Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-130/2022 23.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi Şahmirzə oğlunun iştirakları ilə, xx.xx.1997-ci il Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təsqirli bilinərək 04 il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, Quba rayonu, Vəlvələ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 14 mart 2022-ci il tarixdə saat 01radələrində Salahova Nərgiz Güləddin qızına məxsus Quba rayonu, Vəlvələ kəndində yerləşən“Ruzimarket” adlı mağazanın qarşısına gələrək qapının kilidini sındırmaqla mağazaya qanunsuz daxil olub oradan 700 manat nağd pul, hər biri 2,6 manat olmaqla 7,8 manat dəyərində 03 ədəd “Rothmans” markalı, hər biri 2,6 manat olmaqla 15,6 manat dəyərində 06 ədəd “Palmalİ" markalı siqaret, hər biri 3 manat dəyərində 05 ədəd Azercell danışıq kartı, hər biri 1 manat dəyərində 10 ədəd Azercell danışıq kartı, hər biri 2 manat dəyərində 20 ədəd Azercell danışıq kartı, hər biri 2 manat dəyərində 20 ədəd Nar danışıq kartı olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 1228 (min iki yüz iyirmi səkkiz) manat 40 (qırx) qəpik dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında içkili vəziyyətdə kafedən çıxıb yol kənarı ilə gedən zaman yolun kənarında yerləşən “Ruzi” marketdən oğurluq etmək qərarına gəlmişdir. Mağazanın qapısının üzərində dəmir qıfıl olduğunu üçün həmin qıfılı sındırıb mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra siqaret olan rəfə yaxınlaşmış və oradan 03 ədəd Rothmans və 06 ədəd Palmall siqaretlərini götürmüşdür. Daha sonra isə siqaretləri götürdüyü rəfin qarşısında danışıq kartları və 130 manat pul, içərisində 50 qəpiklər olan şüşə və kauçuk bankaları götürüb mağazadan uzaqlaşmışdır. Mağazadan çıxanda səs çıxmasın deyə qapının kilidini də özü ilə götürüb daha sonra yol kənarında atmışdır. Oğurladığı pulu, siqaretləri və danışıq kartlarını götürüb həmin gün Bakı şəhərinə getmiş və orada şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, cinayət əməlini törədərkən içkili olmuş və özünü idarə etmək iqtidarında olmamışdır. Dəymiş ziyanı ödəyəcəkdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşiman olduğunu bildirdi və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Vəlvələ kəndində yaşadıqları evin qarşısında "Ruzi Market" adlı mağaza sənədlərə əsasən ona məxsusdur. O, digər ailə üzvləri ilə birlikdə həmin mağazaya nəzarət edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində əri Vüsal mağazanı bağlayıb evə gəlmişdir. Həmin gün axşam saatlarında qaynanası Lətifə və o, evdə şirniyyat bişirdiklərindən xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində qaynanası Lətifə mağazaya düşüb şirniyyat bişirmək üçün bitki yağı götürüb evə qalxmışdır. Saat 01:30 radələrində qaynatası Məclum küçəyə siqaret çəkməyə çıxmışdır. Bir qədər keçdikdən sonra qaynatası Məclum evə qalxıb qaynanası Lətifədən mağazanın qapısını bağlayıb-bağlamadığını soruşmuşdur. Qaynanası Lətifə isə mağazadan bitki yağını götürdükdən sonra qapını bağladığını bildirmişdir. Sonra isə qaynatası, Vüsalı da yuxudan oyadıb mağazanın qapısını açıq qoyub-qoymadığını soruşmuşdur. Vüsal da cavabında qapının bağlı olduğunu demişdir. Bundan sonra əri Vüsal, qaynatası Məclum və qaynanası Lətifə mağazaya baxmağa getmişlər. Mağazaya baxdıqdan sonra mağazadan nağd pul, danışıq kartları və siqaretlərin oğurlandığı məlum olmuşdur. Qaynatası Məclum oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonradan onlara məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxs həmkəndliləri Təqsirləndirilən şəxsdur. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri dəfələrlə ona məxsus mağazadan nisyə mal almış və aldığları malın pulunu qaytarmamışlar. Təqsirləndirilən şəxs oğurluq nəticəsində vurmuş olduğu ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Vəlvələ kəndində yaşadıqları evin qarşısında “Ruzi Market” adlı mağaza sənəd üzərində arvadı Zərərçəkmiş şəxs məxsusdur. Arvadı Nərgizlə birlikdə o da həmin mağazaya nəzarət edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, anası və arvadı ilə birlikdə mağazanı bağlayıb evə qalxmışdır. Sonra da dostları ilə çayxanada çay içməyə getmişdir. Həmin gün saat 01 radələrində evə qayıtmış və otağına gedib yatmışdır. Bir qədər sonra atası Məclum onu çağırmış və mağazanın qapısını açıq qoyub-qoymadığını soruşmuşdur. O da cavabında qapının bağlı olduğunu demişdir. Bundan sonra mağazaya baxmağa gedəndə qapının üzərində kilidin olmadığını görmüş və oğurluq olmasından şübhələnmişdir. Mağazaya baxış keçirən zaman məlum olmuşdur ki, mağazadan 02 ədəd bankada olan 50 qəpikliklərdən ibarət pul, nəğd 400 manat pul, 03 ədəd Rothmans markalı, 06 ədəd Palmall markalı siqaret, 10 ədəd bir manatlıq, 20 ədəd iki manatlıq, 03 ədəd beş manatlıq Azercell danışıq kartı, 20 ədəd isə iki manatlıq Nar danışıq kartı oğurlanmışdır. Bundan sonra isə atası Məclum baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan isə onlara məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxs həmkəndliləri Təqsirləndirilən şəxsdur. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, mağazanın həm dəmir və plastik qapısında kilid olmuş, hadisə olan zaman hər iki qapının kilidi aşılmışdır. Adətən mağazada olan pulları özləri ilə götrsələr də, həmin gün pullar mağazada qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Vəlvələ kəndində yaşadığı evin qarşısında “Ruzi Maket” adlı mağazası vardır. Mağazaya oğlu Vüsal və gəlini Nərgiz nəzarət edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində oğlu Vüsal mağazanı bağlayıb evə gəlmişdir. Həmin gün axşam saatlarında arvadı Lətifə və gəlini Nərgiz evdə şirniyyat bişirdiklərindən xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində arvadı Lətifə mağazaya düşüb oradan bitki yağı götürüb evə qalxmışdır. Bir qədər keçdikdən sonra saat 01:30 radələrində küçəyə çıxıb siqaret çəkən zaman mağazanın qapısının açıq olduğunu görmüşdür. Evə qalxıb arvadı Lətifədən mağazanın qapısını bağlayıb-bağlamadığını soruşmuş, sonuncu mağazadan bitki yağım götürdükdən sonra qapını bağladığını bildirmişdir. Sonra isə oğlu Vüsalı da yuxudan oyadıb mağazanın qapısını açıq qoyub-qoymadığını soruşmuşdur. Vüsal da cavabında qapının bağlı olduğunu demişdir. Onlar mağazaya baxmağa getmiş, qapının üzərində kilidin olmadığını görmüş və oğurluq olmasından şübhələnmişlər. Mağazadakı əşyaları yoxlayan zaman məlum olmuşdur ki, mağazadan 02 ədəd şüşə bankalarda olan 50 qəpikliklərdən ibarət pul, nəğd 400 manat pul, 03 ədəd Rothmans markalı, 06 ədəd Palmall markalı siqaret, 10 ədəd bir manatlıq, 20 ədəd iki manatlıq, 03 ədəd beş manatlıq Azercell danışıq kartı, 20 ədəd isə iki manatlıq Nar danışıq kartı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və digər şahidlər Şahid2 Şahid1 ifadəsi ilə analoji ifadə vermişlər. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid4nn ifadəsi məhkəmə iclasında elan olunan zaman məlum oldu ki, Təqsirləndirilən şəxs onun oğludur. Həmzə Şahid1 mağazasından oğurluq etməmişdən təxminən on gün əvvəl o, həmin mağazaya çörək almağa getmişdir. Məclumun arvadı Şahid3 onların həmin mağazaya borclarının olduğunu bildirirərək ona borca çörək verməmişdir. O, Lətifəyə işsiz olduğunu, evdə uşaqlarının ac olduğunu, çörəyə ehtiyyaclarının olduğunu desə də Lətifə yenə də çörək verməkdən imtina etmişdir. O da bundan sonra Lətifəyə bir söz deməyib yaşadığı evə qayıtmışdır. Evə gəldikdən sonra Həmzəyə Lətifənin borca çörək vermədiyini demişdir. Həmzə isə Lətifənin başqa şəxslərə nisyə ərzaq verdiyini, onlara hansı səbəbə vermədiyini, mərhum atasının həmin mağazanın tikintisində işlədiyini, Məcluma çox köməklik etdiyini, Lətifənin isə bunu heçə saydığını demişdir. Bu hadisədən 10 gün keçdikdən sonra Məclumun mağazasından oğurluq olduğunu eşitmişdir Sonradan isə polis əməkdaşları Həmzəni saxladıqdan sonra Həmzə onunla telefon əlaqəsi saxlayaraq Məclumun mağazasından oğurluq etdiyini demişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə Quba rayonu, Vələvələ kəndində ərazisində yerləşən “Ruzi Market” adlı mağazadan baş vermişdir (iş vər.: 6-12). Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs təkrarən oğurluq cinayəti törətməklə zərərçəkmiş şəxsə maddi ziyan vurması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 23, 34); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 53, 54); “təqsirlənirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi, həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir (iş vər.: 65-68); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılmışdır (iş vər.: 113); “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir (iş vər.: 115); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 125, 126); “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir (iş vər.: 135, 136, 138); Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Tairov X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 177.2.3 və 177.2.1, 177.2 2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (iş vər.: 85); Siyəzən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(059)-08/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 177.2.3 və 177.2.1, 177.2 2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (iş vər.: 103-108); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(003)-617/2020 saylı qərarından görünür ki, Tairov X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(059)- 08/2017 saylı hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 01 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vər.: 110-112); Quba RİHB-nın Vəlvələ İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Vəlvələ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və anası Şahid4, qardaşları X3, X4 və X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur (iş vər.: 88-90); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs ifadəsində 130 manat məbləğində nağd pul oğurladığını bildirməsi sonuncunun özünü müdafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirilməklə rədd edilmişdir (iş vər.: 117-122). Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkumluğu (Siyəzən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(059)-08/2017 saylı hökmü) hazırki ittiham üzrə cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Belə ki, onun məhlumluğunun 2 illik müddətinin axımı cəzadan vaxtından əvvəl şərti azad edildiyi xx.xx.2020-ci il tarixdən başlamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 14 mart 2022-ci il tarixdə törədərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, peşiman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırki hökmlə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Həbsetmə ilə bağlı hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-130/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-130/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver