Məhkəmə qərarları › İş №1(027)-13/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-13/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-13/2022 13.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, Quba rayon məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzaya 02 il sınaq müddəti təyin edilməklə şərti məhkum olunmuş, Quba rayonu, Zizik kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 188.2, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2010-2019-cu illər ərzində Quba rayonu, Timiryazev bələdiyyəsinin sədr müavini vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə tanışı Zərərçəkmiş şəxs1 Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində olmaqla bələdiyyə mülkiyyətində olan 0,04 ha torpaq sahəsini bələdiyyə yolu ilə alqı-satqı etməklə sonuncunun xüsusi mülkiyyətinə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək sonuncunun etibarından sui-istifadə edib məsələnin müsbət həll edilməsi üçün guya sənədləşmə işlərinin aparılması məqsədilə ondan 2016-cı ilin oktyabr ayında Quba rayonu, Zizik kəndi ərazisində yaşadığı evdə həmin məqsədlə 4000 (dörd min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində olmaqla bələdiyyə mülkiyyətində olan 0,04 ha torpaq sahəsini bələdiyyə yolu ilə alqı-satqı etməklə sonuncunun xüsusi mülkiyyətinə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək sonuncunun etibarından sui-istifadə edib məsələnin müsbət həll edilməsi üçün guya sənədləşmə işlərinin aparılması məqsədilə 2017-ci ilin iyul ayının ortalarında Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən “Unibank”ın qarşısında Zərərçəkmiş şəxs2 arvadı Şahid7 yanında ondan 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti almaqla həmin pul vəsaitini ələ keçirərək öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə tanışı Şahid8 Quba rayonu, Qudyalçay çayının yatağında yerləşməklə dövlət mülkiyyətində olan 7,0 ha torpaq sahəsinin icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək sonuncunun etibarından sui-istifadə edib məsələnin müsbət həll edilməsi üçün guya sənədləşmə işlərinin aparılması məqsədilə Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə onun xeyrinə edəcəyi hərəkətə görə 20000 (iyirmi min) manat pul vəsaitini birbaşa yolla rüşvət qismində verilməsinin zəruri olmasını Şahid8 aldadaraq ona bildirmiş və sonuncunun razılığını almaqla sövdələşdikdən sonra vahid niyyətlə 15 sentyabr 2018-ci il tarixdə Quba rayonu, Qudyalçay çayının yatağında Şahid8 işlətdiyi daş karxanasının inzibati otağında sonuncudan 20000 (iyirmi min) manat məbləğində, 2018-ci ilin oktyabr ayının ortalarında isə Quba rayonu, Qaraçay kəndi ərazisində Şahid8 tapşırığı ilə daş karxanasının mühasibi Şahid11 1000 (min) manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə Şahid8 21000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini ələ keçirərək öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid8 məxsus 21000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə sonuncunu birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə təhrik etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 Quba rayonu, Zizik kəndi ərazisində 27 avqust 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində 0,08 ha torpaq sahəsinin olmasını bilə-bilə guya Zərərçəkmiş şəxs3 atası Şahid2 torpaq sahəsi üzərində tikinti işlərinin aparılması barədə şifahi razılıq almasını bəhanə edərək 2015-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 Quba rayonu, Zizik kəndi ərazisində çıxarış əsasında xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində Şahid1 üçün birmərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evinin tikilməsi üçün Şahid3 və Şahid4 tapşırıq verib orada həmin evi inşa etdirərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 188.2, 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, 2004-cü ildən 2019-cu ilədək Zizik və Timiryazev bələdiyyəsinin sədrinin müavini işləmişdir. Onun adı Mahir olsa da, onu Maarif kimi tanımış və çağırmışlar. Zərərçəkmiş şəxs3 tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs3 2012-ci ildə Zizik bələdiyyəsinə müraciət edərək torpaq sahəsi almaq istəməsini demişdir. Quba rayonu, Zizik kəndi ərazisində 0,09 ha torpaq sahəsi Zərərçəkmiş şəxs3 satılmışdır. Zərərçəkmiş şəxs3 rəsmi olaraq bələdiyyənin büdcəsinə rüsum köçürmüş, bundan sonra onunla bələdiyyə arasında alqısatqı müqaviləsi imzalanmışdır. Daha sonra Zərərçəkmiş şəxs3 həmin torpaq sahəsinə çıxarış almışdır. Zərərçəkmiş şəxs3 torpaq sahəsini aldıqdan sonra, köçüb getmiş, həmin torpaq sahəsindən bu günədək istifadə etməmişdir. Torpaq Günelin adına olsa da, o torpağın onun atası Arifə məxsus olmasını düşünmüşdür. Həmin torpaq sahəsinin boş olmasını görüb torpaq sahəsini almaq qərarına gəlmiş və Zərərçəkmiş şəxs3 atası Arif ilə əlaqə saxlayaraq torpaq sahəsini almaq istədiyini demişdir. Arif ona torpaq sahəsindən istifadə etməsini, pulunu sonra verməsini bildirmişdir. Şahid1 uzun müddətdir ki, tanımışdır. Belə ki, Məmməd əslən Qonaqkənd qəsəbəsindədir və günəmuzd olaraq fəhlə işləyir. Məmməd onun yaşadığı evin təmir işlərini görmüşdür. Məmmədin gördüyü işlərə görə ona ümumilikdə 12000-13000 manat civarında pul ödəməli olmuşdur. Məmməd həmin vaxt Qonaqkənd qəsəbəsində qalmış, evi Quba şəhərinə uzaq olduğu üçün Zizik kəndi ətrafında ev almaq istəmişdir. O da həmin vaxt Quba rayonu Zizik bələdiyyəsinin sədrinin müavini işləmişdir. Günelin atası Arif ona torpaq sahəsindən istifadəyə icazə verdiyi üçün o Məmmədə ödəməli olduğu pulun əvəzində Zizik kəndi ərazisində 0,09 ha torpaq sahəsində 2 otaqlı ev tikərək verməyi və sənədlərini sonradan düzəldəcəyini təklif etmişdir. Məmməd də onunla razılaşmışdır. Ona görə də, Məmməd üçün Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsində 2 otaqlı ev tikmiş və Məmmədə vermişdir. Məmməd ondan torpaq sahəsinin və evin sənədlərinin olub-olmamasını soruşmuş, o isə Məmmədə narahat olmamasını, sənəd məsələsini həll edəcəyini demişdir. Lakin, sonradan oğlunun və qızının evlənməsi ilə əlaqədar, həmçinin, öz şəxsi maddi durumu ilə bağlı problemlər olduğu üçün Günelin torpağını ala bilməmişdir. O, Günelin atası Ariflə şifahi danışmış, lakin sənəd əsasında torpağı almamışdır. Günel 2021-ci ilin iyun ayında ona məxsus torpaq sahəsində ev tikilməsini görmüş, bu barədə Məmməddən soruşduqda Məmməd torpaq sahəsini onun verməsini demişdir. Günel də onu taparaq bu barədə iradını bildirmiş, onun torpaq sahəsini zəbt edərək satdığını demişdir. O isə Günelə atası Arifə bu barədə deməsini bildirmişdir. Günel isə ondan torpağın pulunu istəmişdir. Günellə 0,09 ha torpaq sahəsi üçün əvvəlcə 12000 manata, daha sonra 15000 manata, ən sonda 20000 manata razılaşmış və bir neçə günə Günelə pulu ödəyəcəyinə dair söz verərək hüquqmühafizə orqanlarına şikayət etməməsini, pulu ödəyəcəyini bildirmişdir. Günel də onunla razılaşmış və heç bir quruma şikayət etməmişir. Sonradan pulu verə bilmədiyi üçün Günel şikayət ərizəsi ilə prokurorluğa müraciət etmişdir. Şahid8 isə daş karxanası işlətməsini bilmiş, onunla tanışlığı belə yaranmışdır. Zizik kəndinin ərazisində Qudyalçay çayının yatağında 10,0 ha boş torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuş və bələdiyyənin mülkiyyətində olmamışdır. Həmin yer karxana işlətmək üçün əlverişli yer olmuşdur. 2018-ci ilin avqust ayında İlqar ona müraciət edərək karxana üçün yer almaq istəməsini demişdir. O isə İlqara dövlət mülkiyyətində olmaqla Zizik kəndinin ərazisində Qudyalçay çayının yatağında 10,0 ha boş torpaq sahəsi olmasını, həmin torpaq sahəsini icarəyə götürə biləcəyini, bunun üçün Quba rayon icra hakimiyyəti ilə danışacağını demişdir. Quba rayon icra hakimiyyətinin işçisi Şahid12la Quba şəhərində Heydər Əliyev adına parkın həyətində görüşmüş, həmin vaxt İlqar da yanında olmuşdur. O, Ruslandan vəzifəli şəxs kimi deyil, xüsusi mülkiyyətçilərlə olan əlaqəsindən istifadə edərək qum-çınqıl karxanası almağa köməklik etməsini xahiş etmişdir. Ruslan isə belə bir tanışlarının olmamasını bildirmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin sabiq əməkdaşı Vüqarla yaxın münasibəti olmuşdur. Vüqar əslən Quba rayonundan olmuş, onunla möhkəm dostluqları olmuşdur. Ruslanla məsələ alınmadıqdan sonra Vüqara demiş, dövlət mülkiyyətində olmaqla Zizik kəndinin ərazisində Qudyalçay çayının yatağında 10,0 ha boş torpaq sahəsini Şahid8 adına rəsmiləşdirmək istədiyini demiş, Vüqar ona Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə danışacağını, bu barədə xəbər edəcəyini demişdir. Sonradan Vüqar ona danışmasını, 200000 manata həmin torpaq sahəsini Şahid8 adına rəsmiləşdirməyin mümkün olmasını demişdir. Belə ki, həmin sahə dövlət mülkiyyəti olduğu üçün alqı-satqı deyil, yalnız müqavilə ilə icarəyə götürmək mümkün olmuşdur. O da 2018-ci ilin sentyabr ayında İlqarla görüşərək Quba rayon icra hakimiyyəti ilə danışdığını, bu məsələnin ümumilikdə 200000 manata başa gələcəyini, ilkin olaraq beh kimi 20000 manat verməsini bildirmişdir. Vüqar ona 20000 manat beh kimi almasını, həmin pulu Quba rayon icra hakimiyyətinə verəcəyini, sənədlər tam hazır olduqdan sonra qalan pulu götürüb verməsini tapşırmışdır. O da bu formada İlqara demiş, İlqar da onunla razılaşmışdır. İlqarla münasibəti həmin vaxt çox yaxın olmuş, İlqar onun sözlərinə güvənmişdir. 1 həftə sonra, 2018-ci ilin sentyabr ayının ortalarında İlqarla işlətdiyi karxananın həyətində görüşmüş, İlqar ona 20000 manatın hazır olmasını demiş, həmin vaxt İlqarın yanında Vasif və Məmməd adlı işçiləri olmuşdur. İlqar Vasif və Məmmədin yanında ona 20000 manat pul vermişdir. Pulu verən zaman İlqara rahat olması üçün onun pulu almasını videoya çəkməsini demişdir. İlqar da öz mobil telefonu ilə onu videoya çəkmişdir. Həmin videoda onun əlində 2 bağlama, hər biri 10000 manat olmaqla 20000 manat pul alması təsvir edilmişdir. O, həqiqətən də İlqardan dövlət mülkiyyətində olmaqla Zizik kəndinin ərazisində Qudyalçay çayının yatağında 10,0 ha boş torpaq sahəsini Şahid8 adına rəsmiləşdirmək üçün ilkin olaraq beh kimi 20000 manat pul almışdır. İlqardan həmin pulu alarkən qeyd edilən torpağı İlqarın adına sənədləşdirərək verəcəyinə dair söz vermişdir. Pulu alan zaman torpağın dövlət mülkiyyətində olması səbəbilə müqaviləsinin Quba RİH ilə bağlanacağını, ona görə də, pulun Quba rayon icra hakimiyyətinin vəzifəli şəxslərinə çatacağını bildirmişdir. O, həmin vaxt Timiryazev bələdiyyəsinin sədr müavini işləmiş, ona görə də, İlqar onun dediklərinə güvənmişdir. Bundan başqa, pulun alınması ilə bağlı İlqar tərəfindən yazılı olaraq akt tərtib olunmuş, o həmin pulu həqiqətən də almasına dair həmin aktda müvafiq qrafanın qarşısında imza çəkmişdir. Həmin aktdakı imza həqiqətən də onundur və ona məxsusdur. O, 20000 manatı aldıqdan sonra Vüqarla görüşmüşdür. Vüqar artıq Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsində deyil, Xaçmaz rayon şöbəsində işləmişdir. Pulu aldıqdan sonra elə həmin gün Vüqarla Xaçmaz şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin Xaçmaz rayon şöbəsinin yaxınlığında Xaçmaz şahmat məktəbinin qarşısında görüşmüş, İlqardan aldığı 20000 manatı Vüqara vermiş, Vüqar da səbrli olmasını, gözləməsini bildirmişdir. Vüqara pulu verən zaman yanında heç kim olmamışdır, həmin pulun Vüqara verilməsini təsdiq edəcək hər hansı şəxs, audio, video sübut yoxdur. Vüqar ona Quba rayon icra hakimiyyətindən gələcəklərini, ərazini ölçəcəklərini, həmin ərazini ölçən şəxslərə 1000 manat pul verməsini demişdir. O da 2018-ci ilin oktyabr ayında İlqara zəng edərək torpağın sənədləri ilə əlaqədar xəritəsinin hazırlanması üçün əlavə 1000 manat pul lazım olmasını demiş, İlqar da Qaraçay kəndindəki obyektdən gedib götürməsini, bu barədə mühasibə tapşıracağını bildirmişdir. O da mühasiblə Qaraçay kəndi ərazisində görüşmüş, mühasibə onu İlqarın göndərməsini bildirmiş, mühasib ona 1000 manat pul vermişdir. Növbəti gün, Quba rayon icra hakimiyyətinin memarlıq şöbəsinin 6-7 nəfər əməkdaşı gələrək sözügedən əraziyə baxış keçirmişlər. Həmin 6-7 nəfər əməkdaşı tanımır, onların üzlərini xatırlamır və hazırda da görsə tanımaz. O, həmin 1000 manatı əraziyə baxış keçirməyə gələn şəxslərdən 3 nəfər şəxsə vermişdir. Belə ki, gələn şəxslərdən birinə 500 manat, birinə 300 manat, digərinə isə 200 manat vermişdir. Bundan sonra, həmin şəxslər ərazini GPS vasitəsilə ölçərək qeydiyyat götürərək getmişlər. Bu hadisədən 2 ay vaxt keçmiş, lakin sənədlərdən xəbər çıxmamışdır. Ona görə də, Vüqarla görüşərək ondan torpağın sənədlərini verməsini xahiş etmişdir. Vüqar da səbrli olmasını, sənədlərin yaxın vaxtlarda hazır olacağını bildirmişdir. Bundan sonra, xeyli vaxt keçməsinə baxmayaraq sənədlər hazır olmamışdır. İlqar da tez-tez ondan sənədlər barədə soruşmuş, alınmırsa, pulu geri qaytarmasını demişdir. O da Vüqarla görüşərək pulu geri istəmişdir. Vüqar da ona Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasının yaxınlığına getməyi, iki nəfər şəxsin gələcəyini, pulun hamısını verəcəyini bildirmişdir. Vüqarın dediyi yerə getmiş orada iki nəfər ona yaxınlaşaraq ona 5000 manat pul verərək pulun qalan hissəsini 2 ay sonra veriləcəyini bildirmişlər. Həmin şəxlərdən pulu alaraq 2021-ci ilin yanvar ayında İlqarın 5000 manat pulunu qaytarmışdır. Ona həmin adamlar 2 ay sonra pulun ona çatacağını və Quba şəhərində götürəcəyini demişlər. Lakin, 2 ay sonra pulu verməmişlər. 3 ay sonra Vüqar infarkt keçirərək ölmüşdür. Bundan sonra, onun əlaqəsi tamam itmiş və pulu kimdən alacağını bilməmişdir. Həmin şəxslərlə hər hansı əlaqəsi olmadığı üçün pulu kimdən alacağı bilməmişdir. Bu müddət ərzində İlqar ona müraciət edərək pulun qalanını istəmişdir. O da gözləməsini, gilas satışı ilə məşğul olduğu üçün pul gələn kimi pulu verəcəyini demişdir. Lakin, söz verdiyi vaxtda verə bilmədiyi üçün İlqar ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs1 tanıyır. Onunla münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs1 2016-cı ildə Quba rayonu, Timiryazev qəsəbəsində torpaq sahəsi almaq istəmişdir. O, həmin vaxt Timiryazev bələdiyyəsinin sədr müavini olmuşdur. Beydulla qardaşı Əmrəddinlə birlikdə ona yaxınlaşaraq 0,08 ha torpaq sahəsi üçün 8000 min manatdan bir qədər çox pul vermişlər. Həmin məsələ ilə əlaqədar Quba rayon məhkəməsinin icraatında cinayət işinə baxılmışdır. Həmin işə baxış zamanı da o Əmrəddin və Beydullaya söz verdiyi 0,08 ha torpaq sahəsi əvəzində 0,13 ha torpaq sahəsi vermişdir. Beydulla və Əmrəddin də Quba rayon məhkəməsinə ərizə ilə müraciət edərək heç bir şikayət və tələblərinin olmamasını bildirmişlər. Göstərilən halı ev alqı-satqısı ilə məşğul olan Mamedin qardaşı Rizvan təsdiq edə bilər. Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1 görə tanımışdır. Onunla münasibəti normal olmuşdur. 2017-ci ildə Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsi almaq istəməsini demişdir. O da ona Timiryazev qəsəbəsində bir-iki yer göstərmiş və 5500 manata torpaq sahəsinin sənədlərinin hazır olmasının başa gələcəyini demişdir. 2017-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs2 Quba şəhəri, H.Əliyev prospektində “Unibank”ın qarşısında ona 0,04 ha torpaq sahəsi üçün 5500 manat pul vermişdir. Lakin, sonradan onun məsələsi də alınmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını qeyd edərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə təsadüfən 2016-cı ilin payız aylarında toy məclisində tanış olmuşdur. Təqsirləndirilən şəxs “Maarif” kimi tanımış və sonradan adının Mahir olmasını bilmişdir. Onun yaşadığı Muçu kəndi şəhər mərkəzindən 80 km məsafadədir. Ona görə də, şəhərin mərkəzinə yaxın yerdə, daha dəqiq Timiryazev qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəmişdir. Təqsirləndirilən şəxsla tanış olduqdan sonra onun Timiryazev bələdiyyəsinin sədr müavini olmasını bilib mobil nömrəsini götürmüşdür. Timiryazev bələdiyyəsinə Timiryazev qəsəbəsi və Zizik kəndləri daxildir. Rayona gəldikdə, 2016-cı ilin oktyabr ayında ona zəng edərək Timiryazev qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiyini demiş və görüşməyi təklif etmişdir. Mahir onu avtomobillə götürmüş və birlikdə Mahirin yaşadığı Zizik kəndində yerləşən evə getmişlər. Mahirə söhbət əsasında Timiryazev qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsi almaq istədiyini demişdir. Yolüstü Zizik kəndi ərazisində Mahir ona 0,08 ha torpaq sahəsi göstərərək həmin torpaq sahəsinin 0,04 ha hissəsini ona verə biləcəyini bildirmişdir. Mahirin evində oturub çörək yeyək zaman Mahir ondan Zizik kəndi ərazisində 0,04 ha torpaq sahəsi üçün 5500 manat pul istəmişdir. Lakin, onun üzərində 4000 manat pul olmuşdur. Ona görə də, Mahirə 4000 manatı vermiş, qalan 1500 manatı isə düzəldib verəcəyini bildirmişdir. Mahir ondan Timiryazev bələdiyyəsinin adına torpaq sahəsi almaqla bağlı müraciət formasında ərizə almış, şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüşdür. Pulu verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Mahir ona həmin torpaq sahəsini verməmişdir. Bundan sonra Mahir ona Timiryazev qəsəbəsinin ərazisində 0,20 ha torpaq sahəsi olmasını demiş və ona 5 nəfər adam tapmasını, hər biri 0,04 ha torpaq sahəsi olmaqla 0,20 ha torpaq sahəsini həmin 5 nəfərə sata biləcəyini bildirmişdir. O da bu barədə qohumlarına demişdir. Nəticədə, qardaşı Əmrəddin 2 yer – hər biri 0,04 ha olmaqla ümumilikdə 0,08 ha torpaq sahəsi üçün, qohumu Nəsimi 0,04 ha torpaq sahəsi üçün, özü 0,04 ha torpaq sahəsi üçün, qardaşının kürəkəni Ərəstun 0,04 ha torpaq sahəsi olmaqla ümumilikdə 0,20 ha torpaq sahəsi almaq barədə razılaşmışlar. Mahir Nəsimidən də 0,04 ha torpaq sahəsinə görə 5500 manat pul almışdır. Lakin, o Nəsiminin Mahirə pul verməsini görməmiş və bu prosesdə iştirak etməmişdir. Sadəcə Mahir ondan 0,04 ha torpaq sahəsinə görə 5500 manat pul istədiyinə görə Nəsiminin də 0,04 ha torpaq sahəsi üçün 5500 verəcəyini bilmişdir. Həmçinin, Nəsimi ona 0,04 ha torpaq sahəsi üçün Mahirin ondan da 5500 manat pul istəməsini demişdir. Bundan başqa, Mahir qardaşı Əmrəddindən hər biri 0,04 ha olmaqla ümumilikdə 0,08 ha torpaq sahəsi üçün 9000 manat pul almışdır. Qardaşının kürəkəni Ərəstundan isə 5500 manat pul almışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tananaraq dindirilmiş X2 və Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirərək məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş və məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki o, Təqsirləndirilən şəxs qohumu Beydullaya görə tanımışdır. Beydulla onun bibisinin qaynıdır. Beydulla ilə münasibətləri çox yaxşı olmuşdur. O, əvvəllər Rusiya Federasiyasının Sverdlosk vilayətinin Serov rayonunda yaşamışdır. Mütəmadi Quba rayonuna gəlib-getmişdir. Quba rayonuna gələrkən Timiryazev qəsəbəsində torpaq sahəsi alaraq ev tikmək fikrinə düşmüşdür. Beydullanın vasitəsilə özünü bələdiyyədə işləyən şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Mahiri “Maarif” kimi tanımış, sonradan əsl adının Mahir olmasını bilmişdir. Mahirlə tanış olduqdan sonra ona Timiryazev qəsəbəsində 0,04 ha torpaq sahəsi almaq istədiyini demişdir. Mahir ona bələdiyyədə işlədiyini, ona 0,04 ha torpaq sahəsinin sənədlərini 1 ay ərzində düzəldə biləcəyini bildirmiş və ona Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsi göstərmişdir. O, həmin torpaq sahəsini görmüş, bəyənmiş və almaq istədiyini demişdir. Mahir də həmin torpaq sahəsini onun adına sənədləşdirə biləcəyini bildirmiş və bunun üçün ondan 5500 manat pul istəmişdir. O, Mahirin bələdiyyədə işləməsini bildiyinə görə ona inanmışdır. 2017-ci ilin iyun ayında Quba şəhəri, Heydər Əliyev prospektində “Unibank”ın qarşısında arvadı Şahid7 yanında ümumilikdə 5500 manat məbləğində pulu Mahirin özünə vermişdir. Mahir bundan sonra 1 ay ərzində sənədlərin hazır olacağını bildirsə də, 4 ildən çoxdur ki, onun sənədlərini düzəldib verməmişdir. Hər dəfə onunla mobil telefonla danışaraq pulunu və ya sənədlərini istəsə də, Mahir hər dəfə müxtəlif bəhanələrl gətirərək pulu və ya torpağın sənədlərini verməkdən yayınmışdır. Beydulla onu Mahirlə tanış etsə də, sonrakı proseslərdə iştirak etməmişdir. Pulu Mahirə verən zaman isə yanında yalnız arvadı Şahid7 olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki o, atası Arif Quba rayonunda daş karxanasında işlədiklərindən onunla birlikdə Quba rayonunda yaşamağa köçmüşdür. Həmin vaxt Timiryazev bələdiyyəsinin sədr müavini Mahir daş karxanasına tez-tez gəlib-getmiş və atası ilə münasibəti yaxşı olmuşdur. Mahiri “Maarif” kimi tanısa da, sonradan adının Təqsirləndirilən şəxs olmasını bilmişdir. Mahir atasına Zizik kəndində torpaq sahəsi almağı təklif etmişdir. Atası isə razılaşmış, 2012-ci ildə 0.09 ha torpaq sahəsi almışlar. Notariusda sənədləri təqdim etdikdən sonra ******* seriyalı çıxarışla torpağı öz adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsini bələdiyyə ilə rəsmi alqı-satqı etməklə almışdır. Mahir onun adına sözügedən torpaq sahəsinə münasibətdə çıxarışın olmasını bilmişdir. Həmin torpaq sahəsini almasından Mahirin xəbəri olmuşdur. 2012-ci ilin sentyabr ayında o Naxçıvan şəhərinə köçmüş və 2018-ci ilə qədər orada yaşamışdır. 2018-ci ildə Bakı şəhərinə qayıtmışdır. Bakıda olarkən ona torpaq sahəsində kiminsə ev tikməsini xəbər versələrdə işləri ilə əlaqədar gələ Quba rayonuna gələ bilməmişdir. 2021-ci il may ayında Quba rayonuna gəldikdə ona məxsus torpaq sahəsində mişar daşlarından birmərtəbəli, 2 otaqlı evin tikildiyini görmüşdür. Həmin evə daxil olduqda onu Məmməd adlı şəxs qarşılamış və kim olduğunu soruşmuş, Məmməd torpaq sahəsinin ona Mahirin 7800 manata satmasını və həmin evi də Mahirin onlar üçün tikməsini bildirmişdir. Ondan torpaq barəsində hansısa sənədin olduğunu soruşduqda Məmməd heç bir sənədlərinin olmadığını və Mahirə pulun yarısını ödədiyini bildirmişdir. O, Məmmədə torpağından çıxmasını demiş, lakin, Məmməd pulu Mahirə verdiyini və Mahirin dediyinə görə həmin pulun ona çatdığını və onun burada ev tikilməsindən xəbəri olduğunu bildirmişdir. Lakin, onun bu barədə heç bir məlumatı olmamış və ona pul çatmamışdır. Daha sonra Məmməd Mahirə zəng edərək onu evə çağırmışdır. Mahirə torpağında qanunsuz ev tikildiyini demiş və onlara torpağından çıxmalarına görə 3 gün vaxt vermişdir. 3 gün keçdikdən sonra onlar həmin evdən çıxmalı olmuşlar. O, Bakıya gedərkən Mahir yolda ona zəng edərək torpağı ona satmasını demiş, əvəzində 12000 manat pul təklif etmiş, o isə razılaşmamışdır. Bundan sonra Mahir ona yenidən zəng edərək 13000 manat təklif etmiş, o isə 20000 manatdan ucuz satmayacağını bildirmiş, Mahir isə 15000 manatını 15 iyun 2021-ci il tarixdə verəcəyini, qalan 5000 manatı isə 6 ay ərzində ödəcəyini bildirmiş, bu halda o razılaşmışdır. Lakin, 15 iyun 2021-ci il tarixdə Mahirlə əlaqə saxlamış, Mahir isə iyun ayının 25-nə kimi ondan vaxt istəmişdir. 25 iyun tarixdə Mahirlə əlaqə saxladıqda ondan yenidən iyunun 30-na kimi vaxt istəmiş və gilas satışının başladığını və əlinə pul gələn kimi 15000 manat verəcəyini bildirmişdir. Lakin, 30 iyun tarixdə zənginə cavab verməmişdir. Ona görə də, rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Mahiri kənddə “Maarif” kimi tanımış və çağırmışlar. Zərərçəkmiş şəxs1 da tanıyır. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan danışıqlardan, sövdələşmələrdən məlumatı yoxdur. Belə bir hadisənin şahidi olmamışdır. Beydulla ilə aralarında borc münasibəti olmuşdur. Belə ki, bacısı Dilarənin Quba rayonu, Zizik kəndi ərazisində 0,14 ha torpaq sahəsi olmuşdur. Maddi durumu ilə əlaqədar, daha dəqiq, qızına toy etmək üçün bacısı həmin torpaq sahəsini satmışdır. Bacısı həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 əvvəlcə ucuz qiymətə satmışdır. Sonradan toy ilə əlaqədar ehtiyacı yarandığı üçün Beydulladan torpağa görə əlavə də pul verməsini tələb etmişdir. Beydulla da həmin vaxt bacısına pul vermək istəmiş, lakin pulu olmadığı üçün borc almaq istəmişdir. Həmin vaxt o Beydullaya 4000 manat borc pul vermiş, borc pul verməsi ilə əlaqədar Quba “Asan Xidmət” mərkəzində Beydulla ilə borc müqaviləsi bağlamış, Beydulla da sonradan onun pulunu tam şəkildə ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki o, əvvəllər Quba rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. 2012-ci ildən etibarən isə Quba rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qardaşı Soltana görə tanımışdır. Soltan Zizik kəndinin mollasıdır, dini fəaliyyətlə məşğuldur. Təqribən 2018-ci ildə Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərək görüşmək istəməsini bildirmişdir. O, Quba rayon icra hakimiyyətinin yaxınlığındakı Heydər Əliyev adına parkda Mahir ilə görüşmüşdür. Həmin vaxt Mahirin yanında bir nəfər İlqar adlı şəxsdə olmuşdur. Mahir ona Quba rayonu, Zizik kəndi ərazisində Qudyalçayın yatağında dövlət mülkiyyətində boş torpaq sahəsinin olmasını bildirmiş və həmin torpaq sahəsini İlqarın adına icarəyə verilməsi ilə əlaqədar sənədləşmə işlərinə köməklik etməsini xahiş etmişdir. O isə Mahirə belə bir şeyə səlahiyyətinin çatmamasını, ona görə də, edə bilməcəyini bildirmiş və onu belə şeyə görə narahat etməməsini xahiş etmişdir. Bu söhbətdən təqribən bir neçə ay sonra Mahir yenidən zəng edərək onunla gürüşmüşdür. Həmin vaxt yenə də İlqar Mahirin yanında olmuşdur. Mahir yenidən eyni təklifini ona bildirmişdir. O isə ikinci dəfə ona edə bilməcəyini demiş və imtina etmişdir. Bundan sonra, Mahir və İlqar ona bu məsələ ilə əlaqədar müraciət etməmişlər. Mahir və ya İlqar Quba rayonu, Zizik kəndi ərazisində Qudyalçayın yatağında dövlət mülkiyyətində olan boş torpaq sahəsinin Şahid8 adına icarəyə verilməsi ilə əlaqədar sənədləşmə işlərinə köməklik edilməsi müqabilində ona pul, maddi və sair nemət təklif etməmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin sabiq əməkdaşı Vüqar adlı şəxsi tanımamışdır. Həmin şəxs və ya başqa bir şəxs ona zəng edərək Mahirin torpaq məsələsi ilə əlaqədar yanına gəlməsi, ona köməklik göstərilməsi və istəyinin yerinə yetirilməsi barədə hər hansı xahiş, tapşırıq, göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Zizik kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs “Maarif” kimi tanıyır, Onunla münasibətləri normaldır. 2018-ci ilin sentyabr ayının 15-də Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən daş karxanasında olarkən Şahid8 onun və Şahid9 yanında “Maarif” kimi tanıdığı Quba rayonu, Timiryazev bələdiyyəsinin sədr müavini Təqsirləndirilən şəxs 20000 manat pul vermişdir. O, İlqarın həmin məbləğdə pulu Mahirə verməsini görmüşdür. Həmçinin, bunu Şahid9 da görmüşdür. Bundan başqa, pulun həqiqətən də Təqsirləndirilən şəxs verilməsinə dair akt tərtib olunmuş, həmin aktı da öz adından imzalamışdır. Həmçinin, orada olan Şahid9, Şahid8 və Təqsirləndirilən şəxs da həmin aktı imzalamışlar. Habelə, Şahid8 tərəfindən pulun həqiqətən də Təqsirləndirilən şəxs verilməsinə dair videoçəkiliş aparılmış, həmin videoçəkiliş də Təqsirləndirilən şəxs pulları əlində tutaraq Şahid8 20000 manat pul almasını təsdiqləmişdir. Mahir aldığı pulun müqabilində İlqara Quba rayonu, Qudyalçayın yatağında yerləşən 10 hektar ərazini İlqara işlətmək üçün verilməsi məqsədilə sənədləşdirəcəyinə dair söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Quba rayonu, Qudyalçay çayının yatağında daş karxanasında işləyən zaman tanımışdır. Mahiri “Maarif” kimi tanımışdır. Onun Quba rayonu, Timiryazev bələdiyyəsində sədr müavini işləməsini bilmişdir. Bunu Mahir özü ona demişdir. 2012-ci ildə təsadüfən söhbət zamanı Mahir ona Zizik kəndində 0,09 ha yaxşı torpaq sahəsinin olmasını bildirmiş və həmin torpaq sahəsini ona satmağı təklif etmişdir. O da həmin torpağı Mahirdən almağa razılaşmışdır. Sənədləşmə qızı Günelin adına aparılmışdır. Bələdiyyə ilə Günel arasında alqı-satqı müqaviləsi bağlanılmış, daha sonra isə Günelin adına çıxarış almışlar. Sonradan işləri ilə əlaqədar Naxçıvan şəhərinə getmişdir. Günel isə Bakı şəhərində ailəsi ilə birlikdə yaşamışdır. Mahir bu hadisədən bir neçə il sonra ona zəng edərək Günelə satdığı torpaq sahəsinin almaq istəyən şəxsin olmasını demişdir. O, həmin torpaq sahəsini qızı Günelə almasını, ona görə də, Günellə danışıb xəbər edəcəyini demişdir. Günellə danışmış, Günel torpağı satmaq istəmədiyini demişdir. O da Mahirə zəng edərək Günelin razı olmamasını, torpağı satmayacağını, həmin torpaqla bağlı danışıqları dayandırmasını demişdir. Bundan sonra, Mahiri heç bir yerdə görməmiş və Mahirlə aralarında torpağa görə danışıq olmamışdır. 2021-ci ildə Mahirin həmin torpaq sahəsində ev tikərək kiməsə verməsini eşitmişdir. Bunu Günel ona demişdir. O Mahirə və ya başqasına həmin torpaq sahəsindən istifadə etməsi, pulunu sonra verməsi barədə nəsə deməmişdir. Torpaq qızı Günelindir və onun həmin torpağa münasibətdə kiməsə söz vermək ixtiyarı yoxdur. O, Mahirə torpaqla bağlı heç kimlə danışmaması və torpaqla bağlı iş görməməsi barədə xəbərdarlıq etmişdir. Mahirin orada özbaşına ev tikməsi qanunsuz olmuşdur, Mahir torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, günəmuzd olaraq fəhləlik edir. Təqsirləndirilən şəxs tanıyır. O, həmkəndlisidir. Həmçinin, Quba rayonu, Timiryazev bələdiyyəsinin sədr müavini işləmişdir. Mahirlə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs ona Quba rayonu, Zizik kəndi ərazisində 0,09 ha torpaq sahəsində fəhlə kimi işləməyi təklif etmişdir. O isə 20 gün Alekseyevka kənd sakini Nəbi ilə birlikdə həmin torpaq sahəsində işləmişlər. Ona zəhmət haqqını Mahir vermişdir. O, həmin torpaq sahəsinə gələndə orada 50-60 ədəd mişar daşı, təqribən yarım maşın qum və 1 maşın çay daşı olmuşdur. Orada əlavə tikinti avadanlığı olmamışdır. İşlədiyi müddətdə bütün tikinti avadanlıqlarının pulunu Mahir onlara vermişdir, onlar da tikinti avadanlıqlarını alaraq orada iki otaqlı, birmərtəbəli tikili inşa etmişlər. Tikintinin əvvəlindən sonuna kimi yalnız o və usta Nəbi birlikdə işləmişdir. Tikilini qurtardıqdan sonra orada Qonaqkənd qəsəbə sakini Məmməd yaşamağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da analoji ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 39, mənzil 12-də yaşayır. 2016-cı ildən Quba rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğuldur, fermer təsərrüfatı vardır. Həmçinin, Qudyalçayın sahilində icarə əsasında daş karxanası işlədir. Quba rayonuna gəldiyi ilk günlərdə Quba rayonu, Timiryazev bələdiyyəsinin sədr müavini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs “Maarif” kimi tanımışdır. Mahir ilə münasibəti normal olmuşdur.. Aralarında yaranan münasibətə görə dəfələrlə evində qonaq da olmuşdur. Təqsirləndirilən şəxs da tez-tez onun iş yerinə gəlmiş və birlikdə çörək yemişlər. Beləliklə, aralarında bir-birinə qarşı inam yaranmış və münasibətləri möhkəmlənmişdir. 2017-ci ildə Təqsirləndirilən şəxs ona Qudyalçayın çay yatağında 10 hektar boş torpaq sahəsi olduğunu deyərək həmin yeri almasını, həmin yerdə daş karxanası üçün xammal istehsal edə biləcəyini və yaxşı pul qazanacağını demişdir. Həmin vaxt onun bir nəfər tanışı Quba rayonunda daş karxanası işlətmişdir. Buna görə də, o, həmin yeri almaq barədə fikirləşmişdir. 2018-ci ilin sentyabr ayında qəti qərara gəlmiş, sentyabr ayının 15-də Təqsirləndirilən şəxsla görüşüb Quba rayonu, Zizik kənd sakini Şahid9 və Vəl-vələ kənd sakini Şahid10 iştirakları ilə ilkin olaraq Təqsirləndirilən şəxs 20000 manat pul vəsaiti vermiş, bununla bağlı akt tərtib etmiş və pulu verərkən video çəkiliş də etmişdir. 20000 manat pulu Təqsirləndirilən şəxs Quba rayonunda “Qudyalçay” daş karxanasının ərazisində olan inzibati otaqda vermişdir. Həmin vaxt yanında işçiləri Quba rayonu, Zizik kənd sakini Şahid9 və Vəl-vələ kənd sakini Şahid10 olmuşdur. Onlar Təqsirləndirilən şəxs 20000 manat pul verməyini görmüşlər. Həmçinin, Mahirin ona həmin pulun müqabilində verdiyi sözlərin də şahidi olmuşlar. Təqsirləndirilən şəxs ondan pulu alarkən həmin pulu Quba rayon icra hakimiyyətinin vəzifəli şəxslərinə verəcəyini və bu məsələni bu yolla həll edəcəyini demişdir. Mahir əvvəlcə ona bütün işlərin tam yekunlaşması üçün 70000 manat lazım olacağını demiş və ilkin olaraq 20000 manat beh kimi almışdır. Mahir sonradan ərazinin ölçülməsi və xəritəsinin çəkiləcəyini bildirərək əlavə olaraq 1000 manat da pul istəmişdir. O da Mahirə inanaraq həmin pulu vermək qərarına gəlmiş və bu məqsədlə Quba rayonu, Qaraçay kəndində “tərəzi” adlanan yerdə oturan işçisi - mühasib Şahid11 zəng edərək Mahirin ora gələcəyini və ona 1000 manat pul verməsini demişdir. Nurlan da onun tapşırığı əsasında Mahirə 1000 manat pul vermişdir. Bundan sonra, dəfələrlə telefon vasitəsilə ilə Mahirlə danışıqları olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə ona pulu Quba rayon icra hakimiyyətinə çatdırdığını, sənədləşmə işlərinin getdiyini bildirsə də, sonradan onunla birlikdə Quba rayon icra hakimiyyətində işləyən Ruslan adlı şəxsin yanına getmişlər. Həmin vaxt Ruslan Mahirin yanında ona heçnə bildirməsə də, sonradan ona mobil telefon vasitəsi ilə zəng edərək Mahirin yalançı adam olduğunu, çox adamları aldadaraq pullarını aldığını bildirmişdir. Bundan sonra, Mahirdən pulunu geri istəsə də, Mahir hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verəcəyini bildirmişdir. Mahir pulu qaytarmadığına görə məcbur olub Quba rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və Şahid11 da analoji ifadələr verərək Şahid8 Şahid10 dediklərini bir daha təsdiq etmişlər. İş üzrə təyin edilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə-xətşünaslıq ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 4/1385-10/5033 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 20000 manat pulun alınmasına dair aktda “2. 20000 (İyirmi min Azn aldı) Təqsirləndirilən şəxs yazıları qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Quba rayonu, Zizik kəndində yerləşən ********** nömrəli çıxarış və 27.08.2013-cü il tarixli, AA 000391 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının baxış zamanı təqdim olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü və həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunur. İş materiallarında olan DƏDRX-nin ******* Seriya RX, ********** qeydiyyat №-li çıxarışın kserosurətindən görünür ki, X3 adına Quba rayonu, Zizik kəndi ərazisində 0,08 ha xüsusi mülkiyyətdə həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan 202353 AZ İ №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında olan nikah ləğv edilmiş və nikah ləğv olunandan sonra X4 Zeynalova soyadı verilmişdir. İş materiallarında olan 15 sentyabr 2019-cu il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Şahid9 və Şahid10 iştirakı ilə Şahid8 20000 manat məbləğində pul vəsaiti almış və həmin pulu almasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Quba rayonu, Timiryazev bələdiyyəsinin 01 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2010-2019-cu illərdə Timiryazev bələdiyyəsinin üzvü olmuş və bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 188.2, 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 188.2, 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhum etmə cəzasına məhkum edilərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum olunmuşdur. İş materiallarında olan Quba rayon icra və probasiya şöbəsinin 12.04.2021-ci il tarixli, 70677/20/05 №-li məktubundan görünür ki, Quba rayon məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə dövlət və yerli üzünü idarə etmə orqanlarına rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum olunmuş Təqsirləndirilən şəxs əsas və əlavə cəzanı 09 aprel 2022-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 1104 №-li arayışından və 1105 №-li xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Zizik kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə daxil olmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan tam şəkildə ödənildiyi üçün onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Şahid8 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməklə onlarla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ağır cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cinayətlərin məcmuyu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 15.09.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə həbs etmənin əvvəli 13.09.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 07 ay müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14.11.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Göstərinlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 162 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 32,4 312.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlğın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.09.2021-ci il tarixdən 13.04.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə olduğu və ev dustaqlığında olduğu 7 (yeddi) ay müddət nəzərə alınmalı və azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il, 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Zizik kəndində - yaşadığı evi axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində hökm qanuni quvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 162 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar