Məhkəmə qərarları › İş №1(027)-126/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-126/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-126/2025 03.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Quba şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Fətəlixan küçəsi, ev 57, mənzil 21-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən özünə yaxın ətraf içərisində formalaşdırdığı guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə yaxın ünsiyyətdə olan şəxs kimi göstərərək sosial müavinət məsələlərini həll edə bilən şəxsiyyət imicindən istifadə edərək 2024-cü ilin avqust ayının istintaqa məlum olmayan günündə tanışı Şahid tərəfindən ona Quba şəhər sakini, xx xxxxxxxx 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ikinci dərəcəli əlillik müddətinin uzadılmasına köməklik göstəribgöstərməyəcəyi barədə sual verilən zaman şüurunda Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək kimi ictimai təhlükəli əməli dərk edib bunu arzu edərək Şahid həmin işi görə biləcəyinə söz vermiş, bu məqsədlə 2024-cü ilin avqust ayının istintaqa məlum olmayan günündə Quba şəhəri, Heydər Əliyev prospektində, “Əli” Ticarət mərkəzinin içərisində yerləşən “Osmanlı” adlı iaişə obyektində tanışı Şahid ilə birlikdə Zərərçəkmiş şəxs ilə görüşüb ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək bir daha özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə yaxın ünsiyyətdə olan şəxs kimi tanıdıb yaranmış etibardan sui-istifadə etmə və aldatma yolu ilə guya sonuncunun ikinci dərəcəli əlillik müddətinin uzadılmasını təmin edəcəyinə söz verib Zərərçəkmiş şəxs aldadaraq ona məxsus 3500 (üç min beş yüz) manat pul vəsaitini nağd şəkildə əlbəəl formada ələ keçirib şəxsi ehtiyaclarına xərcləyərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış, onunla Şahid adlı dostu vasitəsilə tanış olmuşdur. 2024-cü ilin avqust ayında Rauf onunla görüşən zaman Heybət adlı tanış şəxs olduğunu, ona sosial müavinətinin növbəti 5 il üçün yenilməsinin lazım olduğunu bildirərək köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, əvvəlcədən Raufa şəxslər üçün sosial müavinət düzəldə bildiyini demişdir. Raufdan məsələnin nədən ibarət olduğunu soruşduqda o, həmin şəxsin Heybət adlı tanışı olduğunu, onun sosial müavinətinin 2024-cü ilin oktyabr ayında müddəti bitəcəyindən və verilən sosial müavinətin kəsiləcəyini demişdir. Bu vaxt o, Heybətə köməklik edə biləcəyini bildirmiş, bundan sonra Rauf onun bu məsələdə Heybətə köməklik edə biləcəyini sonuncuya demişdir. Təxminən 10 gün sonra Rauf ondan Heybətin işini düzəlcəyi halda nə qədər xərci çıxacağını soruşmuşdur. O, Raufa 3500 manat pul əvəzində Heybətin sosial müavinətini növbəti 5 il üçün yeniləyəcəyini bildirmişdir. Rauf həmin məbləği Heybətə demiş, sonuncu razılaşdıqdan sonra onlar görüşərək pulu vermək istədiklərini demişlər. Onların hər üçü, yəni Rauf, Heybət və o, 2024-cü ilin avqust ayında Quba şəhərində yerləşən “Əli Ticarət” mərkəzindəki “Osmanlı” kafesində görüşmüşlər. Söhbəti zamanı Heybət ona verilməli 3500 manat təqdim etmişdir. O, pulu alan zaman sosial müavinət məsələsini təxminən 5 ay ərzində həll edəcəyini demişdir. Heybət də bu zaman onunla razılaşmışdır. Onun sosial müavinət düzəltmək üçün əslində heç bir yerdə tanışları olmamışdır və o, sosial müavinət düzəltməsi üçün lazım olan qurumda işləməmişdir. Həmin vaxtı pula ehtiyacı olduğundan müəyyən işlər görərək pul qazanmaq niyyətində olmuşdur. Heybətdən pulu aldıqdan sonra müxtəlif yollarla ona sosial müavinəti düzəltmək üçün köməklik etməyə çalışmışdır. Məqsədi ilk növbədə onun işini həll etmək və qalan pul özünə götürmək olmuşdur. Əgər işi görə bilməsə pulu sonradan qaytaracağını güman etmişdir. Lakin Heybət üçün sosial müavinətini yeniləyə bilməmiş və pulları da xərcləmişdir. Sonradan isə maddi vəziyyəti pisləşdiyi üçün pulu qaytara bilməmişdir. O, əldə etdiyi pullardan Raufa verməmiş, onunla heç bir razılaşması və əlbirliyi olmamışdır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etdiyini bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, səhhətilə əlaqədar 2018-ci ildən etibarən 2-ci qrup əlilliklə bağlı sosial müavinət almışdır. Sosial müavinətinin vaxtı 2024-cü ilin oktyabr ayında bitdiyindən o. müavinətin növbəti illər üçün davam etməsi məqəsidlə onu yeniləmək istəmişdir. Çünki 5 ildən bir yoxlanış həyata keçirilmişdir. O, da müavinətini almaq üçün 2-3 ay əvvəldən işini nizamlamalı olmuşdur. 2024-cü ilin avqust ayında evində işlədiyi Şahid ilə söhbəti zamanı bu məsələni ona danışmış və Rauf ona tanışı olduğunu, həmin tanışının onun müavinətini almaq üçün köməklik edə biləcəyini demişdir. O, tanışının adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra Məmməd Raufa məsələnin həlli üçün, onu sosial müavinətlə təmin etmək məqsədi ilə 3500 manat pul lazım olduğunu demişdir. O, Məmmədlə razılaşmışdır. Bundan sonra deyilən 3500 manat pulu təşkil etmişdir. O, Raufla birlikdə 2024-cü ilin avqust ayında Quba şəhəri, köhnə avtovağzal dairəsində yerləşən “X2”də yerləşən “Osmanlı” adlı kafedə görüşmüşdür. Söhbət əsnasında o, 3500 manat pulu və xəstəliyi ilə bağlı olan sənədləri Məmmədə təqdim etmişdir. Məmməd ona Sosial Müdafiə Nazirliyində tanışları olduğunu, 5 ay müddətində işini həll edəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Bu müddət ərzində o və Rauf dəfələrlə Məmmədlə telefonda danışmış, üz-üzə görüşmüşlər ki, əgər sənədləri düzəldə bilmirsə pulu qaytarsın. Lakin Məmməd 2025-ci ilin fevral ayında sənədlərin hazır olacağını bildirsədə, verdiyi vədə əməl etməmişdir. Məmməd fevral ayından etibarən görüşləri zamanı bir neçə dəfə pulunu qaytaracağını demiş, lakin pulunu qaytarmamışdır. O, sonradan Məmmədə hansı səbəbdən sənədlərin hazır olmadığını bildirdikdə sonnucu əslində heç bir yerdə tanışlarının olmadığını və həmin vaxtı pula ehtiyacı olduğu üçün Raufu və onu aldatmaqla pulu əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi etirafedici ifadəsilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. İş materiallarına əlavə edilmiş: Tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Quba RİHB-nin Quba şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbt xaraktetrizə olunur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam şəkildə ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Qeyd edilən Məcəllənin 45.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal olduğundan, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 iş saat üçün 44 manat Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə icraata xitam verilsin və o, cinayət məsuliyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar