Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-124/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X14 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1991-ci ildə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Quba rayonu. Mirzəqışlaq kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyən, məhkum olunmamış, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 21 iyul 2021-ci tarixdə, Quba rayonu Mirzəqışlaq kəndində yerləşən pay torpaq sahəsində fərdi təsərrüfatını sulayan zaman X3 ilə aralarında yaranmış mübahisə zamanı daş-kəsəklə X1 bədənin boyun nahiyəsinə vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşaiyət olunan boynunda arxa sağda qançır olmaqla sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gülnarə Şahkərimova onun doğma xalası və həmkəndlisidir. Onların Quba rayonu, Mirzəqışlaq kəndində 0.50 hektar pay torpaq sahələri vardır. Onların pay torpaqları xalası Gülnarə Şahkərimovaya məsxus pay torpağı ilə bir ərazidə yerləşir. Onların ailəsi ilə Xalası Gülnarənin ailəsi arasında xeyli vaxtdır ki münaqişə vardır. 21.07.2021-ci il tarixdə yaşadıqları Quba rayonu, Mirzəqışlaq kəndində özlərinə məxsus, tərəvəz əkdikləri 0.50 hektar pay torpaq sahəsini sulamaq məqsədilə qeyd olunan əraziyə getmişdir. X4 təsərrüfatına gedən suyu kəsdiyi üçün həmin vaxt dayısı Şahid1 və xalası Gülnarə ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şahid1 onu lapatka ilə vurmuş, xalası Gülnarə Şahkərimova isə boğaz və sinə nahiyəsini cirmaqlamışdır. Həmin vaxt o, yerdən götürdüyü daş-kəsəyi xalasına atmışdır. Atdığı daş-kəsək xalasının boyun nahiyyəsinə dəymişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, yaşadıqları Quba rayonu, Mirzəqışlaq kəndində ailəsinə məxsus 0.40 hektar pay torpaqları vardır. Həmin pay torpaqlarında fərdi təsərrüfatla məşğul olaraq müxtəlif tərəvəzlər əkirlər. Təsərrüfatlarını sulamaq üçün 21.07.2021-ci il tarixdə qardaşı Rəşad Şakərəmov ilə qeyd olunan əraziyə getmişdir. Həmin vaxt bacısı oğlu Təqsirləndirilən şəxs ilə aralarında suya görə mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs üzərinə hücum edib onu vurmuş, sonra isə yerdən götürdüyü daş-kəsəyi onun boyun nahiyəsinə vurub ona boyun nahiyəsindən xəsarət yetirmişdir. Mübahisələri təxminən 5-7 dəqiqə davam etmiş və həmin vaxt onların yanında Şahid1 və Şahid2 olmuşdur. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs və Şahid2 vurmamış və təhqir etməmişdir. İfadəsinin sonunda o, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Mirzəqışlaq kəndində onların ailəsinə məxsus 0.40 hektar pay torpaqları vardır. Ailəsinə məxsus pay torpaq sahəsini sulamaq üçün növbə tutmuş, 20.07.2021-ci tarixdən yəni, gecə radələrindən 21.07.2021-ci il tarixdə səhər radələrinə kimi əkin yerlərini sulamaq üçün bacısı Zərərçəkmiş şəxs ilə birlikdə həmin ərazidə olmuşlar. Saat təxminən 09:40 radələrində yeznəsi Şahid2 və onun oğlu Təqsirləndirilən şəxs suya görə onlarla mübahisə etmişlər. Həmin vaxt Şahid2 onu yumruqla sinə və üz nahiyələrinə, oğlu Təqsirləndirilən şəxs isə lapatka ilə kürək nahiyəsinə vurmuşdur. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs yerdən götürdüyü daş-kəsəyi bacısı Gülnarə Şahkərimovanın üstünə ataraq bacısının boyun nahiyəsinə xasarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən ailəsinə məxsus pay torpaq sahəsini vardır. Həmin ərazi qaynı Rəşad Şahkərəmov və baldızı Zərərçəkmiş şəxs məxsus pay torpağı ilə bir ərazidə yerləşir. Onların ailələri aralarında uzun müddətdir ki, münaqişə vardır. 21.07.2021-ci il tarixə səhər-səhər özlərinə məxsus torpaq sahəsini sulamaq üçün oğlu Təqsirləndirilən şəxsla birlikdə əkin sahəsinə getmişlər. Saat təxminən 09:40 radələrində qaynı Şahid1 ərazisinə gedən suyun bizim tərəfimizdən kəsildiyini bəhanə edərək onlarla mübahisə etmişdir. Mübahisə zamanı Rəşad lapatka ilə sağ qoluna vuraraq ona xəsarət yetirmişdir. Şahkərimova Gülnarə isə onların ünvanlarına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Həmin vaxt oğlu Çoşqun yerdən götürdüyü daş-kəsəyi xalası və dayısı tərəfə atdıqda, daş-kəsək xalasının boyun nahiyyəsinə dəymişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 24 iyul 2021-ci il tarixli, 664 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizası, rentgenoloji müayinənin cavabı və həkim nevropatoloqun konsultativ qeydiyyatı əsasında belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar edilmiş xəsarət- baş beyin silkələnməsi ilə müşaiyət olunan boynunda arxa sağda qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 21.07.2021-ci tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 22 iyul 2021-ci il tarixli, 667 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizası əsasında belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar edilmiş xəsarət- döş qəfəsinin arxa səthində qançır, boğazında, sinəsində sağda və solda xətti çoxlu sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 21.07.2021-ci tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq olunan DİN-in BƏSİİ tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin İ Nügədi İnzibati Ərazi X6 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun İ Nügədi kənd İƏD üzrə nümayəndəliyin Mirzəqışlaq kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 06 iyul 2020-cu il tarixdə verilmiş AZ İV 456773 №-li, 19 yanvar 2019-cu il tarixdə AZ İV 221358 №li, 23 avqust 2017-ci il tarixdə AZ İİİ 992427 №li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 17.06.2020-ci il tarixdə X9, 07.01.2019-cu il tarixdə X12 və 08.07.2017-ci il tarixdə X10 anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törtəməyən cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə ayrı–ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin, bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-124/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-124/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver