Məhkəmə qərarları › İş №1(027)-115/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-115/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-115/2022 19.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi və iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər Quba rayon məhkəməsinin 11 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin cəzasının sonu ilə azad olunmuş, X4 İdarəsində çilingər işləyən, hazırda Quba şəhəri M.B.Tahirov küçəsi ev 50-də daimi pasport qeydiyyatında olmaqla orada yaşayan və 01 iyun 2022-ci ıl tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi VAZ 21011 markalı AZ **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 40 km/sürətlə Quba şəhər H.Əliyev prospekti ilə “Köhnə avovağzal” istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarçasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin vaxtı X6 rayon filialına çatmamış, “Mahir Şirniyyat” adlı dükanın qarşısından yolu keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun sol və sağ qasıq sümüyünün yerinin dəyişmiş sınığı, sağ bud-çanaq oynaq çuxurun lateral hissəsində qəlpəli sınıq və sağ qalça sümüyünün sınığı ilə müşayiət olunan az ağır xəsarətlər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindidrilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, VAZ 21011 markalı AZ **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. 30 noyabr 2021-cı il tarixdə saat 17 radələrində saatda 40 km/sürətlə idarə etdiyi həmin avtomaşınla Quba şəhəri H.Əliyev prospekti ilə köhnə avtovağzal dairəsinə doğru hərəkət etmişdir. Öz hərəkət zolağı ilə “Mahir Şirniyyat” dükanının qarşısından keçdikdən sonra ondan 15-16 metr irəlidə bir nəfər qadın piyadanın yolun sağ hissəsindən soluna tərəf keçməsini görmüş, onun əvvəlcə yola daxil olduğu, lakin yenidən geri qayıtması onu çaşdırmış, buna görə yoluna davam etməyə başladıqda qadını yola bir neçə addım atdıqda onu yolu keçərkən vurmuşdur. Dərhal düşüb qadını öz avtomaşınına ındırib Quba RDM-nə aparmış və orada sonuncuya zəruri tibbi yardım göstərilmişdir. Bu zaman maşınla vurduğu qadının adının İradə olduğunu bilmişdir. Sonralar o, İradənin müalicələri üçün zəruri köməklik etmişdir. O törətdiyi əməlindən peşmandır və həbs edilməməsini xahiş edir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hadisə anında sükan arxasında o sərxoş olmamış və maşınında sərnişin də olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış Zərərçəkmiş şəxs müalicə olunması ilə əlaqədar maddi yardım göstərərək onunla barışıq əldə etmisini bildirərək məhkəmədən onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Quba şəhəri H.Əliyev prospekti ilə Beynəlxalq bankın binasına çatmamış, “Mahir Şirniyyat” adlı dükanın qarşısında yolun qarşı tərəfinə keçmək istəmişdir. Həmin vaxtı H.Əliyev prospekti ilə aşağıya doğru hərəkət edən nəqliyyata vasitələrini gözləmişdir. Bu zaman VAZ 21011 markalı AZ **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sonradan adının Rüstəm olduğu bildiyi Rüstəm adlı sürücünün əl işarəsi etməsindən sonuncunun ona yol verməsini düşünmüş, yolun qarşı tərəfinə keçərkən həmin maşın hərəkət edərək onu vurub asfalta yerə yıxmışdır. Daha sonra Rüstəm adlı sürücü onu öz maşınına əyləşdirib Quba RDM-nə gətirmişdir. Burada ona zəruri tibbi yardım göstərilmişdir. Uzun müddət yataq şəraitində müalicələr almış, hazırda tam olaraq sağalmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onunla barışdığını və məhkəmədən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Quba RPŞ-nın PPXB-nün polis nəfəri işləyir və polis serjantı rütbəsindədir. 30 noyabr 2021-ci il tarixdə saat 17 radələrində o, Quba şəhərində yerləşən “Mahir Şirniyyat” adlı dükanın yaxınlığından piyada keçərkən sonradan adının İradə olduğunu bildiyi yaşlı qadının yolun qarşı tərəfinə keçmək istəyərkən onu VAZ 21011 markalı AZ **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu, sonra həmin maşının Rüstəm adlı sürücüsünün maşından düşərək qadını onu öz maşınına əyləşdirib apardığını görmüş və dərhal bu barədə Quba RPŞ-nin Növbətçi hissəsinə telefonla məlumat vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 07 yanvar 2022-ci il tarixli 1178 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər - sol və sağ qasıq sümüyünün yerinin dəyişmiş sınığı, sağ bud-çanaq oynaq çuxurun lateral hissəsində qəlpəli sınıq və sağ qalça sümüyünün sınığı olub, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 30 noyabr 2021-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə təyin edilib məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 31 may 2022-ci il tarixli 8/1193 №-li rəyində göstərilmişdir ki VAZ 21011 markalı AZ **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqına” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AB seriyalı 531251 nömrəsli sürücülük vəsiqəsinin surətindən görünür ki, DİN-nin BDYPİ-nin Xaçmaz RQİTBŞ tərəfindən xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiəqsi verilmiş, həmin sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixədək etibarlıdır. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə tibb və yol-nəqliyyat hadisələri haqqında ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər subutlaral tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri tamamilə ödəməsini və onunla barışmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törtəmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin yazılı vəsatətlərindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Quba rayon məhkəməsinin 11 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 24 fevral 2022-ci il tarixli 541 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri M.B.Tahirov küçəsi ev 50-də qeydiyyatda olub orada yaşayır, evlidir, 01 azyaşlı uşağı vardır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 27 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə tutulmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 7 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar