Məhkəmə qərarları › İş №1(027)-111/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-111/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-111/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər X2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Quba rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Quba rayonu Mirzəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, məhkum olunmayan. Quba rayonu Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi xx.xx.1992-ci il tarixdə Quba rayonu Mirzəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan. Quba rayonu Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, 21 may 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Quba rayonu Mirzəqaşlaq kəndində qəbristanlığın yanında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Təqsirləndirilən şəxs1 sol əlinin barmağını yumruqla vurub sındıraraq ona Az-ağır dərəcəli xəsarəti yetirmişdir. X5 21 may 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Quba rayonu Mirzəqaşlaq kəndində qəbirstanlığın yanında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Təqsirləndirilən şəxs2 sağ göz nahiyyəsinə yumruqla vuraraq ona Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respubliksı CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 22 may 2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı Quba rayonu Mirzəqışlaq kəndində yerləşən qəbristanlığın yanında həmkəndlil’ri Təqsirləndirilən şəxs1 və Sadıq Paşayevlə kart oynayan zaman Təqsirləndirilən şəxs1lə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Cəlil qəfildən yumruqla onun sifət nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. Qarşılıqlı dava zamanı o, da Cəlili yumruqla 1 dəfə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 qaçıb getmişdir. Münaqişə təxminən 1-2 dəqiqə davam etmiş və həmin vaxt onların yanlarında olan həmkəndliləri Mirşahin və Sadıq onları ayırmışlar.Sonda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə barışdıqlarını nəzərə alaraq onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, göstərmişdir ki, 21 may 2022-ci il tarixdə, saat 15 radələrində o, həmkəndlisi Təqsirləndirilən şəxs2 və digər həmkəndlisi Sadiq Paşayev ilə kəndin kənarında qəbirstanlığın yanında kart oynayan zaman Təqsirləndirilən şəxs2 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Natiq ona «peysər» deyə təhqir etdiyindən o, dözə bilməyib sol əli ilə Natiqin üz nahiyyəsinə yumruqla vurmuşdur. Dava zamanı Natiq də yumruqla onun sol əlinin baş barmağına vurub ona xəsarət yetirmişdir. Mübahisə təxminən 1-2 dəqiqə davam etmiş və həmin vaxt onların yanlarında olan həmkəndliləri Mirşahin və Sadıq onları ayırmışlar. Sonda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la barışdıqlarını nəzərə alaraq onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinin xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 və X3 Məmmədovun və Təqsirləndirilən şəxs1 göstərdikləri xusutları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 22 may 2022-ci il tarixli 331 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarət- sol əlin 1-ci daraq sümüyünün proksimal metafizinin qapalı sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 21 may 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aıddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 22 may 2022-ci il tarixli 332 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar olunan xəsarət-sağ təpədə yumşaq toxumanın əziyi və qançırı, sağ göz orbiti ətrafında qançırhematoma, sol gözün altında qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddi qərarda göstərilən vaxta, yəni 21 may 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aıddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-ın 1-ci Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,476 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Quba RMX-nin Konsultativ Poliklinika şöəbsinin 01 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Quba RMX-nin Poliklinka şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-ın 1-ci Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,477 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Quba RMX-nin Konsultativ Poliklinika şöəbsinin 01 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Quba RMX-nin Poliklinka şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyə daxil olmuş ərizələrindən görünür ki, onlar barışmışlar və biri-birilərinə qarşı şikayət vətələblərinin olmadığını nəzərə alıb onların barələrində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinin xahiş edirlər. Məhkəmə, cinayət qanununilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 biri-biriləri ilə barışmalarını nəzərə alaraq, onların cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Aleksand oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (saat) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (saat) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait, dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar