Məhkəmə qərarları › İş №1(027)-122/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-122/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-122/2022 01.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər X2, X5 iştirakları ilə xx.xx.1996-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx.xx.1997-ci ildə İmişli rayonunun Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonu Oruclu kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 235.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 28 fevral 2022-ci il tarixdə, saat 17 radələrində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə etmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan Abbas adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vastəsilə əlaqə saxlayaraq sifariş edib Quba şəhəri, H.Əliyev prospektində yerləşən “24 Saat” marketdəki “eManat” ödəniş terminalından həmin şəxsin təyin etdiyi hesab kartına 96 manat pul köçürmüş, sifariş etdiyi narkotik vasitənin “Bakı-Xırdalan” avtomobil yolunun kənarında yerləşən “Yaşıl Bağ” restoranına aid lövhənin yanına qoyulması barədə mesaj gəldikdən sonra tanışı Təqsirləndirilən şəxs2 оьлуndan həmin narkotik vasitəni götürərək ona göndərməsini xahiş etmiş, sonuncu isə saat 20 radələrində narkotik vasitəni oradan götürüb Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan əraziyə aparmış və şübhə yaratmamasından ötrü “İpək” markalı saç şampunu qutusunun içərisinə yerləşdirərək qutunu sellofan torbaya qoyub üzərini kişi köynəyi ilə örtdükdən sonra torbanı Quba rayonuna göndərmək üçün tanışı Şahid1 xahiş etmiş, Şahid1 həmin torbada narkotik vasitə olması barədə bilmədən tanımadığı Quba-Bakı marşurutu üzrə fəlaiyyət göstərən taksilərdən biri ilə torbanı ona göndərmiş, o, 01 mart 2022-ci il tarixdə, saat 01 radələrində, yaşadığı Quba rayonu, Alekseyevka kəndi ərazisində taksi sürücüsünü qarşılayıb sellofan torbanı götürərək şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,806 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin vaxt orada saxlanılaraq Quba RPŞ-yə dəvət edilib цzərində şəxsi axtarış aparılarkən əlində saxladığı sellofan torbada olan “İpək” markalı saç şampunu qutusunun içərisindən 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 5,806 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 28 fevral 2022-ci il tarixdə, saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib “Bakı-Xırdalan” avtomobil yolunun kənarında yerləşən “Yaşıl Bağ” restoranına aid lövhənin yanına sifariş etməklə əldə etdiyi özünə məxsus narkotik vasitə heroinin qoyulması barədə bildirərək həmin narkotik vasitəni Quba rayonuna göndərməsinə dair xahişinə əsasən saat 20 radələrində həmin yerə gedib reklam lövhəsinin yanında qoyulmuş 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 5,981 qram narkotik vasitə heroini aşkar edərək oradan götürmüş, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda həmin narkotik vasitəni əldə edib üzərində daşımaqla saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs1 icazəsi və xəbəri olmadan sonuncuya məxsus heroinin üzərindən 0,175 qramını özünə götürərək narkotik vasitələri talamış, heroinin qalan 5,806 qramını isə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan əraziyə aparmış və şübhə yaratmamasından ötrü “İpək” markalı saç şampunu qutusunun içərisinə yerləşdirərək qutunu sellofan torbaya qoyub üzərini kişi köynəyi ilə örtdükdən sonra torbanı Quba rayonuna göndərmək üçün tanışı Şahid1 xahiş etmiş, Şahid1 həmin torbada narkotik vasitə olması barədə bilmədən tanımadığı Quba-Bakı marşurutu üzrə fəlaiyyət göstərən taksilərdən biri ilə torbanı Təqsirləndirilən şəxs1 göndərmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 0,195 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 01 mart 2022-ci il tarixdə, saat 20 radələrində həmin metamfetamini tanışı Şahid1 satmaq üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan ərazidə yerləşən “Şəki” kafesinin qarşısına gələrkən Quba RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyi ilə bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində o, saxlanılaraq Quba RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli pencəyin sol qolunun üzərində olan ciblikdən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 0,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tanışı Şahid1 20 manata satmaq məqsədilə saxladığı 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 0,195 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki o, Quba rayonu, Alekseyevka kəndində anası ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Təxminən 6 aydır ki, narkotik vasitə olan heroindən çəkmək istifadə edir. Narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu adının Abbas olduğunu bildirməklə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsdən alır. “İnstagram” sosial şəbəkəsində özünü Abbas kimi təqdim edən şəxs heroinin 1 qramını 16 manata satır. Onlar biri-birini görməmişlər. O, alacağı narkotik vasitənin ödənişini Abbasın göndərdiyi kart hesabına yükləyərək ödəniş etdikdən sonra Abbasın Azərbaycanda olan kuryeri alacağı narkotik vasitəni müəyyən bir yerə qoyur və bu yerin şəklini çəkib Abbasa göndərir, Abbas da öz növbəsində həmin yerin şəkilini ona göndərir. O, şəkildə göstərilən yerə gedərək qoyulmuş narkotik vasitəni götürür. Abbasın kuryerə narkotiki necə və hansı üsulla verməsi barədə məlumatı yoxdur. Pulu yüklədiyi kart hesabında ad çıxmır, ad yerinə şifrə çıxır. 28 fevral 2022-ci il tarixdə Abbasla “WhatsApp” vastəsilə əlaqə yaradıb 6 qram heroin sifariş edərək, həmin gün saat 17 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “24 Saat” marketdəki “eManat” ödəniş terminalından həmin karta 96 manat pul yükləmişdir. Təxminən bir saat sonra, Abbas ona narkotik vasitənin qoyulduğu yerin şəklini göndərərək bildirmişdir ki, narkotik vasitəni Xırdalan-Bakı yolunun kənarında yerləşən "Yaşıl Bağ" restorana aid lövhənin yanına qoymuşlar. Həmin vaxt Quba şəhərində olduğu üçün o, Bakı şəhərində olan tanışı Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, həmin narkotiki götürüb Quba-Bakı taksilərindən biri ilə ona göndərsin. Saat 21 radələrində Mehtixan zəng edərək demişdir ki, ona göndərdiyi sellofan paketin içərisində olan narkotik vasitəni tanımadığı taksi sürücüsünə verərkən, sürücü paketdə olan bağlamadan şübhələnərək paketi götürmədiyinə görə o, marketdən saç şampunu alıb, narkotik vasitəni şampunun içərisinə atmış və şampunu köynəklə birlikdə selofan paketə qoymuşdur. Həmin vaxt Mehtixan ona bildirmişdir ki, içərisində narkotik vasitə olan şampun və köynək olan paketi özü göndərə bilmədiyi üçün Şamaxinkada yerləşən "Şəki" kafesində işləyən ümumi tanışları Ülvi adlı şəxsə vermişdir ki, ona göndərsin. Bir qədər keçdikdən sonra Ülvi ona zəng edərək paketi göndərdiyini və onun nömrəsini taksi sürücüsünə verdiyini bildirmişdir. 01 mart 2022-ci il tarixdə, saat 01 radələrində, Ülvinin paketi verdiyi taksi sürücüsü ona zəng edərək yaşadığı kəndə gəlmiş və paketi ona verərək getmişdir. Taksi nömrəsini bilmədiyi Opel markalı avtomobil olmuşdur. O, taksi sürücüsündən paketi götürüb 50-60 metr piyada yaşadığı evə tərəf gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Quba rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib ona, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasında şübhəli olduğunu bildirərək onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. Yolda olarkən polis əməkdaşları onun hərəkətlərinə daim nəzarət etdikləri üçün üzərində saxladığı narkotik vasitəni özündən kənarlaşdıra bilməmişdir. Polis şöəsində təhqiqatçı Sənan adlı polis əməkdaşı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman o, əlindəki sellofan torbada olan saç şampunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi selofan paketdə olan sampunun içərisindən selofana bükülmüş bir büküm narkoyik vasitə heroini çıxararaq elektron tərəzidə çəkib zərfə qoyaraq qablaşdırmışlar. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 ona məxsus olan heroindən götürməsindən yalnız Mehtixanın şübhəli şəxs qismində tutulduqdan sonra xəbəri olduğunun bildirərək, narkotik vasitə olan və ona məxsus heroindən Mehtixana vermədiyini, sonuncunun onun icazəsi olmadan ona məxsus olan heroindən götürdüyünü bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 34.1,234.2 və 235.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki o, İmişli rayonu, Oruclu kəndində qeydiyyatda olsada, həyat yoldaşı və azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsində kirayədə yaşayır. 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin fevral ayının əvvəlində kirayədə yaşadığı qəsəbə ərazisində yerdən bir büküm psixotrop maddə metamfetamin tapmış və həmin bükümü özündə saxlamışdır. Təqsirləndirilən şəxs1 5 ildir ki, tanıyır. Aralarında hər hansı düşmənçilik, ədavət, sözləşmə və ya mübahisə olmamışdır. Elçinlə əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. 28 fevral 2022ci il tarixdə, saat 18 radələrində Elçin ona zəng edərək xahiş etmişdir ki, instagram sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşından online qaydada ödəniş etməklə aldığı narkotik vasitə heroinin Xırdalan-Bakı yolunun kənarında yerləşən "Yaşıl Bağ" restorana aid lövhənin yanına qoymuşlar və həmin narkotik vasitəni götürüb taksi ilə ona göndərsin. O, Elçinin xahişini yerinə yetirərək təxminən saat 20 radələrində həmin lövhənin yanına qoyulmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini götürüb oradan uzaqlaşdıqdan sonra, Elçinin icazəsi və xəbəri olmadan sonuncuya məxsus heroinin üzərindən bir qədər özü üçün götürmüşdür. Sonra Bakı şəhəri, Nəsimi rayonununda yerləşən "Şamaxinka" kimi tanınan əraziyə gəlmiş və lövhənin yanından götürdüyü heroin bükümünü sellofan paketə qoyaraq Elçinə göndərmək məqsədilə Qubaya gedən tanımadığı taksi sürücülərindən birinə vermişdir. Bir qədər keçəndən sonra, tanımadığı həmin taksi sürücüsü ona zəng edərək demişdir ki, "gəl verdiyin sumkanı götür". O, başa düşmüşdür ki, taksi sürücüsü Elçinə göndərdiyi sellofan paketin içərisində olan narkotiki görüb. O, gedib həmin taksi sürücüsündən paketi götürmüş və orada işləyən digər taksilər onun narkotik göndərməyindən şübhələndikləri üçün paketi Qubaya göndərə bilməməmişdir. Ona görə də marketlərdən birinə gedərək saç şampunu almış və paketdə olan bir ədəd sellofan bükümdə olan kakosu gizlədərək göndərmək üçün şampunun içərisinə atmışdır. Sellofan paketə qoyduğu şampunun yanına əynində olan fudbolkanın üstündən geyindiyi köynəyi çıxarıb qoymuşdur ki, kiməsə Qubaya göndərmək üçün verəndə paketdə şampunu tək görüb şübhələnməsinlər. Artıq onu "Şamaxinka" deyilən ərazidə dayanan Quba taksiləri tanıdıqları üçün orada yerləşən "Şəki" kafesində işləyən ümumi tanışları Ülvinin yanına gedərək demişdir ki, "mən tələsirəm, vaxtım yoxdur, sən bu paketi götür, işdən çıxanda Qubaya Elçinə göndərərsən". O, Ülviyə göndərdiyi paketdə narkotik olmasını deməmişdir. Həmin vaxt enerji qutardığı üçün telefonu söndüyündən Elçinə evə gedəndən sonra zəng edib narkotiki özü göndərə bilmədiyini, şampunun içinə ataraq taksi ilə göndərmək üçün Ülviyə verdiyini bilrirmişdir. Növbəti gün Elçinə narkotikin çatıb-çatmaması barədə xəbər tutmaq üçün zəng etsə də, zəng çatmamışdır. 01 mart 2022-ci il tarixdə, saat 18:40 radələrində Ülviyə votsapla yazaraq onun narkotikdən istifadə etdiyini bildiyi üçün özündə olan metamfetamini ona 20 manata satmaq istədiyini bildirmişdir. Ülvi razılıq verəndən sonra, onun işlədiyi kafeyə yola düşmüşdür. Saat 20 radələrində kafenin qarşısına çatanda mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Quba RPŞ-nin əməkdaşları olduqlarını, barəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, istifadə etmə, göndərmə və satma barədə məlumat olduğunu, Quba rayon sakini Elçinə narkotik göndərdiyini bildirmişlər. Polis əməkdaşları ondan bir neçə dəqiqə əvvəl Ülvini də saxlamışlar. Onlar ikisini də dəvət edərək Quba RPŞ-yə aparmışlar. Yolda gedərkən polis əməkdaşları onun hərəkətlərinə daim nəzarət etdikləri üçün üzərində saxladığı narkotik vasitə bükümlərini özündən kənarlaşdıra bilməmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra ona video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməyərək Elçinə narkotik göndərməyi ilə bağlı olanları səmimi şəkildə etiraf etmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa, təqdim etmək təklifi edilmişdir. O, üzərində olan narkotik vasitə heroini və psixotrop maddə bükümlərini təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki qara rəngli pencəyin sol qolunun üzərində olan cib yerindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroini və Ülviyə 20 manata satmaq niyətilə saxladığı 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini masanın üzərinə üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümləri açarkən birinin içərisindən qəhvəyi, digərinin içərisindən isə ağ rəngli maddə aşkar olunmuşdur ki, o, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli maddənin isə psixotrop maddə metamfetamin olduğunu etiraf edərək, heroini bir gün əvvəl Elçinə göndərdiyi bükümün üzərindən götürüb öz istifadəsi, metamfetamini isə Ülviyə 20 manat satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bükümlər elektron tərəzidə çəkərkən hər ikisi ayrı-ayrılıqda 0,3 qram təşkil etmişdir. Həmin bükümlər ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırılmış zərfin üzərinə əvvəlcə o, olmaqla bütün iştirakçılar tərəfindən imzalar edilərək qablaşdırmanın tamlığı təsdiq edilmişdir..İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba rayonu, Alekseyevka kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmişdir. Məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra, müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, işlədiyi bölmənin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5, Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsini müvəqqəti icra edən Şahid3, Quba RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs1 yaşadığı Quba rayonu, Alekseyevka kəndi ərazisində olmasını müəyyən etmiş və 01 mart 2022-ci il tarixdə, saat 01 radələrində həmin yerdə Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu bildirib onu Quba RPŞ-yə gətirmişlər. Yolda gələrkən Təqsirləndirilən şəxs1 hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Polis şöbəsində təhqiqatçı Sənan Həsənov tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra, Təqsirləndirilən şəxs1 video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunarkən o,şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Video çəkiliş baş inspektor kriminalist Fuad İslamov tərəfindən aparılmışdır. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra, Təqsirləndirilən şəxs1 əlində saxladığı sellofan torbanı və mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Sellofan torbadan paltarlar və sarı rəngli, "İpək" markalı saç şampunu qutusu aşkar edilmişdir. Şampun qutusunun içərisindən isə bir ədəd sellofan bükümdə olan qəhvəyi rəngli kütlə aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə heroin olduğunu, tanımadığı Abbas adlı İran İslam Respublikasının vətəndaşından onlayn qaydada aldığını, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs2 tərəfindən şampunun içərisinə qoyularaq, Bakı şəhəri Şamaxinka adlanan ərazidən taksi ilə ona göndərildiyini bildirmişdir. Həmin büküm bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərfin üzərinə o da daxil olmaqla bütün iştirakçılar imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Quba rayonu, Alekseyevka kənd sakini Təqsirləndirilən şəxs1 01 mart 2022-ci il tarixdə, saat 01 radələrində yaşadığı kəndin ərazisində saxlanılaraq Quba RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən sonuncunun üzərindən bir büküm külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitənin əslən İmişli rayonu, Oruclu kənd sakini olmaqla Bakı şəhərində kirayədə yaşayan Təqsirləndirilən şəxs2 tərəfindən sonuncunun tanışı – Şəki şəhər sakini, Bakı şəhəri, "Şamaxinka" deyilən ərazidə yerləşən "Şəki" kafesində ofisant işləyən Şahid1 vasitəsilə göndərilməsi müəyyən edilmişdir. O, işlədiyi bölmənin əməkdaşları Həzrət Şadıyev və Şahid5 ilə birlikdə 01 mart 2022-ci il tarixdə, saat 18:30 radələrində Şahid1 işlədiyi kafedə yaxınlaşıb özlərini təqdim edərək barəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat olduğunu, Quba rayon sakini Təqsirləndirilən şəxs1 narkotik göndərdiyini bildirmişlər. Şahid1 bir gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 verdiyi sellofan paketi Təqsirləndirilən şəxs1 göndərdiyini, lakin heç kimə narkotik göndərmədiyini deyərək cavab vermişdir. Onlar Şahid1 həmin paketdə olan saç şampunu qutusunun içərisindən narkotik vasitə aşkar olunduğunu izah etmişlər. Şahid1 paketdə narkotik olmasından xəbəri olmadığını, ümumiyyətlə paketin içərində saç şampunu olub-olmamasına da fikir vermədiyini, paketdə ancaq paltar gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 harada olub-olmaması barədə Şahid1 sorğu-sual edərkən sonuncunun əlindəki mobil telefondan mesaj gəlişi səsi eşidilmişdir. Şahid1 telefona baxaraq demişdir ki, votsapda yazan Təqsirləndirilən şəxs2dur, Təqsirləndirilən şəxs2 özündə olan metamfetamini 20 manata satmaq istəməsi barədə yazıb. Onlar Təqsirləndirilən şəxs2 məhz həmin anda, yəni onların yaxınlaşmasından bir neçə dəqiqə sonra yazmasından və hətta özündə olan metamfetamini 20 manata satmaq istədiyini bildirməsindən şübhələnərək Şahid1 bu barədə soruşaraq buna aydınlıq gətirməsini bildirmişlər. Şahid1 həmin vaxt Təqsirləndirilən şəxs2 yazamasının bir təsadüf olmasını, əvvəllər "nəşə" kimi tanınan narkotik vasitədən və "şüşə" kimi tanınan psixotrop maddə metamfetamindən bir neçə dəfə istifadə etdiyini, Təqsirləndirilən şəxs2 da onun "nəşə" və "şüşə" çəkməsi barədə bildiyini, hətta bir dəfə ikisi birlikdə "nəşə" çəkdiklərini, lakin 1 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə etməyi tərgitdiyini, Təqsirləndirilən şəxs2 onun əvvəllər narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olduğu üçün özündə olan metamfetamini 20 manata satmaq istəməsi barədə votsapda yazdığını bildirmişdir. Onlar keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Şahid1la ilə yanaşı, Təqsirləndirilən şəxs2 da saxlayıb ikisini birlikdə Quba Rayon Polis Şöbəsinə aparmaq məqsədilə Şahid1 təklif etmişlər ki, votsapda yazaraq 20 manata metamfetamin satmaq istəyən Təqsirləndirilən şəxs2 kafeyə çağırsın. Şahid1 onların təklifindən sonra Təqsirləndirilən şəxs2 kafeyə gəlməsini bildirmişdir. Təxminən bir saat sonra kafeyə gələn Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu, Quba rayon sakini Təqsirləndirilən şəxs1 Şahid1 vasitəsilə narkotik vasitə göndərdiyini bildirmişlər. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 xahişi ilə "Xırdalan-Bakı" yolunun kənarına qoyulmuş narkotik vasitəni digər tanışı Şahid1 verərək Təqsirləndirilən şəxs1 göndərdiyini etiraf etmişdir. Onlar Şahid1 və Təqsirləndirilən şəxs2 birlikdə Quba RPŞ-yə gətirmişlər. Yolda gələrkən onların hər iksinin hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərilərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, üzərilərindən kənarlaşdıra bilməsinlər. Polis şöbəsində hər ikisi istintaqa təqdim edilmişdir. Əvvəlcə Şahid1 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra ona video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunarkən şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Video çəkiliş Quba RPŞ-nin Əməliyyatrabitə qrupunun kiçik inspektoru X6 tərəfindən aparılmışdır. Şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün bütün iştirakçılar imzalayaraq doğruluğunu təsdiq etmişlər. Sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra, ona video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunarkən şəxsi axtarışın keçirilməsinə etiraz etməyərək Təqsirləndirilən şəxs1 narkotik vasitə göndərməyi ilə bağlı olanları səmimi şəkildə bildirmişdir. Video çəkiliş Quba RPŞ-nin Əməliyyat-rabitə qrupunun kiçik inspektoru X6 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli pencəyin sol qolunun üzərində olan ciblikdən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümləri açarkən birinin içərisindən qəhvəyi, digərinin içərisindən isə ağ rəngli maddə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ağ rəngli maddənin isə psixotrop maddə metamfetamin olduğunu etiraf edərək, kakosu bir gün əvvəl tanışı Təqsirləndirilən şəxs1 göndərdiyi bükümün üzərindən götürüb öz istifadəsi, metamfetamini isə bir müddət əvvəl əldə edib digər tanışı Şahid1 20 manata satmaq üçün üzərində saxladığını bildirmişdir. Bükümləri ayrı-ayrılıqda elektron tərəzidə çəkdikdə hər biri 0,3 qram təşkil etmişdir. Həmin bükümlər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərfin üzərinə əvvəlcə Təqsirləndirilən şəxs2 olmaqla bütün iştirakçılar tərəfindən imzalar edilərək qablaşdırmanın tamlığı təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində saxladığı özünə məxsus mobil telefon, plastik kartlar və digər şəxsi əşyalarını da təqdim etdikdən sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin üzərindən qanunla qadağan heç nə aşkar olunmamışdır. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün bütün iştirakçılar imzalayaraq doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X1 Ramin Şəmsəddin oğlunun ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini olsa da, 10 aydır ki, Bakı şəhərinə işləməyə gələrək kirayədə yaşayır və Bakı şəhəri, "Şamaxinka" deyilən ərazidə yerləşən "Şəki" kafesində ofisant işləyir. İmişli rayon sakini Təqsirləndirilən şəxs2 2016-cı ildən tanıyır, onlar Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində oxmuşlar, aralarıda hər hansı düşmənçilik, ədavət, sözləşmə və ya mübahisə olmamışdır. Quba rayon sakini X8 vasitəsi ilə tanış olmuşdur. 28 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Mehtixan işlədiyi "Şəki" kafesinə gələrək ona əlindəki sellofan paketi verərək demişdir ki, "tələsirəm, vaxtım yoxdur, sən bu paketi götür, işdən çıxanda Şamaxinkadan Quba rayonuna gedən taksilərinə verib Qubaya göndərərsən". O, ofisant yoldaşları yeyib-içərək sərxoş halda olduğu üçün Mehtixanı sorğu-sual etməmişdir ki, "bura Şamaxinkadı, özün niyə göndərmirsən, niyə mənə verirsən". O, bircə onu soruşmuşdur ki, "paketin içərisində nə var?". Mehtixan paketdə paltar olduğunu bildirmişdir. Ona görə də o, razılıq verərək paketi götürmüşdür. Mehtixan ona Elçinin mobil nömrəsini verərək paketin Elçinə çatacağını bildirmiş və ondan xahiş etmişdir ki, paketi göndərəcəyi taksi sürcüsü və Elçini telefon nömrələrini biri-birinə verməklə əlaqələndirsin ki, Elçin taksini qarşılayaraq paketi götürə bilsin. Mehtixan gedəndən təxminən 20 dəqiqə sonra, paketi və Elçinin mobil telefon nömrəsini Şamaxinkadan Quba rayonuna gedən tanımadığı taksi sürücülərindən birinə verərək Elçinə göndərmişdir. Sonra Elçinə zəng edərək Mehtixanın verdiyi paketi göndərdiyini və nömrəsini taksi sürücüsünə verdiyini bildirmişdir. 01 mart 2022-ci il tarixdə, saat 18:30 radələrində işdə olduğu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Quba RPŞ-nin əməkdaşları olduqlarını, barəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, istifadə etmə, göndərmə və satma barədə məlumat olduğunu, Quba rayon sakini Elçin adlı şəxsə narkotik göndərdiyini bildirmişlər. O, bir gün əvvəl tanışı Mehtixanın verdiyi sellofan paketi Elçinə göndərdiyini, lakin heç kimə narkotik göndərmədiyini bildirmişdir. Polis əməkdaşları demişlər ki, həmin paketdə olan saç şampununun içərisindən narkotik vasitə aşkar olunub. O, cavab vermişdir ki, "paketdə narkotik olmasından xəbəri olmamışdır, ümumiyyətlə paketin içərində saç şampunu olubolmamasına da fikir verməmiş, ancaq paltar olmasını görmüşdür". Polis əməkdaşları ondan Mehtixanın harada olub-olmaması barədə soruşarkən təsadüfən Mehtixan özü ona votsapla yazaraq əvvəllər narkotikdən istifadə etdiyini bildiyi üçün özündə olan metamfetamini 20 manata satmaq istədiyni bildirmşdir. Mehtixanı da saxlayıb ikisini birlikdə Quba Rayon Polis Şöbəsinə aparmaq üçün polis əməkdaşlarının təklifi ilə Mehtixana işlədədiyi kafeyə gəlməsini bildirmişdir. Təxminən bir saat sonra Mehtixan gəlmiş və polis əməkdaşları ikisini də Quba RPŞ-yə aparmışlar. Polis şöbəsində əvvəlcə o, şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edildikdən sonra ona video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o da daxil olmaqla bütün iştirakçılar protokola imzalayaraq doğruluğunu təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasnını 01 mart 2022-ci il tarixli, 6/1243 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,806 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 5,806 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq: 5,706 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2022-ci il tarixli, 6/1292 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 (iki) ədəd büküm ...” təmiz çəkisi 0,175 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan ağ rəngli kristal şəkilli maddə metamfetamindir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək gütürülmüş heroinlə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,175 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,125 qram. Metamfetaminin təmiz çəkisi - 0,195 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq – 0,145 qram. İş üzrə təyin edilib keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 may 2022-ci il tarixli, 2791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 aprel 2022-ci il tarixli, 2134 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1,234.2 və 235.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdirlər və onların təqsiri özlərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1,234.2 və 235.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyvka kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun Alekseyevka kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materialında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının Oruclu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs2 İmişli rayonunun Oruclu kəndində qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını, cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını və qeydiyyatda olduğu yer üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 235.1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutlmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ağır cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlıdan məhrum etmə növündə cəza təyin edilməklə cinayətlərin məcmuyu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Quba rayom məhkəməsinin 02 mart 2022-ci ил tarixli qərarı ilə həbsetmənin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Quba rayom məhkəməsinin 03 mart 2022-ci ил tarixli qərarı ilə həbsetmənin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alıb hesab edir ki, onların barələrində seşilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkkəmə hesab edirki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməklə onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 202 (iki yüz iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan 2 ədəd DVD disk cinayət işinin matetiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs2 məxsus Samsunq narkalı Galaxy A6 markalı mobil telefon M. Cəfərova qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,706 qram olan narkotik vasitə heroin, 0,125 qram olan narkotik vasitə heroin və 0,145 qram psixotrop maddə matamfetamin hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba rayon polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinib 01 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 235.1-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzacəkmə nüddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 202 (iki yüz iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi subut olan 2 ədəd DVD disk cinayət işinin matetiallarında saxlanılsın. Samsunq narkalı Galaxy A6 markalı telefon Təqsirləndirilən şəxs2 qaytarılsın. Ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,706 qram olan narkotik vasitə heroin, 0,125 qram olannarkotik vasitə heroin və 0,145 qram psixotrop maddə matamfetamin hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar