Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-114/2024 12.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Quba şəhəri, Dağıstan küçəsində (29-cu məhəllə) qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba şəhər sakini Zərərçəkmiş şəxs8 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə oğlu X2 adı ilə MTN kimi tanınan Azərbaycan Respublikası DTX-də işə qəbul etdirəcəyi barədə yalan vədlər verərək vahid niyyətlə sonuncunun Quba şəhəri ərazisində 2019-cu ilin iyul ayından noyabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 6500 manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə müharibə veteranı təqaüdünü bərpa etdirəcəyi barədə yalan vədlər verərək sonuncun 28 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar Qəsəbəsində yerləşən “Araz” adlı marketdə olan milliön ödəniş terminalından 2000 manat pulunu istifadəsində olan Kapital Bank ASC tərəfindən verilmiş 4169 7388 0427 2031 nömrəli plastik bank kartı hesabına göndərməsinə nail olduqdan sonra aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin vəsaiti ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə müharibə veteranı təqaüdünü bərpa etdirəcəyi barədə yalan vədlər verərək sonuncudan 29 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında, binanın qarşısında aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2250 manat pul alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə müharibə veteranlarına verilən evlərdən əldə etməsinə köməklik göstərəcəyi barədə yalan vədlər verərək vahid niyyətlə sonuncunun 2023-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Masazır qəsəbəsində yerləşən “A Plus” adlı marketdə olan “milliön” ödəniş terminalından 4000 manat pulunu istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 0427 2031 nömrəli plastik bank kartı hesabına göndərməsinə nail olduqdan sonra həmin vəsaiti ələ keçirmiş, həmin ilin sentyabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” adlanan yerin yaxınlığında küçədə aldatma və etibardan sui-istifadə etmə yolu ilə 3000 manat alıb, ümumilikdə 7000 manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba şəhər sakini Zərərçəkmiş şəxs4 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə təqaüd düzəltdirəcəyi və sonuncuya əlillik dərəcəsi təyin etdirəcəyi barədə yalan vədlər verərək vahid niyyətlə sonuncunun Quba şəhəri ərazisindən “Birbank” mobil tətbiqi vasitəsilə 05 noyabr 2023-cü il tarixdə 1000 manat, 06 noyabr 2023-cü il tarixdə 700 manat pulunu istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 0427 2031 nömrəli plastik bank kartı hesabına göndərməsinə nail olduqdan sonra həmin vəsaiti əldə edib ümumilikdə Zərərçəkmiş şəxs4 1700 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba rayonu, Qam-qam kənd sakini Zərərçəkmiş şəxs5 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə əlillik təqaüdünü bərpa etdirəcəyi barədə yalan vəd verərək sonuncudan 01 dekabr 2023-cü il tarixdə Quba şəhərində yerləşən “Buta” restoranının qarşısında aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2500 manat pul alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba rayonu, Qam-qam kənd sakini Zərərçəkmiş şəxs5 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə sosial ev verdirəcəyi barədə yalan vədlər verərək vahid niyyətlə 28 dekabr 2023-cü il tarixdə Quba şəhərində yerləşən “Buta” restoranında sonuncuya məxsus 3000 manat, 09 yanvar 2024-cü il tarixdə Quba şəhəri, “İrşad Electronics” mağazasının qarşısında 3000 manat pulu Zərərçəkmiş şəxs4 vasitəsi ilə alıb ümumilikdə Zərərçəkmiş şəxs5 6000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba rayonu, İsnovqışlaq kənd sakini Zərərçəkmiş şəxs6 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə sosial ev verdirəcəyi barədə yalan vədlər verərək vahid niyyətlə 28 dekabr 2023-cü il tarixdə “Buta” restoranında sonuncuya məxsus 8000 manat pulu Zərərçəkmiş şəxs4 vasitəsi ilə alıb ümumilikdə Zərərçəkmiş şəxs6 8000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba rayonu, Talabıqışlaq kənd sakini Zərərçəkmiş şəxs7 dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə sosial ev verdirəcəyi barədə yalan vədlər verərək vahid niyyətlə sonuncunun Quba şəhəri ərazisindən “Birbank” mobil tətbiqi vasitəsilə 06 yanvar 2024-cü il tarixdə 4000 manat, 10 yanvar 2024-cü il tarixdə 1500 manat pulunu istifadəsində olan plastik bank kartı hesabına göndərməsinə nail olduqdan sonra həmin vəsaiti əldə edib ümumilikdə Zərərçəkmiş şəxs7 5500 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki o, Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 2-ci qrup əlildir. Müharibədə iştirak edən zaman güllə və qəlpə yaraları almış, isterik nevroz, sistem vaskullit və düyünlü eritema, 6-cı dərəcəli damar çatışmazlığı, qızıl yel, ürək, ağ ciyər, qara ciyər, dalaq və gözlərin zədələnməsindən əziyyət çəkmişdir. Rəsmi olaraq Quba RMXnin psixiatriya şöbəsində qeydiyyatdadır. Zərərçəkmiş şəxs1 müharibə dövründən tanımış və onunla əsgər yoldaşı kimi münasibətləri davam etmişdir. 2023-cü ilin avqust ayında Bəxtiyar iki nəfər müharibə veteranı olan tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqaüdlərinin bərpası ilə bağlı köməklik göstərməsini ondan xahiş etmişdir. Bəxtiyar onu Məmmədağa ilə tanış etmiş və o Məmmədağaya dövlət orqanlarında işləyən tanışları olduğunu, köməklik edə biləcəyini demişdir. Həqiqətdə tanışı olmamış, məqsədi Məmmədağanı aldatmaq və pulunu əldə etmək olmuşdur. Telefon danışıqlarından sonra 28 avqust 2023-cü il tarixdə Məmmədağa onun istifadə etdiyi 4169 7388 0428 2031 nömrəli Birbank kartına 2000 manat pul göndərmişdir. Həmin ərəfələrdə həmçinin Azərə də təqaüdünün bərpası üçün 2250 manat pul lazım olacağını Bəxtiyar vasitəsilə demiş və Azər razılaşmışaraq 2023-cü ilin avqust ayının sonlarında onun istifadəsində olan həmin plastik karta 1000 manat pul göndərmişdir. Təxminən 3-4 gün sonra Bəxtiyar ona zəng edərək həmin şəxslərin narahat adamlar olduğunu bildirərək Bakı şəhərinə gəlməsini və 1250 manat pulu onlar ilə görüşərək almağı təklif etmişdir. O, həmin təklifi qəbul edərək Bakı şəhərinə getmişdir. O, 2023-cü ilin sentyabr ayının əvvəllərində adları qeyd olunan şəxslərlə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən sirkin yanında görüşmüşdür. O həmin şəxslərə 2023-cü ilin dekabr ayında işlərinin həll olacağını demişdir. Daha sonra qalan 1250 manat pulu Azərdən əlbəəl Məmmədağanın şahidliyi ilə almışdır. Daha sonra, 2023-cü ilin oktyabr və ya noyabr aylarında Bəxtiyar ona zəng edərək Bakı şəhərindən qazilərə verilən evlərdən özü üçün də almaq istədiyini və köməklik etməsini xahiş etmiş, Bəxtiyara köməklik edə biləcəyini söz verərək 7000 manat lazım olduğunu demiş, Bəxtiyar razılaşaraq 2-3 gün sonra 4000 manat pulu nömrəsini ona xatırlamadığı digər plastik kartına göndərmişdir. O, Bəxtiyara 3000 manatı 2024-cü ilin yanvar ayında verdikdən sonra gedib evi təhvil alacağını demişdir. Bəxtiyardan aldığı pulu Bakı şəhərində xatırlamadığı terminaldan çəkmişdir. O Azər, Məmmədağa və Bəxtiyarı aldadaraq pullarını ələ keçirmiş, lakin onlar üçün heç bir iş görməmişdir. Onun ümumilikdə adları qeyd olunan şəxslərə 8250 manat verəcəyi olmuşdur. O, Azər, Məmmədağa və Bəxtiyara 2 ay ərzində pullarını geri qaytaracağını demişdir. Bəxtiyardan 7000 manat pul istəsə də, ondan 4000 manat pul almışdır. "xxxx" ASC-nin Quba idarəsində nəzarətçi işləyən Zərərçəkmiş şəxs4 yaşadığı evin onun xidmət etdiyi ərazi daxilində olduğu üçün tanımışdır. 2023-cü ilin oktyabr ayının sonlarında Şöhrətlə söhbət edən zaman Şöhrətə dost tanışında təqaüd almaq istəyən şəxs olsa, ona xəbər etməsini bildirmiş, bir neçə gün sonra Şöhrət ona zəng edib nevroz xəstəliyi ilə əlaqədar hərbi xidmətdə olmadığını, buna görə təqaüd ala bilib-bilməyəcəyini soruşmuşdur. 2023-cü il noyabrda Şöhrətlə görüşüb 1700 manat müqabilində ona təqaüd düzəldə biləcəyini demişdir. Şöhrət razılaşmış, 05 noyabr 2023-cü il tarixdə ona məxsus bank kartına 1000 manat, 06 noyabr 2023-cü il tarixdə 700 manat pul göndərmişdir. Bundan sonra o, Şöhrətin adına təqaüd kartı gələcəyini, kart gələndə özü Şöhrətə xəbər edəcəyini demişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində o, Şöhrətə zəng edib əlində sosial evlər olduğunu, dost-tanışından istəyən olsa, ona xəbər etməsini bildirmişdir. Həmin vaxt o, Şöhrətə bir otaqlı ev üçün 5500 manat, 02 otaqlı ev üçün 6000 manat, 03 otaqlı ev üçün isə 8000 manat tələb olunduğunu bildirmişdir. Bundan bir neçə hün sonra, Şöhrət ona bildirmişdir ki, bir neçə tanışı ev almaq istəyir. Xatırladığı qədəri ilə o, Şöhrətlə 2023-cü ilin dekabr ayının sonlarında görüşmüş, Şöhrətə ev üçün pulların verilməli olduğunu demişdir. Şöhrət ona İsmayıl və Mərahimin ümumilikdə 11000 manat pul verdiyini, İsmayılın pulu tam verdiyini, Şöhrətin isə 3000 manatı da bir neçə günə düzəldəcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Şöhrət özü ona zəng edib bir nəfər tanışının da ev almaq istədiyini, əlində ev olub-olmadığını soruşmuşdur. O da Şöhrətə bir otaqlı ev olduğunu, 5500 manata həmin evi verə biləcəyini demişdir. Şöhrətin tanışı olan Nazləddin adlı şəxs ona 4000 manat və 1500 manat olmaqla ümumilikdə 5500 manat pul bank kartına göndərmişdir. O, başqa pul almamışdır. Ümumilikdə Şöhrətdən tanışı Mərahimə 2 otaqlı sosial ev almasında köməklik edəcəyini bildirərək 3000 manat, İsmayıla 3 otaqlı sosial ev almasında köməklik edəcəyini bildirərək 8000 manat almış, həmçinin Nazləddinə 1 otaqlı sosial ev almasında köməklik edəcəyini bildirərək Nazləddindən 5500 manat pul almışdır. Şöhrət Mərahimdən qalan 3000 manat pulu da alıb ona verəcəyini demiş, lakin həmin pul ona verilməmişdir. O, Mərahimə özünün, İsmayıl və Nazləddinin adından ƏƏSMN-nə ünvanlanmış ərizələri imzalamaları üçün vermiş, bunu etməkdə məqsədi həm bir qədər vaxt qazanmaq, həm də həmin şəxsləri həqiqətən sosial ev almaqda kömək etdiyinə inandırmaq olmuşdur. 2023-cü ilin noyabr ayının sonlarında Mərahim özü ona zəng edib görüşmək istədiyini, əvvəl aldığı təqaüdün kəsildiyini, təqaüdünün bərpa olunması üçün kömək etməsini xahiş etmişdir. O da, 2500 manat pul müqabilində təqaüdünün bərpa olunacağına köməklik edəcəyini deyib həmin pulu 2023-cü ilin dekabr ayının əvvəllərində Mərahimdən almışdır. Zərərçəkmiş şəxs8 uzun illərdir tanıyır, Şakirlə aralarında olan söhbətlərin birində oğlunu işə qoymaq istədiyini ona demişdir. O da Şöhrətə 5000 manat pul müqabilində oğlunu keçmiş adı ilə MTN kimi tanınan Azərbaycan Respublikası DTX-də işə düzəlməsinə köməklik edəcəyini demişdir. 2019-cu ilin iyul-noyabr ayları ərzində ümumilikdə 6500 manat pul almışdır. 1500 manatı da əlavə xərclər çıxıb deyərək almışdır. Zərərçəkmiş şəxs8 dedikləri ilə tam razıdır, borc olaraq aldığı puldan qalan 1700 manat kreditin faizi ilə birlikdə hesablanmış puldur. O, Şakirdən oğlunu işə düzəltmək adı ilə 6500 manat pul almış, 4300 manat pulu isə borc olaraq almışdır. Onun nə təqaüd düzəltmək, nə sosial ev almaqda köməklik göstərmək, nə də Zərərçəkmiş şəxs8 oğlunu işə düzəltmək üçün heç bir səlahiyyəti və imkanı olmamışdır. Həmin pulları almaqda məqsədi həmin şəxsləri aldadaraq pullarını ələ keçirmək olmuşdur. O, aldığı pullardan başqa şəxs və ya şəxslərə verməmişdir. Əldə etdiyi pulları yeyibiçməyə və öz şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. 1-ci Qarabağ müharibəsində yaralandığı üçün ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci ildə onun təkrar komisiyayadan keçməsi tələb olunduğu üçün təqaüdün verilməsi dayandırılmışdır. Həmin ərəfədə Vüqar tanışlarının olduğunu və 2 min manat qarşılığında əlillik dərəcəsinin bərpa edilməsi üçün ona köməklik edə biləcəyini bildirmişdir. 2023-cü ilin avqust ayının 28-də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Araz” adlı marketdə olan “milliön” ödəniş terminalından 2 min manat pulu Vüqarın dediyi plastik bank kart hesabına göndərmişdir. Vüqarla pulu götürdüyünü və işini həll edəcəyini bildirmişdir. Dekabr ayının əvvəllərində Vüqarla əlaqə saxlayıb maraqlanmış, Vüqar işin düzələcəyinə söz vermişdir. Sonradan Vüqar telefonlarına cavab verməmiş, dekabr ayında işi həll etməyəcəyini, pulu isə qaytaracağını bildirmişdir. O da Vüqarla razılaşmış və pulunu istəmişdir. Sonra dəfələrlə Vüqarla əlaqə saxlasa da, Vüqar telefonlarına cavab verməmiş və Vüqarın ona qarşı dələduzluq etdiyini görüb bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. 1-ci Qarabağ müharibəsində yaralandığı üçün ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, 2021-ci ildə isə təqaüdü dayandırılmışdır. Vüqar tanışlarının olduğunu və 2800 manat qarşılığında əlillik dərəcəsinin bərpa edə biləcəyini bildirmişdir. Vüqarla söhbət edən zaman 2250 manat pul verə biləcəyini bildirmiş və Vüqar həmin məbləğə onun əlillik dərəcəsinin bərpa edilməsində köməklik göstərilməsinə razılaşmışlar. Bundan sonra o, ünvan 3 ünvanında binanın qarşısında tanışı Zərərçəkmiş şəxs3 yanında 2250 manat pulu Vüqara vermiş, sonradan Vüqar əlaqə saxlayıb, əlavə 500 manat da istəmiş, lakin o pulu olmadığından Vüqara 500 manat pulu verə bilməmişdir. Dekabr ayının əvvəllərində tanışı Məmmədağa Vüqarla əlaqə saxlayıb iş barədə maraqlanmış, Vüqar işin düzələcəyinə söz versə də, sonradan telefonlara cavab verməmişdir. Dekabr ayının sonlarında Vüqarla telefonda danışan zaman o, işi həll edə bilmədiyini və yaxın zamanda pulu geri qaytaracağını bildirmişdir. Sonra dəfələrlə Vüqarla əlaqə saxlasalar da, Vüqar telefona cavab verməmiş və Vüqarın onlara qarşı dələduzluq etdiyini görüb bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ müharibəsində aldığı xəsarətlə təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs xidmət etdiyi dövrdən tanımış və münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin sentyabr ayında Vüqar əlaqə saxlayaraq keçmiş hərbiçi olduğu üçün dövlət tərəfindən mənzillə təmin olunmağına köməklik edə biləcəyini bildirmişdir və qarşılığında ondan 10 min manat istəmişdir. Həmin vaxt o, Vüqara ev almaq üşün 7000 min manat verə biləcəyini bildirdikdə, Vüqar həmin məbləğdə ev almaqda ona köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra o, 2023-cü ilin sentyabr ayının ortalarında Bakı şəhərində, Masazır kəndində yerləşən “A Plus” adlı marketdə olan “milliön” ödəniş terminalından 4 min manat pulu Vüqarın verdiyi plastik bank kart hesabına göndərmişdir. Bundan təxminən bir həftə sonra sentyabr ayının sonlarında Vüqar onunla əlaqə saxlayaraq qalan 3000 min manat pulu göndərdiyi adama verməli olduğunu bildirmişdir. O, da Vüqarın dediyi kimi 3000 min manat pulu, əlavə olaraq da özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrini Vüqarın göndərdiyi tanamadığı həmin adam vasitəsi ilə Vüqara göndərmişdir. Pulu alandan sonra Vüqar 2024-cü ilin əvvəllərində ona veriləcək olan evi göstərəcəyini bildirmişdir. Yanvar ayının əvvəllərində Vüqarın müxtəlif bəhanələr gətirdiyini görüb onu aldatmasından şübhələnmişdir. Sonradan isə Vüqarın ona qarşı dələduzluq etdiyini görüb bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, nevroz xəstəliyi ilə əlaqədar hərbi xidmətdə olmamış və 2019-cu ilin mart ayından 18 oktyabr 2023-cü il tarixədək "xxxx" ASC-nin Quba sukanal idarəsində nəzarətçi vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs da nəzarətçi işlədiyi vaxtdan tanımış, Vüqar ona tanış və qohumlarında təqaüd və sosial müavinət almaq istəyən şəxslər varsa, köməklik edəcəyini, təqaüd düzəldə biləcəyini demişdir. O Vüqara xəstəliyi ilə əlaqədar hərbi xidmətə getmədiyini, bununla əlaqədar təqaüd ala bilib-bilməyəcəyini soruşmuş, 04 noyabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Quba şəhərində yerləşən “Buta” kafesinin önündə Vüqarla görüşüb şəxsiyyət vəsiqəsinin surətini və digər sənədləri Vüqara vermişdir. Vüqar 1-2 saatdan sonra sosialdan 4 rəqəmli mesaj gələcəyini demiş və yaşadığı evə qayıtdıqda ona kod gəlmiş, Vüqara zəng edib 4 rəqəmli kodu Vüqara demişdir. Təxminən 15 dəqiqə sonra, Vüqar ona yenidən zəng edib təqaüd ala biləcəyini, 3-cü qrup əlillik veriləcəyini, aylıq 287 manat təqaüd alacağını, bunun müqabilində 1700 manat pul verməli olduğunu demişdir. O növbəti gün, yəni 05 noyabr 2023-cü il tarixdə Quba şəhərindən “Birbank” mobil tətbiqi vasitəsilə Vüqara məxsus bank kartına 1000 manat pul göndərmiş, qalan 700 manatı bir gün sonra, göndərəcəyinə Vüqara söz vermişdir. Bundan bir gün sonra o, tanışından borc Quba şəhərində yerləşən “Bizim bağ” restoranında olarkən 700 manat pulu da “Birbank” mobil tətbiqi vasitəsilə Vüqarın bank hesabına göndərmişdir. 700 manatı düzəlmədiyi üçün o, həmin vaxt Mərahim adlı tanışından da borc istəmişdir. Lakin mərahim həmin məbləğdə pulunun olmadığını bildirib həmin vaxt ona borca pul verməmişdir. Vüqar ona təqaüdü 2024-cü ilin yanvar ayının 23-25-i aralığında alacağını, onun adına bank kartı gələcəyini bildirmişdir. 2023-cü ilin noyabr ayının sonlarında Mərahimlə Quba şəhərində yerləşən kafedə oturduğu zaman Mərahim ondan təqaüdün düzəlib-düzəlmədiyini soruşmuşdur. O, da Mərahimə məsələni danışıb Vüqara 1700 manat pul verdiyini, təqaüdünün düzəlməsini gözlədiyini bildirmişdir. Mərahim ondan Vüqarın mobil nömrəsini alaraq özünə pensiya düzəltdirəcəyini bildirmişdir. Həmin vaxt o, Mərahimə bir az gözləməyi məsləhət görmüşdür. Mərahim ona təqaüdün düzəlməsinə xeyli vaxt getdiyini, birlikdə təqaüdünün düzəlməsini həll edəcəyini demişdir. Bundan sonra Mərahim Vüqarla danışıb görüşmüş, Mərahim Vüqara təqaüdünün bərpa olunması üçün 2500 manat pul vermişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində Vüqar ona zəng edib əlində 5 ədəd sosial ev olduğunu, istəyən olsa xəbər etməsini, mənzil işi ilə məşğul olan şəxslərin çox olduğunu, buna görə də özünün adını hallandırmamasını demişdir. 2023-cü ilin dekabr ayının sonlarında o, Mərahim və digər tanışı İsmayıl ilə birlikdə olan zaman, onlara tanışının əlində sosial ev olduğunu bildirmişdir. Həmin vaxt Mərahim də ona “bir maraqlan, əgər hələ də varsa mən də götürmək istəyirəm” demişdir. Həmçinin İsmayıl da ondan alınsa sosial ev verən şəxslə danışıb köməklik etməsini xahiş etmişdir. Bundan sonra o, Vüqara zəng edib dediyi evlərin qalıb-qalmadığını soruşmuşdur. Vüqar ona sabah bir söz deyəcəyini bildirmişdir. Növbəti gün saat 11 radələrində Vüqar ona zəng edib əlində 2 sosial ev qaldığını, bir evin 2 otaqlı, digərinin isə 3 otaqlı olduğunu bildirmişdir. Vüqardan evlərin qiymətini soruşmuş, 2 otaqlı evin qiymətinin 12000, 3 otaqlı evin isə 15000 olduğunu, əgər evi almaq istəyən şəxs şəhid ailəsidirsə, 2000 manat da güzəşt edə biləcəyini demişdir. Mərahim şəhid ailəsi olduğundan, İsmayıl da onun qohumu olduğundan Vüqar hər evdən 2000 manat güzəşt etdiyini deyib, yekunda 2 otaqlı evə görə 10000, 3 otaqlı evə görə isə 13000 manat pul tələb etmişdir. 27 dekabr 2023-cü il tarixdə o Quba şəhəri, birja adlanan ərazidə Vüqarın yaşadığı evin qarşısında Vüqarla görüşmüşdür. Vüqar ona 2024-cü ilin yanvar ayının 11-12-i tarixlərində evlərin sənədlərinin və açarlarının veriləcəyini, evlərə bir yerdə gedib baxış keçirəcəklərini, sonra açarları və sənədləri Vüqarın dediyi adama qaytaracaqlarını, yanvar ayının 20-dək sosial evlərin rəsmi təhvil veriləcəyini, işin Quba rayon icra hakimiyyətindən həll olacağını, yəni pulların və lazım olan sənədlərin icra hakimiyyətinə veriləcəyini bildirmişdir. Vüqar evlərin pulunun növbəti gün saat 12-ə qədər çatmalı olduğunu bildirdiyi üçün o, Mərahimlə növbəti gün saat 10:30-da yaşadığı evdə görüşmüşdür. Mərahim özü 7000 manat pul düzəltmiş, 3000 manat isə tapa bilməmişdir. İsmayıl isə işə getməli olduğundan 13000 manat pul düzəltmiş və həmin pulu Mərahimə verib göndərmişdir. O, Vüqara zəng edib 20000 manat pul düzəldiyini, Mərahimin 3000 manat pul tapa bilmədiyini demişdir. Vüqar ona qalan 3000 manat pulu da qısa vaxtda düzəltməyi demiş, ona əlində olan 20000 manat pulu və ondan tələb etdiyi sənədləri Quba rayon icra hakimiyyətinə aparmasını, birinci mərtəbədə giriş qapısından sağ tərəfdə əyləşən Nərminə adlı xanıma verməsini demişdir. O, yolda olarkən Vüqar yenidən ona zəng edib həmin xanımın işdən çəkildiyini, pulları özünə çatdırmasını, işi Bakıdan həll edəcəyini, onların verdiyi sənədləri faksla ƏƏSMN-ə göndərdiyini, bir sözlə Mərahimlə İsmayıla sosial ev düşdüyünü demişdir. O da Mərahimlə İsmayıla zəng edib Vüqarın məsələni həll etdiyini, onlara ev düşdüyünü bildirmişdir. 28 dekabr 2023-cu ıl tarixdə Buta kafesinə gedib Vüqarla görüşmüşdür Vüqar ona ozu işi yoluna qoyacağını, bunun üçün 15000 manat pul lazım olduğunu, qalan 5000 manat pulu özündə saxlamasını, sənədlər hazır olduqdan sonra götürəcəyini bidirmişdir. O, Vüqara Mərahim və İsmayılın ona pulu verdiklərini, lakin Vüqara 10000 manat verəcəyini, qalan pulu isə sənədlər gələndən sonra verəcəyini bildirmişdir. Vüqar isə birinci mərhələ üçün 11000 manat tələb olunduğunu bildirib ondan həmin məbləği almaışdır. Vüqar qalan 3000 manat pulu da Mərahimdən alıb özündə saxlamasını demişdir. Həmçinin onun üçün düzəldəcəyi təqaüdü ömürlük edəcəyini demişdir. 09 yanvar 2024cü il tarixdə Quba şəhəri, “Orxan” restoranında Mərahimlə görüşmüş və 3000 manat pulu götürmüşdür. Həmin gün “İrşad elektroniks” mağazasının qarşısında Vüqarla görüşmüş, Vüqar ondan Mərahimdən aldığı 3000 manatı götürmüşdür. Bundan sonra Vüqar onunla 2024-cü ilin yanvar ayının əvvəllərində zəng edib başqa şəxsə verməli olduğunu, 1 otaqlı evin sənədlərində problem yarandığını, buna görə də həmin evi “tanıdığın adam varsa danış, ona verək deyə bildirmiş və bunun müqabilində 7500 manat pul istəmişdir. O da tanışı Nazləddinə bu barədə bildirmişdir. Nazləddin onunla razılaşmış, o da bu barədə Vüqara məlumat vermişdir. Nazləddin 4000 manat pulu düzəldib ona xəbər etmişdir. O Vüqarın kartını Nazləddinə vermiş və Nazləddin Vüqarın kartına həmin məbləği atmışdır. Bundan təxminən 3-4 gün sonra Nazləddin 3500 manat pulu da tapıb ona göndərmişdir. O da həmin puldan 1500 manatı Vüqarın bank kartına göndərmişdir. Qalan 2000 manat isə evin sənədləri gələndən sonra Vüqara veriləcəkdi. Nazləddin həmin 2000 manat pulu da ona vermişdir ki, ev sənədləri gəldikdən sonra qalan pulu da Vüqara çatdırsın. Həmin 2000 manat pulu da onda olan 9000 manat pulun üzərinə qoyub saxlamışdır. 11 yanvar 2024-cü il tarixdə o, Mərahim, İsmayıl və Nazləddin Vüqarla danışıb evin sənədlərini və açarlarını nə vaxt verəcəyini soruşmaq istəmişlər. Vüqar ona Bakı şəhərindən saat 14:30-da maşın çıxdığını, sənədləri və açarları göndərəcəyini, maşının nömrəsini deyəcəyini bildirmişdir. Bundan sonra o, Vüqara zəng edib maşının çıxıb-çıxmadığını maraqlanmaq istədikdə, Vüqarın mobil nömrəsinə zəng çatmamışdır. Həmin gün onlar axşam saatlarınadək Vüqardan xəbər çıxmasını gözləmişlər, lakin heç bir xəbər çıxmamışdır. Bundan sonra iki gün də Vüqara dəfələrlə zəng etmişlər, o zənglərə cavab verməmişdir. 13 yanvar 2024-cü il tarixdə saat 19 radələrində o, İsmayıl və Nazləddin Vüqarın yaşadığı evə getmişlər. Evin qarşısına çatdıqda Vüqarın qapıya çıxdığını görmüşlər. Vüqardan nə üçün zənglərə cavab verməməsini soruşduqda o, əsəbiləşib telefon nömrəsini qırdığını, Bakı şəhərindən də yenicə gəlib çıxdığını bildirmişdir. Sabah hamının bir yerə yığışmasını, gəlib onlara evlərlə bağlı sənəd verəcəyini demişdir. 14 yanvar 2024-cü il tarixdə o, Mərahim, İsmayıl və X4 şəhəri, Şəhidlər Xiyabanının yanında kafedə görüşmüşlər. Həmin vaxt Vüqar bazar günü olduğunu bildirib, sənədləri sabah onlara təqdim edəcəyinə söz vermişdir. O, növbəti gün işdə olacağı üçün Vüqarla görüşməmişdir. X6, İsmayıl və Nazləddinin adına ƏƏSMNnə ünvanlanmış ərizə yazaraq həmin ərizələri Mərahimlə görüşüb çatdırmış, Mərahim həmin ərizələri götürüb həm özü, həm də İsmayıl və Nazləddinə imzalatdırmışdır. Həmin gün Mərahimlə görüşüb Xaçmaz şəhərinə getmişlər, Vüqarla telefonla danışdıqda Qubaya qayıtdıqları zaman onları Quba şəhərində yerləşən Qafqazoil yanacaqdoldurma məntəqəsinin yanında gözləyəcəyinibildirmişdir. Həmin gün onlar Vüqarla görüşüb ərizələri ona vermişlər. 17 yanvar 2024-cü il tarixdə Vüqar ona zəng edib evlərinin sənədinin hazır olduğunu, onda qalan 11000 manat pulu da verməsini tələb etmişdir. Lakin o, Vüqara sənədləri götürdükdən sonra söz verdiyi kimi pulu çatdıracağını demişdir. Növbəti gün yenə Vüqar ondan 11000 manat pulu istəmiş, o bir daha Vüqara sənədləri gördükdən sonra pulu verəcəyini demişdir. 19 yanvar 2024-cü il tarixdə o Vüqara zəng edib işin nə yerdə qaldığını soruşmuş, Vüqar uşaqların hamısı ilə danışdığını demişdir. Bundn sonra yenə Vüqara zəng çatmamışdır. 20 yanvar 2024-cü ıl tarixdə Vüqarın yaşadığı evə getmişlər, oğlu Kərim ona atasının polis tərəfindən tutulduğunu demişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2016-cı ildən 2-ci qrup əlilliyə görə təqaüd almış, 2021-ci ilin sonlarında aldığı təqaüd kəsilmiş, sonra dəfələrlə təqaüdün bərpası uçun müraciət etsə də, imtina cavabı gəlmişdir. Zərərçəkmiş şəxs4 uzun illərdir tanıyır, 2023-cü ilin noyabr ayının əvvəllərində Şöhrət özünə təqaüd düzəltdiyini 700 manat pul lazım olduğunu demişdir. Təxminən 2023-cü ilin noyabr ayının sonlannda yemdən Şöhrətlə görüşüb kafedə oturduqları zaman təqaüd barədə soruşmuş, Şöhrət Vüqar adlı şəxsə 1700 manat pul verdiyini, təqaüdünün düzəlməsini gözlədiyini demişdir. O da Vüqarın nömrəsini Şöhrətdən alıb, Vüqarla danışıb özünə təqaüd düzəltmək qərarına gəlmişdir. Vüqarla danışıb 01 dekabr 2023-cü ıl tarixdə Quba şəhərində, “Buta” restoranının qarşısında görüşmüş və Vüqara təqəüdünün bərpa olunması uçun 2500 manat pul vermişdir. Vüqar ona 2-3 ay ərzində təqəüdünün bərpa olacağını, 2-3 gün ərzində sosialdan ona mesaj gələcəyini demişdir. Bir neçə gün sonra o Vüqara zəng edərək sosialdan gələn kodu demişdir. Təxminən 2023-cü ilin dekabr ayının sonlarında o, Şöhrət və digər tanışları İsmayıl ilə birlikdə olarkən, Şöhrət onlara tanışının sosial ev düzəldə biləcəyini demişdir. O, da Şöhrətə götürmək istədiyin, həmçinin İsmayıl da Şöhrətə, alınsa sosial ev verən şəxslə danışıb İsmayıla da köməklik etməsini xahiş etmişdir. Növbəti gün Şöhrət zəng edib bir evin 2 otaqlı, digərinin isə 3 otaqlı olduğunu bildirmiş və 2 otaqlı evin qiymətinin 12000, 3 otaqlı evin isə 15000 olduğunu, əgər evi almaq istəyən şəxs şəhid ailəsidirsə, 2000 manat da güzəşt edə biləcəyini demişdir. O, şəhid ailəsi olduğundan, 2 otaqlı evə görə 10000 manat pul verə biləcəyini düşünmüşdür. 28 dekabr 2023-cü il tarixdə o Şöhrətlə səhər saat 10 radələrində yaşadığı evdə görüşmüşdür. O, 7000 manat pul düzəltmiş, 3000 manat isə tapa bilməmişdir. Həmçinin İsmayıl da işə getməli olduğundan 13000 manat pul düzəldib ona vermiş və həmin pulu Şöhrətə çatdırmaq üçün ona vermişdir, Beləliklə o, özü üçün 2 otaqlı evə görə 7000, İsmayıl üçün isə 3 otaqlı evə görə 13000 manat pulu həmin gün Şöhrətə vermişdir. 09 yanvar 2024-cü il tarixdə Şöhrət ona zəng edib qalan 3000 manatın çatmalı olduğunu, 11 yanvar 2024-cü il tarixdə ona çatacaq evin açarları təhvil veriləndə, həmin pul çatmalıdı deyə bildirmişdir. 09 yanvar 2024-cü il tarixdə Şöhrətlə Quba şəhəri, Orxan restoranında görüşmüşlər və 3000 manat pulu da Şöhrətə vermişdir. 11 yanvar 2023-cü il tarixdə o, İsmayıl və Nazləddin adlı digər tanışları da Şöhrətlə onlara veriləcək evlərə baxmaq üçün görüşmüşlər. Şöhrət onların yanında Vüqara zəng etmiş, lakin həmin şəxsin Vüqar olduğunu bilməmişlər. Şöhrət nə qədər zəng etsə də, həmin şəxslə danışa bilməmişdir. O, yanında olan İsmayıl və Nazləddin Şöhrətdən nə baş verdiyini soruşduqda, Şöhrət pulları Vüqara verdiyini, hazırda isə Vüqarın zənglərə cavab vermədiyini demişdir. Bundan sonra 2 gün də Vüqara dəfələrlə zəng etmiş, o zənglərə cavab verməmişdir. 14 yanvar 2024-cü il tarixdə o, Şöhrət, İsmayıl və X4 şəhəri, “Şəhidlər Xiyabanı”nın yanında kafedə görüşmüşlər. Həmin vaxt Vüqar onlara bazar günü olduğunu bildirib, evin sənədini sabah gətirəcəyini söz vermişdir. Həmçinin o, Vüqardan təqaüdünün də bərpa olunması barədə soruşmuşdur. Vüqar ona həmin məsələnin qüvvədə olduğunu, təqaüd kartı gələndə ona xəbər edəcəyini demişdir. Vüqar ona İsmayıl, Nazləddin və onun adından ƏƏSMN-nə ünvanlanmış ərizə yazaraq həmin ərizələri ona vermiş, o da həmin ərizələri götürüb həm özü, həm də İsmayıl və Nazləddinə imzalatdırmışdır. Həmin gün Şöhrətlə görüşüb Xaçmaz şəhərinə getmişlər, Vüqarla telefonla danışdıqda Qubaya qayıtdıqları zaman onları Quba şəhərində yerləşən Qafqazoil yanacaqdoldurma məntəqəsinin yanında gözləyəcəyini demişdir. Həmin gün omlar Vüqarla görüşüb ərizələri ona vermişlər. Sonradan ona Vüqarın polis tərəfindən tutulması məlum olmuşdur. Şöhrətə verdikləri pullardan 11000 manatı Şöhrət özündə saxlamış, belə ki ümumilikdə o, İsmayıl və Nazləddin 30500 manat Şöhrətə pul vermişlər, Şöhrət də həmin puldan dediyinə gorə 11000 manatı özündə saxlamışdır. Yəni həmin məbləği ev onlara çatdıqdan sonra Vüqara verəcəkdi Bundan sonra onlar həmin pulu öz aralarında bölmüşlər, həmin puldan ona 4600 manat pul qayıtmışdır. Qalan pul isə İsmayılla Nazləddinin arasında bölünmüşdür. Ümumilikdə ona Vüqar tərəfindən 7900 manat ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 dəymiş zərərin ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2003-2004-cü illərdən “Aqrarco “MMC-də işləyir. Zərərçəkmiş şəxs4 onun dayısı oğludur Təxminən 2023-cu ılın dekabr ayının sonlarında o, Şöhrət və digər tanışı Mərahim ilə birlikdə olarkən Şöhrət onlara tanışının sosial ev düzəltmək imkanının olmasını bildirdikdə o, sosial ev götürmək istədiyibildirmişdir. Həmin vaxt Mərahim də Şöhrətə, alınsa sosial ev verən şəxslə danışıb köməklik etməsini xahiş etmişdir. Növbəti gün Şöhrət zəng edib tanışın əlində bir evin 2 otaqlı, bir ədəd isə 3 otaqlı evin olduğunu bildirərək 2 otaqlı evin qiymətinin 12000, 3 otaqlı evin isə 15000 olduğunu, həmçinin evi almaq istəyən şəxs şəhid ailəsidirsə, 2000 manat da güzəşt edə biləcəyini demişdir. O, 3 otaqlı evə görə 13000 manat pul verə biləcəyini düşünmüşdür. O, işi ilə əlaqədar olaraq, 13000 manat pulu Mərahimə vermişdir ki, Şöhrətlə körüşəndə ona versin. xx.xx.2023-cü il tarixdə Mərahim Şöhrətlə səhər saat 10 radələrində yaşadığı evdə görüşüb, özü üçün 2 otaqlı evə görə 7000 manat, onun üçün isə 3 otaqlı evə görə 13000 manat pulu Şöhrətə vermişdir. 11 yanvar 2024-cü il tarixdə o, Mərahim və Nazləddin adlı digər tanışları da Şöhrətlə onlara veriləcək evlərə baxmaq üçün görüşmüşlər. Şöhrət onların yanında Vüqara zəng etsə də, həmin şəxslə danışa bilməmişdir. O, yanında olan Mərahim və Nazləddin Şöhrətdən nə baş verdiyini soruşduqda, Şöhrət pulları Vüqara verdiyini, hazırda isə Vüqarın zənglərə cavab vermədiyini demişdir. Bundan sonra 2 gün ərzində Vüqara dəfələrlə zəng etsələrdə Vüqar onların zənglərə cavab verməmişdir. 14 yanvar 2024-cü il tarixdə o, Şöhrət, Mərahim və X4 şəhəri, Şəhidlər Xiyabanının yanındakı kafedə görüşmüşlər. Vüqar onlara hənin günün bazar günü olduğunu bildirib, sahər gün onlara verəcəyinə söz vermişdir. Vüqar Mərahim, Nazləddin və onun adından ƏƏSMN-nə ünvanlanmış ərizə yazaraq həmin ərizələri Mərahimə vermiş, Mərahim də həmin ərizələri götürüb həm özü, həm də ona və Nazləddinə imzalatdırmışdır. Vüqar onları aldatmaqda davam etmişdir. Sonradan Vüqarın polis tərəfindən tutulduğu məlum olmuşdur. Onlar Şöhrətə verdikləri pullardan 11000 manat Şöhrət özündə saxlamış, ümumilikdə o, Mərahim və Nazləddin 30500 manat Şöhrətə pul vermişlər. Söhrət qalan 11000 manat pulu ev onlara çatdıqdan sonra Vüqara verəcəkdi. Bundan sonra onlar həmin pulu öz aralarında bölmüşlər, həmin puldan ona 3300 manat pul qayıtmışdır. Qalan pul isə Mərahimə Nazləddin arasında bölünmüşdür. Ümumilikdə ona Vüqar tərəfindən 9700 manat ziyan dəymişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2019-cu ildən “İrşad Elektroniks”in Quba filialında xəzinədar vəzifəsində işləyir. 07 yanvar 2024-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs4la birlikdə Quba şəhərində oturub çay içərək söhbət edərkən, Şöhrət ona sosial ev almaqda köməklik edə bilən bir nəfər şəxsin olduğunu deyərək, həmin şəxsdən özünə təqaüd düzəltməsi üçün köməklik etməsinə görə pul verməsini, həmçinin tanışları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 da sosial ev almaq üçün həmin şəxsə pul verdiyini bildirmişdir. Daha sonra Şöhrət ondan sosial ev almaq istəyib-istəmədiyini soruşmuşdur. O da cavab olaraq o, Mərahim və İsmayıl olduğu üçün o da istədiyinu bildirmişdir. O, da bundan sonra Şöhrətə həmin şəxsə sosial ev almaqda köməklik etməsinə görə danışmasını bildirmişdir. Şöhrət ona 1 otaqlı evin qaldığını, bunun üçün 7500 (yeddi min beş yüz) manat pul lazım olduğunu, həmin pulun sabah səhər çatmalı olduğunu bildirmişdir. Deyilən məbləğdə pulu olmadığı üçün dayısına zəng edərək ondan borc alıb Şöhrətə zəng edib pulu tapdığını bildirmişdir. Şöhrətdə ona həmin şəxsə məxsus bank kartını göndərək pulu həmin karta göndərməsini bildirmişdir. O da işdə olan zaman bir bank mobil tətbiqindən Şöhrətin ona göndərdiyi bank kartına ilkin olaraq 4000 (dörd min) manat pul göndərmişdir. 1-2 gün sonra Şöhrət ona həmin şəxsin qalan 3500 (üç min beş yüz) manat pulu da istədiyini bildirmişdir. O da qalan 3500 manat məbləğində pulu həmin şəxsə verməsi üçün Mərahimin bank Kartına göndərmişdir. 13 yanvar 2024-cü il tarixdə axşam saatlarında o, Şöhrət və İsmayıl birlikdə Vüqarın yaşadığı ünvana gedərək qapısının qarşısında Vüqarla söhbət etmişlər. Vüqar onlara növbəti gün görüşüb oturub ətraflı danışacaqlarını bildirmiş və onlar da razılaşmışlar. O, Vüqarı birinci dəfə həmin vaxt görüb tanımışdır. Növbəti gün, yəni 14 yanvar 2024-cü il tarixdə günorta saatlarında o, Şöhrət, Mərahim, İsmayıl və Vüqar Quba şəhəri Cəfər Cabbarlı küçəsində, Şəhidlər Xiyabanının yaxınlığında yerləşən kafedə görüşmüşlər. Söhbət zamanı Vüqar onlardan aldığı pulun özündə olduğunu bildirmiş və 20 yanvar 2024-cü il tarixdə evin açarlarının onlarda olacağını bildirmişdir. 19 yanvar 2024-cü il tarixdə onlar Vüqarın nömrəsinə zəng etsələr də, Vüqarın nömrəsinə zəng çatmamış və oğlu atası Vüqarın tutulduğunu, hazırda polis şöbəsində olduğunu demişdir. 24 yanvar 2024-cü il tarixdə Şöhrət Vüqara veriləcək 11000 (on bir min) manat pulu saxladığını, Vüqar işi düzəltdikdən sonra verəcəyini demişdir. Buna görə də qalan 11000 (on bir min) manat pul o, Mərahim və İsmayıl arasında dəymiş zərərə uyğun üç hissəyə bölünmüşdür. Ona həmin puldan 3100 (üç min yaz) manat pul çatmışdır. Ona 4400 (dörd min dörd yüz) manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Bundan başqa onların aralarında dostluq münasibətidə olmuşdur. 2019-cu ilin yay aylarında Vüqarla Quba şəhəri ərazisində söhbət edən zaman oğlu İlkindən söhbət düşmüş, Vüqar ona oğlunu keçmiş adı ilə MTN kimi tanınan Azərbaycan Respublikası DTX-də işə düzəldə biləcəyini, yüksək vəzifədə tanışları olduğunu bildirmişdir. Vüqarla danışıq zamanı Vüqar ona oğlu İlkini işə düzəldəcəyinə görə 5000 manat verməli olacağını bildirmişdir. O da Vüqarla razılaşmış, 2019-cu ilin iyul ayının 15-i və ya 16-sı tarixində əvvəlcə oğlunun sənədlərini toplaması üçün 130 manat pul vermişdir. Bundan sonra Vüqar ondan qeyd etdiyi tarixdən 2019-cu ilin noyabr ayının sonlarınadək ümumilikdə oğlunu işə düzəltmək adı ilə 6500 manat pul almışdır. O, həmin pulları hissə-hissə vermişdir. Həmçinin Vüqar oğluna avtomobil alacağını, pulu çatmadığını bildirib ondan borc da istəmişdir. O da 12 may 2019cu il tarixdə qızı Aynurun adına 4800 manat Kapital Bankdan kredit götürmüşdür. Həmin məbləğdən 500 manat Bank xərclərinə tutulmuş, qalan 4300 manat pulu Vüqara Quba şəhəri, Bazar ərazisində yerləşən yaşadığı evin həyətində vermişdir. Vüqara pulu kredit aldığını bildirmiş, Vüqar da ona pulu banka özü ödəyəcəyini, faizini də verəcəyini bildirmişdir. Həmin vaxt o, Vüqardan oğlunun nə vaxt işə düzələcəyini də soruşmuş, Vüqar ona artıq işin qısa müddətə həll olacağını, yəni oğlu İlkini DTX-də işə başlayacağını bildirmişdir. Bundan bir neçə gün sonra Vüqara zəng etmiş, əvvəlcə Vüqar ona işin yubandığını, sonradan isə pulu kiməsə verdiyini və işin alınmadığını demişdir. O, Vüqardan pulu geri tələb etdikdə, ona pulu geri qaytaracağına söz vermişdir. 2023-cü ilin əvvəllərinə kimi Vüqar ondan borc aldığı puldan 3800 manat pulu geri qaytarmış, qalan pulu isə geri qaytarmamışdır. O, Vüqar həbs olunanadək pulu qaytaracağına ümid etmiş, buna görə də əvvəl şikayət etməmişdir. Həmçinin kredit aldığı pulu da sonradan o faizi ilə birlikdə özü ödədiyindən 1700 manat pul ziyan çəkmişdir. Pulları verərkən yanında kənar şəxs və ya şəxlər olmamışdır. Vüqar əvvəlcə 5000 manata düzələcəyini bildirsə də, sonradan guya oğlunun işə düzəlməsində sənədlərin hazırlanmasına görə əlavə xərclər çıxdığını bildirib 1500 manat da pul almışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum olsun. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazrıda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrar ələ keçirərək dələduzluq etməklə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, 29-cu məhəllədə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış ueri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ƏƏSMN X1 Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf etməklə səmimi peşmançılığını, vurulmuş ziyanın bir qismini ödəməsini, 2-ci dərəcə əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrar . xeyli miqdarda ziyan vurmaqla ələ keçirmə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-114/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-114/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver