Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-123/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 20 avqust 1997-ci ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 05 ay müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olan və Quba şəhəri, 29-cu məhəllədə yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, 04 avqust 2021-ci il tarixdə, saat 02 radələrində Quba şəhərinin H.Əliyev prospektində yerləşən “Praqa” restoranının yaxınlığındakı mebel sexinin qarşısında olan və Quba rayon Alekseyevka kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus “Vaz 21061” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşəsini əli ilə açmaqla avtomobilə daxil olaraq, özündə olan avtomobil açarı ilə mühərriki işə salıb sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə edib talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirməklə qaçırmışdır. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə, saat 02 radələrində içkili vəziyyətdə yaşadığı evə gedərkən Quba şəhəri H.Əliyev prospektində yerləşən “Praqa” restoranının qarşısında “VAZ 21061” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin sahibsiz olduğunu görüb sürmək həvəsinə düşmüşdür. Avtomobilin qapıları bağlı olduğundan sürücü tərəfdə olan qapının balaca şüşəsini əli ilə içəri itələyib açdıqdan sonra, əlini uzadıb qapını açmışdır. Cibindəki avtomobil açarı ilə həmin avtomobili işə salmış və avtomobilin yanacağının az olduğunu görüb avtomobilə yanacaq vurmaq üçün birbaşa H.Əliyev prospektindəki “Lukoil” YDM-nə sürmüşdür. Yanacaq doldurma məntəqəsində avtomobili arxaya verərkən avtomibilin arxa hissəsi orada olan çənə dəymişdir. Bundan sonra, avtomobildən aşağı düşərək avtomobildə hərhansı bir əziyin olmadığını görmüşdür. Həmin vaxt yanacaq doldurma məntəqəsinin işçiləri ona yaxınlaşdıqda, o, avtomobilin özünə məxsus olduğunu bildirərək, ordan uzaqlaşıb evinə getmişdir. Həmin avtomobildən heç nə götürməmişdir və avtomobilin kimə məxsus olduğunuda bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobil Quba rayonu, Alekseyevka kənd sakini Zərərçəkmiş şəxs məxsusdur. Həmin şəxsi əvvəllər tanımamışdır və həmin şəxslə onun heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Avtomobili idarə edəndə sərxoş vəziyyətdə olmuşdur. Avtomobili talamaq məqsədi olmamışdır, sürmək üçün qaçırmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba şəhərinin H.Əliyev prospektində olan “Praqa” restoranının yaxınlığında yerləşən mebel sexində usta işləyir. Özünə məxsus “VAZ 21061” markalı, **- BR-*** dövlət nömrə nişanlı avtomobili var və avtomobili hər gün sexin qarşısında saxlayır. 03.08.2021-ci il tarixdə, saat 20 radələrində avtomobili işlədiyi sexin qarşısında saxlayıb Alekseyevka kəndindəki evinə getmişdir. 04 avqust 2021-ci il tarixdə saat 10 radələrində işlədiyi mebel sexinə gəldiyi vaxt, avtomobilinin yerində olmadığını görüb onun qaçırıldığını bilərək bu barədə Quba rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində məlum olmuşdur ki, avtomobilini qaçıran şəxs avtomobilin arxa hissəsini Quba şəhəri H.Əliyev prospektində yerləşən “Lukoil” YDM-nin yanacaq çəninə vurduqdan sonra, avtomobili yanacaq doldurma məntəqəsində qoyub qaçdığından, avtomobili polis əməkdaşları tərəfindən Quba rayon PŞ-nin cərimə meydançasına aparılmışdır. Qəza zamanı onun avtomobili əzilməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 05.03.2021-cı il tarixli qərarı ilə təyin olunmuş islah işləri cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırması cəzası ilə əvəz olunmuşdur. Quba Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.5 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 07 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Aağamirzə oğluna sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-123/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-123/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver