Məhkəmə qərarları › İş №1(027)-127/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-127/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-127/2022 05.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri, xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu, Nərəcən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, xx.xx.2002-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Vətən müharibəsi iştirakçısı, məhkumluğu olmayan, işsiz, ünvan 2 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2 əldə etdiyi 0,310 qram, 0,320 qram və 0,520 qram olmaqla 03 ədəd bükümdə cəmi 1,150 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı, sonuncunun vermiş olduğu 100 manat məbləğində borcu silməsi müqabilində alıb satış məqsədilə qanunsuz əldə edərək daşıyıb üzərində saxlamış, həmçinin eyni məqsədlə məlum olmayan tarixdə və mənbədən 1 ədəd üzərində “Royal Tramadol 225 mg" yazılan konvalyutda 05 ədəd həbdə olmaqla narkotik vasitə və ya psixotrop maddə olmayan, təsir maddəsinin ümumi miqdarı 1,125 qram güclü təsiredici maddə olan tramadolu qanunsuz əldə edərək daşıyıb üzərində saxlamış, həmin bükümlərdən 0,320 qram və 0,520 qram olmaqla 02 ədəd bükümdə 0,840 qram marixuananı xx.xx.2022-ci il tarixdə Quba şəhəri Fətəlixan küçəsində Təqsirləndirilən şəxs3 60 manat müqabilində satmış, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən avtotəmir sexində saxlanılaraq üzərində şəxsi axtarış aparlarkən əynindəki gödəkçəsinin sol yan cibindən 01 ədəd təmiz çəkisi 0,310 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində “Royal Tramadol 225 mg" yazılan konvalyutda 05 ədəd həblər olan güclü təsir edən maddə tramadol aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Quba şəhəri, Fətəlixan küçəsində tanışı Təqsirləndirilən şəxs1 0,320 qram və 0,520 qram olmaqla 02 ədəd bükümdə təmiz çəkisi 0,840 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq 60 manat müqabilində alıb satış məqsədilə qanunsuz əldə edərək daşıyıb üzərində saxlamış, həmin bükümlərdən 01 ədəd təmiz çəkisi 0,320 qram narkotik vasitə qurudulmuş marixuana bükümünü xx.xx.2022-ci il tarixdə yaşadığı Quba şəhərində yerləşən “Quba Palace” hotelinin həyətində Şahid7 10 manata qanunsuz olaraq satmış, xx.xx.2021-ci il tarixdə saat 20:05 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Quba rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparlarkən əynindəki şalvarının sag yan cibindən 01 ədəd təmiz çəkisi 0,520 qram narkotik vasitə qurudulmuş marixuana bükümü aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama görə o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 04 ədəd bükümdə cəmi 1,680 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 2022-ci ilin yanvar ayının ortalarında Quba şəhəri Vaqif küçəsində həmin narkotik vasitədən 0,310 qram, 0,320 qram və 0,520 qram olmaqla 03 ədəd bükümünü Təqsirləndirilən şəxs1 olan 100 manat borcunu silməsi müqabilində satmış, xx.xx.2022-cİ il tarixdə saat 18 radələrində isə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Quba rayon polis şöbəsinə gətirilib orada onun üzərində şəxsi axtarış aparıldıqda əynindəki şalvarının sağ yan cibindən saxladığı yerdə qalan 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,530 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri etdiyinə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman da tramadolu Vüqar adında şəxsdən götürdüyünü demişdir. Təqsirləndirilən şəxs2 onun əsgər yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitələrdən istifadə etmiş, lakin alıb satmamışlar. Təqsirləndirilən şəxs3 narkotik maddəni təmənnasız vermişdir, aralarında pul söhbəti olmamışdır. 4 büküm narkotik vasitəni və 1 list tramadolu Bakı şəhəri, 20 yanvar ərazisində, tutulmazdan iki həftə əvvəl Vüqar adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs2 almamışdır. Narkotik vasitələr üçün Vüqara cəmi 90 manat vermiş, həmin puldan 50 manat tramadola görə vermişdir. Tramadoldan 5-ni istifadə etmiş, marixuanadan isə Bakıda çəkmiş, Qubaya qayıdandan sonra 1 bükümü Təqsirləndirilən şəxs3 vermişdir. Maşın sexində saxlanılan zaman üzərində 1 büküm marixuana və tramadol aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs2 pul müqabilində heç bir narkotik vasitə almamışdır. İbtidai istintaqda da bu cür ifadə vermiş olsa da, müstəntiq bildirmədiklərini ifadəsində qeyd edib ona kompüterdə yazılanları oxumağa imkan vermədən imzalatmışdır. 20 iyun 2022-ci il tarixli ifadəni isə özü yazmış olsa da, ifadəsindəki “Anara 100 manat borcu vardı. Onu silibdir” cümləsini o, yazmamışdır. O, ifadəsini imzalayarkən həmin cümlə ifadəsində olmamışdır. Həmin cümlənin ifadəsinə sonradan həmin vərəqə əlavə edildiyini güman edir. İfadəni özü yazsa da, həmin cümlə onun tərəfindən yazılmamışdır. Videoçəkiliş aparılan zaman olanları məhkəmədə dediyi kimi bildirmişdir. Təqsirləndirilən şəxs2la aralarında pul söhbəti olmamışdır. Bakı şəhəri, 20 yanvar ərazisində narkotik vasitə aldığı Vüqar adlı şəxsin nömrəsi telefonunda var, lakin telefonu polis şöbəsindədir. Təqsirləndirilən şəxs2la həmişə bir-birilərinə təmənnasız narkotik vasitə vermişlər. Təqsirləndirilən şəxs2 həmişəki kimi narkotik vasitə almış, çəkmiş, lakin aralarında pul məsələsi olmamışdır. O, 4 büküm narkotik vasitəni Bakıdan pul müqabilində, 1 bükümü isə Təqsirləndirilən şəxs2 təmənnasız almışdır. Tutulan zaman onun üzərində aşkar edilən 1 büküm narkotik vasitəni Bakıda Vüqar adlı şəxsdən almışdır. O, tutulan zaman belə pulnan bağlı nesə deməmiş, həmin cümləni də o yazmamışdır. O, ifadəsinə baxan kimi bu cümlənin onun xətti olmadığını bilmiş və özünə arxayın olduğu üçün ekspertizanın keçirilməsini xahiş etmişdir. Videoçəkilişlə üzləşmə olub Təqsirləndirilən şəxs3la. Sonuncunun ona 60 manat borcu olmuş, onu qaytarmışdır. Həmin pulun narkotiklə əlaqəsi olmamışdır. Tramadolu özü istifadə etmişdir ağrıları olanda. Sonda göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs1 ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, hadisə ərəfəsində o, “Quba Palace” otelində işləyirdi. Onunla birlikdə oteldə işləyən Şahid7 ondan narkotik vasitə marixuana tapa biləcəyini soruşduqda, o, qonşusu Təqsirləndirilən şəxs1 ala biləcəyini demişdir. Məhkəmədə ilkin ifadəsində Xəyyamdan narkotik vasitəni təmənnasız, aldığını bildirsə də, sonradan verilən suallara cavab olaraq etiraf etmişdir ki, xx.xx.2022-cİ il tarixdə o, Musadan 10 manat almış və Quba şəhəri, Fətəlixan küçəsinə getmişdir. Orada o, Xəyyamdan 6 büküm narkotik vasitə marixuananı cəmi 60 manata razılaşmış, 40 manat pulu narkotik vasitə alan zaman, 20 manatını isə sonradan vermişdir. xx.xx.2022-ci il tarixdə “Quba Palace” hotelinin həyətində həmin narkotik vasitələrdən bir bükümünü Şahid7 vermişdir. xx.xx.2021-ci il tarixdə saat 20:05 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Quba rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparlarkən əynindəki şalvarının sag yan cibindən 01 ədəd bükümdə Xəyyamdan aldığı narkotik vasitə qurudulmuş marixuana bükümü aşkar edilərək götürülmüşdür. Digər bükümləri isə ö, özü idtifadə etmişdir. O, hesab edir ki, Musaya narkotik vasitəni satmamışdır, çünki ondan aldığı 10 manat pulu elə taksiyə gediş haqqı olaraq vermişdir. İbtidai istintaq zamanı Xəyyamla aralarında videoçəkilişlə üzləşdirmə olmuş və həmin vaxt da o, eyni məzmunlu ifadə vermişdir. Vətən müharibəsi iştirakçısı olduğundan, orada görmüş olduğu səhnələr onda sarsıntı yaratmış, gecələr yatanda oyanıb qışqırmışdır. Sakitləşmək üçün düzgün yol seçməmiş və narkotik vasitə marixuanadan istifadə emişdir. Sonda təqsirləndirilən şəxs əməlimdən çox peşman olduğunu bildirdi və ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Xəyyam onun əsgər yoldaşıdır. Aralarında həmişə xoş münasibətlər olmuşdur. O, bir müddətdir narkotik vasitə marixuana qəbul edir. Xəyyam da həmçinin onunla birlikdə marixuana qəbul etmişlər. Xəyyamla aralarında heç vaxt borc məsələsi olmamışdır. Bir dəfə Xəyyam onun uşağı üçün dərman almış, o da dərmanın pulunu Xəyyama vermişdir. O, özü heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutulmazdan bir ay əvvəl Xəyyamla birlikdə narkotik vasitə istifadə etmiş, o, həmin vaxt Xəyyama narkotik vasitəni təmənnasız vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Xəyyamla 1 və ya 3 aydan bir görüşürmüşlər. Lakin hər görüşdə Xəyyamla narkotik vasitəni paylaşmamışlar. Təqsirləndirilən şəxs3 isə ümumiyyətlə tanımır. Əməliyyatçılar ona məcbur etmişlər ki, narkotik vasitəni Xəyyama satmasını bildirsin. Əslində isə o, Xəyyama narkotik vasitə satmamışdır. Onlar sadəcə birlikdə çəkmişlər. xx.xx.2022-cİ il tarixdə o, yaşadığı evdə olmuş və yatırmış, əməliyyatçılar onu evdən çıxarıb aparmışdır. Həmin vaxt onun üstündə heç nə olmamışdır. Ona təzyiq göstərmişlər. Polis şöbəsində əllərini bağlamışlar, şalvarını çıxardıb, butulkanı qarşısına qoymuşlar. Utandığı üçün heç kimə bu barədə deməmişdir. Üzərindən çıxan narkotik vasitəni onun çibinə polislər qoymuş və sonradan çəkiliş aparmışlar. Barəsində qətimkan tədbiri seçilərkən o, nə prokurora, nə də işə baxan hakimə bu barədə heçnə deməmişdir. 3 saylı istintaq təcridxanasına aparılarkən orada xəsarətləri barədə soruşmuşlar, o da yıxıldığını demişdir. Hazırda xəsarətlər izləri qalmamışdır. Sonda təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, hazırda “Şahdağ” otelində aşpaz işləyir. 2019-cu ilin fevral ayına kimi “Quba Palace” otelində işləmişdir. Təqsirləndirilən şəxs3 da həmin otelə müvəqqəti işə gəlmişdir. Narkotik istifadə etdiyi məlum olduqda işdən çıxarılmışdır. “Quba Palace” otelində olduğu zaman Təqsirləndirilən şəxs3 narkotik vasitə istəmiş, sonuncu ona 1 bükümü 10 manata satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs3 10 manat pul vermiş, sonuncu da 1 büküm marixuananı ona otelə gətirmişdir. Bildiyinə görə Anarın şəxsi maşını yox idi, taksi isə oteldən Qubanın mərkəzinə 6-7 manata aparır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirdi ki, Xəyyam onun dostudur, bir yerdə restoran işlətmişlər. O, maşını ustaya aparmışdır. Polislər sexə gələndə o, da Xəyyamın yanında olmuşdur. Xəyyamın üzərində axtarış aparılarkən iştirak etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Xəyyamın üzərindən dərman və 1 büküm narkotik vasitə çıxmışdır. Sorğu əsnasında Xəyyam üzərindən çıxan dərman və narkotik vasitəni Bakıdan aldığını bildirmişdir. Xəyyamın narkotik vasitə istifadə etməsi və ya satması ilə bağlı heç bir məlumatı olmayıb. Xəyyam onun yanında heç vaxt narkotik vasitədən istifadə etməmişdir. O, özü də narkotik vasitədən istifadə etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə Quba RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat tədbiri keçirmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Xəyyam sexin qarşısında saxlanılmışdır. Sorğu zamanı Xəyyam bildirmişdir ki, Xaçmaz sakini Təqsirləndirilən şəxs2 ona 100 manat borcu olmuş, həmin borcun müqabilində Xəyyam ona narkotik vasitə satmışdır. Xəyyam isə Təqsirləndirilən şəxs3 satmışdır. Birinci Xəyyam tutulmuşdur. Tutulan zaman Xəyyamın üzərindən bir bükümdə marixuana və tramadol həbləri də aşkar edilmişdir. Sorğu zamanı Xəyyam həmin dərmanı istifadə etmək üçün aldığını bildirmişdir. Xəyyama hər hansı təzyiq olunmamışdır. O, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə Quba RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat tədbiri keçirmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Xəyyam işlədiyi sexin qabağında saxlanılmışdır. Hadisədən çox vaxt keçmiş, ona görə bir çox xüsusatı xatırlamır. Saxlanılan zaman Xəyyamın üzərindən marixuana və tramadol həbləri çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 100 manat müqabilində narkotik vasitə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş, Xəyyamın saxlanılmasında iştirak edib-etmədiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Şahid7 saxlanılmasında iştirak etmişdir. Belə ki, saxlanılan zaman Musa Musayevin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Sorğu zamanı Musa narkotik vasitəni bir neçə gün əvvəl Təqsirləndirilən şəxs3 aldığını və yarısını istifadə etdiyini bildirmişdir. Musanın saxlanılması zamanı keçirilmiş istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs3 saxlanılmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə Quba RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, sonuncu işlədiyi sexin qabağında saxlanılmışdır. Üzərində baxış zamanı Xəyyamın üzərindən marixuana və tramadol həbləri çıxmışdır. Sorğu zamanı Xəyyam tramadolu Bakı şəhərində Vüqar adlı şəxsdən aldığını bildirmişdir. Xəyyamın saxlanılması zamanı keçirilmiş istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmışdır. Xəyyam saxlanılan zaman, sonuncu kiməsə narkotik vasitənin satmasını deməsini xatırlamır. İttiham aktının şahidlər siyahısında şahid kimi göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid2 ifadəsi elan olunan zaman məlum oldu ki, o da Şahid5 ifadəsinə analoji ifadə vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, son sözündə ona bəraət verilməsini xahiş etmişdir ki, bu da onun özünü təqsirli bilməməsi ilə şərtləndirir. Təqsirləndirilən şəxs1 bu cür yanaşmasını belə əsaslandırmışdır ki, birincisi Təqsirləndirilən şəxs3 narkotik vasitə marixuana versə də, bunu hər hansı bir maraq müqabilində etməmiş və tam təmənnasız paylaşmışdır. Üzərindən aşkar edilən tramadol həblərini həmçinin satış məqsədilə əldə etməmiş, heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Həmin dərman preparatını ağrıları olduğu zaman özü istifadə etmiş və qalan həbləri də özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsini özündə əks etdirən videoçəkilişə məhkəmədə baxılarkən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 avtotəmir sexinin qarşısında Quba rayon polis əməkdaşları tərəfindən saxlanılaraq Müdafiəçi1 iştirakı ilə Quba RPŞ-nin təhqiqatçısı X18 tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd kağız bükülüsünün və içərisində 5 ədəd həb olan 10 həblik dərman preparatı blisterini çıxararaq təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bükülünün içərisində narkotik vasitə marixuana, həblərin tramadol dərman preparatı olduğunu, dərman preparatlarının 5 ədəd həbini özü istifadə etdiyini, hər iki maddəni Bakı şəhərində Vüqar adlı taksi sürücüsündən əldə etdiyini bildirmişdir. Narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən 0,5 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitə və dərman preparatı ayrı-ayrı zərflərdə qablaşdırılmış, hər iki zərf möhürlənmiş və baxış iştirakçılarının hər biri tərəfindən imzalanmışdır. Məhkəmə isə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, iş materiallarında olan: Təqsirləndirilən şəxs1 üzərində “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-cı il tarixdə saat 18:30 radələrində Quba RPŞ-nin NMQ-nun baş əməliyyat –müvəkkili, polis kapitanı Şahid1 raportu əsasında Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 18:30-da Quba şəhəri, 223-cü Atıcı divizya küçəsində yerləşən avtotəmir sexində saxlanılmış, üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli kurtkanın sol yan cibində saxladığı 01 (bir) ədəd kağıza bükülmüş bükülü və 01 blister dərman preparatını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kağız bükülüdə olan kütlənin narkotik vasitə marixuana və 01 ədəd listin içərisində olan 05 ədəd dərman həblərinin isə psixotrop maddə hesab olunan tramadol tərkibli həblər olduğunu və onları 1 həftə bundan əvvəl Bakı səhərində Vüqar adlı taksi sürücüsündən aldığını, özünün istifadə etməsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin bükülü açılıb baxıldıqda onun içərisində yaşıl rəngli ota bənzər kütlənin olduğu aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və bükülünün ümumi çəkisi 0,05 qram olduğu müəyyən olunmuşdur. 01 ədəd listin içərisində olan 05 əsəd həblər zavod üsulu ilə hazırlandığından və maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək kağız zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:30-da Quba şəhəri, 223-cü Atıcı divizya küçəsində yerləşən avtotəmir sexində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Toyota Prius” markalı ** XY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə onun icazəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus nəqliyyat vasitəsinin salonunda şübhə yaradan hər hansı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (materialların məhkəmə ekspertizası) xx.xx.2022-ci il tarixli 6/525-7/74 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Arayışlar üçün N67” dairəvi əksi olan “Vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1 bükümdə olan yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,310 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 05 ədəd Royal həbi...” yazı və imzalar olan zərfdə 1 ədəd üzərində “Royal Tramadol 225 mg” yazılan konvalyutda 5 ədəd qırmızı rəngli, dairəvi formalı həblər güclü təsir edən maddə olub, 5 ədəd həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 1,125 qramdır. Təqdim edilmiş maddələr fərqli tərkibə malik olduğu üçün onlar arasında eynilik tədqiqatı aparılmamışdır. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2022-ci il tarixli 7/103 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid7 üzərindən 28 yanvar 2022-ci il tarixdə aşkar edilərək götürülmüş marixuana 26 yanvar 2022-ci il tarixdə Quba rayon sakini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş marixuana ilə eyni tərkiblidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X5 Komissiyasının (məhkəmə narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 2405 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkili, polis kapitanı Şahid1 xx.xx.2022ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat axtarış tədbiri (Təqsirləndirilən şəxs1 barəsində) qanuna uyğun hesab edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı şahid qismində dindirilən zaman göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələdində Xəyyama vatsap üzərindən zəng edib narkotik vasitə istəmiş, Xəyyam isə ona 6 ədəd büküm olduğunu demiş və onlar məhəllədə görüşən zaman o, Xəyyama 60 manat verib 6 bükümü Xəyyamdan almışdır. İbtidai istintaq zamanı şahid qismində təkrar dindirilən zaman Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Xəyyamdan 6 büküm narkotik vasitəni 60 manata aldığını, ondan 4 bükümünü istifadə etdiyini, qalan 2 bükümdən 1 bükümü isə xx.xx.2022-ci il tarixdə iş yoldaşı Şahid7 10 manat müqabilində satdığını bildirmişdir. İbdidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirməyə dair vieoçəkilişdən görünür ki, Quba RPŞ-nin İB-nin müstəntiqi Anar Hacıəbdülhəlimzadə tərəfindən Quba RPŞ-nin MSY-də xidməti otaqda xx.xx.2022-ci il tarixdə vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 üzləşdirməsi həyata keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 marixuananı Xəyyamdan xx.xx.2022-ci il tarixdə əldə etdiyini, 1 bükümü 10 manata aldığını, Xəyyamla “vatsap” vasitəsilə mesajlaşaraq marixuana istədiyini, Xəyyam ona 60 manata 6 bükümü kibrit qutusunda satdığını, hər bükümdə təqribən 1,0 qram çəkidə olduğunu, Xəyyama pulu 20 manatlıq əskinaslarla verdiyini, axtarış zamanı üzərindən çıxan marixuananın da həmin bükümlərdən biri olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında isə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 6 büküm narkotik vasitəni cəmi 60 manata razılaşdığını, 40 manat pulu narkotik vasitə alan zaman, 20 manatını isə sonradan verdiyini bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs3 satmaması ilə bağlı ifadəsinə tənqidi yanaşaraq, inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən 1 ədəd üzərində “Royal Tramadol 225 mg" yazılan konvalyutda 05 ədəd həbdə olmaqla narkotik vasitə və ya psixotrop maddə olmayan, təsir maddəsinin ümumi miqdarı 1,125 qram çəkidə güclü təsiredici maddə olan tramadolu qanunsuz əldə edərək daşıyıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 həmin dərman preparatını Bakı şəhərində Vüqar adlı taksi sürücüsündən öz istehlakı üçün əldə etdiyini 5 ədəd həbləri özü istifadə etdiyini və ümumiyyətlə həmin həbləri saqmaq niyyətində olmadığını bildirmişdir. Məhkəmə isə Təqsirləndirilən şəxs1 bu cür ifadəsini inandırıcı hesab etmir. Belə ki, ambulator X5 Zamanı onun tərəfindən bu cür dərman preparatlarından istifadə etməsi halları aşkar edilməmişdir. Bu da öz növbəsində belə ehtimal etməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 konvalyutda çatışmayan 5 ədəd həbləri özü istifadə etməmiş və məlum olmayan vaxtda və şəraitdə onların satışını həyata keçirmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ümumi miqdarı 1,125 qram çəkidə güclü təsiredici maddə olan tramadolun da Təqsirləndirilən şəxs1 tərəfindən məhz satış məqsədilə əldə etməsinin açıq-aşkar olduğunu müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir.” Qanunun 1.0.11-ci bəndinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində CM-nın 234.2 və 240.1-ci maddələri ilə ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(027)-8/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(027)-47/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 26 iyun 2022-ci il tarixə kimi uzadılmışdır; “qətimkan tədbiri seçilməsi haqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.2 və 240.1-ci maddələrinə tövsif edilmiş və cinayət işi üzrə ona yenidən ittiham elan edilməsi qərara alınmışdır; “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Azərbaycan Respublikası Respublikası CM-ıni 234.2 və 240.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.1,186.2.2, 233, 315.2, 66.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad eilmiş və qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüşdür. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(027)-111/2021 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək, Qusar Rayon Məhkəməsinin 1(029)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən məhkumluq götürülmüşdür. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası - X9, həyat yoldaşı - X25, oğlu - X19 və qızı - X10 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Az-İİİ 951198 nömrəli və AZ-İV 244071 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X19 və xx.xx.2018-ci il təvəllüdlü X2 Xəyyam Sahib oğlunun uşaqlarıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X12 himayəsində iki azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə təqsirləndirilən şəxs X12 əməlində cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. X13 əməlinə qiymət verərkən məhkəmə qeyd edir ki, o, verilən ittiham üzrə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, iş materiallarında olan: Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsini özündə əks etdirən videoçəkilişə məhkəmədə baxılarkən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə Quba RPŞ-nin inzibati binasının xidməti otaqlarının birində Müdafiəçi3 iştirakı ilə Quba RPŞ-nin Cəlal Sultanov tərəfindən Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ qabaq cibindən 1 ədəd bükülünü çıxardıb təhqiqatçıya təqdim etmiş, həmin bükülünün içərisində qurudulmuş marixuana olduğunu, 3-4 gün əvvəl onunla bir ərazidə 5 mərtəbəli binada yaşayan Xəyyam adlı şəxsdən 60 manat ödəməklə cəmi 6 büküm marixuana aldığını, onlardan 5 ədədini özü istifadə etdiyini, 1 ədədini isə hazırda özündə aşkar edilən bükümdə olduğunu bildirmişdir. Narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən 1 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitə zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və baxış iştirakçıları hər biri tərəfindən imzalanmışdır. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkili, polis kapitanı Şahid1 xx.xx.2022ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat axtarış tədbiri (Təqsirləndirilən şəxs3 barəsində) qanuna uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2022-ci il tarixli 6/525-7/75 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Arayışlar üçün N67” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs3 aşkar edilmiş....” yazı və imzalar olan zərfi açdıqda içərisində 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,520 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs3 aşkar edilmiş marixuana Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə marixuana ilə eyni tərkiblidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2022-ci il tarixli 7/88 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid7... ” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,320 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X5 Komissiyasının (məhkəmə narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 1880 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Kannabinoidləri' qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Təqsirləndirilən şəxs3 üzərində “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzərində narkotik vasitə gəzdirməsində şübhəli bilndiyinə görə 26 yanvar 2022-ci il tarixdə saat 20:05 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba şəhəri ərazisində saxlanılaraq Quba RPŞ-yə gətirilmiş, Quba şəhəri, H.Əliyev prospekti, ev 7-də yaşayan, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins şalvarın sağ balaca cibindən bir ədəd kağız büküm aşkar edilmişdir. Kağız büküm açıldıqda içində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş, çəkisi 1,0 qram olduğu müəyyən olduğu müəyyən edilmişdir. Həmin kütlə bir zərfə qoyularaq 67 saylı möhürlə möhürlənib qablaşdırılmışdır. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 07 fevral 2022-ci il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində qalmaqla ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şahid7 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərarın surəti Quba RPŞ-nə göndərilmişdir. İlkin araşdırma zamanı və istintaqın əvvəllərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid7 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək cəmisi 04 ədəd kağız paketlərdə qablaşdırılaraq möhürlənmiş, ekspertizadan sonra 0,480 qram, 0,110 qram, 0,370 qram, 0,190 qram çəkilərdə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütlələri, həmçinin ekspertizadan sonra 04 ədəd həbdə qalıq qalmış güclü təsir edən maddə olan tramadol həbləri iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdikləri ifadələri, şahidlərin ifadələri və 01 ədəd ifadəyə əlavə edilmiş DVD diski, şəxsi axtarış və baxış protokolları, əməliyyatların keçirilməsinin əks edildiyi 04 ədəd DVD diskləri və onlara baxış protokolları, üzləşdirmə protokolu və ona əlavə edilmiş 01 ədəd DVD diski, maddi sübutlar, telefon danışıqlarına dair 03 ədəd CD diskləri və onlara baxış protokolları, məhkəmə-bioloji, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər istintaq hərəkəti protokolları, məktublar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ifadə verərkən Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın Təqsirləndirilən şəxs3 10 manat müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 10 manata əldə etdiyini və Şahid7 verdiyini etiraf etsə də, sonuncudan götürdüyü 10 manat pulu narkotik vasitənin dəyəri kimi deyil, taksi ilə gediş haqqı olaraq qəbul etdiyini bildirmişdir. Məhkəmə isə Təqsirləndirilən şəxs3 bu ifadəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs3 ifadəsindən belə görünür ki, güya o, Xəyyamdan 10 manata aldığı narkotik vasitəni Musaya təmənnasız vermiş, həmçinin onun üçün “Quba Palace” otelindən 10 km-dən çox məsafədə yol qət edərək Qubanın mərkəzinə gəlmiş, daha sonra geriyə otelə dönərək Xəyyamdan əldə etdiyi narkotik vasitəni Musaya vermişdir. Təqsirləndirilən şəxs3 bu hərəkətləri təmənnasız və heç bir marağı olmadan etməsi məhkəməyə ağlabatan gəlmir. Məhkəmə Təqsirləndirilən şəxs3 narkotik vasitə marixuananı Şahid7 əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan verməsini inandırıcı hesab etmir və onun bu cür ifadəsinə tənqidi yanaşır. Onu da qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı şahid qismində ifadə verərkən (videçəkilişlə) və təqsirləndirilən şəxs qismində əlyazma ilə öz ifadəsini yazarkən Xəyyamdan 60 manata aldığı narkotik vasitələrdən bir hissəsini Musaya 10 manata satdığını etiraf etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2022-ci il tarixli 7/115 nömrəli rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən marixuana Şahid7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə marixuana ilə eyni tərkiblidir. Bununla da məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 oğunun barəsində CM-nın 234.2-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Azərbaycan Respublikası Respublikası CM-ıni 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; “şəxsin tutulmadan azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi olmadığından sonuncu şübhəli şəxs statusundan və Quba RPŞ-nin MSY-dən azad edilmişdir. “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Azərbaycan Respublikası Respublikası CM-ıni 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 arvadı atası – X21, anası – X15, qardaşı X17 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Təqsirləndirilən şəxs3 aid hərbi biletin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Quba rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 324 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 SHXÇDX-nın Quba rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. AR DSX rəisinin xx.xx.2021-ci il tarixli 1116 ş/h əmri əsasında müddətli həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətinə əsasən, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Vətən müharibəsi iştirakçısı olaraq “Cəbrayılın azad olunmasına görə” Medalla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində olan yüngülləşdirici hallarla yanaşı qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinə tənqidi münasibəti, cinayət təqibinin gedişatındakı davranışı, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi özüözlüyündə Təqsirləndirilən şəxs3 şəxsiyyətini müsbət xarakterizə edir və bu hallar ümumilikdə təqsirləndirilən şəxsin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasına və artıq islah yoluna qədəm qoymasına dəlalət edən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs3 məsuliyyətinin yüngülləşdirən halların məcmusunu, ələxsus onun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən mühribəsində iştirak edib fərqlənməsini və “Cəbrayılın azad olunmasına görə” Medalla təltif olunmasını müstəsna hal kimi qiymətləndirərək, təqsirləndirilən şəxsin cəmiyyətdən uzun müddət təcrid edilmədən islah olunmasını mümkün hesab edib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi üçün əsasların olduğunu müəyyən edir və bunun Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin edəcəyi qənaətinə gəlir. Belə ki, CM-nın 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs3 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Nəhayət, məhkəmə Təqsirləndirilən şəxs2 əməlinə qiymət verərkən aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsini özündə əks etdirən videoçəkilişə məhkəmədə baxılarkən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Quba RPŞ-nin inzibati binasının xidməti otaqlarının birində müdafiəçi X4 iştirakı ilə Quba RPŞ-nin İB-nin müstəntiqi Anar Hacıəbdülhəlimzadə tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarının qabaq sağ yan cibindən 1 ədəd bükülünü çıxardıb müstəntiqə təqdim etmiş, həmin bükülünün içərisində nəşə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Xaçmaz rayonu, Nərəcan kəndində olan dəmiryolun yaxınlığında meşə sahəsində tapdığı 1 kol yabanı bitkini özü üçün əkmiş, sonra bitkini yığıb gətirib evdə 1 büküm hazırlamışdır. Əsgər yoldaşı Xəyyamdan 100 manat pul götürdüyünü, həmin 100 manat pulun müqabilində təxmini 1 ovuc tutumu olan narkotik vasitəni 10 gün əvvəl Quba şəhərində Vaqif küçəsində olan hüzür yerində borcunun müqabilində vermişdir. Narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən 0,7 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitə zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və baxış iştirakçıları hər biri tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2022-ci il tarixli 7/115 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün N67” dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs2...... marixuanaya oxşar kütlə......” yazı və imzalar olan zərfdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,530 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən marixuana Şahid7 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə marixuana ilə eyni tərkiblidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X5 Komissiyasının (məhkəmə narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 2254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(027)-10/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(027)-46/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 26 iyun 2022-ci il tarixə kimi, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 27 iyun 2022-ci il tarixə kimi uzadılmışdır. “qətimkan tədbiri seçilməsi haqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əsgər yoldaşı olan Təqsirləndirilən şəxs1la nə vaxtsa narkotik vasitə marixuana paylaşdığını etiraf etsə də, bunun qarşılığında heç bir maraq güdmədiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və ümumiyyətlə saxlanılan vaxt belə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Onun deməsinə görə, polis əməkdaşları onu yaşadığı evdən, yatdığı zaman çağırıb aparmışlar polis şöbəsinə. Orada ona fiziki təyziq göstərilmiş və müstəntiqin kompüter vasitəsilə yazıldığı, güya o, narkotik vasitəni Xəyyama olan 100 manat borcu müqabilində verməsi məzmunda ifadələrə imza etməyə məcbur edilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən, hər hansı bir fiziki təyziqlər barədə o, nə prokurora, nə də işə baxan hakimə heçnə bildirməmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına məhkəmə tərəfindən sorğu edilmiş və Təcridxananın məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 3 saylı İstintaq Təcridxanasının TSH-da tərtib olunmuş tibbi kitabçaya əsasən, Təqsirləndirilən şəxs2 bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Lakin, bu hallar şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 hər hansı psixoloji təsir altında özünə qarşı ifadə verməsinə məcbur edilməsinin istisnası qimi qiymətləndirilə bilməz. Bununla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi sübut kimi qəbul edilməməli, həmin vaxt özünü təqsirli bilməsi onun ziyanına şərh edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004cü il tarixli Qərarında göstərilir ki, “təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq vəədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayətprosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulduqdan və Təqsirləndirilən şəxs2 qarşı ifadə verdikdən sonra işi aparan təhqiqatçı həmin şəxsin saxlanılması ilə bağlı raportla RPŞ-nin rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 necə, harada, nə vaxt, kim tərəfindən və hansı statusda saxlanılması barədə cinayət işinin materiallarında heç bir məlumat yoxdur. Başqa sözlə, əgər şəxs narkotik vasitələrin satışında şübhəlidirsə, onun ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımdan rəsmiləşdirilməli (əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qəbul edilməsi, əməliyyat qrupunun yaradılması və keçirilmiş tədbirin qanuniliyinin yoxlanılması üçün məhkəməyə müraciət edilməsi və s.) və şəxsin necə, harada və kim tərəfindən saxlanılması bəlli olmalıdır. Lakin, iş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə saat 22:15-də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutulur və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə kifayət qədər ilkin sübutlar olduğu təqdirdə o, təhqiqat və istintaq orqanına çağırışı vərəqəsi, teleqram, telefonoqram və ya taksoqram vasitəsilə çağırılmamış, gəlmədiyi təqdirdə onun barəsində məcburi gətirmə qərarı verilməmişdir. Qanun norması ancaq cinayət prosesi sübyektlərinin göstərilən vasitələrlə cinayət prosesini həyata keçirən orqana çağırılmasını, gəlmədiyi təqdirdə onun məcburi gətirilməli olmasını təsbit edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 226.1-ci maddəsinə əsasən şahid, zərərçəkmiş şəxs, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşulardan, mənzil-istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağrılırlar. Onlar həmçinin teleqram, telefonoqram, taksoqram vasitəsilə çağrıla bilər. Azərbaycan Respublikası CPMnin 178.1-ci maddəsinə əsasən məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanını məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədikdə; cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda; cinayət prosesini həyata keçirən orqandan gizləndikdə; daimi yaşayış yeri olmaqıda cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağrılan şəxs haqqında məcburi gətirilmə tətbiq edilə bilər. Həmçinin, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması ilə bağlı heç bir əməliyyat-axtarış tədbirləri; onun izlənilməsi, telefon danışıqlarına qulaq asılması, telefon danışıq məlumatlarının götürülməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair videoçəkilişlər həyata keçirilmədən, bunu görən şahidlərin ifadələri alınmadan və sair ilkin sübutlar toplanılmadan, hətta barəsində əməliyyat-qeydiyyat işi açılmadan onun tutulması və üstündə narkotik vasitənin «tapılması» əsaslı şübhələrə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə birmənalı olaraq hesab edir ki, təqsirləndirilən şəxsin saxlanılması ilə (halbuki bunun vaxtı və yeri ümumiyyətlə bəlli deyildir) onun üstündə şəxsi axtarışın aparılması arasında müəyyən müddət keçmiş, bu müddət ərzində Təqsirləndirilən şəxs2 tam olaraq polis əməkdaşlarının nəzarətində olmuşdur. Cinayət işinin materallarına olan Quba RPŞ-nın NMQ-nin baş əməliyyat müvəkkili v.m.i.e. Şahid1 xx.xx.2022-ci il tarixli raportundan aydın olur ki, təhqiqatçının xx.xx.2022-ci il tarixli raportu ilə bağlı tədbirlər keçirilmiş (hansı tədbirlərin keçirildiyi məhkəməyə məlum deyildir) və müəyyən edilmişdir ki, həmin şəxs Xaçmaz rayonu Nərəcan kəndində yaşayan Təqsirləndirilən şəxs2dur və həmin şəxs gətirilərək TŞ-nə təqdim edilmişdir. Belə olduğu halda, əgər şəxsin müəyyən edilməsi xx.xx.2022-ci il tarixdə baş tutubsa, onun 25 gün əvvəl rayon PŞ-də olmasının hansı şəraitdə baş verməsi qeyrimüəyyən qalır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 CM-nın 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi Təqsirləndirilən şəxs1 ona qarşı vermiş olduğu ifadəsini və hər ikisinin üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın eyni tərkibli olmasını götürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın onun saxlanılması anında Bakı şəhərində Vüqar adlı şəxsdən, istintaqda ilkin ifadəsində Təqsirləndirilən şəxs2 80 manata aldığını bildirmiş, daha sonra əlyazma ilə özü tərəfindən icra edilmiş dindirmə protokolunda Təqsirləndirilən şəxs2 1 bükümdə marixuananı əvəzsiz olaraq götürdüyünü qeyd etmiş, nəhayət məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs2 bir bükümdə narkotik vasitə narixuananı təmənnasız götürdüyünü etiraf etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində (cild İİ, səh. 143) özü yazmışdır ki, “aşkar edilmiş narkotik vasitə marixuana bükümünü keçmiş əsgər yoldaşım Təqsirləndirilən şəxs2 götürmüşəm, aramızda pul söhbəti olmayıb və ya mən ona narkotikdən ötrü nağd pul verməmişəm”. Yeni sətirdən isə “Başqa əlavəm yoxdur, ifadəmi özüm yazdım...” cümləsi yazılmışdır. Bu iki sətrin arasında isə xırda şriftlərlə “onun 100 manat borcu vardır. Onu silibdir” cümləsi yerləşdirilmişdir. Təqsirləndirilən şəxs1 həmin cümlənin onun tərəfindən yazılmadığını və o, ifadəsini imazalayarkən bu cümlənin dindirmə protokolunda olmadığını məhkəmədə israrla bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 xətt nümunələri götürülmüş və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-xətşünaslıq ekspertizası) xx.xx.2022-ci il tarixli, 4/1297 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 142-143-cü vərəqələrində Təqsirləndirilən şəxs1 adından olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 2-ci vərəqəsinin üz tərəfinin (i/v 143) aşağı hissəsindəki “Onun 100 manat borcu vardı. Onu silibdir” yazıları - Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs terəfindən icra olunmuşdur. Həmin ziddiyyətləri aydınlaşdırmaq məqsədilə istintaqı aparmış müstəntiq Anar Hacıəbdülhəmidzadə məhkəmədə ifadə verərəkən bildirmişdir ki, Təqsirləndirilən şəxs1 sözü gedən ifadəni özü yazmış və imzalamışdır. Sonradan ifadəni oxuduqdan sonra o, borc məsələsi ilə bağlı təqsirləndirilən şəxsə şifahi sual vermiş və Xəyyam o, cümləni protokola özü əlavə etmişdir. Lakin, ifadənin məzmunundakı ziddiyəti, yəni yuxarıda narkotiki təmənnasız alması, aşağıda isə borc əvəzi verilməsi məsələsini sual-cavabla aydınlaşdırmamışdır. Bunun izahı təqsirləndirilən şəxsin borc əvəzinə alınmasının təmənnasız verilməsi kimi qiymətləndirməsidir. Göründüyü kimi, ittiham tərəfi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnın 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini sübuta yetirməmişdir, başqa sözlə ittiham tərəfinin sübut kimi qiymətləndirdiyi və ittihamın əsası kimi məhkəməyə təqdim etdiyi hallar məhkəmə tərəfindən mötəbər və qərəzsis subut olaraq qəbul edilmir. Yəni, Təqsirləndirilən şəxs2 əməlinə qiymət verilməsi və bu əmədə süni şəkildə CM-nın 234.2-ci maddəsinin obyektiv cəhətinin yaradılması məqsədilə onunla bağlı verilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin saxtalaşdırılması qanunsuz və qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.1 və 33.2-ci maddələrinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 - 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. 42.2 və 42.2.4-ci maddələrinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, məhkəmə bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. 134.2-ci maddəsinin 134.2.11 və 134.2.13 bəndlərinə görə, cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; istintaq eksperimenti. 137-ci maddəsinə əsasən, Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı).Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X8 haqqında» X3 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X6 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutıları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticləri üzərində kifayət qədər içtimai nəzarət elementi olmalıdır”. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Prosesin bütünlüklə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: «Xan» işi, 35 və 37-ci bəndlər). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət kəsb etmiş olur (bax «Allan» işi, Bıkov Rusiyaya qarşı iş). Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır («Bıkov» işi və Lisica Xorvatiyaya qarşı iş). “Sakit Zayidov Azərbaycana qarşı” işdə məhkəmə qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. “Salduz Türkiyəyə qarşı” işdə (27 noyabr 2008-ci il tarixli qərar) Avropa Məhkəməsi belə bir hüquq mövqe formalaşdırmışdır ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi cinayət məsuliyyətini müəyyən etmək üçün səlahiyyəti olan «məhkəmə» tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyəqədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların, Azərbaycan Respublikası CM-nin, Azərbaycan Respublikası CPM-nın, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011ci il tarixli 2 №-li qərarlarındakı tövsiyələri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda göstərilən presedentlərini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə, həmin maddə ilə bəraət verilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə inzibati xəta haqqında məsuliyyətə səbəb olduğundan, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra hökmün surəti Təqsirləndirilən şəxs2 inzibati xəta haqqında məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilməli, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qalıq çəkisi 0,480 qram təşkil edən və hazırda Quba rayon Polis şöbəsində saxlanılan narkotik vasitə həmin inzibati xəta haqqında işə aid edilməlidir. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınması və ekspertiza tədqiqatının dəyərinin məsəsləsinin həll edilməsi Təqsirləndirilən şəxs2 barəsində aparılacaq inzibati xəta haqqında işə aid edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,110 qram, 0, 370 qram, 0,190 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana kütlələri, 04 ədəd güclü təsir edən maddə olan tramadol həbləri məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs1, 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 167,50 (bir yüz altmış yeddi manat əlli qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizanın dəyəri 110 ( bir yüz on) manat Dövlət Büdcəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 44.1, 350, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyindən həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə inzibati xəta haqqında məsuliyyətə səbəb olduğundan, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra hökmün surəti Təqsirləndirilən şəxs2 inzibati xəta haqqında məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilsin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qalıq çəkisi 0,480 qram təşkil edən və hazırda Quba rayon Polis şöbəsində saxlanılan narkotik vasitə həmin inzibati xəta haqqında işə aid edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınması və ekspertiza tədqiqatının dəyərinin məsəsləsinin həll edilməsi Təqsirləndirilən şəxs2 barəsində aparılacaq inzibati xəta haqqında işə aid edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,110 qram, 0, 370 qram, 0,190 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana kütlələri, 04 ədəd güclü təsir edən maddə olan tramadol həbləri məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs1, 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X7, Kod: 210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 167,50 (bir yüz altmış yeddi manat əlli qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizanın dəyəri 110 ( bir yüz on) manat Dövlət Büdcəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökmün Təqsirləndirilən şəxs3 cəzası ilə bağlı hissəsi Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar