Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-112/2021 13.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X1, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Xocavənd rayonu, Kurapatkin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xocavənd rayonu, Kurapatkin kəndində qeydiyyatda olan və Quba rayonu, Kupçal kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyun 2021 -ci il tarixdə, saat 20 radələrində Quba rayonu, Küpçal kəndindəki yaşadıqları evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı X2 yumruq zərbələri vurmaqla döyərək onun sağ və sol kürəyində, hər iki döş vəzisi üzərində geniş qancırlər və yumşaq toxumaların əziyi, belində solda, sağ və sol baldırında qançırlar ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, son bir həftə ərzində Ofeliya ilə aralarında narazılıqlar yaranmışdır. Buna səbəb arvadının Bakı şəhərində yaşayan bacısı Şəlalənin onun evinə gəlib qonşuluqda yaşayan qardaşı arvadı ilə mübahisə etmələri olmuşdur. 02.06.2021-ci il tarixdə qonşuluqda yaşayan qardaşı Rəmzinin evinə getmək istədiklərini demişlər. O da onların Rəmzi və arvadı Ruhanə ilə yola getmədiklərini bildiyindən onların getməsinə etiraz etmişdir. Lakin, Şəlalə əri Xanməmmədlə Rəmzinin evinə getmiş, lakin tez bir zamanda qayıdıb gəlmişlər. Rəmzinin arvadı Ruhanə də gəlib Şəlalə ilə bir-birlərini söyüb təhqir etməyə başlamışlar. O onların arasına girib hər ikisini sakitləşdirməyə çalışmış və onlara evində mübahisə etməmələrini demişdir. Bundan sonra Şəlalə və əri Xamməmməd öz avtomobillərinə minərək Bakı şəhərinə qayıtmışlar. Ruhanə isə onu və ailəsini nalayiq söyüşlərlə təhqir etmişdir. Sonradan qaynı Rəmzi ora gəlib arvadını öz evinə aparmışdır. O da Ruhanənin onun evində ailəsini nalayiq söyüşlərlə söyməsindən əsəbiləşib arvadı Ofeliyaya "siz söyüşə öyrəşmisiniz” demişdir. O söyüş qəbul edə bilmədiyini qeyd etmişdir. Sonra o Ofeliyaya “sən məcbur etdin ki, evimi burda tikim, indi də onun əziyyətini çəkirəm” deyə narazılığını bildirmişdir. Ofeliya da ona “söyür söysün, sən ona əhəmiyyət vermə” deyə cavab vermişdir. O da Ofeliyanın bu sözündən əsəbləşərək əli ilə onun sifətinə vurmuşdur. Ofeliya da ona heç bir söz deməmişdir. Sonradan o Ofeliya ilə barışmışdır. Səhərsi gün də Ofeliyanı işlədiyi məktəbə aparıb qoymuşdur. Həmin hadisədən iki gün sonra Ofeliya ona demədən Bakı şəhərinə bacısının evinə getmişdir. Sonradan o Ofeliya ilə əlaqə saxlamağa çalışsa da, Ofeliya ona mesaj yazaraq onu ləkələyəcəyini bildirmişdir. Ofeliyanın Bakı şəhərində bacısının evində olduğunu qardaşı Rəmzidən öyrənmişdir. O. Ofeliyanı evdə qardaşı arvadının onun ailə üzvünü söyməsindən əsəbiləşib vurmuşdur. O. Ofeliyanı yaşadığı evdə vurmuşdur. Həmin vaxt evlərində ikisi olmuş və başqa kənar şəxs olmamışdır. Aralarında olan dava-dalaş 5 dəqiqə davam etmişdir. O, Ofeliyanı bir dəfə əli ilə çənəsindən vurmuş, başqa yerlərinə vurmamışdır. Həmin vaxt Ofeliya özündən getməmişdir. O. həmin vaxt spirtli içki qəbul etməmişdir. Ümumiyyətlə spirtli içki qəbul etmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və onlar 2017-ci ilin sentyabrında ailə qurmuşlar, lakin nikahları yoxdur. Ailə qurduqdan sonra bir müddət Sumqayıt şəhərində yaşamış, təqribən 3-4 aydan sonra Zaurun bir nəfər qadınla münasibətdə olduğunu bildiyi üçün aralarında soyuqluq yaranmış və o öz ata evinə dönməli oimuşdur. Bir ay sonra isə əri Zaur onu həmin qadınla münasibətinin olmadığına inandırmış və onlar barışmışlar. Əri Zaur onunla birlikdə yaşamaq üçün Quba rayonu, Küpçal kəndinə yaşadsğ. ata evinə köçmüşdür. Sonradan onlar ata evinin həyətində özləri üçün ayrıca ev tikmişlər. Lakin bır müddət sonra Zaur ona qarşı dəyişməyə başlamışdır. Ona görə Qubaya gəldiyini səbəb göstərərək tez-tez evdə mübahisə yaradaraq onu döyüb təhqir etmişdir. Sonuncu də cür mübahisə 02 iyun 2021-ci il tarixdə baş vermişdir. Belə ki, həmin tarixdə Zaur kəndin kafelərinin birində bir qədər spirtli içki qəbul edib saat 20 radələrində evə gəlmişdir. Yenədə hər zamankı deyinməyə başlamışdır. O da Zaurun içkili bildiyi üçün heç bir söz deməmişdir. Lakin Zaur sakitləşməyərək əksinə ona qarşı aqressiviəşərək üstünə hücum çəkmiş və çənə, sinə və sol kürək nahiyyəsinə yumruqla bir neçə zərbə endirmişdir. Bununla kifayətlənməyərək onu söyüb təhqir etmişdir. Sonradan o huşunu itirdiyinə görə baş verənləri xatırlamamışdır. İfadəsinin sonunda X3 təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş üzrə təyin edilib keçirilmiş Quba rayon MTE və PA şöbəsindən Zərərçəkmiş şəxs barəsində verilmiş 11.06.2021-ci il tarixli, 482 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş sağ və sol kürəyində, hər iki döş vəzisi üzərində geniş qancıriar və yumşaq toxumaların əziyi, belində solda, sağ və sol baldırında qançırlar küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti 02.06.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdə Quba rayon məhkəməsinin hökmü ilə AR CM-nin 221.1 -ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cs^ə cəzasına məhkum edilmişdir. Bununla bağlı Quba rayon icra və probasiya şöbəsinə sorğu verilmiş və cavab məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cərimə cəzasından ödəniş etməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 28.06.2021-ci il tarixli, 5578 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs "Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsində müalicə almışdır. İşdə olan Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs son 4 (dörd) ildir ki, Quba rayonu Küpçal kəndində yaşayır və yaşayış yerində müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq ekspert rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs X3 ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-112/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-112/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver