Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-129/2020 20.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində Quba rayonu, Rustov kəndində birgə yaşadıqları evdə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sol gözünə yumruqla və bədəninə təpiklə vuraraq ona alnında sağda və sağ çiynində ortada hərəsində bir yerdə qançır, sol göz orbiti ətrafında qançır-hematoma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və bu evlilikdən onların 3 övladı olmuşdur. Arada bir həyat yoldaşı ilə ailə-məişət zəminində mübahisələri və münaqişələri olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində qonşusu İlqar adlı şəxs çayxanada ona yaxınlaşıb, anası çağırdığı təcili evə getməsini demişdir. Evə getdiyində anası Tavat ona, Aygülün narazılıq etdiyini və atası evinə getmək istədiyini bildirmişdir. Bu zaman o, qayınatası Məzahirə zəng edərək, onlara gəlməsini demiş, sonra hirsini soyutmaq üçün çayxanaya qayıdıb orada araq içmişdir. Təxminən 1 saat sonra yenidən evə qayıdıb həyat yoldaşı Aygüllə sözlə mübahisə etmiş, yumruqla sifətinə, əli ilə bədəninə vurmuşdur. Bu zaman anası Tavat gəlib onları ayırmışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt onların yanında anası Tavat olmuşdur. Mübahisə zamanı Aygül onu vurmamışdır. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını və məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə Quba rayonu, Rustov kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş və bu evlilikdən 3 övladı olmuşdur. Həyat yoldaşı Namiq spirtli içki aludəçisi olduğundan evdə mütəmadi olaraq mübahisə və münaqişələr baş vermişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində yoldaşı Namiq heç bir səbəb olmadan onunla mübahisə etmişdir. Belə ki, həmin tarixdə həyat yoldaşı içkili vəziyyətdə evə gəlib onunla mübahisəyə başlamış və yumruqla sol göz nahiyyəsinə, təpiklə isə bədəninə vuraraq onu döymüşdür. Bu zaman yanlarında olan qayınanası Tavat onları ayırmışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, münaqişə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt onların yanında qaynanası Tavat olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışdığını, bununla bağlı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs, gəlini Zərərçəkmiş şəxs və üç nəvəsi ilə bir evdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində oğlu Namiq at arabasını hazırlayıb ziyarətkaya gedəcəklərini bildirmiş, o isə böyrəklərində ağrılar olduğu üçün gedə bilməyəcəyini demişdir. Bu səbəbdən oğlu ilə gəlini arasında söz mübahisəsi yaranmış və oğlu Namiq əsəbləşib çayxanaya getmişdir. Həmin gün saat 12 radələrində oğlu evə qayıtmışdır. O, Namiqlə Aygülün öz otaqlarında mübahisə etdiklərini eşitmiş və otağa girib onları ayırışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirmişdir ki, münaqişə Namiqlə Aygülün birgə yaşadıqları otaqda baş vermişdir. O, səs eşidib otağa daxil olanda onların dalaşdığını gömüşdür. İş materiallarında olan: məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 1165 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - alnında sağda və sağ çiynində ortada hərəsində bir yerdə qançır, sol göz orbiti ətrafında qançır-hematoma küt əşyanın təsirindən törənməklə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 4). Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 900 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində yaşayır. Kənd sakinləri və qohumları ilə münasibəti yaxşıdır. Nümayəndəliyə onun barəsində hər hansı şikayət daxil olmayıb (iş vər.: 30,31). AzərbaycanRespublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayətişi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. (iş vər.: 34). Quba RMX-nın xx.xx.2020-ci il tarixli 3327 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 35). Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, ekspertrəyi, hadisəyerinəbaxışprotokolueləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onunAzərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi istintaq orqanında və məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddiavə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının istintaq orqanında və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində QubaRayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-129/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-129/2020
20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver