Məhkəmə qərarları › İş №1(027)-126/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-126/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-126/2022 27.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1981-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1962-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub qrup təşkil edərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən X46 Tədarük-Sənaye Ticarət birliyi Aqrokoop müəssisəsinin ərazisində yerləşən anbarın qarşısına gələrək qapının kilidini sındırmaqla anbarın içərisinə qanunsuz daxil olub oradan 150 manat dəyərində 01 ədəd 78 kiloqram çəkidə, üzərində reduktor olan 1986-cı il buraxılışlı SSRİ istehsallı elektrik mühərriki, 100 manat dəyərində 01 ədəd 30 kiloqram çəkidə üzərində reduktor olan 1988-ci il buraxılışlı elektrik mühərriki və hər biri 60 manat olmaqla 180 manat dəyərində 03 ədəd 18 kiloqram çəkidə, 1986-cı il buraxıltşlı SSRİ istehsallı elektrik mühərriki olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 430 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub qrup təşkil edərək xx.xx.2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən X46 Tədarük-Sənaye Ticarət birliyi Aqrokoop müəssisəsinin ərazisində yerləşən anbarın qarşısına gələrək qapının kilidini sındırmaqla anbarın içərisinə qanunsuz daxil olub oradan 27,6 kiloqram çəkidə 600 manat dəyərində mis naqilləri, hər biri 100 manat olmaqla 200 manat dəyərində 02 ədəd 30 kiloqram çəkidə üzərində reduktor olan 1988-ci il buraxılışlı elektrik mühərriki, hər biri 60 manat olmaqla 120 manat dəyərində 02 ədəd 18 kiloqram çəkidə, 1986-cı il buraxılışlı SSRİ istehsallı elektrik mühərriki və 01 ədəd 6 kiloqram çəkidə 20 manat dəyərində elektrik mühərriki olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 940 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub qrup təşkil edərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən X46 Tədarük- Sənaye Ticarət birliyi Aqrokoop müəssisəsinin ərazisində yerləşən anbarın qarşısına gələrək qapının kilidini sındırmaqla anbarın içərisinə qanunsuz daxil olub oradan 150 manat dəyərində 01 ədəd 78 kiloqram çəkidə, üzərində reduktor olan 1986-cı il buraxılışlı SSRİ istehsallı elektrik mühərriki, 100 manat dəyərində 01 ədəd 30 kiloqram çəkidə üzərində reduktor olan 1988-ci il buraxılışlı elektrik mühərriki və hər biri 60 manat olmaqla 180 manat dəyərində 03 ədəd 18 kiloqram çəkidə, 1986-cı il buraxılışlı SSRİ istehsallı elektrik mühərriki olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 430 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub qrup təşkil edərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən X46 Tədarük- Sənaye Ticarət birliyi Aqrokoop müəssisəsinin ərazisində yerləşən anbarın qarşısına gələrək qapının kilidini sındırmaqla anbarın içərisinə qanunsuz daxil olub oradan 150 manat dəyərində 01 ədəd 78 kiloqram çəkidə, üzərində reduktor olan 1986-cı il buraxılışlı SSRİ istehsallı elektrik mühərriki, 100 manat dəyərində 01 ədəd 30 kiloqram çəkidə üzərində reduktor olan 1988-ci il buraxılışlı elektrik mühərriki və hər biri 60 manat olmaqla 180 manat dəyərində 03 ədəd 18 kiloqram çəkidə, 1986-cı il buraxılışlı SSRİ istehsallı elektrik mühərriki olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 430 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub qrup təşkil edərək 04 aprel 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən X46 Tədarük-Sənaye Ticarət birliyi Aqrokoop müəssisəsinin ərazisində yerləşən anbarın qarşısına gələrək qapının kilidini sındırmaqla anbarın içərisinə qanunsuz daxil olub oradan 27,6 kiloqram çəkidə 600 manat dəyərində mis naqilləri, hər biri 100 manat olmaqla 200 manat dəyərində 02 ədəd 30 kiloqram çəkidə üzərində reduktor olan 1988-ci il buraxılışlı elektrik mühərriki, hər biri 60 manat olmaqla 120 manat dəyərində 02 ədəd 18 kiloqram çəkidə, 1986-cı il buraxılışlı SSRİ istehsallı elektrik mühərriki və 01 ədəd 6 kiloqram çəkidə 20 manat dəyərində elektrik mühərriki olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 940 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, birinci dəfə Tural Suleymanov və Təqsirləndirilən şəxs2lə birlikdə oğurluq etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Tural və Elburusla kafedə oturub yeyib içən zaman Elburus oğurluq etməyi təklif etmiş, o da razılaşmışdır. O və Təqsirləndirilən şəxs2 əvvəllər Zərərçəkmiş şəxs məxsus sexdə işləmişlər və sexin ərazisini tanımışlar. O, Tural və Elbrus öz aralarında razılaşıb xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Quba rayonu, 2-ci Nügədi kəndinə getmişlər. Kəndə çatdıqdan sonra piyada sexin yaxınlığına gedib açıq vəziyyətdə olan çöl qapıdan həyətə daxil olmuşlar. Həyətdə sol tərəfdə yerləşən birinci anbarın qarşısına getmişlər. Həmin anbarın qapısının üzərində dəmir kilid olmuşdur. Elburus yerdən bir ədəd dəmir parçası götürüb qapının üzərindəki kilidi sındırmış və üçü də anbarın içərisinə daxil olmuşlar. Sonra isə köməkləşib anbarın içərisindən ümumilikdə 05 ədəd elektrik mühərrikini götürüb həyətin qarşısındakı çəpərin yanına qoymuşlar. O, bir neçə ay əvvəl başqa cinayətə görə məhkum edilmiş və ayağına elektron nəzarət cihazı quraşdırılmışdır. O, nəzarətdə olduğundan, üzərinə qoyulan vaxt məhduyyətini pozmamaq üçün yaşadığı evə qayıtmışdır. Aralarında olan razılaşmaya görə mühərriklərin satışından əldə olunan pul bərabər şəkildə üç yerə bölünəcəkdir. Lakin, Tural və Elburus mühərrikləri satıb puldan ona verməmişlər. İkinci dəfə isə xx.xx.2022-ci il tarixdə Sərdar özü ona oğurluq etməyi təklif etmiş, o da pula ehtiyacı olduğundan razılaşmışdır. Belə ki, Sərdarla razılaşıb birlikdə Aydının sexinin yanına getmişdir. Sərdarla birlikdə içəridə sağ tərəfdə yerləşən anbarın qarşısına getmişlər. Anbarın üzərində dəmir kilid olmuşdur. Sərdar yerdən götürdüyü dəmir parçası ilə qapının üzərindəki kilidi sındırmış və onlar anbarın içərisinə daxil olmuşdur. Anbarın içərisində mühərrikin üzərində olan mis dolağı söküb götürmüşlər. Sonra isə ümumilikdə 05 ədəd elektrik mühərrikini də Sərdarla birlikdə anbarın içərisindən oğurlamışdır. Onun yaşadığı evin bağ sahəsi Aydının sexinin yaxınlığında yerləşdiyi üçün, oğurladıqları əşyaları çiyinlərinə qoyub birlikdə 2-3 dəfəyə yaşadığı evin bağ sahəsinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə günorta vaxtı Sərdarla birlikdə oğurladıqları mis dolağı “VAZ 2107” markalı avtomobilə yükləyib Quba şəhərində Laçın adlı şəxsin metal qəbulu yerinə təhvil vermişlər. Laçın həmin misləri tərəzidə çəkmiş və ona ümumilikdə 331 manat 20 qəpik pul vermişdir. Sərdarın şəxsiyyət vəsiqəsi üzərində olduğundan Laçın alqı-satqıdan sonra Sərdarın adını dəftərə qeyd eləmiş, lakin pulları o almışdır. Həmin puldan 4 manat taksi sürücüsünə vermiş, qalan pulu isə Sərdarla aralarında bölmüşdür. Bundan sonra 06 aprel 2022-ci il tarixdə Sərdar qohumu Bəhruz adlı şəxsin idarə etdiyi “VAZ 21015” markalı avtomobillə yaşadığı evin qarşısına gəlmişdir. Sərdarla birlikdə oğurladıqları digər elektrik mühərriklərini də həmin avtomobillə yenə Laçının metal qəbulu yerinə aparmışlar. Laçın mühərrikləri tərəzidə ölçdükdən sonra 130 manat pulu ona vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, iki dəfə ayrı-ayrılıqda oğurluq etmiş, lakin zərərçəkmiş şəxsə dəymiş ziyanı sonradan ödəmişdir. O, ötən ilin sonunda narkotik vasitələrin istifadə edilməsi cinayəti üzrə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Ondan sonra o, narkotik vasitələrdən istifadə etməmiş, islah olunmuşdur. O, yeşik sexinə işə düzəlmiş və hazırki hadisəni törədənədək işləyib pul qazanmışdır. Əvvəllər Zərərçəkmiş şəxs sexində illərlə işləmiş və sonuncunun ona etibarı olmuşdur. Hadisəni içkinin təsiri altında törətmişdir. Əməlindən peşmandır. Sonda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 ifadəsində dedikləri yalandır. Elşən ona yaşadıqları kənddə Zərərçəkmiş şəxs özünə məxsus sexi satdığını, içərisində olan əşyaları isə kimə lazımdısa götürdüyünü demişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, Elşən və Turalla birlikdə sexin həyətinə daxil olmuşdur. Oğurladıqları mühərriklərin yerləşdiyi anbar kilidli olmuşdur. Elşən özü yerdən dəmir boru götürüb qapının kilidini qırmış və onlar içəri daxil olub mürərrikləri çıxardıb hasarın dibinə yığmışlar. Elşənin ayağında elektron nəzarət cihazı olduğundan mühərrikləri anbardan çıxardandan sonra evinə çıxıb getmişdir. O, Turalla mühərrikləri Turalın həyətinə daşımışlar. Səhəri gün Turalla ikisi mühərrikləri avtomobilə yükləyib Paşaoba kəndində yerləşən sexdə satıb 300 manat əldə etmişlər. Lakin həmin puldan Elşənə verməmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, mühərriklər qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında kəndin yaxınlığında Təqsirləndirilən şəxs1la oturub yeyib içən zaman Elşən həmkəndliləri Tural və Elburusa zəng etmiş və ona çatmalı pulu istəmişdir. Sorğu əsnasında Elşən onlarla birlikdə oğurluq etdiyini, əvvəldən razılaşsalar da, onlardan özünə çatası pulu ala bilmədiyini demişdir. Bir qədər keçdikdən sonra Elşən, yaşadığı kənddə Zərərçəkmiş şəxs məxsus sexin içərisində elektrik mühərriklərinin olduğunu və gedib həmin mühərrikləri də oğurlamağı təklif etmişdir. O da razılaşmış və Onun şəxsiyyət vəsiqəsi üzərində olduğundan Laçın alqı-satğıdan sonra onun adını dəftərə qeyd edib pulları Elşənə vermişdir. Həmin puldan Elşən 4 manat taksi sürücüsünə vermiş qalan pulu isə aralarında bölmüşdür. xx.xx.2022-ci il tarixdə o, Elşənlə birlikdə qohumu Bəhruzun idarə etdiyi “VAZ 21015” markalı avtomobillə Elşənin yaşadığı evin qarşısına gəlmişlər. Elşənlə birlikdə oğurladıqları digər elektrik mühərriklərini də həmin avtomobillə yenə Laçının metal qəbulu yerinə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəx qismində dindirilən Təqsirləndirilən şəxs3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Elşən onun yaşadığı evə gələrək, Zərərçəkmiş şəxs obyektinin ərazisində gedib həyətində yeyib-içməyi təklif etmişdir. O, da Aydının obyekti ərazisinə getməyə razılaşmamışdır. Daha sonra Elşən ona meşədə gedib oturmağı təklif etmişdir. O da razılaşmışdır. Birlikdə oturub söhbət edən zaman Elşən ona Zərərçəkmiş şəxs məxsus sexdən oğurluq etməyi təklif etmişdir. O da razılaşmışdır. Həmin vaxt içkili olmuş, hərəkətlərini dərk etməmişdir. Onlar birlikdə Aydının sexinin yanına getmişlər. Elşənlə birlikdə içəridə sağ tərəfdə yerləşən anbarın qarşısına gəlmişlər. Həmin anbarın üzərində dəmir kilid olmuşdur. O, yerdən götürdüyü dəmir parçası ilə qapının üzərindəki kilidi sındırmaq istəsə də gücü çatmamışdır. Bundan sonra Elşənlə birlikdə köməkləşib qapının üzərindəki kilidi sındırmış və anbarın içərisinə daxil olmuşlar. Anbarın içərisində mühərrikin üzərində olan mis dolağı söküb götürmüşlər. Sonra isə ümumilikdə 05 ədəd elektrik mühərrikini də Elşənlə birlikdə anbarın içərisindən oğurlayıb çiyinlərinə qoyub birlikdə 2-3 dəfəyə çıxarmışlar. Elşənin yaşadığı evin bağ sahəsi Aydının sexinin yaxınlığında olduğundan mühərrikləri Elşənin bağ sahəsinə aparmışlar. xx.xx.2022-ci il tarixdə günorta vaxtı Elşənlə birlikdə oğurladıqları mis dolağı tanımadığı “VAZ 2107” markalı avtomobilə yükləyib Quba şəhərində Laçın adlı şəxsin metal qəbulu yerinə təhvil vermişlər. Laçın həmin misləri tərəzidə çəkmiş və Elşənə ümumilikdə 331 manat 20 qəpik pul vermişdir. Laçın mühərrikləri tərəzidə ölçdükdən sonra 130 manat pulu Elşənə vermişdir. Həmin puldan 7 manatını qohumu Bəhruza vermiş, qalan pulu isə aralarında bölüşdürmüşdür. Laçın ondan həmin mühərriklərin kimə məxsus olmasını soruşmuş və oğurluq olub-olmamasını maraqlanmışdır. O isə cavabında həmin elektrik mühərriklərinin özünə məxsus olduğunu və oğurluq olmadığını demişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, mühərriklər qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs3 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la Quba şəhərində kafedə oturub yeyib içib söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs1 yaşadıqları kənddə Zərərçəkmiş şəxs özünə məxsus sexi satdığını, içərisində olan əşyaları isə kimə lazımdısa götürdüyünü demişdir. O, xx.xx.2022ci il tarixdə saat 22 radələrində Elburus və Elşənlə birlikdə Quba rayonu, 2-ci Nügədi kəndinə getmişdir. Piyada sexin yaxınlığına gedib çöl qapı açıq olduğundan həyətə daxil olmuşlar və həyətdə sol tərəfdə yerləşən birinci anbarın qarşısına gəlmişlər. Həmin anbarın qapısının üzərində dəmir kilid olmuşdur. Bundan sonra Elşən yerdən bir ədəd dəmir parçası götürüb qapının üzərindəki kilidi sındırmışdır. Qapı açıldıqdan sonra üçü də anbarın içərisinə daxil olmuşlar. Sonra köməkləşib içəridən ümumilikdə 05 ədəd elektrik mühərrikini götürüb həyətin qarşısındakı çəpərin yanına qoymuşlar. Elşənin ayağında qolbaq olduğundan Elşən yaşadığı evə getmişdir. O və Elburus İsə oğurladıqları 05 ədəd elektrik mühərriklərini onun yaşadığı evin həyətinə yığmışlar. Aralarında olan razılaşmaya əsasən o və Elburus həmin mühərrikləri satmalı və daha sonra pulları aralarında bölməli olmuşlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Elburus həmkəndliləri Elzaminlə birlikdə onun yaşadığı evin qarşısına gəlmişlər. Elzamin avtomobilini yaşadığı evin qarşısında saxlamış və Elburus avtomobildən düşdükdən sonra onunla birlikdə oğurladıqları mühərrikləri Elzaminin avtomobilinə yükləmişdir. Elzamin həmin mühərriklərin kimin olmasını soruşduqda o mühərriklərin özünə məxsus olduğunu demişdir. Elburus, Elzaminə Paşaoba kəndinə sürməsini demişdir. Paşaoba kəndində yol kənarında Az- Türkçelikmakina adlı sexsin qarşısına gəlmişlər. Elburusla o avtomobildən düşüb sexi işlədən Elşad adlı şəxslə danışmış və satılıq elektrik mühərrikinin olduğunu demişlər. Elşad onların verdiyi 05 ədəd mühərrikə baxıb mühərrikləri almaq istəməmişdir. O, Elburusla mühərrikləri uzaq yoldan gətirdiklərini, pula ehtiyaclarının olduğunu deyib Elşadı razı salmışlar və 300 manat qarşılığında 05 ədəd elektrik mühərrikini Elşada satmışlar. Elburus Elşaddan 300 manatı pulu almış və həmin puldan Elburus 200 manatı ona vermişdir. Elburusdan aralandıqdan sonra bazar ərazisində 200 manat pula poz-qazan lotoreya almışdır. Lakin bütün pullarını uduzmuşdur. O, həmin puldan 100 manatını Elşənə verməli olsa da, pulları lotoreyada uduzduqdan sonra Elşənə pul verə bilməmişdir. Sonradan Elşən onunla əlaqə saxlamış, Elşən elektrik mühərriklərini hansı qiymətə satdıqlarını soruşmuş və o, mühərrikləri 200 manata satdıqlarını demişdir. Elşən ona çatmalı olan pulunu istədikdə, o, Elşənə pulunu lotoreyada uduzduğunu bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəx qismində dindirilən Təqsirləndirilən şəxs4 bildirdi ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, mühərriklər qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 1989-cu ildən Azərbaycan Respublikası Mərkəzi X1 X46 Tədarük-Sənaye Ticarət birliyi Aqrokoop müəssisəsinin müdiri vəzifəsində çalışır. İşlədiyi həmin müəssisə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşir. Həmin müəssisənin ərazisində 4 anbar yerləşir ki, bu anbarlardan üçü onun şəxsi istifadəsindədir. Həmin anbarlarda yalnız avtomobil ehtiyyat hissələri və dəmir avadanlıqlar vardır. xx.xx.2022-cİ il tarixdə ərazidə sağ tərəfdə yerləşən birinci anbara girib oradakı əşyaları yoxlayıb anbarın qapılarını bağlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində yenə işə gedib anbarı yoxlamaq istəyəndə girişdə sağ tərəfdə yerləşən anbarın qapısının açıq olduğunu görmüşdür. Anbarın qapısının üzərində olan dəmir kilid sındırılıb kənara atılmışdır. O, anbardan oğurluq olmasından şübhələnib anbarı yoxlamış, oradan ümumilikdə 05 ədəd elektrik mühərrikinin və qaynaq aparatının üzərindən 28 kiloqram mis dolağın oğurlandığını görmüşdür. Bundan sonra digər anbarlara da baxmış və digər anbarın da qapısının kilidinin qırıldığını qapının açıq olduğunu görmüşdür. İkinci anbarın içərisinə baxanda oradan da 05 ədəd elektrik mühərrikinin oğurlandığını görmüşdür. O, baş vermiş oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə təxminən 4000 manat maddi ziyan dəymişdir. Ona məxsus sexin anbarından oğurlanan 28 kiloqram mis dolağın qiyməti təxminən 600 manat təşkil edir. Ona məxsus anbarlardan ümumilikdə 03 ədəd 30 kiloqramlıq, 01 ədəd üzərində reduktor olan 78 kiloqramlıq, 05 ədəd 18 kiloqramlıq və 01 ədəd 6 kiloqramlıq elektrik mühərriki oğurlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs bildirdi ki, ona məxsus sexin anbarından ümumilikdə 10 ədəd elektrik mühərriki oğurlanmışdır. Qeyd olunan mühərriklərin hamısı işlək vəziyyətdə olmuşdur. Onlardan 5 ədədi qaytarılmış, qalanının dəyəri təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən, onlara qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərdən üçünün gənc olmasını, birinin ailə başçısı olmasını, peşman olduqlarını nəzərə alaraq, onlara yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən, onlara qarşı şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Paşaoba kəndində yol kənarında Az- Türkçelikmakina adlı daş karxanalarının avadanlıqlarının və avtomobillərin təmiri sexini işlədir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında tanımadığı şəxslər “VAZ 2107” markalı avtomobillə işlətdiyi sexin qarşısına gəlmişlər. İki nəfər avtomobildən düşüb ona yaxınlaşmış və satılıq elektrik mühərriklərinin olduğunu bildirmişlər. O, həmin elektrik mühərriklərinin haradan olduğunu soruşduqda şəxslərdən biri özünə məxsus elektrik taxta sexi olduğunu, həmin sexin bağlandığını və elektrik mühərriklərini də ona görə satdığını demişdir. O, həmin elektrik mühərriklərini almaq istəmədiyini demişdir. Lakin təqsirləndirilən şəxslərin pula ehtiyacı olduğu üçün əvvəl 250 manata razılaşmış, lakin şəxslərin xahişi ilə 300 manata almışdır. Bir neçə gün sonra polis əməkdaşları ilə birlikdə mühərrikləri ona satan həmin iki şəxs işlədiyi sexin qarşısına gəlmişlər. Bu zaman ona aydın olmuşdur ki, elektrik mühərrikləri oğurluqdur. Onun bu barədə məlumatı olmamış, həmin şəxslərdən Elburus satdığı elektrik mühərriklərinin özünə məxsus olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun həmkəndliləridir. 2022-ci ilin aprel ayının əvvəllərində kənd ərazisində dayanan zaman uzaq qohumu Sərdar ona yaxınlaşıb Quba rayonuna getmək istədiyini və onu öz avtomobili ilə aparıb apara bilməyəcəyi barədə soruşmuşdur. O, buna etiraz etmədikdən sonra Sərdar idarə etdiyi “VAZ 21015” markalı avtomobilinə əyləşib Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığına sürməyini demişdir. Elşənin yaşadığı evə çatdıqdan sonra Elşən əlində çanta ilə çıxıb avtomobilinə əyləşmişdir. Quba rayonuna çatdıqdan sonra Sərdar avtomobilini bazar ərazisinə doğru sürməyini demişdir. Bir qədər irəlilədikdən sonra Sərdarla Elşən avtomobildən düşmüşdür. O, Elşənlə Sərdarı düşürüb yol kənarında gözləyən zaman Elşənlə Sərdarın əlvan metal qəbulu yerinə girdiklərini görmüşdür. Bir qədər keçdikdən sonra Elşənlə Sərdar gələrək yenidən avtomobilə əyləşmiş və onlar birlikdə yaşadıqları Quba rayonu, 2-ci Nügədi kəndinə gəlmişlər. O, Elşənin əlində olan çantanın içərisində nə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba şəhəri bazar ərazisində əlvan metal qəbulu məntəqəsi işlədir, işlətdiyi obyektin müşahidə kameraları var və bütün qəbul etdiyi metalları həmçinin həmin metalları satan adamların adlarını qeyd edir. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında işlətdiyi obyektin qarşısına bir nəfər yaşlı və bir nəfər orta yaşlı adam gələrək mis naqilləri almağı təklif etmişlər. O, həmin naqillərin kimə məxsus olmasını soruşduqda onlar həmin mis naqillərin özlərinə məxsus olduğunu bildirmişlər. Həmçinin əlavə olaraq elektrik mühərriklərinin də olduğunu və satmağa gətirəcəklərini bildirmişlər. Bundan sonra o, həmin mis naqilləri tərəzidə çəkmiş və həmin naqillər 27,6 kq gəlmişdir. O, həmin naqillərin qarşılığında onlara 331 manat 20 qəpik pul vermişdir. Həmin şəxslərdən birinin adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 adını dəftərə qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 və yanında olan bir nəfər şəxs ona yaxınlaşaraq elektrik mühərrikləri gətirdiklərini və satmaq istədiklərini demişlər. O, həmin mühərrikləri də qəbul edib qarşılığında 130 manat pul vermişdir. Bir neçə gün keçdikdən sonra polis əməkdaşları ilə birlikdə mühərrikləri ona satan Təqsirləndirilən şəxs3 sexin qarşısına gəlmişlər. Bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 və yanındakı şəxsin ona satdığı elektrik mühərrikləri və mis naqillər onlara məxsus deyil oğurluq elektrik mühərrikləridir. Onun bu barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs3 ona həmin mis naqillər və elektrik mühərriklərinin özünə məxsus olmasını demişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-əmtəəşunaslıq ekspertizası) xx.xx.2022-ci İl tarixli 9/2662 saylı rəyindən görünür ki, üzərində reduktor olan 1986-cı il buraxılışlı, SSRİ istehsallı, çıxış surəti 1/10, 78 kiloqram çəkidə əvvəllər işlənilmiş, hal-hazırda da istifadəyə yararlı, mühərrik gücü 1,5 kilovat, 950 dövriyyəli, 380 volt enerji ilə işləyən elektrik mühərriki 150 manat, üzərində reduktor olan 1988-ci il buraxılışlı, SSRİ istehsallı, çıxış surəti 1/31, 30 kiloqram çəkidə əvvəllər işlənilmiş, hal-hazırda da istifadəyə yararlı, mühərrik gücü 0,75 kilovat, 950 dövriyyəli, 380 volt enerji ilə işləyən elektrik mühərriki 100 manat, 1986-cı il buraxılışlı, SSRİ istehsallı, 18 kiloqram çəkidə, əvvəllər işlənilmiş, hal-hazırda da istifadəyə yararlı, mühərrik gücü 0,75 kilovat, 1450 dövriyyəli, 220 volt enerji ilə işləyən elektrik mühərriki 60 manat, SSRİ istehsallı, 6 kiloqram çəkidə, əvvəllər işlənilmiş, hal-hazırda da istifadəyə yararlı, mühərrik gücü 0,75 kilovat, 1450 dövriyyəli, 220 volt enerji ilə işləyən kiçik elektrik mühərriki 20 manat dəyərindədir. Respublikada yerləşən ticarət mərkəzlərində, internet saytlarında, avtoehtiyat hissələrinin satışı mərkəzlərində mövcud olan qiymətlərdən, mərkəzdə olan məlumatlardan və təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan istifadə etməklə təqdim edilmiş istifadədə olmuş elektrik mühərriklərinin 2022-ci ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450 manat müəyyən olunur (cild 1, iş vər.: 119-122); "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, üzərində reduktor olan 1986-cı il buraxılışlı, SSRİ istehsallı, çıxış surəti 1/10, 78 kiloqram çəkidə, əvvəllər işlənilmiş, hal-hazırda da istifadəyə yararlı, mühərrik gücü 1,5 kilovatt, 950 dövriyyəli, 380 volt enerji ilə işləyən elektrik mühərrikinin hal-hazırda orta bazar satış qiyməti reduktorla birlikdə 150 AZN təşkil edir; üzərində reduktor olan 1988-cı il buraxılışlı, SSRİ İstehsallı, çıxış surəti 1/31, 30 kiloqram çəkidə, əvvəllər işlənilmiş, hal-hazırda da istifadəyə yararlı, mühərrik gücü 0,75 kilovatt, 950 dövriyyəli, 380 volt enerji ilə işləyən elektrik mühərrikinin hal-hazırda orta bazar satış qiyməti reduktorla birlikdə 100 AZN təşkil edir; digər 3 (üç ) ədəd mühərrik 1986-cı il buraxılışlı, SSRİ İstehsallı, 18 kiloqram çəkidə, əvvəllər işlənilmiş, hal-hazırda da istifadəyə yararlı, mühərrik gücü 1,5 kilovatt, 950 dövriyyəli, 380 volt enerji ilə işləyən elektrik mühərrikinin hər birinin hal-hazırda orta bazar satış qiyməti 60 AZN təşkil edir; təqdim edilmiş kiçik mühərrik isə SSRİ İstehsallı, 6 kiloqram çəkidə, əvvəllər işlənilmiş, hal-hazırda da istifadəyə yararlı, mühərrik gücü 0,75 kilovatt, 1450 dövriyyəli, 220 volt enerji ilə işləyən elektrik mühərrikinin hal-hazırda orta bazar satış qiyməti 20 AZN təşkil edir (cild 1, iş vər.: 54); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid2 və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 və X6 əməllərində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il li 9/2662 saylı rəyində üzərində reduktor olan 1986-cı il buraxılışlı, SSRİ istehsallı, 78 kiloqram çəkidə elektrik mühərrikinin 150 manat, üzərində reduktor olan 1988-ci il buraxılışlı, SSRİ istehsallı, elektrik mühərrikinin 100 manat, 1986cı il buraxılışlı, SSRİ istehsallı, 18 kiloqram çəkidə, elektrik mühərrikinin 60 manat və SSRİ istehsallı, 6 kiloqram çəkidə elektrik mühərrikinin qiymətinin 20 manat olması nəzərə alınmaqla Zərərçəkmiş şəxs məxsus oğurlanan ümumilikdə 03 ədəd 30 kiloqramlıq, 01 ədəd 78 kiloqramlıq, 05 ədəd 18 kiloqramlıq və 01 ədəd 6 kiloqramlıq olmaqla oğurlanmış ümumilikdə 10 ədəd elektrik mühərrikinin ümumi qiyməti 770 manat və mis naqillərin qiyməti 600 manat olmaqla ümumi dəymiş ziyanın 1370 manat olması nəzərə alınması, cinayət işi üzrə 06 ədəd elektrik mühərriki əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır (cild 2, iş vər.: 38-49). Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 – hər birinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətlərinin olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi Plenumunun qərarında göstərilir: «Qeyd olunmalıdır ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi zamanı təqsirkar maneələri dəf etmək və göstərilən obyektlərdə yerləşən əmlakı ələ keçirmək məqsədi ilə əlavə güc və vasitələr tətbiq edir. Bu zaman təqsirkar qıfılları, qapıları, pəncərələri və s. zədələyərək mülkiyyət obyektlərinə ciddi ziyan vurur.» CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edildiyindən, onların hər biri həmin maddələrlə məsuliyyət daşımalıdırlar. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər.: 111); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 123, 124); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vər.: 51, 52); Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(027)-44/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 aprel 2022-ci il tarixdən, saat 18:30-dan hesablanmışdır (cild 1, iş vər.: 141,142); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(027)-180/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir (cild 1, iş vər.: 230); Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 102/xx/xx-1357 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)-180/2021 saylı hökmü xx.xx.2022-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 17.01 2022-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmışdır. Barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-373/2022 saylı qərarına əsasən 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Həmçinin Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(027)-44/2022 saylı qərarına əsasən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 23 gün hissəsini çəkmişdir, üzərində 02 il 01 ay 08 gün çəkilməmiş cəzası qalmışdır. Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və ailə tərkibi anası X3 ibarətdir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vər.: 28-30); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 hazırki ittiham üzrə cinayət əməlini 2022-ci ilin aprel ayında törədərkən, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)-181/2021 saylı hökmü ilə yaranmış məhkumluğu nəinki ödənilməmiş, o, həmin əməlləri cəza çəkdiyi müddətdə törətmişdir. Lakin bununla yanaşı, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)-181/2021 saylı hökmü ilə yaranmış məhkumluğu hazırda residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 58.2-ci maddəsinə əsasən Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir; 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs1 əvvəl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəza almış olsa da, hazırda başqa xarakterli cinayət törətməsi, cinayət əməlini törədərkən içkili halda olması və hərəkətlərinin ciddiliyini dərk etməməsi, törətdiyini əməli səmimi etiraf edib peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, iş üzrə Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı hələ ibtidai istintaq zamanı ödəməsi, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması və təqsirləndirilən şəxsə ən yüngül cəza verilməsi barədə xahişi nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi kimi, islah olunmaq üçün mənfi vərdişlərdən (narkotik vasitələrin qəbulu) uzaqlaşması, həyat şəraitini yaxşılaşdırmaq məqsədilə işə düzəlməsi və düzənli olaraq çalışması onun islah olunmasına təsir göstərdiyinə dəlalət edir. Məhkəmə həmçinin hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(027)-180/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 04 (dörd) ay azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün hissəsi hazırki hökmlə təyin olunmuş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs1 üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 06 (altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 06 (altı) ay 12 (on iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və onun üzərində cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 148, 149); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vər.: 71, 72); “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 168,169); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (cild 1, iş vər.: 231); Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, İİ Nügədi kəndində yaşayır və ailə tərkibi atası X4, anası X13, arvadı X9, oğlu X14, qızı X2 ibarətdir. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vər.: 200- 202); məhkəmə elektron bazasından görünüür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2008-ci il tarixli Ramin adında, xx.xx.2011-ci il təvəllüdlü Dəniz adında yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələr ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 175, 176); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vər.: 61, 62); “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər.: 195, 196); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda məhkumluğu olmayan şəxsdir (cild 1, iş vər.: 232, 233); Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəliyindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayonu, İİ Nügədi kəndində yaşayır və ailə tərkibi arvadı X17, oğlu X15, gəlini X23, nəvələri X10, X18, X19, X20, X16, X24, X5 ibarətdir. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (cild 2, iş vər.: 1-3). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs3 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələr ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs4 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 206); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vər.: 81, 82); “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər.: 226, 227); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 783 saylı əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vər.: 234); Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010cu il tarixli 1(101)-1451/2010 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vər.: 235-243); Quba RİHB-nın İİ Nügədi kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və və ailə tərkibi arvadı X11, oğlu X7, oğlu X8 ibarətdir. X7 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (cild 2, iş vər.: 22-24); məhkəmə elektron bazasından görünüür ki, Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2005-ci il təvəllüdlü Teymurşah adında və xx.xx.2007-ci il təvəllüdlü Tunar adında yetkinlik yaşına çatmayan iki uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran halların olmadığı müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə edilmiş dəyişikliklə “yeddi ildən on iki ilədək” sözləri “doqquz ildən on dörd ilədək” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur; 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin şərhinə görə əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən və yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında (25 may 2009-cu il) göstərilir ki: Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 83.1-ci maddəsindən göründüyü kimi, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Qüvvədə olan qanunvericilik məhkumluğun xitamının iki qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya götürülməsi (CM-in 83.3 və 83.6-cı maddələri). Məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur. Qüvvədə olan cinayət qanunvericiliyində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətə uyğun olaraq differensasiyası aparılır. Yalnız şərti cəzaya məhkum olunmuş şəxslər üçün istisna nəzərdə tutulur: əgər CM-in 71-ci maddəsində müəyyən edilmiş əsaslarla şərti cəza ləğv edilməyibsə, bu cəzaya məhkum olunmuş şəxslərin məhkumluğu sınaq müddətinin bitməsi ilə ödənilir (CM-in 83.3.1-ci maddəsi). Həmin Məcəllənin 83.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə, CM-in 83.3.2-83.3.5 və 83.4-cü maddələrinin məzmunundan göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş bütün hallarda məhkumluğun ödənilməsi müddətinin axımının başlanması cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilmə vaxtından hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 783 saylı əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edildiyindən və həmin dövrdə onun məhkum olunduğu maddə ağır cinayətlər kateqoriyasına aid edildiyindən, hökmlə yaranmış məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş 6 illik müddətin axımı xx.xx.2014-cü il tarixdən başlanılmış, xx.xx.2020-ci il tarixdə başa çatmış və hazırki cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilmiş hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələr ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 6 ədəd elektrik mühərrikin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(027)-180/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 04 (dörd) ay azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün hissəsi hazırki hökmlə təyin olunmuş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs1 üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 06 (altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 06 (altı) ay 12 (on iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 6 ədəd elektrik mühərrikin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X12, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar