Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-116/2020 19.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsməlum olmayan vaxtda məlum olmayan mənbədən satış məqsədi olmadan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 19:13-də Quba şəhəri N.Nərimanov küçəsində saxlanılaraq yerindəcə üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarı ilə qarın nahiyəsinin arasından üzəri şəffaf lentlə bağlanmış göy rəngli sellofan bağlamada olan təmiz çəkisi 110 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsəməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxsona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitələri saxlama və becərməyə görə məhkum olunmuşdur. O, dəmir yığaraq pul qazanmış, əldə etdiyi vəsaitlə aldığı narkotik vasitələrdən aradabir istifadə etmişdir. Tutulmazdan təxminən 1 həftə əvvəl Quba şəhəri, N.Nərimanov küçəsində yerləşən zibillikdən dəmir yığan zaman göy rəngli sellofan bağlama tapmış, həmin bağlama şəffaf yapışqan lentlə sıx bağlandığından diqqətini cəlb etmiş və o, məftillə paketi deşib onun içərisinə baxmışdır. Bağlamanın içərisindəki yaşıl rəngli otun iyindən və rəngindən qurudulmuş marixuana olmasını başa düşmüşdür. O, bağlamanı götürüb içərisindəki qurudulmuş marixuananı aradabir istifadə etmək qərarına gəlmişdir. Lakin həmin vaxt çox həyəcanlı olduğundan bağlamanı üzərində gəzdirib harasa aparmaqdan qorxmuş və həmin bağlamanı zibilliyin yanında ağacın dibində gizlətmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Quba şəhəri, N.Nərimanov küçəsinə gedərək ağacın dibində gizlətdiyi bağlamanı götürüb şalvarı ilə qarın nahiyəsinin arasına qoymuşdur ki, təhlükəsiz bir yer tapıb bağlamanın içərisində olan qurudulmuş marixuanadan istifadə etsin. Oradan çıxıb getmək istəyən zaman Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşıb narkotik vasitələri saxlamaqda, gəzdirməkdə şübhəli qismində saxlayaraq, üzərində olan əşyaları təqdim etməyini istəmişlər. Bu zaman o, əynindəki boz rəngli şalvarı ilə qarın nahiyəsi arasına qoyduğu içərisində marixuana olan göy rəngli sellofan bağlamanı baxış iştirakçılarına təqdim etmişdir. Eyni zamanda o, bağlamanı tapdığı və gizlətdiyi yerləri polis əməkdaşlarına göstərmiş, bağlamanın içərisindəki kütlənin marixuana olmasını demişdir. Həmin bağlama tərəziyə qoyularaq çəkilmişdir. Bundan sonra sözügedən bağlama zərfə qoyularaq möhürlənmiş, üzərində yazılmış soyadının qarşısında imza etmişdir. Bütün bu hərəkətlər protokollaşdırılmışdır. İçərisində qurudulmuş marixuana olan həmin bağlamanı şəxsi istifadəsi üçün gizlətsə də ondan istifadə edə bilməmiş və polis əməkdaşları tərəfindən saxlanmışdır. Həmin paketi tapması və gizlətməsi barədə heç kimə məlumat verməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhküm edilsə də, iki ildir ki, ibadətlə məşğul olur, nə şəxsi istifadə nə də ki, narkotik maddənin satışı ilə məşğul olmur. Fəhlə işləyir, bəzəndə zibillikdən dəmir yığmaqla pul qazanır. Elə zibllikdə dəmir axtaran zaman sözügedən bağlamanı tapıb şəxsi istifadəsi üçün saxlamışdır. Əvvəllər narkotik vasitələrin istifadəçisi olduğu üçün bağlamanın məftillə deşib içində baxdıqdan sonra qoxusundan və rəngindən qurudulmuş marixuana olduğunu anlamışdır. Polis əməkdaşları tərəfindən Quba şəhəri, N.Nərimanov küçəsində saxlanıraq üzərinə baxış keçirilmiş, ondan sonra izahatı alınması üçün Quba RPŞ-nə aparılmışdır. Baxışda müdafişəçi iştirak etmiş və videoçəkiliş aparılmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq gəzdirməsi, saxlaması və istifadə etməsi barədə xx.xx.2020-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Quba RPŞ-nin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Quba RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun baş inspektor kriminalisti polis mayoru Fuad İslamov və Quba RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Xanlar Həsənlidən ibarət olan tərkibdə yaradılmış əməliyyat qrupu və dəvət edilmiş müdafiəçi ilə birlikdə Quba şəhəri, N.Nərimanov küçəsində gəzən Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda, gəzdirməkdə şübhəli qismində saxlamışlar. Sonuncunun hüquqlarının müdafiəsi üçün təyin olunmuş vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarı ilə qarın nahiyəsinin arasına qoyduğu göy rəngli bağlamanı çıxararaq avtomobilin mühərrikxanasının üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bağlamanın içərisində olan kütlənin nə olduğu soruşulduqda, sonuncu həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzətdiyini və onu yaxınlıqdakı zibillikdən taparaq gizlətdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli «Şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki,xx.xx.2020-ci il tarixdə təxminən saat 19:13də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılmasında şübhəli bilinməsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində Quba şəhəri, Yusif Qasımov küçəsi, 16 ünvanında yaşayan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə Quba şəhəri, N.Nərimanov küçəsində yol ilə getdiyi zaman, saxlanılaraq yerindəcə üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın qabaq tərəfdən içəri hissəsinə qarın nahiyyəsində, şalvarının kəmərinin arxa hisəsinə qoyduğu bir ədəd şəffaf yapışqanlı lentlə bağlanmış, şəkilli selofana bükülmüş bükülünü, əynində olan göy rəngli köynəyin cibindən 1 ədəd “Prima” siqaretini, 1 ədəd kirbit, bir ədəd alışqan, 1 ədəd 1 manatlıq əskinas və 90 qəpik çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmşdir ki, üzərindən aşkar olunan kütlə narkotik vasitə olan marixuanadır və həmin marixuananı təxminən bir həftə əvvəl Quba şəhəri N.Nərimanov küçəsində zibillik ərazidə kolların arasında yerdən tapmış və orada gizlətmiş, xx.xx.2020-ci il tarixdə isə özü istifadə etmək məqsədi ilə oradan götürərək, üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofana bükülmüş içərisində marixuanaya bənzər kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə “constant” markalı elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisi birlikdə 114,3 qram olduğu müəyyən olunmuşdur. (iş vər.: 18). Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki olan boz rəngli şalvarın qabaq tərəfdən içəri hissəsinə qarın nahiyyəsində, şalvarının kəmərinin arxa hisəsinə qoyduğu bir ədəd şəffaf yapışqanlı lentlə bağlanmış, şəkilli selofana bükülmüş bükülünü, əynində olan göy rəngli köynəyin cibindən 1 ədəd “Prima” siqaretini, 1 ədəd kirbit, bir ədəd alışqan, 1 ədəd 1 manatlıq əskinas və 90 qəpik çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi, polietilen torbanın içərisində olan narkotik vasitə marixuananı öz istifadəsi üçün saxlanılmamışdan bir həftə əvvəl Quba şəhəri N.Nərimanov küçəsində zibillik ərazidə tapmış və xx.xx.2020ci il tarixdə öz istifadəsi üzərində gəzdirmişdir. Aydın Əsgərovun könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-nin 67 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/427 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki, 01(bir) ədəd polietilen bağlamada təmiz çəkisi 110 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 110 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq 109,9 qramdır (iş vər.: 33-35). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/530 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “1 qutu Prima siqaretlər...” yazısı və imzalar olan kağız paketdəki “Prima” adlı siqaret qutusunun içərisində 09 (doqquz) ədəd eyni adlı siqaretlərdə olan tütünün tərkibində narkotik vasitə hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir (iş vər.: 92-94). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2282 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər.: 95,96). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklədə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının xx.xx.2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananınxalis çəkisi 110 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxscinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq MSY-nə təhvil verilmişdir (iş vər.: 9); xx.xx.2020-cu il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur (iş vər.: 48); xx.xx.2020-cu il tarixli “tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək, o, MSY-dən azad edilmişdir (iş vər.: 59); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Quba Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 39; 147.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Quba Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Quba Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum edilmişdir (işvər.:69,70); Quba rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 05 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü xx.xx.2016-cı il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə məhkum Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş 1000 manat cərimə cəzasından azad olunmuşdur (iş vər.: 91); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 549 nömrəli məktuba əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır (iş vər.: 86-89); Quba RMX-nın xx.xx.2020-ci il tarixli 3138 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 94); xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ondan götürülmüş və ekspertiza tədqiqatından sonra geri qaytarılmış 1 qutu “Prima” qutusunda olan 9 ədəd siqaret onun özünə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəməcəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyinolunan cəzaədalətli olmaqlayanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinətam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsininsanksiyasında nəzərdə tutulmuş azadlıqdanməhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli və ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək hər bir hökmlə azadlıqdan məhrumetmə cəzasına, daha sonra Quba Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilsə də, xx.xx.2020-ci il tarixdə yenidən, eyni xarakterli cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar onun islah olunmasına təsir etməmişdir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsxx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki)gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza təyin edilməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməsinə ehtiyac olmasa da, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 110 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq həmin marixuananın qalıq çəkisi 109,9 qram təşkil edən hissəsi saxlanması üçün Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Odur ki, maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 109,9 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 139,64 (bir yüz otuz doqquz manat altmış dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi cəmi 11 (on bir) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla, ümumirejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 139,64 (bir yüz otuz doqquz manat altmış dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod:210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 109,9 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 11 (on bir) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-116/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-116/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver