Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-113/2022 02.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1993-cü ildə Quba rayonu, Yenikənd kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Quba rayonu, Yenikənd kəndində kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 30 dekabr 2021-ci il tarixdə gecə saatlarında işlədiyi Quba şəhəri Vaqif küçəsində yerləşən “Qızıltac” şadlıq sarayının həyətindəki avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus “Jeep Liberty” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili yuduqdan sonra sahibi tərəfindən səhəri gün götürüləcəyini bilərək həmin avtomobillə gəzmək qərarına gəlib talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirib və Quba rayonu Amsar kəndinə gedərək həmin kənddə yerləşən “Qırmızı qərənfil” restoranının həyətində avtomobili ağaca və elektrik dirəyinə vurub ön hissəsini zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 6696 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 184.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin may ayından Quba şəhəri, Vaqif küçəsində “Qızıltac” şadlıq sarayının ərazisində yerləşən avtoyuma məntəqəsində işləyir. 29 dekabr 2021-ci il tarixdə saat 22 radələrində avtoyuma məntəqəsində olarkən Quba rayon sakini Zərərçəkmiş şəxs idarə etdiyi Jeep markalı avtomobili yuyulması üçün gətirmişdir. O Rəşidə hazırda başqa avtomobili yuduğunu bildirdikdə, Rəşid ona işini bitirdikdən sonra avtomobilini yuyub avtoyuma məntəqəsinin qarşısında saxlamağını demiş və sabah səhər gəlib avtomobilini götürəcəyini bildirib idarə etdiyi avtomobili avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. Digər avtomobili təmizləyib bitirdikdən sonra, Rəşidin avtomobilini təmizləməyə başlamazdan əvvəl bir qədər yorğunluğumu aradan qaldırmaq məqsədilə yaxınlıqda olan marketdən bir ədəd 0,5 litrlik spirtli GO enerji içkisi alıb içmişdir. Rəşidin özünə məxsus avtomobili sabah təhvil götürəcəyini bildiyi üçün həmin avtomobilli idarə edib Quba şəhəri ərazisində bir qədər gəzmək qərarına gəlmişdir. Avtomobilə əyləşib Quba şəhəri Heydər Əliyev prospektinə doğru hərəkət edərkən prospektində yerləşən 24 saat adlı marketə girib oradan 6 ədəd 0,5 litrlik spirtli GO enerji içkisi almışdır. İçkilərdiən birini götürüb avtomobili idarə edə-edə içməyə başlamışdır. Bundan sonra o, həmin avtomobillə yaşadığı Quba rayonu Yenikənd kəndinə getmək qərarına gəlmişdir. Yaşadığı kəndə gəlib evlərinin qarşısına çatıb əvvəlcə evin içərisinə daxil olmaq istəsə də, sonra fikrini dəyişib avtomobilə əyləşib Quba rayonu Amsar kəndinə getmişdir. Amsar kəndində yerləşən Qızılgül restoranına çatıb avtomobili restoranın həyətində avtomobili saxlamaq istəyərkən avtomobilin ön tərəfini həyətində olan ağaca və elektrik dirəyinə vurmuşdur. Avtomobil əzilsədə işlək vəziyyətdə olduğunu görüb yenidən avtomobilə əyləşib Quba şəhərinə qayıtmışdır. Quba şəhərinə çatdıqdan sonra, 24 saat adlı marketdən 1 ədəd də 0,5 litrlik GO spirtli enerji içkisi alıb avtomobilə qayıdıb avtoyuma məntəqəsinə getmək üçün mühərriki işə salmaq istəsə də, mühərrik işə düşməmiçdir. Bundan sonra o, avtomobilin qapılarını bağlayaraq piyada işlədiyi avtoyuma məntəqəsinə getmişdir.. 30 dekabr 2021-ci il tarixdə saat 07 radələrində Rəşid avtoyuma məntəqsinə gəlib avtomobilini Quba şəhəri Heydər Əliyev prospektində 24 saat adlı marketin yaxınlığında yolun kənarında olduğunu, avtomobilinə ciddi ziyan dəydiyini bildirmişdir. O da Rəşidə baş verən hadisəni ətraflı danışmışdır. Rəşid bundan sonra baş vermiş hadisə barədə polisə məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir kii, 30 dekabr 2021-ci il tarixdə gecə saat 02 radələrində idarə etdiyi “Jeep Liberty” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri Vaqif küçəsində yerləşən “Qızıltac” şadlıq sarayının qarşısındakı avtoyuma məntəqəsində işləyən Təqsirləndirilən şəxs yuması üçün təhvil verib səhər saat 09:00-da gəlib təhvil götürəcəyini bildirmişdir. Səhər saat 07:30 radələrində tanışı Mehrac mobil telefonuna zəng edib onunla hal-əhval tutub sağ-salamat olub-olmadığını soruşmuşdur. O Mehracdan ona səhər tezdən zəng etməsinin səbəbini soruşduqda, Mehrac ona avtomobilini Quba şəhəri Hleydər Əliyev prospektində əzik vəziyyətdə görüb narahat olduğunu bildirmişdir. O Mehraca avtomobilinin əzik olmasından məlumatı olmadığını bildirmiş və Mehracdan onu avtomobilinin olduğu yerə aparmasını xahiş etmişdir. Bundan sonra Mehrac idarə etdiyi avtomaşınla onun yaşadığı ünvana gəlib onu avtomobilinin olduğu yerə aparmışdır. Avtomobilinin olduğu yerə çatdıqda görmüşdür ki, avtomobilinin ön və yan hissəsi əzilmiş və avtomobil yararsız vəziyyətə düşmüşdür. Bundan sonra o, Bəhmən görüşüb söhbət etmək istəsədə onun həddən artıq sərxoş vəziyyətdə olduğunu görüb oradan birbaşa Quba rayon polis şöbəsinə gedib hadisə barədə məlumat vermişdir. Bəhmən polis şöbəsində məsələ ilə bağlı izahat verərkən xx.xx.2022-ci il tarixdə o avtomobili Bəhmənə yumaq üçün təhvil verdikdən sonra, avtomobili qaçıraraq içkili vəziyyətdə idarə etdiyini və Quba rayonu Amsar kəndi ərazisində yerləşən “Qırmızı Qərənfil” restoranına gedərək orada avtomobili ağaca və elektrik dirəyinə vurduğunu səmimi etiraf etmişdir. Avtomobilinə dəymiş ziyanın müyyən edilməsilə bağlı aldığı ziyan aktına əsasən 8,861 manat məbləğində maddi ziyan olması müəyyən edilmişdir. Bundan əlavə avtomobilinin mühərriki də sıradan çıxmışdır. Mühərrikin təmirinə isə 3,000 manat xərc tələb olunur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bilidirib ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Quba şəhər sakini Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, 30 dekabr 2021-ci il tarixdə səhər saat 07 radələrində idarə etdiyi Qazel markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən Rəşidin idarə etdiyi Jeep Liberty markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən saatda 10 km/saat sürətlə hərəkət etdiyini, avtomobilin ön və yan tərəfinin əzik olduğunu görmüşdür. Avtomobilə yaxınlaşdıqda idarə edən şəxsin Rəşid olmadığını, Quba şəhəri, Vaqif küçəsində yerləşən “Qızıltac” şadlıq sarayının qarşısında yerləşən avtoyumada çalışan Bəhmənin sükanın arxasında olduğunu görmüşdür.O, Bəhməndən“salamatçılıqdırmı” deyə soruşmuşdur. Bəhmən isə ona əli ilə işarə edib bir qədər irəlidə dayanmağını bildirmişdir. O Bəhmənin arxasınca avtomobilini sürüb bir qədər irəlidə dayanmışdır. Bəhmən ona yaxınlaşıb avtomobili idarə etmək üçün elektrik mühərrikini işə salmağa kömək etməsini ondan xahiş etmişdir. Bəhmənin danışığından hiss etmişdir ki, spirtli içki qəbul edib. Həmin vaxt elə Rəşidin əmisi oğlu Elmar da onun yanımda olmuşdur. Elmar Bəhməndən avtomobilin kimə məxsus olmasını soruşduqda Bəhmən həmin avtomobilin səfirliyə məxsus olmasını bildirmişdir. O Elmardan həmin avtomobilin Rəşidə məxsus olub-olmamaasını soruşduqda Elmar avtomobilin həqiqətən Rəşidə məxsus olduğunu təsdiqləmişdir. O Elmardan Rəşidin telefon nömrəsini götürüb Rəşidə zəng etmişdir. Rəşidə avtomobilinin əzik olduğunu, özünün başına bir hadisə gəlib-gəlmədiyini soruşmuşdur. Rəşid isə avtomobilinin əzilməsindən məlumatı olmadığını, avtomobili yudurtmaq üçün avtoyuma məntəqəsinə verdiyini bildirmişdir. Həmin vaxt Rəşid onu götürməsini və maşınının olduğu yerə aparmasını xahiş etmişdir. Bundan sonra o, Rəşidin yaşadığı ünvana gedib onu avtomobilinin olduğu Quba şəhəri Heydər Əliyev prospektinə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Bəhmən Rəşidin idarə etdiyi Jeep Liberty markalı, 99- FH-188 dövlət qeydiyyat nişanlı avtomobili qaçıraraq avtomobili əzmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1421 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından göründüyü kimi 2012-ci il buraxılışlı “Jeep Liberty” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci aşağıdakı kimi müəyyən edilir. O cümlədən
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8861,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-7541,00 manat Təmir-bərpa işlərinin qiyməti - 1320,00 manat
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6696,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -5376,00 manat Təmir-bərpa işlərinin qiyməti - 1320,00 manat Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəməəmtəəşunaslıq ekspertizalarının müvafiq rəyi, eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 98 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Yenikənd kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan ünvan 3yi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar edilmədi. Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 05.05..2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 4 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentinsiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə, maddi subut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2022-ci il tarixdən hesablansın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentinsiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi subut, məhkəmə xərci və müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: İlqar Məmmədov