Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-122/2021 08.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X9 hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “VERDİKTUM” Vəkil bürosunun vəkili X18 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 11.06.2008-ci il tarixdə məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyata alınmış "xxxx" MMC-yə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.07.2019-cu il tarixli **********0 №-li çıxarış əsasında məxsus olan Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış obyekti olan "xxxx"nin tikintisi işlərinin aparılmasında 21.12.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi işlərinin aparılmasının təhlükəsizliyi qaydalarına riayət etməli olan şəxs kimi öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, buna cinayətkarcasına etinasızlıq göstərərək «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4- 80 saylı «Tikinti norma və qaydaları»nın 1.19, 1.20, 2.2 və 2.6-cı bəndlərinin, «Tikinti. Elektrik təhlükəsizliyi. Ümumi tələblər» 12.1.013-78 saylı DÜST-in (dövlət standartın) 1.4 və 2.24cü bəndlərinin, «Gərginliyi 1000 voltdan yuxarı Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam Ümumi tələblər» 12.0.004-79 saylı DÜST-ün 1.1, 2.5 və 3.10-cu bəndlərinin olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 12 və 14cü bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin və «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər» 12.0.004-79 saylı DÜST-ün 1.1, 2.5 və 3.10-cu bəndlərinin tələblərini, yəni tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozaraq həmin ərazidə yerləşən 10 kV-luq elektrik hava verilişi xəttinin mühafizə zonasında "xxxx"nin tikinti işlərini həmin xəttin məxsus olduğu "xxxx" MMC-nin X3 rəsmi icazə almadan, elektrik hava xəttinin mühafizə zonasında tikinti-quraşdırma işlərinin təhlükəsiz görülməsi üçün müvafiq təşkilati və texniki tədbirlər görmədən, X11 müvafiq qaydada işə qəbul etməklə onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanılması işlərini aparmadan, eləcə də 10 kV-luq elektrik hava verilişi xəttinin mühafizə zonasında tikinti-quraşdırma işləri aparıldığı halda işçilər tərəfindən həmin xəttin naqillərinə hər hansı əşya və predmetlərin yaxınlaşdırılmasına nəzarət etmədən tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmuş, nəticədə X16 23.05.2021-ci il tarixdə saat 17 radələrində uzunluğu 6 metr olan dəmir profillə binanın 3-cü mərtəbəsi ilə minarələr üçün nəzərdə tutulmuş mərtəbəsi arasında məsafəni ölçən zaman əlindəki dəmir profilin binanın dam hissəsi ilə eyni səviyyədə, binadan 2,20 m aralı məsafədə keçən 10 kV-luq elektrik hava xəttinə dəyməsinə görə elektrik cərəyanı vurması nəticəsində sağ kürəyin yuxarı bayır səthində birbirinə yaxın üç yerdə qeyri müəyyən formada, solğun qəhvəyi rəngdə, dəri toxumasının ətraf toxumaya nisbətən sərtliyi ilə 3x2 sm, 2x1sm, 3x1 sm ölçüdə, qarının ön divarında ortada göbəkdən yuxarıda çəpinə istiqamətdə, bir-birinə yaxın silsilə formasında 0,5x0,5 sm-dən 1,5x1 sm-ə qədər ölçüdə çoxlu sayda, sağ dirsəyin bayır səthində 2x1 sm ölçüdə «elektrik nişanəsi»nə oxşar dəri səviyyəsinin yoxlanılması işlərini aparmadan, eləcə də 10 kV-luq elektrik hava işçilər tərəfindən həmin xəttin naqillərinə hər hansı əşya və predmetlərin qaydalarını pozmuş, nəticədə X16 23.05.2021-ci il birinə yaxın üç yerdə qeyri müəyyən formada, solğun qəhvəyi rəngdə, dəri yaxın silsilə formasında 0,5x0,5 sm-dən 1,5x1 sm-ə qədər ölçüdə çoxlu sayda, sağ dirsəyin bayır səthində 2x1 sm ölçüdə «elektrik nişanəsi»nə oxşar dəri zədələnmələri kimi xəsarətlər almaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Vasif Sadıqovun ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tövsif olunmuşdur Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsi ilə verilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15.12.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də direktor işləmiş, direktor təyin olunması barədə həmin Cəmiyyətin təsisçisi Şahid8 tərəfindən müvafiq əmr imzalanmış, onunla əmək müqaviləsi bağlanılmış və direktor kimi əmək müqaviləsi reyestrə daxil edilmişdir. O, həmçinin MMC-nin iş icraçısı və əməyin texniki təhlükəsizliyi üzrə mühəndis ştatı üzrə vəzifələri də yerinə yetirmişdir. "xxxx" MMC 11.06.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçmiş, şirkətin hüquqi ünvanı ünvan 3 inşaat» MMC-nin 100% həcmində bütün payları Şahid8 məxsus olmuşdur. "xxxx" MMC Quba şəhərinin Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yol kənarında 0,04 ha torpaq sahəsi almış və təsisçi Şahid8 həmin yerdə "xxxx"nin tikilməsini istəmişdir. Ona görə də Quba Rayon icra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Azərişıq, Sanitar-epidemioloji mərkəzdən müvafiq icazələr alınmış və 2020-ci ilin dekabr ayından etibarən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki 0,04 ha torpaq sahəsində "xxxx" MMC-nin hazırladığı eskiz-layihəyə əsasən 3 mərtəbəli, ümumi sahəsi 400 m2 olan "xxxx"nin tikintisinə başlanılmışdır. Tikintinin həyata keçirilməsi ilə bağlı müvafiq razılıqlar onun direktor təyin olunmasından əvvəl alınmışdır. Tikinti razılıqlar alındıqdan sonra başlanılmışdır. İnşaat işləri başlandığı vaxtdan etibarən tikintinin aparılmasına, işlərin görülməsinə özü nəzarət etmişdir. Tikinti onun direktor təyin olunmasınan sonra başlanılmış və aparılmışdır. Ona görə də tikintidə işlərin aparılmasına cavabdeh özü olmuş və işlərə özü nəzarət etmişdir. İş həcmi işlərin vaxtında, tam və keyfiyyətli şəkildə görülməsi, təhvil verilməsi, şirkətin müqavilə üzrə öhdəliklərinin icrasına nəzarət, layihələrinin icrasına nəzarət, ümumilikdə tikintinin icrasına nəzarət olmuşdur. "xxxx" MMC-nin rəsmi olaraq 6 nəfər fəhləsi olmuş, onlardan başqa əlavə işlər görülməli olduqda günəmuzd işləyən fəhlələrdən də istifadə edilmişdir. "xxxx" MMC özü tikinti işləri ilə məşğul olduğundan həm mülkiyyətçi, həm də podratçı şirkətin özü olmuşdur. "xxxx"nin tikintisində işçilərin əməyinin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına nəzarət onun tərəfindən həyata keçirilmiş, adətən həftədə 1 dəfə və ya ayda 2 dəfə Bakı şəhərindəki ofisdən işçilər gələrək fəhlələrə texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırma keçmiş, bu barədə fəhlələrə adlarının qarşısında imza çəkdirilmişdir. X16 "xxxx" MMC-də rəsmi olaraq 2020ci ilin fevral ayınadək fəhlə kimi işləmiş, sonradan öz gündəlik işləri ilə əlaqədar işdən ayrılmış və gündəlik işlər olduqda ona xəbər verilməsini xahiş etmişdir. 21 may 2021-ci il tarixdə Vasif Sadıqov tikinti sahəsinə gələrək iş olduğu təqdirdə işləmək istəməsini bildirmiş, o da Vasifə "xxxx"nin 3-cü mərtəbəsinin tavanında 4 ədəd minarənin hörgü işləri barədə məlumat vermiş və bacaracağı təqdirdə gəlib işləməsini tapşırmışdır. Vasif bacara biləcəyini və həftənin 2-ci günü, yəni 25.05.2021-ci il tarixdə işə başlayacağını bildirmişdir. Ona görə də o, Vasifin şəxsiyyət vəsiqəsinin surətini işçi kimi sistemə vurulması üçün şirkətin Bakı şəhərindəki işçilərinə göndərmişdir. Hadisənin baş verdiyi gün, yəni 23.05.2021-ci il tarixdə ümumiyyətlə tikintinin getdiyi sahəyə getməmiş və Bakı şəhərində olmuşdur. Özü iş yerində olmadığı halda işlərin görülməsini və fəhlələrə nəzarət edilməsini "xxxx" MMC-nin fəhləsi Şahid5 tapşırmış, lakin bu tapşırıq şifahi xarakter daşımış və Şahid5 rəsmi olaraq fəhlə olmuş, sonuncunun rəsmi olaraq şirkətdə əməyin texnikitəhlükəsizliyinə nəzarət etmək kimi bir öhdəliyi olmamışdır. O, layihəyə əsasən görülməli işlər barədə fəhlələrə tapşırıqlar vermiş, hər bir işçi işə başlayan zaman onunla iş öhdəlikləri, təhlükəsizlik qaydaları ilə əlaqədar təlimatlandırma keçmişdir. Vasif onunla olan razılaşmaya əsasən 25.05.2021-ci il tarixdə işə çıxmalı olmuş, ona görə də Vasifə o işə çıxdıqdan sonra təlimatlandırma keçmək fikrində olmuşdur. 23.05.2021-ci il tarixdə işə gəlmədiyindən Vasifin həmin gün tikintiyə gəlməsi, orada minarənin hörgüsü ilə əlaqədar ölçü götürməsindən xəbəri olmamışdır. Vasifin həmin gün işə başladığını bilmədiyi üçün ona hörgünün hansı formada aparılması, ölçünün hansı formada götürülməsi barədə heçnə deməmiş, Vasif işə çıxdıqdan sonra işlərin yerinə yetirilmə forması barədə ona demək fikri olmuşdur. Həmçinin də Vasif işə başladıqdan sonra onun əmək müqaviləsi ilə bağlı sənədləri sistemə yerləşdirmək fikri olmuşdur. Lakin Vasif onun xəbəri olmadan 23.05.2021-ci il tarixdə işə gəlmiş və işləməyə başlamış, ona görə də onunla rəsmi əmək müqaviləsi bağlanılması mümkün olmamışdır. 23.05.2021-ci il tarixdə saat 17 radələrində günəmuzd qaynaqçı işləyən Şahid4 ona zəng edərək Vasifin tikintidə uzunluğu 6 metr olan dəmir profillə 3-cü mərtəbədən tavana kimi olan məsafənin ölçüsünü götürən zaman ehtiyatsızlıqdan dəmir profilin tikintinin yaxınlığından keçən elektrik naqillərinə toxunması nəticəsində ölməsini bildirmişdir. "xxxx" MMC tikintinin aparılması məqsədilə Quba Rayon İcra Hakimiyyətinə müraciət ünvanlamış və tikintinin aparılmasına icazə verilmişdir. Onlar özləri əlavə olaraq heç bir quruma müraciət etməmişlər. Həmin xətlərin "xxxx" MMC-nin X4 balansında olması ilə əlaqədar məlumatı olmamışdır. Onlara bu barədə heç kim xəbərdarlıq etməmişdir. Onlar xəttin Quba EŞ-in balansında olmasını düşünmüş və Quba EŞ-in icazəsi olduğu üçün tikinti işlərini aparmışlar. Hadisənin baş verməsinin səbəbləri ona aydındır. Belə ki, o, lazımi nəzarəti həyata keçirməmiş və tikinti işlərinin aparılması qaydalarını pozmuşdur. Lakin Vasifin həmin gün işə başlayacağını bilməmişdir. Vasifin ikinci gün gələcəyini düşünmüş, ona görə də lazımi nəzarəti edə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, daimi yaşadığı ev Bakı şəhərində yerləşsə də, faktiki olaraq işi ilə əlaqədar Quba şəhərində yaşayır. Həftənin hər altı-bazar günləri Bakı şəhərində olur. Hadisə olan gün, yəni 23.05.2021-ci il tarixdə həmişə olduğu kimi Bakıda olmuşdur. Tikintiyə nəzarəti isə Vasif Sadıqova tapşırsa da, ona və digərlərinə tikintidə bazar günü hər hansı işlərin görülməsi barədə əmrlər verməmişdir. Tikintidə müəyyən müddət problemlər yarandığı üçün iş müvəqqəti olaraq dayandırılmışdır. Hadisədən 3-4 gün əvvəl Vasiflə aralarında danışıqlar olmuş, o, Vasifə müvafiq tapşırıqlar vermişdir. Belə ki, işçilər özləri işə gələndə işə haradan, necə başlayacağına özləri qərar verir. Lakin işlərin məhz altı-bazar günlərində görülməsinə dair xüsusi tapşırıqlar verilməmişdir. Ona görə də tikintidə iş görüləcəyi ağlına gəlməmiş, hər hansı hadisənin baş verəcəyini də düşünməmişdir. Vasif 5 il onun işçisi olmuşdur. Həmişə nümunəvi usta, işini sevən biri olmuşdur. O, da Vasifin bu xüsusiyyətlərinə görə həmişə işlə təmin etmişdir. Hətta pandemiya vaxtı hər yerdə işlər dayandırılsa da, o, mərhumu əlavə işlərə cəlb etmişdir ki, sonuncunun daimi qazancı olsun. Mərhum həm hörgüçü, həm də suvaqçı olmuşdur. Sonuncu onun rəhbərliyi altında illərdir işləmiş və həmişə aralarında əmək müqaviləsi bağlanmışdır. Vəfatından bir neçə ay əvvəl Vasif ona bildirmişdir ki, müvəqqəti işləyə bilmir və işdən uzaqlaşmaq istəyir. O, da həmin vaxt Vasifin öz razılığı ilə sonuncunun əmək müqaviləsinə xitam vermişdir. Cari ilin əvvəlində Vasif yenidən ona müraciət edərək, işlə təmin etməsini xahiş etmiş, o, da Vasifi tikintidə işə cəlb etmişdir. Sözügedən tikintidə Vasif 2021-ci ilin əvvələrindən işə başlamış, lakin daimi şəkildə işləməmişdir. Çünki mərhum fəaliyyətə başladığı vaxt xüsusi karantin dövrünə təsadüf etmiş, həmin ərəfədə tikintidə iş demək olar ki, dayandırılmışdır. İşçi güvvəsinə güclü tələbat olmamışdır. Arada işçiyə ehtiyac olanda, o, mərhumu çağırıb tapşırıqlar vermişdir. Vasif vəfat edən günədək onun rəhbərliyi altında ümumi hesabla cəmi 20 gün işləmişdir. O, Vasiflə əmək müqaviləsi bağlamaq üçün lazımi sənədləri toplasa da, sonuncu işləməyə hərdən bir gəldiyi, qalan vaxtlarda isə başqa yerlərdə günəmuzd işlədiyi üçün onunla əmək müqaviləsi bağlamağa tələsməmişdir.Tikintiyə başlamaq üçün sənədlər tam toplanıldıqdan sonra müvafiq icazənin alınması üçün Quba Rayon İcra Hakimiyyətinə müraciət olunmuş, Quba Rayon İcra Hakimiyyəti isə öz növbəsində tikintiyə başlamaq üçün icazə vermişdir. Onlar özləri əlavə olaraq heç bir quruma müraciət etməmişdir. Quba RİH xəttin X19 balansında olmasını bilmiş, lakin həmin xətlərin "xxxx" MMC-nin X4 balansında olması ilə əlaqədar məlumatı olmamışdır. Onlara bu barədə heç kim xəbərdarlıq etməmişdir. Onlar xəttin X19 balansında olmasını düşünmüş və Quba X19 icazəsi olduğu üçün tikinti işlərini aparmışlar. Sonradan bilmişdir ki, xətt X6 aiddir. Bu səbəbdən həmin quruma da rəsmi müraciət etmişdir ki, xəttin yerini dəyişdirsinlər. Lakin, bu müddətdə işləri dayandırmamış və tikintini bağlamamışdır. Eyni zamanda, onun müraciəti ilə bağlı X3 da heç bir tədbir görülməmişdir. Hadisə baş verən gün Vasifə müəyyən işlərin görülməsi üçün birbaşa göstəriş verməsə də, nəticədə bir insan ölümü baş verdiyindən özünü qismən təqsirli bilir və hesab edir ki, bəlkə də həmin gün ərazidə olsaydı, olanların qarşısını ala bilərdi və hadisə də baş verməzdi. Hazırda əməlindən peşmandır. Tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə birdəfəlik maddi yardım edilmişdir. Sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X9 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, X16 onun həyat yoldaşı olmuşdur. Vasif Sadıqov 2012-ci ildən Quba rayonu ərazisində müxtəlif tikintilərdə bənna işləmişdir. Tikintidə işləyən zaman Vasifin rəhbəri Təqsirləndirilən şəxs olmuş, tikinti ilə əlaqədar görüləcək işləri və həmin işlərin yerinə yetirilmə formasını Vasifə Təqsirləndirilən şəxs demişdir. Hadisənin baş verdiyi Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən "xxxx"ndə Vasifin nə vaxtdan işləməsini bilməmiş, lakin həmin tikinti də Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Vasif evdə işi ilə əlaqədar heç vaxt heçnə danışmamış, konkret olaraq nə tikmələri, hansı işləri görmələri barədə söhbət etməmişdir. Vasif təxminən 6 il Ərzumanın yanında işləmiş və Ərzumanın tapşırdığı işləri görmüşdür. 23.05.2021-ci il tarixdə saat 08 radələrində Vasif evdən çıxaraq işə getmişdir. 23.05.2021-ci il tarixdə saat 17 radələrində kənd camaatından Vasifin işlədiyi tikintidə elektrik cərəyanı vurması nəticəsində ölməsini eşitmişdir. Sonradan Vasifin dəmir profil ilə tikintinin aparıldığı "xxxx"ndə ehtiyatsızlıqdan dəmir profilin binanın yanından keçən elektrik naqilinə toxunduğunu və nəticədə əri Vasif Sadıqovun aldığı xəsarətlərdən yerindəcə öldüyünü öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs istintaqa verdiyini ifadəsini təsdiq etdiyi bildirdi və qeyd etdi ki, hadisə barədə hadisə olan gün axşam saatlarında xəbəri olmuşdur. Mərhum əri Vasif təxminən 5-6 il təqsirləndirilən şəxsin işçisi olmuşdur. Bildiyinə görə Vasif əmək müqaviləsi olmadan işləməmişdir. Vasif hər gün işdə olmuş, hətta altı-bazar günləri işə getmişdir. İstirahət günləri olmamış, Vasif yalnız ehtiyacı olduqda icazə alıb işə getməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncu tərəfindən ona birdəfəlik maddi yardım edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, X16 onun doğma qardaşıdır. Vasif 2012-ci ildən Quba rayonu ərazisində müxtəlif tikintilərdə bənna işləmişdir. Hadisənin baş verdiyi Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən "xxxx"ndə Vasifin nə vaxtdan işləməsini bilmir. Lakin, həmin "xxxx"nin tikintisi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Təqribən 6 ildir ki, Vasif Ərzumanın yanında işləmiş və Ərzumanın tapşırdığı işləri görmüşdür. 23.05.2021-ci il tarixdə saat 17 radələrində yeznəsi zəng edərək Vasifin iş yerinə gəlməsini demişdir. Vasifin iş yerinə gəldikdən sonra öyrənmişdir ki, Vasifin dəmir profil ilə tikintinin aparıldığı "xxxx"ndə mərtəbələrarası simmetriyanı ölçmək istəyən zaman ehtiyatsızlıqdan əlindəki dəmir profil yaxınlıqda olan elektrik cərəyanına toxunmuş və nəticədə Vasif Sadıqov aldığı xəsarətlərdən yerindəcə ölmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq, hadisə baş verən gün kənddə olmuşdur. Hadisə baş verən gün axşam saatlarında ona zəng gəlmiş, qardaşı Vasifi iş yerində elektrik çərəyanı vurması barədə məlumat verilmişdir. Zəng olunan vaxtdan təxminən bir saat sonra o, hadisə yerinə çatmışdır. Həmin vaxt orada tikintidə olanlardan başqa həkim heyəti də olmuşdur. Hadisə yerinə çatanda Vasifin öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, X16 ilə əvvəllər 1-2 dəfə birlikdə fəhlə işləmiş, şəxsi münasibətləri olmamışdır. Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolun kənarında "xxxx" MMC tərəfindən "xxxx" tikilmiş, tikintiyə Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Tikintidə iş olanda Təqsirləndirilən şəxs onu çağırmış, o da günü 15 manata həmin tikintidə fəhlə kimi işləmişdir. 22.05.2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək növbəti gün, yəni 23.05.2021-ci il tarixdə "xxxx"nin tikildiyi sahəyə gəlməsini tapşırmışdır. O, 23.05.2021-ci il tarixdə saat 08 radələrində tikintiyə getmişdir. Həmin gün ona tikintiyə gələcək mişar daşlarının 3-cü mərtəbəsinə qaldırmaq tapşırılmış, o da digər fəhlə Şahid3la birlikdə tikintiyə gələrək mişar daşlarını motorla işləyən «lebyodka» ilə 3-cü mərtəbəyə qaldırmış, daha sonra isə 3-cü mərtəbəyə qalxaraq daşları mərtəbənin döşəməsinə daşımışdır. Həmin vaxt mərhum Vasif Sadıqov 3-cü mərtəbədə hörgü işi ilə məşğul olmuşdur. Bir müddət sonra Vasif ona yaxınlaşaraq 3-cü mərtəbənin tavanına kimi pəncərənin çöl tərəfi ilə ölçü götürməkdə ona köməklik etməsini xahiş etmişdir. O, 3-cü mərtəbənin tavanına, yəni minarələrin olması nəzərdə tutulan hissəyə qalxmış, Vasif isə həmin vaxt uzunluğu 6 metr olan dəmir profillə ölçü götürmək istəmişdir. Vasif profili pəncərənin bayır tərəfindən ona doğru qaldırmış, o, isə profilin qurtaracaq yerinə səviyyə ölçən qoyaraq tarazlaşdırmış və yerini cızlamışdır. 3cü mərtəbə ilə onun dayandığı yer arasında beton tavan olduğundan Vasifin nə etdiyini görə bilməmiş, pəncərədən yalnız Vasifin ona dediklərini eşitmişdir. Bundan sonra Vasif dəmir profili pəncərənin digər hissəsinə tərəf apararaq həmin istiqamətdən də ölçü götürməyi tapşırmışdır. Həmin vaxt sanki elektrik cərəyanın səsi gəlmiş və bir anlıq işçilərin Vasifə tərəf qaçmasını görmüşdür. Nə baş verdiyini başa düşməmiş və Vasifin olduğu yerə gəlmişdir. Vasifin oturaq formada yerdə qaldığını görmüşdür. Digər fəhlələrdən Vasifi elektrik cərəyanı vurmasını eşitmişdir. İlkin yardım göstərməyə cəhd edilsə də, Vasif ölmüşdür. Hadisənin baş verdiyi gün texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırma keçirilməmiş və bu barədə hər hansı jurnalda imza çəkməmişdir. Ümumiyyətlə, "xxxx"nin tikintisində işlədiyi müddətdə ona texniki-təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırma keçirilməmişdir. O, bütün görüləcək işlər və onların yerinə yetirilməsi barədə tapşırıqları Təqsirləndirilən şəxs almış və bütün işləri onun göstərişi ilə yerinə yetirmişdir. Hadisə baş verən gün, yəni 23.05.2021-ci il tarixdə X27 işinə konkret olaraq heç kim nəzarət etməmişdir. Həmin vaxt 3-cü mərtəbədə yalnız fəhlələr olaraq o, Vasif, Qüdrət, İlham, qaynaqçı Ceyhun olmuşlar. Vasif Sadıqova ölçülərin dəmir profil vasitəsilə götürülməsi barədə kimin göstəriş verməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, hadisə olan gün iş icraçısı Ərzmunan Bayramov mişar daşlarının qaldırılması üçün onu işə dəvət etmişdir. Vasif Sadıqov hörgüçü işlədiyi üçün hörgü işinə dəvət edilmişdir. Hadisə olan gün Vasif hörgü işini görmək üçün pəncərədə ölçü işləri aparmış və ondan kömək istəmişdir. Vasifin əlində dəmir profil olmuş, həmin profillə Vasif ölçü aparmışdır. Vasif ölçü götürən zaman o, yaxınlıqda keçən elektrik xəttini görmüşdür. Həmin vaxt dəmir profili ehtiyatla qaldırmış olsaydı, bəlkə də hadisə baş verməzdi. Məhkəmədə şahid qismində dindirilmiş X20 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, X17 onun iş yoldaşı olmuşdur. Təqribən bir ilə yaxındır ki, "xxxx" MMCdə fəhlə işləyir. İşə başladığı vaxtdan etibarən onunla əmək müqaviləsi bağlanılmış və MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən ona texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırma keçirilmişdir. Bu barədə hər hansı təlimat jurnalına imza çəkib-çəkmədiyini xatırlamır. "xxxx" MMC 2020-ci ilin sonlarından Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində "xxxx"nin tikintisi həyata keçirmişdir. O. işə düzəldiyi vaxtdan etibarən həmin tikintidə fəhlə işləyir. O, və tikintidə işləyən digər fəhlələr Təqsirləndirilən şəxs tapşırıqlarına uyğun olaraq işlər görmüşlər. Tikintidə görüləcək bütün işlər və həmin işlərin yerinə yetirilmə forması barədə Təqsirləndirilən şəxs onlara müəyyən tapşırıqlar vermiş və onlar tapşırıqlara uyğun olaraq müxtəlif işlər icra etmişlər. X17 23.05.2021-ci il tarixdə "xxxx" MMC-də hörgü ustası kimi işə başlamışdır. Vasif Sadıqov "xxxx" MMC-də cəmi 1 gün idi ki, işə başlamışdı. 23.05.2021-ci il tarixdə saat 09.00-da o, tikinti sahəsinə gəlmiş, həmin gün Vasif Sadıqov da işə gəlmişdir. Həmin gün saat 16 radələrində o, qaynaqçı Şahid4la birlikdə uzunluğu 12 metr olan profilləri kəsmək üçün metr vasitəsilə ölçmüşlər. 3-cü mərtəbədə təqribən 15 ədəd uzunluğu 12 metr olan dəmir profil var idi. Təqsirləndirilən şəxs onlara 3-cü mərtəbənin tavanı üçün rigel (ferma) düzəltmək üçün uzunluğu 12 metr olan profili 4 metr və 2,5 metr olmaqla laqonda vasitəsilə kəsmək üçün tapşırıq vermişdir. Həmin vaxt təsadüfən Vasifin qışqırıq səsini eşitmiş və daha sonra yerə oturmasını görmüşdür. Sonradan bilmişdir ki, Vasif dəmir profil vasitəsilə 3-cü mərtəbədən 4-cü mərtəbəyədək olan hissəni ölçən zaman sonuncunu elektrik cərəyanı vurmuş və Vasif yerə oturmuşdur. Ceyhun TTY-a zəng etmiş və hadisə barədə Ərzumana bildirmişdir. Həmin vaxt 3-cü mərtəbədə o, qaynaqçı Şahid4, fəhlə Səməd və İlham olmuşdur. Onlar Vasifin bədənindən elektrik cərəyanının çıxması üçün onu 3-cü mərtəbədə olan nəm qup yığıntısının içərisinə basdırsalar da, bir xeyri olmamış və təcili tibbi yardım briqadası gələnədək Vasif ölmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirmişdir ki, onlar qışqırıq səsi eşitmiş və dönüb baxanda Vasifin döşəmədə oturaqlı vəziyyətdə olduğunu görmüşlər. Vasif onu elektrik cərəyanı vurmasını bildirmişdir. Onlar Vasifə ilkin yardım göstərməyə cəhd etmiş və TTY çağırmışlar. Lakin Vasif ölmüşdür. Elektrik xətti binadan təxmini 2 metr aralıqdan keçir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Əlisəfa oğlu digər şahid X20 ilə analoji ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə verilən suallara cavab olaraq, ilk gün idi, həmin tikintidə işə başlamışdır. Bazar günü idi, tikintidə başqa ustalar da olmuşdur. O, Qüdrət adlı usta ilə bir yerdə işəmişdir. Onlardan təxminən 20 metr aralıda hörgüçü işləyən zərərçəkmiş şəxs Vasif pəncərədə ölçü işləri aparmışdır. Onlar qışqırış səsi eşitmişlər və dönüb baxanda Vasifi yerdə oturaqlı vəziyyətdə görmüşlər. Vasif onu elektrik cərəyanı vurmasını bildirmişdir. Onlar Vasifə ilkin yardım göstərməyə cəhd etmişlər və TTY çağırmışlar. Lakin TTY briqadası gələnədək Vasif ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə analoji ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə verilən suallara cavab olaraq, müxtəlif yerlərdə günəmuzd fəhlə işləyir. Hadisə baş verən gün o tikintidə işləmişdir. Saat 16:30 radələrində 3-cü mərtəbə işləyən zaman qışqırıq səsi eşitmiş, səs gələn tərəfə dönüb baxan zaman Vasif Sadıqovun yerdə oturaqlı vəziyyətdə görmüşdür. Vasif onu elektrik cərəyanı vurmasını bildirmişdir. Onlar Vasifə ilkin yardım göstərməyə cəhd etmişlər və TTY çağırmışlar. Lakin Vasif ölmüşdür. Vasif hörgü işinə baxırdı. İşə başlamaq üçün pəncərədə ölçü işləri aparırdı. İşçilər, işlə təmin olunsa da, xüsusi geyimlə təmin edilməmişdirlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o, 1998-ci ildən müqavilə əsasında "xxxx" MMC-nin X5 elektrik montyoru işləyir, Sonuncu dəfə 30.10.2017-ci ildə X7 ilə aralarında əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən elektrik xətlərində profilaktik işlərin aparılması, elektrik xətlərinə texniki xidmət və nəzarət edilməsi, yüksək gərginlikli elektrik xəttinin normal işləməsinə nəzarət, zədələnmiş elektrik xətlərinin vaxtında bərpa edilməsi və sair onun əmək funksiyası olmuşdur. X9 Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus xeyir-şər evinin tikilməsi zamanı əlindəki dəmir profilin elektrik naqilinə toxunması nəticəsində həlak olmasından hadisədən 1 həftə sonra məlumatı olmuşdur. Hadisənin baş verdiyi elektrik xətləri X4 balansındadır və 1997-ci ildə tikilərək istismara verilmişdir. İstismara buraxıldığı vaxtdan etibarən həmin elektrik xətlərinə o, nəzarət edir. Adətən, qəza hadisələri və ya texniki nasazlıq olduqda bu barədə ona sahə rəisi və baş mühəndis tərəfindən məlumat verilir və o, nasazlığı aradan qaldırır. X4 balansında olan və şəhəri Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 10 kvt-luq yüksək gərginlikli elektrik xəttinin yaxınlığında "xxxx" MMC tərəfindən xeyir-şər evi”nin tikilməsindən məlumatı vardır, həmin "xxxx"nin ikinci mərtəbəsi tikilən zaman, 2021-ci ilin yanvar ayında o, orada tikinti işlərinin aparılmasını görmüş və bu barədə X4 baş mühəndisi Bəhruza və təhlükəsizlik mühəndis Elçin məlumat vermişdir. Həmin ərazidə tikintinin aparılması onun səlahiyyətinə aid deyildir. Onun tikintini dayandırmaq kimi səlahiyyəti yoxdur. Tikintinin aparıldığı müddətdə həmin elektrik xətlərində hər hansı nasazlıq olmamışdır. X4 balansında olan Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 10 kvt-luq yüksək gərginlikli elektrik xəttlərinə yalnız qəza və ya nasazlıq olduqda baxış keçirilmişdir. Həmin xətlərə mütəmadi onun tərəfindən baxış keçirilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid8 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o, "xxxx" MMC 11.06.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçmiş şirkətin təsisçisidir, şirkətin hüquqi ünvanı ünvan 5 payları 100% həcmində ona məxsusdur. "xxxx" MMC Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolun kənarında 0,04 ha torpaq sahəsi almış, həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.07.2019cu il tarixli **********0 №-li çıxarış vardır. Ərazidə "xxxx"nin tikilməsi nəzərdə tutulmuşdur. Həmin vaxt MMC-nin direktoru X14 olmuşdur. MMC tikinti ilə bağlı bütün icazələri almış və bundan sonra tikintiyə başlanılmışdır. Tikintiyə başlanılmazdan əvvəl onun 15.12.2020-ci il tarixli əmrinə əsasən direktor vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmişdir. Bununla bağlı müvafiq əmr imzalamış, daha sonra Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanılmış, müvaqilə reyestrə daxil edilmiş və tikinti işlərinə başlanılmışdır. "xxxx" MMC tərəfindən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində 0,04 ha torpaq sahəsində "xxxx"nin tikintisinə nəzarət Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Təsisçi olsa da, tikinti işlərində hər hansı bir rolu olmamışdır. Tikintinin həyata keçirilməsi, işlərin görülməsi forması, işçilərin işə qəbul edilməsi, onlarla əmək müqaviləsi bağlanması, iş həcminin müəyyən edilməsi, işlərin yerinə yetirilmə formasının izah edilməsi, işçilərlə müvafiq təlimatlandırmaların keçirilməsi, yəni ümumilikdə tikinti işlərinin aparılması direktorun səlahiyyətində olmuşdur. Tikintiyə cavabdeh şəxs direktor olmuşdur. MMC-də iş icraçısı, əməyin texnikitəhlükəsizliyi üzrə mühəndis, sahə rəisi olmamışdır. Bütün bu vəzifələri direktor icra etmişdir. Direktorun əsas öhdəlikləri işlərin vaxtında, tam və keyfiyyətli şəkildə görülməsi, təhvil verilməsi, şirkətin müqavilə üzrə öhdəlikləri, layihələri və ümumilikdə tikinti işlərinin icrasına nəzarət etməkdən ibarət olmuşdur. 23.05.2021-ci il tarixdə direktor Təqsirləndirilən şəxs ona zəng edərək tikinti zamanı X9 elektrik cərəyanı vuraraq ölməsi barədə məlumat vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o, "xxxx" MMC-nin texniki direktoru tərəfindən təsdiq edilmiş baş mühəndisin vəzifə təlimatına əsasən nəzərdə tutulan vəzifələri icra etmişdir. X16 adlı şəxsin Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus "xxxx"nin tikintisi zamanı əlindəki dəmir profilin elektrik naqilinə toxunması nəticəsində ölməsi hadisəsindən bir həftə keçdikdən sonra məlumatı olmuşdur. Hadisənin baş verdiyi 10kV yüksək gərginlikli elektrik xətləri X4 balansında olmaqla 1997-ci ildə tikilərək istismara verilmişdir. İstismara buraxıldığı vaxtdan etibarən həmin elektrik xətlərinə elektrik montyoru Şahid7 nəzarət etmişdir. Adətən qəza hadisələri və ya texniki nasazlıq olduqda bu barədə sahə rəisi və ya onun tərəfindən montyor Şahid7 məlumat verilmiş və sonuncu nasazlığı aradan qaldırmışdır. X4 balansında olan və Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən 10 kV yüksək gərginlikli elektrik xəttinin yaxınlığında "xxxx" MMC tərəfindən "xxxx"nin tikilməsi barədə məlumatı olmuş, həmin "xxxx"nin ətrafı hasara alınan zaman, yəni 2021-ci ilin əvvəlində orada tikinti işlərinin aparılmasını görmüşdür. Bu barədə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs xəbərdarlıq edərək ərazinin yaxınlığından X4 balansında olan elektrik xətlərinin keçməsini, bunun gələcəkdə bədbəxt hadisəyə səbəb ola biləcəyini demiş, Təqsirləndirilən şəxs isə sənədlərinin qaydasında olmasını bildirmişdir. Onun və ya qovşağın tikintini dayandırmaq kimi bir səlahiyyəti olmamışdır. Sadəcə olaraq ona elektrik xətlərinin yerini dəyişdirilməsini tövsiyə etmişdir. Lakin "xxxx" MMC elektrik xətlərinin yerini dəyişdirməmiş və nəticədə belə bir bədbəxt hadisə baş vermişdir. Yalnız qəza və ya nasazlıq olduqda həmin xəttə elektrik montyoru Şahid7 tərəfindən baxılmış, xətlərə mütəmadi texniki baxış nəzərdə tutulmamış, X4 balansında olan və Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən 10 kV yüksək gərginlikli elektrik xəttlərinin yaxınlığında tikintinin aparılması ilə əlaqədar X7 tərəfindən "xxxx" MMC-yə rəsmi xəbərdarlıq edilməmiş, şifahi olaraq bu barədə MMC-nin direktoru Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir. Elektrik hava verilişi xətlərinin, elektrik dirəklərinin sazlığına X7 cavabdehdir və konkret olaraq bununla əlaqədar vəzifə bölgüsü yoxdur. Hadisə baş verən gün hadisə baş verən ərazidə elektrik gərginliyi verilişində fasilələr olmamışdır. Hadisənin baş verməsi ilə bağlı hadisə yerində tərəfindən akt tərtib edilməmiş, eləcə də baş vermiş hadisə ilə bağlı X5 təhqiqat nəzərdə tutulmamış, həmin hadisə aktlaşdırılmamışdır. Hadisə baş verən elektrik xətti 10 kV elektrik xətti adlanır, naqilin markası isə AS-35-dir. Həmin xətt Nügədi yolunda yerləşən 110/10 kV yarımstansiyasına aiddir. Yarımstansiyada hava elektrik xətlərinin vəziyyətinə nəzarət etmək üçün hava yağ açarları vardır və nasazlıq olduqda yarımstansiyada açarlar avtomatik açılaraq elektrik verilişi dayandırılır. Əməliyyatlara "xxxx" ASC nəzarət edir. Hadisənin baş verdiyi yerdən keçən 10 kV hava elektrik xəttinin texniki pasportu və ya hər hansı sənədi yoxdur. Həmin xətlər qoyulduğu 1997-ci ildən dəyişdirilməmiş, istismar müddəti barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Hadisə yerinə baxış keçirilməsi haqqında» 25.05.2021-ci il tarixli protokoldan görünür ki, tikilməkdə olan "xxxx"nin uzunluğu 34 m, eni 15,4 m. Torpaq yerdən binanın 3cü mərtəbəsinin betonunadək məsafə minarəyədək məsafə isə 14,6 m. Binanın giriş qapısı yola baxmaqdadır. Binanın giriş qapısının qarşısında üzbəüz dayandıqda sağ divar tərəf yolla sərhəddir, sol tərəf və binanın arxa hissəsi isə Quba şəhər qəbirstanlığı ilə sərhəddir. Baxış zamanı GPS vasitəsilə binanın sərhədləri ölçülmüş və binanın eninin 4,09 m artıq ölçüdə tikilməsi müəyyən edilmişdir. Quba şəhər qəbristanlığının torpaq sənədinə əsasən qəbristanlığın sərhədindən “xeyir şər evi”nin faktiki binasının divarınadək məsafə 17,21 m məsafədədir. Binanın divarından yolun asfalt hissəsinin tən ortasınadək məsafə isə 7 m (cild 1, iş vər.: 70,71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X23-Təcrübi və Tədris Birliyinin 23.05.2021-ci il tarixli 15 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum X9 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişasında və birləşdirici toxumasında nöqtəvari qansızmalar, sağ kürəyində, qarının ön divarında və sağ bazuda elektrik nişanələri, məhkəmə-histoloji müayinə zamanı dəridə elektrik nişanəsinin əlamətləri, baş beyin maddəsinin ödemi, ağ ciyərdə atelektaz və emfizema ocaqları aşkar olunmuş, bunlar da elektrik cərəyanı ilə zədələnməyə uyğun əlamətlərdəndir. X27 meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsində etil spirt və narkotik maddələr aşkar edilməmişdir. Mərhum V.Sadıqovun meyitinin müayinəsi zamanı onun daxili üzv və hissələrində makroskopik olaraq ölümündən əvvəl hər hansı xəstəlik keçirməsinə dəlalət edən dəyişiklik aşkar olunmamışdır. Mərhum V.Sadıqovun ölümünə səbəb elektrik cərəyanı ilə zədələnmə olmuş, ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur (cild 2, iş vər.: 33,34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (Əmək təhlükəsizliyinin tədqiqi. Tikinti-texniki obyektlərinin tədqiqi) 04 avqust 2021-ci il tarixli 10/2841 nömrəli rəyindən görünür ki,Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən iki dövrəli 10 kV-luq elektrik hava veriliş xəttinin mühafizə zonasında "xxxx" MMC tərəfindən "xxxx"nin tikintisinin, həmin xəttinin sahibkarından rəsmi icazə alınmadan, elektrik hava xətlərinin mühafizə zonasında tikintiquraşdırma işlərinin təhlükəsiz görülməsi üçün müvafiq təşkilati-texniki tədbirlər görülmədən aparıldığına, bu işlərin təhlükəsiz görülməsinə cavabdeh olan məsul şəxsin bilavasitə nəzarət altında aparılmadığına, zərəçəkmiş X12 müvafiq qayda işə qəbul edilməklə, onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanılması aparılmadığına, eləcə də 10 kVuq elektrik hava veriliş xəttinin mühafizə zonasında tikinti-quraşdırma işləri aparıldığı halda işçilər tərəfindən həmin xəttin naqillərinə hər-hansı bir əşya və predmetlərin yaxınlaşdırılmasına nəzarətin aparılmadığına görə, baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.19,1.20, 2.2, 2.6 bəndlərinin, «Tikinti. Elektrik təhlükəsizliyi. Ümumi tələblər.» 12.1.013-78 DÜST-nin (dövlət standartın) 1.4 və 2.24 bəndlərinin, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 12, 14 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin və «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər» 12.0.004-79 saylı DÜST-nin 1.1, 2.5, 3.10 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsini yerləşən iki dövrəli 10 kV-luq elektrik hava veriliş xəttinin mühafizə zonasında "xxxx" MMC tərəfindən "xxxx"nin tikintisini, həmin xəttinin sahibkarından rəsmi icazə almadan, elektrik hava xəttinin mühafizə zonasında tikintiquraşdırra işlərinin təhlükəsiz görülməsi üçün müvafiq təşkilati və texniki tədbirlər görülmədən aparıldığına, bu işlərin təhlükəsiz görülməsinə cavabdeh olan məsul şəxsin bilavasitə nəzarət altında aparılmadığına, zərəçəkmiş X12 müvafiq qaydada işə qəbul edilməklə, onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanılması aparılmadığına, eləcə də 10 kV- luq elektrik hava veriliş xəttinin mühafizə zonasında tikinti-quraşdırma işləri aparıldığı halda işçilər tərəfindən həmin xəttin naqillərinə hər-hansı bir əşya və predmetlərin yaxınlaşdırılmasına nəzarətin aparılmadığına görə, «Tikintidə təhlükəsizlik texnikas» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.19,1.20, 2.2, 2.6 bəndlərinin, «Tikinti. Elektrik təhlükəsizliyi. Ümumi tələblər.» 12.1.013-78 DÜST-nin (dövlət standartının və 2.24 bəndlərinin, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələr mühafizəsi qaydaları»nın 12 və 14-cü bəndlərinin, «Təşkilat, idarə, müəssisələ» fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.» 12.0.004-79 DÜST-nin 1.1, 2.5, 3.10 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru (konkret şəxs tutduğu vəzifəyə görə istintaqla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən iki dövrəli 10 kV-luq elektrik hava veriliş xəttinin mühafizə zonasında "xxxx" MMC tərəfindən "xxxx"nin tikintisinin həmin xəttinin sahibkarından rəsmi icazə alınmadan aparılmasına qadağa qoyulmadığına və bu barədə müvafiq tədbirlər (yerli icra və hüquqmühafizə orqanlarına müraciət etməsi və görülmədiyinə görə, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkə mühafizəsi qaydaları»nın 12-ci bəndinin tələbləri "xxxx" MMCnin Telekomunikasiya Qovşağının rəisi (konkret şəxs tutduğu vəzifəyə görə istir müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişmə, yerləşən iki dövrəli 10 kV-luq elektrik hava veriliş xəttinin mühafizə zonasında "xxxx" MMC tərəfindən "xxxx"nin tikintisinin həmin xəttinin sahibkarından rəsmi icazə alınmadan aparılmasına qadağa qoyulmadığına və bu barədə müvafiq tədbirlər (yerli icra və hüquq-mühafizə orqanlarına müraciət etməsi və görülmədiyinə görə, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 12-ci bəndinin tələbləri "xxxx" MMC-nin Telekomunikasiya Qovşağının rəisi (konkret şəxs tutduğu vəzifəyə görə istir müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini, yəni zərərçəkmiş X17 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmaların və biliklərin yoxalnılmasının keçirilmədiyini nəzərə aldıqda onun tərəfindən baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən tikilməkdə olan binanın eninin (13,4 m) mülkiyyətə verilmiş torpaq sahəsinin enindən (10,62 m) çox olmasını və binanın hündürlüyünün, eninin, uzunluğunun və mərtəbələrinin sayının təsdiq olunmuş layihə sənədlərinə uyğun olmadığını nəzərə alaraq, həmin binanın bir hissəsinin mülkiyyətə verilmiş torpaq sahəsindən kənarda yerləşdiyi və şəhərsalma sənədlərinə (Memarlıq-Planlaşdırma Layihəsinə və Şəhərsalmanın əsaslandırılması layihəsinə) uyğun inşa edilmədiyi müəyyən olunur. Sözügedən tikili razılaşdırılmış layihə sənədlərinə uyğun inşa olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 2.2 bəndinin tələblərinin pozulduğu müəyyən olunur (cild 2, iş vər.: 104-111); "xxxx" MMC-nin X4 11.06.2021-ci il tarixli 415 nömrəli məktubundan görünür ki, Quba şəhəri, Əliqulu Nərimanov ilə Səməd Vurğun küçələrinin kəsişməsində Quba Rayon Mərkəzi EATS-in inzibati binasını elektrik enerjisi ilə təmin edən iki ədəd 10 kvt-lıq yüksək gərginlikli hava xətti keçir. Həmin xətlər X4 balansındadır və 1997-ci ildən tikilərək istismara verilmişdir. Yüksək gərginlikli hava xətti ilə əlaqədar qovşaqda texniki pasport və digər göstəricələrə dair sənədlər mövcud deyil. Bununla bağlı qovşaqda yalnız balans sərhədlərinə dair akt mövcuddur. "xxxx" MMC tərəfindən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində tikinti işlərinin aparılması üçün Quba TKQ ilə razılaşdırılmamış və tikintiyə icazə alınmamışdır (cild 2, iş vər.: 35-41); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 6-ci il tarixdə **********1 nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyində MMC kimi qeydiyyatdan keçmişdir (cild 1, iş vər.: 131); "xxxx" MMC-nin təsisçisi Şahid8 15.12.2020-ci il tarixli 07 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 15.12.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (cild 1, iş vər.: 92); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfndən verilmiş 16.01.2020-ci il tarixli İNİL-13/2020/1 qeydiyyat nömrəli lisenziyadan və lisenziyanın əlavəsindən görünür ki, "xxxx" MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısı göstərilməklə tikintiyə icazə verilmişdir (cild 1, iş vər.: 118,119); DƏDRX tərəfindən verilmiş 19.07.2019-cu il tarixli ********** nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC-nin Quba şəhəri ərazisində 0,04 ha torpaq sahəsi vardır (cild 1, iş vər.: 120); 01.09.2020-ci il tarixli xidmətlərin göstərilməsi haqqında 01 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC-nin sabiq direktoru X1 və podratçı kimi "xxxx" MMC-nin özü ilə müqavilə bağlamışdır (cild 1, iş vər.: 122,123); Quba Rayon icra Hakimiyyəti tərəfindən verilmiş 23.10.2020-ci il tarixli 06 nömrəli obyektin tikintisinə icazədən görünür ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir (cild 1, iş vər.: 124); Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 X2 Ekspertiza Baş İdarəsinin 23.06.2020-ci il tarixli 29490 nömrəli rəyinə əsasən "xxxx" MMC "xxxx" MMC tərəfindən 0,04 ha torpaq sahəsi üçün hazırlanmış qeyri-yaşayış binasının layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi ilə razılaşdırılmışdır (cild 1, iş vər.: 126-130); Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 10.06.2020-ci il tarixli XO-03-2021-01474 nömrəli məktubundan və məktuba əlavə edilmiş 30.09.2020-ci il tarixli 02/3841-R nömrəli məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən hazırlanmış qeyri-yaşayış binasının layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 29.11.2019-cu il tarixli 38 nömrəli sərəncamının 1.18-ci bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur (cild 2, iş vər.: 52-54); əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin təsisçisi Şahid8 arasında Təqsirləndirilən şəxs MMC-nin direktoru vəzifəsinə işə qəbul olunması ilə bağlı emək müqaviləsi imzalanmışdır (cild 1, iş vər.: 93-96); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək müqaviləsi bildirişi» altsistemindən çıxarış edilmiş xxxxxxx000900 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs 21.12.2020-ci il tarixdən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir (cild 1, iş vər.: 132); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 04.08.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru olması barədə 21.12.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi hazırda da qüvvədədir. Həmin məktuba əlavə olunmuş "xxxx" MMC ilə müqaviləsi olan şəxslərin siyahısından görünür ki, hadisənin baş verdiyi günədək "xxxx" MMC-də direktor vəzifəsindən əlavə, iş icraçısı, sahə rəisi, əməyin texnikitəhlükəsizliyi üzrə mühəndis və sair ştatlar olmamış, Təqsirləndirilən şəxs başqa MMC-də tikintiyə məsul şəxs çalışmamışdır (cild 2, iş vər.: 83-103); iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs rayon prokurorluğuna notarial qaydada yazılmış ərizəsindən görünür ki, sonuncu müraciət edərək notarial qaydada bağlanmış dəymiş zərərin ödənilməsinə dair müqavilə təqdim etmişdir. Həmin ərizə və müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Ərzuman Bayram tərəfindən Zərərçəkmiş şəxs 35000 (otuz beş min) manat birdəfəlik yardım olunmuş, ona görə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmasını, tələbinin tam şəkildə ödənilməsini, bu hadisə ilə əlaqədar heç kimdən şikayət və ya tələbinin olmamasını, gələcəkdə də şikayət və tələbinin olmayacağını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (cild 2, iş vər.: 56,57); iş üzrə zərərçəkmiş şəxs X9 atası X13 və qardaşı Şahid1 rayon prokurorluğuna notarial qaydada yazılmış ərizəsindən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 35000 (otuz beş min) manat birdəfəlik yardım olunmasını, ona görə də tələblərinin tam şəkildə ödənilməsini, bu hadisə ilə əlaqədar heç kimdən şikayət və ya tələblərinin olmamasını, gələcəkdə də şikayət və tələblərinin olmayacağını bildirərək ərizələrinin nəzərə alınmasını xahiş etmişlər (cild 2, iş vər.: 58,59); Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat Statistik informasiya İdarəsinin 31 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (cild 2, iş vər.: 114,115); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 27 iyul 2021-ci il tarixli 2011 №-li arayışından və 27 iyul 2021-ci il tarixli 2012 №-li xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 7 Quba şəhərində yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vər.: 81,82); «Sübutların qiymətləndirilməsi haqqında» 11.08.2021-ci tarixli qərardan görünür ki, "xxxx" MMC-nin X4 rəisi Ceyhun Abidzadənin əməlində Azərbaycan Respublikası CM-nin 222.3 və 314.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-39.1.2-ci maddəsinə aparılan cinayət təqibinə xitam verilmiş; "xxxx" MMC-nin X4 rəisinin və digər vəzifəli şəxslərinin vəzifə borclarını layiqincə yerinə yetirməmələri nəzərə alınaraq qeyd olunan halın aradan qaldırılması və gələcəkdə təkrar olunmasının qarşısının alınması məqsədilə "xxxx" MMC-nin X4 vəzifəli şəxsləri barəsində təqdimat verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılmış; "xxxx" MMC-nin X3 rəsmi icazə alınmadan obyektin tikintisinə icazə verilməsi xüsusatına əsasən qeyd olunan halın aradan qaldırılması və gələcəkdə bir daha təkrar olunmasının qarşısının alınması məqsədilə Quba Rayon İcra Hakimiyyətinə təqdimat verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılmış; Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində tikilməkdə olan "xxxx"nin şəhərsalma sənədlərinə uyğun olmaması nəzərə alınaraq qeyd olunan pozuntunun aradan qaldırılması və belə halların bir daha təkrar olunmaması məqsədilə "xxxx" MMC-yə təqdimat verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılmış; X9 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə "xxxx" MMC və MMCnin direktoru Təqsirləndirilən şəxs barəsində İXM-nin 198-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması nəzərə alınaraq müvafiq icraatın başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılmamış; "xxxx" MMC-dən götürülmüş sənədlərin əsli iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və bir ədəd bağlamada iş materiallarına əlavə edilmişdir; hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəmir profilin müvafiq hissəsi cinayət işinin materiallarına əlavə edilə bilmədiyindən maddi sübut qismində tanınaraq Quba rayon prokurorluğunun «maddi sübutların saxlanılması» otağında şaxlanılmışdır; «qətimkan tədbirinin seçilməsi haqqında» 11.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-nin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Həmin Məcəllənin 222-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti tikinti, mədən işlərinin və sair işlərin aparılması zamanı ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı olan münasibətlərdir, əlavə obyektini insanların həyat və sağlamlığı, ayrı-ayrı hallarda isə mülkiyyət münasibətləri təşkil edir. Göstərilən cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmasında ifadə olunan əməllə törədilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu maddəsinə əsasən tikinti fəaliyyəti - tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması o halda cinayət məsuliyyətinə səbəb olur ki, həmin təhlükəsizlik qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış olsun. CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükənin yaranması və bunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasında ifadə olunur. Belə ki, şəxsin əməlinin CM-nin 222.3-cü maddəsi ilə tövsif edilməsi üçün təhlükəsizlik qaydalarının pozulması ilə yanaşı, həmin pozuntunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsindən ibarət olan nəticə olmalıdır. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinin təhlilindən görünür ki, şəxsin CM-nin 222.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun törətdiyi əməldə aşağıdakı tərkib əlamətləri olmalıdır: - tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması; - həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsi; - həmin pozuntunun bu qaydalara riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən törədilməsi. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış obyekti olan "xxxx"nin tikintisi işlərinin aparılması üçün, həmin mərtəbənin kənarları tam şəkildə çəpərlənməmiş, çəpərlənmək mümkün olmayan yerlərdə isə təhlükəsizlik tədbirləri görülməmişdir. Həmçinin tikinti (qaynaqçı, hörgüçü, fəhlə) işlərinə cəlb edilmiş işçilər ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırma keçirilməmişdir. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 04 avqust 2021-ci il tarixli 10/2841 nömrəli rəyinə əsasən, MMC-nin direktoru tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırma keçirilmədiyinə görə, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.19,1.20, 2.2, 2.6 bəndlərinin, «Tikinti. Elektrik təhlükəsizliyi. Ümumi tələblər» 12.1.013-78 DÜST-nin (dövlət standartın) 1.4 və 2.24 bəndlərinin, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 12, 14 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin və «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər» 12.0.004-79 saylı DÜST-nin 1.1, 2.5, 3.10 bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən X16 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların və bilik səviyyəsinin yoxlanılmasının keçirilməsi həyata keçirilməmiş, həmçinin Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış obyekti olan "xxxx"ndə tikintisi işlərinin təhlükəsiz görülməsi üçün lazımi tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. «Əməyin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən müəssisənin müdiriyyəti, mülkiyyətçi, yaxud onun səlahiyyət verdiyi idarəetmə orqanı müəssisədə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi; rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi; hər bir iş yerində sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi; işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılması, əməyin mühafizəsinin təbliği; kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi və s. vəzifələrin icrasını təmin edirlər. Qeyd edilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qismən etiraf etməsi, mərhum X9 oğlunun öz ehtiyatsızlığından xəsarət alıb ölməsi barədə ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən kimi qiymətləndirir. Onun bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edildir. Belə ki, məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs müqavilə əsasında tikinti işlərinin aparılmasına rəhbərlik edən zaman üzərinə düşən vəzifələri qabaqcadan icra etməyərək kifayət qədər vaxtı və imkanı olmasına baxmayaraq texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarını pozması nəticəsində aparılan tikinti işlərini düzgün təşkil etməmiş, tabeliyində olan işçilərə işlərin görülməsi üsulları və metodları üzrə təlim və təlimatlar, eləcə də biliklərin yoxlanılmasını keçirməyərək onları sərbəst işə buraxmış, tikilən "xxxx"nin binasında tikinti işlərinin təhlükəsiz görülməsi üçün həmin binanı tam şəkildə təhlükəsizlik vasitələrindən istifadə edilməsini təmin etməmiş, işləri düzgün təşkil etməmiş, Quba şəhəri, Əliqulu Nərimanov ilə Səməd Vurğun küçələrinin kəsişməsində aparılan tikintinin "xxxx" MMC-nin X4 Quba Rayon Mərkəzi EATS-in inzibati binasını elektrik enerjisi ilə təmin edən iki ədəd 10 kvt-lıq yüksək gərginlikli hava xəttinin mühafizə zonasına düşməsinə baxmayaraq, bununla bağlı hər hansı bir tədbirlər görməmiş və tikinti işlərini dayandırmamış və məhz bu səbəbdən həmin tikintidə hörgüçü işləyən Vasif Sadıqov inşa edilən binanın yaxınlığından keçən elektrik xəttindən elektrik cərəyanının vurması nəticəsində 23.05.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, ona dəymiş ziyanı tam ödəməsi və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını müəyyən edir. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». 58.3-cü maddəsinə görə «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». 41.2-ci maddəsinə əsasən «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». 58.1-ci maddəsinin tələblərindən görünür ki, «cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir». 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının son həddinin dörddə üçündən artıq olmayan həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın təyin edilərək onun müəyyən müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar "xxxx" MMC-yə məxsus 1 ədəd dəmir profilin müvafiq hissəsi və "xxxx" MMC-yə məxsus sənədlərin əsli 1 ədəd bağlamada hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar "xxxx" MMC-yə məxsus – Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd dəmir profilin müvafiq hissəsi və iş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus sənədlərin əsli 1 ədəd bağlamada hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE**********0002088501, X8, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-122/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-122/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver