Məhkəmə qərarları › İş №1(027)-114/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-114/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-114/2023 28.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 Onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Quba rayon məhkəməsinin 22 dekabr 2022-ci il tarixl hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 3 ay 16 gün müddətinə azdlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, üzərində çəkilməmiş 02 il 01 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, Quba şəhəri H.Əliyev prospekti ev 218-də qeydiyyatında olan, Quba şəhəri Qarabağ küçəsi ev 12-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair və xx xxxxxx 1993-cü ildə Quba rayonu Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 02 ədəd bükümdə cəmi 0,744 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 16 mart 2023-cü il tarixdə saat 16 radələrində həmin bükümlərdən 01 ədəd bükümdəki 0,393 qram heroni Quba şəhərində “Qaya Qırağı” adlanan ərazidə Təqsirləndirilən şəxs2 10 manat müqabilində satmışdır. 16 mart 2023-cü il tarixdə saat 23:30 radələrində isə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Quba şəhəri T.Əhmədov küçəsində saxlanılarkən orada gödəkçəsinin cibindən yerə atdığı yerdə qalan 01 ədəd bükümdəki təmiz çəkisi 0,351 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə saat 16 radələrində Quba şəhəri “Qaya Qırağı” adlanan ərazidə Təqsirləndirilən şəxs1 10 manat pul vəsaitinə satın alıb qanunsuz əldə etdiyi 01 ədəd siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,393 qram təşkil edən narkotik vasitə heroini üzərində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,292 qram çəkidə 01 ədəd siqaret kağızı bükümündə və istifadə etmək üçün doldurduğu 0,101 qram çəkidə 01 ədəd 1 ml həcmli şpiristdə daşıyıb saxlamış, 16 mart 2023-cü il tarixdə, saat 18:00 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri Vaqif küçəsində saxlanılıb onun üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin yan cibində gizlətdib saxladığı 01 ədəd bükümdə və 01 ədəd şpritsdəki ümumi təmiz çəkisi 0,393 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 16 mart 2023-cü il tarixdə saat 23:30 radələrində o, ünvan 1 ünvana piyada hərəkət edərkən bir neçə şəxs ona yaxınlaşmış, özlərini təqdim edib Quba RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polislər ona üzərində narkotik vasitə daşımaqda və saxlanmaqda, eləcə də Elvin adlı şəxs narkotik maddə satmaqda şübhəli olduğunu deyərək hüquq və vəzifələrini izah etmiş, həmçinin oraya dəvət olunmuş bir nəfər vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparmışlar.Həmin vaxtı polislər üstündə olan əşyaları təqdim etməsi tələb etmiş, o da üzərindən əynində olan gödəkçənin sağ cibindən “Attenti” markalı elektron nəzarət cihazı, sol cibimdən qara rəngli “Kent” markalı siqaret, sol iç cibindən ağ rəngli “Prima” markalı siqaret, sağ iç cibimdən “İtel” markalı mobil telefonu, 01 manat pul əskinazı, 01 ədəd kiçik saqqız qutusu və onun içərisində saxladığı xırda ölçüdə olan suvenir şəklində “Copy” yazılı pula bənzər kağızı təqdim etmişdir. Daha sonra orada polis əməkdaşlarından biri onun saxlanılan zaman üzərindən 01 ədəd bükümü yerə atdığını bildirib həmin bükümə baxış keçirilməsini istəmişdir. Polislər yerdən götürdükləri həmin bükülüyə baxdıqda onun içərisində narkotik vasitə heroinin olduğu məlum olmuş, onu elektron tərəzidə çəkdikdə isə həcmi 0,28 qram təşkil etmişdir. O, narkotik vasitələrdən 01 ilə yaxındır ki, istifadə edir, son 3 ayda narkotik istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs2 Quba rayon sakini kimi tanımışdır. Elvinin spirtli içkilərə aludə olduğunu bilirdi. Bir neçə gün qabaq Elvin onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ondan narkotik vasitə istəmiş, lakin o Elvinə “mal” satmadığını demişdir. 16 mart 2023-cü il tarixdə təxminən saat 15-16 radələri arasında o, evdə olduğu zaman Elvin yenə mobil nömrəsinə zəng edərək narkotik vasitə istəmişdir. Daha sonra o avtomobilini təmirə apardığı üçün təmir sexinin qarşısında Elvinlə rastlaşmışdır. Üzərində pul olmadığı üçün Elvindən borca bir neçə manat pul istəmişdir. Elvində həmin vaxt ona borc olaraq 4 manat pul vermişdir. Həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 10 manat müqabilində narkotik vasitə satmamışdır. Elvin ona şər atır. 16 mart 2023-cü il tarixdə Elvinlə görüşdüyünü təmir sexində Akif adlı usta görmüşdür. Sonra Təqsirləndirilən şəxs1 saxta pulun dövriyyəsində şübhəli olduğu üçün16 mart 2023-cü il tarixdə nahardan sonra, Quba rayon polis şöbəsinə dəvət olunduğunu və təxminən saat 23 radələrində polis şöbəsindən çıxdığını bildirərək, həmin günü Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını bildirərək əməlində hər hansı bir cinayətin tərkibi olmadığı üçün barəsində olan cinayət işi üzrə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba şəhərində avtoyuma məntəqəsində işləyir. O, narkotik vasitə olan “kakos” (yəni heroin) qəbul edir. Quba şəhər sakini Təqsirləndirilən şəxs1 əvvəldən narkotik satan şəxs kimi tanımış, əvvəllər bir neçə dəfə Həzrətdən narkotik vasitə almışdır. 16 mart 2023-cü il tarixdə saat 16 radələrində Həzrətin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, ona narkotik vasitə təşkil etməsini istəmişdir. Aralarındakı danışıqdan bir neçə dəqiqə sonra. Həzrətlə Quba şəhərində “Qaya qırağı” adlı ərazidə görüşmüş, Həzrət, özü sürdüyü avtomaşında gəlmiş və bu zaman hər ikisinin yanında başqa şəxslər olmamışdır. Həmin vaxt o Həzrətə 10 manat pul vermiş, sonuncu da çıxarıb ona 01 ədəd siqaret kağızı bükümündə “kakos” yəni heroin satmışdır. Həzrətdən ayrıldıqdan sonra ondan satın aldığı narkotik vasitədən bir qədər istifadə etmək üçün onun bir hissəsini özündə olan şpritsə doldurmuşdur. Lakin sonradan tutulduğundan onu istifadə edə bilməmişdir. Belə ki, 16 mart 2023-cü il tarixdə, saat 18 radələrində Quba şəhəri Vaqif küçəsində işlədiyi avtoyuma məntəqəsində olarkən ona bir neçə şəxs yaxınlaşmış, özlərini təqdim etdikdə onların Quba RPŞ-nin əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə daşımaqda və saxlanmaqda şübhəli olduğunu deyərək dəvət olunmuş bir nəfər vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparmışlar. Həmin vaxtı polis əməkdaşları üstündə olan əşyaları təqdim etməsi istəmiş, o da gödəkçəsinin sol cibindən içərisində heroin kütləsi olan 01 ədəd siqaret kağızındakı bükümü və yanında özü üçün hazırladığı şpritsi, eləcə də sağ cibindən 01 ədəd “Brand” markalı sadə telefonu, “Bakı” markalı siqaret qutusunü çıxarıb təqdim etmişdir. Həmin vaxt polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd siqaret kağızı bükümündəki kütlənin narkotik vasitə heroin (“kakos”) olduğunu, onu tutulmazdan qabaq Həzrət adlı tanıdığı şəxsdən təmir sexinin yanında görüşməklə 10 manata aldığını, onu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Qeyd olunan kütlə elektron tərəzidə çəkildikdə həcminin 0,54 qram olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş 01 ədəd siqaret kağızı bükümündə olan heroin kütləsi və 01 ədəd şpirits ayrıca zərfdə qablaşdırılmışdır. O, həmin zərfin üzərinə öz imzasını atmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olduğunu bildirib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 16 mart 2023-cü il tarixdə Quba rayonu Birinci Nügədi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı əldə olunmuş və polis əməkdaşı Şahid1 ilə 16 mart 2023-cü il tarixdə həmin şəxsin ifşa olunaraq yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişdir. Həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs2 yerini Quba şəhəri Vaqif küçəsində müəyyən edərək onu orada saxlamışlar və həmin yerə çağrılmış istintaq-əməliyyat qrupu ilə birlikdə onun üzərində şəxsi axtarış aparmışlar. Bu zaman Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz daşımaqda və saxlamaqda şübhəli şəxs olduğu bildirilərək hüquqlarının müdafiəsi üçün təqdim edilmiş vəkilin iştirakı ilə üzərində video şəkilişlə şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs2 əynindəki gödəkçəsini sol yan cibindən 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroinə oxşar kütlə və 01 ədəd şprits aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 bu barədə soruşulduqda üzərində aşkar edilmiş bükülüdə olan kütlənin “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, həmin heroin kütləsini istifadə etmək məqsədilə Həzrət adlı tanıdığı şəxsdən 10 manat müqabilində aldığını və 01 ədəd şpirtsi isə heroin qəbul etmək üçün üstündə saxladığını bildirmişdir. Daha sonra içərisində heroin kütləsi olan 01 ədəd bükülü elektron tərəzidə çəkildikdə onun ölçüsünün 0,54 qram olduğu müəyyən edilmişdir. Sonra həmin bükülü və şprits ayrıca kağız zərfə qoyularaq qablaşdırılmış, onun üzərinə Təqsirləndirilən şəxs2 və digər iştirakçılar, həmçinin onu özü tərəfindən imzalar atılmışdır. Elə həmin günü tərəfindən əldə olunmuş əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini satmış Həzrət adlı şəxs Quba şəhəri, H.Əliyev prospekti ev 218-də qeydiyyatda olmaqla faktiki Quba şəhəri Qarabağ küçəsi ev 12-də yaşayan Təqsirləndirilən şəxs1dur. Dərhal əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və Quba RPŞ-nin CAB-nin əməliyyat-müvəkkilləri Şahid5, Şahid6, Şahid3, habelə Quba RPŞ-nin NMQ-nun əməliyyat-müvəkkili Şahid4lə birlikdə Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişdir. 16 mart 2023-cü il tarixdə saat təqribən 23 radələrində Quba şəhəri, T.Əhmədov küçəsində Təqsirləndirilən şəxs1 olduğu yeri müəyyən edərək saxlamışlar. Həmin anda Təqsirləndirilən şəxs1 cibindən balaca bükülü çıxarıb yerə atdığını görmüşdür. Əvvəlcə Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz daşımaqda və saxlamaqda, həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaqda şübhəli şəxs olduğu bildirilərək təqdim edilmiş vəkilin iştirakı ilə üzərində video çəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Lakin onun üzərində qanunsuz hər hansı əşya və predmet aşkarlanmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 cibindən çıxararaq yerə atdığı büküm yerdən götürülərək içərisinə baxıldıqda orada heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yerdən aşkar edilmiş kütlənin özünə məxsus olmadığını söyləmiş, həmçinin Təqsirləndirilən şəxs2lə həmin günü görüşdüyünü, lakin ona narkotik satmadığını bildirmişdir. Sonra aşkar edilmiş həmin bükümdəki kütlə elektron tərəzidə çəkildikdən sonra, ayrıca kağız zərfə qoyularaq qablaşdırılmış, onun üzərinə baxış iştirakçıları, o cümlədən onun özü imzalar atmışdır, Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid5, Şahid6, Şahid3, Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əridir. Onlar Quba şəhəri Qarabağ küçəsi ev 12-də yaşayırlar. İki uşaqları var. Onun əri Həzrətin narkotik əldə etməsi, daşıyıb saxlaması və satması barədə onun heç vaxt məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, təmir sexində usta işləyir və xatırlamadığı bir tarixdə Həzrət adlı tanışı avtomobilinin təmiri üçün sexə gəlmişdir. Həmin vaxt təmir üçün az miqdarda pul lazım olmuş, lakin Həzrət üstündə pul olmadığını bildirərək sexdən kənara çıxmışdır. Sonra avtoyuyucuda işləyən Elvin həmin yerə gəlmiş və sexdən kənarda onları birlikdə görmüşdür. Həmin vaxtı Həzrətin Elvindən pul alıb-almadığını görməmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 17 mart 2023-cü il tarixli 6/1644 №-li rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd 1 ml həcmli şpiristdə 0,3 ml həcmində məhlul isə narkotik vasitə heroin məhluludur, həmin heroinin quru maddəsinin çəkisi 0,101 qramdır. Heroinin ümumi təmiz çəkisi 0,393 qramdır. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildirlər. Qeyd; Heroinin təmiz çəkisi 0,292 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,05 qram, qalıq isə 0,242 qramdır. Heroin məhlulu 0,3 ml, tədqiqata sərf edildi - 0,1 ml, qalıq - 0,2 ml. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 17 mart 2023-cü il tarixli 6/1645 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 yanında yerdən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bükümdəki heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki heroin ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 1 ml həcmli şpirist 0,3 ml həcmində aşkar edilmiş heroin məhlulu halında olduğu üçün Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd bükümdəki heroin ilə müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildirlər. Qeyd: Heroinin təmiz çəkisi 0,351 qram təşkil edir, tədqiqata sərf edildi ~ 0,05 qram, qalıq isə 0,301 qramdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 Komissiyasının 02 iyun 2023-cü il tarixli 3397 Nə-li rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 Komissiyasının 02 iyun 2023-cü il tarixli 3703 №-li rəyində göstərilmişdir ki. Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən Təqsirləndirilən şəxs2lə əlaqələrini inkar etməsilə əlaqədar "xxxx" MMC-dən əladə olunmuş sms mətnlərdən və zənglər üzrə çıxarışdan göründüyü kimi, təqsirləndirilən şəxslər mütəmadi olaraq bir-birlərilə mobil telefon vasitəsilə əlaqədə olmuşlar. İş üzrə məhkəmənin sorğusu əsasında təqdim olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il saat 21:04-də Quba RPŞ-nin inzibati binasına daxil olmuş və saat 23:08-də çıxmışdır. xx.xx.2023-cü il, saat 00:14-də daxil olmuş və çıxış olmamışdır. İş üzrə məhkəmənin sorğusu əsasında təqdim olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Quba RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs1 Quba rayon, Rustov kənd sakini X2 ”Samsung Galaxy A03” markalı mobil telefonunun itməsilə bağlı daxil olmuş məlumat əsasında xx.xx.2023-cü ildə Quba rayon polis şöbəsinə dəvət edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 məxsus, içərisində ***-***-**-** mobil nömrəsi olan, 01 ədəd “Brand” markalı mobi telefona və Təqsirləndirilən şəxs1 məxsus, içərisində ***-***-**- ** mobil nömrəsi olan, 01 ədəd “İtel” markalı mobi telefona 20 mart 2023-ci il tarixdə keçirilmiş baxış zamanı 16 mart 2023-cü il tarixdə saat 16;40-da,16:47-də və 17:03-də hər iki şəxsin arasında telefon danışıqlarının olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin yan cibində gizlətdib saxladığı 01 ədəd bükümdə və 01 ədəd şpritsdəki narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman yerə atılmış bir ədəd bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 0,393 və 0,351 qram narkotik vasitə heroin Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlamaqla və qanunsuz olaraq narkotik vasitələri satmaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətmələri, Təqsirləndirilən şəxs2 ifadəsi ilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və olara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Quba rayon məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 2 il 3 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayon məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 3 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 21 gün hissəsini çəkmiş və onun üzərində 02 il 01 ay 25 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 28 mart 2023-cü il tarixli 783 №-li arayışdan və 784 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba şəhəri H.Əliyev prospekti ev 218-də qeydiyyatda olub yaşayır, evlidir və iki azyaşlı uşağı vardır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən məlumatdan göründüyü kimi, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cü il təvəllüdlü X4 adlı azyaşlı övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin 14 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 oktyabr 2020-ci il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə cəzası 04 ay, 27 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 06 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi İƏD üzrə nümayəndəliyindən alınmış 08 iyun 2023-cü il tarixli 491 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu Birinci Nügədi kəndində qeydiyyatda olub yaşayır, evlidir və iki azyaşlı uşağı vardır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən məlumatdan göründüyü kimi, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı azyaşlı övladları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində azyaşlı uşaqların olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşaqların olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elçin oğlu və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Elçin oğlu və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 oğlu hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini 16 mart 2023-cü il tarixdə, yəni Quba rayon məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Quba rayon məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. İş materiarında olan şübhəli şəsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 18 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədən qaçıb gizləndiyi üçün Quba rayon məhkəməsinin 04 oktyabr 2023-cu il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərk barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 02 noyabr 2023-cü il tarixdə tutularaq Quba rayon polis şöbəsinin MSY təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduqları 02 gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onların barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Ambulator məcburi–X10nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə təyin edilməklə onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi2 və Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə hər birinə 48 (qırx səkkiz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut 3 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,242 və 0,301 qarm olan narkotik vasitə olan heroin və 01 ədəd 1 ml həcmli şpiristdə 0,2 ml həcmindəki narkotik vasitə heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Quba rayon məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 25 (iyirmi beş) gün gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddii sübut - 3 ədəd CD cinayət işi materiallarında saxlanılsın, Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,242 və 0, 310 qram qalıq qalmış narkotik vasitə olan heroin və 01 ədəd 1 ml həcmli şpiritsdə 0,2 ml həcmdə narkotik vasitə heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar