Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-129/2023 09.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Quba rayonu, Xaroşa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Quba rayonu, Xaruşa kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-ci maddəsi ilə, xx xxxx 1991-ci il tarixdə Quba rayonu, Xaroşa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 3 ayzaşlı uşağı olan, məhkumluğu olmayan, Quba rayonu, Xaruşa kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı mövqeyinə görə: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq ağac kəsmək barədə oğlu Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən aralarında razılıq əldə edildikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2023-cü il tarixdə Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 X1 meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaruşa kəndində yerləşən 2-ci kvartalında qırma sahəsinə aid olmayan ərazidə 01 ədəd 39 sm diametrli, 01 ədəd 45 sm diametrli, 01 ədəd 46 sm diametrli, 01 ədəd 50 sm diametrli şabalıd yarpaqlı palıd cinsindən olmaqla ümumilikdə həmin dolayın ərazisindən meşə fonduna daxil olan 04 (dörd) ədəd yaş köküstə işliyə yararlı ağacı qanunsuz olaraq kəsib daşımaqla X13 xeyli miqdarda, yəni 1131,01 manat (min yüz otuz bir manat, bir qəpik) məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq ağac kəsmək barədə atası Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən aralarında razılıq əldə edildikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2023-cü il tarixdə Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 X1 meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaroşa kəndində yerləşən 2-ci kvartalında qırma sahəsinə aid olmayan ərazidə 01 ədəd 39 sm diametrli, 01 ədəd 45 sm diametrli, 01 ədəd 46 sm diametrli, 01 ədəd 50 sm diametrli şabalıd yarpaqlı palıd cinsindən olmaqla ümumilikdə həmin dolayın ərazisindən meşə fonduna daxil olan 04 (dörd) ədəd yaş köküstə işliyə yararlı ağacı qanunsuz olaraq kəsib daşımaqla X13 xeyli miqdarda, yəni 1131,01 manat (min yüz otuz bir manat, bir qəpik) məbləğində ziyan vurmuşdur. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 259.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməllərində cinayət tərkibi olsa da, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və onların törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 259.3cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, lakin ümumiyyətlə qanunsuz ağac kəsməkdə özünü təqsirli bilərək və mülki iddianı qəbul edərək göstərdi ki, Quba rayonu, Xaroşa kəndində həyat yoldaşı, oğlu Təqsirləndirilən şəxs2 və onun ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Quba rayonu, Xaroşa kəndi mavi yanacaqla təhciz olunmadığından, yaşadığı evi isitmək üçün odun sobasından istifadə edir. Evdə odunu bitdiyi üçün 05 fevral 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evdən meşəyə odun gətirmək üçün getmişdir. Həmin aylarda artıq oduncaq üçün Meşə İdarəsinə müraciət etmək mümkün deyildir. O, yaşadığı evdən 300-400 metr aralıqda olan yamacdan mişarla 04 ədəd ağac kəsmiş, sonra həmin ağacları doğrayaraq hazır vəziyyətə gətirmiş və gövdələrini “QAZ-24” markalı avtomobili ilə evinə daşımışdır. Növbəti gün, yəni 06 fevral 2023-cü il tarixdə təkrar həmin yerə getmişdir ki, kəsmiş olduğu ağacların yerdə qalan budaqlarını da yığıb aparsın. Elə bu vaxt yoldaşı zəng edərək, nəvəsi Gülməddinin xəstə olduğunu bildirərək evə gəlməyini demişdir. O, bunu eşindən kimi meşədən çıxmış və təxminən 100-150 metr aralıda kənddə fəhlə işləyən oğlu Bahəddinə zəng edərək, ağacları kəsdiyi həmin əraziyə getməsini, kəsdiyi ağacların budaqlarını doğrayıb odunları evə daşımasını tapşırmışdır. Özü isə nəvəsini xəstəxanaya aparmışdır. O, xəstəxanada olduğu zaman oğlu Bahəddin ona zəng edərək, polis əməkdaşlarının gəldiyini və onu soruşduqlarını demişdir. Təxminən saat 13 radələrində o, yaşadığı Quba rayonu, Xaroşa kəndinə qayıtmış və kəndin ərazisində polis əməkdaşları ilə qarşılaşmışdır. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Quba rayonu, Vəlvələ meşəbəyliyinin 02 saylı dolayının 02 saylı kvartalından cəmi 04 ağac kəsmiş, həmin ağaclardan biri quru olmuşdur. Kəsdiyi ağaclar diametrli olsa da, hündürlüyü çox olmamışdır. Ağacları 05 fevral tarixində kəsmiş, həmin gün ağacların bir qismini doğrayıb yaşadığı evin həyətinə daşımış, qalanları növbəti gün daşımaq niyyətində olmuşdur. Oğlu ilə əvvəldən bu barədə danışmamışdır. 05 fevral tarixində meşə ərazisinə tək getmiş, 06 fevral tarixində yenə də tək gedib odunları hazırlamışdır. Oğlu Bahəddin kənddə günəmuzd fəhlə işləyir. O, ağacları kəsib hazırlayan zaman oğlu başqa işdə olmuşdur. Oğlu Bahəddin meşə ərazisinə onun tapşırığı ilə getmişdir. Oğlu gedəndə demək olar ki, odunlar hazır vəziyyətdə olmuşdur. Oğlu qalan budaqları kəsib odunları evə aparmaq üçün getmişdir. Bahəddin ağacların kökündən kəsilməsində iştirak etməmişdir. Evi ağac kəsdiyi yerdən təxminən 400 metr aralıdadır. Sonda təqsirləndirilən şəxs çarəsiz olduğunu, evində istilik sistemi olmadığı üçün qanunsuz olaraq ağac kəsdiyini bildirərək, hazırda əməlindən peşman olması, ailə vəziyyətini, səhhətini və dəymiş ziyandan 131 manat ödədiyini nəzərə alaraq, yüngül cəza verilməsini xahiş etdi. Mülki iddianı qəbul edir və hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Məhkəmə iclasında ifadə verərkən iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, lakin atasına köməklik etməkdə özünü təqsirli bilərək və mülki iddianı qəbul edərək göstərdi ki, Quba rayonu, Xaroşa kəndində həyat yoldaşı, üç övladı və valideyinləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğuldur. Quba rayonu, Xaroşa kəndində yaşadığı evi isitmək üçün odun sobasından istifadə edirlər. O, günəmuzd fəhlə işləyir. 05 fevral 2023-cü il tarixdə həmkəndlisinin evində olmuş, kubik daşımışdır. Həmin gün atası meşəyə ağac kəsməyə getməsini bilməmişdir. Belə ki, o evdən sübh tezdən çıxıb işə getmişdir. xx.xx.2023-cü il tarixdə evə qayıdanda bilmişdir ki, atası bir neçə ağac kəsib bir hissəsini evə daşımışdır. Növbəti gün, yəni xx.xx.2023-ci il tarixdə atası kəsilmiş ağacları doğrayıb evə gətirmək üçün təkrar meşəyə getmişdir. Həmin gün nəvəsi xəstələndiyi üçün, atası işini yarımçıq qoyub xəstəxanaya getmiş və yoldan ona zəng edərək, meşəyə getməsini, kəsdiyi ağacların budaqlarını doğrayıb evə daşımasını tapşırmışdır. O, atasının sözünü yerə salmamış, meşəyə gedib atasının kəsdiyi ağacların yerdə olan budaqlarını doğramağa başlamışdır. Atasının orada saxladığı mişarla ağacların budaqlarını doğrayan zaman meşə gözətçisi Səxavət gəlmiş və işi dayandırmışdır. Daha sonra Pərviz və polis əməkdaşları gəlmişlər. Bu vaxt o, atasına zəng edərək polis əməkdaşlarının gəldiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, ağacları doğradığı mişar atasına məxsus olmuşdur. Atası işini yarımçıq qoyduğu üçün ağacları kəsdiyi mişar elə hadisə yerində qalmışdır. 05 fevral tarixində meşə ərazisinə atası tək getmiş, 06 fevral tarixində yenə də tək gedib odunları hazırlamışdır. O isə kənddə fəhlə işlədiyi yerdə olmuşdur. O, meşə ərazisinə atasının tapşırığı ilə qalan budaqları kəsib odunları evə aparmaq üçün getmişdir. Sonda təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində özünü təqsirli bilməyərək, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək və mülki iddianı müdafiə edərək bildirdi ki, 2020-ci ilin sentyabr ayından Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin baş mütəxəssis-hüquqşünası işləyir. X14 X9, Qusar və Xaçmaz rayonlarını əhatə etməklə 11 meşəbəylikdən ibarətdir. Quba rayonu ərazisi üzrə ümumilikdə 6 meşəbəylik (Rustov, Quba, Alpan, Qonaqkənd, Vəlvələ, Çiçi) vardır, Meşəbəyliklər də ərazisindən asılı olaraq müxtəlif sayda dolaylardan, dolaylar isə kvartallardan ibarətdir. Bir qayda olaraq, hər ilin əvvəlində qırılmasına icazə verilən sahə (qırma sahəsi) müəyyənləşdirilir və vətəndaşlar meşəqırma bileti əsasında qırma sahəsindən odun tədarük edirlər. 06 fevral 2023-cü il tarixdə Quba rayonu, Xaroşa kəndindən bir nəfər şəxs X14 Təsərrüfatı Mərkəzinin meşə mühafizə mühəndisi Şahid1 zəng edərək, meşə ərazisindən mişar işləməsini bildirmişdir. Şahid1 Vəlvələ meşəbəyliyinin 02 saylı dolayının ərazisinə meşə gözətçisi Səxavət Mehrəliyevi göndərmiş, daha sonra özü də həmin əraziyə getmişdir. Pərviz həmin əraziyə çatanda Xaroşa kənd sakini Təqsirləndirilən şəxs2 və Tural Vəliyev orada olduğunu görmüşdür. Pərviz və Səxavət orada olan zaman həmin ərazinin meşəbəyisi Şahid2 gəlmiş, orada olanda Bahəddinin kəsilmiş ağacları mişar vasitəsi ilə doğramasını görüb onun fəaliyyətini saxlamışlar. Onlar Bahəddindən nə etdiyini, niyə ağacları kəsməsini soruşduqda Bahəddin onlara həmin ağacları atası Təqsirləndirilən şəxs1 kəsdiyini bildirmişdir. Onlar orada olduğu zaman həmin ərazinin meşəbəyisi Şahid2 və ərazinin meşə gözətçisi Səxavət Mehrəliyevin iştirtakı ilə həmin ağaclar kəsilən ərazinin qırma sahəsinə aid olmadığını və həmin ərazidən şabalıq yarpaqlı palıd cinsli müxtəlif diametrli ümumilikdə həmin ərazidən meşə fonduna aid olan 04 ədəd yaş kök üstə işliyə yararlı ağacların qanunsuz kəsildiyini aşkar edilmişdir. Bununla bağlı Şahid1 tərəfindən akt tərtib edilmiş və iştirakçılarda daxil olmaqla imzalanmışdır. X14 Təsərrüfatı Mərkəzində qiymətləndirmə aparılarkən 04 ədəd işliyə yararlı ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində X13 həmin ağacların işlik və odun həcmlərinin qiyməti nəzərə alınmaqla ümumilikdə 1131,01 (min yüz otuz bir manat bir qəpik) manat məbləğində ziyan vurulması müəyyən olunmuşdur. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi göstərilənləri nəzərə alaraq, dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 26 avqust 2020ci il tarixdən X14 Təsərrüfatı Mərkəzinin mühafizə mühəndisi vəzifəsində işləyir. Vəzifələrinə rayon ərazisində yerləşən bütün meşə dolaylarında meşə qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək, qanunsuz ağac kəsmə halları aşkar edilərsə qanuna müvafiq tədbir görülməsini təşkil etmək, meşəqırma bileti olan şəxslərin sənədlərinin düzgünlüyünü yoxlamaq, qırma sahələrinə və bütün meşə gözətçilərinin fəaliyyətinə nəzarət etmək və s. daxildir. X14 X9, Qusar və Xaçmaz rayonlarını əhatə etməklə 11 meşəbəylikdən ibarətdir. Quba rayonu ərazisi üzrə ümumilikdə 6 meşəbəylik (Rustov, Quba, Alpan, Qonaqkənd, Vəlvələ, Çiçi) vardır. Meşəbəyliklər də ərazisindən asılı olaraq müxtəlif sayda dolaylardan, dolaylar isə kvartallardan ibarətdir. Hər bir meşəbəyliyə meşəbəyi, yəni meşəbəyliyin şöbə müdiri rəhbərlik edir. Hər bir dolaya isə meşə gözətçiləri tərəfindən nəzarət olunur. Dolaylann və kvratalların ərazisi eyni bir kəndin və bir neçə kəndin ərazisinə düşə bilər. Ərazisi böyük kəndlərdə dolay tam şəkildə həmin kəndin ərazisinə düşə bilər. Meşə gözətçiləri meşə qanunvericiliyinin pozulması hallarına aşkar etdikdə X14 Təsərrüfatı Mərkəzinə məlumat verir. 06 fevral 2023-cü il tarixdə Quba rayonu, Xaroşa kəndindən bir nəfər şəxs ona zəng edərək, meşə ərazisində mişar işləməsini bildirmiş, o, həmin əraziyə meşə gözətçisi Səxavət Mehrəliyevi göndərmişdir. Təxminən 10 dəqiqə sonra özü də Vəlvələ meşəbəyliyinin 02 saylı dolayının ərazisinə getmişdir. Əraziyə çatanda Xaroşa kənd sakini Təqsirləndirilən şəxs2 ərazidə olmasını görmüşdür. Onlar Bahəddinin kəsilmiş ağacların budaqlarını mişar vasitəsi ilə doğramasını görüb onun fəaliyyətini saxlamışlar. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, ona sözegdeən ərazidən mişar səsi gəldiyi barədə məlumat verilmiş, özü əraziyə çatanda mişar səsi dayanmışdır. Təqsirləndirilən şəxs2 ağacları kəsibkəsməməyinin bilavasitə şahidi olmamışdır. Sonuncunun deməsinə görə, sözügedən ağacları xx.xx.2023-cü il tarixdə atası Təqsirləndirilən şəxs1 kəsərək ağacların böyük bir hissəsini həmin tarixdə evə aparmış, ağır olduğu üçün qalanları növbəti günə saxlamışdır. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə atası Atamuqlan nəvəsi ilə xəstəxanaya getdiyi üçün, Bahəddindən meşəyə gedib qalan ağacları doğrayıb evə daşımasını tapşırmışdır. Bahəddin əraziyə getmiş, atası tərəfindən bir gün əvvəl kəsilmiş ağaclarınbudaqlarını doğramışdır. Bahəddin qeyd etmişdir ki, kəsilmiş ağaclar olan ərazinin balədiyyə torpaqlarına məxsus olduğunu bilmişlər. Kəsilmiş ağaclar, yaş köküstü ağaclar olmuşdur. Onlar əraziyə gəldikdə ağacların gövdələri orada olmamışdır. Verilən əlavə suallara cavab olaraq bildirdi ki, ağacların kəsilməsi üçün qırma bileti olmalıdır. Qırma biletin ilin sonu yanvar ayının 1-dək verilir. Təqsirləndirilən şəxslər qırma bileti əldə etməmişlər. Fevral ayında qırma bileti üçün müraciət etmiş olsalardı verilmə müddətlərinə əsasən onlara qırma bileti verilməyəcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 analoji ifadə vermiş və əlavə olaraq bildirdi ki, Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 X1 meşəbəyliyinin 2 saylı meşə dolayında meşə gözətçisi işləyir. Meşə olduğu zaman mişar səsi eşidib səsə getmişdir. Səs gələn yerə getmiş və Təqsirləndirilən şəxs2 kəsilmiş ağacların budaqlarını doğradığını görmüşdür. Ağacların gövlədələri həmin vaxt orada olmamışdır. Ümumilikdə 4 ağac kəsilmişdir. Təqsirləndirilən şəxs2 əvvəlcədən kəsilmiş ağacların budağlarını doğramışdır. Bahəddinin deməsinə görə ağacları bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə atası kəsmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, şahid bildirdi ki, ağacların kəsilməsi ilə bağlı Şahid1 tərəfindən akt tərtib edilmiş, o da həmin aktda imza etmişdir. Kəsilmiş ağacları Zeynalovlar yaşadıqları evin həyətinə yığmışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 analoji ifadə vermiş və əlavə olaraq bildirdi ki, Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 X1 meşəbəyliyinin 2 saylı meşə dolayında meşəbəyi işləyir. Hadisə xx.xx.2023-cü il tarixdə olmuşdur. Kəsilmiş ağacların qeydiyyatını aparmaq üçün onu çağırmışlar. O, hadisə yerinə sonda gəlmiş və gələndə orada ancaq öz işçiləri olmuşdur. Kəsilən ağacların sayı 4 olmuş, kötüklərinin diametrləri isə 40-50 sm olmuşdur. Ağacların qiymətləndirməsi Nazirlər Kabinetinin müəyyən etdiyi cədvələ uyğun olaraq aparılır. Kənd sakinlərinin öz aralarında müəyyən etdikləri qaydalara görə bir nəfər tərəfindən kəsilmiş ağac başqa şəxslər tərəfindən doğranılıb aparılmır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Quba RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X8 bildirdi ki, hadisə ilə bağlı ilkin istintaq aparılan zaman Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və ittiham aktı təsdiq edilməsi üçün rayon prokuroruna göndərilmişdir. Rayon prokuroru cinayət əməlinin düzgün tövsif edilməməsini əsas gətirərək ittiham aktını təsdiq etməmiş və geri qaytarmışdır. Geri qaytarılandan sonra əlavə araşdırma aparılmadan Təqsirləndirilən şəxs1 əməli tövsif edilmiş, eyni zamanda sonuncunun oğlu Təqsirləndirilən şəxs2 da məsuliyyətə cəlb edilərək, hər ikisinin əməli 259.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı ifadəsi alınan zaman sonuncu qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə atası Təqsirləndirilən şəxs1 ağacları tək başına kəsmiş, özü isə növbəti gün gedib kəsilmiş ağacların daşınmasına köməklik etmişdir. Şahid həmçinin bildirdi ki, kəsilmiş ağacların köklərinə baxış keçirmiş və gövdələrindən yayarlı olub-olmamasını müəyyən etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi elan olunan zaman məlum oldu ki, o da Şahid1 göstərdiklərini bildirərək, analoji ifadə vermişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 003170 saylı aktından görünür ki, X14 X1 Meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaroşa kəndində yerləşən 2-ci kvartalına baxış zamanı qırma sahəsinə aid olmayan ərazidə 01 ədəd 39 sm diametrli, 01 ədəd 45 sm diametrli, 01 ədəd 46 sm diametrli, 01 ədəd 50 sm diametrli şabalıd yarpaqlı palıd cinsindən olmaqla ümumilikdə həmin dolayın ərazisindən meşə fonduna daxil olan 04 (dörd) ədəd yaş köküstə işliyə yararlı ağacların kəsilməsinə görə təbiətə ümumilikdə 1131,01 manat məbləğdə ziyan dəymişdir; “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X14 X1 Meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaroşa kəndində yerləşən 2-ci kvartalına baxış zamanı qırma sahəsinə aid olmayan ərazidə 01 ədəd 39 sm diametrli, 01 ədəd 45 sm diametrli, 01 ədəd 46 sm diametrli, 01 ədəd 50 sm diametrli şabalıd yarpaqlı palıd cinsindən ağacların kəsilməsi müəyyən edilmişdir. Həmin ağacların hər birinin diametri ölçülməklə qeyd edilmiş, bu barədə fotocədvəl tərtib edilib protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair) 17 mart 2023-cü il tarixli, 9/1408 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd 39 sm diametrli, 01 ədəd 45 sm diametrli, 01 ədəd 46 sm diametrli, 01 ədəd 50 sm diametrli şabalıd yarpaqlı palıd cinsindən olmaqla həcmi - 5,33 m3, 04 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1131,01 manat (min yüz otuz bir manat, bir qəpik) müəyyən edilir. Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - cinayət işin materiallarında olan xx.xx.2023-cü il tarixli ittiham aktından görünür ki, ibtidai istintaq orqanı ilkin mövqeyinə görə Təqsirləndirilən şəxs1 05 fevral 2023-cü il tarixdə Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 X1 meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaruşa kəndində yerləşən 2-ci kvartalında qırma sahəsinə aid olmayan ərazidə 01 ədəd 39 sm diametrli, 01 ədəd 45 sm diametrli, 01 ədəd 46 sm diametrli, 01 ədəd 50 sm diametrli şabalıd yarpaqlı palıd cinsindən olmaqla ümumilikdə həmin dolayın ərazisindən meşə fonduna daxil olan 04 (dörd) ədəd yaş köküstə işliyə yararlı ağacı qanunsuz olaraq kəsərək X13 xeyli miqdarda, yəni 1131,01 manat (min yüz otuz bir manat, bir qəpik) məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət əməlini törətmişdir. Lakin, həmin ittiham aktı rayon prokuroru tərəfindən təsdiq edilməmiş və əlavə ibtidai istintaq aparılması üçün qaytarılmışdır; - “cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsindən həmin Məcəllənin 259.3-cü maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon Prokuroru Namiq Muradovun “ittiham aktı təsdiq olunmadan cinayət işinin əlavə istintaq aparılması üçün müstəntiqə qaytarılması” barədə xx.xx.2023-cü il tarixli qərarında qeyd olunur: “Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Quba RPŞ-nin İstintaq bölməsində istintaqı aparılmaqla ittiham aktı ilə Quba rayon prokurorluğuna daxil olmuş ********* nömrəli cinayət işi üzrə tərtib olunmuş ittiham aktı təsdiq edilməsin. Cinayət işi əlavə istintaq aparılması üçün Quba RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Məmməd Balayevə qaytarılsın.” Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham aktını təsdiq etməməklə, təqsirləndirilən şəxsin əməlinə düzgün qiymət verilməsi üçün müstəntiqə əlavə ibtidai istintaqın aparılması tapşırılmışdır. Müstəntiq isə heç bir əlavə araşdırma aparmadan, Təqsirləndirilən şəxs1 əməlini yenə də düzgün olmayaraq CM-nın 259.3-cü maddəsinə tövsif etmiş, həmçinin Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə araşdırması zamanı isə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələri sübuta yetməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmadığı, bu cinayətin tərkibi ilə tam əhatə olunmadığı üçün düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 259.3-cü maddəsinə əsasən, bu Məcəllənin 259.1-ci və ya 259.2ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Hüquq ədəbiyyatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsi şərh edilərkən göstərilir ki, qanunsuz kəsmə dedikdə, qoruyucu, sanitariyagigiyena və sağlamlaşdırma funksiyasını yerinə yetirən meşələrdən, qoruq və digər meşələrdən, milli və ya təbii parklardan ağacın, kolun müvafiq icazə olmadan, yəni meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsi, meşəqırma bileti və ya orderi, yaxud meşə bileti olmadan kökündən ayrılması başa düşülür. Qanunsuz kəsmənin üsulları müxtəlif ola bilər: qırma, mişarlama, kökündən çıxarma, baltalama və s. Müvafiq icazə (meşəqırma bileti, order, meşə bileti və s.) olsa da, ağac və ya yol kəsmə zamanı bu icazənin şərtlərinə, yəni ağac və ya kol kəsmək üçün ayrılmış xüsusi sahəyə və ya ağac (kol) qırmanın həcminə, kəsilən ağacların, kolların cins tərkibinə, yaşına və digər əlamətlərinə riayət edilməməsi qanunsuz ağac kəsmə kimi tövsif olunur. CM-in 259-cu maddəsinin dispozisiyasına görə, qanunsuz ağac kəsmə yalnız xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Xeyli miqdarda ziyan qiymətləndirici anlayışdır. Buna görə də şərh olunan cinayətin törədilməsi nəticəsində vurulan ziyanın xeyli miqdarda olub-olmaması məhkəmə tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların və ya kolların cins tərkibi, yaşı, məhsuldarlığı, mühitqoruyucu rolu, miqdarı, ekoloji, estetik əhəmiyyəti, nadir və nəsli kəsilmək üzrə olan növdən olub-olmaması və digər əlamətləri nəzərə alınmaqla müəyyən edilir. Təhlil olunan cinayət qanunsuz olaraq ağacların və ya kolların kəsilməsi nəticəsində xeyli miqdarda ziyan vurulduğu andan başa çatmış hesab edilir. Şərh olunan cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar qoruyucu, sanitariya-gigiyena və sağlamlaşdırma funksiyasını yerinə yetirən meşələrdə, qoruq meşələrində, milli və ya təbii parklarda ağacları və ya kolları qanunsuz olaraq kəsdiyini və bunun xeyli miqdarda ziyan vuracağını qabaqcadan görür və bunları arzu edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır. Eyni zamanda ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin qorunması baxımından yaşıllıqların mühafizəsi ilə bağlı qaydalara həm fərdlər, həm də səlahiyyətli orqanlar tərəfindən ciddi riayət edilməlidir.” Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 38 nömrəli Qərarında göstərilir ki: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışını tənzimləyir və meşədə oduncaq tədarükü və daşınması zamanı tətbiq olunur. 1.2. Köküstü oduncaq buraxılışı meşədən istifadə rejiminə uyğun olaraq aşağıdakı kimi aparılır: meşəbərpa qırması bərpası ilə - kurort meşələri, xüsusi qiymətli meşə massivləri, şəhərlərin və digər yaşayış məntəqələri ətrafındakı yaşıllıq zonalarının meşələri və dövlət meşə zolaqları istisna olmaqla, digər meşələrdə bərpa məqsədilə aparılan qırmalar; aralıq istifadə qırması ilə - meşələrdə qulluq, sanitariya və az qiymətli meşəliklərin rekonstruksiyası (yenidən əkmə qırmaları) ilə əlaqədar aparılan qırmalar; başqa qırmaları ilə - başdan-başa sanitariya qırmaları (su qovşaqlarının, boru kəmərlərinin, yolların, rabitə və elektrik xətlərinin tikintisi və digər işlərlə əlaqədar, meşə sahələrinin müəyyən olunmuş qaydada qeyri-meşə sahələrinə keçirildiyi zaman), həmçinin yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar. Göstərilən qırmalar təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə uyğun olaraq yalnız meşəqırma bileti və order əsasında aparılır. 1.4. Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı haqqında yerli meşə təsərrüfatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslərə verilən ittihamda onların 05 fevral 2023-cü il tarixdə Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 X1 meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaroşa kəndində yerləşən 2-ci kvartalında qırma sahəsinə aid olmayan ərazidə 4 ədəd yaş köküstə işliyə yararlı ağacı qanunsuz olaraq əvvəlcədən aralarında razılıq əldə edildikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında kəsib daşımasını qeyd etsə də, ittiham tərəfi bu halın mötəbərliyinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş nə də ki, bu cür sübutlar iş materiallarında da mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaqa verdiyi, həmdə məhkəmə iclasında vermiş olduğu ifadəsində qanunsuz olaraq 4 ədəd ağac kəsməsini etiraf etmiş, lakin bu əməli tək başına törətdiyini, ağacları kəsmək üçün qabaqcadan planlaşdırmadığını, oğlu ilə bu barədə qabaqcadan razılaşmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə məhkəmə iclasındakı ifadəsində qeyd etmişdir ki, atası Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə meşənin qırma sahəsinə aid olmayan ərazisindən 4 ağac kəsib həmin gün böyük hissəsini yaşadıqları evə daşımış, xx.xx.2023cü il tarixdə isə atası xəstəxanaya getmək məcburiyyətində qaldığı üçün, ondan həmin əraziyə getməsini, yarımçıq saxladığı işi tamamlamasını, yəni xx.xx.2023-cü il tarixdə kəsdiyi ağacların budaqlarını doğrayıb evə daşımasını tapşırmışdır. Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda iddia edirlər ki, onların arasında əvvəldən ağacların kəsilməsi barədə hər hansı razılaşma olmamış, meşə ərazisinə də birlikdə getməmişlər. Təqsirləndirilən şəxs1 deməsinə görə oğlu Bahəddin günəmuzd işləyir və o, ağacları kəsən zaman, yəni xx.xx.2023-cü il tarixdə, oğlu kənddə fəhlə kimi fəaliyyət göstərdiyi evdə işləmişdir. Şahidlərin də ifadələrindən aydın görünür ki, onlar xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirən zaman orada Təqsirləndirilən şəxs2 bilavasitə ağac kəsməsinin şahidi olmamış, bir gün əvvəl kəsilmiş ağacların budaqlarının Bahəddin tərəfindən doğranmasını aşkar etmişlər. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, CM-nın 259-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibinin yaranması üçün ağacların kökündən ayrılması baş verməlidir. Təqsirləndirilən şəxs2 tərəfindən isə bilavasitə həmin 4 ədəd ağacın kəsilməsini, yəni kökündən ayrılmasını, ümumiyyətlə, bu hadisə baş verən zaman orada olmasını təsdiq edə biləcək mötəbər sübüt məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslərin onlara ittiham olunan əməli qabaqcadan əlbir olan bir qrup şəklində, birgə törətmələri məhkəmə istintaqı zamanı sübuta yetmir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 CM-nın 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi həm ibtidai, həm də məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 05 fevral 2023-cü il tarixdə Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 X1 meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaruşa kəndində yerləşən 2-ci kvartalında qırma sahəsinə aid olmayan ərazidə 01 ədəd 39 sm diametrli, 01 ədəd 45 sm diametrli, 01 ədəd 46 sm diametrli, 01 ədəd 50 sm diametrli şabalıd yarpaqlı palıd cinsindən olmaqla ümumilikdə həmin dolayın ərazisindən meşə fonduna daxil olan 04 (dörd) ədəd yaş köküstə işliyə yararlı ağacı qanunsuz olaraq kəsib daşımaqla X13 xeyli miqdarda, yəni 1131,01 manat (min yüz otuz bir manat, bir qəpik) məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cazadan azad edilməsi üçün hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Xaruşa kəndində yaşayır və onun həyat yoldaşı X6, oğlu Təqsirləndirilən şəxs2, gəlini X7, nəvələri Gülməddin Zeynalov və Emil Zeynalovdan ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyandan 131 (bir yüz otuz bir) manat ödəniş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, şəxsiyyətinə tam uyğun olmalıdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 05 fevral 2023-cü il tarixdə atası Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 X1 meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaroşa kəndində yerləşən 2-ci kvartalında qırma sahəsinə aid olmayan ərazidə qanunsuz kəsilmiş 01 ədəd 39 sm diametrli, 01 ədəd 45 sm diametrli, 01 ədəd 46 sm diametrli, 01 ədəd 50 sm diametrli şabalıd yarpaqlı palıd cinsindən olmaqla ümumilikdə həmin dolayın ərazisindən meşə fonduna daxil olan 04 (dörd) ədəd yaş köküstə işliyə yararlı ağacları qabaqcadan vəd verib 06 fevral 2023-cü il tarixdə doğrayıb daşıyaraq cinayətin izlərini gizləməklə X13 xeyli miqdarda, yəni 1131,01 manat (min yüz otuz bir manat, bir qəpik) məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə görə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd olunur: İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı). Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Belə ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeindən göründüyü kimi, icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etməyən cinayətin digər iştirakçısı, yəni hazırki işdə köməkçi qismində çıxış edən Təqsirləndirilən şəxs2 əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 9-cu bəndində qeyd olunur ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir.” Odur ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən CM-nin 32.5, 259.1-ci madəsinə tövsif edilməli və Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Xaruşa kəndində yaşayır və onun atası Təqsirləndirilən şəxs1, anası X6, həyat yoldaşı X7, oğulları Gülməddin Zeynalov, Emil Zeynalov və Tuncay Zeynalovdan ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Gülməddin, xx.xx.2020-ci il təvəllüdlü Emil və xx.xx.2022-ci il təvəllüdlü Tuncay adında azyaşlı uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, köməkçi kimi cinayətin iştirakçısı olmaqda törətdiyi əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində 3 azyaşlı uşağın olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 259.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlinin törədilməsində təqsirli bilindikləri üçün, bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən müştərək qaydada ödənilməlidir. İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinə dəymiş ziyan 1131,01 (bir min bir yüz otuz bir manat bir qəpik) manat təşkil etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyandan 131 (bir yüz otuz bir) manat ödəniş olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin mülki iddiası qismən təmin edilməli, 1000,01 (bir min manat bir qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X5 Agentliyindəki hesabına köçürülməlidir. Bundan başqa, mülki iddiaçı X14 Təsərrüfatı Mərkəzi dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 (min) manatadək olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ mülki cavabdehlərdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 aylıq qazancından ilk dəfə 20 % dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 259.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 aylıq qazancından ilk dəfə 20 % dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin mülki iddiası qismən təmin edilsin, 1000,01 (bir min manat bir qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X5 Agentliyindəki hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X14 Təsərrüfatı Mərkəzi; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 1422330, Büdcə səviyyə kodu: 1) köçürülsün. Mülki iddianın verilməsinə görə nəzərdə tutulan 30 (otuz) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-129/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-129/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver