Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-12/2022 09.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İİ qrup müharibə əlili olan, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə üç ədəd bükümdə, ümumi təmiz çəkisi 0,977 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, həmin marixuanadan bir ədəd bükümdə 0,155 qram çəkidə 09.08.2021-ci il tarixdə axşam saatlarında Quba rayonu, İİ Nügədi kəndində yaşadığı evin yaxınlığında küçədə həmkəndlisi Şahid1 10 manata satmış, qalan iki ədəd bükümdə 0,822 qram çəkidə qurudulmuş marixuananı isə üzərində saxlamış, 10.08.2021-ci il tarixdə saat 03:05 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba rayonu, İİ Nügədi kəndində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman həmin iki ədəd bükümdə 0,822 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10.08.2021-ci il tarixdə saat 03:05 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba rayonu, İİ Nügədi kəndində yaşadığı evin yaxınlığında küçədə saxlanılan zaman üzərində 02 ədəd bükümdə narkotik vasitənin olması barədə qeyd olunanlar doğru deyildir. Belə ki, onda cəmi 01 ədəd bükümdə narkotik vasitə olmuş, hansını ki, həmkəndlisi Şahid1 xahişi ilə sonuncuya təmənnasız vermişdir. Belə ki, 09.08.2021-ci il tarixdə axşam saatlarında həmkəndlisi Şahid1 ona zəng edərək, narkotik vasitə istəmişdir. Həmin gün gecə 12 radələrində onlar İİ Nügədi kəndində yaşadığı evin yaxınlığında görüşmüş və o, İbrahimə siqaret qutusunun içərisində 1 ədəd ağ kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuana vermişdir. İbrahim qutunun içərisində olan bükülünü götürmüş və qutunu ona geri qaytarmışdır. Onlar ayrılandan sonra o, qutunun içinə baxmış və qutunun içərisində 10 manat pulu görüb İbrahimə zəng etmiş və “bu nə puldur qoymusan?” sualı vermişdir. İbrahim cavabında ona “elə belə, kontur puludur” demişdir. Şahid1la aralarında pul söhbəti olmamışdır. O, narkotik vasitəni siqaret qutusunun içərisinə qoyub İbrahimə vermiş, bunun müqabilində pul istəməmişdir. İbrahimin qutunun içərisinə qoyduğu 10 manat pulu narkotik vasitəni verib ayrılandan sonra, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl görmüşdür. 10.08.2021-ci il tarixdə gecə saat 02 radələrində çayxanadan evə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində şəxsi axtarış keçirilmişdir. Şahid1 isə polis əməkdaşları tərəfindən ondan bir qədər əvvəl saxlanılmışdır. Sonradan bilmişdir ki, İbrahim saxlanılan zaman üzərində aşkar olunan narkotik vasitəni ondan aldığını bildirmişdir. Sabiq polis əməkdaşı Samir Abdulmanafov onu təkid edərək, narkotik vasitəni Bakı şəhərində Şamaxinka adlanan ərazidən tapması və 02 ədəd bükümdə narkotik vasitəni öz istifadəsi üçün saxlaması barədə ifadə verməsinə zor tətbiq etməklə məcbur etmişdir. Samir Abdulmanafovu gecə saatlarında görmüşdür. Sonuncu ona xəsarət yetirən şəxslərdən biridir. İlk dəfə üzərində narkotik vasitə aşkar edilmədiyi zaman Samir Abdulmanafov tərəfindən döyülmüşdür. Samir Abdulmanafov ona cəzasının yüngül olacağını bildirdiyi üçün o, Samirin barəsində heç nə bildirməmişdir. Çəkiliş aparılmazdan əvvəl Samir Abdulmanafov ona bildirmişdir ki, çəkiliş zamanı üstündən narkotik vasitə çıxmalıdır və kibrit qutusunu götürməyini demişdir. O, isə sadəcə 02 büküm narkotik vasitə götürmüşdür, hansılar ki, çəkilişdə əksini tapmışdır. Təqsirləndirilən şəxs onu da bildirmişdir ki, 2016-2017-ci illərdə hərbi xidmətdə olarkən Qarabağ uğrunda gedən döyüşlər zamanı sinə nahiyəsindən güllə yarası aldığına görə müalicədən sonra bədənində daima güclü ağrılar olmuşdur. 2017-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra ağrıları ilə əlaqədar narkotik vasitə olan marixuanadan ara-sıra istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində Şamaxinka adlanan ərazidən tapmış və 2 bükümü öz istifadəsi üçün saxlamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, hadisədən təxminən iki ay əvvəl dostu Rəvanla birlikdə olan zaman polis əməkdaşları onları saxlamış, baxış zamanı dostunun üzərindən narkotik vasitə çıxdığı üçün onları Quba RPŞ-nə aparmışlar. Şöbədə olan zaman Samir Abdulmanafov adlı polis əməkdaşı ondan “iş verməsini” tələb etmiş, əks halda həbs edəcəyi ilə hədələmişdir. O, qorxduğu üçün razılaşmışdır. Həmin vaxt Samir ona 10 manat pul vermiş və hansı şəkildə olursa olsun həmin pulu Təqsirləndirilən şəxs verməsini tapşırmışdır. O, Samir verən pulu cibinə qoyub çıxmışdır. 09.08.2021-ci il tarixdə axşam saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs zəng edərək, sonuncudan üzərində marixuana olub-olmamasını soruşmuş, Ayxan da ona üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin gün gecə saat 12 radələrində onlar görüşmüş və Ayxan ona siqaret qutusunun içərisində 1 ədəd ağ kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuananı vermişdir. Həmin vaxt o, qutunun içərisində olan bükülünü götürmüş, boş qutuya 10 manat pulu qoymuş və Ayxana bu barədə heç nə demədən geri qaytarmışdır. Onlar ayrılandan sonra Ayxan ona zəng etmiş və “bu nə puldur qoymusan?” sualını vermişdir. O, da “elə belə, kontur puludur” cavabını vermişdir. Təxmin 10-15 dəqiqə sonra polis əməkdaşları onu saxlamış və üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən narkotik vasitə çıxmışdır. Sorğu zamanı polis əməkdaşları onu məcbur etmişlər ki, Ayxandan pul müqabilində narkotik vasitə aldığını bildirsin. O, narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını demişdir. Həmin vaxt Ayxan ona narkotik vasitəni pulla satmamışdır. Ayxan narkotik vasitəni ona verəndə ondan xəbərsiz pulu özü qutuya qoymuşdur. Əlavə suallara cavab olaraq şahid bildirdi ki, Ayxanla görüşməzdən bir gün əvvəl və görüş günü Samir Abdulmamanovla görüşmüşdür. Belə ki, Təqsirləndirilən şəxslə görüşəcəyi gün, yəni 09.08.2021-ci il tarixdə Samirlə görüşmüş, elə Samirin yanında zəng edib, Ayxanla görüş təyin etmişdir. Samir onların harada görüşəcəyi barədə məlumatlı olduğu üçün hadisədən 10-15 dəq sonra polis əməkdaşları onu saxlamışdır. Samir onunla istifadəsində olan (050)-912-69-88 və (070)-660-19-88 nömrələri ilə yalnız whatsapp üzərindən danışmışdır. O, saxlanılan zaman ilkin olaraq çəkiliş aparılmış sonra istintaq hərəkətlərinin davam etdirilməsi üçün onu Quba RPŞ-nə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, 09.08.2021-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndi ərazisində Şahid1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxs Şahid1 üzərindən 01 ədəd ağ kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuana aşkarlanaraq götürülmüşdür. Sorğu əsnasında Şahid1 narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra həmin gün yolun kənarında Təqsirləndirilən şəxs saxlanılmış, sonuncunun üzərindən 2 büküm narkotik vasitə olan marixuana aşkarlanaraq götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi onun gediş-gəliş istiqamətləri əvvəldən məlum olduğundan əməliyyat qrupu üçün Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək çətin olmamışdır. Şahid1 hadisədən təxminən 3 ay əvvəl də narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması şübhəsi ilə saxlanılsa da, həmin vaxt onun üzərində narkotik vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai itintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 09.08.2021-ci il tarixdə xidmət yoldaşı Şahid3la Quba rayonu, İİ Nügədi kəndində xidmətdə olduğu zaman Quba rayonu, İİ Nügədi kənd sakini Şahid1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında kənddə Şahid1 saxlanılmış və sorğu edilmişdir. Sorğu zamanı Şahid1 üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. O, bu barədə Quba RPŞnə məlumat vermiş, məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 üzərindən 1 büküm narkotik vasitə olan marixuana aşkarlanaraq götürülmüşdür. Sorğu əsnasında Şahid1 narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra həmin gün yolun kənarında Təqsirləndirilən şəxs saxlanılmış, sonuncunun üzərindən 2 büküm narkotik vasitə olan marixuana aşkarlanaraq götürülmüşdür. Əlavə suala cavab olaraq şahid bildirdi ki, Quba rayonu, İİ Nügədi kənd sakini Şahid1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması barədə məlumat mülki şəxsdən daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 digər Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi və əlavə olaraq bildirdi ki, Quba rayonu, İİ Nügədi kənd sakini Şahid1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması barədə məlumat mülki şəxsdən daxil olmuşdur. Samir Abdulmanafovla həmin gün onların əlaqəsi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai itintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Belə ki, 09.08.2021-ci il tarixdə polis əməkdaşı Şahid2 raportu əsasında əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxs Şahid1 üzərindən 1 büküm narkotik vasitə olan marixuana aşkarlanaraq götürülmüşdür. Sorğu əsnasında Şahid1 narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra həmin gün yolun kənarında Təqsirləndirilən şəxs saxlanılmış, sonuncunun üzərindən 2 büküm narkotik vasitə olan marixuana aşkarlanaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 və Şahid7 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid5 göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, Quba RPŞ-nin sabiq əməkdaşıdır. Hal-hazırda işləmir. Şahid1 ifadəsində qeyd etdikləri doğru deyil. Təqsirləndirilən şəxslə heç bir qəsdi-qərəzliyi yoxdur. Şahid1 ümumiyyətlə tanımır, nə də ona hər hansı məbləğdə pul verməmişdir. Ayxan və İbrahim saxlanılan gün orada olmamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs qardaşının saxlanılması ilə bağlı istintaq hərəkətlərində iştirak etmiş, lakin Təqsirləndirilən şəxs tanımır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi: Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, video yazıda Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Famil Mirzəbəyov, Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5, İTB-nin polis sahə nəfərləri, polis serjantları Şahid7 və Şahid6, Quba rayon vəkil bürosunun vəkili X11 və tünd qırmızı rəngli qısaqol köynək olan Təqsirləndirilən şəxs Quba rayonu, İİ Nügədi kəndi ərazisində küçədə dayanmışdırlar. Famil Mirzəbəyov sonuncunun narkotik vasitə olan qurudulmuş marixuananın satışında şübhəli bilindiyinə görə saxlanıldığını, Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitənin sonuncunun deməsinə görə ondan almasını bildirir. Daha sonra Famil Mirzəbəyov qrupun üzvləri, o cümlədən vəkilinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində olan əşyaları çıxarıb təqdim etməsini xahiş etdiyindən Təqsirləndirilən şəxs ciblərindən çıxardığı əşyaları, yəni 1 ədəd Redmi markalı mobil telefonu, 1 ədəd içərisində 5 ədəd plastik kart və 12 manat (bir ədəd 10-luq, iki ədəd 1 manatlıq əskinaz) pulu, bir ədəd alışqanı, o cümlədən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kağız bükülünü çıxarıb avtomaşının üzərinə qoyur. Həmin iki ədəd kağız bükülü baş təhqiqatçı tərəfindən açıldıqda içirisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilir. Baş təhqiqatçı Təqsirləndirilən şəxs bükülülərin içərisindəki kütlənin nə olmasını, haradan və nə vaxt əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs kütlənin narkotik vasitə marixuana olmasını, 3 gün öncə Bakı şəhərində Şamaxinka adlanan yerdən tapdığını qeyd edir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuana oxşar kütlənin olduğu iki ədəd kağız bükülünün hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə, bir bükülü 0,8 qram, digəri isə 0,6 qram, hər iksi birlikdə 1,2 qram çəkidə olması müəyyən edilir. Daha sonra qeyd olunan iki ədəd kağız bükülü baş təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini apardıqdan sonra saxlanılan şəxsə və müdafiəçiyə imza etdirdi. Baş təhqiqatçı bir neçə saat öncə saxlanılan Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütləni 10 manata Təqsirləndirilən şəxs alması barədə soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitə hesab olunan marixuananı Şahid1 verməsini etiraf edir. Üzərindən aşkar edilmiş 10 manat pulun isə İbrahim tərəfindən ona verilmiş ola biləcəyini bildirir. Famil Mirzəbəyov daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlədən istifadə edib etməməsini, əvvəllər məhkum olunmasını, nə zamandan bəri və hansı növ narkotik vasitələrdən istifadə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlədən istifadə etmədiyini, əvvəllər məhkum olunmadığını, əskərlikdən qayıtdıqdan sonra, yəni 2017-ci ildən bəri yanlız narkotik vasitə marixuanadan istifadə etdiyini bildirir. Müdafiəçi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının kənar şəxslərin təsirindən olub-olmamasını soruşur, baş təhqiqatçı polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərə məruz qalıb-qalmamasını soruşduqda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı təzyiqlərə məruz qalmadığını, baxışın keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Bununla da video çəkiliş başa çatır (DVD disk); Şahid1 üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, video yazıda Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Famil Mirzəbəyov, Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid4, İTB-nin polis sahə nəfərləri, polis serjantları Şahid3 və Şahid2, Quba rayon vəkil bürosunun vəkili X3 və əynində qara rəngli qısaqol köynək olan Şahid1 Quba rayonu, İİ Nügədi kəndində avtomobil yolunun kənarında dayanmışdırlar. Famil Mirzəbəyov sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirir. Daha sonra Famil Mirzəbəyov qrupun üzvləri o cümlədən vəkilinin iştirakları ilə Şahid1 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində olan əşyaları çıxarıb təqdim etməsini xahiş etdiyindən, Şahid1 ciblərindən çıxardığı əşyaları, yəni 1 ədəd Huavei markalı mobil telefonu və əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükülünü çıxarıb avtomaşının üzərinə qoyur. Həmin bir ədəd kağız bükülü Famil Mirzəbəyov tərəfindən açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edildi. Baş təhqiqatçı Şahid1 qeyd olunan kütlənin nə olması barədə soruşduqda Şahid1 həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirir. Həmin narkotiki həmkəndlisi Təqsirləndirilən şəxs 10 manata aldığını etiraf edir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu 1 ədəd kağız bükülü elektron tərəzidə çəkildikdə kütlənin çəkisi 0,3 qram olduğu müəyyən edilir. Daha sonra qeyd olunan bükülü baş təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini apardıqdan sonra saxlanılan şəxsə və müdafiəçiyə imza etdirilr. Müdafiəçi Şahid1 narkotik vasitəni öz istifadəsi üçün almasını soruşduqda, Şahid1 narkotik vasitə istifadə etmədiyini, qonağı üçün narkotik vasitəni almasını bildirir. Şahid1 polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərə məruz qalmadığını qeyd edir. Bununla da video çəkiliş başa çatır (DVD disk); Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Famil Mirzəbəyov, Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Asiman Mirzəyev, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid8, NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Samir Abdulmanafov fərdi yaşayış evinə daxil olurlar. Əynində ağ rəngli qısaqol köynək və gör rəngli şalvar olan orta yaşlı bir kişi qapıda polis əməkdaşlarını qarşılayır. Baxışın keçirildiyi yer Quba rayonu, İİ Nügədi kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ikimərtəbəli yaşayış evidir. Baş təhqiqatçı X14 Paşayevin narkotik vasitələrin satışı və üzərində aşkar olunması səbəbindən şübhəli şəxs qismində tutulduğunu, buna görə də evə baxış keçiriləcəyi zərurəti yarandığını Təqsirləndirilən şəxs izah edərək evə daxil olmaq üçün icazə alır. İ.Paşayev isə buna heç bir etirazının olmadığını deyib polis əməkdaşlarının içəri daxil olmasına icazə verir. İştirakçılar evin həyətinə daxil olaraq birinci mərtəbədə Təqsirləndirilən şəxs qaldığı otağa keçib dolablara, asılqanda asılı olan Təqsirləndirilən şəxs məxsus müxtəlif geyimlərə, çarpayıya və digər yerlərə baxış keçirirlər. Daha sonra sağda yerləşən digər yataq otağına daxil olaraq baxış keçirilir. Ardınca iştirakçılar orta İ.Paşayevlə birlikdə evin ikinci mərtəbəsinə çıxaraq orada olan otaqlara da baxış keçirirlər. Baxış zamanı dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya prekursorlar aşkar olunmur. Bununla da video çəkiliş başa çatır (DVD disk); “şəxsi axtarışın keçirilməsi barədə” 10.08.2021-ci il tarixli protokoldan görünür ki, 10.08.2021-cı il tarixdə saat 00:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.2000-ci il təvəllüdlü Şahid1 Quba rayonu, İİ Nügədi kəndi ərazisində saxlanılmış və sonuncuya 10.08.2021-ci il tarixdə saat 00:35-da üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Şahid1 da əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağızın içərisinə yığılmış narkotik vasitə olan marixuanaya oxşar spesifik iyə malik, yaşıl rəngli, otşəkilli kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuana olduğunu və həmin kütləni həmkəndlisi Təqsirləndirilən şəxs özü istifadə etmək üçün 10 manata alıb əynində olan açıq rəngli cins şalvarın cibində saxladığını, 10.08.2021-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şahid1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağızın içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə “CONSTANT 14192-33” markalı elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisi 0,3 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir (iş vər.: 20,21); “şəxsi axtarışın keçirilməsi barədə” 10.08.2021-ci il tarixli protokoldan görünür ki, 10.08.2021-cı il tarixdə saat 03 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba rayonu, İİ Nügədi kəndi ərazisində saxlanılmış və 10.08.2021-ci il tarixdə saat 03:05-da Quba rayonu, İİ Nügədi kəndi ərazisində Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs da əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd kağızın içərisinə yığılmış narkotik vasitə olan marixuanaya oxşar spesifik iyə malik, yaşıl rəngli, otşəkilli kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin marixuana olduğunu və həmin kütləni 3 gün bundan qabaq Bakı şəhərində Şamaxinka adlanan ərazidən 5 büküm tapıb əynində olan tünd göy rəngli cins şalvarın cibində saxladığını, 1 bükümünü həmkəndlisi Şahid1 verdiyini, 2 bükümü isə özü istifadə etdiyini, 10.08.2021-ci il tarixdə isə Quba rayonu, İİ Nügədi kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kağızın içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə “CONSTANT 14192-33” markalı elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlələrin ümumi çəkisi, 1,2 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd içərisində 05 ədəd plastik kart və 12 manat (01 ədəd 10 manat, 02 ədəd 1 manat) əskınaz pul da aşkar edilib götürülmüşdür (iş vər.: 40,41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 10.08.2021-ci il tarixli 7/773 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİN “Zərflər üçün №67” dairəvi möhür əksi olan, üzərində “10.08.2021-ci il tarixdə Quba rayonu.... Şahid1.... marixuanaya oxşar kütlə” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə, təmiz çəkisi 0,155 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (iş vər.: 62-66); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 10.08.2021-ci il tarixli 7/772 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası DİN "Zərflər üçün №67’’ dairəvi möhür əksi olan, üzərində "10.08.2021 -ci il tarixdə Quba rayonu ..... 2 ədəd kağız bükümdə olan marixuanaya oxşar kütlələr” yazı və imzalar olan zərfdə iki ədəd kağız kəsiyi bükümündə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,455 qram və 0,367 qram olmaqla, ümumi təmiz çəkisi 0,822 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs götürülmüş iki ədəd bükümdə və Şahid1 götürülmüş bir ədəd bükümdə olan marixuanalar tərkiblərinə görə fərqlənir (iş vər.: 56-61); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) 24.08.2021-ci il tarixli 3038 nömrrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 158,159); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “maddi sübut hesab edilmə haqqında” 20.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,455 və 0,367 qram olmaqla, ümumi təmiz çəkisi 0,822 qram narkotik vasitə olan qurudulmuş marixuana və Şahid1 üzərindən aşkar olunmuş bir bükümdə təmiz çəkisi 0,155 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vər.: 117,118); “sübutların qiymətləndirilməsi haqqında” 01.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik etməklə, ona həmin maddə ilə yenidən ittiham elan olunması; Şahid1 əməlində cinayət tərkibi olmadığından iş üzrə icraata ona dair hissədə xitam verilməsi və onun barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, şəxsi axtarış protokollarına əlavə olunmuş üç ədəd DVD disklərin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi; Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitənin ekspertiza tədqiqatından sonrakı qalığı, yəni 0,105 qram narkotik vasitə olan qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ekpsertiza tədqiqatından sonrakı qalığı, yəni 0,742 qram narkotik vasitə qurudulmuş marixuananın cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 20.08.2021-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınması; Məhkəmə Ekspertiza Mərkəzinin rəyi xüsusi biliyi olan ekspertlər tərəfindən hazırlandığından, onların istifadə etdiyi tərəzilər daha üstün tərəzilər olduğundan və ekspertizanın aparılması zamanı təqdim edilmiş obyektin yəni narkotik vasitə qurudulmuş marixuananın bükülülər olmadan elektron tərəzidə çəkilməsini nəzərə alaraq narkotik vasitə qurudulmuş marixuanaların məhkəmə-bioloji ekspertizasının 10.08.2021-ci il tarixli 7/772 və 7/773 nömrəli rəylərində göstərilən çəkilərin daha doğru olması nəzərə alınması qərara alınmışdır. (iş vər.: 163- 174); Quba Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli 3(027)-1071/2021 saylı qərarından göründür ki, Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, həbs etmənin əvvəli 27.12.2021-ci il tarixdən, saat 17:30-dan hesablanması, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şahid1 üzərindən götürülmüş 1 ədəd bükümdəki çəkisi 0,155 qram narkotik vasitə olan qurudulmuş marixuananın qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır. “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27.09.2021-ci il tarixli qərardan görünür ki, X12 18.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna 27.08.2021-ci il tarixdə isə Rayon Prokurorluğuna şikayət verərək, 11.08.2021-ci il tarixdə axşam saatlarında oğlu Təqsirləndirilən şəxs döyülmüş vəziyyətdə evə gəlməsini, buna səbəb isə polis əməkdaşlarının oğlunu tutub cibinə narkotik vasitə atmaq istəməsini, oğlu isə bunu qəbul etmədiyinə görə döyüb işgəncə verdiklərini, sonradan oğlu məcbur olaraq iki büküm marixuananı boynuna götürməsini bildirmişdir. X5 İİ qrup müharibəsi əlili olan oğlu Təqsirləndirilən şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsi və saxta ittihamla barəsində cinayət işinin açılması barədə şikayəti əsasında aparılmış araşdırma zamanı Quba Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyülməsi faktı öz təsdiqini tapmadığından toplanmış 145c-21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Quba Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli 6(027)-5/2022 saylı qərarından görünür ki, X12 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktının təsdiq olunmasını, Quba Rayon Prokurorluğunun 27.09.2021-ci il tarixli 145c-21 nömrəli qərarını ləğv edərək iş üzrə müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etməsini xahiş etmişdir. Məhkəmənin hərarı ilə şikayət təmin edilməmiş və Quba rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri X7 oğlunun 145 c-21 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə 27.09.2021-ci il tarixli qərarını qanuni hesab etmişdir. Quba Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli 1(027)-176/2021 saylı qərarına əsasən ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** və ***-***-**-** saylı nömrə ilə işləyən telefon cihazların 08-11.08.2021-ci il tarixlərində olduğu konkret ərazinin və həmin nömrənin kimə məxsus olmasının müəyyən edilməsi, həmin nömrəli mobil telefona edilən və həmin telefondan qəbul olunan zənglərin siyahısı, həmin nömrə ilə danışıqlar aparan abonentlərin adları və həmin danışıqların hansı antenlər tərəfindən qeydiyyata alınması, həmçinin SMS mətnləri barədə məlumatlar "xxxx" MMC və "xxxx" MMC-dən məlumatlar əldə edilmişdir. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş cavab məktubundan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələr "xxxx" operatorun şəbəkəsinə keçdiyindən nömrəyə dair məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş 01 ədəd CD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim edilmiş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqda təqsirli olması, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə ona görə təqsirləndirilir ki, o, bir ədəd bükümdə 0,155 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 09.08.2021-ci il tarixdə axşam saatlarında Quba rayonu, İİ Nügədi kəndində yaşadığı evin yaxınlığında küçədə həmkəndlisi Şahid1 10 manata satmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində sözügedən narkotik vasitəni Şahid1 verməsini etiraf etsə də, bunu hər hansı bir məbləğdə pul müqabilində deyil, tam təmənnasız etdiyini bildirmişdir. Belə ki, o, narkotik vasitə marixuananı boş siqaret qutusunun içərisinə qoyaraq İbrahimə verdikdən sonra, sonuncu marixuananı götürüb boş qutuya 10 manat pul qoyub yenidən qutunu Ayxana qaytarmış olur. Həmin xüsusat hər iki şəxsin ifadələrində öz təsdiqini tapır. Sadəcə Təqsirləndirilən şəxs həmin vaxt puldan xəbərsiz olduğunu bildirir. Məhkəmə isə bunu inandırıcı hesab etmir. Belə ki, həmin hadisə kəndin küçəsində axşam saatlarında baş vermiş və hər iki şəxsin bir yerdə olduqları halda narkotik vasitəni bu formada İbrahimə ötürülməsinə hər hansı bir zərurət görünmürdü. Həmçinin əgər Ayxan narkotik vasitəni boş siqaret qutusunda vermişdirsə, həmin boş qutunu (içərisində pul olduğunu bilməmişdirsə) hansı səbəbdən geri götürüb cibinə qoymuş, İbrahimdən aralandıqdan sonra isə qutunu açıb 10 manat pulu aşkar etmişdir. Bütün bunlar təqsirləndirilən şəxsin qeyri-səmimi ifadə verməsinə dəlalət edir. Şahid1 isə məhkəmədə şahid qismində ifadə verərkən aldığı narkotik vasitəyə görə 10 manat pulu Təqsirləndirilən şəxs özünə demədən gizli şəkildə siqaret qutusunun içərisində ötürdüyünü və bunu polis əməkdaşlarının tapşırığı ilə etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarında bu barədə əməlliyat-axtarış tədbirinin hazırlanması, keçirilməsi (məs. Şahid1 şərti alıcı qismində cəlb edilməsi, narkotik vasitəni almaq üçün ona nömrəsi və seriyası protokolda əksini tapan pul əskinazlarının verilməsi və s.) barədə sənədlər mövcud deyildir. Üzərinə axtarış keçirilən zaman aşkar edilmiş 10 manat barədə Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin pulun İbrahim tərəfindən ona verildiyini etiraf etmişdir. Digər tərəfdən, Şahid1 təqsirləndirilən şəxsin həmkəndlisi və qonşusu olduğundan ona qarşı ittihamedici ifadələr verməsinin ictimai qınağa səbəb olmasını, gələcəkdə qonşular arasında düşmənçilik və ədavətin yaranmasından ehtiyyat etməsini, özünün də narkotik vasitələrin istifadə etməsini nəzərə alaraq, məhkəmə onun bu cür ifadə verməsini qonşusunun məsuliyyətdən yayındırmaq üçün vermiş olduğu kimi qiymətləndirir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təyziqlərə məruz qaldığını bildirsə də, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə Rayon Prokurorluğunda baxılarkən bu barədə prokurora bildirməmişdir. Həmçinin üzərinə axtarış keçirilməsini əks etdirən videoyazıda da Təqsirləndirilən şəxs sifət və qolları (qısaqol köynəkdə olduğundan) nahiyəsində hər hansı bir xəsarət izləri müşahidə edilmir. Həmçinin həmin xüsusatlar rayon prokurorluğu tərəfindən araşdırılmış və qanuni qüvvəsini almış “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27.09.2021-ci il tarixli qərarı ilə təkzib edilmişdir. Həmin prosessual hərəkəti özündə əks etdirən videoçəkilişdə həmçinin protokolda qeyd olunanlar təsdiqini tapır. Videoçəkilişdən həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçinin suallarını cavablandıraraq, polis əməkdaşları tərəfindən ona heç bir təyziq göstərilmədiyini bildirmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında mobil operatorlardan əldə edilmiş məlumatlardan da müəyyən edilir ki, həmin tarixlərdə Şahid1la polis əməkdaşlarının arasında heç bir danışıq və ya yazışma qeydə alınmamış, adı çəkilən sabiq polis əməkdaşı Samir Abdulmanafovun anten dairəsi isə hadisənin baş verdiyi tarixdə həmin əraziyə təsadüf etmir. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq, inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 10.08.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 25,34,35); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 81, 82); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmaması haqqında” 11.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət prokuror tərəfindən təmin olunmamış, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 100-104); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 122); Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyinin 20.09.2021-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İİ Nügədi kəndində yaşayır. Təqsirləndirilən şəxs atası X13, anası X4 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 135-137); Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin 016126 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir (iş vər.: 91). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup müharibə əlili olmasını, törətdiyi cinayət əməlini etiraf edib, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdən 11.08.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 09.03.2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bunda başqa, iş üzrə maddi sübut kimi tanınmış Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitənin ekpertiza tədqiqatından sonrakı qalığı 0,105 qram narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ekspertiza tədqiqatından sonrakı qalığı 0,742 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 177,40 (bir yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarına məhkəmə iclaslarında müqavilə əsasında Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmiş olsa da, əvvəlki iclaslarda Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdən 11.08.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 09.03.2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitənin ekpertiza tədqiqatından sonrakı qalığı 0,105 qram narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ekspertiza tədqiqatından sonrakı qalığı 0,742 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 177,40 (bir yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********,AZ34CTRE********************, X9,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-12/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-12/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver