Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-124/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu Birinci Nügədi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə, təmiz çəkisi 0,220 qram narkotik vasitə olan heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,463 qram psixotrop maddə olan metamfetamin əldə edərək idarə etdiyi VAZ-21011 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobildə gəzdirməklə saxlamış, xx.xx.2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi VAZ21011 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobili saat OT.OO-da yaşadığı 1-ci Nügədi kəndi ərazisində saxlanılaraq keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ oturacağının üzərindən bir ədəd bükümdə, təmiz çəkisi 0,220 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə-heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,463 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus VAZ-21011 markalı 27-BJ204 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. Narkotik vasitələrdən arabir istifadə edir. Tutulmamşdan 2-3 gün əvvəl Quba rayonu 1-ci Nügədi kəndində yaşadığı evin yaxınlığındakı zibillikdən bir kibrit qutusu tapmışdır. Kibrit qutusunu açıb görmüşdür ki, içərisində iki ədəd bükülü var. Həmin bükümlərin birində heroin, digərində isə metamfetamin olmuşdur. Narkotik vasitə istifadə etdiyi üçün həmin bükümləri cibinə qoyub üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 00:00 radələrində həmkəndlisi Şahid4 zəng edərək aptekdən dərman almaq üçün onu Quba şəhərinə aparmağını xahiş etmişdir. Həzrətin yaşadığı ünvandan çıxıb bir qədər getdikdən sonra, yolun kənarında həmkəndlisi İbrahimi görüb onuda maşına mindirmişdir. Yolda hərəkətdə olan zaman DYP-nin əməkdaşı Şahid3 saxla işarəsi vermiş, o da avtomobili saxlamış və bu zaman cibində olan bir ədəd bükümdə olan narkotik vasitəni, həmçinin plasmas və şüşə borunu və kağızdan hazırladığı borucuğu da Həzrətə saxlaması üçün vermiş və avtomobildən enmişdir. Həzrətə həmin əşyaları və bükümü verən zaman bükülünün içərisində narkotik vasitələr olmasını deməmişdir. Həmin vaxt Quba rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitələri saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib, şöbhəli şəxs qismində titulduğunu bildirib ona müdafiəçi təqdim etmişlər. Polis əməkdaşı ona üzərində olan əşyaları çıxarıb təqdim etməyini təklif etdikdə o, əynində olan şalvarın cibindən 1 qutu siqaretini və 10 manat pulu çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış bitdikdən sonra Vaz 21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməyi barədə soruşduqda, o da heç bir etiraz etməmişdir. Avtomobilinə baxış keçirilən zaman ön sağ sərnişin oturacağından avtomobildən enən zaman Həzrətə saxlaması üçün verdiyi içərisində narkotik vasitələr olan 1 ədəd bükülü, plasmas və şüşə boru, kağızdan hazırladığı borucuq aşkar olunub götürülmüşdür. Polis əməkdaşları həmin əşyaların kimə məxsus olması soruşduqda, o da qorxudan həmin əşyaların özünə məxsus olmadığını demişdir. Aşkar olunmuş narkotik vasitələr vəkilin iştirakı ilə elektron tərəzidə ölçülmüş və çəkisi 1,3 qram olduğu görünmüşdür. O, həyəcanlı olduğundan, qorxmuş və bu səbəbdən də maddi sübutun qoyulduğu zərfi imzalamamışdır. Daha sonra onun icazəsilə və iştirakı ilə yaşadığı evə gəlmişlər və vəkilin, polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilmiş və heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:00 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs zəng edərək onu Quba şəhərinə aptekdən dərman almaq üçün aparmağını xahiş etmiş. Rəvan da təxminən 20-30 dəqiqə sonra yaşadığı evin yaxınlığına gəlib onu götürərək yola çıxmışdır. Yol ilə gedən zaman həmkənliləri Şahid5 əl ilə işarə edib onları saxlatmışdır. İbrahim onlaradan hara getdiklərini soruşduqda Quba şəhərinə getdiklərini bildirmişlər. Həmin vaxt İbrahim maşına minib onu da Quba şəhərinə aparmağı xahiş etmişdir. Bir qədər getdikdən sonra, yolda hərəkətdə olan zaman DYP-nin əməkdaşı Rəvanın idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt Rəvan əlini cibinə salıb cibindən bir ədəd bükümü, həmçinin plasmas və şüşə borunu və kağızdan hazırlanmış borucuğu ona verib saxlamağını deyib avtomobildən enmişdir. Rəvan ona əşyaları verən zaman bükülünün içərisində narkotik vasitə olmasını ona bildirməmişdir. Rəvan avtomobildən endikdən sonra o da İbrahimlə birlikdə avtomobildən enmişlər. Avtomobildən enən zaman Rəvanın ona verdiyi əşyaları ön sağ oturacağın üzərinə qoymuşdur. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra, Rəvana üzərində narkotik vasitələri saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib, şübhəli şəxs qismində saxlandığını bildirib hüquqularını müdafiə etmək üçün ona vəkil təqdib etmişlər. Polis əməkdaşı Rəvana üzərində olan əşyaları çıxarıb təqdim etməyini təklif etdikdə, Rəvan şalvarın cibindən 1 qutu siqareti və 10 manat pulu çıxarıb təqdim etmişdir. Rəvanın üzərində şəxsi axtarış bitdikdən sonra, idarə etdiyi Vaz 21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ sərnişin oturacağından Rəvanın ona saxlamağı üçün verdiyi və onunda həmin oturacağın üzərinə qoyduğu 1 ədəd bükülü, plasmas və şüşə boru, kağızdan hazırlanmış borucuq aşkar olunub götürülmüşdür. Polis əməkdaşları bir ədəd bükülünün içərisində olan 2 ədəd bükümü elektron tərəzidə çəkdikdən sonra müvafiq qaydada zərfə qoyub qablaşdımışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdi ki, Quba rayonu Birinci Nügədi kənd sakini Rəvan adlı şəxsin narkotik vasitə əldə etməsi, üzərində saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə gecə saat 24:00 radələrində idarə etdiyi Vaz 21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Quba rayonunun Birinci Nügədi kəndinin ərazisində hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onunla eyni avtomobildə Quba rayonunun Birinci Nügədi kənd sakinləri Şahid5 və Şahid4də olmuşdur. Hüquqularını müdafiə etmək üçün Təqsirləndirilən şəxs müdafiəçi təqdim edildikdən sonra, video çəkilişlə onun üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Rəvana üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, əynində olan cins şalvarın cibindən 1 qutu siqaret və 10 manat çıxarıb onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildə ön sağ sərnişin oturacağında 1 ədəd plasmas boru, 1 ədəd şüşə boru, 1 ədəd boru halında kağız, 1 ədəd boru halında 1 manat və ağ rəngli kağız bükülü aşkar edilib götürülmüşür. Ağ rəngli kağız bükülü açıldıqda içərisində iki ədəd kiçik büküm aşkar olunmuşdur. Həmin bükümlər Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi iştirakı ilə “Constant” markalı elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış və avtomobilə baxış keçirildikdən sonra, Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı evə baxış keçirilmişdir. Lakin onun yaşadığı evə baxış keçirilən zaman qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2273 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs avtomaşınından..." sözləri yazılmış 1 No-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,463 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,220 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 No-li zərfdəki bir ədəd plastik borucuq, bir ədəd bükülərək boru şəklinə salınmış 1 manatlıq əskinas, bir ədəd ağ rəngli kağız kəsiyində narkotik vasitə heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Bir ədəd şüşə borucuqda narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Təqdim edilmiş predmetlərin narkotik vasitələrin qəbul edilməsində istifadə olunub olunmaması barədə qoyulmuş suallar materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid olmadığı üçün cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr"-in siyahısına (Siyahı 1) daxildir. Metamfetaminin təmiz çəkisi 0,463 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,413 qram, heroinin təmiz çəkisi 0,220 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,170 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2182 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasınınxx.xx.2022-ci il tarixli, 2333 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun ifadəsi ilə yanaşı şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik informasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, X5 Quba rayonunun Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə X3 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən,əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini və himayəsində iki nəfər azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə X1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, X3 təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X4 05 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X1 barəsində 07 iyun 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından X1 05 iyul 2021-ci il tarixdən 07 iyul 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 42 (qırx iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0,463 qram metamfetamin və 0,170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik borucuq, bir ədəd bükülərək boru halına salınmış 1 manatlıq əskinaz, bir ədəd ağ rəngli kağız hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdən 07 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 42 (qırx iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0,463 qram metamfetamin və 0,170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik borucuq, bir ədəd bükülərək boru halına salınmış 1 manatlıq əskinaz, bir ədəd ağ rəngli kağız hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-124/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-124/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver