Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-112/2020 27.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhərində yerləşən “xxxxxxxxx” MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Alpan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Quba rayon, Alpan kəndində yaşadığı evdə toy edib Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikaha daxil olaraq həmin gün gecə saatlarında on altı yaşına çatmayan, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə qohumu Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Valideynlərinin razılığı ilə Zərərçəkmiş şəxs ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində sonuncunun yaşadığı həyət evində qohumlarının iştirakı ilə nişan mərasimləri qeyd olunmuş, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yerləşən “AL Saray” şadlıq evində qız toyu, xx.xx.2019-cu il tarixdə isə Quba rayonu, Alpan kəndində yaşadığı həyətdə oğlan toyu olunmuşdur. Toydan təxminən bir ay əvvəl Bakı şəhərində məscidlərin birində Gülarə ilə aralarında dini kəbin bağlanmış, toy məclisi başa çatdıqdan sonra yaşadığı evdə Gülarə ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Toydan sonra 2019-cu ilin dekabr ayının sonlarında o, “xxxxxxxxx” MMC-də fəhlə kimi işə düzəldiyi üçün Gülarə ilə birlikdə Bakı şəhərinə gedərək sonuncunun valideynləri birlikdə yaşamağa başlamışdır. Onlar bir-birini sevərək könüllü olaraq evləndikləri üçün bu evliliyə valideynlərinin narazılığı olmamışdır. Hazırkı vaxtadək Gülarə ilə aralarında hər hansı bir münaqişə baş verməmişdir. Zərərçəkmiş şəxs ilə evlənərkən sonuncunun on beş yaşı tamam olmadığı barədə xəbərdar olmuşdur. Gülarə ilə evlənməsinə onu heç kim məcbur etməmişdir. O, ilk dəfə xx.xx.2019-cu il tarixdə toy günü Quba rayonu, Alpan kəndində yaşadığı evdə qarşılıqlı razılıq əsasında Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş və sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etməmişdir. xx.xx.2020-cı il tarixdə onların oğlan uşağı doğulmuşdur. Hazırda uşaq sağlamdır və anası ilə yaşayır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Gülarənin azyaşlı olmasını bilsə də, törətdiyi əməlin cinayət xarakterli olduğunu bilməmişdir. O, Gülanəni qaçırmamış, sonuncu ilə zorla cinsi əlaqədə olmamışdır. İstintaqa cəlb edildikdən sonra o, bir daha Gülarə ilə cinsi əlaqədə olmamışdır. Onlar ara-sıra görüşsələrdə, artıq birgə yaşamırlar və cinsi əlaqədə olmurlar. Lakin, o, uşağının saxlanılmasında, tərbiyyəsində tam iştirak edir. Gülarənin yaş həddi imkan verdikdə, onlar yenidən birgə yaşayacaqlar. Hazırda törətdiyi əməldən peşmandır. Göstərdiklərini nəzərə alaraq, Təqsirləndirilən şəxs ona yüngül, həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə qohumu Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Valideynlərinin razılığı ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yaşadığı həyət evində qohumları iştirakı ilə Şalbuzla onun nişan mərasimi qeyd olunmuş, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yerləşən “AL Saray” şadlıq evində qız toy, xx.xx.2019-cu il tarixdə isə Quba rayonu, Alpan kəndində Şalbuzun toyu olmuşdur. Toy mərasimindən təxminən bir ay əvvəl Bakı şəhərində məscidlərin birində Şalbuzla onun arasında dini kəbin bağlanmış, toy məclisi başa çatdıqdan sonra Quba rayonu, Alpan kəndində Şalbuzun yaşadığı evdə sonuncu ilə öz istəyi ilə cinsi əlaqədə olmuşdur. Toydan sonra 2019-cu ilin dekabr ayının sonlarında Şalbuz Bakı şəhərində tikinti aparan şirkətlərin birində fəhlə kimi işə düzəldiyi üçün o, Şalbuzla Bakı şəhərinə gedərək valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Onlar bir-birini sevərək könüllü olaraq evləndikləri üçün bu evliliyə valideynlərin narazılığı olmamışdır. Hazırkı vaxtadək Şalbuzla aralarında hər hansı bir münaqişə baş verməmişdir. Təqsirləndirilən şəxsla evlənərkən onun on beş yaşı tamam olmamışdır. Onu Şalbuzla evlənməyə heç kim məcbur etməmişdir. O, ilk dəfə xx.xx.2019-cu il tarixdə Quba rayonu, Alpan kəndində baş tutmuş toy günü Təqsirləndirilən şəxs yaşadığı evdə özünün razılığı əsasında sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Şalbuz ona qarşı seksual xarakterli digər hərəkətlər etməmişdir. xx.xx.2020-cı il tarixdə onların oğlan uşağı doğulmuşdur. Hazırda uşaq sağlamdır və onunla birlikdə yaşayır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkən şəxs bildirdi ki, Şalbuz onu qaçırmamış, onunla zorla cinsi əlaqədə olmamışdır. Onlar bir-birini sevib evlənmişlər. Şalbuz barəsində hər hansı şikayət və tələbi yoxdur. Şalbuz istintaqa cəlb edildikdən sonra bir daha onunla cinsi əlaqədə olmamışdır. Onlar ara-sıra görüşsələrdə, artıq birgə yaşamırlar və cinsi əlaqədə olmurlar. Lakin, Şalbuz, uşağının saxlanılmasında, tərbiyyəsində tam iştirak edir. Onun yaş həddi imkan verdikdə, onlar yenidən birgə yaşayacaqlar. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Göstərdiklərini nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş və sonuncu barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, onun oğlu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə təxminən üç il müddətində sevgi münasibəti olduğu qohumu Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikahla ailə qurmuşdur. Valideynlərin qarşılıqlı razılığı əsasında xx.xx.2019-cu il tarixdə Bakı şəhərində Gülanənin yaşadığı həyət evində qohumlarının iştirakı ilə nişan mərasimi qeyd edilmişdir. xx.xx.2019cu il tarixdə Bakı şəhərində yerləşən “AL Saray” şadlıq evində Gülarənin toyu, xx.xx.2019cu il tarixdə isə Quba rayonu, Alpan kəndində onların yaşadığı həyətdə Şalbuzun toyu qeyd olunmuşdur. Toydan təxminən bir ay əvvəl Bakı şəhərində məscidlərin birində Şalbuzla Gülarənin arasında dini kəbin bağlanmış, toy məclisi başa çatdıqdan sonra Quba rayonu, Alpan kəndində Şalbuzun yaşadığı evdə Gülarə Şalbuzla öz razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Toydan sonra 2019-cu ilin dekabr ayının sonlarında Şalbuz Bakı şəhərində tikinti aparan şirkətlərin birində fəhlə kimi işə düzəldiyi üçün Gülarə ilə birlikdə Bakı şəhərinə gedərək hazırkı vaxtadək Gülarənin valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Gülarə ilə Şalbuz könüllü olaraq evləndikləri üçün valideynlərin bu evliliyə narazılığı olmamışdır. X2 arasında hər hansı bir münaqişə baş verməmişdir. Gülanə hamilə qaldığından müayinə olunması üçün Bakı şəhərində qadın məsləhətxanasına getmiş, orada Gülarənin yetkinlik yaşına çatmayan şəxs olması səbəbindən onun hamiləliyi ilə bağlı verilmiş məlumat əsasında Gülarə ilə Şalbuz Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə dəvət olunaraq izahatları alınmış, daha sonra isə Gülarə ilə Şalbuzun ilk dəfə Quba rayonu, Alpan kəndində cinsi əlaqədə olmaları səbəbindən araşdırma aparılması üçün onlar Quba rayon Polis şöbəsinə dəvət olunmuşlar. Şalbuzla ailə qurarkən Gülarənin on beş yaşı tamam olmamışdır. xx.xx.2020-cı il tarixdə onların oğlan uşağı doğulmuşdur. Hazırda uşaq sağlamdır və anası ilə yaşayır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə eyni məzmunlu ifadə verərək həyat yoldaşı Şahid3 dediklərini təsdiq etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya elbi-təcrübi və tədris birliyinin xx.xx.2020-ci il tarixli 702 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq bərakətinin anatomik tamlığı pozulmuşdur. Pozulma müddəti iki həftədən artıq olduğundan dəqiq pozulma vaxtını təyin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmasını göstərən xarakter morfoloji dəyişikliklər aşkar olunmamışdır. xx.xx.2020-ci il tarixdə keçirilən ekspertiza zamanı Zərərçəkmiş şəxs 30 həftəlik hamiləlik vəziyyəti aşkar edilmişdir (iş vər.: 31, 32); “Doğum haqqında tibbi şəhadətnamədən” görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020ci il tarixdə Qusar şəhərində oğlu dünyaya gəlmişdir. Şəhadətnamədə atası qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il təvəllüdlü 1517 saylı rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Ünsiyyətçillik, emosional-sabitlik, adaptivlik, situativlik kimi xara xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, başqalarının təsir altı hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual-mnestik imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və emosional halına görə ona qarşı edilmiş hərəkət qavramaq və anlamaq qabiliyyətinə malikdir (iş vər.:60,61); Quba RMX-nın xx.xx.2020-ci il tarixli 2470 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 53); Azərbaycan Respublikası DİN-ninBƏSİİ-nin verdiyi tələbnamədən görünürki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(iş vər.: 54); Quba RİB-nın Alpan kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 384 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid2, anası Şahid3 oğlu, bacıları X3 və X1 ibarət ailə tərkibi vardır (iş vər.: 57); Quba RİB-nın Alpan kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 385 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı yazılı və və ya şifahi şikayət daxil olmamışdır (iş vər.: 58); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (iş vər.: 98-100); Qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şahid1 xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi təyin edilmişdir (iş vər.: 35); İş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında el adəti ilə toy məclisi keçirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, onun Zərərçəkmiş şəxs ilə ailə qurmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərində yuxarıda göstərilən yüngülləşdirici hallarının olmasını, 16 yaşı tamam olmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girməsini ailə qurmaq məqsədilə etməsini və həqiqətəndə el adəti ilə toy şənliyi keçirərək, faktiki olaraq onunla ər-arvad münasibətlərinə daxil olmasını, bu münasibətlərdən doğulmuş oğlan uşağının atası kimi qeydə alınmaqla, himayəsində azyaşlı övladının olmasını, yaş həddi imkan verdikdə tərəflərin rəsmi nakaha daxil olacaqları barədə qərarlı olduqlarını nəzərə alaraq, hesab edir ki,Təqsirləndirilən şəxs cəza çəkmədən də islah oluna bilər, ona görə də barəsindəAzərbaycan Respublikası CMnin 70-ci maddəsinə uyğun olaraq şərti məhkum etmə tətbiq olunması məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin: 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterki hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, sınaq müddəti müəyyən edilməli və həmin müddət hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1,. 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il 6 (altı) ay müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Cəzanın icrasına nəzarət Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-112/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-112/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver