Məhkəmə qərarları › İş №1(027)-126/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-126/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-126/2020 10.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Quba rayonunun Bağbanlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Quba rayonu Bağbanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Quba rayonu Bağbanlı kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə azyaşlı qızı Nərmin Abdulovaya qışqırdığı üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla arvadı Zərərçəkmiş şəxs iki dəfə üz nahiyəsindən vuraraq ona burun qanaxması ilə müşayiət olunan sol gözün altında və burunun üstündə qançır, burun sümüklərinin sağa az yerinin dəyişən qapalı sınığından ibarət olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək göstərmişdir ki, 2005- ci ildə Qusar rayonu Bədirqala kənd sakini Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, rəsmi nikahlarıdan iki qız və bir oğlan övladları olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində o, evin həyətində bağ sahəsindən yığıb gətirdiyi almanı yeşiklərə yığarkən yanında oynayan oğlu Raulun ağladığını görüb kiçik qızı Nərminin üzərinə qışqırıb uşağa baxmasını bildirmişdir. Bu zaman arvadı Təranə “niyə uşağın üstünə qışqırırsan” deyərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, əsəbləşərək arvadı Təranənin burun nahiyyəsinə iki dəfə yumruqla vuraraq sonuncuya xəsarət yetirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməsinə məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2005-ci ildə Quba rayonu Bağbanlı kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, rəsmi nikahlarından iki qız və bir oğlan övladları olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Ehtiram evin həyətində bağ sahəsindən yığıb gətirdiyi almanı az yaşlı qızı Nərmin ilə birlikdə yeşiklərə yığmış, o isə həmin vaxt mətbəxdə iş görmüşdür. Bu zaman Ehtiramın Nərminin üzərinə qışqırdığını eşidib çölə çıxanda Ehtiramın Nərminin üzərinə gedib onu vurmaq istdəyidiyini görüb Ehtirama “niyə qızın üzərinə qışqırırsan” deyə bildirdikdə, Ehtiramla aralarında mübahisə yaranmış və mübahisə zamanı Ehtiram yumruqla onun üz nahiyəsinə iki dəfə vuraraq ona xəsarət yetirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını bildirərək ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 1124 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- burun qanaxması ilə müşayiət olunan sol gözün altında və burunun üstündə qançır, burun sümüklərinin sağa az yerinin dəyişən qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİl-dən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Quba RMX-nin xx xxxxxxx 2020-ci il tarixli, 3290 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabentlərində qeydiyyatda yoxdur. İşdə olan Quba rayon lHB-nin X4 X1 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Bağbanlı kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İşdə olan Quba rayon lHB-nin X4 X1 tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciyət edərək zərərçəkmişşəxsZərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədəksadələşdirilmişicraatmateriallarıüzrəicraataxitamverilməsiniməhkəmədənxahişetm işdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindəngörünürki o,təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin73.2-ci maddəsinəəsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-nin128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar