Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-125/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, Gəncə Hərbi məhkəməsinin 29.10.2019-cu il tarixli hökmü ilə CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, təyin edilmiş cərimə cəzasını ödəməmiş, ünvan 2 inzibati binada qeydiyyatda olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə saat təxminən 18 radələrində əvvəllər əmisi Şahid1 Zərərçəkmiş şəxs tərəfindən döyülməsi ilə əlaqədar Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu cəzalandırmaq məqsədilə yumruqla sifət nahiyəsindən zərbə endirərək ona sağ qaşın üzərindəki əzilmiş-cırılmış yara kimi sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmədə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Quba rayonunun Digah kəndində yaşayan Zərərçəkmiş şəxs təxmin bir ay olar tanıyır. Belə ki, Zərərçəkmiş şəxs hadisədən təxminən bir ay əvvəl Quba rayonunun Digah kəndində yaşayan əmisi Şaxvəlini döymüşdür. 30.07.2021-ci il tarixdə əmisi Şaxvəlinin Quba rayonu Digah kəndində yaşadığı evinə qonaq getmiş, saat 18 radələrində əmisi Saxvəli ilə əmisi qızının evinə qonaq getdikləri zaman kənddə avtobus dayanacağında Elmanla rastlaşmış, Elmanın 1 ay əvvəl əmisi döyməsinə görə onunla yaranmış mübahisə zamanı sonuncunun yumruqla sifətinə zərbələr vurmuşdur. Bundan sonra onlar oradan çıxıb getmiş, sonradan isə Elmanın onun barəsində şikayət ərizəsi ilə Quba rayon Polis Şöbaəsinə müraciət etdiyini öyrənmişdir. Hadisə təxmin 1-2 dəqiqə davam etmiş və həmin vaxt onların yanında kənar şəxslər olmamışdır.İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 30.07.2021-ci il tarixdə saat təxminən saat 18:20 radələrində yaşadığı Quba rayonunun Dögah kəndində olan zaman kəndin mərkəzində yerləşən mağazadan çıxıb özünə məxsus “Daevo Lanus” markalı avtomobilinə yaxınlaşıb oturmaq istədiyi zaman qəflətən üzünü görmədiyi şəxs ona arxadan yaxınlaşaraq əlini boyuna ataraq “məni tanıyırsanmı” sözlərini demiş, o üzünü həmin şəxsə tərəf döndərdikdə onun saqqallı olduğunu görmüş və sonradan adının Təqsirləndirilən şəxs olmasını bilmiş, həmin şəxs onun başından, gözündən qəflətən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Sonradan ona məlum olmuşdur ki, ona xəsarət yetirən şəxs hadisədən təxminən bir ay əvvəl aralarında davadalaş olan onunla və onunla bir kənddə yaşayan Şaxvəlinin qardaşı oğludur. Hadisə təxmin 1-2 dəqiqə davam etmiş və həmin vaxt onların yanında kənar şəxslər olmamışdır. İfadəsinin sonunda X5 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, Xırdalan şəhərində qeydiyyatda olsada ailə üzvləri ilə birlikdə Quba rayonunun Digah kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur.O, Bakı şəhərində yaşayır. Təxminən bir ay əvvəl həmkəndlisi Elman Baxşov ilə mübahisə etmiş və mübahisə zamanı Elman onu döymüşdür. 30.07.2021-ci il tarixdə qardaşı oğlu Sahibcan onun evinə qonaq gəlmişdir. Söhbət zamanı o, Sahibcana bildirmişdir ki, həmkəndlisi Elman bir ay əvvəl onu döymüşdür. Həmin gün saat təxminən 18:00 radələrində qardaşı oğlu Sahibcan ilə kəndlərinin mərkəzindən keçib qızı gilə qonaq gedən zaman, Elman onların qarşısına çıxmışdır. Həmin vaxt Sahibcan Elmana yaxınlaşaraq yumruqla onun üz nanahiyyəsinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Hadisə təxmin 1-2 dəqiqə davam etmiş və həmin vaxt onların yanında kənar şəxslər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X2 göstərdiyi xususatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 31.07.2020-ci il tarixli, 742 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- Sağ üst göz qapağındakı qançır, alt çənədə sol tərəfdə olan qançır və sol saidin orta-də olan qançır, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə yəni, 30.07.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə dərəcəsi təyin olunmayan xəsarətlər növünə aid olsa da sağ qaşın üzərindəki əzilmiş-cırılmış yara dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Quba rayon məhkəməsinin 04 avqust 2021-ci il tarixli 3(027)- 601/2021 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cm-nin 62-ci maddəsinə əsasən 500 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya idarəsinin 21.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 500 manat məbləğində cərimə cəzasını ödəməmişdir. İş materiallarında portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını və cavan olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini 2021-ci ilin iyul ayının 30-da, yəni Gəncə Hərbi məhkəməsinin 28 oktyabr 2019cu il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin böyük içtimai təhlükə törətməyən cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlməklə Azərbaycan Respublikası CM-nin 67.1 maddəsini tələblərinə uyğun olaraq qəti olaraq azadlığın məhdudlaşdırılması növündə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin 28.10.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 500 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 09 (döqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (döqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması və 500 manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Bakı şəhər ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-125/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-125/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver