Məhkəmə qərarları › İş №1(027)-123/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-123/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-123/2024 25.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X16 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Qobustan rayonu, Mərəzə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında qeydiyyatsız yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, xx xxxx 2002-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba şəhəri, Q.İsmayılov küçəsi, ev 47 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx xxxx 1998-ci il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli,himayəsində bir azyaşlı övladı olan, məhkum olunmayan, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əliçıraq küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 02 oktyabr 2023-cü ildə, saat 23 radələrində Quba rayonu, Amsar kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ictimai iaşə obyektində yerləşən kotejin pəncərəsini vintaçanla açıb qanunsuz daxil olaraq, ordan bir ədədinin dəyəri 540 manat olmaqla ümumi dəyəri 5940 manat olan 11 top “2*6” markalı kabeli, bir ədədinin dəyəri 400 manat olmaqla ümumi dəyəri 800 manat olan 2 top “cat-6” markalı kabeli gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə xeyli miqdar təşkil edən 6740 manat (altı min yeddi yüz qırx) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 03 oktyabr 2023-cü ildə, saat 00:00 radələrində Quba rayonu, Amsar kəndində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus evinin həyətinə hasardan keçərək evin pəncərəsini vintaçanla açıb qanunsuz evə daxil olaraq, evin birinci mərtəbəsindəki otaqdan karton qutunun içərisində olan dəyəri 150 manat olan bir ədəd “Rose” markalı unitazı, dəyəri 350 manat olan bir ədəd “Espa” markalı su matorunu və dəyəri 150 manat olan bir ədəd 5 litrlik od samovarını gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 650 (attı yüz əlli) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 08-10 oktyabr 2023-cü il tarixlərdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Quba rayonu, Amsar kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan evin həyətinə hasardan keçərək evin birinci mərtəbəsində yerləşən sınıq pəncərəni açmaq yolu ilə içəri daxil olub giriş qapısının yanında olan pəncərədən tapdığı açar dəsti ilə evin zirzəmisinə açılan dəmir-seyf qapını açaraq evin birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd dəyəri 600 (altı yüz) manat olan “Hotpoint” markalı “CAVVO” modelli paltaryuyanı, evin zirzəmisində olan bir ədəd dəyəri 450 (dörd yüz əlli) manat olan “LG” markalı “F2V5HS2s” modelli paltaryuyanı, bir ədəd dəyəri 500 (beş) manat olan “Maktek Epsilon LTD C12” markalı kombini, bir ədəd dəyəri 300 (üç yüz) manat olan “Siqma Hatinq” markalı “Siqma 24” modelli kombini,bir ədəd dəyəri 250 (iki yüz əlli) manat olan “LG” markalı 80 diaqonallı televizoru, həmçinin evin həyətində olan yardımçı tikilidən dəyəri 1300 (min üç yüz) manat olan bir ədəd “Honda Boudech EXT12D HP22” 12/3,2x3kvt markalı generatoru, həyətdəki mətbəxdən dəyəri 120 (yüz iyirmi) manat olan bir ədəd “Simfer” markal; “H6311KESB” modelli qaz sobasını gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 3520 (üç min beş yüz iyirmi) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 13 oktyabr 2023-cü ildə gecə saatlarında Quba rayonu, Amsar kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evin əvvəlcə həyətinə qanunsuz daxil olaraq həyətdəki yarımtikilinin içərisində olan bir ədəd dəyəri 1600 (min altı yüz) manat olan “Viessmann” markalı kombini və bir ədədin qiyməti 400 manat olan “Kodsan” markalı su qızdırıcı aparatını gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 2000 (iki min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 08-10 oktyabr 2023-cü il tarixlərdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Quba rayonu, Amsar kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evə Təqsirləndirilən şəxs2 əvvəlcə evin həyətinə hasardan keçərək giriş darvazasını içəridən açmasından sonra qanunsuz daxil olaraq, həmin evin birinci mərtəbəsində yerləşən sınıq pəncərəni açmaq yolu ilə içəri daxil olub giriş qapısının yanında olan pəncərədən tapdığı açar dəsti ilə evin zirzəmisinə açılan dəmir-seyf qapını açaraq evin birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs2 məxsus bir ədədinin dəyəıri 600 (altı yüz) manat olan “Hotpoint” markalı “CAVVO” modelli paltaryuyanı, evin zirzəmisində olan bir ədəd dəyəri 450 (dörd yüz əlli) manat olan “LG” markalı “F2V5HS2s” modelli paltaryuyanı, bir ədəd dəyəri 500 (beş) manat olan “Maktek Epsilon LTD C12” markalı kombini, bir ədəd dəyəri 300 (üç yüz) manat olan “Siqma Hatinq” markalı “Siqma 24” modelli kombini,bir ədəd dəyəri 250 (iki yüz əlli) manat olan “LG” markalı 80 diaqonallı televizoru, həmçinin evin həyətində olan yardımçı tikilidən dəyəri 1300 (min üç yüz) manat olan bir ədəd “Honda Boudech EXT12D HP22” 12/3,2x3kvt markalı generatoru, həyətdəki mətbəxdən dəyəri 120 (yüz iyirmi) manat olan bir ədəd “Simfer” markal; “H6311KESB” modelli qaz sobasını gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 3520 (üç min beş yüz iyirmi) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 08-10 oktyabr 2023-cü il tarixlərdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Quba rayonu, Amsar kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evə Təqsirləndirilən şəxs2 əvvəlcə evin həyətinə hasardan keçərək evin giriş darvazasını içəridən açmasından sonra qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində yerləşən sınıq pəncərəni açmaq yolu ilə içəri daxil olub giriş qapısının yanında olan pəncərədən tapdığı açar dəsti ilə evin zirzəmisinə açılan dəmir-seyf qapını açaraq evin birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs2 məxsus bir ədədinin dəyəri 600 (altı yüz) manat olan “Hotpoint” markalı “CAVVO” modelli paltaryuyanı, evin zirzəmisində olan bir ədəd dəyəri 450 (dörd yüz əlli) manat olan “LG” markalı “F2V5HS2s” modelli paltaryuyanı, bir ədəd dəyəri 500 (beş) manat olan “Maktek Epsilon LTD C12” markalı kombini, bir ədəd dəyəri 300 (üç yüz) manat olan “Siqma Hatinq” markalı “Siqma 24” modelli kombini,bir ədəd dəyəri 250 (iki yüz əlli) manat olan “LG” markalı 80 diaqonallı televizoru, həmçinin evin həyətində olan yardımçı tikilidən dəyəri 1300 (min üç yüz) manat olan bir ədəd “Honda Boudech EXT12D HP22” 12/3,2x3kvt markalı generatoru, həyətdəki mətbəxdən dəyəri 120 (yüz iyirmi) manat olan bir ədəd “Simfer” markal; “H6311KESB” modelli qaz sobasını gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 3520 (üç min beş yüz iyirmi) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Quba şəhərində yerləşən Şahdağ oteldə tikinti işlərində işləyərkən Quba rayon sakini Təqsirləndirilən şəxs1lə ilə tanış olmuşdur. 2023-cü ilin aprel ayında isə Nicatın vasitəsi ilə onun yeznəsi Təqsirləndirilən şəxs3 ilə tanış olub. 2023-cü ilin avqust ayının axırlarında Quba rayonu, Amsar kəndində Qərənfil restorana yaxın ərazidə adını xatırlamadığı şəxsə məxsus koteclərə dekorativ suvaq vurub. 2023-cü ilin sentyabr ayının əvvəllərində tanışları Nicat və Üfüqü həmin yerə işləməyə aparıb və bir neçə gün onlarla birlikdə işləyiblər sonra o, Quba şəhərində yerləşən Şahdağ oteldə işləməyə gedib, Nicat ilə Üfüq isə həmin yerdə işə davam ediblər. O, bəzən Nicat və Üfüqün qaldığı Quba şəhəri Nizami parkının yanında olan binada ayrı mənzildə qalıb, bəzən də bacısıgildə qalıb. Quba rayonu, Amsar kəndində Qərənfil restorana yaxın ərazidə adını xatırlamadığı şəxsə məxsus koteclərə dekorativ suvaq vuran zaman orda mis kabellərin olduğunu gördüyü üçün 02 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Quba rayonu, Amsar kəndində Qərənfil restorana yaxın ərazidə adını xatırlamadığı şəxsə məxsus koteclərə yaxın yerə gedərək yol tərəfdən daş hasardan obyektin həyətinə keçib, daha sonra kabellərin olduğu katecə yaxınlaşıb, üzərində olan vint açan vasitəsi ilə kotecin pəncərəsini açıb içəri daxil olaraq kotecdə olan 13 top mis kabelləri çölə çıxarıb, pəncərə və qapını bağlamışdır. Həmin 13 top mis kabelləri hasarın üzərindən çölə atıb kabelləri avtomobilinin yük yerinə qoyub oradan birbaşa kanal adlanan əraziyə gedib, çayın kənarında boş ərazidə həmin kabelləri yandırıb misini ayırmış, daha sonra həmin misi avtomobilin yük yerinə yerləşdirdirərək Quba şəhərinə geri qayıtmışdır. Növbəti gün yəni 03 oktyabr 2023-cü il tarixdə gecə 00 radələrində yenidən oğurluq etmək məqsədi ilə avtomobili ilə Quba rayonu, Amsar kəndinə gedib avtomobilini bir kənarda saxlamış, sahibini tanımadığı evin birinə daş hasardan keçərək həyətinə daxil olaraq üzərində olan vint açan vasitəsi ilə iki mərtəbəli evin birinci mərtəbəsində olan sağ yan pəncərəsini açaraq evə daxil olub evin içərisindən qaraja keçən qapıdan qaraja keçib oradaolan bir ədəd su nasosunu, bir ədəd təzə unitazı və bir ədəd somavarı götürərək evin həyətinə çıxramışdır. Sonra o, keçdiyi hasardan bir-bir həmin əşyaları evin çöl hisssinə çıxararaq avtomobilinin yük yerinə yığıb oradan yaşadığı evə gəlmişdir. 04 oktyabr 2023-cü il tarixdə axşam saatlarında avtomobili ilə oğurladığı mis kabelləri, bir ədəd su nasosunu, bir ədəd təzə unitazı və bir ədəd somavarı özü ilə satmaq niyyəti ilə Sumqayıt şəhərinə aparmış, Sumqayıt şəhərində metal qəbulu yerinə misi, samovarı və su nasosunu 840 manata satmış, unitazı sata bilmədiyi üçün özü ilə geri Quba rayonuna qaytarmışdır. Təxminən 3-4 gün sonra, yəni oktyabr ayının 07-dən 8-nə keçən gecə o, Quba rayonunun Amsar kəndində yerləşən adını sonradan bildiyi İbrahim adlı şəxsin yaşayış olmayan evindən oğurluq etmək qərarına gələrək həmin gün gecə saat 01 radələrində həmin evin yaxınlığına gələrək daş hasardan keçib evin həyətinə daxil olmuşdur. Evin pəncərəsinin qırıq olduğu yerdən pəncərəni açıb evin içərisinə daxil olaraq özü ilə apardığı fanar vasitəsilə evə baxış keçirdikdə dəmir materialından olan giriş qapısının yanında olan pəncərənin qarşısından evin çöl və içəri giriş qapılarının açarları tapmışdır. Evin içərisinə baxış keçirdikdə evin birinci mərtəbəsində bir ədəd paltaryuyan, zirzəmidə isə başqa bir ədəd paltaryuyan, bir ədəd plazma televizor, həmçinin orada olan kombi otağında iki ədəd kombi olduğunu aşkar etmiş, daha sonra evin həyətinə çıxıb həyətdə qapısı açıq olan tikiliyə baxış keçirmiş, tikilinin içərisində bir ədəd generator aşkar etmiş, yenidən həyətə qayıdıb orada olan mətbəxdə də qaz peçinin olduğu görüb həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, tapdığı açarla zirzəmiyə girən dəmir seyf qapını açıb orada olan bir ədəd paltaryuyanı və bir ədəd kombini çıxarıb evin giriş darvazısının kənarına yığmış, daha sonra evin həyətində olan tikilidəki generatoru və həyətdəki mətbəxdə olan qaz peçini də darvazanın yanına gətirib həmin əşyaların üzərini həyətdə olan çadırla bağlayıb qapıları və darvazanı tapdığı açarla bağlayıb avtomobilinə əyləşib yaşadığı evə qayıtmışdır. Növbəti gün o, axşam saatlarında Nicat və Üfüqü işdən götürən zaman onlara Amsar kəndində olan evdə əşyaları maşınına yükləməyə kömək etmələrini, ev yiyəsinin evdə olmadığını bildirərək, onlarla birlikdə evin qarşısına gəlmiş, o, özündə olan açarla darvazanı açaraq, Nicatla birlikdə içəri daxil olub qapının giriş hissəsinə yığdığı bir ədəd paltaryuyanı, bir ədəd generatoru və bir ədəd qaz peçini avtomobilin yük yerinə yığıb həmin əşyaları satmaq üçün birbaşa Bakı şəhərinə getmişlər. Gecəni avtomobildə qalaraq, səhər tezdən Bakı şəhəri Sədərək ticarət mərkəzinə gedib tanımadıqları adama paltaryuyanı 300 manata satıb pulu 3 yerə böldükdən sonra, Sulutəpə qəsəbəsinə gedib generatoru tanımadıqları şəxsə 300 manata satıb əldə edilən gəliri öz aralarına bölmüşlər. Sonra onlar İbrahimə məxsus evdə olan qalan əşyaları götürmək məqsədi ilə 10 oktyabr 2023-cü il tarixdə gecə saatlarında yenidən İbrahimin evinin qarşısına gəlib, evin giriş qapısının açarlarını itirdiyi üçün hasardan aşıb həyətə daxil olaraq darvazanı açmış, Nicat ilə birlikdə içəri daxil olub evin zirzəmisindək olan bir ədəd paltaryuyanı, bir ədəd kombini, bir ədəd televizoru və həyət qapısının yanında qalmış bir ədəd kombini onun avtomobilinə yükləyib oradan çıxıb getmişlər. Həmin gecə o, Quba rayonu, Ağbil kəndinə gedib avtomobilində olan 01 ədəd kombi və 01 ədəd paltaryuyanı qaldığı evin qarajına qoymuş, 15 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərinə gedib əşya bazarında tanımadığı adama 80 manata satmış və Quba şəhərinə geri qayıtdmışdır. Bunda sonra o, 13 oktyabr 2023-cü il tarixdə o, yenə Quba rayonu, Amsar kəndində yerləşən adını sonradan bildiyi Ədilə adlı qadının evinə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Həmin ev İbrahimin evi ilə yanaşı olduğu üçün o, əvvəlcə hasarı aşaraq İbrahimin evinin həyətinə daxil olub oradan Ədilənin evinin həyətinə keçmişdir. Evin həyətinə daxil olduqdan sonra, evin pəncərələrində dəmir barmaqlıqlar olduğunu görüb içəri daxil ola bilməyəcəyini anlayaraq, həyətə baxış keçirib həyətdə olan qazanxanaya daxil olmuş, qazanxananın qapısı açıq olduğundan orada olan bir ədəd kombini və bir ədəd boyler markalı su qızdırıcısını növbə ilə açaraq həyətin darvazasının qarşısına gətirmiş, daha sonra darvazanı açaraq həmin əşyaları çölə çıxarmış və onları avtomobilinə qoyaraq darvazanı bağlayıb gəldiyi yol ilə çölə çıxmış, avtomobilinə əyləşərək Quba rayonu, Ağbil kəndinə gedib orada qoyduğu kombini də avtomobilinə qoyaraq Bakı şəhərinə getmişdir. Sonradan internet vasitəsi ilə kombinin birini 300 manata satmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2018-ci il tarixdə Quba şəhərində yerləşən Şahdağ oteldə işləyərkən Kamal adlı şəxslə tanış olmuş, yeznəsi Üfüq Kamalı onun sayəsində tanımış, o, yeznəsi Üfüq və Kamal ilə birlikdə Quba rayonu, Amsar kəndində Qərənfil restoranına yaxın ərazidə adını xatırlamadığı şəxsə məxsus koteclərə dekorativ suvaq vurmuş, onlar işə başladıqdan bir neçə gün sonra Kamal Quba şəhəri ərazisində yerləşən Şahdağ oteldə də iş olduğundan orada işləməyə başlamış, onunla Üfüq də həmin koteclərdə işi davam etdirmiş, o, yeznəsi Üfüq ilə birlikdə Quba şəhəri Nizami parkının yanında olan binadakı mənzildə qalmış, Kamal isə onlardan ayrı qalmışdır. Onlar həmin yerdə təxminən 10 günə yaxın müddətdə işləmiş, sonradan onlar pullarını ala bilmədikləri üçün işi dayandırmışlar. Həmin işi onlara Kamal tapdığı üçün pullarını Kamaldan tələb etmişlər. 2023-cü ilin oktyabr ayının əvvəllərində Kamalla gecə saatlarında qaldıqları evin qarşısında görüşmüşdükdə, Kamal onlara Quba rayonu, Amsar kəndində özünə məxsus paltaryuyanın olduğunu, həmin paltaryuyanı maşına yükləməyə kömək etmələrini onlardan xahiş etdikdə onlar Kamalla razılaşıb həmin gecə onun idarə etdiyin avtomaşınla Quba rayonu, Amsar kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişlər. Evin qarşısında onların hər üçü avtomobildən yerə düşmüş, Kamal hasardan keçərək həmin evin həyətinə daxil olub evin darvazasını açmış, həmin zaman o, artıq anlamışdır ki, Kamal həmin evə oğurluq etmək məqsədi ilə onları oraya gətirmişdir. Onlar içəri daxil olub darvazanın yanında olan bir ədəd paltaryuyanı, bir ədəd qaz peçini və bir ədəd generatoru götürərək, qaz peçi ilə paltaryuyanı avtomobilin arxa salonuna, generatoru isə avtomobilin baqajına yerləşdirmiş, Kamal evin darvazasını bağlayıb hasardan aşaraq yanlarına gəlmiş, daha sonra onlar oradan həmin əşyaları satmaq üçün birbaşa Bakı şəhərinə getmişlər. Gecəni avtomobildə qalıb, səhər tezdən Bakı şəhəri Sədərək ticarət mərkəzinə gedib tanımadıqları adama paltaryuyanı 300 manata satıb pulu 3 yerə bölmüşlər. Paltaryuyanı satdıqdan sonra Sulutəpə qəsəbəsində tanımadıqları şəxsə generatoruda 300 manata satıb əldə olunan pulu öz aralarında bölmüşlar. Oğurladıqları qaz sobasını isə sata bilməyərək elə həmin gün Quba şəhərinə geri qayıdıb qaz sobasını Quba şəhərində qaldıqları evə düşürmüşlər. Bundan sonra onlar Kamalın idarə etdiyi avtomaşınla həmin evdə qalan əşyalar götürmk məqsədi ilə 10 oktyabr 2023cü il tarixdə gecə saatlarında yenidən adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 məxsus Quba rayonunun Amsar kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Kamal evin həyat qapısının açarlarını itirdiyindən hasardan keçərək həyətə daxil olmuş və darvazanı açmııdır. Bundan sonra onlar həyətə daxil olub evin zirzəmisindəki bir ədəd paltaryuyanı, bir ədəd kombini və bir ədəd televizoru daşıyaraq darvazanın yanına yığmışlar. Sonra onlar keçən dəfədən apara bilmədikləri kombini və götürdüklərə bir ədəd televizoru, bir ədəd paltaryuyan maşını və bir ədəd kombini avtomobilin yük yerinə yığıb həyətdən çıxmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023cü ilin aprel ayında qayını Nicatın vasitəsi ilə Kamal adlı şəxslə tanış olmuşdur. Kamal suvaq ustası olduğu üçün onlar bir müddət Quba rayonu, Amsar kəndində yerləşən Qərənfil restoranına yaxın ərazidə adını xatırlamadığı şəxsə məxsus obyektə işləmişlər. Onlar işə başladıqdan 3-4 gün sonra Kamal Quba şəhəri ərazisində yerləşən Şahdağ otelində yeni iş götürdüyü üçün yeni iş yerinə işləmiş, onlar da köhnə iş yerlərində işlərini davam etdirdmişlər. O, qayını Nicat ilə birlikdə Quba şəhəri Nizami parkının yanında olan binadakı mənzildə qalmış, Kamal isə onlardan ayrı qalmışdır. Onlar həmin yerdə təxminən 10 günə yaxın müddətdə işlədikdən sonra pullarını ala bilmədikləri üçün işi dayandırmışlar. Həmin işi onlara Kamal tapdığı üçün onlar pullarını Kamaldan tələb etmişlər. 2023-cü ilin oktyabr ayının əvvəllərində görüşdükdə Kamal onlara Quba rayonu, Amsar kəndində paltaryuyanın maşının olduğunu, həmin paltaryuyanı maşına yükləməyə kömək etmələrini onlardan xahiş etmişdir. Həmin vaxt onlar Kamalla razılaşıb həmin geçə onun idarə etdiyi avtomaşınla Quba rayonu, Amsar kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişlər. Evin qarşısında onların hər üçü avtomobildən yerə düşmüş, Kamal hasardan keçərək həmin evin həyətinə daxil olub evin darvazasını açmış, həmin zaman o, artıq anlamışdır ki, Kamal həmin evə oğurluq etmək məqsədi ilə onları oraya gətirmişdir. Onlar içəri daxil olub darvazanın yanında olan bir ədəd paltaryuyanı, bir ədəd qaz peçini və bir ədəd generatoru götürərək, qaz peçi ilə paltaryuyanı avtomobilin arxa salonuna, generatoru isə avtomobilin arxa yük yerinə yerləşdirmilər. Sonra Kamal evin darvazasını bağlayıb hasardan aşaraq onların yanlarına gəlmiş, daha sonra onlar oradan həmin əşyaları satmaq üçün birbaşa Bakı şəhərinə getmişlər. Gecəni avtomobildə qalıb, səhər tezdən Bakı şəhəri Sədərək ticarət mərkəzinə gedib tanımadıqları adama paltaryuyanı 300 manata satıb pulu 3 yerə bölmüşlər. Paltaryuyanı satdıqdan sonra, Sulutəpə qəsəbəsində tanımadıqları şəxsə generatoruda 300 manata satıb əldə olunan pulu öz aralarında bölmüşlar. Oğurladıqları qaz sobasını isə sata bilmədkləri üçün elə həmin gün Quba şəhərinə qayıdıb qaz sobasını Quba şəhərində qaldıqları evə düşürmüşlər. Bundan sonra onlar Kamalın idarə etdiyi avtomaşınla həmin evdə qalan əşyalar götürmk məqsədi ilə 10 oktyabr 2023-cü il tarixdə gecə saatlarında yenidən adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 məxsus Quba rayonunun Amsar kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Kamal evin həyat qapısının açarlarını itirdiyindən hasardan tullanaraq həyətə daxil olmuş və darvazanı açmııdır. Bundan sonra onlar həyətə daxil olub evin zirzəmisindəki bir ədəd paltaryuyanı, bir ədəd kombini və bir ədəd televizoru daşıyaraq darvazanın yanına yığmışlar. Sonra onlar keçən dəfədən apara bilmədikləri kombini və götürdüklərə bir ədəd televizoru, bir ədəd paltar yuyanmaşını və bir ədəd kombini avtomobilin yük yerinə yığıb həyətdən çıxmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barış əldə etməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Hümmət oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 məhkəməyə teleqramla müraciət edərək onlara dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını, ibtidai istintaqda verdikləri ifadələri təsdiq etdiklərini bildirərək, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış məhkəmə istintaqı zamanl ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki o, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Fizuli Orucov küçəsi 14 saylı evdə yaşayır. Quba rayonu Amsar kəndi ərazisində kotec tipli iaşə obyektinin təmir işləri şərikləri tərəfindən ona havalə edilmişdir. Həmin obyektə suvaq işlərinin görülməsi üçün 2023-cü ilin yay aylarının sonunda Kamal adlı şəxs dəvət olunmuşdur. Obyektin müfafizəsi Quba rayon sakini Bəhram Sərxanova həvalə edilmişdir. 13 oktyabr 2023-cü il tarixdə Sərxan telefonla ona məlumat vermişdir ki, obyektə olan koteclərin birindən təzə vəziyyətdə olan hər birinin dəyəri 540 manat olmaqla 11 top 2*6 markalı mis kabel və hər birinin dəyəri 400 manat olmaqla 2 top cat-6 markalı kabel oğurlanmışdır. Məlumat aldıqdan sonra Bakı şəhərindən Quba rayonuna gəldikdən sonra iaşə obyektindən oğurluq olması barədə Quba rayon polis şöbəsinə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 6740 manat məbləöində ziyan vurulmuşdur. Polis şöbəsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iaşə obyektindən oğurluq edən şəxs obyektdə bir vaxtlar suvaq işləri aparmış Təqsirləndirilən şəxs2 olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 Hümmət oğlunun ifadəsindən görünür ki o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. 2008-ci il tarixdə Quba rayonunun Amsar kəndində fərdi ev tikdirmişdir. Özü Quba rayonunda olyanda evinə Quba rayonu, Amsar kəndində yaşayan dostu Şahid1 nəzarət etmişdir. Sonuncu dəfə evində 2023-cü ilin oktyabr ayının əvvəllərinə olmuşdur. 14 oktyabr 2023-cü il tarixdə təxminən saat 15 radələrində Qorxmaz onun mobil nömrəmə zəng edərək evdən oğuluq olunduğunu bildirdiyi üçün növbəti gün yəni yəni 15 oktyabr 2023-cü il tarixdə o, səhər saatlarında Quba rayonu, Amsar kəndində olan evinə gəlib baxış keçirərkən müəyyən olunmuşdur ki, evindən 2018-ci il tarixdə aldığı, hazırda 2500 manat dəyərində olan 01 ədəd “Honda Boudech” markalı generatoru, evin həyətində olan mətbəxdən “Simfer” markalı 150 manat dəyərində 01 ədəd qaz sobası, evin zirzəmisindən 2200 manat dəyərində 02 ədəd “Maktek Epsilon LCD C12” markalı və “Siqma natinq” markalı “Siqma 24” modelli kombi, evin birinci mərtəbəsindəki dəhlizdən 01 ədəd “Holpoint” markalı paltaryuyan maşının, evin zirzəmisinin dəhlizində olan 01 ədəd “LG” markalı paltaryuyan maşın və evin ikinci mərtəbəsindən bir ədə LG markalı, 80 sm diaqanallı 300 manat dəyərində televizoru oğurlanmışdır. Oğurluq bağlı Quba rayon polis şöbəsinə müraciət etdikdən sonra müəyyən edilmişdir ki, evindən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olmuşlar. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. 2007-ci ildə Quba rayonu, Amsar kəndində fərdi yaşayış evi tikdirmişdir. Özü evdə yaşamadığı müddətə evinə Məcnun adlı şəxs nəzarət etmişdir. 14 oktyabr 2023-cü il tarixdə o, Quba rayonu, Amsar kəndində olan evində olarkən Məcnundan kombi aparatını qoşmasını xahiş etmişdir. Məcnun kombi olan tikiliyə gedib təxminən 15 dəqiqə sonra gələrək kombi aparatının yerində olmadığını gördüyünü ona bildirmişdir. Bundan sonra onlar birlikdə həyətdəki tikiliyə baxış keçirdikdə müəyyən olunmuşdur ki, tikintidə quraşdırılmış bir ədəd dəyəri 1600 manat olan “Viessmann” markalı kombi və dəyəri 1400 manat olan bir ədəd “Kodsan” markalı su qızdırıcısı naməlum şəxslər tərəfində oğurlanmışdır. Bundan sonra oğlu Anar Musayevin 102 xidmətinə zəng edərək evlərində olan oğurluq hadisəsi barəd məlumat vermişdir. Bundan sonra Quba rayon polis şöbəsindən əməkdaşlar gəlib hadisə yerini müayinə etmişlər. Polis şöbəsində aparılan araşdırma zamanı müəyyə edilmişdir ki, onun evindən oğurluq edən Təqsirləndirilən şəxs2 adlı şəxsdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki o, ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşayır. 2020-ci ildə Quba rayonunun, Amsar kəndində fərdi yaşayış evi tikdirmişdir. Özü daim Bakı şəhərində yaşasada, həmin evə mütamadi gəlib-getdiyi üçün evə kiminsə nəzarət etməsinə ehtiyyac bilməmişdir. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 15-də evində olmuşdur. 07 oktyabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində ailə üzvləri ilə birlikdə istirahət etmək üçün Quba rayonu, Amsar kəndindəki evinə gəlmişdir. Həyətə daxil olub evin içərisindən qaraja keçmək üçün qoyulmuş qapının açıq olduğunu gördükdə evindən oğurluq olmasını başa düşmüşdür. Evə baxış keçirərkən müəyyən olunmuşdur ki evin birinci mərtəbəsindəki otaqdan 2023-cü ilin yay ayında 100 manata aldığı bir ədəd “Rose” markalı təzə unitaz, 5 il əvvəl 200 manata aldığı 5 litr tutumlu od samovarı və 2019-cu il tarixdə 350 manata aldığı “Espa” markalı su nasosu oğurlanmışdır. Bundan sonra evində olan oğurluq hadisəsi ilə bağlı Quba rayon polis şöbəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı Müəyyən olunmuşdur ki, evindən oğurluq edən Təqsirləndirilən şəxs2 adlı şəxsdir. Polis şöbəsində aparılan araşdırma zamanı evindən oğurlanmış bir ədəd unitaz özünə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Quba rayonu, Amsar kəndində ailəsi ilə birlikdə yaşayır. 2007-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı kənddə özünə fərdi yaşayış evi tikdirmiş, Ədilə həmin evə mütamadi olaraq gəlibgetmiş, onun evi də Ədilənin evinə yaxın olduğundan Ədilə ondan evə nazarət etməyi xahiş etmiş, o da razılaşmışdır. 14 oktyabr 2023-cü il tarixdə Ədilə oğlu Anar ilə birlikdə həmin evə gəlmiş, Ədilə evə girdikdən bir qədər sonra çıxaraq ondan həyətdə olan otaqdan kombini işə salmasını xahiş etmiş, o da kombi olan otağa getmiş və içəri daxil olub baxdıqda kombi aparatının yerində olmadığını görmüşdür. Daha sonra evə baxış keçirərkən su qızdırıcı boyler aparatının da yerində olmadığını müəyyən edib evdə olan oğurluq barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Quba rayonu, Amsar kəndində yaşayır, Zərərçəkmiş şəxs2lə 2005-ci il tarixdən ailəvi dostluğu vardır, İbrahim 2008-ci il tarixdə yaşadığı Quba rayonu, Amsar kəndində fərdi yaşayış evi tikmiş, həmin evin tikinti işlərinə o nəzarət etmiş, İbrahim həmin evə mütamadi olaraq gəlib-getmiş, İbrahim kənddə olmadığı vaxtlarda evə nəzarət etməyi ondan xahiş etmiş, o da dost olduqlarına görə razılaşmışdır. 14 oktyabr 2023-cü il tarixdə İbrahimin evi olan məhəllədə Ədilə adlı qadına məxsus evdən oğurluq olduğunu eşitmiş, o da İbrahimin evinə baxmışdır ki, oradan da oğurluq olub-olmadığını bilsin. O, evə baxdıqda evdə əşyaların olmadığını görmüş, elə həmin gün İbrahimlə əlaqə saxlayaraq İbrahimə bu barədə bildirmiş, növbəti gün 15 oktyabr 2023-cü il tarixdə İbrahim evə gələrək evin birinci mərtəbəsində olan bir ədəd paltaryuyan, evin zirzəmisində olan bir ədəd paltaryuyan, iki ədəd kombi və bir ədəd televizorun, həmçinin evin həyətində olan yardımçı tikilidən bir ədəd generatoru və həyətdəki mətbəxdə olan bir ədəd qaz sobasının oğurlanmasını müəyyən edib Quba rayon polis şöbəsinə müraciət etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş üzrə şahid X1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, Quba rayonu, Ərməki kəndində ailəsi ilə birlikdə yaşayır. Quba rayonu, Amsar kəndi ərazisində olan Qərənfil restoranının yaxınlığında adı olmayan obyektdə mühafizəçi işləyir, həmin obyektdə tikinti işləri aparır, tikinti işlərinə Eltun adlı şəxs rəhbərlik edir. 13 oktyabr 2023-cü il tarixdə tikinti əşyaları olan kotecə baxış keçirdiyində orada bəzi kabellərin olmadığını müəyyən edib dərhal Eltuna zəng edib bu barədə məlumat vermişdir. Növbəti gün Eltun obyektə gələrək baxış keçirmiş və müəyyən olunmuşdur ki, obyektdən 13 top işlənməmiş mis kabel oğurlanmışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 fevral 2024-cü il tarixli 9/125 nömrəli rəyindən görünür ki, 1 ədəd “Maktek Epsilon LTD C12” markalı 2012-ci il istehsalı olan kombininin dəyəri 300 manat, 1ədəd “Siqma Hatinq” markalı “Siqma 24” modelli kombinin dəyəri 500 manat, 1 ədəd “Hotpoint” markalı, “CAWD 129” model, gümüşü rəngli paltaryuyan maşının dəyəri 600 manat, 1 ədəd “Simfer” markal; “H6311KESB” modelli qaz sobasının dəyəri 120 manat, 1 ədəd “LG” markalı “F2V5HS2s” modelli, 7 kiloqramlıq, gümüşü rəngli paltaryuyanın dəyəri 450 manat, 1 ədəd “Rose” markalı, ağ rəngli unitazın dəyəri 150 manat, 1 ədəd “Kodsan 53,3w, 100L” markalı su qızıdırıcının dəyəri 400 manat, 11 top hər topda 120 metr olmaqla 2*6 mis kabelin 1 top kabelin dəyəri 540 manat olmaqla, 11 top kabelin ümumi dəyəri 5940 manat, 1 ədəd 5 litrlik od samovarının dəyəri 150 manat, 1 ədəd “LG” markalı 80 sm diaqonallı televizorun dəyəri 250 manat olmaqla, həmin 11 adda məişət əşyalarının 2023-cü ilin oktyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri 10160,00 manat müəyyən edilir. Maddi sübut kimi istintaqa təqdim edilməyən 01 ədəd “Vesssman 10L DGN10” markalı kombi, 01 ədəd 2 top hər topda 500 metr olmaqla cat-6 kabellərin və “Espa” markalı su mühərrikinin faktiki baxış keçirilmədən, onların konkret olaraq modelini, əmtəə görünüşünü, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, köhnəlməyə və zədələnməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat (markası, modeli, ölçüsü və sair texniki göstəriciləri) olmadığından, onlar üzərində tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmamışdır. 01 ədəd “Vesssman 10L DGN10” markalı kombi, 01 ədəd 2 top hər topda 500 metr olmaqla cat-6 kabellərin və “Espa” markalı su mühərrikinin dəyəri zərərçəkmiş şəxsin öz ifadəsində göstərdiyi qiymətlər kimi qəbul edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 - hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur». «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2, əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nəzarəti altına vermə qətimkan tədbiri seçlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qobustan RİHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Nəsirov X8 şəhərində qeydiyyatdadır və anası – xx.xx.1971-ci il təvəllüdlü X10, qardaşı – xx.xx.1993-cü il təvəllüdlü X5 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Qobustan RİHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri, Suraxanı RİHB-nın Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Nəsirov X9 rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, ev 9 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Eyni zamanda, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nəzarəti altına vermə qətimkan tədbiri seçlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında qeydiyyatdadır və anası -xx.xx.1979-cu il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və gənc olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Həmçinin, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nəzarəti altına vermə qətimkan tədbiri seçlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Abşeron RİHB-nın Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Alxasov X11 rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır və həyat yoldaşı – xx.xx.2001-ci il təvəllüdlü X6, oğlu – xx.xx.2022-ci il təvəllüdlü X7 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2022-ci il doğumlu bir azyaşlı uşağı vardır. İş materiallarında olan Abşeron RİHB-nın Digah qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək oninla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını gənc olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Eyni zamandan iş üzrə maddi sübut kimi tanınmış “Maktek Epsilon LCD” markalı kombi, bir ədəd “Sigma hating” markalı kombi, bir ədəd “Hotpoint” markalı paltaryuyan maşın, bir ədəd “Simfer” markalı qaz peçi, bir ədəd “LG” markalı paltaryuyan maşın, bir ədəd “Honda Boudech” markalı generator, bir ədəd “Rose” markalı unitaz, bir ədəd “Viessmann" markalı kombi və bir ədəd “Kodsan” markalı su qızdırıcı aparatın zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Təqsirləndirilən şəxs2 aid hissədə Bakı şəhər probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayonu İcra və probasiya şöbəsinə və Təqsirləndirilən şəxs3 aid hissədə Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Maktek Epsilon LCD” markalı kombi, bir ədəd “Sigma hating” markalı kombi, bir ədəd “Hotpoint” markalı paltaryuyan maşın, bir ədəd “Simfer” markalı qaz peçi, bir ədəd “LG” markalı paltaryuyan maşın, bir ədəd “Honda Boudech” markalı generator, bir ədəd “Rose” markalı unitaz, bir ədəd “Viessmann" markalı kombi və bir ədəd “Kodsan” markalı su qızdırıcı aparatın zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar