Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-12/2024 22.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyiyev Veysəl Surxay oğlunun katibliyi, Xüsusi ittihamçı X1 və onun nümayəndəsi Nümayəndə, Barəsində Xüsusi ittiham qaydasında şikayət verilən şəxs X20 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, "xxxx" MMC-də menecer vəzifəsində işləyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-1, bağ evi, 781B ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X5 xüsusi ittiham qaydasinda şikayətlə məhkəməyə müraciət edərək, X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində və "İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. O, uzun illərdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləyir. Daima qanunlara əməl etmiş, dövlətə sadiq olmuşdur. Dövlətin və Nazirliyin adını uca tutmuşdur. Dövlət və Nazirlik barəsində böhtan və yalan xarakterli məlumat yayanlara qarşı daima mübarizə aparmışdır. Bu illər ərzində iş yerində və cəmiyyətdə xarekterinə, davranış qaydalarına uyğun olaraq müsbət xarekterizə olunmuşdur. İş yerində və cəmiyyətdə hörməti və nüfuzu vardır. Fizuli rayonu, Xanlar küçəsi, ev 114, mənzil 14 ünvanında qeydiyyatda olan X4 Kamal Azər oğluna qarşı mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsilə 23 noyabr 2021-ci il tarixdə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. X24 həmin iddia ərizəsinə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, ərizə 06 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin qarşılıqlı iddiada onun barəsində böhtan və təhqir dolu məlumatlar yazmış, ona əsassız olaraq böhtan atmış, təhqir etmiş, şərəf və layəqətini alçaltmış, ağır cinayət törətməkdə ittiham etmişdir. Belə ki, iddianın ad hissəsində “DTX korrupsioneri X5 və qayını X9 iddia ərizəsi ilə bağlı" (iddia ərizəsinə əlavə edilən sənədlər səhifə 1) qeyd edərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin korrupsiya cinayətlərini və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər törətməkdə ittiham etmişdir. Daha sonra qarşılıqlı iddiada “Cavab: Sözü gedən əkin sahəsi, 2020 ildə tudduğu vəzifədən azad olunmuş DTX-nın keçmiş Baş İdarə rəisi, general-polkovnik Nizaməddin Həmidovun qardaşı oğlu, DTX da hələ ki çalışan korrupsioner X3 məxsusdur. X6, dövət gulluğunda calişarkən, saxta mülkiyyətçilər, qayını X17 və tələbə yoldaşı X22 vasitəsi ilə Quba Rayonunda özünə mexsus hektarlarla torpaq sahələrini, villalarını, biznes obyektlərini dövlətdən gizlədir. Əlimdə olan audio fakları, şahidlərin ifadələri və subutları məhkəməyə təqdim etməyə hazıram. Bu fakt hazırki mülki işi cinayət işinə çəvirməyə Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu, 9-cu Maddəsinə əsasən, tam əsas verir, (iddia ərizəsinə əlavə edilən sənədlər səhifə 2) “Cavab: ilk öncə Xanlarov Xanları nə mən nə də kənd camaatı nə üzdən tanıyırıq nə də nə vaxtsa kəndimizdə qörmüşük. Xanlarov məhkəməni aldadır. Özünə məxsus və dövlətdən gizlətdiyi RX seriyalı ******* əkin sahəsinin sərhədlərini genişləndirmək ücün mənə məs DTX-da çalışan korrupsioner X6 zəng etmişdir, Xanlarov Xanlar yox! Subut kimi məhkəməyə həmən telefon danişıqİarının səs yazmalarını təqdim etməyə hazıram. Həmidovu həmən sahənin faktiki sahibi kimi bütün kənd camaatı tanıyır. Həmidov kənd təssərüfatı təyyinatlı əkin sahəsinin üstündə qanunları pozaraq villa və əyləncə parkını inşa etmək ücün kənd ustaları ilə səxsən özü danişıqlar aparmışdır. Həmidovun villasında qulluqçu və bağban vəzifəsində kəndçilərimiz çalışır və həmən şəxlərin sözü gedən əkin sahəsinin əsl sahibi Həmidov olduğunu təstiqedici audio ifadələri məhkəməyə təqdim etməyə hazıram" qeyd edərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsilə vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda— cinayətləri törətməkdə ittiham edir. Bundan başqa həmin qarşılıqlı iddiada "Cavab: MTN-in xod gedən illərdə Həmidovun sifarişi ilə Daşınmaz Əmlakın Dövlet Reyestri Xidməti Həmidov istədiyi yerdə koordinatları geyd edir və əkin sahəsində işarəedici mixlar basdırır. Həmidov məni və gonşuları dəvət etmədən Reyestr Xidmətinin iştiraki ilə 2005 ildə basdırılan mıxlara uyğun, yarısı kubikdən yarısı tikanlı məftilnən çəpər atır. 2021 ildə Həmidov meftinən olan çəpəri sökür və mənim tərəfə 2 metr irəliyə keçməklə yeni çəpər atmağa çəhd edir, ümumilikdə uzunluğu 190 metr, eni 2 metr ölçüdə torpağımı zəbt etməyə çalışır. Mən mövçud olan çəpərin yerini dəyişdirməyə Həmidova içazə vermədim və 2005 ildə Həmidov şəxsən özü çəkdiyi və 2021 ildə özü sökdiyi hasarını mən öz hesabıma bərpa etmişəm" qeyd edərək onu yuxarıda qeyd etdiyi cinayətlərdən əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə yəni-qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cinayətində ittiham edir. Bundan başqa yenə də həmin qarşılıqlı iddiada "Sual: Necə olub ki, Daşınmaz Əmlakın Dövlet Reyestri Xidmətinin əməkdaşları Həmidovun əkin sohəsində işlər apararkən bu fərgi "görməyiblər"? Cavab: Bilərək, Korrupsiya !" yenə də sputnik vasitəsilə müəyyən olunub ki, korrupsioner Həmidov 1.74 ha əvəzinə 1.95 ha əkin sahəsini hasara alıb, sputnik şəkili elavededir. Sual: Hemidov tərəfindən zəbt etdiyi 21 sot hansı sənətdə göstərilib və həmən 21 sotun əsl şahibləri kimdir? Məndən zəbt etmək istədiyi 4 sotun iddiası hansı rəsmi sənədə əsaslanıb? DTX da çalışan korrupsioner Tərigəddin Hemidov, kənd camaatının savadsızlığındgn istifadə edərək azsaylı xalqın nümayəndələrinin mülkiyyətində olan torpaqları işqal edir. Eyni qaydada Həmidov mənim torpoğımin bir hissəsini 12 ildir ki ələ keçirməyə cəhd edir. Dövlət buna göz yumsa və korrupsioner Həmidiv belə hərəkətləri davam etsə kənd camaatı öz etirazını bildirmək üçün qalxacaq. Reyestr Xidmətində çalışan bəzi vəzifəli şəxslər, müxtəlif maxinasiyalardan istifadə edərək, onlarla əlaqəli olan digər dövlət məmurların xeyrinə, məmurları verilən çixarışlarda original koordinatlardan fərqli, məmur sifariş etdiyi yeni koordinatları geyd edirlər. Məs buna görə original sənəd kimi sayılan Torpağa Mülkiyyət Hüququna X27 geyd olunan koordinatlar əsas kimi götürülməlidir, yeni koordinat sisteminə çevirilməlidir (Ekspert Reyinə baxin) və korrupsiya halları aşkar olunmalıdır". "Ölkəmizdə MTN qanunsuzluqları baş verən illərdə, Həmidov MTN-də tutduğu vəzifədən istifadə edərək, mənə hədə gorxu gələrək, mənə təziqlər göstərərək, məhkəmənin qərarı yenə də "Sputnik vasitəsilə müəyyən olmadan, yeni aldığı kənd təssərüfatı təyinatlı əkində villanı inşa etmək ücün və tikinti materiallarinı daşımaq ücün, məndən razılıq almadan özbaşına ikinci yol acır. Yolu mənim meyvə bağımın üştündən apararkən Həmidov 20-yə yaxın cavan meyvə ağaclarını məhv edir və torpağımın bir hissəsini zəbt edir. Həmidovun qeyri qanuni hərəkətləri üzərində araşdırmaları aparmaq ücün, mənim kimi Həmidovdan və onun mafiya qruplaşmasından zərər çəkənlərin hüquqlarını müdafiyə və bərpa etmək ücün Həmidova qarşı cinayyət işini qaldirmağa zərurət görurəm". "İddiaçı və onun arxasında duran qayını, DTX-da çalışan X8 tərəfindən 1.74 ha dan artıq, kənd camaatından zəbt etdikləri 21 sot kimə məxsus olduğunu müəyyən etmək üçün, Həmidovun gizli əmlaklarını və korrupsiya sxemlərini üzə çixartmaq ücün, kənd təssərüfatı təyyinatlı RX ******* nömrəli əkin sahəsində Həmidov tərəfindən qanunsuz tikilmiş villa və əyləncə parkına qanuna müvafiq rəy və qərar çıxartmaq üçün, korrupsionerlərlə əlaqəsi olmayan Müstəqil Komissiya yaradılmasının sizdən xahiş edirəm. Komissiya üzvlərinin CV-lərini (Tərçüməyi-Halı) mənə göndərməyə sizdən xahiş edəcəm. 3. Korrupsioner Həmidovla və onun mafiya qruplaşmasının üzvü və qayını olan iddiaçı Hüseynovla bağlı qeyd etdiyim faktlarını və fəaliyyətlərini araşdırmaq ücün sənədləri baş prokurorluğa rəsmi qaydada göndərməyə sizdən xahiş edirəm. 4. Mənə və digər qonşulara dəymiş mənəvi və maddi ziyanı hesablayıb İddiaçıya və qayını Həmidova bizə, zərər çəkmişlərə ödətdirməyə sizdən xahiş edirəm. 5. Mənim və ailə üzvlərimin Korrupsioner Həmidovdan və onun adamlardan qorunmasının təmin etməyə sizdən xahiş edirəm." qeyd edərək onu yuxarıda göstərilən cinayətlərdən əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə yəni - vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə yəni şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi cinayətini törətməkdə ittiham edir. Bundan başqa həmin iddia ilə bağlı 14 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş məlumatlar və vəsatətlərdə "DTX korrupsioneri X7" yazaraq onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsilə Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda— cinayətləri törətməkdə ittiham edir. Bundan başqa yenə də məhkəməyə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə daxil olmuş məlumatlarda onu "DTX korrupsioneri X7" yazaraq, bundan başqa X24 yenidən 28 iyun 2022-ci il tarixdə ona və X15 qarşı iddia ərizəsi ilə Quba Rayon məhkəməsinə müraciət etmişdir. Həmin iddiada yenə də onun barəsində böhtan və təhqir dolu məlumatlar yazmış, ona əsassız olaraq böhtan atmış, onu təhqir etmiş, onun şərəf və layəqətini alçaltmış, onu ağır cinayət törətməkdə ittiham etmişdir. Belə ki, "DTX-da tutduğu vəzifədən sui istifadə ederək X5 formal mülkiyyətçi və qayını X9 vasitəsilə iddiaçı X20 torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirməsinə 14 ildir ki (2008 ildən) maneələr yaradır" yazaraq, bundan başqa həmin iddiada "Sual: Dövlətin təhlükəsizliyini təmin etməli olan, maaşa çalışan DTX əməkdaşının hektarlarla torpaqların satın alınması ücün, iki mərtəbəli villa, sauna, yay kafesi inşa etməsi ücün küllü miqdarda vəsaitın mənbəyi nə ola bilər? Bəlkə oğlunun adını daşıyan və yol tikintisi ilə məşqul olan Rumi MMC, bəlkə dövlətdən qizlətdiyi diqər biznes və firmaları? Bəlkə diqər korrupsiya əməlləri?" qeyd edərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsilə Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; cinayətləri törətməkdə ittiham edir. Bundan əlavə iddia ərizəsinə qoşma sənədlərdə onun şəxsiyyət vəsiqəsində olan rəngli şəklini əlavə etmiş, onun şəxsi məlumatlarını ələ keçirmiş və üzərinə "X8, DTX polkovniki" yazmış, həmçinin iddia ərizəsinin giriş hissəsində onun FİN kodunu yazmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində cavabdehlərin FİN kodunun göstərilməsi barədə heç bir tələb yoxdur. İddiaçı onun şəxsi məlumatlarını yaymaq məqsədilə bunu etmişdir. Bundan başqa onun FİN kodunu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini yazmış, lakin onun ünvanı kimi iş yerinin ünvanını qeyd etmişdir. Cavbadeh bunu qəsdən onun barəsində əsassız yazdığı məlumatların iş yerinə göndərilməsi və onun nüfuzuna zərər gəlməsi üçün etmişdir. Ona görə ki, onun FİN kodunu və AZE seriyasını bilən şəxs qeydiyyat ünvanını bilməməsi inandırıcı deyildir. Belə ki, onun şəxsi məlumatlarını (şəxsiyyət vəsiqəsinin FİN kodunu, seriyasını) əldə edərək iddia ərizəsinə yazmışdır. Belə ki, həmin məlumatları hər bir şəxs əldə edə bilməz, məlumatlar şəxsi məlumatlar olduğu üçün onlara çıxış yalnız qanunla müəyyən edilmiş orqanlara məxsusdur. Göstərilən və sübut kimi şikayətinə əlavə edəcəyi faktlar X24 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Barəsində Xüsusi ittiham qaydasında şikayət verilən şəxs X20 müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasinda şikayətə etiraz verərək, iş üzrə xüsusi ittihamçı X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasinda şikayət üzrə CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə X21 bəraət verilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Məhkəmə iclasında xüsusi ittihamçı X1 nümayəndəsi vəkil Nümayəndə bildirdi ki, şikayət ondan ibarətdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Kamal Şabanov aralarında heç bir mülki mübahisə olmadan dəfələrlə X1 və sonuncunun ailə üzvləri barəsində bir çox qurumlara şikayətlər edərək Təriqəddin Həmidovu korrupsioner adlandırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X24 təqdim olunan faktlara baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X20 nümayəndəsi və vəkili Müdafiəçi oğlu bildirdi ki, xüsusi ittahama qarşı verilən etiraza qarşı mülahizədə ziddiyyətlər var. Mülahizədə bir tərəfdən səs yazısının həmin şəxsə aid olmaması göstərilir, digər tərəfdən qeyd olunur ki, səs yazısı qeyri-qanuni üsulla əldə edilib. Dolayısı ilə mülahizədə həmin səsin xüsusi ittihamçıya məxsus olmasını etiraf etmiş olur. Həmidov Təriqəddin səs yazısının ona aid olmasını qəbul etmirsə ekspertiza təyin olunması zərurəti yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında da qeyd olunur ki, hər hansı şəxsin şəxsi həyatına aid olan səs yazısı və video görüntü paylaşılmamalıdır. Məhkəməyə təqdim olunmuş səs yazısı, tərəflər arasında bilavasitə olmasa da, dolayı yolla tərəflər arasında mülki mübahisə ilə bağlıdır. Kamal Şabanov dəfələrlə qeyd edib ki, mülki mübahisənin Həmidov Təriqəddinə aidiyyəti yoxdur, mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisi Xanlar Xanlarovdur. Kamal Şabanova aid iki əmlak var. Biri Bakıda, digəri Quba rayonundadır. Təriqqətin Həmidovun da ünvanı bəllidir. Lakin onlar qonşu deyildir. Qonşu olmadığı təqdirdə xüsusi ittihamçının həmin səsin yazıldığı Quba rayonunda olan mübahisəli torpaq sahəsində olması nə ilə əlaqədardır?. Sonda müdafiəçi göstərdiklərinin nəzərə alınmasını və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini xahiş etdi. İş materiallarında olan flash daşıyıcıdan və ona əlavə edilmiş vəsatədən görünür ki, X5 ilə X24 arasında olan danışıqlar zamanı: 05:58 saniyəsində Kamal Şabanov "Təriqəddin, Qubanın 80% camaatı alqı-satqı eliyib Mehribanla. İndi Mehribanı məhkəməyə veriblər, çünki sistemə vurmuyublar o sənədləri.”, "Kökü əlbəttə yoxdu, çünki", Kamal Şabanov "çünki rüşvət götürürdü bu adam.", 06:20 saniyəsində Kamal Şabanov "Onda elə çıxır ki camaatın 80% sənədi yoxdu.", 06:29 saniyəsində Kamal Şabanov "Yox ey, Mənşəndən qabaq bu yeri almışdım axı.", 06:34 saniyəsində Kamal Şabanov "Alqı satqı ilə", 06:36 saniyəsində Kamal Şabanov "Bəli, bəli", 06:41 saniyəsində Kamal Şabanov "Mehriban mənə sənəd vermiyib, ey. Mehriban mənə alqı satqı edib, ondan sonra mən 7 sotun dövlət şəhadətnaməsini almışam", 06.50 saniyəsində Kamal Şabanov "Heç bir saxta sənəd zad deyil", 06:55 saniyəsində Kamal Şabanov "Kim araşdırır?", 06:57 saniyəsində Kamal Şabanov "Dövlət araşdırsın da. Mehribanlıq işdi bu, bizlik deyil. Bizliy burda nə var?", 07:03 saniyəsində Kamal Şabanov "Mənin 7 sot qanunən çıxmalıdır sənin sənədindən", 07:07 saniyəsində Kamal Şabanov "Necə çıxmamalıdır? Kim sənə deyib?", 07:14 saniyəsində Kamal Şabanov "Yox, sən neynəməy istiyirsən?", 07:18 saniyəsində Kamal Şabanov "Dövlət nə desin, onda gəl dövlət səviyyəsində söhbətimizi eliyək də. Onda rəsmi orqanlar gəlsin araşdırsın. Mən burda necə ev tikmişəm, hansı sənədlə, sən burda villanı necə tikmisən, hansı sənədlə? Bunu istiyirsən?", 07:35 saniyəsində Kamal Şabanov "Necə yəni yoxdur? Sən DTX-nın əməkdaşısan. Gəlib burda 2 mərtəbəli villa tikmisən, özüdə ki əməkdaş təsdiq edir ki", 07:48 saniyəsində Kamal Şabanov “Necə yəni nə işinə qalıb, o pul hardandı səndə? 80 min dollar hardan almısan?", 07:52 saniyəsində Kamal Şabanov "Dövlət işindəsən" 07:57 saniyəsində Kamal Şabanov "Aidiyyatı orqanlara izah edərsən onda”, 08:03 saniyəsində Kamal Şabanov "Və reyestr xidməti sənə necə bu çıxarışı verib? Kənd təsərrüfatı təyinatlı torpağın üstündə ev olar? İki mərtəbəli villa, 3 maşınlıq qaraj və park", 08:15 saniyəsində Kamal Şabanov “Yaxşı, yaxşı", 08:20 saniyəsində Kamal Şabanov reyestr əməkdaşına xitab edərək - "Hara gəldin qardaş sən, Gəlib hara çıxıbdı bu", 08:56 saniyəsində Kamal Şabanov "Sən nahaq bunu gətiribsən", 09:09 saniyəsində Kamal Şabanov "Birdə mənim 7 sotumu göstərərsən Faiq", 09:15 saniyəsində Kamal Şabanov "Heç bir sual altında deyil. Mənim Dövlət sənədim var, 7sotun", 09:34 saniyəsində Kamal Şabanov "Bu ərazi mənim ərazimdi sənəddə. İndi hansı saxtadırsa qoy, Dövlət araşdırsın”, 14:20 saniyəsində Kamal Şabanov "Sən mənə göstər nə sənəddi orda, Baxım da sənədi görmək istiyirəm, niyə görə şey eliyirsən ki, sənədə baxıram da, əgər düz sənəddirsə,burda nə problem var ki", 16:02 saniyəsində Kamal Şabanov "Deməli, Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış seriya nömrəsi: 0403708, Mülkiyyətçi X18, deməli bu torpaq sənin deyil. X30 admadı, bəs sənin burda nə işin var? ”, 16:18 saniyəsində Kamal Şabanov "Neçəyəni, deməli sən DTX-da işləyəişləyə, sən dövlətdən gizlədirsən ki, əsil mülkiyyətçi sənsən", 16:36 saniyəsində Kamal Şabanov "Kənd təsərrüfatı təyinatlı torpaqlar? Bu ev ola ola siz buna sənəd vermisiz?", 16:40 saniyəsində Kamal Şabanov "Qanun pozuntusu yol verilib ey, sən nə danışırsan? Əlbəttə dəxli var sən mənim evimi sökdürməy istiyirdin, məhkəməyə vermişdin." 16:49 saniyəsində Kamal Şabanov " Mən vermişəm? İddianı mən çıxardım göstərim?Kimin adından iddia çıxıb. Bu saxta sənəddir. Bunu əgər", 16:59-17:21 saniyələri arasında Təriqəddin tərəfindən X21 qarşı "adam deyilsən, olmuyubsan, mondoluşqasan, tərbiyəsiz" tipli müxtəlif təhqiramiz ifadələr işlədilmişdir. 17:27 saniyəsində Kamal Şabanov "Söküləcəy? baxarıq", 18:14 saniyəsində Kamal Şabanov "Çünki sən mənim yerimə girmisən, sən mənim sotumun bir hissəsinə girmisən, məndən xəbərsiz divar atmısan", 26:00 saniyəsində Kamal Şabanov "Bəs nəyə görə mən öz yerimi verməliyəm sənə?" cümlələri işlətmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri təqdim edilmiş sübutlar, tərəflərin göstərdiyi hallar əsasında tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X20 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi yoxdur və ona bəraət verilməlidir. X16 xüsusi ittihamçı X2 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya ləyaqətini nalayiq formada qəsdən alçatma cinayətinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət-mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-cimaddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 139-cu maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və X11 haqqında Konvensiya”nın 6-cı maddəsinin 2ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Məhkəmə qeyd etməyi zəruri sayır ki, vətəndaşların şərəfini, şöhrətini və işgüzar nüfuzunu qorumaq hüququ onların konstitusiya hüququdur. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının (bunan sonra, Konstitusiya) 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın İİİ fəslinin müddəalarına əsasən bir şəxsin və vətəndaşın hüquq və azadlıqları beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, normalarına uyğun olaraq tanınır və təmin edilir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya müddəalarını nəzərə alaraq, şərəf və işgüzar nüfuzun qorunmasına dair mübahisələrin həllində məhkəmələr bir tərəfdən vətəndaşların şərəf, ləyaqət və işgüzar nüfuzunu müdafiə etmək hüququ və Konstitusiya ilə təmin edilmiş digər hüquq və azadlıqları arasında bir tarazlığı təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasına görə, həmin maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla törədildikdə yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqətidedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Böhtan hər hansı digər diffamasiya halları kimi (ləkələyici, böhtan və ya təhqiredici xarakterli məlumatların yayılması) həmişə şəxsi, mənəvi hüquqların toxunulduğu hallardır. Diffamasiya ümumi mənada böhtan xarakterli məlumatların yayılması deməkdir. Sonra isə onun müxtəlif konfiqurasiyaları olur: qeyri-dəqiq ləkələyici məlumatların yayılması, sadəcə olaraq qeyri-dəqiq və bilərəkdən yalan ləkələyici məlumatların yayılması – məhz bu, böhtandır. Mülki-hüquqi diffamasiyanın klassik tərkibi böhtan xarakterli qeyri-dəqiq məlumatdır, lakin onu yayan şəxs bu məlumatın yalan olduğunu bilməyə də, vicdanlı olaraq aldanmış və ya xətaya düşmüş ola bilər. Böhtan, diffamasiyaya dair mülki iddiadan fərqli olaraq cinayət əməlidir. Və bu iki hüquq pozuntusu arasındakı fərq ondan ibarətdir ki böhtan həmişə bilərəkdən yalan olan faktoloji məlumatların yayılmasıdır. Bu o deməkdir ki, həmin şəxs yalan yaydığını əvvəlcədən bilmiş və kiminsə nüfuzuna xələl gətirmək məqsədi ilə bilərəkdən bunu etmişdir. Ləyaqət və şərəf bir çox hüquq sahələrinin normaları ilə qorunur. Lakin ictimai münasibətləri daha kobud və yolverilməz formada pozan hər hansı əməl, bir qayda olaraq, cinayət qanununda cinayət kimi nəzərdə tutulur. Şəxsin konstitusion dəyərləri olan ləyaqəti, şərəfi, nüfuzu, cinayət hüququnun müdafiə obyekti xassəsini itirməməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, öz fikirlərini açıq şəkildə ifadə etmək o halda cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu fikirləri qəbul edən insanları qanunsuz hərəkətlərə və ya zorakılığa sövq edə bilsin və yalnız bu şərtlə ki, əməl qəsdən, yüksək ehtimalla, bu kimi hərəkətlərə təhrik etmək niyyətilə edilsin. Şəxsin ictimai qiymətinin ədalətliliyinin hüquqi müdafiəsini yüksək sosial təhlükə törətməyən, əksər hallarda məişət və ya xidməti münaqişələr zəminində inzibati və ya mülki hüquq normaları ilə həyata keçirmək daha humanistcəsinədir. Bu cür hərəkətləri edən şəxs, bir qayda olaraq, məlumdur, bir şəxs haqqında ədalətsiz qiymətləndirmə nisbətən kiçik bir qrupda (kollektiv üzvləri, evin sakinləri arasında) yayılır, zərər isə yalnız müəyyən bir şəxsin mənafeyinə vurulur. Çətin ki, ibtidai istintaqa xas olan mürəkkəb və uzun prosedurlar burada özünü doğrultsun. Böhtan işlərinin ən çətin tərəfi böhtan atan şəxsin yalan yaydığını bildiyini sübut etməkdir. Əgər bu sübuta yetirilməzsə, inzibati məsuliyyət, mənəvi zərərin ödənilməsi mümkündür, lakin cinayət təqibi mümkün deyil. Məhkəmə böhtan yayan şəxsin niyyətini müəyyən etməli və bunu sübut etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz ifadəsini yalan və ya doğru hesab etdiyinə şübhə ilə yanaşır, çünki o, özü və digər insanlar üçün çox əhəmiyyətli hesab etdiyi məsələyə münasibətini açıq şəkildə ifadə edib. Xüsusi ittihamçı ilə birbaşa olmasa da, dolayı yolla aralarında mülki mübahisənin olmasının və xüsusi ittihamçının vəzifəli şəxs olaraq ona hər hansısa təsirin göstərilməsi ilə bağlı fikrə baxsaq, bunu qanunun anladığı mənada böhtan hesab etmək çətindir. Bunlar daha çox dəyər mühakimələridir. Düzdür, fikir tənqidi xarakterlidir və şikayətçi üçün həssasdır. Buna baxmayaraq, bu yalnız qiymətdir. Əgər şəxs vicdanla səhv edibsə, yayılan məlumatı doğru hesab edibsə, böhtana görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xüsusi ittihamçının vəzifəli şəxs olmaqla tutduğu mövqedən istifadə edərək ona hər hansısa təsir göstərəcəyinə inanması onu göstərir ki, təqsirləndirilən şəxs yaydığı məlumatı doğru hesab edib. Təqsirkar şəxsin hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasını müəyyən etmək üçün yayılan böhtan xarakterli məlumatın onun üçün bilərəkdən yalan olması lazımdır. İnsanın zərərçəkmiş şəxs haqqında subyektiv fikrinin ifadəsi olan ifadə edilmiş dəyər mühakimələri böhtan sayılmır. Məlumatın qəsdən yalan olması o deməkdir ki, təqsirkar şəxs onların reallığa açıq-aşkar uyğun olmadığını bilir. Başqa şəxs haqqında biabıredici olsa da, həqiqətə uyğun məlumatların yayılması böhtana görə cinayət məsuliyyətinə səbəb olmur. Eyni şəkildə, əgər bir şəxs səhvən vicdanla, həqiqətə uyğun gəlməyən böhtan xarakterli məlumat yayırsa, bu məsuliyyət də istisna edilir. Qeyd edilən maddə üzrə əməldə cinayət tərkibinin yaranması üçün əmələ psixoloji münasibət vacib rol oynayır. Yalan məlumatın yayılmasında niyyət şəxsin cəmiyyətdə nüfuzdan salmaq olmalıdır. Hazırkı işdə bu niyyətin olması təsdiq edilmir, mülki mübahisə ilə bağlı özünü müdafiə xarakteri daşıyır, əksinə belə niyyətin olmaması işdə olan sübutlarla təsdiq edilir. Beləliklə, müəyyən olunur ki, təqsirləndirilən şəxs tərəfindən dövlət orqanlarına ünvanladığı ərizələrdəki şikayət xarakterli mülahizələr faktın əks etdirilməsi kimi deyil, onun fikrinin əks etdirilməsi kimi qiymətləndirilməlidir ki, bu da özü-özlüyündə cinayəthüquqi qiymətləndirmə baxımından böhtan sayıla bilməz. Təqsirləndirilən şəxsin hüququnun pozulmasına münasibətdə fikrini bildirməsi onun ifadə azadlığına hər hansı məhdudiyyət qoyulmasının zəruriliyini istisna edir. Belə bir məhdudiyyətin tətbiqi üçün ciddi ictimai tələbat mövcud deyildir. Məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin xüsusi ittihamçının hərəkətləri ilə bağlı dövlət orqanlarına və məhkəmələrə dəfələrlə müraciətlər və şikayətlər etmiş və etməkdə davam edir. Məhkəmə işdə iştirak edən şəxslər arasında yaranmış gərgin şəxsi münasibətləri, habelə prosesdə müəyyən edilmiş faktiki halları nəzərə alaraq, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs yayılmasında təqsirləndirildiyi informasiya yayarkən, onları yalan hesab etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yalan olduğunu biləbilə xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları dövlət orqanlarına ünvanladığı şikayət və ərizələrdə böhtan atması, yəni təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibinin olması barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsddən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə, şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkillatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Məhkəmənin qiymətləndirilməsinə görə dövlət orqanlarına ünvanlanmış ərizə və şikayətlərdə nalayiq ifadə mövcud olmamış, xüsusi ittihamçının şərəf və ləyaqəti nalayiq formada alçadılmamışdır. Dövlət orqanlarına ünvanlanmış ərizə və şikayətlərdə “korrupsioner” sözü dil üslubuna gəldikdə kəskin ifadə kimi yer almışdır. Lakin dövlət orqanlarına ünvanlanmış ərizə və şikayətlərin məqsədini və təsir göstərmək istədiyi auditoriyanı nəzərə alsaq, məhkəmə bu fikirdədir ki, istifadə edimiş dil üslubu həddini aşan hesab oluna bilməz. Məhkəmə araşdırmaları zamanı ittiham tərəfi təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafisinə təminat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 125, 143-145-ci maddəsində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinin əsasları öz əksini tapmışdır. Qeyd olunan normaların mənasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar qanuni yolla əldə edilməli, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Habelə, həmin Məcəllənin 44.1-ci maddəsində göstərilmişdir ki, yalnız məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fıkirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfınin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri xüsusi ittihamçının təqdim etdiyi sübutlar əsasında qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər X20 barəsində ittiham hökmü çıxarılması üçün əsas deyildir. X20 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən X20 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və onlara bəraət verilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə bəraət verilsin. Hökmdən elan olduğu andan 20 gün müddətində Quba Raayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-12/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-12/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver