Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-117/2021 19.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonu, Dəlləkli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayonu, Dəlləkli kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdə, saat 10 radələrində Quba rayonu, Dəlləkli kənd ərazisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs əli ilə qəsdən zərbə endirərək və sonuncunun sol əlinin dördüncü barmağını qəsdən qatlamaqla ona sinəsində solda sıyrıq, sol əlin dödüncü barmağının orta falanqasınm yerini dəyişən qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətinə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, kəndlərində özünə məxsus gavalı bağı becərməklə məşğuldur. Gün ərzində demək olar ki, əsas işi həmin bağa baxmaqdan ibarətdir. Kəndlərində su problemi olduğundan bağ sahələri növbəli şəkildə suvarılır. 06.06.2021-ci il tarixində də o, öz bağını suvarmalı olmuşdur. Lakin gəlib görmüşdür ki, həmkəndlisi Natiq onun bağına gedən suyun qarşısını kəsib öz bağına yönləndirib. O da Natiqin bağına gedib suyunu niyə kəsdiyini soruşmuşdur. Natiq də ona bildirmişdir ki, bu gün onun növbəsidir. Sonra aralarında mübahisə başlamış, Natiqi qucaqlayıb əlindəki beli Natiqdən almışdır. Sonra isə Natiq ondan inciyib oradan uzaqlaşmışdır. Hadisə zamanı Natiqi boğmadığını, belindən tutub qucaqlayaraq əlindəki beli aldığını, ola bilsin ki, həmin vaxt Natiqin barmağının əzilə biləcəyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus torpaq sahəsində fərdi təsərrüfatla məşğuldur. Bağ sahələrini suvarmaq üçün su çatışmazlığı olduğundan suvarma işləri növbəli şəkildə aparılır. 06.06.2021-ci il tarixdə suvarma növbəsi onda olduğundan gecə saatlarından suvarma işləri ilə məşğul olmuşdur. Həmin müddətdə bir neçə dəfə həmkəndlisi Elvin suyu kəsərək öz bağına yönləndirmişdir. О, da narazılığını bildirən zaman Elvin onun üstünə hücum çəkmiş və boğazından tutaraq boğmağa çalışmışdır. Elvinin qarşısını alan zaman onun sol əlinin dördüncü barmağını qatlayaraq sındırmış, məcbur olub bu barədə polisə şikayət etmişdir. Həmin vaxt ətrafda heç kimin olmadığını bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Belə ki, iş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06.07.2021-ci il tarixli, 581 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, onun bədəni üzərində aşkar olunmuş sinəsində solda sıyrıq, sol əlin İV barmağının orta falqasınm yerini dəyişən qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti 06.07.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 22.02.2017-ci il tarixdə Quba rayon məhkəməsinin hökmü ilə AR CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, aylıq cəzasından 15% pul tutmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum olunmuşdur . Bununla bağlı Quba rayon icra və probasiya şöbəsinə sorğu verilmiş və cavab məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Quba Məhkəməsinin 22.01.2018-ci il tarixli, 7(027)-4 saylı qərarı ilə ona təyin olunmuş, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasından 15% dövlət nəfmə tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasından azad edilmişdir və o, 15.02.2018-ci il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Quba rayon RİHB-nin Dəlləkli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Dəlləkli kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır, yaşayış yerində müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb və məhkəməambulator-psixiatrik ekspertizalarının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Elvin Zöhrab oğlu ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 08 saat üçün 48 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 08 saat üçün 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-117/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-117/2021
19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver