Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-114/2025 03.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşqul olan, Abşeron rayonu, Saraq qəsəbəsi. M.əsədov küç 1, ev 69, mənzil 30-da qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonu, Timiryazev qəsəbəsi ərazisindən keçən 164-cü kilometrliyində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Hyundai HD78” markalı, **-AF- *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində idarə edib, Quba rayonu Almazqazmalar kəndi yoluna, yəni sola doğru dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələbləıə əməl etməyib, idarə etdiyi avtomobillə, Quba rayonu istiqamətində hərəkətdə olub, Quba rayonu Almazqazmalar kəndi yoluna, yəni sola doğru dönərkən dönəcəyi yolu soldan sağa doğru yolu keçməkdə olan piayada X6 vurmuş, nəticədə ehtiyatsızlıqdan X8 gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, başın və üz nahiyəsinin əzilmiş yara və sıynqlar, sol qulağından qanlı ifrazat, hər iki göz orbitinin hemotoması, üz skeleti sümüklərinin sınığı, döş qəfəsinin və ətrafının sıynqları, başın ymuşaq toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsas sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızmalar kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb 07 dekabr 2024-cü il tarixdə Quba RDM-də ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə baş verdikdən təxminən 15 dəqiqə sonra qardaşının dünyasını dəyişdiyi barədə məlumat əldə etmişdir. Qısa zaman sonra anası da dünyasını dəyişmişdir. Ona görə də bir müddət özündə olmamışdır. X1 xəstəxanada olarkən ona 400 manat məbləğində vəsait vermişdir. Qardaşı da mərhumun ailəsinin yanına getmişdir. Lakin özü qarşı tərəfindən ona olan münasibətindən ehtiyyat etməsi səbəbindən mərhumun ailə üzvləri ilə əlaqəyə keçməmişdir. Hazırda da 4000 manat məbləğində pul verməyə hazırdır. Zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etmək istədiyini bildirərək, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X7 ifadəsində bildirmişdir ki, X1 onun əri olmuşdur. Paşa onunla birlikdə eyni ünvanda ünvan 1 sağlam olmuş, heç bir xroniki xəstəlikdən əziyyət çəkməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində oğlu Murad yaşadığı ünvana gəlmiş və ona atası Paşanı avtomobil vurduğunu və xəstəxanada olduğunu bildirmişdir. Bundan sonra o, oğlu Murad ilə birlikdə Quba RDM-nə gəlmişdir. O, oğlu Muradla bilirkdə Quba RDM-nə gəldikdən sonra əri Paşanın reanimasiya şöbəsində olduğunu bilmişdir. Əri Paşa xəstəxanada bir neçə gün müalicə olunsa da o, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Quba RDM-də vəfat etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında dediyi sözlərlə razı deyil. Belə ki, Paşa xəstəxanada olan zaman şirkətin adından gələrək 400 manat məbləğində ödəniş ediblər. Onun da həmin ödənişdən sonradan məlumatı olmuşdur. Dekabr ayından bəri təqsirləndirilən şəxs bir dəfə belə olsun onlardan gəlib üzr istəməmişdir. Onun qarşı tərəfdən hər hansı bir pul tələbi yoxdur. Hesab edir ki, onlara qarşı hörmətsizlik edilmişdir. Bir dəfə yas mərasiminə səhv etmirsə təqsirləndirilən şəxsin xalası və digər bir qadın olmaqla 2 nəfər gəlmişdir. Lakin bundan sonra heç kim onlara yaxınlaşmamış, ən azından üzrxahlıq istəməmişdir. Təqsirləndirilən şəxs birinci iddia edirdi ki, qəza ümumiyyətlə onun səhvi ucbatından baş verməmişdir. Lakin sonradan rəy təqdim edildikdən sonra fikrini dəyişmişdir. Son olaraq Təqsirləndirilən şəxs bağışlamadığını və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 71 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1960-cı il təvəllüdlü, X1nun meyitinin məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixindəki məlumatlar əsasında qeyd edilən nəticəyə gəlir: Mərhum P.M. Qasımovun meyitinin xarici müayinəsi zamanı gözlərin ağıl qişası və birləşdirici toxumasında qansızma, başın və üz nahiyəsinin əzilmiş yara və sıyrıqlan, sol qulağından qanlı ifrazat, hər iki gözün orbitinin hemotoması, üz sklet sümüklərinin sınığı, döş qəfəsinin və ətrafının sıyrıqları, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sol alın-təpə nahiyəsində qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsas sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızmalar aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstəriən tarixdə , yəni 02 dekabr 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum P.M.Qasımovun adına olan xəstəlik tarixində onun hadisə ərəfəsində, yəni 02.12.24-cü il tarixdə xəstəxanaya daxil olarkən spirtli içki qəbul edib etməməsi haqqında qeydiyyat yoxdur, 07.12.24-cü il tarixdə xəstəxanada ölüm baş verdikdən sonra (hadisədən 5 gün sonra) onun hadisə vaxtı spirtli içki qəbul edib etməməsini təyin etmək üçün məhkəmə-kimyəvi müayinəyə qan nümunəsi götürmək məqsədə uyğun hesab olunmamışdır. Mərhum P.M.Qasımovun ölümünə səbəb baş vermiş yol nəqliyyat hadisəsi zamanı başın küt travmasından kəllə qapağı və əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm 07 dekabr 2024-cü il tarixdə saat 06:15-də xəstəxanada baş vermişdir, ölümün həmin vaxtda baş verməsi məhkəmə-tibbi müayinə zamanı inkar olunmamışdır. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, 8/662 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai HD78” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. xx.xx.2024-cü il tarixli 276 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixli BDYP-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə “B1, В, C1, c” dərəcəli BC seriyalı 026413 nömrəli sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. AR DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. "xxxx" MMC tərəfindən verilmiş 26 may 2025-ci il tarixli xasiyyətnaməyə əsasən bildirilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-də Logistika departamentinin Nəqliyyat şöbəsində sürücü vəzifəsində çalışır. Çalışdığı müddət ərzində müəssisənin daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət edib.Cəmiyyətdə rəhbərliyin və işlədiyi kollektivin dərin hörmətini qazanmış, özünü məsuliyyətli bir işçi kimi tanıtmışdır. Öz vəzifə səlahiyyətlərini həyata keçirərkən vəzifəsinə məsuliyyətlə yanaşmış, işin düzgün şəkildə həyata keçirilməsinə səy göstərmiş və üzərinə düşən bütün işləri vaxtı-vaxtında peşəkarlıqla yerinə yetirmişdir. “DVD diskə baxış keçirilməsi haqqında” 23 dekabr 2024-cü il protokoldan və DVD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:30-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonu, Timiryazev qəsəbəsi ərazisindən keçən 164-cü kilometrliyində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Hyundai HD78” markalı, **-AF- *** dövlət qeydiyyat nişanlı avtomobili yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı Quba istiqamətində düzünə hərəkətdə olarkən qarşıda, Quba istiqamətində yolun sol hissəsində yerləşən Almaz qazmalar kənd yoluna dönərkən, Almazqazmalar kənd yolunun sol hərəkət hissəsində yolun solundan sağa doğru keçməkdə olan piyadanı atomobilin sol yan hissəsi ilə vurması və daha sonra avtomobili saxlayıb avtomobildən aşağı düşməsi və yerə yıxılan şəxsə köməklik göstərməsi müəyyən olunmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Fərəcov X4 rayonu, Saraq qəsəbəsi M.Əsədov küç 1, ev 69, mənzil 30-da yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan X3 ölümünə səbəb olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri, iş üzrə keçirilmiş məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, himayəsində iki azyaşlı övladı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 31 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan 2 ədəd Kompakt disk cinayət işi materiallarında saxlanılsın Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №1(027)-114/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-114/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver