Məhkəmə qərarları › İş №1(027)-118/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-118/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-118/2024 12.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının şəkilməmiş qalan hissəsi 10 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu olmayan ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2v 10-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istifadəsində olmuş “İnstagram” sosial şəbəkəsinin “falci_baxici_emma” səhifəsində ona yazaraq fala baxdırmaq istəyən Zərərçəkmiş şəxs hədə-qorxu ilə 300-500 manat arasında pul vəsaitini tələb edib ələ keçirmək qərarına gələrək, fala baxmaq adı ilə Zərərçəkmiş şəxs özünün və falına baxdırmaq istədiyi tanışının şəkillərini əldə etdikdən sonra aralarında fala baxılması ilə bağlı aparılmış yazışmaları və digər məlumatları həmin tanışına göndərməklə haqqında olan belə şəxsi rüsvayedici məlumatları yayma hədəsi ilə bu məlumatların yayılmaması müqabilində pul tələb etmiş, rüsvay olmaqdan qorxaraq ona pul göndərməyə razılıq vermiş Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə aid **********304357 nömrəli kart hesabından onun təqdim etdiyi X5 məxsus "xxxx" ASC-yə aid **********848486 nömrəli bank kart hesabına 11 yanvar 2024-cü il tarixdə, saat 17:46-da 150 manat, təqdim etdiyi X3 məxsus "xxxx" ASC-yə aid **********255010 nömrəli kart hesabına 11 yanvar 2024-cü il tarixdə, saat 22:41-də 78 manat, təqdim etdiyi X4 məxsus “Kapital Bank" ASC-yə aid **********389141 nömrəli bank kart hesabına 11 yanvar 2024-cü il tarixdə, saat 22:49-da 52 manat, həmçinin Zərərçəkmiş şəxs xahiş edərək borc istədiyi tanışı X1 özünə məxsus "xxxx" ASC-yə aid **********633650 nömrəli kart hesabından onun təqdim etdiyi X7 məxsus "xxxx" ASC-yə aid **********666295 nömrəli kart hesabına 12 yanvar 2024-cü il tarixdə, saat 15:25-də 150 manat pul vəsaitlərinin köçürülməsinə nail olaraq Zərərçəkmiş şəxs məxsus ümumilikdə 430 (dörd yüz otuz) manat pulu hədə-qorxu ilə tələb edib vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2v 10-da anası ilə birlikdə yaşayır. Atası və bacısı vəfat etmiş, ondan yaşca böyük qardaşı isə həbsdədir. Fərdi əməklə məşğul olaraq toylarda ofisant kimi işləyir. Bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsində anasının adına olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçərək öz adına və soyadına uyğun olaraq “Təqsirləndirilən şəxs” adlı səhifə açıb istifadə etmiş və 2023-cü ilin yanvar ayında həmin səhifəni qeyd olunan sosial şəbəkədə tanımadığı şəxsə satmışdır. 2023-cü ilin fevral ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunmuş və sentyabr ayında həbsdən şərti azad olunmuşdur. 2023-cü ilin dekabr ayının sonlarında istifadə etdiyi özünə məxsus telefonu üzərindəki mobil nömrə ilə birlikdə itirmişdir. Anası özünün istifadə etdiyi “Sony Xperıa” markalı mobil telefonu üzərindəki həmin nömərə, yəni ***-***-**-** mobil nömrəsi ilə birlikdə müvəqqəti istifadə etmək üçün ona vermişdir. Həmin vaxt o, “İnstagram” sosial şəbəkəsində özünə məxsus mobil nömrə ilə qeydiyyatdan keçərək yeni səhifə açarkən görmüşdür ki, satdığı “Təqsirləndirilən şəxs” adlı səhifənin adı “falci_baxici_emma” kimi dəyişdirilərək hələ də ***-***-**-** nömrəsində qeydiyyatda qalıb. Bir mobil telefon nömrəsi ilə yalnız bir səhifə açmaq mümkündür. O, həmin səhifəni satanda elə zənn etmişdir ki, səhifəni alan adam qeydiyyat nömrəsini dəyişəcək, əks halda o, satdığı səhifəyə istifadə etdiyi ***-***-**-** nömrəsi vasitəsilə müdaxilə edə bilər və bu da alan adama sərf etməz. O, “İnstagram” sosial şəbəkəsində “falci_baxici_emma” səhifəsinə istifadə etdiyi ***-***-**- ** nömrəsindən daxil olub baxarkən görmüşdür ki, bu səhifəni alaraq istifadə edən şəxs falçılıq fəaliyyəti ilə məşğuldur. 11 yanvar 2024-cü il tarixdə “falci_baxici_emma” səhifəsində Süsən adlı qadının həmin səhifənin istifadəçisindən, yəni falçıdan kömək istəməsi barədə aparılmış yazışmalar diqqətini cəlb etmişdir. Yazışmaları tam şəkildə oxuyarkən ona məlum olmuşdur ki, Süsən əvvəllər iş yoldaşı olmuş Qulam adlı şəxsi yuxularında tez-tez görməsindən narahat olaraq falçıdan kömək istəmiş, falına baxılması üçün Qulamın və özünün şəkillərini falçıya göndərmişdir. Süsən Qulamın şəkillərini “İnstagram” sosial şəbəkəsindən “ekran çəkilişi” vasitəsilə əldə etdiyi üçün Süsənin falçıya göndərdiyi şəkilin üzərində Qulamın səhifəsinin adı görünmüşdür. Onun həmin vaxt təxminən 300-500 manat arası pula ehtiyacı olduğundan belə qərara gəlmişdir ki, Süsəndən bir yolla həmin məbləğdə pul ələ keçirsin. Bu məqsədlə yalandan Süsənə “xacker” olduğunu və “falci_baxici_emma” səhifəsini oğurladığını deyib Süsəni qorxudaraq bildirmişdir ki, Qulamın şəkilinin üzərindəki səhifənin adını götürüb Qulama yazaraq falçı ilə apardığı bütün yazışmaları Qulama göndərəcək və Qulamın arxasınca falçı vasitəsilə nə işlər çevirdiyini deyəcək. O, Süsəndən falçı ilə apardığı danışıqlar barədə Qulama məlumat verməmək müqabilində 300 manat pul göndərməsini tələb etmişdir. Süsən ondan qorxaraq pul göndərməyə razılıq versə də, həmin məbləğdə pulu olmadığı üçün ondan vaxt istəmişdir. Onun bank kart hesabı olmadığından 11 yanvar 2024-cü il tarixdə, saat 17:40 radələrində onunla eyni qəsəbədə yaşayan tanışı X5 “WhatsApp'la zəng edərək demişdir ki, “tanış adam pul göndərir, mənim kart hesabım yoxdur, təcili kart nömrəni de, pulu həmin kart hesabına yükləsinlər”. Elxan onunla danışa-danışa "xxxx" ASC-yə aid **********848486 nömrəli bank kart hesabını “WhatsApp”da yazıb ona göndərmişdir. O da öz növbəsində Elxanın göndərdiyi bank kart hesabını “falci_baxici_emma” adlı səhifəsində yazıb Süsənə göndərərək pulu bu hesaba yükləməyi bildirmişdir. Elə telefon əlaqəsi zamanı Elxan ona həmin hesaba 150 manat yükləndiyini bildirmişdir. Bundan sonra o, Süsəndən qalan 150 manat pulu da tələb etməyə başlamışdır. Süsən qalan pulu da tapmağa çalışdığını bildirmişdir. 11 yanvar 2024-cü il tarixdə, saat 22:30 radələrində, Bakı şəhərində “Torqovıy” kimi tanınan ərazidə yerləşən restoranlardan birində ofisant işləyən Elxanın yanına getmək üçün “Bolt” şirkətindən taksi sifariş etmişdir ki, Elxanla görüşüb kart hesabına yüklənmiş 150 manat pulu götürsün. Taksidə olarkən Süsən 78 manat pul göndərmək istədiyini bildirmişdir. O, Süsənə demişdir ki, “78 manat pulu **********848486 nömrəli bank kart hesabına yükləmə, hal-hazırda başqa nömrəli bank kart hesabı göndərəcəm, həmin hesaba yüklə”. O, Süsənə 78 manat pulu Elxanın göndərdiyi **********848486 nömrəli bank kart hesabına yükləməməyi ona görə bildirmişdir ki, həmin vaxt üzərində pulu olmamış, taksiyə pul verməli olmuşdur. Bu səbəbdən taksi sürücüsünə demişdir ki, “üzərimdə pulum yoxdur, kart hesab nömrəsi de, pul göndərəcəklər, xidmət haqqını çıxar, qalan pulu da çıxarıb mənə ver”. Taksi sürücüsünün ona təqdim etdiyi "xxxx" ASC-yə aid **********255010 nömrəli kart hesabını “falci_baxici_emma” adlı səhifəsində yazıb Süsənə göndərərək 78 manat pulu bu hesaba yükləməyi bildirmişdir. Taksi sürücüsü Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən Mərasim evinin yanındakı parkın içərisində olan bankomatdan 78 manat pulu çıxararaq öz xidmət haqqısını götürüb, pulun qalan hissəsini ona vermişdir. Yolda gedərkən “falci_baxici_emma” adlı səhifəsində yazışan Süsən ona pulun qalan hissəsini, yəni 52 manat göndərmək istədiyini bildirərkən, o, taksi sürücüsünü yolda bir daha saxlatmaq istəməmiş və 52 manatı taksi sürücüsünün kartına yüklətmək istəməmişdir. Onu gözləyən Elxan da 150 manat pulu çıxarıb gözlədiyi üçün Elxanın kartına pulu yüklədib Elxanı ikinci dəfə narahat etmək istəməmişdir. Ona görə də Süsənə başqa kart hesabı vermək qərarına gəlmişdir. Tanışı, qonşu məhəllədə yaşayan Emil Orucəliyevə zəng edib xahiş etmişdir ki, onun kart hesabı yoxdur, pul göndərəcəklər, təcili kart nömrəsini desin, pulu həmin kart hesabına yükləsinlər. Emil "xxxx" ASC-yə aid **********389141 nömrəli bank kart hesabını “WhatsApp”da yazıb ona göndərmişdir. O da öz növbəsində Emilin göndərdiyi bank kart hesabını “falci_baxici_emma” adlı səhifəsində yazıb Süsənə göndərərək 52 manat pulu bu hesaba yükləməyi bildirmişdir. Bundan sonra o, Elxanla iş yerində görüşüb 150 manat alaraq yaşadığı evə qayıtmışdır. Evə gəldikdən sonra yaşadığı qəsəbədə Emillə görüşərək kartına yüklənmiş 52 manat pulu götürmüşdür. 12 yanvar 2024-cü il tarixdə, günorta saatlarında “İnstagram” sosial şəbəkəsində “falci_baxici_emma” adlı səhifəsindən Süsənə zəng edərək interneti bitəcəyi üçün “İnstagram” sosial şəbəkəsinə daxil ola bilməyəcəyini deyib, Süsənə istifadəsində olan ********** mobil nömrəsini yazıb göndərərək onunla həmin nömrənin “WhatsApp”ı vasitəsilə əlaqə saxlamağı bildirmişdir. 300-500 manat arası pula ehtiyacı olduğundan fikirləşmişdir ki, Süsəndən əldə etdiyi 300 manat ehtiyaclarını qarşılaya bilməz. Ona görə də əvvəldən məqsədi Süsəni qorxudaraq 300-500 manat arası əldə etmək olmuşdur. Bu məqsədinin davamı olaraq Süsən onunla “WhatsApp” vasitəsilə əlaqə saxlayan zaman Qulama məlumat verəyəcini deyib, yenə də əlavə 150 manat pul tələb etməyə başlamışdır. Süsəndən tələb edərək əldə edəcəyi pulu onunla eyni qəsəbədə yaşayan tanışı Xəlilin bank kart hesabına yükləyərək çıxarmağı planlaşdırmışdır. Bu səbəbdən Xəlilin yaşadığı ünvana onula görüşərək Xəlilə yalandan demişdir ki, “kartım yoxdur, telefonumda proqram var, öz proqramımla sənin kartına pul köçürüb, həmin pulu çıxara bilərəmmi?”. Xəlil pulu çıxarmaq üçün onunla harasa getməyə vaxtı olmadığını deyərək "xxxx" ASC-yə aid **********666295 nömrəli kartını ona vermişdir ki, pulu kartdan özü çıxarıb, kartı sonra qaytarar. O, Xəlilin kart nömrəsini “WhatsApp”la Süsənə göndərib 150 manat pulu bu hesaba yükləməyi bildirmişdir. 12 yanvar 2024-cü il tarixdə, saat 15:30 radələrində Süsən Xəlilin ona verdiyi **********666295 nömrəli kart hesabına 150 manat pul yükləmişdir. O, həmin 150 manat pulu çıxarandan sonra Xəlilin kartı onda qalmış, Xəlil özü telefon əlaqəsi zamanı demişdir ki, “kartı bir müddət istifadə et, sonra qaytararsan”. Beləliklə, o, qorxudaraq Süsəndən pul tələb edib hissə-hissə olmaqla ümumlikdə Süsənin 430 (dörd yüz otuz) manat pulunu ələ keçirmişdir. Süsənə hədə-qorxu gələrək əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir həftə sonra onu zəng edərək Quba rayon Polis Şöbəsinə çağıranda bilmişdir ki, Süsən Quba rayon sakinidir, polisə şikayət etdiyi üçün onu çağırırlar. 19 yanvar 2024-cü il tarixdə zəng edərək onu yaşadığı ərazinin polis orqanına, yəni Bakı Şəhəri Binəqədi RPİ-nin 43-cü polis bölməsinə çağırmışlar ki, Quba RPŞ-yə barəsində şikayət olunub. O, könüllü olaraq 43-cü polis bölməsinə getmişdir. Yolda gedən zaman ifşa olunacağından qorxaraq “İnstagram” və “WhatsApp”ı telefonunun yaddaşından silmişdir. Quba Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə 43-cü polis bölməsindən Quba Rayon Poliş Şöbəsinə getmiş və Süsənə qarşı törətdiyi əməlimi səmimi şəkildə etiraf etmişdir. Onun 300-500 manat arası pula ehtiyacı olduğundan əvvəldən məqsədi Süsəni qorxudaraq 300-500 manat arası əldə etmək olmuşdur. Süsəndən 300 manat əldə etdikdən sonra fikirləşmişdir ki, bu pul şəxsi ehtiyaclarına bəs edən deyil. Bu səbəbdən üçüncü dəfə də Süsəndən əlavə 150 manat pul tələb etmişdir. Yəni Süsəndən 430 manat pulu ümumi vahid niyyətlə tələb edərək əldə etmişdir. Süsəndən hədə-qorxu gələrək əldə etdiyi pul vəsaitlərini xahiş edərək yüklətdiyi bank kartları sahiblərinin onun həmin pulları hədə-qorxu yolu ilə əldə etdiyi barədə məlumatları olmamış, onları elə inandırmışdır ki, onun həmin pulları hədə-qorxu yolu və digər qanunsuz yollarla əldə etdiyindən şübhələnməsinlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 sentyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Megastore” marketdə satıcı işləmişdir. İşdən çıxdıqdan sonra iş yoldaşı Qulam Ramazanovu mütəmadi olaraq yuxularında gördüyündən narahat olaraq bununla bağlı falçıya müraciət etmək qərarına gəlmişdir. 10 yanvar 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “falci_baxici_emma” adlı səhifəsi ilə yazışaraq əlaqə saxlamış və əvvəllər bir yerdə işlədiyi Qulam adlı şəxsi tez-tez yuxularında gördüyündən narahat olduğunu bildirmişdir. Yazışdığı şəxs fala baxılması üçün ondan özünün və Qulamın şəkillərinin göndərilməsini istəmişdir. O, özünün, eləcə də Qulamın “İnstagram” sosial şəbəkəsindən ekran çəkilişi vasitəsilə əldə etdiyi şəkilləri “falci_baxici_emma” adlı səhifəsinə göndərmişdir. Şəkilləri göndərdikdən sonra, yazışdığı şəxs ona bəxtinin bağlı olduğunu bildirərək bəxtinin təmizlənməsi üçün ondan 200 manat pul istəmişdir. O isə həmin şəxsə bəxtinin açılmasını deyil, sadəcə yuxularının mənasının izah edilməsini istəyərək, bəxtinin təmizlənməsindən imtina etmişdir. 11 yanvar 2024-cü il tarixdə “falci_baxici_emma” adlı səhifəsindən yazan şəxs guya “xacker” olduğunu, “falci_baxici_emma” səhifəsini işlədən şəxsin dələduz olduğunu və bu səhifəni oğurladığını deyib onu qorxudaraq bildirmişdir ki, Qulamın ekran çəkilişi vasitəsilə əldə edilmiş şəkilinin üzərindəki səhifənin adını götürüb Qulama yazaraq onun falçı ilə apardığı bütün yazışmaları Qulama göndərəcək və Qulamın arxasınca falçı vasitəsilə onun nə işlər çevirdiyini deyəcək. O, köhnə iş yerində rüsvay olmamaq üçün falçı ilə apardığı yazışmaların Qulama göndərilməsini istəməmiş və fikirləşdim ki, rüsvay olmamaq üçün onu şantaj edən həmin şəxslə razılığa gəlsin. Bu məqsədlə həmin səhifəyə zəng etmiş və səsini eşidəndə bilmişdir ki, danışan kişidir. Həmin şəxs Qulama məlumat verməmək müqabilində ondan 300 manat pul göndərməyi tələb etmiş və 300 manatın 20 manatının özünə çatacağını, qalan 280 manatın isə guya öz rəhbərlərinə çatacağını bildirmişdir. Həmin şəxs ona “İnstagram” sosial şəbəkəsində “falci_baxici_emma” adlı səhifəsi ilə "xxxx" ASC-yə aid **********848486 bank kart hesab nömrəsini yazıb göndərərək, pulu bu hesaba yükləməyi bildirmişdir. O, rüsvay olmaqdan qorxaraq pul göndərməyə razılıq vermiş, lakin 300 manat məbləğdə pulu olmadığı üçün həmin şəxsdən vaxt istəmişdir. Həmin şəxs 150 manatı dərhal göndərməyi, qalan 150 manatı isə axşam saatlarında göndərməyi tələb etmişdir. O, dərhal bacısının əri Vasiflə telefon əlaqəsi saxlayaraq təcili 150 manat borc istəmişdir. Vasif 11 yanvar 2024-cü il tarixdə, saat 17:41 də "xxxx" ASC-yə aid 416973******8206 nömrəli kart hesabından onun istifadəsində olan "xxxx" ASC-yə aid **********304357 nömrəli kart hesabına 150 manat göndərmişdir. O da öz növbəsində Vasifdən borc aldığım həmin 150 manat pulu 11 yanvar 2024-cü il tarixdə, saat 17:46-da istifadəmdə olan **********304357 nömrəli kart hesabımdan ona hədə-qorxu gələrək pul tələb edən şəxsin göndərdiyi **********848486 nömrəli kart hesabına yükləmişdir. Bundan sonra, həmin şəxs ondan qalan 150 manat pulu da tələb etməyə başlamışdır. Həmin şəxs bildirmişdir ki, guya pullar özünə çatmır, özünə 150 manatdan 20 manat pul çatır. Həmin şəxs onun ağlayaraq çarəsiz qaldığını görüb guya ona halı yanaraq 20 manatı istəməmiş və 130 manat göndərməyi bildirmişdir. Sonra həmin şəxs ona “falci_baxici_emma” adlı səhifəsində "xxxx" ASC-yə aid **********255010 nömrəli kart hesabını yazıb göndərərək 78 manat pulu bu hesaba yükləməyi bildirmişdir. Amma o, təşvişə düşdüyü üçün şübhələnməmişdir ki, həmin şəxs niyə 130 manat pulu tam şəkildə deyil, 78 manat hissəsini bu hesaba göndərməyi tələb edir. O, pulu olmadığı üçün köhnə iş yerinin müdiri Rövşən Məhərrəmovdan telefon əlaqəsi saxlayaraq təcili 130 manat borc istəmişdir. Rövşən 11 yanvar 2024-cü il tarixdə, saat 22:34-də "xxxx" ASC-yə aid **********910449 nömrəli kart hesabından onun **********304357 nömrəli kart hesabına 130 manat yükləmişdir. O da 11 yanvar 2024-cü il tarixdə, saat 22:41-də **********304357 nömrəli kart hesabımda olan 130 manatdan **********255010 nömrəli kart hesabına 78 manat pul yükləmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs "xxxx" ASC-yə aid **********389141 nömrəli kart hesabını yazıb göndərərək 130 manatın qalan 52 manatını bu hesaba yükləməyi bildirmişdir. O, 11 yanvar 2024-cü il tarixdə, saat 22:49-da **********304357 nömrəli kart hesabındakı 52 manat pulu **********389141 nömrəli kart hesabına pul yükləmişdir. 12 yanvar 2024-cü il tarixdə, günorta saatlarında həmin şəxs “İnstagram” sosial şəbəkəsində “falci_baxici_emma” adlı səhifəsindən ona zəng edərək, interneti bitəcəyi üçün “İnstagram” sosial şəbəkəsinə daxil ola bilməyəcəyini deyib, ona ********** mobil nömrəsini yazıb göndərərək, həmin nömrənin “WhatsApp”ı vasitəsilə əlaqə saxlamağı bildirmişdir. “WhatsApp’la əlaqə saxlayan zaman həmin şəxs ondan əlavə 150 manat pul tələb edərək, bu pulu “WhatsApp”da göndərdiyi "xxxx" ASC-yə aid **********666295 nömrəli kart hesabına yükləməyi bildirmişdir. O, Qulama məlumat veriləcəyindən qorxub camaat arasında rüsvay olmamaq üçün əlavə olaraq 150 manat da göndərməyə razılıq vermişdir. O, atasının bibisi oğlu Coşqun Ağasiyevə zəng edib təcili olaraq 150 manat borc pul göndərməyi xahiş etmişdir. Coşqun pulu olmadığını, onun xahişini nəzərə alaraq özünə məxus mobil telefonunda olan Kapital Bank ASC-yə aid 416973******3650 nömrəli kart hesabı ilə qeydiyyatdan keçdiyi “BirKart”-dan 150 manat kredit borcu alacağını bildirmişdir. Şantaj edən şəxs məlumatları yaymaq hədəsi ilə onu tələsdiridiyi üçün o, Coşquna həmin şəxsə aid **********666295 nömrəli kart hesabını göndərmişdir ki, vaxt itirmədən 150 manat pulu bu hesaba göndərsin. Coşqun özünə məxsus 416973******3650 nömrəli kart hesabından onu şantaj edən şəxsin **********666295 nömrəli kart hesabınına 12 yanvar 2024-cü il tarixdə, saat 15:25-də tarixdə 150 manat pul yükləməsi barədə ödəniş qəbzininin şəklini “WhatsApp”da ona göndərmişdir. Beləliklə, həmin şəxs ona hədə-qorxu gəlib pul tələb edərək onun hissəhissə olmaqla ümumlikdə 430 (dörd yüz otuz) manat pulunu ələ keçirmişdir. O, aldığı borcları qaytara bilməyəcəyindən qorxaraq fikirləşmişdir ki, polisə məlumat verərək onu şantaj edən şəxsin ələ keçiridiyi ona məxsus pulları geri tələb etsin. Bu səbəbdən 13 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək hadisə barədə məlumat verdim. Təxminən bir həftə sonra polis tərəfindən həmin cinayətin üstü açılanda ona məlum olmuşdur ki, onun 430 manat pulumu hədə-qorxu yolu ilə Bakı şəhər sakini Rahim adlı şəxs ələ keçirmişdir. Rahimi əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini üçün ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Quba rayonu, Püstəqasım kənd sakini Zərərçəkmiş şəxs 13 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə, həmçinin 14 yanvar 2024-cü il tarixdə Quba RPŞ-yə müraciət edərək “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxs tərəfindən 430 (dörd yüz otuz) manat pulunun hədə-qorxu yolu ilə ələ keçirməsi barədə bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs köhnə iş yoldaşını tez-tez yuxularında gördüyündən narahat olaraq “İnstagram” sosial şəbəkəsində “falci_baxici_emma” adlı səhifəsi ilə yazışaraq əlaqə saxlayıb bunun səbəbini soruşmuş, yazışdığı şəxs fala baxılması üçün Zərərçəkmiş şəxs özünün və iş yoldaşının şəkillərinin göndərilməsini istəmiş, Zərərçəkmiş şəxs özünün, eləcə də iş yoldaşının “İnstagram” sosial şəbəkəsindən ekran çəkilişi vasitəsilə əldə etdiyi şəkllləri “falci_baxici_emma” adlı səhifəsinə göndərmiş, fala baxan şəxs iş yoldaşının ekran çəkilişi vasitəsilə əldə edilmiş şəkilinin üzərindəki səhifəsinin adını götürüb, falçı ilə apardığı bütün yazışmaları iş yoldaşına göndərəcəyi və falçı vasitəsilə nə işlər çevirdiyini iş yoldaşına deyəcəyini bildirərək hədə-qorxu gəlmiş, fala baxan şəxs Zərərçəkmiş şəxs belə şəxsi rüsvayedici məlumatları məlumatların yayılmaması müqabilində hədə-qorxu gəlib pul tələb edərək 11- 12 yanvar 2024-cü il tarixlərində özünə aid müxtəlif bank kartı hesablarına hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul vəsaitlərini yüklətmiş və Zərərçəkmiş şəxs ümumilikdə 430 (dörd yüz otuz) manat pulunu hədə-qorxu yolu ilə tələb edərək ələ keçirmişdir. Həmin hadisəni törtəmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə Quba RPŞ-nin Təhqiqat bölməsi tərəfindən verilmiş tapşırığın icrası işlədiyi bölmənin əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Şahid1 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə pul ələ keçirən şəxsin Bakı şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şahid1 bu barədə işlədikləri bölmənin rəisi Şəmsəddin Novruzova məlumat verərək məruzə etmişdir. Şahid1 və X6 Əhmədovun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, hadisəni törətməsi barədə məlumat verib, araşdırma ilə bağlı Quba RPŞ-yə dəvət etdikdə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etsə də, gəlməkdən yayınaraq ələ keçirdiyi pulları zərərçəkmiş şəxsə qaytarmaq üçün onlardan kart hesab nömərəsi istəmişdir. Onlar Təqsirləndirilən şəxs inam yaradaraq Quba RPŞ-yə könüllü şəkildə gəlməsinə nail olmaq üçün Şəmsəddin Novruzovun kart hesab nömərəsini Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs təqdim edilmiş kart hesabına 50 manat pul yükləyərək söz vermişdir ki, zərərçəkmiş şəxsə məxsus pulların qalan hissəsini də göndərəcək. Dəymiş maddi ziyanın ödənilməsi məqsədilə Rahim tərəfindən göndərilmiş həmin 50 manat pul Zərərçəkmiş şəxs təhvil verilmişdir. Təqsirləndirilən şəxs Quba RPŞ-yə könüllü şəkildə özü gəlmədiyi üçün onlar Təqsirləndirilən şəxs yaşadığı ərazinin polis orqanına, yəni Bakı Şəhəri Binəqədi RPİ-nin 43-cü polis bölməsinə müraciət etmişlər ki, bölmənin əməkdaşları Təqsirləndirilən şəxs Quba RPŞ-yə gətirilməsində kömək etsinlər. Təqsirləndirilən şəxs gətirilməsi məqsədilə Quba RPŞ-nin rəhbərliyi tərəfindən ona və Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 həvalə edildiyi üçün ikisi birlikdə 43-cü polis bölməsinə getmişlər. 43-cü polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs bölməyə dəvət edilmişdir. Nurlan Babyevlə birlikdə 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Quba RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 analoji ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xususatları təsdiq etmişdir. İttiham aktının siyahısında olan Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da digər şahidlərin göstərdikləri xususatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidlərin ifadələrinii dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri ilə tam təsdiq edilir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “İphone” markalı, “11” modelli mobil telefonun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs istifadəsində olan “Sony” markalı, “Xperia” modelli mobil telefonun Təqsirləndirilən şəxs anası X2 qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 saylı qərarında göstərilir ki: Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olubolmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Əgər zərər çəkmiş şəxs və ya onun yaxın qohumları haqqında bilə-bilə böhtan və ya təhqiredici xarakterli məlumatlar yayılmış olarsa, onlar xüsusi ittiham qaydasında şikayətlə böhtan və yaxud təhqir xarakterli məlumatları yaymış şəxsin CM-in 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Şəxsin barəsində CM-in 182-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması onun CM-in 147-ci maddəsi və yaxud 148ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir. Hədə-qorxu ilə tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının oğurlanması, qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ya girov saxlanması ilə müşayiət edilərsə, təqsirkarın əməli CM-in 182-ci maddəsi və müvafiq olaraq 144-cü, 145-ci və ya 215-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 182.1-ci maddəsi ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə yenidən həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)- 6/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılamsı cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 10 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası əvəz edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi, ev 244, mənzil 6-da qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2v 10-da yaşamışdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur; Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 182.1-ci maddəsi nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla, CM-nın 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olmaqla istifadəsində olan “İphone” markalı, “11” modelli mobil telefonun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs istifadəsində olan “Sony” markalı, “Xperia” modelli mobil telefonun Təqsirləndirilən şəxs anası X2 qaytarılması nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkilinə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş Zərərçəkmiş şəxs məxsus olmaqla istifadəsində olan “İphone” markalı, “11” modelli mobil telefonun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs istifadəsində olan “Sony” markalı, “Xperia” modelli mobil telefonun Təqsirləndirilən şəxs anası X2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar