Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-126/2023 21.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2-ci, 179.2.3-cü, 308.1-ci və 313-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən 15 iyul 2022- ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Rəqəmşal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin müdiri vəzifəsini icra edən zaman poçt xidmətləri (marka, zərf, teleqram, bağlama, banderol və s.), digər xidmətlər (kommunal xidmət haqlarının qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və s.) və maliyyə xidmətləri (daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla şöbənin adından bütün mədaxil və məxaric əməliyyatlarını icra etmək, həmin əməliyyatları «Colvir» mərkəzləşdirilmiş informasiya sisteminə daxil etməklə xəzinə əməliyyatları formalaşdırmaq, nağd pulun və digər qiymətlilərin qorunmasını təmin etmək, şöbənin adından rəsmi sənədləri imzalamaq və möhürləmək kimi səlahiyyətlərə malik təşkilati sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxs kimi 01 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edərək «Lotereyalar haqqında» 05 mart 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında əhalinin sosial-maddi rifahının yüksəldilməsi və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, malların (işlərin, xidmətlərin) satışını stimullaşdırmaq məqsədilə lotereyaların keçirilməsini təşkil edən "xxxx" ASC ilə Zərərçəkmiş şəxs MMC arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə və ya uduşa mülkiyyət hüququnu təsdiq edən sənəd hesab olunan lotereya biletlərinin satışını həyata keçirən “Azərpoçt» MMC-nin Quba poçt filialı tərəfindən 05 mart 2022-ci il tarixli 009066 №-li, 15 mart 2022-ci il tarixli 009076 №-11, 17 mart 2022-ci il tarixli 009080 №-li, 01 aprel 2022-ci il tarixli 009095 №-li, 07 aprel 2022-ci il tarixli 009139 Ns-li malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası əsasında təhvil aldığı 1 (bir) ədədi 1 (bir) manat olmaqla 2000 (iki min) ədəd «Qızıl», 1 (bir) ədədi 2 (iki) manat olmaqla 900 (doqquz yüz) ədəd «Şans ulduzu», 1 (bir) ədədi 5 (beş) manat olmaqla 480 (dörd yüz səksən) ədəd «Brilliant», 1 (bir) ədədi 10 (on) manat olmaqla 300 (üç yüz) ədəd «Pul yağışı» tirajlı olmaqla ümumi dəyəri 11200 (on bir min iki yüz) manat olan ona etibar edilmiş lotereya biletlərindən bir qisminin guya ayrı-ayrı fiziki şəxslərə satılmasına dair bütün mədaxil və məxaric əməliyyatlarının həyata keçirildiyi «Colvir» informasiya resursuna Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törədib Cəmiyyətin əmlakına tam maddi-məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edib həmin biletləri mənimsəyərək ştrixlənmiş xanaları pozub "xxxx" ASC-nin təşkil etdiyi lotereyalarda istifadə etməklə talamış, eyni zamanda həmin dövr ərzində digər poçt xidmətlərindən şöbənin daxili kassasına daxil olan müxtəlif məbləğlərdə nağd pul vəsaitini öz şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə mənimsəyərək xərcləmiş, 01 aprel 2022-ci il tarixə Qonaqkənd poçt şöbəsi üzrə kassa qalığının 22,10 (iyirmi iki manat on qəpik) manat olması, 01 aprel 2022-ci il tarixdən 12 aprel 2022ci il tarixə kimi şöbənin xəzinəsinə 5762,13 (beş min yeddi yüz altmış iki manat on üç qəpik) manat mədaxil, şöbənin xəzinəsindən 3651,0 (üç min altı yüz əlli bir manat) məxaric əməliyyatları aparılmaqla 12 aprel 2022-ci il tarixə poçt şöbəsində aparılan qəfləti sayım zamanı kassada 129,0 (yüz iyirmi doqquz) manat olması nəzərə alınaraq ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus 2004,23 (iki min dörd manat iyirmi üç qəpik) manat məbləğində özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəyərək talamış, Zərərçəkmiş şəxs MMC-nin əmlakının və pul vəsaitinin qorunub saxlanılması ilə əlaqədar Cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən 13 aprel 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək olan müddət ərzində təkrarən özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edərək «Lotereyalar haqqında» 05 mart 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında əhalinin sosial-maddi rifahının yüksəldilməsi və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, malların (işlərin, xidmətlərin) satışını stimullaşdırmaq məqsədilə lotereyaların keçirilməsini təşkil edən "xxxx" ASC ilə Zərərçəkmiş şəxs MMC arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə və ya uduşa mülkiyyət hüququnu təsdiq edən sənəd hesab olunan lotereya biletlərinin satışını həyata keçirən Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialı tərəfindən 05 mart 2022-ci il tarixli 009066 Nə-li, 15 mart 2022-ci il tarixli 009076 №-li, 17 mart 2022-ci il tarixli 009080 №-li, 01 aprel 2022-ci il tarixli 009095 №-li, 07 aprel 2022-ci il tarixli 009139 №-li malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası əsasında təhvil aldığı 1 (bir) ədədi 1 (bir) manat olmaqla 2000 (iki min) ədəd «Qızıl», 1 (bir) ədədi 2 (iki) manat olmaqla 900 (doqquz yüz) ədəd «Şans ulduzu», 1 (bir) ədədi 5 (beş) manat olmaqla 480 (dörd yüz səksən) ədəd «Brilliant», 1 (bir) ədədi 10 (on) manat olmaqla 300 (üç yüz) ədəd «Pul yağışı» tirajlı olmaqla ümumi dəyəri 11200 (on bir min iki yüz) manat olan ona etibar edilmiş lotereya biletlərindən bir qisminin guya ayrı-ayrı fiziki şəxslərə satılmasına dair bütün mədaxil və məxaric əməliyyatlarının həyata keçirildiyi «Colvir» informasiya resursuna Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törədib Cəmiyyətin əmlakına tam maddi-məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edib həmin biletləri mənimsəyərək ştrixlənmiş xanaları pozub "xxxx" ASC-nin təşkil etdiyi lotereyalarda istifadə etməklə talamış, eyni zamanda həmin dövr ərzində digər poçt xidmətlərindən şöbənin daxili kassasına daxil olan müxtəlif məbləğlərdə nağd pul vəsaitini öz şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə mənimsəyərək xərcləmiş, 13 aprel 2022-ci il tarixə Qonaqkənd poçt şöbəsi üzrə kassa qalığının 129 (yüz iyirmi doqquz) manat olması, 13 aprel 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixə kimi şöbənin xəzinəsinə 1595,85 (min büş yüz doxsan beş manat səksən beş qəpik) manat da əlavə mədaxil aparmaqla kassada 1724,85 (min yeddi yüz iyirmi dörd manat səksən beş qəpik) manat məbləğində vəsait olmalı olduğu halda 19 aprel 2022-ci il tarixə poçt şöbəsində aparılan qəfləti sayım zamanı kassada faktiki pul vəsaitinin olmaması nəzərə alınaraq ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus cəmi 1724,85 (min yeddi yüz iyirmi dörd manat səksən beş qəpik) manat məbləğində özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib təkrarən mənimsəyərək talamış, Zərərçəkmiş şəxs MMCnin əmlakının və pul vəsaitinin qorunub saxlanılması ilə əlaqədar Cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2-ci, 179.2.3-cü, 308.1-ci və 313-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2016-cı ildə Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsində poçtalyon olaraq işə başlamış və 2021-ci ilin iyun ayında şöbənin müdiri vəzifəsindən azad olunduqdan sonra, müdir vəzifəsini də eyni zamanda müvəqqəti icra etmişdir. Qonaqkənd poçt şöbəsində bütün əməliyyatlar «Colvir» əməliyyat sistemi və «X6» vasitəsilə aparılmışdır. Poçt şöbəsi üzrə bütün mədaxil və məxaric əməliyyatlarının aparılması (kommunal xidmətlərin ödənişi, bağlama və məktubların göndərilməsi, sifarişli məktubların təsdiq edilməsi və s.) və poçtların paylanmasını, xəzinə əməliyyatlarına nəzarət edilməsini, informasiya resurslarına əməliyyatların daxil edilməsini, şöbə adından rəsmi sənədlərin imzalanmasını və möhürlənməsini özü icra etmişdir. Ona Qonaqkənd poçt şöbəsinin rəsmi möhürü verilmiş, eyni zamanda «Colvir» əməliyyat sisteminə və «X6»na öz adından əməliyyatlara dair icazə verilmiş, öz adından orada əməliyyatları icra etmişdir. Vətəndaşlara təqdim etdiyi ödənişə dair qəbzlərdə onun adı qeyd olunmuşdur. Qonaqkənd poçt şöbəsinin müdiri vəzifəsini icra etməyə başladığı vaxtdan etibarən şöbə üzrə aparılan bütün əməliyyatlara və kassaya maddi məsul şəxs olmasını dərk etmişdir. Mədaxil edilən ödənişlər vətəndaşdan qəbzlə təhvil alınmış, qəbz vətəndaşa təqdim edilmiş, daha sonra onun tərəfindən ödəniş məbləği Qonaqkənd poçt şöbəsinin xəzinəsinə yerləşdirilmiş, mütəmadi Quba poçt filialının sürücüinkassatoru gəlib pulları götürərək Quba poçt filialına aparmışdır. Pulları ondan götürən zaman tərəfindən qaimə tərtib olunmuş, bir nüsxəsi onda, bir nüsxəsi sürücü-inkassatorda qalmışdır. Quba poçt filialı tərəfindən satış məqsədilə Qonaqkənd poçt şöbəsinə "xxxx" biletləri verilmiş, biletlərin qiyməti 1 manatdan 10 manata kimi olmuşdur. Biletlərin «Qızıl», «Pul Yağışı», «Brilliant» və sair kimi tirajları olmuşdur. Filialın inkassator-sürücüsü hər ayın əvvəli ona ayrılmış limit həcmində "xxxx" bileti gətirmiş, biletlər qaiməfaktura ilə ona təhvil verilmiş, biletləri təhvil almasına dair imza çəkmişdir. Ona 2022-ci ilin aprel ayının əvvəlində 5000 manatlıq bilet verilmiş, əlavə olaraq mart ayından da qalıq qalan biletləri də olmuşdur. Vətəndaşlar Qonaqkənd poçt şöbəsinə gələrək biletləri ondan pulla almış, o da pulları xəzinəyə mədaxil etmiş, «Colvir» sistemində biletlərin satışına dair əməliyyat icra etmişdir. Hər bir satışa dair əməliyyat icra etdikcə onun kassa qalığına əlavə olunmuş, nəticədə kassasında olmalı olan məbləğ sistemdə açıq-aydın görünmüşdür. 2022ci il ərzində Azərbaycan Respublikası ərazisində, xüsusilə də Quba rayonunda "xxxx" biletlərindən bir çox vətəndaşın yaxşı gəlir əldə edilməsi barədə xəbərlər eşitmişdir. Bu səbəbdən də qazanc əldə etmək məqsədilə vətəndaş kimi bilet alaraq lotereyada iştirak etmək qərarına gəlmişdir. Hər bir "xxxx" bileti vətəndaşa satıldıqdan sonra «Colvir» əməliyyat sisteminə satışa dair əməliyyat daxil etmiş və vətəndaşın verdiyi ödənişi kassaya yerləşdirmiş, nəticədə əməliyyat sistemi və kassa üzrə eyni məbləğ görünmüşdür. Lotereyada iştirak etmək qərarına gəldikdən sonra ona satılması məqsədilə etibar edilmiş 10 manatlıq "xxxx" biletlərindən birini pozaraq lotereyeda iştirak etmiş, lakin pulunu kassaya daxil etməmiş, ilk lotereya bileti ilə 100 manat uduş əldə etmiş, qazandığı puldan 10 manat bilet pulunu xəzinəyə mədaxil etmiş, qalan 90 manat pulu isə əlavə olaraq xəzinəyə mədaxil edərək əvəzində bir neçə ümumi dəyəri 90 manat olan bilet götürərək pozub lotereyada iştirak etmiş, lakin uda bilməmiş, 3 gün ərzində udmaq məqsədilə bir xeyli bilet pozaraq lotereyada iştirak etmişdir. Qazanc əldə etmək məqsədilə pozduğu lotereya biletlərinin məbləğini xəzinəyə mədaxil etmədiyi halda «Colvir» əməliyyat sisteminə satış kimi daxil etmişdir. Ona görə də «Colvir» əməliyyat sistemində 3 gün ərzində lotereya biletlərinin guya satılması görünmüş, nəticədə satışdan əldə olunmalı olan pullar kassada olmalı olmuş, hər dəfə biletin satışına dair əməliyyat icra edən kimi məbləğ avtomatik kassa qalığına hesablanmış, lakin pozduğu biletlər nəticəsində uda bilmədiyindən kassaya mədaxil etməli olduğu biletlərin pulunu yerləşdirə bilməmiş, nəticədə çatışmazlıq yaranmışdır. Kassa ödənişlərini inkassatora verdikdən sonra sistemdə əskik göründüyündən 12 aprel 2022-ci il tarixdə filialin mühəndisi Şahid1 və inkassator Şahid2 poçt şöbəsinə gəlmiş, yerində yoxlama aparılmış, yoxlama dövrünə «Colvir» əməliyyat sistemi üzrə onun ümumilikdə həyata keçirdiyi əməliyyatların məbləği 4628,04 manat olmuş, lakin tərəfindən Quba poçt filialının xəzinəsinə ödənilən məbləğ 2494,81 manat olmuş, kassada faktiki olaraq 129 manat olmuş, nəticədə 2004,23 manat çatışmazlığının olması müəyyən edilmiş, bu barədə akt tərtib olunmuş, ondan izahat alınmış, izahatında törətdiyi əməli etiraf etmiş, əskik gələn məbləği 15 aprel 2022-ci il saat 16.00-a kimi ödəyəcəyinə dair söz vermişdir. Söz verən zaman məqsədi yoxlama getdikdən sonra yenidən lotereya oynayaraq pul udmaq və udduğu halda ziyanı bağlamaq olmuş, bir neçə biletlə oynadığı halda biletlərdən heç olmasa birində uduş əldə edəcəyini düşünmüş, lakin bir neçə gün ərzində biletləri pozaraq lotereyada iştirak etsə də, heç bir qazanc əldə edə bilməmişdir. Nəticədə, 19 aprel 2022-ci il tarixdə yenidən yoxlama keçirilmiş, yoxlama zamanı əvvəlki 129 manatın və əlavə tərəfindən 1595,85 manata dair edilmiş əməliyyatın pulunun yerində olmaması aşkar edilmiş və aktlaşdırılmışdır. O, "xxxx" biletlərindən başqa, kassadan nağd pul da, xüsusilə də qalıq qalmış 129 manatı da götürmüşdür. Nəticədə ümumilikdə 3729,08 manat əskiyi aşkar olunmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, vurmuş olduğu ziyanın bir qismini ödəməsini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsində sabiq müdiri vəzifəsindən ayrıldıqdan sonra bu vəzifənin icrası şöbənin poçtalyonu Təqsirləndirilən şəxs tapşırılmışdır. Buna dair Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən əmr verilmişdir. Bütün kommunal xidmətlər, məktubların, bağlamaların, banderolların göndərilməsi poçt tərəfindən həyata keçirilmişdir. Quba poçt filialı və tabeliyində olan bütün poçt şöbələri üzrə bütün əməliyyatlar daxili «Colvir» əməliyyat sistemi və «X6» vasitəsilə həyata keçirilmişdir. Aparılan hər bir əməliyyat elektron olaraq qeydiyyata alınmış və bu formada da bütün poçt şöbələrinə nəzarət edilmişdir. Vətəndaşlar tərəfindən ödənilən pullar poçt şöbəsinin xəzinəsinə yığılmışdır. Qonaqkənd poçt şöbəsinin xəzinə limiti 100 manat olmuş, 100 manatdan artıq hissə Quba poçt filialı tərəfindən göndərilən inkassatorlar tərəfindən yığılaraq filialın xəzinəsinə yerləşdirilmiş, daha sonra isə "xxxx" ASC vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin bank hesabına ödənilmişdir. Hər bir inkassator gün ərzində bir dəfə poçt şöbəsində olmuş və limitdən artıq hissəni götürərək gətirib filialın xəzinəsinə təhvil vermişdir. Quba poçt filialının poçt əməliyyatları və maliyyə xidmətləri üzrə mühəndisi Şahid1 tərəfindən bu hərəkətlərə «Colvir» əməliyyat sistemi vasitəsilə nəzarət edilmişdir. 11 aprel 2022-ci il tarixdə Şahid1 ona inkassatorların dövri hərəkət etməsini, lakin «Colvir» əməliyyat sistemi üzrə Quba poçt filialının Qonaqkənd poçt şöbəsində xəzinə üzrə qalıq göstərməsini bildirmişdir. Adətən gündəlik olaraq xəzinə sıfırlanmış və xəzinə üzrə limit kimi 100-200 manat aralığı saxlanılmışdır. İnkassatorlar Qonaqkənd poçt şöbəsinə getsələr də, xəzinə üzrə qalıq qalmağa davam etmişdir. Bu vəziyyət şübhəli olduğundan növbəti gün, yəni 12 aprel 2022-ci il tarixdə Quba poçt filialının poçt əməliyyatları və maliyyə xidmətləri üzrə mühəndisi Şahid1 və inkassator-sürücü Şahid2 Qonaqkənd poçt şöbəsinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs Qonaqkənd poçt şöbəsində olmuş, onun xəzinəsini yoxlayan zaman 12 aprel 2022-ci il tarixə kimi «Colvir» əməliyyat sistemi üzrə 2133,23 manat xəzinə qalığı göstərilsə də, faktiki olaraq xəzinədə 129 manat pul aşkar edilmiş və nəticədə 2004,23 manat əskiklik müəyyən edilmişdir. Ona görə də, Quba poçt filialının poçt əməliyyatları və maliyyə xidmətləri üzrə mühəndisi Şahid1 və sürücü-inkassator Şahid2 iştirakı ilə mövcud vəziyyətə dair akt tərtib olunmuş və hər kəs öz adının qarşısındakı qrafada imza etmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs mövcud vəziyyətlə bağlı izahat götürülmüş. Təqsirləndirilən şəxs izahatında törətdiyi əməli etiraf edərək faktiki çatışmazlığı bərpa edəcəyinə dair söz vermişdir. Təqsirləndirilən şəxs qalığı bərpa edəcəyinə dair söz verdiyindən onun barəsində tədbir görülməmiş və izahatı alınaraq söz verdiyi tarix gözlənilmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs vəziyyətdən istifadə edərək Qonaqkənd poçt şöbəsi adına əlavə 1595,85 manatlıq da əməliyyat etmiş və həmin pulları da xəzinəyə mədaxil etməyərək faktiki kassada aşkar olunmuş 129 manatla birgə mənimsəmişdir. Nəticədə Təqsirləndirilən şəxs ümumilikdə dövlətə vurduğu zərər 3729,08 manat olmuşdur. İş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə baxışının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Şahid R.Məmədov teleqramla müraciət edərək ibtibai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialında maliyyə xidmətləri və poçt əməliyyatları üzrə mühəndis işləmiş, işi poçt filialı və filiala tabe olan bütün poçt şöbələrində maliyyə və poçt əməliyyatlarına nəzarət etmək, kassa qalıqlarına nəzarətin edilməsi, yoxlamaların keçirilməsi olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər Quba poçt filialının Qonaqkənd poçt şöbəsində poçtalyon işləmiş, daha sonra şöbə müdiri öz vəzifəsindən ayrıldıqdan sonra Təqsirləndirilən şəxs onu əvəz etmişdir. Bütün poçt şöbələrində bütün əməliyyatlar «Colvir» əməliyyat sistemi və «X6» vasitəsilə aparılmışdır. Poçt şöbəsi üzrə bütün əməliyyatların aparılması (kommunal xidmətlərin ödənişi, bağlamaların və məktubların göndərilməsi, sifarişli məktubların təsdiq edilməsi və s.) və poçtların paylanması işini Təqsirləndirilən şəxs icra etmişdir. Ona Qonaqkənd poçt şöbəsinin rəsmi möhürü verilmiş, eyni zamanda «Colvir» əməliyyat sisteminə və «X6»na öz adından əməliyyatlara dair icazə verilmişdir. İş qaydasına əsasən poçt şöbələri əməliyyatları «Colvir» əməliyyat sistemi və «X6» vasitəsilə icra etmiş, vətəndaşlardan ödənişləri nağd formada qəbul etmiş, kassa qalığının həcmindən asılı olaraq filialın inkassator-sürücüləri poçt şöbələrindən vəsaitləri toplayaraq poçt filialına təhvil vermişlər. 11 aprel 2022-ci il tarixdə poçt əməliyyatlarına nəzarət edən zaman Qonaqkənd poçt şöbəsinin normalda olduğundan əhəmiyyətli dərəcədə artıq formada kassa qalığının olmasını müşahidə etmiş və inkassator-sürücü kassa qalıqlarının təhvil-təslimindən gəldikdən sonra kassa qalığının hələ də aktiv olmasını müşahidə etmişdir. İnkassator-sürücü poçt şöbələrindən kassa qalığını təhvil aldıqdan dərhal sonra avtomatik poçt şöbəsinin kassa qalığı silinmişdir. İnkassator-sürücü Qonaqkənd poçt şöbəsinə gedib-gəlsə də, kassa qalığının silinməməsini müşahidə etmişdir. Bu barədə Quba poçt filialının rəis əvəzi Nümayəndə məlumat vermişdir. Bundan sonra 12 aprel 2022ci il tarixdə Qonaqkənd poçt şöbəsində qəfləti yoxlama keçirilmiş, yoxlama onun rəhbərliyi ilə inkassator-sürücü Şahid2 və Qonaqkənd poçt şöbəsinin müdiri vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs iştirakları ilə aparılmışdır. Yoxlama dövrünə, yəni 12 aprel 2022-ci il tarixə kimi «Colvir» əməliyyat sistemi üzrə Qonaqkənd poçt şöbəsinin 2133,23 manat xəzinə qalığı göstərilsə də, faktiki olaraq xəzinədə 129 manat pul aşkar edilmiş və nəticədə 2004,23 manat əskiklik müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bu barədə soruşan zaman o törətdiyi əməli etiraf etmiş, kassa qalığının yerində olmamasını və həmin vəsaiti şəxsi ehtiyaclarına istifadə etməsini bildirmiş, buna dair izahat yazaraq 15 aprel 2022-ci il saat 16.00-a qədər qalığı bərpa edəcəyinə dair söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs söz verdiyi tarixə qədər gözləsə də, sonuncu tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də 19 aprel 2022-ci il tarixdə yenidən Qonaqkənd poçt şöbəsinə getmiş, bu zaman Təqsirləndirilən şəxs yerində olmamışdır. Təqsirləndirilən şəxs söz verdiyi müddət ərzində Qonaqkənd poçt şöbəsi adına əlavə 1595,85 manat da mədaxil əməliyyatları etməsi, lakin əvvəl qalıq qalan 129 manat və söz verdiyi müddətdə etdiyi əməliyyatların əvəzində xəzinədə olmalı olan 1595,85 manatı xəzinədən götürərək öz şəxsi ehtiyaclarına xərcləməsi müəyyən olunmuşdur. Nəticədə Təqsirləndirilən şəxs ümumilikdə dövlətə vurduğu zərər 3729,08 manat olmuşdur. Buna dair 19 aprel 2022-ci il tarixli akt tərtib olunmuş və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilmişdir. "xxxx" biletlərinin qiyməti 1, 2, 5 və 10 manat olmuşdur. Poçt filialından hər bir poçt şöbəsinə, həmçinin Qonaqkənd poçt şöbəsinə "xxxx" biletləri verilmişdir. Biletlər inkassator-sürücü tərəfindən tələbnamə ilə və ya bağlı formada poçt şöbələrinə aparılmış, biletlər qəbul edildikdən sonra poçt şöbəsinin müdiri tərəfindən tələbnamə imzalanmış və geri qaytarılmışdır. Həmin tələbnamə əsasında da biletlərin təhvil alınması aydın olmuşdur. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir . İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının rəisinin 04 iyul 2016-cı il tarixli KŞ-65 N-li əmrindən görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2016-cı il tarixdən etibarən Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsində 0,5 ştat poçtalyon vəzifəsinə qəbul edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 04 iyul 2016-cı il tarixli Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsindən görünür ki, 04 iyul 2016-cı il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialı ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs “Azərpoçt» MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin fəaliyyəti üzrə maddi məsul şəxs olmuşdur. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 01 iyul 2019-cu il tarixli Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin fəaliyyəti üzrə iş yerində və prosesində istifadə edilən maddi-texniki vəsaitlərin qorunub saxlanılmasını və düzgün istifadəsini təmin etməyə və maddi ziyanın vurulmasına görə maddi məsuliyyət daşımışdır İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 02 dekabr 2019-cu il tarixli Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsindən görünür ki, 02 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialı ilə Təqsirləndirilən şəxs arasında yeni əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin fəaliyyəti üzrə maddi məsul şəxs olmuşdur. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 23 iyul 2021-ci il tarixli 1649 N-li əmrdən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin poçtalyonu Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin müdiri vəzifəsini icrası həvalə edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 07 oktyabr 2021-ci il tarixli Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının məktubundan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin poçtalyonu Təqsirləndirilən şəxs 01 oktyabr 2021- ci il tarixdən Qonaqkənd poçt şöbəsinin müdiri vəzifəsini icra etməsi məsələsinə münasibət bildirilməsi üçün Zərərçəkmiş şəxs MMC-yə müraciət edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Zərərçəkmiş şəxs MMC-nin rəisinin 28 oktyabr 2021-ci il tarixli 2609 №-li əmrindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin poçtalyonu Təqsirləndirilən şəxs eyni zamanda Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin müdiri vəzifəsini icra etmiş və buna görə də 01 yanvar 2021-ci il tarixdən tam ştatın əməkhaqqısının ödənilməsi barədə əmr verilmişdir İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 12 aprel 2022-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının əməkdaşları tərəfindən 12 aprel 2022-ci il tarixdə Qonaqkənd poçt şöbəsində qəfləti yoxlama keçirilmiş, həmin tarixə Qonaqkənd poçt şöbəsinin «Colvir» əməliyyat sistemi üzrə xəzinə qalığı 2133,23 manat olmuş, faktiki olaraq kassada 129 manat aşkar edilmiş, nəticədə 2004,23 manat çatışmazlıq olması müəyyən edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 12 aprel 2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsində 12 aprel 2022-ci il tarixə günün sonuna kassa qalığı 2133,23 manat olmuşdur. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 15 aprel 2022-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs yoxlama zamanı 2004,23 manat əskiyinin olmasını qəbul etmiş və pul vəsaitinin bərpa olunacağına dair söz vermişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 15 aprel 2022-ci il tarixli iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs yoxlama zamanı 2004,23 manat əskiyinin olmasını qəbul etmiş və pul vəsaitinin 15 aprel 2022-ci il saat 16.00-a kimi bərpa olunacağına dair söz vermişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 18 aprel 2022-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs ilkin yoxlama zamanı 2004,23 manat kassa çatışmazlığının olmasını, 16-17 aprel 2022-ci il tarixlərdə yenidən 1724,85 manat mənimsəməsini, nəticədə çatışmazlığının 3729,08 manat olmasını bildirmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 aprel 2022-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsində ikinci dəfə qəfləti yoxlama keçirilmiş, həmin tarixə Qonaqkənd poçt şöbəsinin «Colvir» əməliyyat sistemi üzrə xəzinə qalığı 3729,08 manat olsa da, faktiki olaraq həmin məbləğ yerində aşkar edilməmiş və 3729,08 manat çatışmazlığın olması müəyyən edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 aprel 2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsində 13 aprel 2022-ci il tarixə kassa qalığı 2133,23 manat olmuş, 13-17 aprel 2022-ci il tarixlərdə əlavə olaraq 1595,85 manat əməliyyat icra edilmiş, 19 aprel 2022-ci il tarixə Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin kassa qalığı 3729,08 manat olmuşdur. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 01 mart 2022 - 19 aprel 2022-ci il tarixli dövri hesabdan çıxarışdan görünür ki, qeyd olunan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsi tərəfindən 7021 manat məbləğində lotereya satışı edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Zərərçəkmiş şəxs MMC-nin Daxili audit departamentinin 24 noyabr 2022-ci il tarixli audit rəyindən görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixə 3729,08 manat çatışmazlığının olması müəyyən edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 05 mart 2022-ci il tarixli 009066 №-li malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasından görünür ki, Təqsirləndirilən şəxs 1 ədədi 1 manat olan 1000 ədəd «Qızıl» tirajlı, 1 ədədi 2 manat olan 400 ədəd «Şans ulduzu» tirajlı "xxxx" bileti təhvil almışdır İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 15 mart 2022-ci il tarixli 009076 №-li malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasından görünür ki, Təqsirləndirilən şəxs 1 ədədi 2 manat olan 200 ədəd «Şans ulduzu» tirajlı, 1 ədədi 5 manat olan 240 ədəd «Brilliant» tirajlı "xxxx" bileti təhvil almışdır. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 17 mart 2022-ci il tarixli 009080 №-li malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasından görünür ki, Təqsirləndirilən şəxs 1 ədədi 5 manat olan 240 ədəd «Brilliant» tirajlı "xxxx" bileti təhvil almışdır. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 01 aprel 2022-ci il tarixli 009095 №-11 malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasından görünür ki, Təqsirləndirilən şəxs 1 ədədi 1 manat olan 1000 ədəd «Qızıl» tirajlı, 1 ədəd 2 manat olan 500 ədəd «Şans ulduzu» tirajlı, 1 ədədi 10 manat olan 100 ədəd «Pul yağışı» tirajlı "xxxx" bileti təhvil almışdır. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 07 aprel 2022-ci il tarixli 009139 №-li malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasından görünür ki, Təqsirləndirilən şəxs 1 ədədi 10 manat olan 200 ədəd «Pul yağışı» tirajlı "xxxx" bileti təhvil almışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməxətşünaslıq ekspertizasının 25 may 2023- cü il tarixli 4/847 №-li ekspertiza rəyindən görünür ki, 15 mart 2022-ci il tarixli 009076 №-li, 17 mart 2022-ci il tarixli 009080 №-li, 01 aprel 2022-ci il tarixli 009095 Nö-li, 07 aprel 2022-ci il tarixli 009139 №-li malların təsərrüfat daxili yerdəyişməsi qaiməfakturalarında «Təhvil aldım» qrafalarındakı imzalar, 12 aprel 2022-ci il tarixli aktda «Qonaqkənd PŞ-nin müdir əvəzi imza Təqsirləndirilən şəxs» qrafasında olan imza, 15 aprel 2022-ci il tarixli iltizamnamədəki əlyazmalar və «İmza Təqsirləndirilən şəxs» qrafasındakı imza, 15 aprel 2022-ci il tarixli izahatdakı əlyazmalar və «İrnza» qrafasındakı imza, 18 aprel 2022-ci il tarixli izahatdakı əlyazmalar və «İmza» qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməmühasibatlıq ekspertizasının 12 iyun 2023- cü il tarixli 9/3783 №-li rəyindən görünür ki, 24 noyabr 2022-ci il tarixli audit rəyi məlumatları, «Colvir» sistemindən çıxarış məlumatları, 12 aprel 2022-ci İİ tarixli və 19 aprel 2022-ci il tarixli akt məlumatları nəzərə alınmaqla 13 aprel 2022-ci il tarixə günün əvvəlinə poçt şöbəsinin milli valyuta üzrə xəzinə qalığının 2133,23 manat təşkil etdiyi, 13-19 aprel 2022-ci il tarixləri üzrə poçt şöbəsinin xəzinəsində 1595.85 manat mədaxil əməliyyatlarının aparıldığı və 19 aprel 2022-ci il tarixə Zərərçəkmiş şəxs MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin xəzinə qalığı üzrə 3729,08 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-ə məxsus əmlakı təkrar talayaraq mənimsəmiş və bununla da Azərbaycan Respublikası CM-nin 179.2.2-ci və 179.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməllərini və «Colvir» mərkəzləşdirilmiş informasiya sisteminə tamah tamah və sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin nümyəndəsinin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə xətşünaslıq ekspertizasının müvafiq rələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinin 308.1-ci maddəsilə tövsifi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 39-cu bəndinə əsasən, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CMin 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Hazırkı cinayət işi üzrə də elan edilmiş həmin ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli CM-in 179.2.3cü maddəsi ilə tam əhatə olunduğundan, əlavə olaraq onun əməlinin həmin Məcəllənin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona elan edilmiş ittihamdan CM-in 308.1ci maddəsi xaric edilməklə əməlinin həmin Məcəllənin 179.2.3-cü, 179.2.4-cü və 313-cü maddələrinə tövsif edilməsi məqsədəmüvafiqdir. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd İƏD üzrə nümayəndəliyinin 01 may 2023cü il tarixli 141 №-li arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qonaqkənd qəsəbəsində ailə üzvləri (ata və anası) ilə birlikdə yaşamış, yaşadığı müddət ərzində nümayəndəliyə barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs 15 may 2023-cü il və 22 iyun 2023-cü il tarixli ərizələrindən, ərizələrə əlavə olunmuş qəbzlərdən və həmin tarixli vəsaitin depozit hesabda saxlanılması haqqında qərarlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın müvafiq olaraq 330 və 200 manatını Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Həmçinin 22.082023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə maddi ziyanın müvafiq olaraq 200, 220 və 80 manat hissəsini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsi döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd edilən Hərbi Hissənin xx.xx.2023-cü il tarixli 554 saylı arayışından görünür ki, X2 xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək lokal antiterror əməliyyatlarının qarşısının alınmasında iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə, vurulmuş ziyanın bir qismini ödəməsini və qardaşının Vətən müharibəsi iştirakçısı və lokal antiterror əməliyyatlarının iştirakçısı olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2-ci və 179.2.3-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama müvafiq olaraq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.https://e-qanun.az/framework/46947 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2-ci və 179.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcələnin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla müəyyən olunan azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ona azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini və əlavə cəzanın müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 274 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 (altmış) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, madi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2-ci və 179.2.3-cü maddələrilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasının Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla müəyyən olunan 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan və müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 274 (iki yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-126/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-126/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver