Məhkəmə qərarları › İş №1(027)-117/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-117/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-117/2022 05.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X2c katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1969-cu ildə Quba rayonu Pirvahid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, işləməyən, Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Quba rayonu Pirvahıd kəndində yerləşən ata evində ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs əli ilə itələyərək otağın taxta qapısına çırpmaqla, eləcə də əli ilə baş nahiyyəsindən vurmaqla ona sağ tərəfdən 8-ci qabırğanın yerini dəyişməyən qapalı sınığından ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bacısı Ayişə ilə hazırda aralarında münasibətləri yaxşı deyildir. X6 anasının vəfatından sonra Quba rayonunun Pirvahid kəndində tək yaşasa da o, və arvadı gündəlik olaraq atasına baş çəkirlər. Anası dünyasını dəyişdikdən sonra, bacıları Ayişə və Zibeydə ata evinə gələrək bir neçə dəfə mübahisə yaratmışlar. Anasının vəfatının ilk cümə axşamı anım mərasimi ərəfəsində noyabr ayının əvvəlləri tarixində bacıları ata evinə gəlmiş, atası isə həmin ərəfədə ağır xəstə olduğu üçün həkim nəzarətində ev şəraitində müalicə almışdır. Evə gələn tibb bacısının atasının qoluna iynə vurması, buna görə həmin qolunu əli ilə tutması anını bacılarının öz mobil telefonları vasitəsilə şəkilini çəkərək biri-birilərinə göstərmələri və gülümsəmələrini gördüyü üçün aralarında mübahisə yaranmış, onlara bunun gülməli bir şey olmadığını demişdir. Mübahisə zamanı atası onun tərəfini saxlayaraq xeyrinə danışdığı üçün bacıları Ayişə və Zibeydə daha da qəzəblənmiş, artıq atası ilə mübahisə etmələrini görüb Ayişəni əli ilə itələmişdir. Zərbədən o, müvazinətini itirib otaq qapısının tin hissəsinə çırpılmışdır. Ayişə sonradan yenidən üzərinə gəldikdə əli ilə bir dəfə baş nahiyyəsindən vurmuşdur. Həmin vaxt otaqda digər bacısı Zibeydə də olmuşdur. Ayişə və Zibeydə onu vurmamış, ona xəsarət yetirməmişlər. Münaqişə evdə baş vermiş, təqribən 10 dəqiqəyə yaxın davam etmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Hazırda onunla aralarında münasibətləri yaxşı deyildir. X6 anasının vəfatından sonra, Quba rayonu Pirvahid kəndində tək yaşayır. Anası dünyasını dəyişdikdən sonra isə atası və qardaşı Xosrovla bır neçə dəfə aralarında mübahisələri baş vermişdir. 2021 -ci ilin noyabr ayının əvvəllərində anasının vəfatının ilk cümə axşamı anım mərasimindən öncə Pirvahid kəndinə ata evinə getmişdir. Evdə hazıriq işləri gedərkən Xosrov Ukraynada yaşayan kiçik qardaşı Elşən ilə telefonla danışan zaman onun evə gələrək əmlak mübahisəsi aparmasını deməklə əsassız yerə günahlandırmış, buna görə ona öz iradlarım bildirdikdə artıq aralarında mübahisə yaranmış, mübahisə zamanı qardaşı Xosrov onu itələmiş və o, müvazinətini itirib otağın taxta qapısının tininə dəymişdir. Nəticədə sağ qabırğa nahiyyəsindən xəsarət almışdır. Sonra isə Xosrov əli ilə onun baş nahiyyəsindən də vurmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19 may 2022-ci il tarixli, 320 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət- sağ tərəfdən 8-ci qabırğanın yerini dəyişməyən qapalı sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 03 noyabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Quba MRX-nın xx.xx.2022-ci il tarixli 741 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar