Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-120/2021 31.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının axırlarında Quba rayonu, İ Nügədi kəndində yaşadığı evin həyətyanı sahəsində xeyli miqdarda, yəni 9 ədəd narkotik tərkibli çətənə bitkisini kultivasiya etmiş, 12.05.2021-ci il tarixdə saat 08:50 radələrində Quba RPŞ-nin əməkdaşları tərifindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs evinin həyətində əkib aqrotexniki qaydada qulluq edərək kultivasiya etməklə yetişdirdiyi 9 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 75 qram narkotik təbiətli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və göstərdi ki, o, ağrıları olduğu üçün narkotik tərkibli bitki olan çətənədən hazırlanan marixuanadan aradabir çəkməklə istifadə etmişdir. Təxminən 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhərinə getmiş, Bakı şəhəri «Şamaxinka» adlanan ərazidə olan zaman tanımadığı bir nəfərdən siqaret almış və həmin şəxslə söhbət zamanı sonuncu ondan narkotik vasitə olan «nəşə» istəyib-istəmədiyini soruşmuşdur. O, bir neçə müddət narkotik vasitə qəbul etmədiyindən ağrıları artmış, 1 ədəd nəşə alıb çəkib ağırlarının azalacağını düşünmüşdür. O, həmin şəxsə 10 manat vermiş, sonuncu da ona bir qədər gözləməyini deyib getmiş və təxminən 30 dəqiqə sonra yanına qayıdıb ona içərisində 1 ədəd narkotik vasitə - nəşə olan qara rəngli balaca sellofan bükülü vermişdir. O, narkotik vasitə olan nəşəni özü ilə yaşadığı evə gətirmiş, yaşadığı evin həyətində nəşəni çəkmək qərarına gəlmişdir. Nəşənin üzərindəki kağız parçasının içərisinə doldurmaq istəyən zaman parçanın içərisindən təxminən 10-a yaxın dənəciklər əlinə düşmüşdür. Həmin dənəciklərin toxumlar olduğunu bilmiş, toxumları əkib-becərib yetişdirdikdən sonra özü üçün istifadə edəcəyini düşünmüşdür. Həmin toxumları 2021-ci ilin mart ayında özü hazırladığı dibçəklərə əkmişdir. Narkotik tərkibli bitki olan çətənə toxumlarına mütəmadi olaraq qulluq etmiş və 2021-ci ilin aprel ayının sonu, may ayının əvvəllərindən etibarən əkdiyi 3 ədəd dibçəkdə 9 ədəd kolun əmələ gəldiyini görmüş və həmin çətənə kollarını tam yetişdikdən sonra dərmək istəmişdir. 12.05.2021-ci il tarixdə təxminən saat 08 radələrində yaşadığı evdə olan zaman Quba RPŞ-nin əməkdaşları evinə gələrək həyətyanı sahəyə baxış keçiriləcəyini, narkotik tərkibli bitkiləri əkib becərməkdə şübhəli olduğunu elan etmişlər və yaşadığı evin həyətinə baxış keçirmək qərarına gəlmişlər. Ondan narkotik vasitənin yerləşdiyi yerin göstərməsini istəmişlər. O, evin arxa tərəfində bağ sahəsində 3 ədəd dibçəkdə ümumi sayı 9 ədəd olan narkotik tərkibli çətənə kollarını əkdiyi yeri əyani olaraq göstərmişdir. Polis əməkdaşları dibçəklərin olduğu yerə baxış keçirmiş və 9 ədəd kolu götürmüşlər. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş, həmçinin götürülmüş 9 ədəd kol zərfə qoyularaq qablaşdırılmış və o, baxışda iştirak etdiyi vəkili ilə birlikdə zərfi imzalamışlar. Bütün prosessual hərəkətlər çəkilişlə aparılmışdır. Daha sonra sənədləşmə aparılması üçün onu Quba RPŞ-yə dəvət etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq, əvvəl narkotik vasitələrdən istifadə etsə də, birinci dəfədir ki, özü əkmişdir. Belə ki, Bakı şəhərində olan zaman tanımadığı şəxsdən toxum əldə etmiş və həmin toxumları gətirib evinin həyətində əkmişdir. Həmin toxumları o, şəxsi istifadəsi üçün əkmişdir. Yaşadığı evin həyətində ümumi sayı 9 ədəd olan narkotik tərkibli çətənə kolları yetişmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman müdafiəçinin iştirakı ilə həyətinə baxış zamanı çətənə kolları aşkar edilmişdir. Baxış polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin TB-nin təhqiqatçısı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Quba rayonu, İİ Nügədi kənd sakini Seyran adlı şəxsin qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat aparatına daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupunun iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12.05.2021-ci il tarixdə saat 08.50-də Quba rayonu, İİ Nügədi kəndində yaşadığı evin qarşısında saxlanılaraq özünün icazəsi ilə yaşadığı evdə videoçəkilişlə, vəkil Müdafiəçi və aqronom Firuz Hüseynovun iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli olması bildirilmiş, hüquq və vəzifələri izah edilməklə ona vəkil təqdim edilmişdir. Seyran vəkilin iştirakı ilə yaşadığı evin həyətinə daxil olub baxış keçirilməsinə etiraz etməmişdir. Seyrana narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsi təklif edildikdə, sonuncu yaşadığı evin həyətində 3 ədəd dibçəkdə narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmişdir. Həmin dibçəklərdə olan bitkilərə baxış keçirilmiş və aqronom Firuz Hüseynov həmin bitkilərin narkotik tərkibli çətənə kolları olmasını və həmin bitkilərə qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahədə başqa narkotik tərkibli bitkiləri əkibəkmədiyini və həmin əraziyə baxış keçirməyə etirazı olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş və başqa narkotik tərkibli bitki əkmədiyini bildirmişdir. Bağ sahəsinə baxış keçirilmiş və başqa heçnə aşkar edilməmişdir. Daha sonra 3 ədəd dibçəkdən aşkar olunaraq çıxarılmış 9 ədəd çətənə kolları götürülüb ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Seyran, vəkil Müdafiəçi və aqronom Firuz Hüseynov tərəfindən zərf imzalanmışdır. Təqsirləndirilən şəxs prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, baxış zamanı təqsirləndirilən şəxsin könüllü şəkildə göstərdiyi ərazidə bitki kolları aşkar edilmişdir. Sorğu əsnasında təqsirləndirilən şəxs həmin kolların narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün əkdiyini etiraf etmişdir. Baxış zamanı təqsirləndirilən şəxsə qarşı əməliyyat iştrakçıları tərəfindən hər hansı təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X10 ibtidai istintaqa veridiyi ifadəsini təsdiq edərək digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o, Quba rayonu, İİ Nügədi kənd sakini Seyran adlı şəxsin qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat aparatına daxil olmuş məlumatın yoxlanılması məqsədilə CAB-m əməliyyat müvəkkili Şahid3, NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 və KTQ-nin baş inspektor-kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupunun tərkibində əməliyyat tədbiri keçirmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12.05.2021-ci il tarixdə saat 08.50-də Quba rayonu, İİ Nügədi kəndində yaşadığı evin qarşısında saxlanılaraq özünün icazəsi ilə yaşadığı evdə video çəkilişlə vəkil Müdafiəçi və aqronom Firuz Hüseynovun iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli olması bildirilmiş, hüquq və vəzifələri izah edilməklə Quba Rayon Vəkil saat 08.50-də Quba rayonu, İİ Nügədi kəndində yaşadığı evin qarşısında saxlanılaraq özünün Bürosunun vəkili Müdafiəçi ona təqdim edilmişdir. Seyran vəkilin iştirakı ilə yaşadığı evin həyətinə daxil olub baxış keçirilməsinə etiraz etməmişdir. Seyrana narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsi təklif edildikdə, Seyran yaşadığı evin həyətində 3 ədəd dibçəkdə narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmişdir. Həmin dibçəklərdə olan bitkilərə baxış keçirilmiş və aqronom Firuz Hüseynov həmin bitkilərin narkotik tərkibli çətənə kolları olmasını və həmin bitkilərə qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahədə başqa narkotik tərkibli bitkiləri əkibəkmədiyini və həmin əraziyə baxış keçirməyə etirazı olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş və başqa narkotik tərkibli bitki əkmədiyini bildirmişdir. Bağ sahəsinə baxış keçirilmiş və başqa heçnə aşkar edilməmişdir. Daha sonra 3 ədəd dibçəkdən aşkar olunaraq çıxarılmış 9 ədəd çətənə kolları götürülüb ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Seyran, vəkil Müdafiəçi və aqronom Firuz Hüseynov tərəfindən zərf imzalanmışdır. Təqsirləndirilən şəxs prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir (iş vər.: 66,67). Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Şahid1, CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Quba rayonu DAİM-də böyük mütəxəssis işləyən X8, Quba rayon vəkil bürosunun vəkili İbrahim Ağamov və hazırda diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs darvazanın qarşısında dayanmışdırlar. Şahid1 özünü və iştirakçıları təqdim edərək, narkotik vasitələrin qanunsuz əkilib-becərilməsində şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazı olmasını soruşduqda, Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını deyir. Polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə darvazadan içəri daxil olub həyətyanı sahəyə baxış keçirilir və evin arxa tərəfində həyətdə 3 ədəd dibçək müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin dibçəklərdə olan bitkilərin çətənə bitkiləri olduğunu və şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Polis əməkdaşları bağ sahəsinə baxış keçirmiş və yenidən 3 ədəd dibçəyin aşkar olunduğu yerə qayıdıb dibçəklərdə olan çətənə bitkilərini çıxarıb sayıb ölçmüşlər. Daha sonra aşkar olunan çətənə bitkiləri ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan: “baxış keçirilməsi və götürmə haqqında” 12.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərilməsində şübhəli olması ilə bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini bildirilərək həmin baxışın çəkiliş vasitəsilə ararılacağı elan olunmuş, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini və evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkisini əkib becərməsini etiraf edərək həyətin sol tərəfində yaşayış evinin divarının yanında kapton dibçəklərdə əkib becərdiyini bildirmişdir. Həmin sahəyə Təqsirləndirilən şəxs iştirakı ilə baxıldıqda sahədə 3 ədəd kapton dibçəklərdə 9 ədəd narkotik vasitə sayılan çətənə bitkilərinə oxşar ştilləri aşkar olunmuşdur. Həmin ştillər hər biri ayrıayrılıqda dibçəkdən çıxarılaraq uzunluqları ölçülmüşdür. Ştillərdən 1 ədədi 20 sm, 2 ədədi 23 sm, 1 ədədi 5 sm, 1 ədədi 32 sm, 1 ədədi 29 sm, 1 ədədi 27 sm, 1 ədədi 28 sm və 1 ədədi 34 sm olduğu müəyyən olunmuşdur. Həmin ştillərin hər birinin dibi yaş olmaqla alaq otlarından təmizlənməklə yumşaldığı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin ştilləri 2021-ci ilin mart ayında əkdiyini və onlara mütəmadi aqrotexniki qulluq etdiyini və özünün istifadə etməsi məqsədi ilə əkməsini bildirmişdir. Baxışda mütəxəsis kimi iştirak edən X8 dibçəklərdə əkilmiş ştillərin narkotik vasitə sayılan çətənə bitkisinin ştilləri olduğunu və onlara hər birinə ayrı-ayrılıqda aqrotexniki quluq olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin ştillər əkildiyi yerdən çıxarılaraq maddi subut əhəmiyyəti kəsb etdiyindən məhkəmə bioloji ekspertizasına təqdim olunmasından ötrü kağız zərfə qablaşdırılıb götürülmüşdür (iş vər.: 26); Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X14 Mərkəzinin nümayəndəsi tərəfindən tərtib edilmiş əlyazma aktdan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçirilən baxış zamanı həyətin sol tərəfində yaşayış evinin sol divarının dibində üç ədəd plastik qabda əkilmiş narkotik xassəli bitkiyə oxşar bitki aşkarlanmışdır. Baxış zamanı məlum olmuşdur ki, həmin bitkilər aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkiləridir. Həmin bitkilər təxminən 2021-ci ilin mart ayında əkilmiş və müxtəlif ölçülərdədir. 1 ədədi 20 sm, 2 ədədi 23 sm, 1 ədədi 5 sm, 1 ədədi 32 sm, 1 ədədi 29 sm, 1 ədədi 27 sm, 1 ədədi 28 sm və 1 ədədi 34 sm olduğu müəyyən olunmuşdur (iş vər.: 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 12.05.2021-ci il tarixli 7/455 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə 09 (doqquz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 75,0 qram olan bitki nümunələri əkilib-bəcərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 75,0 qram, cəmi tədqiqata sərf edildi 0,27 qram (iş vər.: 32-34); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 11.06.2021-ci il tarixli 1840 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 82, 83); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “narkotik vasitənin maddi sübut hesab edilməsi haqqında” 13.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin ekspert tədqiqatından sonrakı qalığı, yəni 74,73 qram narkotik vasitə çətənə (kannabis) bitkiləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vər.: 42); “sübutların qiymətləndirilməsi haqqında” 03.08.2021-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış protokoluna əlavə olunmuş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə əlavə edilmiş, cinayət işi üzrə keçirilmiş ekspertizaların rəyləri sübut növü kimi qiymətləndirilmişdir (iş vər.: 85-89). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində əkib aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməklə yetişdirməsində təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirildiyindən, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21.3cü maddəsinə əsasən, “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir”. Azərbaycan Respublikasının 28.06.2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndinə görə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər - çətənə növlü bitkilər xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində qulluq edərək kultivasiya etməklə yetişdirdiyi narkotik vasitə olan çətənə bitkiləri 9 ədəd təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 19-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Törədilmiş cinayət əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini əkib qulluq etməsi və yetişdirməsi müəyyən edildikdə mümkündür.” Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 12.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 23,24); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur (iş vər.: 45,46); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 14.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (iş vər.: 81); Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyinin 13.07.2021-ci il tarixli 920 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı 1973-cü il təvəllüdlü X4, uşaqları 2004-cü il təvəllüdlü Səid Novruzlu və 2008-ci il təvəllüdlü Sinan Novruzludan ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 78,79); AA2872634 və AZE12812667 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 29.06.2004-cü il təvəllüdlü Səid Novruzlu və 29.04.2008-ci il təvəllüdlü X12 Novruzovun uşaqlarıdır (iş vər.: 74-77); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.05.2021-ci il tarixdən 14.05.2021-ci il tarixədək həbsdə olduğu müddət azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 74,73 qram olan narkotik vasitə çətənə (kannabis) bitkiləri məhv edilməli, 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 12.05.2021-ci il tarixdən 14.05.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 74,73 qram olan narkotik vasitə çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-120/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-120/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver