Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-125/2020 01.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi X18, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu, Zaliyevka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Müşviq kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində qeydiyyatda olan və Quba şəhəri, H.Əliyev prospekti, 182 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında müdiri olduğu Quba şəhəri, Heydər Əliyev prospekti 192 ünvanında yerləşən “Mahir kafe və şirniyyat evi”ndə qeyri-rəsmi işçiləri olan Şahid1 və Şahid2 “X37” MMC xətti ilə əmək müqaviləsi bağlamaqla Quba şəhəri ərazisində ödənişli ictimai işlərə cəlb olunub adlarına olan “xxxx” ASC-yə məxsus “416974*******0589” və “416974*******8966” nömrəli əməkhaqqı kartlarının saxlanması və hər ayın sonunda əməkhaqlarının tam çıxarılaraq verilməsi məqsədilə Şahid1 və Şahid2 tərəfindən inanılıb etibar edilərək ona verilməsinə baxmayaraq sonradan həmin şəxslərin “X37” MMC tərəfindən əmək müqavilələrinə xitam verilməsini düşündüklərini görüb həmin əməkhaqqı kartlarına əməkhaqlarının yüklənməsini Təqsirləndirilən şəxs2 yoxlatmış, əmək müqavilələrinə xitam verilməməsini və hər ay əməkhaqlarının yüklənməsini yəqin etdikdən sonra həmin əməkhaqqı kartlarına vurulan əməkhaqlarını mənimsəmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2lə qabaqcadan razılaşmaqla onlara bu barədə məlumat vermədən həmin şəxslərin faktiki olaraq ödənişli ictimai işlərə cəlb olunmamasına və bu məqsədlə işləməməsinə baxmayaraq həmin əməkhaqqı kartlarına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək yüklənmiş ümumilikdə 3038 (üç min otuz səkkiz) manat məbləğində dövlət tərəfindən heç bir peşə hazırlığı (ixtisas) tələb olunmayan və ictimai işlərə cəlb olunan şəxslər üçün nəzərdə tutularaq yüklənmiş həmin vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən bankomatdan çıxarıb götürərək dövlətin özünəməşğulluq proqramının inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirləri pozmaqla zərər çəkmiş “X37” MMC-yə məxsus 3038 (üç min otuz səkkiz) manat məbləğində vəsaiti talamaqla mənimsəmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Vəliyev X9 Seyran Rəşid oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun sahibi olduğu Quba şəhəri, Heydər Əliyev prospekti 192 ünvanında yerləşən “Mahir kafe və şirniyyat evi”ndə qeyri-rəsmi işləyən Şahid1 və Şahid2 “X37” MMC xətti ilə əmək müqaviləsi bağlamaqla Quba şəhəri ərazisində ödənişli ictimai işlərə cəlb olunub adlarına olan “xxxx” ASC-yə məxsus “416974*******0589” və “416974*******8966” nömrəli əməkhaqqı kartlarının saxlanması və hər ayın sonunda əməkhaqlarının tam çıxarılaraq verilməsi məqsədilə Şahid1 və Şahid2 tərəfindən inanılıb etibar edilərək Təqsirləndirilən şəxs1 verilməsinə baxmayaraq sonradan həmin şəxslərin “X37” MMC tərəfindən əmək müqavilələrinə xitam verilməsini düşündüklərini görüb həmin əməkhaqqı kartlarına əməkhaqlarının yüklənməsini Təqsirləndirilən şəxs1 göstərişi əsasında yoxlamış, əmək müqavilələrinə xitam verilməməsini və hər ay əməkhaqqlarının yüklənməsini yəqin etdikdən sonra həmin əməkhaqqı kartların vurulan əməkhaqlarını mənimsəmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1la qabaqcadan razılaşmaqla onlara bu barədə məlumat vermədən həmin şəxslərin faktiki olaraq ödənişli ictimai işlərə cəlb olunmamasına və bu məqsədlə işləməməsinə baxmayaraq həmin əməkhaqqı kartlarına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək yüklənmiş ümumilikdə 3038 (üç min otuz səkkiz) manat məbləğində dövlət tərəfindən heç bir peşə hazırlığı (ixtisas) tələb olunmayan və ictimai işlərə cəlb olunan şəslər üçün nəzərdə tutulmaqla yüklənmiş həmin vəsaiti müxtəlif vaxtlarda bankomatdan çıxarıb Təqsirləndirilən şəxs1la aralarında bölməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlətin özünəməşğulluq proqramının inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirləri pozub zərər çəkmiş “X37” MMC-yə məxsus 3038 (üç min otuz səkkiz) manat məbləğində vəsaiti talamaqla mənimsəmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqribən 15 ilə yaxındır ki, özünə məxsus “Mahir kafe və şirniyyat evi”ni işlədir və onun tabeçiliyində 11 nəfər işçisi var. Şahid1 sahibi olduğu “Mahir kafe və şirniyyat evi”ndə 3 ilə yaxın dönərçi yanında köməkçi, Şahid2 isə 5 ilə yaxın xadimə işləmişdir. Hər ikisi daimi işçisi olsalar da, onlarla əmək müqailəsi bağlamamışdır. Hər ikisi əmək müqaviləsi bağlamasını xahiş etsələr də, onlarla əmək müqaviləsi bağlamamış və gələcəkdə də bağlamayacağını bildirmişdir. 2019-cu ilin oktyabr ayında rəsmi olaraq heç bir yerdə işləməyən aztəminatlı şəxslərin “X37” MMC xətti ilə müxtəlif müəssisə və təşkilatlara sosial işçi kimi təhkim olunaraq rəsmi əmək müqaviləsi əsasında işə düzəlmələrini eşitmiş və Turan və Kəmaləyə əmək müqaviləsi ilə işləmək istəyirlərsə, “X37” MMC xətti vasitəsilə sosial işçi kimi işə düzəlib işləyə biləcəklərini demişdir. Eşitdiyinə görə “X37” MMC və Quba Rayon Məşğulluq Mərkəzi aztəminatlı şəxslərin rəsmi olaraq heç bir yerdə işləməmələrini, rəsmi dolanışıq yerinin olmamasını tam müəyyən edərək, həmin şəxslərlə sosial işçi kimi müqavilə bağlamışlar. Belə ki, Şahid1 və Şahid2 onun yanında rəsmi olaraq əmək müqaviləsi əsasında işləmədiyindən onların hər ikisi sosial işçi kimi işə düzəlməyə uyğun gəlmişlər. Onun bacanağı X7 Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işlədiyindən sonuncuya Turan və Kəmalənin şəxsiyyət vəsiqələrinin kserosurətlərini göndərmiş və onları da sosial işçi kimi siyahıya salınmasını xahiş etmişdir. Bir müddət sonra İlham ona Turan və Kəmalənin sosial işçi kimi işə düzələ biləcəklərini demiş və Quba Rayon Məşğulluq Mərkəzinə müraciət etmələrini tapşırmışdır. Sonradan həmin şəxslərin Quba Rayon Məşğulluq Mərkəzinə müraciət edib-etməmələrini bilməmişdir. Bir müddət sonra həm Turan, həm də Kəmalə ona təşəkkür edərək Quba Rayon Məşğulluq Mərkəzində “X37” MMC xətti ilə işə düzəlmələrini bildirmişlər. Lakin, onların hara təhkim olunmalarını bilməmişdir. Bu söhbətdən bir neçə gün sonra həm Turan, həm də Kəmalə özlərinə məxsus əməkhaqqı kartlarını ona verərək hər ayın sonunda əməkhaqlarını çıxarıb onlara verməsini xahiş etmişlər. Belə ki, o, əməkhaqqı kartlarını ona vermək təklif etməmiş, həmin təşəbbüsü Turan və Kəmalə özü irəli sürərək, özləri ondan xahiş etmişlər. O da onlardan əməkhaqqı kartlarını götürərək hər ay çıxarıb onlara verəcəyinə dair söz vermişdir. Əməkhaqqı kartlarını onlardan götürən zaman məqsədi hər ayın sonunda əməkhaqlarını bankomatdan çıxararaq onların özünə vermək olmuşdur. Həmin müddət ərzində həm Turan, həm də Kəmalə sahibi olduğu “Mahir kafe və şirniyyat evi”ndə müvafiq olaraq dönərçi köməkçisi və xadimə kimi işləmişlər. Bir müddət sonra onlardan nəyə görə sosial işçi kimi işlərə cəlb olunmamalarını soruşduqda həm Turan, həm də Kəmalə “heç kim zəng edib bizi işə çağırmır, yəqinki iş olanda çağıracaqlar” demişdir. Bir müddət sonra onlardan bu barədə yenə soruşmuş, hər ikisi “deyəsən bizim işimiz alınmadı, çünki bizi heç yerə çağırmırlar, nə vaxt çağırsalar gedərik, yəqinki işimiz düzəlmədi” demişlər. O da bir daha onlardan bu barədə soruşmamışdır. Təqsirləndirilən şəxs2 ailəvi tanışlarıdır. Təsadüfən onunla söhbət zamanı Şahid1 və Şahid2 əməkhaqqı kartlarını bankomatda yoxlaması üçün ona vermiş və Təqsirləndirilən şəxs2 ona həmin əməkhaqqı kartlarına əməkhaqqı vurulmasını demişdir. Lakin, həmin əməkhaqqı kartlarına əməkhaqlarının vurulmasından Şahid1 və Şahid2 xəbəri olmamış və onlar işlərinin alınmamasını fikirləşdiyindən ondan əməkhaqqı kartı barəsində soruşmamışlar. Bundan başqa, bu dövr ərzində onlar sahibi olduğu kafedə əmək müqaviləsi olmadan onun yanında işləmiş və hər birinə hər ayın sonunda əlbəəl maaş vermişdir. Ona görə də, Şahid1 və Şahid2 bu barədə bildirməmək və hər ay onların əməkhaqqı kartlarına vurulan əməkhaqlarını götürmək barədə Təqsirləndirilən şəxs2lə razılaşmışlar. Həm Turana, həm də Kəmaləyə aylıq 241,25 manat əməkhaqqı hesablanmış, Təqsirləndirilən şəxs2lə aralarında olan razılığa əsasən 241 manatın 20 manatı Təqsirləndirilən şəxs2, 221 manatı isə ona çatmalı olmuşdur. O, həm Turanın, həm də Kəmalənin adına olan əməkhaqqı kartlarını Novruzəliyə vermiş və Novruzəli xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həm Turanın, həm də Kəmalənin əməkhaqqı kartlarından əməkhaqqlarını çıxararaq ona vermiş, o isə hər dəfə onun üzərindən əvvəlcədən razılaşdığı kimi 20 manat Novruzəliyə vermişdir. Həmin puldan Turanın və Kəmalənin onun yanında qeyri-rəsmi şəkildə işləmələrinə görə hər ay onlara verdiyi əməkhaqqının verilməsində istifadə etmişdir. Sonradan 2020-ci ilin iyun ayının əvvəlində Quba RİHB-nın Zərdabi İƏD üzrə nümayəndəsi işləmiş X13 bu məsələdən xəbər tutmasını öyrənmiş və ona görə də, qorxaraq əməkhaqqı kartlarını Novruzəlidən götürüb Turan və Kəmaləyə qaytararaq sonuncu əməkhaqqını kartdan çıxararaq ona vermələrini, özlərinin isə Quba rayon Məşğulluq Mərkəzinə gedərək əmək müqavilələrinə xitam vermələri üçün könüllü ərizə yazmalarını tapşırmışdır. Turan və Kəmalə sonuncu əməkhaqlarını çıxararaq ona vermişlər, o da həmin qaydada hər əməkhaqqından 20 manat Novruzəliyevə vermişdir. Şahid1 və Şahid2 adına olan əməkhaqqı kartları mütəmadi Təqsirləndirilən şəxs2 olmuş, həmin kartlarını sonuncuya özü vermişdir. Əməkhaqların bankomatdan çıxarılaraq mənimsənilməsi barədə Novruzəli ilə əvvəlcədən aralarında razılıq olmuşdur. Şahid1 və Şahid2 sosial işçi kimi işə düzələnədək onun belə bir niyyəti olmamışdır. Ümumiyyətlə, onların əməkhaqqı kartlarından əməkhaqlarının çıxarılaraq mənimsənilməsi fikri olmamışdır. Sadəcə, təsadüfən kartı yoxladan zaman onların işdən azad olunmamasını, hər ay kartlarına pul vurulmasını və bu məsələdən özlərinin xəbərinin olmamasını bilmiş və bu fürsətdən istifadə edərək Təqsirləndirilən şəxs2lə həmin pulları çıxararaq mənimsəmişdir. X21 bu məsələlərdən ümumiyyətlə xəbəri olmamışdır. İlhama sadəcə onların adlarını verərək sosial işçi kateqoriyasına düşübdüşməmələrini soruşmuş, Turan və Kəmalə rəsmi olaraq heç bir yerdə işləmədiklərindən sosial işçi kateqoriyasına düşdüklərindən İlham onları siyahıda qeyd etmiş və ona bu barədə məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Turan ilə Kəmalə “X37” MMC xətti ilə başqa işə düzəlsələ də, qeyri-rəsmi olaraq ona məsus kafedə işləməyə davab etmişlər və ondan hər ay 220-300 manat əməkhaqqı almışlar. Ona görə Turan və Kəmalənin adına olan əməkhaqqı kartlarında olan vəsaiti çıxardıb xərcləmişdir. Hazırda əməlindən peşimandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və vurduğu zərərin 25%-ni dövlət büdcəsinə köçürülmüşdür. Bunları nəzərə alaraq, onu cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə təqdim edərək, cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın və həmin ziyanın 25%-ni dövlət büdcəsinə ödədiyini nəzərə alınmasını, onu cinayət məsuliyyətindən azad edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun ailəvi tanışıdır. Onunla münasibətləri çox yaxşı olmuşdur. 2019-cu ilin noyabr-dekabr aylarında Seyranla təsadüfi söhbət zamanı Seyran ona sahibi olduğu “Mahir kafe və şirniyyat evi”ndə qeyri-rəsmi işçiləri olan Şahid1 və Şahid2 “X37” MMC xətti ilə ödənişli ictimai işlərə cəlb olunaraq əməkhaqqı kartlarını saxlaması və hər ayın sonunda əməkhaqlarının çıxararaq onlara verməsi məqsədilə əməkhaqqı kartlarının onda olmasını, lakin sonradan Şahid1 və Şahid2 işlərinin alınmamasını və işə çağırılmamalarını demişdir. Seyranla təsadüfi söhbət zamanı həmin əməkhaqqı kartlarına əməkhaqlarının vurulub-vurulmamasını, həqiqətən də, onların işdən azad olunub-olunmamasını öyrənmək barədə razılaşmışlar. Seyran həmin əməkhaqqı kartlarını ona vermiş, o da həmin əməkhaqqı kartlarını “xxxx” AMT-ə daxil edərək pul vurulub-vurulmamasını yoxlamış və həmin şəxslərin əməkhaqqı kartlarına əməkhaqqı vurulmasını müəyyən etmişdir. Bu barədə Seyrana bildirmişdir. Lakin həmin əməkhaqqı kartlarına əməkhaqlarının vurulmasından Şahid1 və Şahid2 xəbəri olmamış və onlar işlərinin alınmamasını fikirləşmişlər. Ona görə də, bu barədə Şahid1 və Şahid2 bildirməmələri, hər ay onların əməkhaqqı kartlarına vurulan əməkhaqlarını götürərək mənimsəmək barədə Seyranla razılaşmışlar. Həm Turana, həm də Kəmaləyə aylıq 241,25 manat əməkhaqqı hesablanmış, Seyranla aralarında olan razılığa əsasən 241 manatın 20 manatı ona, 221 manatı isə Seyrana çatmalı olmuşdur. Seyran Turan ə Kəmalənin adına olan əməkhaqqı kartlarını ona vermiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ikisinin əməkhaqqı kartlarından əməkhaqlarını çıxararaq Seyrana vermiş, hər dəfə Seyran onun üzərindən əvvəlcədən razılaşdıqları kimi 20 manatı ona vermişdir. Sonradan 2020-ci ilin iyun ayının əvvəlində Seyran ona Quba RİHB-nın Zərdabi İƏD üzrə nümayəndəsi işləmiş X13 bu məsələdən xəbər tutmasını bildirmiş və əməkhaqqı kartlarını geri istəmişdir. O da həmin əməkhaqqı kartlarını Seyrana qaytarmışdır. Bundan bir neçə gün sonra Seyran ona həmin əməkhaqqı kartlarını Turan və Kəmaləyə qaytararaq sonuncu əməkhaqqını kartdan çıxarmalarını, özlərinin isə Quba rayon Məşğulluq Mərkəzinə gedərək əmək müqavilələrinə xitam vermələri üçün könüllü ərizə yazmalarını tapşırmasını demişdir. Həmçinin, Seyran sonuncu əməkhaqlarını Turan və Kəmalə vasitəsilə çıxardaraq üstündən yenidən 20 manat ona pul vermiş və bunun sonuncu əməkhaqqı olmasını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Turan və Kəmalənin Təqsirləndirilən şəxs1 kafesində işlədiklərini, eyni zamanda “X37” MMC xətti ilə başqa işə düzəlmələrini və onların adına əməkhaqqı kartlarının olmasını bilmişdir. Turan və Kəmalənin adına olan əməkhaqqı kartlarında olan vəsaiti özü çıxardıb Təqsirləndirilən şəxs1 vermişdir. O, bu əməli pula ehtiyacı olduğu üçün etmişdir. Hazırda əməlindən peşimandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və vurduğu zərərin 25%-ni dövlət büdcəsinə köçürülmüşdür. Bunları nəzərə alaraq, onu cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyə ərizə təqdim edərək, cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın və həmin ziyanın 25%-ni dövlət büdcəsinə ödədiyini nəzərə alınmasını, onu cinayət məsuliyyətindən azad edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs “X37” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış “X37” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, xx.xx.2019-cu il tarixdən etibarən “X37” MMC-nin nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. MMC-nin əsas fəaliyyəti heç bir ixtisası (peşəsi) olmayan işçilərin müddətli əmək müqaviləsi əsasında müxtəlif haqqı ödənilən ictimai işlərə cəlb olunmasını təşkil etməkdən ibarətdir. İşsiz və işaxtaran şəxslər proqram çərçivəsində ödənişli ictimai işlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “X37” tərəfindən cəlb edilmişlər. Şahid1 və Şahid2 ilə “İşəgötürən – X37” MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış, icraçı qurum “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyi olmuşdur. xx.xx.2020-ci il tarixdə vətəndaşın rəsmi ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X37” MMC-nin rayonlar üzrə filial və nümayəndəlikləri olmadığından əsas işlər Quba Rayon Məşğulluq Mərkəzi tərəfindən görülmüşdür. Bundan başqa, Rayon İcra Hakimiyyəti, icraçı qurum və “X37” arasında işçi qüvvəsinin təmin edilməsinə dair saziş imzalanmış və prosedurlar həmin sazişə uyğun olaraq həyata keçirilmişdir. Tərəflərin hüquqları, məsuliyyəti, öhdəliklər, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri həmin sazişdə müəyyən edilmişdir. “X37” MMC-nin fəaliyyəti vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunaraq onların işsizliyinin qarşısını almaqdan ibarətdir. Şahid1 və Şahid2 faktiki olaraq işləmədiklərindən onlara verilən əməkhaqqı həqiqətən işləyə biləcək şəxslərə ödənilə bilərdi. Hazırda MMC-yə dəymiş zərər tam aradan qaldırılmış və MMC-nin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş şəxs “X37” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən də görünür ki, “X37” MMC-nə 3038 (üç min otuz səkkiz) manat məbləğində ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən 1519 manat, Təqsirləndirilən şəxs2 tərəfindən 1519 manat olmaqla, ümumilikdə 3038 manat məbləğində pul vəsaiti “X37” MMC-nin “xxxx” ASC-də olan bank hesabına tam ödənildiyindən MMC-nin onlardan hər hansı şikayət və tələbi yoxdur (cild İİ, iş vər.: 154). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqribən 3 ilə yaxındır ki, Quba şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Təqsirləndirilən şəxs1 məxsus “Mahir kafe və şirniyyat evi”ndə dönərçi yanında köməkçi işləmiş və Seyrandan əlbəəl hər ay vaxtı-vaxtında 300 manat əməkhaqqı almışdır. Lakin, işə başladığı vaxtdan hazırki dövrədək Seyran onunla əmək müqaviləsi bağlamamışdır. O, əmək müqaviləsi bağlamasını xahiş etsə də, Seyran onunla əmək müqaviləsi bağlamaq istəməmişdir. Başqa yerdə iş olmadığından Seyranın yanında əmək müqaviləsiz işləməyə davam etmişdir. 2019-cu ilin oktyabr ayında restoranın sahibi Seyrandan yenidən əmək müqaviləsi bağlamasını xahiş etdikdə Seyran onunla əmək müqaviləsi bağlamayacağını, müqavilə ilə işləmək istəyirsə “X37” MMC xətti vasitəsilə sosial işçi kimi işə düzəlməyi təklif etmişdir. O, rəsmi olaraq heç bir yerdə əmək müqaviləsi əsasında işləmədiyindən göstəriciləri sosial işçi kimi işə düzəlməyə imkan vermişdir. O iş stajının hesablanması üçün “X37” MMC xətti ilə sosial işçi kimi işə düzəlmək qərarına gəlmiş və şəxsiyyət vəsiqəsinin surətini Seyrana verərək, sonuncudan sosial içki kimi işə düzəlməyə köməklik göstərməsini xahiş etmişdir. Bir müddət sonra Seyran ona sosial işçi kimi işə düzələ biləcəyini, göstəricilərinin uyğun gəlməsini, ona görə də, Quba rayon Məşğulluq Mərkəzinə gedərək əmək müqaviləsi bağlamasını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o, Quba rayon Məşğulluq Mərkəzinə getmiş, burada “X37” MMC xətti ilə dalandar kimi işə qəbul olunmaqla əlaqədar onunla əmək müqaviləsi bağlanılmış, bir müddət sonra “xxxx”a yaxınlaşaraq əməkhaqqı kartını götürmüş və saxlanılması üçün Seyrana vermişdir. Çünki “X37” MMC xətti ilə dalandar kimi Quba Rayon X4 təhkim olunsa da, Quba Rayon X4 çağırılmamış və sosial işçi kimi iş olduğu təqdirdə onu işə çağıracaqlarını düşünmüşdür. Ona görə də, işə çağırılana kimi Seyranın yanında əmək müqaviləsi olmadan dönərçi yanında köməkçi kimi işinə davam etmişdir. İşə düzəldiyi xx.xx.2019-cu il tarixdən işdən çıxdığı xx.xx.2020-ci il tarixədək onu heç vaxt Quba Rayon X4 işə çağırmamışlar və o işdən azad olunduğunu düşünmüşdür. Ona görə də, Seyranın yanında yenidən əmək müqaviləsi olmadan əvvəlki qaydada öz işinə davam etmişdir. İşdən azad olunduğunu düşündüyü üçün əməkhaqqı kartının sonraki taleyi barədə maraqlanmamış və Təqsirləndirilən şəxs1 əməkhaqqı kartı və əməkhaqqısı barədə soruşmamışdır. xx.xx.2019-cu il tarixdən işdən çıxdığı xx.xx.2020-ci il tarixədək adına olan əməkhaqqı kartından heç vaxt əməkhaqqı çıxarmamışdır. İşdən azad olunduğunu və işinin alınmamasını düşündüyü üçün adına olan əməkhaqqı kartına maaşın vurulmasından məlumatı olmamışdır. 2020-ci ilin iyun ayının əvvəllərində Seyran əməkhaqqı kartını ona qaytararaq əməkhaqqısını bankomatdan çıxarıb ona verməsini və daha sonra Quba Rayon Məşğulluq Mərkəzinə gedərək könüllü olaraq işdən azad olunması ilə əlaqədar ərizə yazmasını tapşırmışdır. Yalnız bundan sonra Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindəki işindən azad olunmamasını və əməkhaqqı kartına hər ay əməkhaqqı vurulmasını bilmişdir. O da sonuncu əməkhaqqısını çıxararaq Seyrana vermiş və Quba Rayon Məşğulluq Mərkəzinə gedərək könüllü olaraq işdən azad olunması ilə əlaqədar ərizə yazmış, yalnız bundan sonra onun müqaviləsinə xitam vermişlər. Məhkəmədə verilən suallara cavab olaraq bildidi ki, adı çəkilən kafedə qeyri-rəsmi olaraq dönər ustasının köməkçisi işləmişdir. Rəsmi stajı olması üçün “X37” MMC xətti ilə sosial işçi kimi işə düzəlmiş və ona bankdan əməkhaqqı kartı təqdim edilmişdir. Kartdan vəsait çıxarda bilmədiyi üçün iş yoldaşı Şahid2 ona kartı Təqsirləndirilən şəxs1 verməyi təklif etmişdir ki, sonuncu hər ay kartdan pulu çıxardıb ona versin. Ona əməkhaqqı kartı verilməsinə baxmayaraq, işlə təmin edilmədiyindən karta hər hansı məbləğdə vəsaitin oturmasını da bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqribən 5 ilə yaxındır ki, Quba şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Təqsirləndirilən şəxs1 məxsus “Mahir kafe və şirniyyat evi”ndə xadimə işləmiş və Seyrandan əlbəəl hər ay vaxtı-vaxtında 220 manat əməkhaqqı almışdır. Lakin, işə başladığı vaxtdan hazırki dövrədək Seyran onunla əmək müqaviləsi bağlamamışdır. O, əmək müqaviləsi bağlamasını xahiş etsə də, Seyran onunla əmək müqaviləsi bağlamaq istəməmişdir. Başqa yerdə iş olmadığından Seyranın yanında əmək müqaviləsiz işləməyə davam etmişdir. 2019-cu ilin oktyabr ayında restoranın sahibi Seyrandan yenidən əmək müqaviləsi bağlamasını xahiş etdikdə Seyran onunla əmək müqaviləsi bağlamayacağını, müqavilə ilə işləmək istəyirsə “X37” MMC xətti vasitəsilə sosial işçi kimi işə düzəlməyi təklif etmişdir. O, rəsmi olaraq heç bir yerdə əmək müqaviləsi əsasında işləmədiyindən göstəriciləri sosial işçi kimi işə düzəlməyə imkan vermişdir. O iş stajının hesablanması üçün “X37” MMC xətti ilə sosial işçi kimi işə düzəlmək qərarına gəlmiş və şəxsiyyət vəsiqəsinin surətini Seyrana verərək, sonuncudan sosial içki kimi işə düzəlməyə köməklik göstərməsini xahiş etmişdir. Bir müddət sonra Seyran ona sosial işçi kimi işə düzələ biləcəyini, göstəricilərinin uyğun gəlməsini, ona görə də, Quba rayon Məşğulluq Mərkəzinə gedərək əmək müqaviləsi bağlamasını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o, Quba rayon Məşğulluq Mərkəzinə getmiş, burada “X37” MMC xətti ilə dalandar kimi işə qəbul olunmaqla əlaqədar onunla əmək müqaviləsi bağlanılmış, bir müddət sonra “xxxx”a yaxınlaşaraq əməkhaqqı kartını götürmüş və saxlanılması üçün Seyrana vermişdir. Çünki “X37” MMC xətti ilə xadimə kimi işə qəbul olunmaqla əlaqədar onunla əmək müqaviləsi bağlanılmış, bir müddət sonra “xxxx”a yaxınlaşaraq əməkhaqqı kartını götürmüş və kartı saxlanılması üçün Seyrana vermişdir. Çünki “X37” MMC xətti ilə xadimə kimi Quba Rayon X4 təhkim olunsa da, Quba Rayon X4 çağırılmamış və sosial işçi kimi iş olduğu təqdirdə onu işə çağıracaqlarını düşündüyü üçün bu dövr ərzində Seyranın yanında əmək müqaviləsi olmadan xadimə kimi işinə davam etmişdir. İşə düzəldiyi xx.xx.2019-cu il tarixdən işdən çıxdığı xx.xx.2020-ci il tarixədək onu heç vaxt Quba Rayon X4 işə çağırmamışlar və o işdən azad olunmasını düşünmüşdür. Ona görə də, Seyranın yanında yenidən əmək müqaviləsi olmadan əvvəlki qaydada öz işinə davam etmişdir. İşdən azad olunduğunu düşündüyü üçün əməkhaqqı kartının sonraki taleyi barədə maraqlanmamış və Təqsirləndirilən şəxs1 əməkhaqqı kartı və əməkhaqqısı barədə soruşmamışdır. xx.xx.2019-cu il tarixdən işdən çıxdığı xx.xx.2020-ci il tarixədək adına olan əməkhaqqı kartından heç vaxt əməkhaqqı çıxarmamışdır. İşdən azad olunduğunu və işinin alınmamasını düşündüyü üçün adına olan əməkhaqqı kartına əməkhaqqının vurulmasından məlumatı olmamışdır. 2020-ci ilin iyun ayının əvvəllərində Seyran əməkhaqqı kartını ona qaytararaq əməkhaqqısını bankomatdan çıxarıb ona verməsini və daha sonra Quba Rayon Məşğulluq Mərkəzinə gedərək könüllü olaraq işdən azad olunmağı ilə əlaqədar ərizə yazmasını tapşırmışdır. Yalnız bundan sonra Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindəki işindən azad olunmamasını və əməkhaqqı kartına hər ay əməkhaqqı vurulmasını bilmişdir. O da sonuncu əməkhaqqısını çıxararaq Seyrana vermiş və Quba Rayon Məşğulluq Mərkəzinə gedərək könüllü olaraq işdən azad olunması ilə əlaqədar ərizə yazmış, yalnız bundan sonra onun müqaviləsinə xitam vermişlər. Məhkəmədə verilən suallara cavab olaraq bildidi ki, həmin kafedə qeyri-rəsmi olaraq xadimə işləmişdir. Rəsmi stajı olması üçün “X37” MMC xətti ilə sosial işçi kimi işə düzəlmişdir. Ona bankdan əməkhaqqı kartı təqdim edilsə də, işlə təmin etməmişdirlər. Kartdan vəsait çıxarda bilmədiyi üçün kartı Təqsirləndirilən şəxs1 vermişdir ki, sonuncu hər ay kartdan pulu çıxardıb ona versin. Belə ki, ona əməkhaqqı kartı verilməsinə baxmayaraq, işlə təmin edilmədiyindən karta hər hansı məbləğdə vəsaitin oturmasından da xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, 2017-ci ilin avqust ayından 2019-cu ilin sonlarınadək Quba rayonu X1 Xidmətinin rəisi işləmişdir. 2020-ci ilin yanvar ayından etibarən “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi yaranmışdır. Bu idarə 5 müəssisənin – Məişət tullantılarının zərərsizləşdirmə xidməti, Qırmızı Qəsəbə Kommunal Birliyi, Zərdabi Kommunal Birliyi, Qonaqkənd Kommunal Birliyi, Təmizlik Sanitariya və Abadlıq Birliyi müəssisələrinin birləşməsi nəticəsində yaranmışdır. Müəssisənin rəhbəri yarandığı vaxtdan etibarən Şahid6dir. O isə hazırda həmin müəssisədə mühəndis işləyir. Sosial işçilərin işləməsi üçün “X37” MMC tərəfindən ümumi Quba rayonu üzrə 525 (müddətsiz işləmək) və 337 (iki aylıq işləmək) limit verilmişdir. Həmin sosial işçilərin işə qəbulu prosesi Quba rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil edilmiş və “X37” MMC ilə əmək müqaviləsi bağlanılmışdır. Quba rayonu üzrə mədəniyyət idarələrinə ümumilikdə 37 nəfər işçi təhkim olunmuşdur. Sosial işçilərin Quba şəhəri üzrə işə davamiyyəti, onların həqiqətən işə gəlib-gəlməməsi, müxtəlif işlərin görülməsinə cəlb olunub-olunmamasına Birliyin mütəxəssisləri və təhkim olunduqları müəssisələrin rəhbərləri tərəfindən nəzarət olunsa da, 2020-ci ilin iyun ayınadək onların işə davamiyyəti ilə əlaqədar tabel cədvəlləri tərtib olunmamışdır. Yalnız 2020-ci ilin iyun ayından etibarən müəssisələr tərəfindən tabel cədvəlləri tutulmuş və işçilərin gəlib-getmələri qeydə alınmışdır. O isə 2020-ci ilin yanvar ayından etibarən vəzifədən azad olunduğumdan həmin işçilərə nəzarət etməmişdir. Ona görə də, həmin işçilərin gəlib-getməsindən xəbəri olmamışdır. Həmçinin, 2020-ci ilin yanvar ayından etibarən Birlik yarandıqdan sonra artıq mədəniyyət müəssisələrində olan sosial işçilərə onlar nəzarət etməmiş və onlara mədəniyyət idarələrinin özü nəzarət edərək tabel cədvəllərini özləri tərtib etmişlər. Tabel cədvəlləri isə yekunda Quba rayon Məşğulluq Mərkəzinə, oradan isə “X37” MMC-yə təqdim olunmuşdur. Sosial işçilər “X37” MMC ilə əmək münasibətində olduğundan onların əmək müqaviləsinə onlar xitam verə bilməzlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2008-ci ildən etibarən X14 İdarəsinin Quba rayon X3 direktorudur. Ümumilikdə tabeçiliyində 168 nəfər rəsmi işçisi var. Bundan başqa, “X37” MMC xətti ilə 11 nəfər sosial işçi müxtəlif işlərin yerinə yetirilməsi üçün direktoru olduğu idarəyə təhkim edilmişdir. Sosial işçilər Quba rayon Məşğulluq Mərkəzi vasitəsilə idarələrinə təhkim edilmiş və siyahıda göstərilən vəzifəyə uyğun olaraq işləri yerinə yetirmişlər. Həmin 11 nəfərdən 8 nəfər işçi mütəmadi işə gəlib-getmişdir. X20 bəzən işə gəlib-getmiş, bəzən gəlibgetməmişdir. 2 nəfər işçi isə - Şahid2 və Şahid1 isə ümumiyyətlə işə gəlib-getməmişlər. Həmin 11 nəfər işçi idarəyə təhkim olunduğundan xx.xx.2020-ci il tarixdən etibarən tərəfindən “İşçilərin işə davamiyyət kitabı” tərtib edimişdir. Həmin kitabın tərtib edilməsini ondan heç kim tələb etməmişdir. Sadəcə, özü hansı işçilərin konkret gəlib–getməsini müəyyən etmək və gələcəkdə hər hansı bir problem yaranacağı təqdirdə kitabı əsas gətirmək üçün bu kitabı öz təşəbbüsü ilə tərtib etmişdir. Həmin kitabda 11 nəfər işçidən kimlər işə gəlib-getmişlərsə, onlar həm işə gəlmələri, həm də işdən getmələri ilə əlaqədar imza çəkmişlər. Şahid2 və Şahid1 ümumiyyətlə tanımır. Onlar heç vaxt direktoru olduğu idarəyə gəlməmiş və hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmamışlar. Həmin işçilərin işə gəlməməsi barədə X14 İdarəsinin Quba rayonu üzrə nümayəndəsi Şahid4 şifahi olaraq bu barədə dəfələrlə demiş və həmin işçilərin işə ümumiyyətlə gəlibgetməməsini demişdir. Şahid4 da bununla əlaqədar aidiyyəti şəxslərlə danışmışdır. Sosial işçilərin işə düzəlməsi zamanı işəgötürən “X37” MMC olduğundan onun və ya Şahid4 həmin şəxslərin əmək müqaviləsinə xitam vermək kimi bir səlahiyyəti yoxdur. Lakin, buna baxmayaraq Şahid2 və Şahid1 1 dəfə də olsun işə gəlməmişlər. Şahid2 və Şahid1 işə gəlib-getməməsi, onların işə gəlməməsinə göz yumulması barədə Quba rayon icra hakimiyyətinin hər hansı vəzifəli şəxsi tərəfindən, xüsusilə də Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri İlham Quliyev tərəfindən ona hər hansı bir göstəriş verilməmişdir. Nəzarət mexanizmi ilə əlaqədar 2020-ci ilin iyun ayınadək rəsmi sənəd nəzərdə tutulmamışdır. 2020-ci ilin iyun ayından etibarən isə Quba rayon Məşğulluq Mərkəzi tərəfindən ondan sosial işçilərin tabel cədvəllərinin tutularaq hər ay təhvil verilməsi tələb olunmuşdur. Hazırda da sosial işçilərin işə davamiyyəti ilə əlaqədar tabel cədvəlləri tərtib olunmuş və hər ayın yekununda Quba rayon Məşğulluq Mərkəzinə təqdim edilmişdir. Bunun əsasında da “X37” MMC tərəfindən sosial işçilərə əməkhaqqı hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid6 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, 2020-ci ilin yanvar ayından etibarən “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi işləyir. Bu idarə 5 müəssisənin – Məişət tullantılarının zərərsizləşdirmə xidməti, Qırmızı Qəsəbə Kommunal Birliyi, Zərdabi Kommunal Birliyi, Qonaqkənd Kommunal Birliyi, Təmizlik Sanitariya və Abadlıq Birliyi müəssisələrinin birləşməsi nəticəsində yaranmışdır. Sosial işçilərin işləməsi üçün “X37” MMC tərəfindən ümumi Quba rayonu üzrə 525 (müddətsiz işləmək) və 337 ( iki aylıq işləmək) limit verilmişdir. Həmin sosial işçilərin işə qəbulu prosesi Quba rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil edilmiş və “X37” MMC ilə əmək müqaviləsi bağlanılmışdır. Sosial işçilərin Quba şəhəri üzrə işə davamiyyəti, onların həqiqətən işə gəlib-gəlməməsi, müxtəlif işlərin görülməsinə cəlb olunub-olunmamasına rəhbərlik etdiyi Birliyin mütəxəssisləri tərəfindən nəzarət olunmuşdur. Lakin, Quba rayonun kəndlərində və qəsəbələrində sosial işçilərin işə cəlb olunması, onların işə davamiyyəti və sair praktikaya uyğun olaraq kənd və ya qəsəbə üzrə RİHB-nın nümayəndələri tərəfindən həyata keçirilmişdir. Birlik isə onların verdiyi işə davamiyyət jurnalını əməkhaqqı hesablanması üçün Quba rayon Məşğulluq Mərkəzinə təqdim etmişdir. X14 İdarəsinin Quba rayonu üzrə 6 müəssisəsi var. Onlara nəzarət tərəfindən həyata keçirilməmişdir. Belə ki, həmin müəssilərə sosial işçi ayrılması Quba rayon Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilmişdir. Ona görə də, həmin işçilərə nəzarət tərəfindən həyata keçirilməmişdir. Quba rayon X4 neçə nəfər təhkim olunmasını bilməmişdir. Həmin sosial işçilərin fəaliyyətinə kitabxananın direktoru özü nəzarət etmişdir. Onlara hər ay işçilərin davamiyyəti ilə əlaqədar İƏD üzrə nümayəndəliklərdən davamiyyət jurnalı (tabel) göndərilsə də, Mədəniyyət İdarəsinin müəssisələrindən davamiyyət jurnalı göndərilməmişdir. Ona görə də, həmin şəxslərin davamiyyət jurnalını aidiyyəti üzrə təqdim etməmişlər. Belə ki, cinayət işinin materiallarında olan: “xxxx” ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin ödəniş kartı üzrə çıxarış Şahid1 özünə məxsusdur, çıxarışın dövrü xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edir, balansda 0,88 manat vardır, kartın nömrəsi “416974*******0589” dur. Həmin karta xx.xx.2019-cu il tarixdə 72,38 manat pul mədaxil olmuş və xx.xx.2019-cu il tarixdə 72 manat məxaric olmuş, xx.xx.2019-cu il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2019cu il tarixdə 241 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 241 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 240 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 2 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 240 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 1 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 240 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 1 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 241 manat məxaric olmuşdur. Şahid1 adına “xxxx” ASC tərəfindən verilmiş “416974*******0589” nömrəli kart hesabına 1519,88 manat pul vəsaiti mədaxil olunmuş və ümumilik 1519 manat məxaric olunmuş, 0,88 manat isə balansda qalmışdır (cild İ, iş vər.: 62); “xxxx” ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin ödəniş kartı üzrə çıxarış Şahid2 özünə məxsusdur, çıxarışın dövrü xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edir, balansda 0,88 manat vardır, kartın nömrəsi “416974*******8966” dır. Həmin karta xx.xx.2019-cu il tarixdə 72,38 manat pul mədaxil olmuş və xx.xx.2019-cu il tarixdə 72 manat məxaric olmuş, xx.xx.2019-cu il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2019cu il tarixdə 241 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 240 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 1 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020ci il tarixdə 240 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 2 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 240 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 1 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 230 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 11 manat məxaric olmuş, xx.xx.2020-ci il tarixdə 241,25 manat mədaxil olmuş və xx.xx.2020-ci il tarixdə 241 manat məxaric olmuşdur. Şahid2 adına “xxxx” ASC tərəfindən verilmiş “416974*******8966” nömrəli kart hesabına 1519,88 manat pul vəsaiti mədaxil olunmuş və ümumilikdə 1519 manat məxaric olunmuş, 0,88 manat isə balansda qalmışdır (cild İ, iş vər.: 62); “xxxx” ASC-dən xx.xx.2020-ci il tarixli, 187000/2-2628 saylı məktubla daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, CD diskə daxil olan kimi “Şahid2” adlı qovluq vardır. Qovluğa daxil olduqda xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 adlı qovluqlar və “Turan” adlı qovluq vardır. “Turan” adlı qovluqda xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 adlı qovluqlar vardır. Hər bir qovluqda müxtəlif şəkillər vardır, xx.xx.2020-ci il tarixli qovluq istisna olmaqla digər qovluqlarda olan şəkillərə daxil olduqda eyni bir şəxsin xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixlərdə xxxx ATM-lərindən pul çıxarması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid1 və Şahid2 xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixlərdə ATM-lərdən pul çıxaran həmin şəxsi tanımadıqlarını bildirmişlər. “Şahid2” qovluğunun içərisində olan “xx.xx.2020” adlı qovluqda və “Turan” adlı qovluqda olan “xx.xx.2020” adlı qovluqda olan şəkillərdəki şəxslər isə iki nəfərdir. Baxışda iştirak edən Şahid1 və Şahid2 həmin şəxslərin özləri olmasını, Təqsirləndirilən şəxs1 həmin kartları 2020-ci ilin iyun ayının əvvəllərində onlara verərək içərisindəki pulları çıxarmalarını tapşırmasını və ona görə də, həmin pulları xx.xx.2020-ci il tarixdə birlikdə xxxx ATM-dən çıxarmalarını bildirmişlər. Bundan başqa, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə əmək haqlarının çıxarılması zamanı həmin şəxsin hər iki əməkhaqqı kartını pulqabından çıxararaq bankomata daxil etməsi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdə həmin şəxs tərəfindən əmək haqqı çıxarılan zaman əməkhaqqı kartlarının şifrəsini əlində olan kiçik kağız parçasından ATM-ə daxil etməsi müəyyən edilmişdir (cild İ, iş vər.: 95,96); “xxxx” ASC-dən xx.xx.2020-ci il tarixli, 187000/2-2628 saylı məktubla daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X13 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, CD diskə daxil olan kimi “Şahid2” adlı qovluq vardır. Qovluğa daxil olduqda xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 adlı qovluqlar və “Turan” adlı qovluq vardır. “Turan” adlı qovluqda xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 adlı qovluqlar vardır. Hər bir qovluqda müxtəlif şəkillər vardır, xx.xx.2020-ci il tarixli qovluq istisna olmaqla digər qovluqlarda olan şəkillərə daxil olduqda eyni bir şəxsin xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixlərdə xxxx ATM-lərindən pul çıxarması müəyyən olundu. Baxışda iştirak edən X22 xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixlərdə ATM-lərdən pul çıxaran həmin şəxsin Quba RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri X11 qeyri-rəsmi sürücüsü işləmiş Novruz adlı şəxs olmasını, həmin şəxsin Xaçmaz rayon sakini olmasını bildirmişdir. “Şahid2” qovluğunun içərisində olan “xx.xx.2020” adlı qovluqda və “Turan” adlı qovluqda olan “xx.xx.2020” adlı qovluqda olan şəkillərdəki şəxslər isə iki nəfərdir. Ramin Nəcəfov həmin şəxsləri tanımamasını bildirmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə əməkhaqlarının çıxarılması zamanı Novruz adlı şəxsin hər iki əməkhaqqı kartını pulqabından çıxararaq bankomata daxil etməsi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdə Novruz adlı şəxs tərəfindən əməkhaqqı çıxarılan zaman əməkhaqqı kartlarının şifrəsini əlində olan kiçik kağız parçasından ATM-ə daxil etməsi müəyyən edilmişdir (cild İ, iş vər.: 97); Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələrinin tabeliyində olan, şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən mədəniyyət müəssisələrində ödənişli ictimai işlərə cəlb olunması təklif olunan işçilər barədə xx.xx.2020-ci il tarixli məlumata, Quba rayon X4 təhkim olunmuş işçilərin siyahısına, işçilərin davamiyyət kitabına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələrinin tabeliyində olan mədəniyyət müəssisələrinə Quba şəhəri üzrə ümumilikdə 37 nəfər işçi təhkim olunmuş, Quba rayon Mərkəzi kitabxanasına isə 2 bağban, 2 xadimə, 2 dalandar, 3 gözətçi və 2 fəhlə təhkim olunmuşdur. Şahid2 xx.xx.2019-cu il tarixdə X1 Xidməti tərəfindən işə qəbul olunmaqla xadimə, Şahid1 xx.xx.2019-cu il tarixdə X1 Xidməti tərəfindən işə qəbul olunmaqla dalandar, X12 xx.xx.2019-cu il tarixdə Mənzil İstismar Sahəsi tərəfindən işə qəbul olunmaqla gözətçi, X23 xx.xx.2019-cu il tarixdə Təmizlik Sanitariya və Abadlıq Birliyi tərəfindən işə qəbul olunmaqla gözətçi, X15 xx.xx.2019-cu il tarixdə Mənzil İstismar Sahəsi işə qəbul olunmaqla fəhlə, X32 xx.xx.2020-ci il tarixdə X1 Xidməti işə qəbul olunmaqla oğlu fəhlə, X24 xx.xx.2020-ci il tarixdə X1 Xidməti işə qəbul olunmaqla dalandar, X8 xx.xx.2020-ci il tarixdə X1 Xidməti işə qəbul olunmaqla gözətçi, X16 xx.xx.2020-ci il tarixdə Mənzil İstismar Sahəsi işə qəbul olunmaqla bağban, Zeynalov Rövşən Kamal oğlu xx.xx.2020-ci il tarixdə işə qəbul olunmaqla bağban, Qədirova Şəhla Mövlan qızı xx.xx.2020-ci il tarixdə Təmizlik Sanitariya və Abadlıq Birliyi tərəfindən işə qəbul olunmaqla xadimə kimi təhkim olunmuşlar. Həmçinin, işçilərin davamiyyət kitabına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, işçilərin işə davamiyyət kitabı xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Həmin kitabdan görünür ki, digər işçilər işə gəlib-getmiş, bununla əlaqədar adlarının qarşısında imza çəkmiş, lakin Şahid2 və Şahid1 ümumiyyətlə işə gəlib-getməmişlər (cild İ, iş vər.: 15,16); Quba Rayon Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Şahid2 “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə vətəndaşla “İşəgötürən – “X37” MMC arasında müddətli əmək müqaviləsi imzalanmış, xx.xx.2020-ci il tarixdə vətəndaşın təşəbbüsü ilə əmək müqaviləsinə “X37” MMC tərəfindən xitam verilmişdir. Vətəndaş əmək fəaliyyəti dövründə “Sifarişçi” – “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinə təhkim olunmuşdur. Şahid1 “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə vətəndaşla “İşəgötürən – “X37” MMC arasında müddətli əmək müqaviləsi imzalanmış, xx.xx.2020-ci il tarixdə vətəndaşın təşəbbüsü ilə əmək müqaviləsinə “X37” MMC tərəfindən xitam verilmişdir. Vətəndaş əmək fəaliyyəti dövründə “Sifarişçi” – “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinə təhkim olunmuşdur (cild İ, iş vər.: 47); Dövlət Məşğulluq Agentliyinin 9 saylı ərazi məşğulluq mərkəzi filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan müvəqqəti iş yerlərinə vətəndaşların cəlb olunması və haqqı ödənilənm ictimai işlərin təşkil olunması “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli. 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2002-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “X37” MMC, Quba Rayon İcra Hakimiyyəti, “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyi, Quba Mənzil İstismar Sahəsi və Quba rayon Məşğulluq Mərkəzi tərəfindən birgə təşkil olunmuşdur. Quba Rayon icra Hakimiyyəti, “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyi və Quba Mənzil İstismar Sahəsi tərəfindən müəyyən edilərək Quba rayon Məşğulluq Mərkəzinə göndərilən vətəndaşların ilk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2” “Məşğulluq” altsistemində qeydiyyatı olub-olmaması yoxlanılmış, varsa birbaşa, yoxdursa həmin sistemdən elektron qeydiyyatdan keçirməklə vətəndaşla “İşəgötürən – X37” MMC arasında haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müddətli əmək müqaviləsi bağlanılmış, vətəndaş şəxsiyyət vəsiqəsinin kserosurətini, sağlamlıq haqqında arayışı Quba rayon Məşğulluq Mərkəzinə təqdim edir, 2 nüsxə tərtib olunmuş əmək müqaviləsi imzalayır. 2 nüsxə əmək müqaviləsi və ona əlavə olunmuş sənədlər Quba rayon Məşğulluq Mərkəzi tərəfindən toplanır və “X37” MMC-yə təhvil verilir. Əmək müqavilələrinin və ona əlavə olunmuş sənədlərin surətləri Quba rayon Məşğulluq Mərkəzində saxlanılır. 2019-cu ilin əvvəlində Quba Rayon İcra Hakimiyyəti, “X37” MMC, Quba Rayon İcra Hakimiyyətinin tabeliyində olan kommunal təsərrüfatı müəssisələri ilə üçtərəfli “İşçi qüvvəsinin təmin edilməsinə dair saziş” imzalanmışdır. Sazişə əsasən Quba Rayon İcra Hakimiyyəti və tabeliyində olan müəssisələr ictimai işləri təşkil edir, bu işlərə nəzarəti və əlaqələndirməni həyata keçirir. Bundan başqa, vətəndaşla bağlanılan müqavilənin 1.2-ci bəndinə əsasən işçi razılaşır ki, o işə qəbul olunduqdan dərhal sonra haqqı ödənilən ictimai işləri təşkil edən müvafiq qurumun sərəncamına verilir. İşçi öz əmək funksiyasını sifarişçi tərəfindən müəyyən edilmiş iş yerlərində icra edəcək və Sifarişçinin nizam-intizam qaydalarına, sağlamlığın qorunması və əməyin təhlükəsizliyi tələblərinə riayət edəcək (cild İİ, iş vər.: 33,34); “X37” MMC ilə Yerli rayon icra hakimiyyəti orqanları arasında bağlanılan və işçilərin haqqı ödənilən ictimai işlərə cəlb olunmasının hüquqi əsasını təşkil edən “İşçi qüvvəsinin təmin edilməsinə dair saziş”in nümunəvi formasından görünür ki, işçinin işə gəlibgəlməməsinə nəzarət konkret norma kimi hər hansı qurumun üzərinə öhdəlik kimi qoyulmamışdır (cild İİ, iş vər.: 35-40); Təqsirləndirilən şəxs1 tərəfindən rayon prokurorluğuna ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən və ərizəyə əlavə olunmuş “xxxx” ASC-nin Quba filial tərəfindən verilmiş K**********4005 əməliyyat nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 “X37” MMCyə dəymiş ziyanın 50 faizini, yəni 1519 manatı “xxxx” ASC-də olan ******************** hesab nömrəsinə köçürmüşdür. (cild İİ, iş vər.: 144); Təqsirləndirilən şəxs2 tərəfindən rayon prokurorluğuna ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən və ərizəyə əlavə olunmuş “xxxx” ASC-nin Quba filial tərəfindən verilmiş K**********3904 əməliyyat nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 “X37” MMCyə dəymiş ziyanın 50 faizini, yəni 1519 manatı “xxxx” ASC-də olan ******************** hesab nömrəsinə köçürmüşdür (cild İİ, iş vər.: 149); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 əməliyat-sorğu kartotekasında onların məhkumluğu barədə heç bir məlumat yoxdur (cild İ, iş vər.: 207, 208); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 2589 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri, H.Əliyev prospekti, 182 ünvanında yaşayır (cild İİ, iş vər.: 16,17); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 2590 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Quba şəhəri ərazisində yaşadığı müddət ərzində barəsində nümayəndəliyə şikayət daxil olmamışdır (cild İİ, iş vər.: 18); Xaçmaz RİHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 1782 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, Müşfiq kəndində yaşayır (cild İİ, iş vər.: 28); Xaçmaz RİHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 30 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət daxil olmamış, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur (cild İİ, iş vər.: 28); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 3038 manat məbləğində pul vəsaiti Şahid1 və Şahid2 adlarına olan əməkhaqqı kartlarına yüklənən vəsait olsa da, onlar faktiki olaraq həmin əməkhaqlarını alması üçün ödənişli ictimai işlərə cəlb olunmamış, faktiki olaraq həmin əməkhaqqı müqabilində hər hansı iş görməmiş və işdən azad olunduqlarını düşündükləri üçün Təqsirləndirilən şəxs1 yanında əmək müqaviləsi olmadan işlərinə davam etmişlər. 3038 (üç min otuz səkkiz) manat məbləğində pul vəsaitinin mənimsənilməsi faktında Şahid1 və Şahid2 deyil, “X37” MMC olmuşdur. Belə ki, həmin əməkhaqqı kartların “X37” MMC tərəfindən yüklənmiş pul vəsaiti həqiqətən də heç bir ixtisas (peşəsi) olmayan və ödənişli ictimai işlərin müqabilində verilən əməkhaqqı olmuşdur. Lakin Şahid1 və Şahid2 faktiki olaraq işləmədiklərindən zərərçəkmiş şəxs qismində tanına bilməz. “X37” MMC-yə bilavasitə kifayət qədər maddi ziyanın vurulması nəzərə alınmaqla, o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə alınmış şahidlərin dindirilməsi protokolları, üzləşdirmə protokolları, telefon danışıqlarına baxış protokolları, kitablara baxış protokolları, ödəniş kartı üzrə çıxarış və həmin çıxarışlara baxış protokolları, “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, 187000/2-2628 saylı məktubla daxil olmuş 1 ədəd CD disk və həmin diskə baxış protokolları və toplanmış digər sənədlər işin faktiki hallarına uyğun gəldikləi və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qiymətləndirilərək iş materiallaına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild İİ, iş vər.: 41-74); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İİ, iş vər.: 76,77); müstəntiqin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild İİ, iş vər.: 100,101); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İİ, iş vər.: 106,107); müstəntiqin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild İİ, iş vər.: 126,127); 705988452 nöməli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020ci il tarixdə Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin hesabına 759,50 (yeddi yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində ödəniş etmişdir (cild İİ, iş vər.: 250); 705988454 nöməli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020ci il tarixdə Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin hesabına 759,50 (yeddi yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində ödəniş etmişdir (cild İİ, iş vər.: 251); 64151 nöməli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə X6 Fonduna 1700 (bir min yeddi yüz) manat məbləğində ödəniş etmişdir (cild İİ, iş vər.: 252); 687223416 nöməli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020ci il tarixdə Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 1500 (bi min beş yüz) manat məbləğində ödəniş etmişdir (cild İİ, iş vər.: 253); Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi)”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 179.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş hüquqi şəxsə tamamilə ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərin hər biri tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər biri hazırda ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 179.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 istintaq orqanında və məhkəmədə iştirak etdiyi 37 (otuz yeddi) iş saatına görə 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 istintaq orqanında və məhkəmədə iştirak etdiyi 37 (otuz yeddi) iş saatına görə 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 179.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının istintaq orqanında və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 37 (otuz yeddi) iş saatına görə 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının istintaq orqanında və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 37 (otuz yeddi) iş saatına görə 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-125/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-125/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver