməlindən peşiman olduğunu bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, DİN-nin X3 rayonunda yerləşən N saylı hərbi hissəsində “Gürzə” XTD-də istehkamçı yarımqrupunun komandiri vəzifəsində müddətdən artıq hərbi xidmətdə olmuşdur. Baş çavuş rütbəsi daşıyır. İkinci Qarabağ müharibəsində, Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və sol dizindən yaralanmışdır. İkinci Qarabağ müharibəsi qazisidir. 2022-ci ilin səhv xatırlamırsa sentyabr ayında Bakı şəhərindən Quba şəhərinə gələn zaman Quba şəhər sakini İsmayıl adlı taksi sürücüsünün avtomobilinə əyləşmişdir. İsmayıl ondan əliliyə görə pensiya alıb almamağını soruşmuşdur. Q, isə əməliyyatdan yeni çıxdığını və buna görə də hələ də əllilik dərəcəsi almaq üçün müraciət etmədiyini demişdir. İsmayıl isə Anar adlı şəxsin olduğunu və bu cür işləri həll edə bildiyini demiş və Anara zəng etmişdir. Lakin Anar zəngə cavab verməmişdir. İsmayıl isə onun nömrəsini Anara verəcəyini və Anarın ona zəng edəcəyini demişdir. Həmin gün axşam saatlarında Anar ona zəng etmişdir. Anar, nömrəni ismayıldan götürdüyünü demişdir. Q, Anara əlillik dərəcəsi, qazilər üçün nəzərdə tutulmuş avtomobil və mənzil almaq istədiyini bildirmişdir. Anar bu zaman ondan öncə İsmayılla danışdığını. İsmayılın onu təriflədiyini ona görə də həmin işləri ona hörmətə aşağı qiymətə həll edəcəyini bildirmişdir. Anar bütün işlərin hamısını həll edəcəyini demiş və əvəzində ondan 3000 manat pul istəmişdir. Telefon danışığından sonra o, "xxxx" ASCdən atası Ənvər Əmiyevin adına 5000 min manat kredit götürmüş və telefon danışığından iki gün sonra avqust ayının sonlarında saat 15 radələrində “Əli” ticarət mərkəzinin qarşısında olan kafedə Anarla görüşüb 100-lük əskinaslarla 3000 manat pulu Anara vermişdir. Pulu verən zaman yanlarına heç kim olmamışdır. Q, əvvəllər Anan görməmişdir. Həmin vaxt Anan birinci dəfədir ki görürmüş. Onun çoxlu sayda qazı dostların döyüş yoldaşları var. Onlarla söhbət edən zaman ona problemlərinin olmalarını bildirmişlər. Zöhrab adlı döyüş yoldaşı ilə Bakı şəhərində görüşən zaman Zöhrab ona əlillik dərəcəsi almaq istədiyini demiş və ondan işini kimin həll etdiyini soruşmuşdur. O isə Zöhraba Anar adlı şəxsin olduğunu Anarın onun üçün əlillik dərəcəsi alacağını demişdir. X10 Vəkil oğlu, ona işinin həll etməsi üçün Anara müraciət etməyini xahiş eləmişdir. Ona görə də o, Anarla əlaqə saxlamış və 2-3 nəfər qazi dostunun da probleminin olmasını bildirmişdir. Anar isə ona hər işin öhdəsindən gələcəyini demişdir. Ona görə də Zöhrab ona 7400 manat pul vermiş və o, həmin pulu 2022-ci ilin sentyabr ayının əvvəllərində Anara Quba şəhərində “Əli” Ticarət mərkəzinin qarşısında vermişdir. Anar, Zöhrabın əlillik dərəcəsini bərpa etdirəcəkdi. Daha sonra tanışı Zərərçəkmiş şəxs5, avtomobil verilməsi adı ilə 5500 manat pulu ona vermiş və o, həmin pulu 2022-ci ilin oktyabr ayının ortalarında Anara Quba şəhərində “Əli” Ticarət mərkəzinin qarşısında vermişdir. Anar, həmin pulun qarşısıİığında Elçinə əlililər üçün nəzərdə tutulan avtomobilin verilməsini təşkil edəcəkdi. Bundan başqa digər döyüş yoldaşı Zərərçəkmiş şəxs6 qazilər üçün nəzərdə tutulmuş avtomobil almaq üçün Anar, 2022-ci ilin noyabr ayının əvvəllərində ondan 4500 manat pul almışdır. Həmin pulu da Anara Quba-Qəçrəş yolunda yerləşən “Qrman” adlı restoranın içərisində vermişdir. Anar, həmin pulun qarşılığında Emilə əlililər üçün nəzərdə tutulan avtomobilin verilməsini təşkil edəcəkdi. 2022-ci ilin noyabr ayının sonlarında isə tanışı, qazi Zərərçəkmiş şəxs3 da əlillik dərəcəsi alınması üçün onun vasitəsi ilə 5900 manat pulu almışdır. Həmin pulun 2000 manatını Anara məxsus 4169- 7385-7890-1278 nömrəli birkart hesabına Quba şəhərində yerləşən “24 saat” adlı marketdə olan milliön aparatından yükləmiş, qalan 3900 manat pulu isə Quba-Qəçrəş yolunda yerləşən hazırda adını xatırlamadığı restoranın qarşısında vermişdir. Həmçinin 2022-ci ilin dekabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs4 avtomobil verilməsi müqabilində 5000 manat pulu onun vasitəsi ilə Anar almışdır. Həmin pulu Anara Quba rayonu köhnə avtovağzal adlanan yerdə yol kənarında Anara vermişdir. Tanışlarından başqa dayısı İİ dərəcəli əlildir. Lakin dayısı İ dərəcəli əlillik dərəcəsi almaq istəmişdir. Ona görə də Anar onun vasitəsi ilə 2022ci ilin sentyabr ayının sonlarında dayısı Zərərçəkmiş şəxs7 onun vasitəsi ilə 1500 manat pul almışdır. Dayısına məxsus pulu “Əli” Ticarət mərkəzinin qarşısında Anara vermişdir. Bütün pulları o, Anara vermişdir. Pulları Quba şəhərində vermişdir. Anar, onlara 2022-ci ilin dekabr ayına kimi bütün işlərin həll olunacağını demiş, lakin heç bir iş görməmişdir. İfadəsinin sonunda X6 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini bildirib, verdiyi mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə təqsirli bilndiyi maddələrin sanksiyasına nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsin məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Quba şəhəri Köhnə avtovağzal adlanan ərazidə “Səma” kafesini icarə əsasında işlədir. 2011-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığından həmin vaxtdan 2021-ci ilə qədər İİ qrup dərəcə əlillik dərəcəsi almış və bununla bağlı müvafiq təqaüd də ona verilmişdir. 2021-ci ildən təqaüdü kəsildiyindən o, bir neçə dəfə təqaüdünün və əlillik dərəcəsinin bərpası üçün müvafiq dövlət orqanına müraciət etsə də hər dəfəsində ona imtina verilmişdir. Anarla tanışlığı da həmin ərəfələrdə yaranmışdır. Belə ki Anar, onun işlətdiyi kafeyə gələrək kafedə müştəri kimi bir neçə dəfə çay və piyvə içmişdir. Anarla münasibəti yaranan zamanlar onun təqaüdü və əlillik dərəcəsi ləğv edilməmişdi. Həmin vaxtlar Anar söhbət edən zaman, Anar əlilliyi ilə bağlı problemi olacağı halda ona köməklik edə biləcəyini ona bildirmişdir. 2021-ci ildə təqaüdü kəsiləndən sonra, söhbət zamanı Anara təqaüdünün və əlillik dərəcəsinin ləğv edildiyini demişdir. Anar da heç bir problem olmadığını, onun əlillik dərəcəsi və təqaüdünü bərpa edəcəyini, bunun qarşılığında da 2000 manat pul verməli olduğunu demişdir. O, həmin məbləğdə pulu verə bilməyəcəyini, maksimum 1000 manat pul verə biləcəyini Anara bildirmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində Anar ona təklif eləmişdir ki, 850 manat pul ver, Bakıda əyani baxışa gəl, müayinədən keçdikdən sonra sənin əlillik məsələni həll edəcəyəm. Anarla telefonla danışdıqdan sonra o, özünə məxsus bank kart hesabını göndərib pulu həmin hesaba yükləməyi xahiş etmişdir. Lakin o, həmin vaxt Anarın göndərdiyi karta pul yükləməmişdir. Anarla telefonla danışdıqdan bir neçə gün sonra, Anar onun işlədiyi kafeyə gəlmişdir. Həmin vaxt o, təqaüdünün bərpa edilməsi məsələsini həll etmək üçün Anara 800 manat pul vermişdir. Bundan sonra, Anar online şəkildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən növbə götürmüş və təyin edilmiş vaxtda onunla orada görüşəcəyini demişdir. Bir müddət sonra Anarla həmin Agentliyin qarşısında görüşmüşlər. Həmin vaxt Anar onun xəsarəti ilə bağlı sənədlərini götürüb kiminləsə telefonla danışmışdır. Danışdıqdan sonra, Anar gəlib ona MRT müayinəsindən keçməli olduğunu, həmin müayinənin cavabına uyğun olaraq dərhal təqaüdünün bərpa etdirəcəyini bildirmişdir. Lakin həmin vaxt Bakı şəhərində olan yaxınlıqdakı xəstəxanalardan maraqlansalar da MRT müayinəsi tapa bilməmişlər. Bu zaman Anar telefonda kiminləsə danışaraq MRT-dən arayış lazım olduğunu bildirmişdir. Anarın telefonda danışdığı adam arayışı həll edəcəyini bildirmişdir. Bundan sonra, Anar onu yaşadığı Quba rayonuna göndərərək lazım olan, bütün tibbi sənədləri özünün həll edəcəyini bildirmişdir.o, da Anar inanıb yaşadığı Quba rayonuna qayıtmışdır. Qubaya qayıtdıqdan təxminən 10-15 gün keçdikdən sonra, Anarla telefon vasitəsi ilə əlaqə saxlayıb işinin nə yerdə olduğunu soruşmuşdur. Anar işinin düzələcəyini, yaxın vaxtlarda ona işi ilə bağlı sürpriz edəcəyini bildirmişdir. Bundan sonra, Anarla bir neçə dəfə telefon əlaqəsi saxlasada, Anar hərdəfə müxtəlif bəhanələr gətirərək işinin yaxın vaxtlarda düzələcəyini bildirib onu aldatmışdır. O, təqaüdünün bərpa edilmədiyinin görüb verdiyi 800 manat məbləğində pulu Anardan istəsədə sonuncu verdiyi pulu ona qaytarmamışdır. Buna görədə o, 2023-cü ilin əvvəllərinə məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, DİN-nin X3 şəhərində yerləşən hərbi hissəsində “Gürzə” XTD-nin baş giziri kimi müddətdən artıq hərbi xidmətdə olmuşdur. 2011-ci ildə xidmət zamanı boyun nahiyəsindən xəsarət almışdır. Zərərçəkmiş şəxs1 da çalışdığı hərbi hissədən tanıyır. Fəridlə münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 2011-ci ildə hərbi hissədə xəsarət aldığından həmin vaxtdan 2021-ci ilə qədər İİ qrup əlillik dərəcəsi alaraq müvafiq qaydada əlilliyinə görə təqaüd də ona verilmişdir. 2021-ci ildən təqaüdü kəsildiyindən o, bir neçə dəfə təqaüdünün və əlillik dərəcəsinin bərpası üçün müraciət etsə də hər dəfəsində ona imtina verilmişdir. 2022-ci ilin sonlarında Zərərçəkmiş şəxs1lə telefonla danışan zamanı Fərid Anar adlı tanışının olduğunu və həmin Anar adlı şəxsin ona əlillik dərəcəsi və təqaüdün düzəldilməsi ilə bağlı köməklik edəcəyini demişdir. Həmin vaxt o, Fəriddən xahiş etmişdir ki, imkan olanda Anarla onunda əlillik dərəcəsinin bərpa edilməsi məsələsinə köməklik göstərilməsi barədə söhbət etsin. Bundan sonra, Fərid ona zəng edərək Anarla telefonda onun əlillik dərəcəsinin və təqaüdünün bərpa edilməsi məsələsinin danışdığını və Anarın həmin məsələdə ona köməklik edəcəyini bildirmişdir. Bunun qarşılığında Anar Fəridin vasitəsi ilə ondan ondan ilk öncə 8000 manat pul istəsədə, imkanını olmadığı üçün həmin məbləği verə bilməmişdir. X13 vasitəsi xəbər göndərərək həmin məsələnin düzəlməsi üçün ondan 5900 manat pul istəmişdir. Bundan sonra o, 2022-ci ilin noyabr ayında Bakı şəhəri 3-cü mikrorayon ərazisində olan kafedə Fəridlə görüşüb 5900 manat pulu Anara çatdırmaq üçün Fəridə vermişdir. Pulu verdikdən bir müddət sonra, Fərid onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, verdiyi pulu Anara çatdırıb. Sonra o, bir neçə dəfə Fəridlə telefon əlaqəsi saxlayıb işininin düzəlib düzəlməməsi barədə maraqlansa da, Fərid hər dəfə ona bildirmişdir ki, Anarla danışmışam və yaxın vaxtlarda əlillik dərəcəsi və təqaüdü bərpa olunacaq. .2023- cü ilin əvvəllərinə qədər Anar adlı şəxs nə pulunu geri qaytarmış, nə də söz verdiyi kimi əlillik və təqaüdünün düzəldilməsi ilə bağlı heç bir iş görməmişdir. O, Təqsirləndirilən şəxs tanımamışdır. 5900 manat məbləğində pulu Anara Fəridin vasitəsi ilə vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirərək vermiş olduğu mülki iddianın təmin edilməsinin və təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, DİN-nin X3 şəhərində yerləşən hərbi hissəsində “Gürzə” XTDnin yarımqrup komandiri vəzifəsində müddətdən artıq hərbi xidmətdə olmuşdur. İİ-ci Qarabağ müharibəsində, Kəlbəcər rayonu və Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və hər iki dizindən yaralanmışdır. Quba rayon sakin Fəri Əmiyevlə birlikdə xidmət etmiş və onlar birlikdə İİ-ci Qarabağ müharibəsində iştirak etmişlər. 2022-ci ilin sentyabr ayında Fəridlə telefonla danışan zaman, Fərid Anar adlı tanışının olduğunu və həmin Anar adlı şəxsin ona əlillik dərəcəsi və təqaüdün düzəldilməsi ilə bağlı köməklik edəcəyini demişdir. Həmin vaxt o, Fəriddən xahiş etmişdir ki, imkan olsa tanışı Anarla danışsın və Anar ona müharibə iştirakçısı olduğu üçün dövlət tərəfindən müharibə iştirakçılarına avtomobil verilməsində köməklik etsin. Bundan bir müddət sonra Fərid ona zəng edərək tanışı Anarla danışdığını və Anarın ona avtomobil verilməsi məsələsində köməklik göstərəcəyinə söz verdiyini ona bildirmişdir. Həmin məsələnin düzəlməsi üçün Anar Fəridin vasitəsi ilə ondan 5000 manat məbləğində pul istəmişdir. Bundan sonra o, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında Fəridlə görüşüb 5000 manat pulu Anara vermək üçün Fəridə vermişdir. Sonra isə Fərid onunla əlaqə saxlayıb həmin pulu Anara verdiyini bildirmişdir. Bundan sonra o. bir neçə dəfə Fəridlə telefon əlaqəsi saxlamışdır. Fərid hər dəfə ona bildirmişdir ki, Anar deyir ki yaxın vaxtda ona maşın vermə məsələsi müsbət həll olunacaq. 2023-cü ilin əvvəllərinə qədər Fəridin onu tanış elədiyi Anar adlı şəxs nə pulunu geri qaytarmış, nə də söz verdiyi kimi ona dövlət tərəfindən avtomobil verilməsi ilə bağlı heç bir iş görməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirərək məhkəmədən onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, İİ-ci Qarabağ müharibəsində. Cəbrayıl rayonu və Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş və baş nahiyəsindən ağır xəsarət almışdır. İİ-ci Qarabağ müharibəsi qazisidir. Müharibədə iştirak edib xəsarət almağı ilə bağlı ona İİİ qrup əlillik dərəcəsi təyin edilib və müvafiq olaraq da təqaüd alır. Quba rayon sakini Zərərçəkmiş şəxs1lə münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Fəridlə birlikdə müharibədə iştirak etmiş və Fəridi də müharibə zamanı tanımışdır. 2022-ci ilin sentyabr ayında Fəridlə danışıq zamanı Fərid Anar adlı tanışının olduğunu və həmin Anar adlı şəxsin ona əlillik dərəcəsi və təqaüdün düzəldilməsi ilə bağlı köməklik edəcəyini demişdir. O, müharibə iştirakçısı olduğu üçün həmin vaxt Fəridən xahiş etmişdir ki, tanışı Anardan xahiş etsin ki, dövlət tərəfindən müharibə iştirakçılarına avtomobil verilməsində ona köməklik etsin. Bundan sonra, Fərid Anarla telefonda danışaraq, qazi olduğu üçün dövlət tərəfindən avtomobil verilməsi üçün Anarın həmin məsələnin həllində ona köməklik edəcəyini bildirmişdir. Məsələnin həll edilməsi üçün Anar Fəriddən 5500 manat məbləğində pul istəmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında Fəridlə görüşüb 5500 manat pulu Anara çatdırmaq üçün Fəridə vermişdir. Fərid ondan pulu aldıqdan bir müddət sonra onunla əlaqə saxlayıb həmin pulu Anara verdiyini bildirmişdir. Bundan sonra o. Fəridlə bir neçə dəfə əlaqə saxlayıb işinin düzəlib düzəlməməsi barədə maraqlansa da Fərid Anarla danışdığını, Anarın yaxın vaxtlarda işlərini düzəldəcəyini bildirmişdir. Lakin 2023-cü ilin əvvəllərinə qədər Fəridin onu tanış etdiyi Anar adlı şəxs nə pulunu geri qaytarmış, nə də söz verdiyi kimi ona dövlət tərəfindən avtomobil verilməsi ilə bağlı heç bir iş görməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirərək vermiş olduğu mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın verilməsi xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, İİ-ci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş, baş nahiyəsindən və sol ayağından güllə yarası almışdır. Müharibədə iştirak edib xəsarət almağı ilə bağlı ona İİİ qrup əlillik dərəcəsi təyin edilib və müvafiq olaraq da təqaüd alır. Quba rayon sakini Zərərçəkmiş şəxs1lə münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Fərdilə birlikdə müharibədə iştirak etmişdir. 2022-ci ilin noyabr ayında Fəridlə danışıq zamanı Fərid, Anar adlı tanışının olduğunu və həmin Anar adlı şəxsin ona əlillik dərəcəsi və təqaüdün düzəldilməsi ilə bağlı köməklik edəcəyini demişdir. Söhbət zamanı o, Fəriddən xahiş etmişdir ki, Anardan xahiş etsin ki, müharibə əlillərinə dövlət tərəfindən avtomobillərin verilməsi məsələsində ona köməklik göstərsin. Bundan sonra Fərid, Anarla telefonda danışmış və Anar Fəridə onun üçün avtomobil verilməsi məsələsində köməklik edəcəyini bildirmişdir. Bunun üçün, Anar Fəriddən 4500 manat pul qarşılığında ona köməklik edəcəyini bildirmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında Fəridlə görüşüb 4500 manat pulu Fəridə vermişdir. Sonra isə Fərid onunla əlaqə saxlayıb həmin pulu Anara verdiyini bildirmişdir. Bundan sonra o. Fəridlə bir neçə dəfə əlaqə saxlayıb işinin düzəlib düzəlməməsi barədə maraqlansa da Fərid, Anarla danışdığını, Anarın yaxın vaxtlarda işini düzəldəcəyini bildirmişdir. Lakin o, xeyli vaxt gözləsə də 2023-cü ilin əvvəllərinə qədər Fəridin onu tanış elədiyi Anar adlı şəxs nə pulunu geri qaytarmış, nə də söz verdiyi kimi ona dövlət tərəfindən avtomobil verilməsi ilə bağlı heç bir iş görməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirərək məhkəmədən təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısı oğludur. O, uzun illərdir ki, epilepsiya xəstəsi olduğundan xəstəliyi ilə bağlı İİ dərəcəli əlildir və bununla bağlı müvafiq təqaüd alır. 2022-ci ilin sentyabr ayının sonlarında bacısı oğlu Fəridlə danışan zamanı Fərid Anar adlı tanışının olduğunu və həmin Anar adlı şəxsin ona əlillik dərəcəsi və təqaüdün düzəldilməsi ilə bağlı köməklik edəcəyini demişdir. Həmin vaxt o, bacısı oğlu Fəridə tanışı Anarın onun əlillik dərəcəsinin İ qrup dərəcə ilə dəyişmək üçün göməklik etməsini xahiş etmişdir. Bacısı oğlu Fərid tanışı Anarla telefonda danışdıqdan sonra ona bildirmişdir ki, Anar onun əlillik dərəcəsini İİ-ci qrupdan İ-ci qrupa dəyişdirilməsi məsələsində ona köməklik göstərəcək və Anar bu işin müqabilində 1500 manat pul istəyir. 2022-ci ilin sentyabr ayının sonlarında o, 1500 manat pulu Anara vermək üçün Fəridə vermişdir. Sonra isə Fərid onunla əlaqə saxlayıb həmin pulu Anara verdiyini bildirmişdir. Bundan sonra o, Fəridlə bir neçə dəfə əlaqə saxlayıb işinin düzəlib düzəlməməsi barədə maraqlansa da Fərid, Anarla danışdığını, Anarın yaxın vaxtlarda işini düzəldəcəyini bildirmişdir. Lakin 2023-cü ilin əvvəllərinə qədər Fəridin tanışı Anar adlı şəxs nə pulunu geri qaytarmış, nə də söz verdiyi kimi onun İİ qrup əlillik dərəcəsini İ qrup əlillik dərəcəsi ilə dəyişməsi ilə bağlı heç bir iş görməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirərək məhkəmədən təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs8 Əlfan oğlu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvələrində Fəridlə söhbət edən zaman Fərid Anar adlı tanışının olduğunu və həmin Anar adlı şəxsin ona əlillik dərəcəsi və təqaüdün düzəldilməsi ilə bağlı köməklik edəcəyini demişdir. Həmin vaxt o, Fəriddən xahiş etmişdir ki, tanış Anarla danışsın və Anar onun səhhətində olan problemlərə görə ona əlillik dərəcəsinin düzəldilməsi ilə bağlı köməklik etsin. Fərid onun xahişi ilə Anarla danışdıqdan sonra ona bildirmişdir ki, Anar 7400 manat pul qarşılığında ona əllilik dərəcəsinin alınmasına köməklik edəcək. Bundan sonra o, 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında Fəridlə görüşüb 7400 manat pulu Fəridə vermişdir. Pulu verdikdən bir müddət sonra, Fərid onunla əlaqə saxlayıb həmin pulu Anara verdiyini bildirmişdir. Bundan sonra o, Fəridlə bir neçə dəfə əlaqə saxlayıb işinin düzəlib düzəlməməsi barədə maraqlansa da Fərid Anarla danışdığını, Anarın yaxın vaxtlarda işini düzəldəcəyini bildirmişdir. Lakin Fəridin onu tanış etdiyi Anar adlı şəxs nə pulumu geri qaytarmış, nə də söz verdiyi kimi ona əlillik dərəcəsi düzəldilməsi ilə bağlı heç bir iş görməmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs8 Əlfan oğluna dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus Renault markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşqul olur. Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayından tanıyır. Həmin vaxt o, müştəri kimi Anarı bir neçə dəfə idarə ettdiyi avtomaşınla Bakı şəhərindən Quba rayonuna gətirib aparmışdır. Anar onun maşınında yol gedən zaman bir neçə dəfə telefonla kimlərinsə sənədlərinin düzəldilməsi və ya kimlərisə müxtəlif xəstəxanalara göndərməsi ilə bağlı söhbətlər apardığının şahidi olmuşdur. Quba rayon sakinin Zərərçəkmiş şəxs1 yaşadığı Quba rayonundan tanıyır. 2022-ci ilin avqust ayında Fəridi sərnişin kimi Bakı şəhərindən Quba rayonuna aparmışdır. Yolda gələn zaman Fərid, müharibədə iştirak etdiyi üçün əlillik dərəcəsi almaq istədiyini lakin ala bilmədiyini bildirmişdir. Söhbət zamanı Fərid ondan əlillik dərəcəsi almaq məsələsində ona köməklik göstərə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Həmin vaxt Anar yadına düşmüş və Fəridə Anar adlı müştərisinin olduğunu, Anarın mütəmadi olaraq iş düzəltməklə bağlı telefonda kimlərləsə danışdığını demişdir. Bundan sonra o, Fəridin yanında Anara zəng etsədə, Anar telefona cavab verməmişdir. Həmin gün axşam saatlarında Anar ona zəng yatdığı üçün zənginə cavab verə bilmədiyini bildirmişdir. Anarla telefonla danışan zaman tanışının olduğunu, müharibədə xəsarət aldığını, lakin əlillik dərəcəsi ala bilmədiyini bununla bağlı köməklik etməyini xahiş eləmişdir. Anar isə heç bir problemin olmadığını işi həll edəcəyini bildirib Fəri Əliyevin telefon nömrəsini ondan almışdır.. Bundan sonra Anarla Fəridin danışıb-danışmaması barədə məlumatı olmamışdır. Hadisədən bir neçə ay sonra, 2022-ci ilin noyabr ayında Fərid ona zəng edərək Anarın yaşadığı evi tanıyıb-tanımadığını soruşmuşdur. O da Anarın evinin yerini təxmini bildiyini demiş və Fəridlə atasını Anarın yaşadığı ünvana aparmışdır. Anarın yaşadığı evdə onların etdikləri söhbət zamanı öyrənmişdir ki, Anar təqüd düzəltmək üçün Fəriddən 3000 manat pul almışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs Fəridin tanışlarından da xeyli miqdarda pul aldığını öyrənmişdir. Bundan sonra da bir neçə dəfə Fəridi Anarın yaşadığı ünvana aparmış və həmin söhbətlərdə də Fərid, Anardan özünün və digər tanışlarının işinin həll olunubolunmamasını, işi həll etmirsə Anardan aldığı pulları qaytarmasını tələb etdiyinin şahidi olmuşdur.. 2023-cü ilin mart ayının əvvəllərində Anar, o və Fəridin iştirakı ilə Fərid video çəkiliş eləmiş və Anar işi həll eləməsə və ya aldığı pulları qaytarmasa Anardan şikayət edəcəyini bildirmişdir. Bundan başqa onun Anar və ya Fəridlə münasibəti olmamışdır. Fərid, onun yanında Anara pul verməmişdir. O, sadəcə olaraq Anarla Fəridi tanış eləmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən gürünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Abşeron RİH-nin Mənzil-X2 İstismarı Təmiri 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir sahəsinin 12 aprel 2023-cü il tarixli 1617 saylı arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xırdalan şəhəri Quşçuluq massivi M.Araz küçəsi ev 80/1 ünvanında qeydiyyatsız yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmaqla 11 iyul 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizələri ilə müraciət edərək, 3000 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq onlara verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia ərizələri ilə müraciət edərək, 5900 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq onlara verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 məhkəməyə mülki iddia ərizələri ilə müraciət edərək, 5000 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq onlara verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 məhkəməyə mülki iddia ərizələri ilə müraciət edərək, 5500 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq onlara verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 məhkəməyə mülki iddia ərizələri ilə müraciət edərək, 4500 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq onlara verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 məhkəməyə mülki iddia ərizələri ilə müraciət edərək, 1500 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq onlara verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 məhkəməyə mülki iddia ərizələri ilə müraciət edərək, 7400 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq onlara verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 həmin mülki iddiaları əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun həll edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.2.3-cü maddəsinə əsasən iddiaçının öz tələbini əsaslandırdığı hallar, həmin Məcəllənin 149.2.5 və 150.0.5-ci maddələrinə əsasən isə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran mülki cavabdehin təqsirli olması öz təsdiqni tapmışdır. Beləkiklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 3000 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, 5900 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, 5000 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4, 5500 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5, 4500 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6, 1500 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7, 7400 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 verilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi subut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs 3000 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Təqsirləndirilən şəxs 5900 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 verilsin. Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilsin. Təqsirləndirilən şəxs 5500 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 verilsin. Təqsirləndirilən şəxs 4500 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 verilsin. Təqsirləndirilən şəxs 1500 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 verilsin. Təqsirləndirilən şəxs 7400 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 verilsin. Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə müsadirə olunası əmlak olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-110/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-110/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver