Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-129/2022 16.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X7 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 4-də qeydiyyatda olmaqla Səbail rayonu Yüzbəy Mürsəlov küçəsi, dalan 1, ev 8V-də yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə Quba rayonu Vəl-vələ çay hövzəsində yerləşən “Talıbqışaq” qum-çınqıl yatağından qarışıq süxur emal etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli VÖEN-lə xx.xx.2001-ci il tarixdə 4/15 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış X14 təsisçisi olduğu "xxxx" MMC-nin 2017-ci ilin əvvəllərindən faktiki sahibi, xx.xx.2018-ci il tarixdən isə qanuni təmsilçisi təyin edilməklə, həmin Cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən sahibkar kimi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi, habelə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, qanunvericiliyin bu kimi hallarının pozulması zamanı isə digər məsuliyyətlə yanaşı Cinayət məcəlləsində nəzərdə tutulmuş hallarda cinayət məsuliyyəti daşımaqla ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi 2017-ci ilin avqust ayından xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Quba rayon İcra Hakimiyyəti başçısının 01 noyabr 2001-ci il tarixli N-157 saylı sərəncamı ilə Quba rayonu Vəl-vələ çay hövzəsində yerləşən “Talıbqışlaq” qum-çınqıl yatağında qum-çınqıl hasilatının aparılması məqsəd üçün ayrılmış 2 ha torpaq sahəsininin 1.44 ha hissəsində “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar X12nin təmin edilməsi və digər tələblərinə, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni - yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 22-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların çıxarılmasının qadağan edilməsi ilə bağlı tələblərə tamah niyyətilə qəsdən əməl etməyib, 26 aprel 2012-ci il tarixli 00572 saylı “X32”ndan istifadə müddəti xx.xx.2017-ci il tarixdə bitdiyi halda, müvafiq icazə olmadan yataq ərazisində sahibkarlıq fəaliyyətini davam etdirərək, 2017-ci ilin aprel ayından 2022-ci ilin yanvar ayına qədər olan müddətdə rəhbərlik etdiyi Cəmiyyətin istifadəsinə ayrılmış x311891.15 y4577116.94, x311887.24 y4577108.20, x311887.46 y 4577081.53, x311826.17 y4577059.56, x311778.19 y4577045.56, 311757.47 y4577065.77, x311739.12 y4577053.15, x311716.92 y4577019.60, x311681.78 y4577088.16, x311785.32 y4577137.10, x311822.28 y4577145.54, x311831.53 y4577131.45, x311891.15 y4577116.95 koordinatlar daxilində yerləşən 1.44 hektar torpaq sahəsinin x311810.76 y4577129.18, x311831.53 y4577131.45, 311891.15 y4577116.95, x311887.24 y4577108.20, x311887.46 y4577081.53, x311826.11 y4577059.56 koordinatlarda olan 0.54 hektar hissəsində qazıntı və qanunsuz istismar işləri aparıb, sənaye və digər obyektlərin istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs olmaqla, çay hövzəsinin səviyyəsindən 2-3 metr, çayın sağ sahilinin dik divarının yuxarı hissəsindən 9-10 metr dərinlikdə faydalı qazıntı hasilatı aparmaqla, ümumilikdə 16.200 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxur götürərək emal edib dövlətə və təbiətə cəmi 50.400 (əlli min dörd yüz) manat məbləğində maddi ziyan vurmuş, həmin əməlləri ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Quba rayonunda Vəl-vələçay çayının “Talıbqışlaq” yatağından keçən dərəsinin genişlənməsinə, çayın məcrasındakı torpaq sahəsinin kəskin eroziyaya məruz qalmasına, çay yatağında yarğanlar əmələ gəlməsinə, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 247 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, daş karxanasını aldığı zaman həmin daş karxanası fəaliyyət göstərməmişdir. 2017-ci ildən həmin daş karxanasını işlətmiş, hazırda daş karxanası fəaliyyət göstərmir. 2017-ci ilin avqust ayında "xxxx" MMC-nin alınması ilə bağlı Şahid4 adlı şəxslə əlaqə saxlamış və hissə-hissə pulunu ödəmək şərti ilə həmin daş karxanasını ala biləcəyini bildirmiş, xx.xx.2017-ci il tarixdə onların arasında müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixdə onunla Şahid4 arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən karxananın dəyəri qarşılıqlı razılıq əsasında 300.000 manat müəyyən edilmişdir. O, hər ay 25.000 manat ödəniş etməklə, 12 ay müddətində, yəni xx.xx.2018-ci il tarixədək borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavidə ümumilikdə 230.000 manat pul ödəmiş, hazırda onun 70.000 manat borcu qalmışdır. xx.xx.2018-ci il tarixdə X11 Əliyev tərəfindən "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəsinə təyin edilmişdir. Qeyd edilən çay yatağında bir müddət işləmiş olsa da, 2019-cu ilin aprel-may ayından texnikalarının köhnə olması əsası ilə fəaliyyətini azaltmış, 2020-ci ilin oktyabr ayının sonlarından isə fəaliyyətini tam dayandırmışdır. O, həmin daş karxanasını tək işlətmişdir. "xxxx" MMC Quba rayonu, Vəl-vələ kəndinin ərazində yerləşir və 26 aprel 2012-ci il tarixli, 572 nömrəli “X53” aktı ilə “Talıbqışlaq” çınqıl-qum yatağının 2.00 (iki) hektar sahəsi 5 (beş) il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Quba rayonu, Vəl-vələ kənd bələdiyyəsinin qərarı və xx.xx.2001-ci il tarixli icarə müqaviləsi əsasında 4.9 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi müvəqqəti istifadə üçün "xxxx" MMC-ə verilmişdir. Bununla bağlı xx.xx.2001-ci il tarixli “JN-1158 KOD 30310018” nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Quba RİH Başısının xx.xx.2001-ci il tarixli, 157 saylı sərəncamı əsasında daş karxanası üçün “Vəlvələ” çay hövzəsindən 2 hektar torpaq sahəsi ayrılmış, 2021-ci ildə həmin sərəncam ləğv edilmişdir. Ekologiya X54 Nazirliyinin əməkdaşları tərəfindən 16 oktyabr 2020-ci il tarixli, 63269 nömrəli aktı tərtib edilərkən o, başqa cinayətə görə həbsdə olduğu üçün daş karxanasında olan texnikalarına nəzarət etməsini tanışı İsaq adlı şəxsdən xahiş etmiş, o da həmin aktın tərtib edilməsində iştirak etməklə aktı imzası ilə təsdiq etmişdir. xx.xx.2018ci il tarixli, MN ******* nömrəli inzibati protokola əsasən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən “X53” aktında icazənin verilməsi müddətinin bitməsi əsası ilə 1200 manat cərimə edilmiş, həmin cərimə onun tərəfindən ödənildiyi üçün xx.xx.2021-ci il tarixdə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı 2700 manat pul ödəmişdir. Həmçinin 2020-ci ildə Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən (Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə) 3000 manat cərimə edilmiş, lakin həmin cərimə onun tərəfindən ödənilməmişdir. 2021-ci ilin yay ayında Vüsal Abbasov və Həmid İbrahimov tərəfindən həmin qum-çınqıl yatağından xammal istehsal edildiyi üçün aralarında mübahisə olmuş, bu barədə polisdə araşdırma aparılmışdır. Rauf İbrahimovun onların daş karxanasının yataq sahəsinə girməsini və oradan istifadə etməsini bildiyi zaman sonuncuya daş karxanasının və yataq sahəsinin sənədlərini göstərmiş, lakin Rauf İbrahimov onun göstərdiyi sənədlərə baxaraq, sənədlərinin düzgün olmamasını və həmin yatağın sonunculara məxsus olmasını demişdir. Bundan sonra, o, dəfələrlə Rauf İbrahimovdan yataqdan çıxmasını tələb etmiş, sonuncu onun sözlərinə əhəmiyyət verməyib yataqdan qanunsuz olaraq istifadə etmişdir. 30 oktyabr 2018-ci il tarixdə, saat 22 radələrində Rauf İbrahimov özlərinə məxsus “ekskavator”la daş karxanasına gedən yolu qazmaq istəmiş, lakin sonuncunun həmin yolu nə məqsədlə qazdırmasını bilməmişdir. Onların arasında mübahisə yaranmış və Rauf İbrahimov onu döymüşdür. Rauf İbrahimov həmin daş karxanasını qohumu Vüsal İbrahimovla birlikdə işlətmişdir. 2021-ci ilin yanvar ayında "xxxx" MMC-nin “Talıbqışlaq” qum-çınqıl yatağında yerləşən 2 ha torpaq sahəsindən istifadə etməsinə icazə verməsi üçün Quba RİH başçısının müavini Ruslan müəllimə müraciət etmiş, lakin yataq ona verilməmişdir. "xxxx" MMC faktiki olaraq ona məxsus olmaqla, MMC-nin 1 ədəd “Hova” yük avtomobili, 1 ədəd yükləyici, 1 ədəd “qırıcı” avadanlığı və 400 kv-luq transfarmatoru olmuş, həmçinin **********0 nömrəli elektrik sayğacı istifadə edilmişdir. "xxxx" MMC-ə hasilat üçün ayrılmış “Talıbqışlaq” çınqıl-qum yatağının 2.00 (iki) hektar sahəsinin kənarları nişanlanmış, onun tərəfindən kənara çıxma olmamışdır. Onun tərəfindən ümumi hasil edilmiş qum-çınqıl qarışığının həcmi 16.200 m3 və dəymiş zərərin cəmi dəyəri 50.400 manat olmuşdur. O, daş karxanasını qəbul edərkən qum çınqıl hasil edilən yatağın inventarizasiyası edilməmiş, eləcə də həmin qum-çınqıl yatağında ondan əvvəl hasilat işi aparılmamışdır. Onun tərəfindən 5GK hesabatları hazırlanmamış, fəaliyyəti qısa müddəti əhatə etdiyi üçün və hasilatı aşağı olduğuna görə 5 GK hesabatını verməmişdir. O, daş karxanasını və hasilat işi aparılan yatağı qəbul edərkən daş karxanasının avadanlıqları yararsız olmuş, ərazidə isə qazıntı işləri aparılmamışdır. O, daş karxanasının avadanlıqlarını təmir etmiş və ərazidə qazıntı işləri aparmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs bildirdi ki, 2017-ci ildən 2020-ci ilədək daş karxanasını işlətmişdir. Lisenziyası bitdiyi üçün müvafiq orqana müraciət etmiş, lakin cavab ala bilməmişdir. O da lisenziyasız fəaliyyətini davam etdirmişdir. Əməlindən peşmandır. Təbiətə vurmuş olduğu zərəri, yəni 50400 manat məhkəmə istintaqı zamanı tam ödəmişdir. Azərbaycan Respublikasının Ekologiya X54 Nazirliyinin xx.xx.2021-ci il tarixli 4/3648- 02-19 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Quba və Xaçmaz rayonları ərazisində çay məcralarında fəaliyyət göstərən qum-çınqıl karxanalarına monitorinqlər keçirilmişdir. Sözügedən monitorinqlər zamanı müvafiq icazə' sənədi “Dağmədən ayırması” aktı olmadan, icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması ilə, ayrılmış sahədən kənarda faydalı qazıntı hasil edən, çay yataqları üçün müəyyən edilmiş 3-5 metrlik istismar dərinliyindən artıq (bəzi yerlərdə 10-20 metrə qədər) qazıntı işləri aparan şəxslər aşkar edilmişdir. Eyni zamanda, yerli icra hakimiyyətləri orqanları ilə keçirilən çox saylı görüşlərə və yazışmalara baxmayaraq, onlar tərəfindən çay yataqlarından torpaq sahələrinin faydalı qazıntı hasilatı məqsədi ilə icarəyə verilməsi hallarına son qoyulmur. Belə olan halda qanunsuz (icazəsiz) hasilatın aparılmasına, ətraf mühitə ziyan vurulmasına şərait yaradılır. Qeyd olunan monitorinqlərin nəticələrinin təhlili zamanı müəyyən edilmişdir ki, faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində çayların ekosisteminə, ətraf mühitə, ərazinin hidrogeoloji sisteminə və nəticə etibarı ilə dövlətə külli miqdarda ziyan vurulmuşdur. Bu pozuntuların qarşısının alınması istiqamətində Agentlik öz səlahiyyətləri daxilində yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görərək, bir çox sahibkarlıq subyektlərinin icazə sənədlərini ləğv etmiş, inzibati xəta əlamətləri aşkar etdikdə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmüş, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilmiş və təbiətə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmələrdə iddialar qaldırmışdır. Lakin bütün bunlara baxmayaraq, bir çox sahibkarlıq subyektləri tərəfindən qanunsuz hasilat işləri bu gün də davam etdirilərək, ətraf mühitə vurulmuş ziyan həcmi daha da artmışdır. “Yerin təki haqqında" Azərbaycan Respublikasının qanununun 11-ci maddəsinə əsasən yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Çay məcralarının təbii hidrogeomorfoloji, ətraf ərazilərin hidrogeoekoloji şəraitinin neqativ formada dəyişməsi, ətraf ərazilərdə yeraltı suların rejiminin pozulması və çirklənməsi, kənd sakinlərinin yaranmış içməli su problemi - qum-çınqıl karxanalarının qanunsuz fəaliyyəti ilə ətraf mühitə vurulmuş ziyanın nəticəsidir (cild 1, iş vər.: 6-16). İş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya X54 Nazirliyinin Mineral Xammal X2 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tamamilə ödənildiyini bildirmiş, məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş etmiş və yekun məhkəmə aktının çıxarılmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi əsasında "xxxx" MMC-də çilingər işləmiş, onun işi daş karxanasının avadanlıqlarının təmiri olmuşdur. Təqsirləndirilən şəxs həmin daş karxanasını hansı vaxtdan işlətməsini bilməmiş, həmin daş karxanasında işlədiyi müddətdə Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus qum-çınqıl yatağından qum-çınqıl çıxarmışdır. Təqsirləndirilən şəxs qum-çınqılı kimə satmasını bilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq, şahid bildirdi ki, o, 2019-cu ildə həmin daş karxanasında çilingər işləmiş, Təqsirləndirilən şəxs onun müdiri olmuşdur. Onun iş fəaliyyəti daş karxanasında sıradan çıxmış balta və ələkləri təmir etməkdən ibarət olmuşdur. Orada olan 3 ay müddət ərzində karxana fəaliyyət göstərməmişdir. Avadanlığı təmir edib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi əsasında "xxxx" MMC-də qaynaqçı işləmiş, onun işi xarab olmuş qurğuları təmir etməkdən ibarət olmuşdur. "xxxx" MMC-nin fəaliyyətinin qanunsuz olduğunu bilməmiş, Təqsirləndirilən şəxs qanun çərçivəsində işlədiyini yəqin etmişdir. Təqsirləndirilən şəxs həmin daş karxanasını hansı vaxtdan işlətməsini bilməmişdir. MMCnin 1 ədəd “Hova” yük avtomobili, 1 ədəd yükləyici, 1 ədəd “qırıcı” avadanlığı, 400 kv-luq transfarmatoru olmuşdur. O, həmin daş karxanasında işlədiyi müddətdə Təqsirləndirilən şəxs "xxxx" MMC-ə məxsus qum-çınqıl yatağından qum-çınqıl çıxardığını görmüş, lakin sonuncunun qum-çınqılı kimə satmasını bilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq, şahid bildirdi ki, o, 2020-ci ilin əvvəlində bir neçə ay həmin daş karxanasında qaynaqçı işləmiş, Təqsirləndirilən şəxs onun müdiri olmuşdur. Onun iş fəaliyyəti daş karxanasında təmirə ehtiyacı olan avadanlıqların təmir etməkdən ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, xx.xx.2020-ci il tarixdən atası Maləddinin tanışı Təqsirləndirilən şəxs xahişi ilə sonuncuya məxsus "xxxx" MMC-də katibə işləmiş, həmin tarixdə onunla Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmışdır. Lakin onun azyaşlı uşağı xəstə olduğu üçün işə gedib gələ bilmədiyi üçün xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, "xxxx" MMC-də operator işləmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək müqaviləsi əsasında "xxxx" MMC-də işləmiş, Təqsirləndirilən şəxs ona əmək haqqı vermədiyinə görə işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, 2020-ci ilin iyul ayının sonlarından Təqsirləndirilən şəxs təklifi ilə "xxxx" MMC-də fəhlə işləmiş, sonuncu ilə onun arasında əmək müqaviləsi bağlanmış, lakin həmin ərəfədə “Codid-19” virusuna yoluxduğu üçün işləyə bilməmişdir. xx.xx.2020-cu il tarixdə həmin müqaviləyə xitam verilmiş və taksi sürücüsü işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Nubariz oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyi yanında X41 X2 Monitoriq və Nəzarət şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Ekologiya X54 Nazirliyi yanında Dövlət X6 istifadə Agentliyinə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə Quba rayonu ərazisində yerləşən “Talıbqışlaq” çınqıl-qum yatağına baxış keçirilmiş, baxış zamanı şöbənin əməkdaşı Şahid2 və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İdarənin prokuroru Zamir Paşayev iştirak etmişdir. Baxış zamanı “GPS” aləti ilə "xxxx" MMC-ə hasilat üçün ayrılmış sahənin hüdudlarının koordinatları müəyyən edilmiş, "xxxx" MMC-ə hasilat üçün ayrılmış sahənin hüdudlarından kənara çıxma hallarının olması müəyyən edilmişdir. Ərazidə ölçmə işləri aparıldıqdan sonra 111.972 m3 çınqıl-qum hasil edildiyi müəyyən edilməmişdir. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akta əsasən qeyd olunan ərazidə qanunsuz faəliyyət nəticəsində 107.290 m3 qum-çınqıl hasil edilmiş, nəticədə həmin akt tərtib edildikdən sonrakı dövrdə 2.341 m2 sahədə orta istismar dernliyi 2 metr olmaqla 4.682 m3 çınqılqum hasil edilmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli 000632 nömrəli akt tərtib edilmiş və qeyd olunanlar həmin akta öz əksini tapmışdır. Baxış keçirilərkən "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. Nəzərdə tutulmuş hesablamaya əsasən qanunsuz olaraq hasil edilmiş cəmi 107.290 m3 3.30 manata vurulduqda 354.057 manat təşkil etmiş, cəmi 4.682 m3 5 manata vurulmuş, daha sonra 0.7 manata vurulmuş, nəticədə 16.387 manat təşkil etmişdir. Cəmi təbiətə vurulmuş ziyan 370.444 nsnat təşkil etmişdir. Quba rayonu Vəlvələ hədiyyəsinin qərarı və xx.xx.2001-ci il tarixli icarə müqaviləsi əsasında 4.9 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi müvəqqəti istifadə üçün "xxxx" MMC-ə ayrılmışdır. Bununla bağlı xx.xx.2001-ci il tarixli “JN-1158 KOD 30310018” nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Quba RİHB-nın xx.xx.2001-ci il tarixli 157 saylı sərəncamı əsasında daş karxanası üçün “Vəlvələçay” çay hövzəsindən 2 ha torpaq sahəsi ayrılmışdır. 26 aprel 2012-ci il tarixli, 572 nömrəli “X53” aktı ilə “Talıbqışlaq” çınqıl-qum yatağının 2.00 ha sahəsi 5 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin xx.xx.2017-ci il tarixdə “X53” aktının müddəti bitdiyi üçün növbəti tarixlərdə "xxxx" MMC-nin fəaliyyəti qanunsuz hesab edilir. İş üzrə Şahid4 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 ifadəsi məhkəmədə elan edilən zaman məlum oldu ki, 2014-cü ildə Rüfət Piriyev adlı şəxsdən 300.000 manat borcunun qarşılığında "xxxx" MMC-ni Quba rayonu ərazisində yerləşən karxanası və avadanlıqları ilə birlikdə qəbul etmişdir. Həmin MMC-nin təsis payı X48nın adına rəsimləşdirilmişdir. X29 verdiyi xx.xx.2012-ci il tarixli ƏN-1 306921 nömrəli etibarnamə əsasında dövlət orqanları qarşısında sonuncunu təmsil etmiş və sonuncunun adından müqavilələr bağlamışdır. Həmin MMC-nin 2017-ci ilin avqust ayına qədər heç bir fəaliyyətləri olmamışdır. MMC onlarda olduğu müddətdə başqa şəxsə satmaq üçün müştəri axtarmışlar. 2017-ci ilin avqust ayında Təqsirləndirilən şəxs adlı şəxs onlara müraciət edərək hissə-hissə pulunu ödəmək şərti ilə həmin daş karxanasını ala biləcəyini bildirmişdir. Bundan sonra xx.xx.2017-ci ildə "xxxx" MMC-ə məxsus çınqıl karxanasını təmir və yoxlama işləri üçün Təqsirləndirilən şəxs təhvil vermiş və həmin tarixdə onların arasında müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixdə onunla Təqsirləndirilən şəxs arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən karxananın dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 300.000 manat müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hər ay 25.000 manat ödəniş etməklə, 12 ay müddətində borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixədək tam ödəməni etməyi öhdəsinə götürmüş olsa da, bir müddət ödəniş etdikdən sonra pul verməmiş və onlara 70.000 manat borcu qalmışdır. Həmin faktı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli ərizəsi ilə təsdiq etmişdir. Onların arasında olan razılığa əsasən Təqsirləndirilən şəxs borcunu tam ödədikdən sonra MMC-nin nizamnamə payını tam olaraq sonuncuya verməli idi. Həmin müddətdə isə Təqsirləndirilən şəxs MMCnin qanuni təmsilçisi olmalı idi. Ona görə də, xx.xx.2018-ci il tarixdən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC Quba rayonu, Vəl-vələ kəndində yerləşmişdir. Quba rayonu Vəl-vələ bələdiyyəsinin qərarı və xx.xx.2001ci il tarixli icarə müqaviləsi əsasında 4.9 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Bununla bağlı xx.xx.2001-ci il tarixli “JN-1158 KOD 30310018” nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Quba RİH Başısının xx.xx.2001-ci il tarixli 157 saylı sərəncamı əsasında daş karxanası üçün “Vəl-vələ” çay hövzəsindən 2 ha torpaq sahəsi ayrılmışdır. 26 aprel 2012ci il tarixli, 572 nömrəli “X53” aktı ilə “Talıbqışlaq” çınqıl-qum yatağının 2.00 (iki) hektar sahəsi 5 (beş) il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. MMC onların sahibliyində olduğu müddətdə “X53” aktı qüvvədə olmuş, sonradan Təqsirləndirilən şəxs tərəfindən yeni aktın alınıb-alınmadığını bilməmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid1 ifadəsi məhkəmədə elan edilən zaman məlum oldu ki, o, Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyi yanında X41 X2 Monitoriq və Nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir. Agentliyə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə Quba rayonu ərazisində yerləşən “Talıbqışlaq” qum-çınqıl yatağına baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli 000632 nömrəli akt tərtib edilmişdir. Baxış zamanı “GPS” aləti ilə "xxxx" MMC-ə hasilat üçün ayrılmış sahənin hüdudlarının koordinatları müəyyən edilmiş, lakin "xxxx" MMC-ə hasilat üçün ayrılmış sahənin hüdudlarından kənara çıxma hallarının olması müəyyən edilməmişdir. Ərazidə ölçmə işləri aparıldıqdan sonra 111.972 m3 çınqılqum hasil edildiyi aşkar edilmişdir. xx.xx.2020-ci il tarixli akt onun tərəfindən tərtib edilmişdir. “Dağ mədən ayrılması” aktının müddəti bitmiş olsa da, hasilat davam etdirilmişdir. Birinci istismar sahəsinin koordinatları x311819 y4577147, x311786 y4577140, x311793 y4577131, x311815 y4577129, x311826 y4577132, x311829 y4577124, x311818 y4577111, x311826 y4577116 olan 0.06 ha sahədə orta istismar dərinliyi 4.5 metr olmaqla hasil olunmuş həcm 2790 m3 təşkil etdiyi müəyyən edilmişdir. İkinci istismar sahəsi korrdinatları x311786 y4577139, x311793 y4577130, x311815 y4577126, x311816 y4577108, x311812 y4577098, x311815 y4577080, x311826 y4577086, x311839 y4577072, x311810 y4577067, x311786 y4577053, x311764 y4577070, x311724 y4577020, x311680 y4577088 olan 0.91 ha sahəsi olmaqla, orta dərinliyi 10 metr olmaqla ümumi hasil olunmuş həcm 91.000 m3 təşkil etmişdir. Üçüncü sahədə istismar dərinliyi 9 metr olmaqla ümumi sahəsi 0.15 ha təşkil etmiş, hasil olunmuş həcm 13.500 m3 təşkil etmş, koordinarı x311846 y4577073, x311881 y4577085, x311874 y4577102, x311852 y4577123, x311836 y4577112 olmuşdur. "xxxx" MMC-nin nümayəndəsi İsaq Həsənzadə xx.xx.2020-ci il saat 13:00-da fəaliyyəti dayandıracaqlarını, həmin vaxta qədər “X53” aktının müddətinin bitməsi barədə heç bir məlumatlarının olmadığını bildirmişdir. Qanunsuz olaraq hasil edilmiş cəmi 107.290 m3 həcm 3.30 manata vurulduqda 354.057 manat təşkil etmiş, cəmi 4.682 m3 həcm 5 manata vurulmuş, daha sonra 0.7 manata vurulmuş, nəticədə 16.387 manat təşkil etmişdir. Cəmi təbiətə vurulmuş ziyan 370.444 manat olmuşdur. 26 aprel 2012-ci il tarixli, 572 nömrəli “X53” aktı ilə “Talıbqışlaq” çınqıl-qum yatağının 2.00 (iki) hektar sahəsi 5 (beş) il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin xx.xx.2017-ci il tarixdə “X53” aktının müddəti bitdiyi üçün növbəti tarixlərdə "xxxx" MMC-nin fəaliyyəti qanunsuz hesab edilir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin qum-çınqıl yatağına baxış keçirilərkən MMC-nin fəaliyyət göstərdiyi ərazi və fəaliyyət dövrü əsas götürülmüşdür. Onlar tərəfindən baxış zamanı 3 istismar sahəsi müəyyən edilmiş olsa da, ekspert tərəfindən yalnız bir istismar sahəsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən 5GK hesabatı təqdim edilməmişdir. “X60” aktının ləğv edilməsi haqqında məlumat poçt vasitəsi ilə göndərilmişdir. İstismar həcmlərini bir başa çay dərəsində qum-çınqıl layının kəsilişinin qalınlığına görə ərazi boyu GPS vasitəsi ilə koordinatların götürülməsi vasitəsi ilə müəyyən edilmişdir. Çayın bərpa rejmi nəzərə alınmadan qum-çınqıl hasilatı normadan artıq istehsal edilmişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid2 ifadəsi məhkəmədə elan edilən zaman məlum oldu ki, o, Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyi yanında X41 X2 Monitoriq və Nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Agentliyə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə Quba rayonu ərazisində yerləşən “Talıbqışlaq” çınqıl-qum yatağına baxış keçirilərkən ölçmə işlərinin nəticəsində 111.972 m3 çınqıl-qum hasil edildiyi müəyyən edilmiş olsa da, MMC tərəfindən hasilat üçün ayrılmış sahənin hüdudlarından kənara çıxma hallarının olması müəyyən edilməmişdir. Bundan başqa, “GPS” aləti ilə "xxxx" MMC-ə hasilat üçün ayrılmış sahənin hüdudlarının koordinatları müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli akta əsasən qeyd olunan ərazidə qanunsuz fəaliyyət nəticəsində 107.290 m3 qum-çınqıl hasil edilmiş, həmin akt tərtib edildikdən sonrakı dövrdə 2.341 m2 sahədə orta istismar dərinliyi 2 metr olmaqla, 4.682 m3 qum-çınqıl hasil edilmişdir. xx.xx.2022-ci il tarixli, 000632 nömrəli akt onun tərəfindən tərtib edilmiş və akt iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilərkən "xxxx" MMC-nin nümayəndəsi baxışda iştirak üçün dəvət edilmiş olsa da, hər hansı nümayəndə iştirak etməmişdir. MMC tərəfindən qanunsuz olaraq cəmi 354.057 manat (3.30 manata vurulduqda) dəyərində 107.290 m3 məhsul, cəmi 16.387 manat (5 manata vurulmuş, daha sonra 0.7 manata vurulmuş) dəyərində 4.682 m3 məhsul istehsal edilmiş, nəticədə təbiətə vurulmuş ziyan cəmi 370.444 manat təşkil etmişdir. Quba rayonu Vəl-vələ bələdiyyəsinin qərarı və xx.xx.2001ci il tarixli icarə müqaviləsi əsasında 4.9 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi müvəqqəti istifadə üçün "xxxx" MMC-ə ayrılmışdır. Bununla bağlı xx.xx.2001-ci il tarixli “JN-1158 KOD 30310018” nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Quba RİH Başısının xx.xx.2001-ci il tarixli 157 saylı sərəncamı əsasında daş karxanası üçün “Vəl-vələ” çay hövzəsindən 2 ha torpaq sahəsi ayrılmışdır. 26 aprel 2012-ci il tarixli, 572 nömrəli “X53” aktı ilə “Talıbqışlaq” çınqıl-qum yatağının 2.00 (iki) hektar sahəsi 5 (beş) il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmiş, lakin xx.xx.2017-ci il tarixdə “X53” aktının müddəti bitdiyi üçün növbəti tarixlərdə "xxxx" MMCnin fəaliyyəti qanunsuz hesab edilmişdir. xx.xx.2022-ci il tarixdə qum-çınqıl xammallının çıxarıldığı yatağa baxış keçirərkən yuxarıda qeyd edilən xəndək aşkar edilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli aktda göstərilən məlumatlar əsasında və aşkar etdiyi əlavə faktlar üzrə "xxxx" MMC-nin qanunsuz qum-çınqıl hasilatını hesablamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyinin X41 X1 16 oktyabr 2020-ci il tarixli, 63269 nömrəli aktından görünür ki, Quba rayonu Vəl-vələ çay yatağında yerləşən "xxxx" MMC-də yoxlama zamanı müəyyən edilmişdir ki, “X60” aktı etibarsız olmaqla, 3 (üç) istismar sahəsi olmuş, xx.xx.2018-ci il tarixədək Təqsirləndirilən şəxs rəhbərlik etdiyi Cəmiyyətin istifadəsinə verilmiş 2 hektar torpaq sahəsində qazıntı və qanunsuz istismar işlərinin aparılması nəticəsində x311819 y4577147, x311786 y4577140, x311793 y4577131, x311815 y4577129, x311826 y4577132, x311829 y4577124, x311818 y4577111, x311826 y4577116 koordinatlar daxilində yerləşən 0.06 ha torpaq sahəsində, orta istismar dərinliyi 4.5 metr olmaqla 2.790 m3 həcmində, x311786 y4577139, x311793 y4577130, x311815 y4577126, x311816 y4577108, x311812 y4577098, x311815 y4577080, x311826 y4577086, x311839 y4577072, x311810 y4577067, x311786 y4577053, x311764 y4577070, x311724 y4577020, x311680 y4577088 koordinatlar daxilində yerləşən 0.91 ha torpaq sahəsində orta istismar dərinliyi 10 metr olmaqla 91.000 m3 həcmində, x311846 y4577073, x311881 y4577085, x311874 y4577102, x311852 y4577123, x311836 y4577112 koordinatlar daxilində yerləşən 0.15 ha torpaq sahəsində orta istismar dərinliyi 9 metr olmaqla 13.500 m3 həcmində xammal hasil edilmişdir (cild 1, iş vər.: 16,17, 223); “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən “Talıbqışlaq” qum-çınqıl yatağında hasilatın aparılmadığı, istehsalat sahəsində istismara yararlı vəziyyətdə qum-çınqıl məhsulunun emalı məqsədi ilə istifadə olunan 01 (bir) ədəd süxurüyüdən avadanlığın olması müəyyən edilmişdir. Bundan başqa, ərazidə “CNHTC” markalı, **-OH-*** nömrəli, istismara yararlı və “CNHTC” markalı, nömrəsi olmayan istismara yararsız 02 (iki) ədəd yük avtomobili aşkar edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-ə verilmiş xx.xx.2012-ci il tarixli, 572 nömrəli “X60” aktı 5 (beş) il müddəti bitmişdir. Baxış zamanı xx.xx.2020-ci il tarixədək qanunsuz olaraq 107,290 m3 qum-çınqıl materialının çıxarılması, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək isə 2341 m2 sahədə orta istismar dərinliyi 2 m olmaqla, 4,682 m3 qum-çınqıl hasılatının aparıldığı aşkar edilmişdir. Baxış zamanı MMC tərəfindən qanunsuz olaraq 111,972 m3 qum-çınqıl xammal materialının hasil edildiyi müəyyən edilmişdir (cild 1, iş vər.: 18-23); “baxış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisinin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmilmiş qum-çınqıl karxanası Quba rayonu, Vəlvələ kəndi ərazisində yerləşir. Qum-çınqıl karxanası “Talıbqışlaq” qum- çınqıl yatağında Vəlvələ kəndinin qərb istiqamətində avtomobil yolundan təxminən 2,1 kilometr məsafədə yerləşir. Qum-çınqıl karxanasının ərazisi qum, çınqıl və torpaq örtüklüdür. Həmin istehsalat sahəsinin qarşısına çatan zaman sahəyə daxil olmağın qarşısını alan şlanqbaun vardır. Şlanqbaunu keçdikdən sonra ishtehsalat sahəsinə daxil olduq, əraziyə daxil olduqda sol tərəfdə bir mərtəbəli, kürsüz bir mətəbəli tikili və həmin tikilinin qarşısında torpaq örtüyün üzərinə çoxlu sayda mişar daşları səliqəsiz tökülmüşdür. İrəliyə doğru ghərkət etdikdə qeyd olunan tikilinin sonuna çatan zaman 06 ədəd qırmızı rəngli dəmir çəllək vardır, istehsalat sahəsinə daxil odluqda sağ tərəfdə isə 01 ədəd göy rəngli stol, pastlanmış rəngdə 01 ədəd dəmir çən və sanitar qovşaq vardır, istehsalat sahəsinin giriş hissəsi ilə üzbəüz baş tərəfdə avadanlıqlar vardır. Baxışda iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X12 və X23 agentliyinin Şimal reginonal sənayedə X12 və dağ- mədən nəzarəti müfəttişliyinin böyük məsləhətçisi, böyük müfəttişi X33 01 ədəd daş doğruyan balta SMD- 110, 01 ədəd daş konuslu daş qıran balta KMD-630, 03 ədəd çeşidləyici ələk GİL-42 markalı olduğunu və həmin qurğuların Fövqəladə Hallar Nazirliyinin reyestrində qeydiyyatda olduqlarını, həmçinin saz vəziyyətdə olduqlarını bildirdi. Karxanaya təxminən 100 çatmamış avtomobil torpaq yolunun sağ tərəfə çayın hövzəsinə düşən torpaq yol vardır. Həmin yolu ilə karxananın istismar sahəsinə daxil olundu. Baxışda iştirak edən Rəşad Hüseynli 16 oktyabr 2020-ci il tarixli aktda qeyd olunmuş hasilat aparıldığı sahəsinin hüdudları baxış iştirakçılarına göstərildi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi X18 tərəfindən “Stonex S900T” markalı “S**********42RE” seriya nömrəli GPS ölçü cihazı ilə qum- çınqıl karxanasının həmin sahəsi ölçüldü. Həmin koordinatlar aşağıdakı kimidir: X 311891.15, Y 4577116.94, X 311887.24, Y 4577108.20, X 311887.46, Y 4577081.53, X 311826.17, Y 4577059.56, X 311778.19, Y 4577045.56, X 311757.47, Y 4577065.77, X 311739.12, Y 4577053.15, X311716.92, Y 4577019.60, X 311681.78, Y 4577088.16, X 311785.32, Y 4577137.10, X 311822.28, Y 4577145.54, X 311831.53, Y 4577131.45, X 311891.15, Y 4577116.95-dir. Qeyd olunan sahənin çay hövzəsinin dibi ilə bir səviyyədə olmaqla hər hansı bir qazma və izləri gözlə görünmür. Üzərində ot, kol və ağaclar bitmişdir. Həmin sahənin şərq hissəsində isə qazılmış xəndək vardır. Xəndəyin ətrafı ölçü cihazla ölçüldü və aşağıdakı koordinatlar müəyyən edildi: X 311810.76, Y 4577129.18, X 311831.53, Y 4577131.45, X 311891.15, Y 4577116.95, X 311887.24, Y 45771.08.20, X 311887.46, Y 4577081.53, X 311826.11, Y 4577059.56-dır. Çayın hövzəsinin səviyyəsindən qazılmış xəndəyin dibinə qədər olan dərinlik 2-3 metr olmaqla yanaşı xəndəyə yaxın olan sağ sahilin təxmini dik divarının yuxarı hissəsindən 9-10 metrdir. Baxış keçirildiyi zaman təqdim edilmiş istismar ərazisində başqa hər hansı bir hasilat aparılan sahə müəyyən olunmamışdır (cild 2, iş vər.: 8-16 fotoşəkillər); Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyinin X41 X1 27 yanvar 2022-ci il tarixli, 000632 nömrəli aktından görünür ki, "xxxx" MMC-nin qanunsuz olaraq 107.290 m3 həcmində qarışıq süxur götürüb 354.057 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə 4.682 m3 həcmində qarışıq süxur götürüb 16.387 manat olmaqla, ümumilikdə 2017-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixədək 111.972 m3 həcmində qarışıq süxur götürüb emal etdiyi müəyyən edilmişdir (cild 1, iş vər.: 24, 25, 222); Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyinin X41 X1 09 fevral 2022-ci il tarixli arayışına əsasən qanunsuz hasilat zamanı yerin təkindən çıxarılmış faydalı qazıntının həcminə uyğun olaraq dövlətə dəymiş maddi ziyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 119 nömrəli və xx.xx.1998-ci il tarixli, 239 nömrəli qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikaasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”inə uyğun olaraq ümumilikdə 370.444 manat maddi ziyan müəyyən edilmişdir (cild 1, iş vər.: 34,35); Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 26 aprel 2012-ci il tarixli, 00572 nömrəli “Dağ-Mədən Ayırması” aktından görünür ki, Quba rayonunda yerləşən “Talıbqışlaq” qum-çınqıl yatağında 2 hektar ərazi qum-çınqıl hasilatı məqsədi ilə "xxxx" MMC-ə 5 il müddətinə verilmiş, həmin müddət xx.xx.2017-ci il tarixdə tamam olsa da, yeni “X53” aktı alınmamışdır (cild 1, iş vər.: 08-11, 203-206); Quba RİH Başçısının 01 noyabr 2001-ci il tarixli sərəncamından görünür ki, "xxxx" MMC üçün Vəl-vələ çayı hövzəsində 2.0 hektar torpaq sahəsi ayrılmışdır (cild 1, iş vər.: 12, 13, 64, 65, 207, 208); Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayədə X12 və X23 Agentliyi tərəfindən təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A-12010 nömrəli 18 noyabr 2020-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükəli obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır (cild 1, iş vər.: 147-150); "xxxx" MMC-in nizamnaməsindən görünür ki, xx.xx.2001-ci il tarixdə MMC-nin nizamnaməsi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində təsdiq edilmişdir (cild 1, iş vər.: 217-221); Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Vergilər İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə "xxxx" MMC keçmiş Azərbayan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təkrar dövlət qeydiyyatına alınmışdır (cild 1, iş vər.: 66-68); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2001-ci il tarixdə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmış və təsisçisi X25 olan "xxxx" MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxs və X30 təyin edilmişdir (cild 1, iş vər.: 74); Təqsirləndirilən şəxs və Şahid4 arasında bağlanmış 17 avqust 2017-ci il tarixli müqavilə əsasən Şahid4 Quba rayonu, Vəl-vələ çay ərazisində yerləşən, "xxxx" MMC-ə məxsus qum-çınqıl karxanasını təmir və yoxlama işləri üçün Təqsirləndirilən şəxs təhvil vermiş, icraçı öz şəxsi vəsaiti hesabına obyekti təmir edib təhvil aldığı vəziyyətindən pis olmamaq şərti ilə geri qaytarmağı öz öhdəsinə götürmüş olur. Obyektin ərazisində yerləşən və sifarışçiyə məxsus bütün material və avadanlıqların qorunub saxlanılmasına İcraçı cavabdehdir (cild 1, iş vər.: 83); 02 iyul 2012-ci il tarixli 306921 nömrəli etibarnaməyə əsasən X25 bütün əmlakının idarə edilməsini və onun üzərində sərəncam vermək hüquqlarını Şahid4 etibar etmişdir (cild 1, iş vər.: 101); 06 dekabr 2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, Təqsirləndirilən şəxs 300.000 manat pula "xxxx" MMC-i almış və xx.xx.2018-ci il tarixədək hər ay 25.000 (iyirmi beş min) manat olmaqla pul və ya mal-material şəklində ödəməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs tərəfindən verilmiş 02 dekabr 2021-ci il tarixli ərizəyə əsasən məxsus Quba rayonu, Vəl-vələ çayında yerləşən karxanaya görə Şahid4 70.000 (yetmiş min) manat borcu qalmış, müqavilənin bağlanmasından 3 il müddət keçməyinə baxmayaraq, müəyyən səbəblərə görə ödəniş edə bilməmış, qalıq borcunu tam şəkildə ödəməyini öz öhdəsinə götürmüşdür (cild 1, iş vər.: 84, 85); "xxxx" ASC-nin abunə haqqında xx.xx.2022-ci il tarixli çıxarışına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək müddətdə 61.326,816 manat dəyərində 739.440 kvt. elektrik enerjisinin sərfiyatı olmuş, bu da həmin daş karxanasını qanunsuz fəaliyyət göstərməsini bir daha təsdiq etmişdir (cild 1, iş vər.: 141-145); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-319/2019 nömrəli 29 aprel 2019-cu il tarixli lisenziyaya əsasən "xxxx" MMC-ə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına icazə verilmişdir (cild 1, iş vər.: 146); Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli, 31296-1222 nömrəli məktuba əsasən “QAZ 310290” markalı **-PT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-in adına 21 aprel 2014-cü il tarixdən qeydiyyatda olmuşdur (cild 1, iş vər.: 249, 250); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktuba əsasən "xxxx" MMC-də müxtəlif dövrlərdə və müxtəlif peşə üzrə işləmiş X26, Şahid8, X34, Akmedov Kenan, X35, Şahid9, Şahid5, X31, X19, X20, Şahid6, X36, Şahid7, X4, X5, X8, X10, X15 və X21 müəyyən edilmişdir (cild 1, iş vər.: 155-158); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə mühəndislik ekspertizası) xx.xx.2022-ci il tarixli 10/2246 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya X54 Nazirliyinin X41 X2 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli aktlarda göstərildiyini, yəni Quba rayonu, Vəlvələ kəndi ərazisində, “Talıbıqışlaq” qum-çınqıl yatağında baxış keçirilərkən "xxxx" MMC-yə qum-çınqıl hasilatın aparılması üçün verilmiş xx.xx.2012-ci il tarixli 00572 nömrəli “X53” aktının müddətinin (5 ilin) keçməsinə baxmayaraq, müvafiq icazələr alınmadan, həmin ərazilərdə qum-çınqıl qarışığının (qarışıq süxurunun) hasilatının aparılmasının davam etdirildiyinin aşkar edildiyini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9, 10, 21, 46 maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2 bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ekologiya X54 Nazirliyinin X41 X3 əməkdaşları tərəfindən 16 oktyabr 2020-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş monitorinq (yoxlama) zamanı, "xxxx" MMC-yə məxsus daş karxanası tərəfindən “X53” aktı ilə ayırılmış sahədən kənarda özbaşına ərazilərin zəbt etməklə yox, həmin aktın qüvvədə olma müddətinin keçməsinə baxmayaraq, müvafiq icazələr alınmadan ayırılmış sahənin daxilində qum-çınqıl hasilatının aparılması müəyyən edilmişlər. “Google Earth” internet proqramında mövcud olan illər üzrə kosmik peyk təsvirlərindən (ortofotoçəkilişlərdən) görünür ki, "xxxx" MMC-yə Vəlvələ çayının məhraçında müvafiq icazə sənədin (xx.xx.2012-ci il tarixli 00572 nömrəli “X53” aktının) qüvvədə olması müddətinin (5 ilin) keçməsinə baxmayaraq özbaşına fəaliyyət göstərildiyi, bir ədəd rəngli xətlərlə işarələnmiş sahələrdə qum-çınqıl qarışığının hasilatının aparılmasından relyeflərdə əmələ gəlmiş dəyişmələrə görə, hasilat işlərinin aparılması 2017-ci ilin mart ayına təsadüf edir. "xxxx" MMC-ə məxsus qum-çınqıl karxanası tərəfindən 45 ay ərzində (2017-ci ilin aprel ayından 2022-ci ilin yanvar ayına qədər) ümumi hasil edilmiş qum-çınqıl qarşığının həcmi 16.200 m3, bir ayda isə hasil edilmiş qum-çınqıl qarışığının həcmi 360 m3 olmaqla, istehsal edilmiş qum-çınqıl qarışığının dəyəri 50.400,00 manat təşkil edir (cild 2, iş vər.: 145-152); 16 dekabr 2019-cu il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən MMC-in icraçı direktoru Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 3.000 (üç min) manat məbləğində inzibati cərimə cəzası verilmişdir (cild 1, iş vər.: 137, 138); Ekologiya X54 Nazirliyinin 5 saylı Regional Ekologiya X54 idarəsi tərəfindən tərtib olunmuş 26 dekabr 2018-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qum-çınqıl karxanasının fəaliyyətinə dair ekolojı təhlükəsizliyə aid hüquqi normativ sənədlərin müddətinin bitməsi, fəaliyyət üçün yeni müddətə sənədlərin alınmamasına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməklə 1200 manat məbləğində inzibati cərimə edilmişdir, Qeyd olunan cərimə Təqsirləndirilən şəxs tərəfindən ödənildiyi üçün Baki şəhəri Xətai Rayon İcra şöbəsi tərəfindən 01 iyun 2021-ci il tarixdə icraata xitam verilmişdir (cild 1, iş vər.: 62, 63). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2012-ci il tarixdə 5 il müddətinə "xxxx" MMC-ə verilmiş “X53” aktının istifadə müdddətinin bitməsini bilmədiyini, qısa müddət ərzində, yəni 2018-2019-cu illərdə Quba rayonu, Vəl-vələ çay hövzəsində yerləşən “Talıbqışlaq” qumçınqıl yatağından xammal hasil etdiyini, daş karxanasında olan avadanlıqların nasaz olmasına görə fəaliyyətini davam etdirə bilmədiyini, daş karxanasının qonşuluğunda fəaliyyət göstərən Rauf İbrahimov və Vüsal Abbasovun həmin qum-çınqıl yatağından istifadə etməklə, təbiətə qeyd olunan ziyanı vurduğunu qeyd etməsinin özünü müdafiə xarakterli olması nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 247 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin, yəni işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma və vəzifə səlahiyyətlərini aşma cinayətlərini hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi faktı cinayət işi üzrə toplanmış sübutlarla təsdiq edilmədiyi üçün həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, Quba rayonu Vəl-vələ çay hövzəsində yerləşən “Talıbqışlaq” qumçınqıl atağından 111.972 m3 həcmində qarışıq süxur götürülüb emal edilməsi nəticəsində dövlətə və təbiətə cəmi 370.444 manat məbləğində ziyan vurulması •'aktına görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə elan edilmiş ittihamda ümumi hasil edilmiş qum-çınqıl qarşığının həcminin 16.200 m3 olmaqla, istehsal edilmiş qum-çınqıl qarışığının dəyərinin 50.400 manat təşkil etməsi nissəsi istintaq zamanı təsdiq edildiyi üçün digər hissə ittihamdan xaric edilməklə, cinayət işi üzrə icraata ittihamdan xaric edilən hissəyə münasibətdə xitam verilmiş, Quba rayonu Vəl-vələ çay hövzəsində yerləşən “Talıbqışlaq” qum-çınqıl yatağından çıxarılan qum-çınqıl xammalının həcmi, eləcə də dövlətə və təbiətə vurulmuş zərərin məbləği müəyyən edilərkən xx.xx.2022-ci il tarixli baxış protokolu və xx.xx.2022-ci il tarixli məhkəmə mühəndislik ekspertizasının rəyi əsas götürülmüş, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların müəyyənləşdirilərək aradan qaldırılması, qeyd olunan qanun pozuntularının müvafiq qurumlarda müzakirəsi, gələcəkdə təkrarlanmasının qarşısının alınması və müsbət təsir imkanları olan digər tədbirlərin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 221-ci və "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələrini rəhbər tutaraq, Baş Prokurorluğun əməkdaşının iştirakı ilə Azərbaycan Respublikasının Ekologiya X54 Nazirliyində və aidiyyəti qurumlarında müzakirəsi keçirilməklə, qanun pozuntularına yol vermiş əməkdaşlar barəsində qanunamüvafiq intizam tədbirlərinin tədbiq olunması üçün Azərbaycan Respublikasının Ekologiya X54 Nazirliyinə təqdimat verilməsi məqsədi ilə zəruri sənədlər ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, qanun pozuntularına yol vermiş əməkdaşlar barəsində qanunamüvafiq intizam tədbirləri tədbiq olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinə təqdimat verilməsi məqsədi ilə zəruri sənədlər ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, qanun pozuntularına yol vermiş əməkdaşlar barəsində qanunamüvafiq intizam tədbirləri tədbiq olunması üçün Quba Rayon İcra Hakimiyyətinə təqdimat verilməsi məqsədi ilə zəruri sənədlər ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmələri, zərərçəkmiş şəxslərin ifadələrinin yerində yoxlanılması və digər istintaq hərəkətlərinin protokolları, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən şəxsin, müdafiəçisinin və digər proses iştirakçılarının hüquqlarını müdafiə etmək məqsədilə məhkəmə nəzarətini həyata keçirən məhkəmələrə və ya yuxarı prokurora şikayət vermə və bu şikayətlərə baxılma imkanlarını genişləndirmək üçün həmin xüsusat üzrə cinayət təqibi üzrə cinayət işinin başlanmasının rədd edilmiş hissələrinə aid olan materiallar cinayət işindən ayrı icraata ayrılaraq müvafiq qaydada qeydə alınmaqla Baş prokurorluğun İstintaq idarəsində saxlanılmalı və ayrılmış sənədlərin siyahısı ona əlavə edilmişdir (cild 2, iş vər.: 173-206); Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, dəymiş ziyan Təqsirləndirilən şəxs adından məhkəmə istintaqı dövründə ayrı-ayrı vaxtlarda 50.400 manat məbləğində tam ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə sənayedə və digər obyektdə istismar işlərinin aparılması zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması ilə bağlı qaydaları pozulmasının ağır nəticələrə səbəb olması və vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etməsi faktları Təqsirləndirilən şəxs özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri və göstərilən digər sübutlarla öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.” Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: - hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Odur ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar da həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vər.: 169-171); “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, iş vər.: 207-211); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-328/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər.: 193-195); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-493/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır (cild 2, iş vər.: 83-87); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-729/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır (cild 2, iş vər.: 255-259); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(009)-208/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 2, iş vər.: 231-238); Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(027)-73/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(009)-208/2018 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (cild 2, iş vər.: 239-245); Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı MKTD Səbail rayon MKTB-nın 149 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vər.: 53, 54); məhkəmənin elektron bazasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü Arifə Namazova adında qızı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-in 83cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 3 il müddətinə əməyə mütləq cəlb olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya qərarına əsasən xx.xx.1998-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilmiş, keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin VCİAD tərəfindən 17 mart 2011-ci il tarixdə Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində cinayət təqibinə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qərarı ilə ittiham hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, Quba Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli ittiham hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinib 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 2, iş vər.: 107). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 247 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nın 247 və 308.2ci maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təqsirləndirilən şəxsə CM-nin 66.2 və 66.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılmalıdır. Həmçinin, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanmaqla üzərində 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 01 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılsın. Təqsirləndirilən şəxsnın üzərinə, sinaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X9, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-129/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-129/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver