Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-112/2022 27.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Quba şəhərinində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Quba şəhəri, H.Əliyev prospekti, ev 218-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,880 qram çəkidə qəhvəyi rəngli toz şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamış, 31 mart 2022-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Quba şəhəri, H.Əliyev prospektində saxlanılaraq Quba rayon PŞ-nə gətirildikdən sonra saat 22:05 radələrində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Vest” markalı siqaret qutusunun üzərindəki sellofan örtüyünün içərisində 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram və 0,186 qram, əynindəki gödəkcənin sağ yan cibindən və tünd boz rəngli şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan parçasına bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,333 qram və 0,325 qram, ümumi təmiz çəkisi 0,880 qram olan qəhvəyi rəngli toz şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 mart 2022-ci il tarixdə saat 17 radələrində o, dayısı oğlu Camal Quliyevin avtomobili ilə Xaçmaz şəhərinə qonaq getmişdir. Xaçmaz şəhərində olarkən mağazanın qarşısından Vest markalı siqaret qutusu görüb, həmin siqaret qutusunu götürüb içərisinə baxdıqda qutuda siqaretlərlə yanaşı iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülərin olduğunu görmüşdür. O, həmin bükülülərin içərisinə açıb baxdıqda narkotik vasitə olan heroinə bənzər kütələrin olduğunu görmüşdür. Həmin bükülülər olan siqaret qutusunu əynindəki gödəkcənin sol yan cibinə qoymuşdur ki, sonra özü istifadə edər. O, sonra xalası oğlunun evindən onun arvadını və iki uşağını götürüb Camalın maşını ilə Quba rayonu, Amsar kəndinə gətirib düşürmüşdür. Sonra Camalla birlikdə onun idarə etdiyi avtomobili ilə Quba şəhərinə qayıtmışdır. Quba şəhərində H.Əliyev prospektinə avtomobildən düşdükdən sonra bir neçə polis əməkdaşı ona yaxınlaşmışdır. O, üzərində narkotik vasitə olduğundan saxlanılacağından qorxduğu üçün qaçmağa başlamışdır. Lakin qaçarkən yıxılmışdır. Polis əməkdaşları onu saxlayaraq Quba RPŞ-nə gətirmişlər. Orada xidməti otaqların birində ona narkotik vasitələrin qanunsuz saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirib Müdafiəçi işltirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları üzərində hər hansı qanunsuz əşya varsa onları təqdim etməsini bidirmişlər. O, əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibində saxladığı içərisində narkotik vasitələr olan “Vest” markalı siqaret qutusunu, İNOİ, KENEKSİ markalı mobil telefonları, 20 manat pul əskinasını və 01 ədəd alışqanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin siqaret qutusunu açdıqda içərisində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütələlər aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq o, həmin bükümün içərisindəki kütələrlərin heroin olduğunu bidirmişdir. Polis əməkdaşları həmin nartkotik vasitələrin haradan və nə məqsədlə əldə etdiyini soruşduqda o, onlara həmin narkotik vasitəni Xaçmaz şəhərində yerdən tapdığını demişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirərkən əynindəki gödəkcəsinin sağ yan cibindən 01 ədəd, şalvarımın sağ yan cibindən isə 01 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükülülər aşkar edilərək götürülmüşdür. Həmin bükülülər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən aşkar olunaraq götürülən narkotik vasitələr elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları üzərindən aşkar olunaraq götürülən Vest markalı siqaret qutusunun sellofan örtüyünün arasından digər siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü də aşkar edib götürmüşlər. Həmin bükülü də tərəziyə qoyularaq çəkilmiş, zərfə qoyularaq möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, üzərindən aşkar olunnaraq götürülən narkotik vasitələri 31 mart 2022-ci il tarixdə Xaçmaz şəhərində yerdən tapmış və özü istifdə etmək məqsədi ilə üzərində saxlamışdır. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını, əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin oktyabr ayından Quba RPŞ-nin CAB-nin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. Quba şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və üzərində saxlamas barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar ondan, CAB-nin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2, KTQ-nun baş inspektoru Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra onlar, 31 mart 2022-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektinə getmişlər. Onlar həmin prospektə gəldikdə Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşdıqda o, onları görüb qaçmağa başlamış, lakin qaçarkən yıxılmışdır. Onlar ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduğunu, özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamaqda şübhəli olduğunu, buna görə də tərəflərindən saxlanıldığını bildirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs Quba RPŞ-nə gətirmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirib Müdafiəçi işltirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunsuz əşya varsa onları təqdim etməsini bidirmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibində saxladığı “Vest” markalı siqaret qutusunu, İNOİ, KENEKSİ markalı mobil telefonları, 20 manat pul əskinasını və 01 ədəd alışqanı onlara təqdim etmişdir. Onlar həmin siqaret qutusunu açdıqda içərisində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütələlər aşkar edilərək götürülmüşdür. Şifahi sorğuya cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütələlərin heroin olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan və nə məqsədlə əldə etdiyini soruşduqda o, həmin narkotik vasitələri Xaçmaz şəhərində yerdən tapdığını demişdir. Daha sonra tərəflərindən Həzrət Vahabvun üzərinə şəxsi axtarış keçirərkən onun əynindəki gödəkcəsinin sağ yan cibindən 01 ədəd, şalvarının sağ yan cibindən isə 01 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükülülər aşkar edilərək götürülmüşdür. Həmin bükülülər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin vaxtı gödəkcəsinin və şalvarının cibindən çıxan bükülülərin ona aidiyyəti olmadığını və məlumatının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitələr elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən Vest markalı siqaret qutusunun sellofan örtüyünün arasından digər siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü də aşkar edib götürmüşlər. Həmin bükülü də tərəziyə qoyularaq çəkilmiş, zərfə qoyularaq möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2022-ci il tarixli, 6/1744 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” yazısı və imzalar olan 03 ədəd zərfdəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,036 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (zərf N1). 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,333 qram və 0,325 qram, ümumi təmiz çəkisi 0,658 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasirə heroindir. (zərf N2). Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (üç) ədəd zərfdə olan heroinlərin ümumi təmiz çəkisi 0,880 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. İş üzrə təyin edilib keşirilmiş məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2022-ci il tarixli 2070 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 20 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 322.2-ci maddələri təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 01 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi təqsirli bilinərək 05 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 67.5, 66.4-cü maddələrinə əsasən 05 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhum edilməklə 05 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qazancından 10% dövlət nəfinə tutulmaqla 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt Apelyyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək 02 il 10 ay 08 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhum edilməklə qazancından 10% dövlət nəfinə tutulmaqla 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. İş materialında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 840 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum şəhadətnamələrinin surətindən görünür ki. Təqsirləndirilən şəxs himayəsində 2017-ci və 2019-cu il təvvəlüdlü ik azyaşlı üşağı var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasın və himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 aprel 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmidiyi üçün Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarxdə tutularaq Quba rayon polis şöbəsinin MST-na təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və həbsdə saxlanıldığı 01 ay 05 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilərək hökm qanuni qüvvəyə minənədək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinoin hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq X3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklıə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0,016 qram, 0,558 qram və 0,136 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 01 ay 07 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0,016 qram, 0,558 qram və 0,136 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-112/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-112/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver