Məhkəmə qərarları › İş №1(027)-116/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-116/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-116/2022 01.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən,Bakı Hərbi Məhkəməsinin 23 iyun 2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.4, 178.3.2, 312.2-ci maddələri ilə təqsirli bilinərək 06 ıl 10 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, 14.07 2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, Bakı Hərbi Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərirmə cəzasına məhkum olunmuş, Bakı Hərbi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 3400 manat məbləğində cərirmə cəzasına məhkum olunmuş, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri təqsirli bilinərək 3500 manat məbləğində cərirmə cəzasına məhkum olunmuş, hazırda Quba rayonu 2-ci Nügədi kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2016-ci ilin mart ayında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə həmkəndlisi Zərərçəkmiş şəxs ilə görüşərək həmin məsələnin həllinə dair heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs oğlu Şahid2 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işə qəbul etdirəcəyi barədə yalan vədlər verib aldadaraq 2016-cı ilin may ayının əvvəllərində yaşadığı Quba rayonu 2-ci Nügədi kəndində Zərərçəkmiş şəxs 15000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2016-cı ilin fevral ayına kimi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarında işləmişdir. Axırıncı iş yeri 2015-ci ilin aprel ayından 2016-cı ilin fevral ayına kimi Hərbi Əks-Kəşfiyat Xidmətinin Ağstafa rayonu üzrə bölməsinin baş əməliyyat-müvəkkili vəzifəsi olmuşdur. Həmin vəzifədə çalışana qədər isə o, 2012-ci ilin may ayından 2015-cı ilin aprel ayına kimi Qusar rayonu ərazisində yerləşən keçmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş idarəsinin N saylı hərbi hissəsi üzrə bölməsinin rəisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs yaxındana tanıyır. Sonuncu onun həmkəndlisidir. Aralarında heç vaxt şəxsi ədavət və düşmənçilik olmamışdır. 2016-cı ilin mart ayının sonlarında Adəm ondan oğlu X2 Xidmətinin Qusar rayon şöbəsinə işi düzəltmək üçün xahiş etmişdir. Bundan sonra, pulla ehtiyacı olduğu üçün o, 2016-cı ilin may ayında Adəmlə görüşərək ondan 15000 manat pul alaraq oğlu Səlahəddini Sərhəd Xidmətinin Qusar rayon şöbəsinə işə düzəldəyəcəyinə söz vermişdir. Adəmdən aldığı pulu öz şəxsi ehtiuaclarına xərcləyəndən bir müddət sonra Adəm ondan pulu qaytarmasını tələb etsədə pulu qaytara bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsə vurduğu ziyanın 25 faizi miqdarında ödənişi dövlət büdcəsinə ödəməsini, bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Quba rayonu 2-ci Nügədi kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 2016-cı ilin mart ayında yaşadığı Quba rayonunun 2-ci Nügədi kəndində Elçinlə görüşərkən, sonuncu onun oğlu Səlahəddinin işləyib işləməməsini soruşduqda o, Elçindən xahiş etmişdir ki, oğlu Səlahəddini dövlət orqanlarının birində ışə düzəltsin.. Elçin oğlu Səlahəddinin ali təhsilinin olub-olmaması ilə maraqlandıqda bildirmişdir ki, oğlu Elçin ali təhsillidir. Həmin vaxt Elçin bildirmişdir kı, Səlahəddini işə düzəltməyə kömək edə bilər. Bundan iki ay sonra, Elçin onunla görüşərək oğlu X2 Xidmətinin Qusar rayon şöbəsində işə düzəltdə biləcəyini bildirib bunun üçün ondan 15000 min manat pul istəmişdir. Bundan sonra o, 2016-cı ilin may ayının əvvəllərində 15000 manat puul toplayaraq Elçinə zəng edib pulun hazır olması haqqında məlumat vermiş, sonra qardaşı Şahid1 ilə birlikdə Elçinlə yaşadığı kənddə görüşərək ona istədiyi 15000 manat pulu vermişdir. Elçin pulu alarkən bildirmişdir ki, 3 ay ərzində oğlu Səlahəddini nazirliyə çağıracaqlar.Bundan sonra dəfələrlə Elçinlə görüşərək verdiyi pulu geri qaytarmasını tələb etsədə Elçin pulu qaytarmamışdır. İfadəsinin sinunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə cinayət işi üzrə toplanmış digər subutlarla tam sübutlarla tam subuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yazılı ərizə təqdim edərək, cinayəti etiraf etdiyini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tamamilə ödəməsini və onularla barışıq əldə etməsini, habelə zərərçəkmiş şəxsə vurmuş olduğu zərərin 25 faizini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yazılı ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tamamilə ödənilmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi qəbzin surətindən görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın 25 faizi midarında, yəni 3750 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 23 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.4, 178.3.2, 312.2-ci maddələri ilə təqsirli bilinərək 06 ıl, 10 ay, 09 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkıə təyin edilmiş cəza şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmiş və 14 iyul 2019-cu il tarixdə o, cəzasını çəkib qurtarmışdır. Bakı Hərbi Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4-cü maddələri təqsirli bilinərək 3000 manat məbləğində cərirmə cəzasına məhkum olunmuş, Bakı Hərbi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4, 312.1-ci maddələri təqsirli bilinərək 3400 manat məbləğində cərirmə cəzasına məhkum olunmuş, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın 2-ci Nügədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli 606 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu 2-ci Nügədi kəndində qeydiyyatdadır və o,müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPMi-nin 156.4-cü maddəsinin cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur müddəasını rəhbər tutub hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 73-1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar