Məhkəmə qərarları › İş №1(027)-118/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-118/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-118/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakı ilə xx xxxxxx 1986-ci ildə Quba rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, müvəqqəti işləməyən, məhkum olunmamış, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla yaşayan –Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə saat 16.30 radələrində yaşadıqları Quba rayonu. Çiçi kəndində aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan ağacla ayaqlarından vuraraq ona sol bazunun yuxarı 3/1-nin ön səthində qançır, sağ dirsəkdə əzilmiş yara, sağ və sol budun arxa səthində, sol ayaqda yumşaq toxumanın əziyi ilə geniş qançırlarla nəticələnən və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, o, təxminən bir ay bundan əvvəl bacısı Arzunun əri Bayram Arzuda telefon tutub onun telefonla Balammədlə uzun müddət danışıb əlaqə saxladığına görə onu vurduğundan Arzu da onun barəsində RPŞ-yə şikayət ərizəsi yazmışdır. O, bu barədə sonradan Bayramdan eşitmişdir. Balammədin onlarla ailəvi dostluq etməsi və Arzu üçün “onun qızıdır” deməsinin müqabilində onunla görüşüb telefon əlaqələri saxlamasından bərk əsəbləşmiş, ona görə də Balammədlə bacısı Arzu ilə münasibətlərinə son qoyması üçün onunla danışmaq istəmişdir. Balamməd Sumqayıt şəhərində yaşadığından və kənddə olan evinə gəlmədiyindən onunla bu barədə danışa bilməmişdir. 17 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evin qarşısında küçədə olduğu vaxt Balammədin küçə ilə kəndin aşağı hissəsinə tərəf getdiyini görüb onun qarşısını kəsərək onunla danışmaq istədiyini deyəndə Balamməd onu vuracağını zənn edərək əli ilə onun alnına vuranda o, başını kənara çəksə də, əli alın nahiyyəsinə dəymişdir. O da Balammədi kənara itələyib çəpərdən ağaclardan birini çıxarıb onun ayağından vurmuşdur. Həmin vaxt anası Çimnaz ora gəlib onu evə aparmışdır. Balamməd isə həmin vaxt küçədə qalmışdır. Balamməd birinci ona əl atdığında o da onu çubuqla vurmuşdur. Mübahisələri yaşadığı evin yaxınlığında küçədə olub. Həmin vaxt orada kənar şəxslərdən heç kim olmayıb. Aralarında olan mübahisə 1-2 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 17 iyul 2021-ci il tarixdə Çiçi kəndinin yuxarı hissəsində olan qohumunun xəstə olması ilə bağlı ona baş çəkib geri qayıtdığı vaxt həmkəndlisi Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşaraq əlində olan ağaçla onun ayaqlarından vuraraq yerə yıxmış, və o, həmin vaxt bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Həmin vaxt Şöhrətin anası Çimnaz gəlib onları ayırmışdır. Aralarında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və həmin vaxt orada kənar şəxslərdən heç kim olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 26 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RMX-dan daxil olmuş 24 iyul 2021-ci il tarixli 1078 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabentlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Quba rayon lHB-nin Çiçi İnzibati Ərazi X4 tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Çiçi kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciyət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs oğlunun məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Əliyev X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 8 saat üçün 48 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar