Məhkəmə qərarları › İş №1(027)-114/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-114/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-114/2020 03.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Bərdə rayonu, Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllərməhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il saat 23 radələrində Quba şəhəri, M.P.Vaqif küçəsi, 7 ünvanında yerləşən, ictimai yer hesab olunan, kafedə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs ilə heç bir ciddi səbəb olmadan münaqişə yaradaraq cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla və öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə ilə qəsdən sağ əlin bir yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol gözünün altından vurmaqla sonuncuya sol göz orbiti ətrafında qançır - hematoma, sol gözün ağlı qişasında geniş qansızmadan ibarət sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsindəgöstərdi ki, xx.xx.2020-ci il tarixdə iş yerində, daha sonra kafedə spirtli içki qəbul etdikdən sonra saat 23 radələrində Quba şəhərində yerləşən “Əli Ticarət” mərkəzinin yaxınlığındakı Şahid2 işlətdiyi kafeyə getmiş, tək əyləşib pivə içmişdir. Rəna onun masasında əyləşmişdir. O, sərxoş vəziyyətdə olduğundan tanışı Şahid1 zəng edib, onu evə aparmasını xahiş etmiş, sonuncu da gəlib onlarla bir masada oturmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs kafedə tək əyləşib içki içmişdir. Kamran hansısa mahnını sifariş etdikdə, o, müsiqinin söndürməsini tələb etmişdir. Yəqin ki, mübahisə baş verməsin deyə, Şahid2 artıq kafenin iş vaxtı bitdiyini deyərək, onlardan getmələrini xahiş etmişdir. O, isə cavabında “nə olub, nəsə problem var?” deyə soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs əyləşdiyi masadan qalxaraq onların əyləşdiyi masaya yaxınlaşıb “sən problem həll edənsən?” deyə soruşmuşdur. O, Zərərçəkmiş şəxs problem həll etmədiyini deyərək, onun əyləşdiyi masadan çıxıb getməsini bildirmişdir. Şahid1 isə Kamranı masadan aralayaraq kafedən bayıra çıxarmışdır. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs yenidən kafeyə qayıtdıqda, o, yerindən durub kafenin içərisində, giriş qapısının qarşısında sağ əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq vurmuşdur. Şahid1 onları aralayıb evinə getmişdir. Hadisə zamanı o, hər hansı xəsarət almamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxslə şəxsi tanışlığı olmamışdır. Sonuncu ilə qohumluq, düşmənçilik və ya ədavəti olmamışdır. Hadisə sərxoş olması səbəbindən baş vermiş, o, öz hərəkətlərini idarə etmək iqtidarında olmamışdır. Mübahisə zamanı o, söyüş söyməmiş, lakin ilk olaraq Kamranı o, vurmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Ailəlidir, dörd uşağı vardır. Oğlunun biri hazırda ön cəbhədə əsgərdir. Zərərçəkmiş şəxslə barışmışlar. Göstərdiklərini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il saat 22 radələrində Quba şəhəri, Vaqif küçəsi, 7 ünvanında yerləşən Şahid2 işlətdiyi kafeyə getmiş, tək əyləşib pivə içmişdir. Bir qədər sonra kafeyə Təqsirləndirilən şəxs daxil olaraq boş masaların birində əyləşib pivə içmişdir. Kafeni işlədən Rəna sonuncu ilə eyni masada əyləşmişdir. O, əvvəllər də həmin kafedə Təqsirləndirilən şəxs görmüş, sonuncu ilə qiyabi tanışlığı olmuş, lakin qohumluq əlaqəsi, düşmənçilik və ya ədavəti olmamışdır. O, Şahid2 5 manat verərək musiqi mərkəzində çalınan musiqini yenidən oxunmasını istəmişdir. Bu vaxt Təqsirləndirilən şəxs Şahid2 “nə olub, nəsə problem var?” sualı vermiş, Şahid2 heç bir problemin olmadığını demişdir. O, Təqsirləndirilən şəxs ona sataşmaq üçün həmin sualı verdiyini başa düşmüşdür. O, masadan qalxaraq Təqsirləndirilən şəxs əyləşdiyi masaya yaxınlaşıb sonuncuya heç bir problemin olmadığını, sadəcə musiqi sifariş verdiyini demişdir. Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməklə həmin kafedə heç kimin problem yarada bilməyəcəyini demişdir. O, Təqsirləndirilən şəxs hərəkətlərindən və danışığından sərxoş vəziyyətdə olmasını anlamışdır. Aralarında yaranmış söz mübahisəsini dayandırmaq üçün oturduqları kafe ilə üzbəüz çayxanada işləyən Şahid1 gələrək müdaxilə etsə də, Təqsirləndirilən şəxs kafenin içərisində onun sol gözünün altından bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt kafedə olan Şahid2 və Şahid1 onu kafedən çıxardaraq qapını bağlamışlar. O da Quba rayon Polis şöbəsinə gedib şikayət vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirdi ki, mübahisə kafenin daxilində baş vermiş və təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı o, sərxoş olmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu bir dəfə yumruqla vurmuşdur. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İş üzrə Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, xx.xx.2020-ci il saat 22 radələrində Zərərçəkmiş şəxs kafeyə gəlmişdir. Orada tək əyləşib spirtli içki içmişdir. Həmin içkiləri içdikdən sonra Zərərçəkmiş şəxs danışığından və hərəkətlərindən onun sərxoş vəziyyətdə olmasını başa düşmüşdür. Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs kafeyə sərxoş vəziyyətdə gələrək pivə sifariş verib boş masanın birində əyləşmişdir. Kafedə müştəri qismində ancaq Kamran Feyzullayev və Təqsirləndirilən şəxs ayrı-ayrı masalarda əyləşmişlər. O, Təqsirləndirilən şəxs pivə aparmış və özü də yanında əyləşərək söhbət etməyə başlamışlar. Zərərçəkmiş şəxs ona 5 manat verərək musiqi mərkəzində çalınan musiqini yenidən oxunmasını istəmişdir. Təqsirləndirilən şəxs isə buna narazılıq edərək, ona “Nə olub? Nəsə problem var?” soruşmuşdur. O, heç bir problemin olmadığını, pivəni içikdən sonra kafeni bağlayıb getmək istədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sözlərini öz ünvanına deyildiyini zənn edərək, onlar əyləşən masaya yaxınlaşıb Təqsirləndirilən şəxs narazılığını bildirmiş, lakin söyüş söyməmişdir. Bəxtiytar Rzayev nalayiq sözlərlə Zərərçəkmiş şəxs əlini stoldan çəkib çıxıb getməsini demişdir. Kamranla Bəxtiyar sözlü mübahisə edərkən, qonşuluqda olan çayxanada işləyən Şahid1 gəlmiş və Təqsirləndirilən şəxslə Şahid1 Zərərçəkmiş şəxs kafedən çıxarmışlar. Zərərçəkmiş şəxs yenidən kafeyə qayıtdıqda, kafenin giriş qapısının qarşısında, yəni kafenin içərisində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gözünün altından bir yumruq zərbəsi vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, həmin mübahisə musiqi üstündə yaranmış və təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı kafedə o, Kamran, Bəxtiyar və Şahid1 başqa kimsə olmamışdır. Bəxtiyar Kamranı vurduqdan sonra Rəşad onları ayırıb Kamranı kafedən çıxarmışdır. İş üzrə Şahid1 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini təsdiqləmişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, foto-şəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir. Həmin fotoşəkillərlə xx.xx.2020-ci il tarixdə hadisənin baş verdiyi yerin kafenin içərisində giriş qapısının qarşısı olduğu müəyyən edilmişdir. (iş vər.: 16-19). məhkəmə-tibb ekspertizası və PA ET və TB-nin Quba rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 733 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol göz orbit ətrafında qanşır-hemtoma, sol gözün ağlı qişasında geniş qansızma küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 20). Quba RMX-nın xx.xx.2020-ci il tarixli 2492 nömrəli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 41); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (iş vər.: 42); Quba RİB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 1753 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci il tarixdə Bərdə rayonu, Qullar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Quba şəhər ərazisində yaşadığı müddət ərzində nümayəndəliyə barəsində heç bir şikayət və narazıçılıq daxil olmamışdır (iş vər.: 43); məhkəmə elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı – xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 vardır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il saat 23 radələrində Quba şəhəri, M.P.Vaqif küçəsi, 7 ünvanında yerləşən kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs döyüb ona - sol göz orbiti ətrafında qançır - hematoma, sol gözün ağlı qişasında geniş qansızmadan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi və ibtidai istintaq protokolları ilə tam subuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür”. “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir”. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X2 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi cəmi cəmi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzanın icrasının başlanğıcı aylıq qazancından tutulmaların başlandığı aydan (gündən) hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar