Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-118/2022 06.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1995-ci il tarixdə Quba rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məğqul olan, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu Qələdüz kəndində qeydiyyatda olan və yaşayan, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində Quba şəhəri, Sahil küçəsində tanışı, Zərərçəkmiş şəxs yumruqla vuraraq başın ənsə nahiyəsində ortada əzilmiş-cırılmış yara, sağ göz orbiti ətrafında üzün sağ yarısını da əhatə edən qançır-hematoma, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan burun üstündə qançır, sol budun yuxarı 1/3-nin bayır səthində qançır yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən “Mübariz” YDM-nin yaxınlığında yerləşən avtomobil təmiri sexində avtomobil ustası işləyir. 02 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində tanışları ilə birlikdə şam etmək məqsədi ilə Quba şəhəri, Sahil küçəsində yerləşən "Körpü” kafesinə getmişdir. Şam yeməyi zamanı spirtli içki qəbul etmişdir. 03 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində kafe bağlandığından onlar kafedən çıxmışlar. Yanında olan tanışları getmişlər. Zərərçəkmiş şəxs ilə birlikdə evlərinə gedən zaman, Nicat ona stolda əyləşdiyi zaman əmisi oğlunu təhqir etdiyini bildirərək onunla mübahisə etməyə başlamışdır. İçkili olduqları üçün aralarında mübahisə yaranmış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt o, Nicatın sinəsinə yumruq zərbəsi vurmuş və zərbənin təsirində o, yerə yıxılmışdır. Nicat yerdə olan zaman təpiklə ona bir-iki zərbə endirmişdir. Daha sonra onlar ayrılmış və o, Quba şəhəri, Köhnə avtovağzal istiqamətinə tərəf getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Quba rayonunun Qələdüz kəndində yaşayan Təqsirləndirilən şəxs onun tanışıdır. Onların aralarında ədavət və düşmənçilik yoxdur. 02 iyun 2022-ci il tarixdə axşam saatlarında şam etmək məqsədi ilə əmisi oğlu Samir Qədirov, tanışı ibrahim, eləcə də tanımadığı digər şəxslərlə Quba şəhəri, Sahil küçəsində yerləşən “Körpü” kafesinə getmişlər. Şam yeməyi zamanı onlar spirtli içki qəbul etmişlər. 03 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində hesabı ödəyib kafedən çıxmışlar. Yanlarında olan digər şəxslər onlarıdan ayrıldıqdan sonra, hesabın ödənişi ilə əlaqədar keçədə tanışı İbrahim ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt İbrahim onun köynəyinin yaxasından tutaraq divara vurmuş, daha sonra isə sifət nahiyəsinə 3-4 dəfə yumruqla vurub onu yerə yıxmışdır. Yerdə olan zaman, İbrahim təpiklə onun bədən nahiyəsinə bir neçə zərbə enidirmişdir. Bundan sonra İbrahim oradan qaçaraq uzaqlaşmışdır. Mübahisə zamanı hadisə yerində kənar şəxslər olmamış, mübahisələri təxminən 3-5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03 iyun 2022-ci il tarixli 363 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsində aşkar olunmuş xəsarətlər- başın ənsə nahiyəsində ortada əzilmiş-cırılmış yara, sağ göz orbiti ətrafında üzün sağ yarısını da əhatə edən qançır-hematoma, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan burun üstündə qançır, sol budun yuxarı 1/3nin bayır səthində qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 03 iyun 2022-ci il tarixə uyğun gəlir. Bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-118/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-118/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver