Məhkəmə qərarları › İş №1(027)-128/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-128/2020

20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-128/2020 20.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, xüsusi ittihamçılar X18 və X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X10, X15 və X7, müdafiəçilər X3, X1 və X8 iştirakı ilə, X10, X15 və X7 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X18 və X9 xüsusi ittiham qaydasında şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 və X19 xüsusi ittiham qaydasında məhkəməyə şikayət verərərk X10, X15 və X7 cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə +90***-***-**-** nömrəli telefondan (bu telefon nömrəsini Quba rayonu Timiryazev kənd sakini X2 Respublikasından işlədir) ona video göndərilmişdir. Videoda həmkəndlisi Sakit Soltanov çıxış edirərək bildirmişdir ki, o çayçıya gedən vaxt orada xəbər tutmuşdur ki, X25 Ağayev birlikdə qruplaşma yaradaraq əvvəlcə Quba rayonu Timiryazev qəsəbəsində olan türklərin, sonra Quba rayonunda, daha sonra Azərbaycan Respublikasında türklərin sıxışdırıb çıxarmaq istəmişlər. Bu video onların kəndində yaşan çox gənclərə göndərilmişdir. Həmin şəxslər onlara zəng edərək bunun nə məsələ olduğunu bildirmişlər. Bu video həmçinin X6 watsapda ona qeyd etdiyini kimi “youtube” sosial şəbəkəsində, “atv”, “show” “kalan d" adlı telekanalların səhifələrində yayıldığını bildirmişdir. Bundan sonra onlar şikayət edilən şəxs olan X5 evinə getmişlər. Sakit Sultanovun atası Sultan Sultanov onlara videonun kənd sakini Emin Toseyevin çəkdirdiyini, o, onlarla danışdığını, bu məsələnin həll oldunduğunu, onların şikayətçi olmamaqlarını xahiş etmişdir. Quba RPŞ-dən onlara zəng edərək polis şöbəsinə çağıracaqlarını, Emin Tosayevin və Binəli Tosayevin hazırda onun şikayət etdiyi video ilə birlikdə Quba RPŞ-nə ərizə yazaraq onlardan şikayətçi olduğunu bildirmişlər. Göründüyü kimi onların barəsində olan videonun heç bir əsası yoxdur. Bütün bunlar nəticəsində onların şərəfi və ləyaqəti təhqir olunmuşdur. Ona görə də X10, X15 və X13 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrinə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçılar X18 və X19 xüsusi ittiham qaydasında şikayəti tam müdafiə edərək onun məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X10, X15 və X16 iş üzrə ifadələrində bildirmişlər ki, şikayəti qəbul etmirlər. Buna görə də şikayətin təmin olunmamasını xahiş etmişlər. İş materiallarını araşdırıb, tərəflərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən yəni, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə və 302.1.3-cü maddəsinə əsasən, yəni şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X18 və X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası CPM-in qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmiş, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, xüsusi ittihamçılar şikayətdə X10, X15 və X7 onun şərəf və ləyaqətini alçaldan məlumatları yaymasını göstərərək, onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 №li qərarının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 11-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə etmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətin məzmunundan da görünür ki, X18 və X19 tərəfindən məhkəməyə təqdim etdiyi dəlilər sübut növü kimi təsdiqini tapmamış, X10, X15 və X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibini əks etdirməmiş və barəsində xüsusi ittiham qaydasında şikayət verilən X10, X15 və X7 şikayətdə göstərilən cinayət əməllərini törətməsinə dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.3,302.1.7 302-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X10, X15 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X18 və X9 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərar, ondan apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar