Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-119/2021 14.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərməkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun vəkili Bakı şəhər 20 saylı Vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi, 18 avqust 1995-ci ildə Quba rayonu, Küçeyi kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Quba rayonu, Küçeyi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdə, saat təxminən 10 radələrində, Quba şəhəri, T.Əhmədov Küçəsi 17 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində sonuncu ilə aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs 2 dəfə yumruq zərbəsi ilə sifət nahiyyəsindən vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz orbiti ətrafında qançır-hematoma, burunun üzərində əzilmiş yara, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin açıq yerini dəyişən çoxqəlpəli və əng sümüyünün sağ şaxəsinin sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa uzun müddətə pozğunluq törədən az ağır dərəcəli bədən xəsarəti yetirməklə sonuncunun sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs və mülkü cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, tikinti işlərini bacarır və usta kimi müxtəlif həyətlərdə fərdi qaydada işləyib ailəsini dolandırır. Təxminən 1 aydan çox müddətdir ki, ünvan 2 ünvanda işləyir. Həmin evin sahibi Reyhan adlı qadındır. Reyhan 20.07.2021-ci il tarixdə söz vermişdir ki, zəhmət haqqının bir qismini, yəni 600 manatı 23.07.2021-ci il tarixdə ona verəcəkdir. Qalan pulu isə təmir işlərini qurtardıqdan sonra vermək barədə razılaşmışlar. 23.07.2021-ci il tarixə o, həmin ünvana gəlib təmiri gedən evin 1-ci mərtəbəsinə enib hamam otağında yerə tökülən torpağa baxmışlar. Həmin vaxt həyətdə olan Reyhanın əri ilə bir qədər söhbət etdikdən sonra Reyhan xanım gəlmiş ona iki-üç gün müddətində işə gəlmədiyini irad tutub çıxıb getməsini ondan tələb etmişdir. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış və o, da öz növbəsində Reyhandan əmək haqqısını tələb etmişdir. Reyhan onu təhqir edib evindən çıxıb getməsini dedikdə o, bundan əsəbləşərək həyətdə yardımçı tikiliyə tərəf gedib bildirmişdir ki, pulunu verməsələr tikdiyi damı sökəcək. Daha sonra o dama çıxıb dam örtüyünü sökmək istəyərkən Reyhan ona qışqıraraq dayanmasını demiş, o, isə hündürlüyü 2 metr olan tikintinin üstünə çıxdıqda Reyhan əlində olan bel ilə onun qolundan vurduğundan yerə düşmüş və Reyhanın sifətinə 2 dəfə yumruqla vurmuşdur. Səs-küyə həmin vaxt həyətdə olan Reyhanın əri və tanımadığı bir nəfər həyətdə fəhlə kimi işləyən yaşlı kişi onların yanına gəldikdən sonra o, həyəti tərk etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş mülkü və maddi ziyanla bağlı iddianı qəbul etmədiyini, əməlindən peşmançılıq çəkdiyini, cavan olmasının bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs və mülkü iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 2 ünvanda müəyyən təmir işləri aparmaq üçün 2021-ci il iyun ayında usta axtarmış və Quba rayonu, Küçeyi kəndində yaşayan Təqsirləndirilən şəxs tanışının məsləhəti ilə evinə dəvət edib ona evinin 1-ci mərtəbəsində olan bir otağı təmir etmək, həyətdə yarımçıq tikilinin hörgüsünü və dam örtüyünü vurmağı tapşırmışdır. Bütün bu işləri görmək üçün o, Təbrizlə 1500 manata razılaşmışdır. İşə başladıqdan sonra, Təqsirləndirilən şəxs ara-sıra onda 5-10 manat pul almış, zəhmət haqqı olaraq sonuncu dəfə 20.07.2021-ci il tarixdə Təbriz onun tikinti və işinin qarşılığında 500 manat pul istəmiş, o da 23.07.2021-ci il tarixdə həmin pulu bankdan kredit götürdükdən sonra verəcəyi barədə onunla razılaşmışdır. 23.07.2021-ci il tarixdə, saat 10 radələrində Təbriz onun yaşadığı evə gələrək həmin pulu ondan istəmiş, o, da ona “sən 20.07.2021-ci il tarixdən işə gəlməmisən, sənə pul verə bilməyəcəyəm” demiş və əsəbləşərək həyətdə olan beli alıb həyətin o biri tərəfində olan yarımtikili yerdən tövləyə tərəf getmişdir. Təbriz ona bildirmişdir ki, gedib dam örtüyünü sökəcək, o da onun arxasınca getmişdir ki, dam örtüyünü sökməməsini xahiş etsin. Lakin, Təbriz öz hərəkətlərinə davam edib damın yanında olan kərpic tikilinin üstünə çıxaraq damı sökmək istəmiş, o da həmin vaxt bellə onun sağ çiynindən aşağı düşməsi üçün ehmalca vurmuşdur. Bundan sonra, Təbriz daha da qəzəblənmiş və üzərinə gələrək üz nahiyyəsindən 2 dəfə yumruq zərbəsi ilə vuraraq qaçıb getmişdir. Münaqişə yaşadığı evin həyətində təxminən 5 dəqiqə davam etmiş və həmin vaxt həyətdə əri və həyətlərində fəhlə kimi işləyən bir nəfər yaşlı kişi olmuşdur. Onlar həyətin digər tərəfində olduqları üçün Təbrizin onu vurmasını görməmişlər. Əri və həyətdə olan yaşlı kişi onun qışqırığına onların yanına gəldikdə Təbriz qaçıb getmişdir. İfadəsinin sonunsda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı verilmiş mülkü və maddi ziyanla bağlı iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının 26 iyul 2021-ci il tarixli 704 №-li rəyindən görünür ki, 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-baş beyin silkəllənməsi ilə müşaiyət olunan hər iki göz orbiti ətrafında qançırhematoma, burunun üzərində əzilmiş yara, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin açıq yerini dəyişən çoxqəlpəli sınığı və əng sümüyünün sağ şaxəsinin sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 23.07.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər. Dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının 25 iyul 2021-ci il tarixli 696 №-li rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmadı. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 26 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Talabıqışlaq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli, 346 saylı arayış və 347 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyin Küçeyi kəndində yaşayır və yaşayış yeri üzrə qismən müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RMX-nın 30 iyul 2021-ci il tarixli, 1102 saylı məktubundan görünür ki, Quba rayonu, Küçeyi kənd sakini Təqsirləndirilən şəxs RMX-nın X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cavan olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Məmmədov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Rəsulova X4 Təbriz Akif oğluna qarşı mülki iddia qaldıraraq, Təqsirləndirilən şəxs ona qarşı etdiyi cinayətkar hərəkət nəticəsində sağlamlığına vurulmuş ziyanla əlaqədar xərclərin-ümumilikdə 3000 (üç min) manat və mənəvi ziyana görə 4000 (dörd min) manat pul vəsaitinin həmin şəxsdən tutularaq ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Belə ki, iş materiallarında olan 24.07.2021-ci il, 25.07.2021-ci il, 01.08.2021-ci il, 02.08.2021-ci il tarixli aptek qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən müalicəsi üçün 53 manat dəyərində dərman ləvazimatları alınmışdır. İş materiallarında olan “X2”-ın 29.07.2021-ci il tarixli qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ilkin müayinə ilə əlaqədar 95 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “X2”-ın 30.07.2021-ci il tarixli qəbzindən görünür ki, Zərərçəkmiş şəxs əməliyyatı ilə əlaqədar cərrahiyə şöbəsinə 800 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “X2”-ın 04.08.2021-ci il tarixli qəbzindən görünür ki, Zərərçəkmiş şəxs sarğılarının dəyişdirilməsi ilə əlaqədar 8 manat məbləğində pul ödənilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Quba filialından illik 24,71 faiz olmaqla, 19 ay müddətinə 2830 manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası CPM-nin: 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, 181.2.4-cü maddəsinə əsasən mənəvi ziyanın ödənilməsini tələb edə bilər. 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, 181.3.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə görə xərclər şəklində özünü göstərsin. 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, iddia tələbi 3000 manat məbləğində sağlamlığa vurulmuş ziyanla əlaqədar 956 (doqquz yüz əlli altı) manat hissədə iş materialları ilə sübut olunduğundan, əsaslıdır və həmin hissədə təmin olunmalı, iddia tələbi sağlamlığa vurulmuş ziyanla əlaqədar qalan hissədə təmin olunmamalıdır. Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Quba filialından illik 24,71 faiz olmaqla, 19 ay müddətinə 2830 manat məbləğində kredit götürmüşdür. Lakin Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsindən də görünür ki həmin kreditin götürülməsi üçün onun əvvəlcədən niyyəti olmuş və kredit müqaviləsi əsasında götürdüyü pulun sağlamlığına xərcləməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən həmin kredit müqaviləsi əsasında götürdüyü pul məbləğini sübut kimi məhkəməyə təqdim etməsi əsasızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, iddia tələbi mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində təmin edilməlidir. Qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzi olaraq 956 (doqquz yüz əlli altı manat) manat və mənəvi ziyana görə 1000 (bir min) manat pul mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi subut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 128-ci, CPM-nin 37, 179, 181.2, 181.3, 321, 354.1, 354.1.1-ci və MPM-nin 14.2 və 77.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzi olaraq 956 (doqquz yüz əlli altı manat) manat və mənəvi ziyana görə 1000 (bir min) manat pul zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-119/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-119/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver