Məhkəmə qərarları › İş №1(027)-113/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-113/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-113/2023 26.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs məxsus Quba rayonu, 1-ci Nügədi kəndi, Şəhidlər küçəsi, 4-cü məhəllədə yerləşən fərdi evin hasar qonşusu olan digər Bakı şəhər sakinin həyətyanı bağ sahəsində peyinləri ağacların dibinə yayaraq fəhlə kimi işləyərkən Zərərçəkmiş şəxs həyətyanı bağ sahəsində olan 3 ədəd silindiri görərək oğurlamaq qərarına gəldikdən sonra həmin tarixdə, saat 18 radələrində tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs həyətyanı bağ sahəsinə dəmir torlu hasarı aralamaq yolu ilə qanunsuz daxil olaraq oradan 2014-cü il Almaniya istehsallı, 1,4 metrlik, 200 mm diametrli, 11 mm qalınlıqda, dəmir materiallı hər biri 2000 manat olmaqla 6000 manat dəyərində 3 ədəd silindiri götürüb həyətdəki talvarın altına keçmiş və həyətin darvaza qapısının kilidini içəridən açaraq şilindirlər! küçəyə çıxarıb ümumilikdə zərərçəkmiş şəxsə məxsus 6000 (altı min altı min) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Quba rayonu, 1-ci Nügədi kəndində valideynləri, arvadı və iki azyaşlı uşağı birlikdə yaşayır. Daimi iş yeri olmadığı üçün qonşülarına təsərüffat işlərində göməklik edərək ailəsini dolandırır. 05 oktyabr 2022ci il tarixdə qonşusunun həyətyanı bağ sahəsində işləyərkən dəmir torlu hasarla ayrılmış digər qonşunun, daiimi olaraq Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs adlı qonşusunun həyətindəki talvarın qarşısında təxmini uzunluğu 1,5 metr, diametri 200 mm olan 3 ədəd dəmir silindiri görərək oğurlamaq qərarına gəlmişdir. Silindirləri oradan götürülməsində ona kömək etməsi üçün həmin günü, saat 17 radələrində qonşu küçədə olan həmkəndlisi X1 mobil telefonuna zəng vurub onu işlədiyi yerə çağırmışdır. Rəsulun ondan şübhələnməməsi üçün ona bildirmişdir ki, həmin silindirlər ona məxsusudur saxlanılması üçün xeyli vaxt bundan əvvəl qonşunun həyətindəki talvarın altına yığmışdır. Həyətyanı bağ sahələrində fəhlə kimi işlədiyinə görə Rəsul ondan şübhələnməyərək Yurikin həyətyanı bağ sahəsindəki silindirlərin ona məxsus olmasına inanıb silindirləri küçəyə daşımaqda kömək etməyə razılıq vermişdir. Bundan sonra o, həmin günü saat 18 radələrində dəmir torlu hasarı aralayıb Yurukin həyətyanı bağ sahəsinə keçərək .Rəsulun köməyi ilə Yurikin həyətyanı bağ sahəsindəki silindirləri götürüb darvaza qapısının kildini içəridən açıb silindirləri küçəyə çıxararaq Yurikin evinin qarşısına, onun hasarının yanına qoymuşdur. 07 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Rəsulun mobil telefonuna zəng vurub ona kömək etməsi üçün Yurikin evinin yanına çağırmışdır. Az sonra Rəsul oraya gəlmişdir. O, yoldan keçən dövlət qeydiyyat nömrəsini xatırlamadığı \/az-2104 markalı taksi avtomobilini saxlatdırıb Yurikin hasarının yanınandakı həmin şilindirlər! Rəsulun köməyi ilə götürərək avtomobilin arxa yük yerinə yükləyib oğurladığı silindiriləri həmin avtomobillə Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən metal qəbulu sexinə aparmışdır. Sexdə işləyən şəxsə silindirlərin özünə məxsus olduğunu, metal kimi satmaq istədiyini demişdir. Həmin şəxs silindirilərin üçünü birlikdə 70 manata almışdır. 70 manat puldan 10 manatını taksi sürücüsünə vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Yurikin həyətyanı bağ sahəsindən şilindirlər! oğurlayarkən ona ancaq tanışı Rəsul kömək etmiş. Rəsuldan başqa kimsə kömək etməmişdir. Rəsul silindirləri götürən günü və eləcə də növbəti günlərdə onların oğurluq olduğunu bilməmişdir. Çünki o. Rəsula yalan danışaraq həmin silindirlərin özünə məxsus olduğu barədə inadırıb onları qonşunun həyətyanı bağ sahəsinə qoyduğunu demişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 11B, mənzil 17-də ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 ildir ki, Quba rayonu, 1-ci Nügədi kəndi. Şəhidlər küçəsi, 4-cü məhəllədə 12 sot torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikdirmişdir. Özü Bakı şəhərində yaşasa da, mütəmadi olaraq həmin evə gəlib gedir. 2014-cü ildə Bakı şəhərindən beton vuran avtomobilində istifadə etmək məqsədilə Almaniya istehsallı, 1,4 metrlik, 200 mm diametrli, 11 mm qalınlıqda hər biri 5000 manata olmaqla 15000 manata 3 ədəd dəmir materiallı şilindir almışdır. Əvvəllər o, beton daşayan avtomobillərinin təmiri ustası kimi işləmişdir. Həmin şilindirlər beton vuran avtomobilinə quraşdırıb nasosla betonun qaldırılmasında istifadə etmişdir. Sonradan həmin şilindirlər! avtomobildən çıxararaq Bakı şəhərindən gətirib Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evinin həyətindəki talvarın altına qoymuşdur. 2022-ci ilin oktyabr ayının ilk günlərində o, evinə baş çəkəndə şilindirlər yerində olmuşdur. 19 mart 2023-cü il tarixdə evinə baş çəkməyə gələrkən həyətyanı bağ sahəsindəki 3 ədəd silindirin yerində olmadığını görmüşdür. O, həmin silindirlərin kim tərəfindən götürülməsi barədə kənddə soraqlaşmağa başlamışdır. Tanımadığı bir neçə kənd sakini ona bildirmişdir ki. Rəvan adlı şəxs ötən ilin oktyabr ayının əvvəllərində onun çəpər qonşusunun həyətyanı bağ sahəsində ağacların diblərinə peyin tökərək işləyib, oğurluqda Rəvan şübhəlidir. O da Rəvandan şübhələnərək başa düşmüşdür ki. Rəvan qonuşunun həyətyanı bağ sahəsində işləyərkən onun həyətyanı bağ sahəsində olan şilindirlər! görmüş və qonşu ilə aralarındakı dəmir torlu hasardan keçərək şilindirlər! götürmüşdür. Həmin çəpər qonşusu da onun kimi Bakı şəhərində yaşayır. Rəvan özü də onun evindən bir neçə ev qonşuluqda yaşayır. O, Rəvanı görüb şilindirlər barədə soruşarkən, Rəvan əvvəlcə silindirləri oğurladığını boyununa alaraq şilindirlər! qaytarmaq üçün ondan 2 gün vaxt istəmişdir. Lakin Rəvan 2 gündən sonra şilindirlər! qaytarmayaraq oğurluq etdiyini də inkar etmişdir. Ona görə də o, 22 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Quba RPŞ-nin əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Budan sonra o, Quba RPŞ-yə gedərək hadisə barədə ərizə yazmışdır. Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı onun həyətyanı sahəsindən oğurluq edən şəxsin həqiqətəndə Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Zərdabi qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 3 ildir ki, Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən metal qəbulu sexində fəhlə işləyir. Onun işi dəmir və digər metal tullantılarını sexə qəbul etmək və həmin metal tullantılarını sexə daşımaqdan ibarətdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində bir nəfər tanımadığı orta yaşlarında şəxs işlədiyi sexə gələrək özünə məxus 3 ədəd dəmir borunun olduğunu, həmin boruları satmaq istədiyini bildirmişdir. O, həmin borulara baxdıqda, 100 manat pul verə biləcəyini demişdir. Həmin oğlan, yəni sonradan şəxsiyyəti barədə bildiyi Təqsirləndirilən şəxs onunla razılşamışdır. O, Rəvanın şəxsiyyət vəsiqəsinə baxıb metal qəbulu jurnalında qeyd etmişdir. Sonra o. Rəvana 100 manat pul vermiş və Rəvanın təqdim etdiyi 3 ədəd dəmir borunu təhvil götürmüşdür. Bir neçə gündən sonra Rəvanın satdığı 3 ədəd borunu xatırlamadığı Kamaz markalı avtomobillə Bakı şəhərində yerləşən X5 şirkətinə göndərmişlər. Rəvan ona həmin silindirlərin özünə məxsus olduğunu demiş, ona görə də o. Rəvana inanıb həmin silindirləri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 yanvar 2023-cü il tarixdən Quba RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, 26 aprel 2023-cü il tarixdən həmin bölmənin rəisi vəzifəsində xidmət edir. 22 mart 2023-cü il tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs özünə məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evin həyətyanı bağ sahəsindən 3 ədəd silindirin oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətizəng mərkəzi sisteminə və Quba Rayon Polis Şöbəsinə etdiyi müraciətlə bağlı tərəfindən dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş oğurluq hadisəsinin həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə ona məlumat daxil olmuşdur. O, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini müəyyən edərək zəng edib Quba RPŞ-yə dəvət etmişdir. Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs həyətyanı bağ sahəsindən 3 ədəd şilindir oğurlaması barədə polisə məlumat daxil olduğu üçün çağırıldığını izah etdikdə. Təqsirləndirilən şəxs oğurluq etdiyini səmimi şəkildə etiraf edərək bildirmişdir ki, Bakı şəhər sakini Zərərçəkmiş şəxs dəmir torlu hasarla ayrılmış çəpər qonşusu olan digər Bakı şəhər sakinin həyətyanı bağ sahəsində peyinləri ağacların dibinə yayarkən Zərərçəkmiş şəxs həyətyanı bağ sahəsində olan 3 ədəd silindiri görərək oğurlamaq qərarına gəlmişdir. Həmin silindirlərin götürülməsi üçün köməyə çağırdığı həmkəndlisi X2 aldadaraq öz silindirləri olması barədə inandırmış və oğurladığı silindirləri Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən metal qəbulu sexinə aparıb özünə məxsus olduğunu bildirərək satmışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli, 9/3388 nömrəli rəyindən görünür ki, 2014-cü il Almaniya istehsallı, 1,4 metrlik, 200 mm diametrli, 11 mm qalınlıqda, dəmir materiallı 1 ədəd silindirin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 2000,0 manat, 3 ədədi 6000,0 manat müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini, şahidlərin ifadələrini, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini və iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuş və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi lƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, müsadirə olunası əmlakın və mülki iddianın olmaması nəzərə alınmaldır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar