Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-130/2023 21.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, subay, Sumqayıt şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4cü maddələrilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2022-ci ilin dekabr ayının əvvəllərində Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı fərdi evə daxil olmaq üçün ev sahibi tərəfindən həmin evin həyətyanı sahəsinin bölünərək oğluna yeni tikdirdiyi evin həyətinə boş olan giriş qapısı yerinə yığılmış mişar daşlarının üstündən aşıb keçərək, oradan həmin evlərin həyətləri arasındakı balaca qapını açıb Zərərçəkmiş şəxs1 həyətinə keçmiş, özündə olan buraç vasitəsilə Zərərçəkmiş şəxs1 məxsus evin plastik materiallı pəncərəsinin kilidini açdıqdan sonra yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı dolabdan asılmış kostyumun sağ cibində olan 1 ədəd 1020 manat dəyərində Rusiya istehsallı, 585 əyyarlı, 12 qramlıq qızıl üzüyü və sol yan cibində olan 1 ədəd 10 manat dəyərində gümüşü rəngli, 15-16 sm uzunluqda, metal materialdan hazırlanmış qatlanan cib bıçağını götürüb zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1030 (min otuz) manat məbləğində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, yenidən tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 11 yanvar 2023-cü il tarixdə, saat 06:00 radələrində Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə mişar daşından hörülmüş hasarı aşaraq keçmiş, evin plastik materiall pəncərəsinin üzərində olan dəmir barmaqlıqdan ibarət qoruyucunun bir tərəfini dartmaqla qıraraq əyib içəri daxil olacaq məsafəyə kimi araladıqdan sonra pəncərənin şüşəsini yerdən götürdüyü daşla vuraraq sındırmış və sınmış pəncərə şüşəsi yerindən əlini salaraq pəncərənin kilidini açıb içəri - yaşayış sahəsinə qanunsuz daxil olaraq mətbəx otağında olan masanın üzərindən 1 ədəd 80 manat dəyərində 2017-ci ildə alınmış, “Samsung J3” markalı mobil telefon (üzərində adapter və qulaqcıq ilə birlikdə), 1 ədəd 150 manat dəyərində 2019cu ildə alınmış, üzərində aid olduğu adaptr və qulaqcıq ilə birlikdə olan “Xiaomi Redmi MİA3” markalı mobil telefon (üzərində adapter və qulaqcıq ilə birlikdə), 1 ədəd 3 manat dəyərində 2022-ci ildə alımış, bir tərəfi USB, digər tərəfi telefon çıxışı olan OTG kabel, yataq otağında olan dolabdan 1 ədəd 15 manat dəyərində 2012-ci ildə alınmış, uzunluğu 40 sm olan suvenir xəncər, həmin otaqda olan digər dolabdan 1 ədəd 15 manat dəyərində 50 ml həcmində “She” markalı qadın ətri (yeni vəziyyətdə) və 1 ədəd 130 manat dəyərində 100 ml həcmində, ağ rəngli, “Trussardi” markalı qadın ətri (yeni vəziyyətdə) götürüb həyətə çıxmış, həyətdə yerləşən evə bitişik yardımçı tikilinin kildlənməyən plastik materiallı qapısını açaraq içəri daxil olub oradan 6 kq çəkidə bir kiloqramı 6 manat olmaqla 36 manat dəyərində ağ gilas mürəbbəsi, 3 kq çəkidə bir kiloqramı 6 manat olmaqla 18 manat dəyərində əncir mürəbbəsi, 3 kq çəkidə bir kiloqramı 7 manat olmaqla 21 manat dəyərində pomidor, yaşıl bibər və soğandan hazırlanmış acika, 3 kq çəkidə bir kiloqramı 2 manat olmaqla 6 manat dəyərində pomidor şorabası, 3 kq çəkidə bir kiloqramı 2 manat olmaqla 6 manat dəyərində xiyar şorabası, 3 litr həcmində bir litri 1,50 manat olmaqla 4,50 manat dəyərində şaftalı kampotu və 3 litr həcmində bir litri 1,50 manat olmaqla 4,50 manat dəyərində qarağat kampotunu götürüb zərərçəkmiş şəxsə məxsus ümumilikdə 489 (dörd yüz səksən doqquz) manat məbləğində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, yenidən tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 02 fevral 2023-cü il tarixdə, 01 radələrində Quba rayonu, Xucbala kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə mişar daşından hörülmüş hasarı aşaraq keçmiş, özündə olan buraç vasitəsilə evin plastik materiallı pəncərəsinin kilidini açdıqdan sonra içəri - yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağında olan 1 ədəd 400 (dörd yüz) manat dəyərində “Samsung” markalı UE43N5500A/UE43N5510A model, 5-ci seriya, 43 düym televizoru götürüb zərərçəkmiş şəxsə məxsus ümumilikdə həmin məbləğdə əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, yenidən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 16 mart 2023-cü il tarixdə, saat 21 radələrində Quba rayonu, Alekseyevka kəndində yerləşən Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsus fərdi yaşayış evinin həyətinə evin arxa tərəfində yerləşən hasara alınmamış açıq yerdən keçmiş, özündə olan buraç vasitəsilə evin plastik materiallı pəncərəsinin kilidini açdıqdan sonra içəri - yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədəd 100 manat dəyərində 10 il əvvəl alınmış, “Led Lenser” markalı əl fənəri, 3 ədəd hər biri 45 manat olmaqla 135 manat dəyərində 1 litr həcmində “Gentleman Jack” markalı viski, 3 ədəd hər biri 60 manat olmaqla 180 manat dəyərində 1 litrlik “Jack Daniels” markalı viski, 40 ədəd hər biri 5 manat olmaqla 200 manat dəyərində 2005-ci ildə alınmış, Almaniya istehsallı, pambıq materiallı 1x2 ölçüdə hamam dəsmalı (işlənməmiş vəziyyətdə olmuşdur), 6 ədəd hər biri 150 manat olmaqla 900 manat dəyərində 2018-ci ildə alınmış, Almaniya istehsallı, 6x2 metr ölçüdə, parça materiallı masa örtüyü (yeni vəziyyətdə olmuşdur), 2 ədəd hər biri 40 manat olmaqla 80 manat dəyərində 2018-ci ildə alınmış, Almaniya istehsallı, 6x2 metr ölçüdə, parça materiallı masa örtüyü (işlənmiş vəziyyətdə olmuşdur), 2 ədəd hər biri 650 manat olmaqla 1300 manat dəyərində 2018-ci ildə alınmış, İtaliya istehsallı, 60 ölçüdə, pambıq materiallı kişi kostyumu (yeni vəziyyətdə dumuşdur), 3 ədəd hər biri 250 manat olmaqla 750 manat dəyərində 2019-cu ildə alınmış, İtaliya istehsallı, dəri materiallı, 44 ölçüdə kişi ayaqqabısı (yeni vəziyyətdə olmuşdur), 40 ədəd hər biri 15 manat olmaqla 600 manat dəyərində 2017-ci ildə alınmış, İtaliya istehsallı, “Falke” markalı, pambıq materiallı kişi corabı (yeni vəziyyətdə olmuşdur), 1 dəst 250 manat dəyərində 2018-ci ildə alınmış, Almaniya istehsallı, içərisində 3 ədəd balaca, orta və böyük ölçülü bıçaq, 1 ədəd qayçı, 1 ədəd ətdoğrayan və 1 ədəd onları itiləyəndən ibarət olmaqla bıçaq dəsti (yeni vəziyyətdə olmuşdur), 1 ədəd 350 manat dəyərində 2021-ci ildə alınmış, İtaliya istehsallı, 58 ölçülü, cins materiallı, göy rəngli kişi şalvarı (yeni vəziyyətdə olmuşdur), 10 ədəd hər biri 14 manat olmaqla 140 manat dəyərində, yarım litr həcmində, Ukrayna istehsallı “Nemiroff’ markalı araq və 8 ədəd hər biri 20 manat olmaqla 160 manat dəyərində 2022-ci ildə alınmış, Türkiyə istehsallı, “Elite Toucher” markalı, 58 ölçülü, pambıq materiallı kişi maykasını (yeni vəziyyətdə olmuşdur) götürüb zərərçəkmiş şəxsə məxsus ümumilikdə 5145 (beş min yüz qırx beş) manat məbləğində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəllərində, səhər saatlarında yaşadığı Sumqayıt şəhərindən çıxaraq yol maşını ilə Quba rayonuna gəlmişdir. Pulu olmadığından gün ərzində Quba şəhəri ərazisində gəzərək oğurluq etmək üçün münasib bir ev və ya market üçün baxmağa başlamışdır. Lakin münasib yer tapmadığından böyük kəndlərdən birinə gedərək oradan oğurluq etmək qərarına gəlmişdir. Axşam saatlarında marşurutla Quba rayonu, 2-ci Nügədi kəndinə gedərək evlərdən birinin işığının yanmadığını və sakitçilik olduğunu görüb birmərtəbəli mişar daşı ilə hasara alınmış evin arxa tərəfdən qarşısında yeni tikilən başqa bir evin qarşısına mişar daşları yığılmış qapı yerindən aşaraq qonşu həyətə keçmişdir. Yeni tikilmiş bu evin həyəti ilə həmin bir mərtəbəli evin həyəti arasında olan balaca qapını açıb oğurluq etməyi planlaşdırdığı bir mərtəbəli evin həyətinə keçmişdir. Evin içərisinə daxil olmaq üçün pəncərənin plasmas çərçivəli toru çıxarmış və həmin yerə özü ilə gətirdiyi buraçla pəncərəni açmışdır. Evdəki otaqları gəzərək dəyərli əşya axtarmağa başlamışdır. Qarşısına çıxan sandıqda münasib heç bir şey tapmamış, digər otaqdakı dolabı axtararkən içərisindən asılmış kostyumun yan ciblərinin birindən qızıl üzük, digərindən isə cib bıçağı aşkar edərək götürmüşdür. Sonra evdə bir neçə yerə baxsa da, münasib bir şey tapmadığından evə daxil olduğu yerdən həyətə çıxmış və həyətin darvaza qapısını içəridən açaraq küçəyə çıxmışdır. Sonra Bakı şəhəri istiqamətinə gedən tanımadığı yol maşınına minib yaşadığı Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində yerləşən əşya bazarının qarşısında tanımadığı şəxsə həmin üzüyü 200 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bıçağı isə zibillik əraziyə tullamışdır. Bundan sonra 11 yanvar 2023-cü il tarixdə yenidən Quba rayonuna gəlib saat 22 radələrində Timiryazev qəsəbəsində tanımadığı bir evin qarşısından keçərkən evin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlib mişar daşı ilə hörülmüş hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Həyətdə bir qədər gözlədikdən sonra, gecə saat təqribən 02 radələrində evin pəncərəsinin üzərində qoruyucu kimi olan dəmir barmaqlığın bir tərəfini əlləri ilə dartmaqla qıraraq əyib içəri daxil olacaq məsafəyə kimi aralamış və sonra pəncərənin şüşəsini yerdən götürdüyü daşla vuraraq sındırmışdır. Sınmış pəncərə şüşəsi yerindən əlini içəri salaraq pəncərəninin kilidini açıb içəri, yəni mətbəx otağına daxil olmuşdur. Mətbəx otağında yerləşən masanın üzərində olan bir ədəd “Samsung” markalı və bir ədəd “Redmi” markalı mobil telefonu götürmüşdür. Digər otaqdan telefon aksesuarlarını və qulaqcığı, 2 ədəd qadın ətrini, bir ədəd suvenir xəncəri götürüb həyətə çıxmışdır. Gedəsi yeri olmadığı üçün həyətdəki tikilinin kildlənməyən plastik materiallı qapısını açaraq içəri daxil olmuşdur. Saat 06 radələrinə həmin tikilidən 1 balon əncir mürəbbəsi, 1 balon ağ gilas mürəbbəsi, 2 balon qara gilas və 2 balon albalı mürəbbəsi götürərək oradan tapdığı çantalara yığdıqdan sonra, darvaza qapısını içəridən açıb küçəyə çıxmışdır. Piyada marşurut dayanacağına gedərək 1 nömrəli avtobusa əyləşib Quba bazarına gəlmişdir. Oğurladığı mürəbbələri bazarın qarşısında 55-60 yaşlarında olan tanımadığı bir qadına hər birinin balonunu 4 mantdan olmaqla 24 manata satmışdır. Sonra Sumqayıt şəhərinə və növbəti gün Bakı şəhərinə gedərək metronun “20 yanvar stansiyası yaxınlığında tanımadığı şəxsə “Samsung” markalı telefonu 30 manata və “Redmi” markalı telefonu isə 20 manata olmaqla ikisini birlikdə 50 manata satmışdır. Həmin evdən oğurladığı digər əşyalarıda həmin uerdə tanımadığı şəxslərə satmışdır. Bundan sonra, 01 fevral 2023-cü il tarixdə axşam saatlarında o, yenidən oğurluq etmək məqsədi ilə Quba şəhərinəı gəlmişdir. 02 fevral 2023-cü il tarixdə gecə saat 01 radələrində Quba rayonu, Xucbala kəndi ərazisində piyada gəzərkən evlərdən bitrində işıq yanmadığı üçün yaşayış olmadığını bilib, evin mişar daşından olan hasarını aşıb həyətə daxil olaraq evin 2-ci mərtəbəsinə qalxan pilləkənə yaxın plastik pəncərəsinin kilidini üstündə gəzdirdiyi buraç vasitəsilə aralayaraq açmışdır. Əl-barmaq izləri düşməməsi üçün özündə olan fəhlə əlcəyindən istifadə etmişdir. Açdığı pəncərədən evə daxil olaraq ikinci mərtəbədə olan otaqları axtarmış və qiymətli əşya aşkar edə etməmişdir. Sonda evin qonaq otağına daxil olmuşdur. Həmin otağın giriş qapısından sol tərəfdəki küncdə olan şkafın üzərindəki “Samsung” markalı plazma televizoru ehtiyatla pəncərədən çölə çıxarmış və hasarı aşaraq həmin yerdən uzaqlaşmışdır. Həmin gecə tanımadığı yol maşını ilə Xaçmaz şəhərinə gedib bazarda həmin televizoru tanımadığı şəxsə 100 manata satmışdır. Televizoru satdıqdan sonra, yol maşını ilə yaşadığı Sumqayıt şəhərinə getmişdir. Bundan sonra o, yenidən oğurluq etmək məqsədi ilə 16 mart 2023-cü il tarixdə Quba .əhərinə gəlmişdir. Həmin gün saat 21 radələrində Quba rayonu Alekseyevka kəndi ərazisində piyada gəzəzərkən iki mərtəbəli evin işığının yanmadığını görüb evin həyətinin arxa tərəfində açıq yerdən həyətə daxil olmuşdur. Evin qarşı tərəfində olan pəncərəni üstündə gəzdirdiyi buraçla açaraq içəri daxil olaraq evin birinci mərtəbədə sol tərəfdəki yataq otağında olan şkafdan bir neçə ədəd böyük və kiçik ölçülü əl və bədən dəsmalını, şkafda karton karobkada olan xeyli sayda viski, konyak və araq şüşələrini, bir neçə ədəd süfrəni, 01 ədəd, qara rəngli əl fənərini, bir neçə dəst kişi corabını, iki dəst kişi ayaqqabısını, bir ədəd şalvarı, bir neçə ədəd maykanı, bıçaq dəstini, bir ədəd qayçını, bir ədəd ət çəkən maşını götürüb, götürdüyü əşyaları şkafda olan 02 ədəd böyük sellofan torbaya yığaraq həyətdə olan mətbəxə aparmışdır. O, qalacaq yeri olmadığından gecəni həmin evin həyətində olan mətbəxdə oturaraq keçirmişdir. 17 mart 2023-cü il tarixdə, saat 06 radələrində həmin evdən çıxıb piyada Quba-Xaçmaz yoluna gələrək tanımadığı maşına minib Zaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhər bazarında evdən götürdüyü əşyaları tanımadığı şəxslərə satdıqdan sonra, yaşadığı Sumqayıt şəhərinə qayıtmaq üçün Xaçmaz şəhərində “kruq” adlanan yerə gəlmişdir. Həmin yerdə satılmamış qalan 03 ədəd spirtli içkini tanımadığı taksi sürücüsünə 30 manata satmdıqdan sonra yol maşınına minib yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Prucbəy oğlu törətdiyi əməldən peçiman olduğunu bildirib məhkəmədən ona yüngül cəza yəyin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Quba rayonü, 2-ci Nügədi kəndi, 7-ci məhəllədə yerləşən evinin darvaza qapısı yerinə mişar daşları yığımışdır. 11 dekabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evə gəlmiş və həyət qapısının aralı olduğunu, lakin kilidinin üstündə olduğunu, evin qaraj hissəsindən olan pəncərənin plasmas çərçivəli torunun yerdə olduğunu, pəncərənin müəyyən bir alətdən istifadə edilməklə açıldığını görüb evindən oğurluq olduğunu yəqin etmişdir. Evinə baxarkən əşyaların dağılmasını və sandığın kilidinin qırıldığını görsə də, sandığın içərisindəki qızılların, həmçinin evdəki əşyaların yerində olduğunu görmüşdür. Dolabdan asdığı kostyumun cibinə baxarkən özünə məxsus qızıl üzük və cib bıçağı həmin yerdə olmadığını görmüşdür. Başa düşmüşdür ki, naməlum şəxs həmin əşyaları oğurlamışdır. Oğurlanmış qızıl üzük sarı rəngli rus qızılıdır, çəkisi 12 qram olmaqla üzəri döyülmüş aypara şəklindədir, 700 manat dəyərində olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 oğurlanmış əşyalarını tələb etdiyi bildirərək təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 12 yanvar 2023-cü il tarixdə, saat 12:30 radələrində Quba rayonu, Timiryazev qəsəbəsində olan evinə gedib içəri daxil olarkən həyətdə qarın üzərində naməlum ayaq izləri və giriş qapısının üzərində ehtiyat açarları görmüşdür. Həyətə nəzər salarkən mətbəx otağının pəncərə şüşəsinin sındırıldığını, pəncərənin üzərində olan dəmir barmaqlığın bir tərəfinin qırılaraq əyildiyini görüb evindən oğurluq olduğunu müəyyən etmişdir. Bundan sonra o, DİN-nin "102" xidmətinə zəng edərək məlumat vermişdir. Məlumat verdikdən sonra Quba rayon polis şöbəsinin əməkdaşları onun evinə gələrək onunla birlikdə evə baxış keçirmişlər. Baxış zamanı evin yataq otağındakı paltar dolabında olan ona məxsus paltarların dağınıq olmasını müəyyən olunmuşdur. Bundan başaq mətbəx otağına baxış keçirilərkən masanın üzərində ailələrinə məxsus olan 2017-ci ildə 200 manata aldıqları “Samsung J3” markalı və 2019-cu ildə 599 manata aldıqları “Redmi MİA3” markalı mobil telefonların oğurlandığını aşkar edilmişdir. Baxış başa çatand bu barədə protokol tərtib edilmiş və o da imzalamışdır. Bir neçə gün sonra evdəki əşyalara yenidən nəzər salarkən 2 ədəd telefonla yanaşı, dəhlizdə olan balaca dolabdan həmin telefonları alarkən üzərilərində gəlmiş onlara aid olan aksesuarları, yəni hər birinə məxsus adapter və qulaqcıq, 2022ci ilin dekabr ayında 8 manata aldıqları bir tərəfi USB, digər tərəfi telefon çıxışı olan QTG kabel, yataq otağında olan dolabda saxladıqları 2012-ci ildə 50 manata alınmış müxtəlif işləmələrdən ibarət, sarı rəngli bəzəkləri olan, uzunluğu təxminən 40 sm olan suvenir xəncərin, həmin otaqda olan digər dolabdan 1 ədəd 13 manat dəyərində, 50 ml, bənövşəyi rəngli “She” markalı qadın ətri, 1 ədəd 135 manat dəyərində 100 ml həcmində ağ rəngli “Trussardi” markalı qadın ətrinin oğurlandığını aşkar etmişdir. Sonra həyətdə yerləşən evə bitişik yardımçı tikilidən 2 balon, hər biri 3 kq çəkidə və 50 manat dəyərində ağ gilas mürəbbəsi, 1 balon 3 kq çəkidə və 35 manat dəyərində əncir mürəbbəsi, 1 balon 3 litr həcmində və 5 manat dəyərində şaftalı kampotu, 1 balon 3 litr həcmində və 10 manat dəyərində qarağat kampotu, 1 balon 3 kq çəkidə və 15 manat dəyərində pomidor, yaşıl bibər və soğandan hazırlanmış acika, 1 balon 3 kq çəkidə və 5 manat dəyərində pomidor şorabası, 1 balon 3 kq çəkidə və 7 manat dəyərində xiyar şorabası oğurlandığını da aşkar etmişdir. İkinci dəfə yazdığı ərizə və izahatında mobil telefonlarla yanaşı, oğurlanmasını bir neçə gün sonra aşkar etdiyi əmlakları da göstərmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 oğurluq nəticəsində ona vurulmuş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Quba rayonu, Xucbala kəndində ona məxsus iki mərtəbəli fərdi yaşayış evi vardır və evin küçəyə baxan qarşı tərəfi mişar daşı, digər hissələri isə dəmir torla hasara alınmışdır. Evə nəzarət etməyi qonşuluqda olan qardaşı oğlu X1 tapşırmışdır. 03 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Xəyal ona zəng edərək evin ikinci mərtəbənin pəncərəsinin açıq olduğunu dedikdə, oğurluq olduğunu başa düşərək DİN-nin “102” xidmətinə zəng edib oğurluq olması barədə məlumat vermişdir. Sonra, Quba rayon polis şöbəsinin əməkdaşları onun iştirakı ilə evə baxış keçirmişlər. Baxış zamanı evin birinci və ikinci mərtəbəsinin plastik pəncərələrinin zədələnmədən açıldığını, aşkar edilmişdir. Evin ikinci mərtəbədən 01 ədəd 2022-ci ildə 1000 manata alınmış “Samsung” markalı televizorun oğurlandığı aşkar edilmişdir. Evdən televizordan başqa heç nə oğurlanmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. İş üzrə məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Teymur oğlu ifadəsində bildirmişdir ki, Quba rayonu, Alekseyevka kəndində özünə məxsus iki mərtəbəli fərdi yaşayış evi vardır və evin küçəyə baxan tərəfi mişar daşı ilə hasara alınsa da, arxa tərəfi açıq vəziyyətdə olmuşdur. 22 mart 2023-cü il tarixdə, səhər saatlarında əmisi oğlu Vaqif ona zəng edərək evin birinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu bildirmişdir. O, pəncərənin açılmasından xəbəri olmadığı üçün evindən oğurluq olmasını başa düşərək evə gəlmişdir. Evə gəldikdən sonra , evin birinci mərtəbəsinin açıq olan pəncərəsinin kilid yerinin qırılmış vəziyyətdə olduğunu, hər iki mərtəbəsinin dağınıq olduğunu aşkar etdikdə, evindən oğurluq olması barədə Quba rayon polis şöbəsinə ərizə yazmışdır. Bundan sonra polis şəməkdaşları onun iştirakı ilə evə baxış keçirmişlər. Baxış zamanı evindən 01 ədəd 10 il əvvəl 1000 avroya alınmış “Led Lenser” markalı əl fənərinin 03 ədəd 1 litr həcmində “Gentleman Jack” markalı viskinin, 03 ədəd 1 litr həcmində 03 ədəd Jack Daniels markalı viskinin, 2005-ci ildə hər biri 280 dollara alınmış Almaniya istehsallı, pambıq materiallı 1x2 ölçüdə 40 ədəd hamam dəsmalının (işlənməmiş vəziyyətdə olmuşdur), 2018-ci ildə hər biri 600 manata alınmış Almaniya istehsallı 6x2 metr ölçüdə parça materiallı 08 ədəd masa örtüyünün ( ikisi işlənmiş, altısı işlənməmiş vəziyyətdə olmuşdur), 2018-ci ildə hər biri 1500 manata alınmış İtaliya istehsallı 60 ölçüdə pambıq materiallı 02 ədəd kişi kostyumunun (yeni vəziyyətdə olumuşdur), 2019-cu ildə hər biri 450 manata alınmış İtaliya istehsallı dəri materiallı, 44 ölçüdə 03 ədəd kişi ayaqqabısının (yeni vəziyyətdə olmuşdur), 2017-ci ildə hər biri 30 avroya alınmış İtaliya istehsallı Falke markalı pambıq materiallı 40 ədəd kişi corabının (yeni vəziyyətdə olmuşdur), 2018-ci ildə 600 dollara alınmış Almaniya istehsallı içərisində 03 ədəd balaca orta və böyük ölçülü bıçaq dəstinin, 01 ədəd qayçının, 01 ədəd ətdoğrayan maşının və 01 ədəd onları itiliyən bıçaq dəstinin(yeni vəziyyətdə olmuşdur), 01 ədəd 2021-ci ildə 800 manata alınmış, İtaliya istehsallı, 58 ölçülü, cins materiallı göy rəngli kişi şalvarının (yeni vəziyyətdə olmuşdur), 10 ədəd hər biri 14 manat dəyərində, 0,5 litr həcmində Ukrayna istehsallı Nemiroff markalı araq şüşələrinin, 08 ədəd 2022-ci ildə hər biri 44 manata alınmış Türkiyə istehsallı. Elite Toucher markalı, 58 ölçülü, pambıq materiallı kişi maykasının (yeni vəziyyətdə olmuşdur) oğurlanması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 Teymur oğlu ərizə ilə müraciət edərək 16 mart 2023-cü il tarixdə, Quba rayonu, Alekseyevka kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən oğurlanmış 2 ədəd yeni vəziyyətdə olan hər biri 650 manat olmaqla 1300 manat dəyərində kişi kostyumlarını Bakı şəhərində yerləşən evindən aşkar etdiyini bildirmişdir. İfadəsinin sonnda Zərərçəkmiş şəxs4 Teymur oğlu evindən oğurluq edilməsi zamanı ona vurulmuş ziyanı tələb etdiyini bildirərək təqsirləndiruilən şəxsə ağər cəza təyin edilməsinin məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə daktoloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətindəki yardımçı tikilidə olan bankaların üzərində olan əl izləri müqayisəli tədqiqat üzrə Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə aparılmış müqayisəli tədqiqatı nəticəsində hadisə yerindən götürülmüş yararlı əl izlərindən 02 ədədi Təqsirləndirilən şəxs Ourbəy oğlunun sol əlinin böyük (02 dəfə) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-881/23 nömrəli müşayiət məktubu ilə daxil olmuş içərisində əl izləri olan möhürlənmiş 1 (bir) ədəd zərf, 2 (iki) ədəd daktiloskopik xəritə və eyniləşdirməyə dair 1 (bir) vərəq çıxarış maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılır. İş üzrə təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünsalıq ekspetizasının 02 may 2023-cü il tarixli, 9/3189 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus oğurlanmış əmlakın, yəni kitabçası təqdim edilmiş 01 ədəd “Samsung” markalı UE43N5500A/UE43N5510A model, 5-ci seriya, 43 düym televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 400,0 manat müəyyən edilir. İş üzrə təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünsalıq ekspetizasının 12 may 2023-cü il tarixli, 9/3387 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış əmlakın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 489,0 manat müəyyən olunur; 1. 1 ədəd 80 manat dəyərində 2017-ci ildə alınmış, “Samsung J3” markalı mobil telefon (üzərində adapter və qulaqcıq ilə birlikdə) 2. 1 ədəd 150 manat dəyərində 2019-cu ildə alınmış, üzərində aid olduğu adaptr və qulaqcıq ilə birlikdə olan “Xiaomi Redmi MiA3” markalı mobil telefon (üzərində adapter və qulaqcıq ilə birlikdə) 3. 1 ədəd 3 manat dəyərində 2022-ci ildə alımış, bir tərəfi USB, digər tərəfi telefon çıxışı olan OTG kabel 4. 1 ədəd 15 manat dəyərində 2012-ci ildə alınmış, uzunluğu 40 sm olan suvenir xəncər 5. 1 ədəd 15 manat dəyərində 50 ml həcmində “She” markalı qadın ətri (yeni vəziyyətdə) 6. 1 ədəd 130 manat dəyərində 100 ml həcmində, ağ rəngli, “Trussardi” markalı qadın ətri (yeni vəziyyətdə) 7. 6 kq çəkidə bir kiloqramı 6 manat olmaqla 36 manat dəyərində ağ gilas mürəbbəsi, 8. 3 kq çəkidə bir kiloqramı 6 manat olmaqla 18 manat dəyərində əncir mürəbbəsi, 9. 3 kq çəkidə bir kiloqramı 7 manat olmaqla 21 manat dəyərində pomidor, yaşıl bibər və soğandan hazırlanmış acika, 10. 3 kq çəkidə bir kiloqramı 2 manat olmaqla 6 manat dəyərində pomidor şorabası, 11. 3 kq çəkidə bir kiloqramı 2 manat olmaqla 6 manat dəyərində xiyar şorabası, 12. 3 litr həcmində bir litri 1,50 mahat olmaqla 4,50 manat dəyərində şaftalı kampotu 13. 3 litr həcmində bir litri 1,50 manat olmaqla 4,50 manat dəyərində qarağat kampotunun İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünsalıq ekspetizasının 23 may 2023-cü il tarixli, 9/3238 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış əmlakın, yəni 1 ədəd 1020 manat dəyərində Rusiya istehsalı olan, 585 əyyar, 12 qramlıq qızıl üzük və 1 ədəd gümüşü rəngli, 15-16 sm uzunluqda olan, metal materialdan hazırlanmış qatlanan cib bıçağının 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1030,0 manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünsalıq ekspetizasının 20 iyun 2023-cü il tarixli, 9/4683 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsus oğurlanmış əmlakın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin fevral-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5145,00 manat müəyyən edilir: 1. 1 ədəd 100 manat dəyərində 10 il əvvəl alınmış, “Led Lenser” markalı əl fənəri 2.3 ədəd hər biri 45 manat olmaqla 135 manat dəyərində 1 litr həcmində Gentleman Jack markalı viski 3. 3 ədəd hər biri 60 manat olmaqla 180 manat dəyərində 1 litrlik Jack Daniels markalı viski 4. 40 ədəd hər biri 5 manat olmaqla 200 manat dəyərində 2005-ci ildə alınmış, Almaniya istehsallı, pambıq materiallı 1x2 ölçüdə hamam dəsmalı (işlənməmiş vəziyyətdə olmuşdur) 5. 6 ədəd hər biri 150 manat olmaqla 900 manat dəyərində 2018-ci ildə alınmış, Almaniya istehsallı, 6x2 metr ölçüdə, parça materiallı masa örtüyü (yeni vəziyyətdə olmuşdur) 6. 2 ədəd hər biri 40 manat olmaqla 80 manat dəyərində 2018-ci ildə alınmış, Almaniya istehsallı, 6x2 metr ölçüdə, parça materiallı masa örtüyü (işlənmiş vəziyyətdə olmuşdur) 7. 2 ədəd hər biri 650 manat olmaqla 1300 manat dəyərində 2018-ci ildə alınmış, İtaliya istehsallı, 60 ölçüdə, pambıq materiallı kişi kostyum (yeni vəziyyətdə olumuşdur) 8.3 ədəd hər biri 250 manat olmaqla 750 manat dəyərində 2019-cu ildə alınmış, İtaliya istehsallı, dəri materiallı, 44 ölçüdə kişi ayaqqabısı (yeni vəziyyətdə olmuşdur) 9. 40 ədəd hər biri 15 manat olmaqla 600 manat dəyərində 2017-ci ildə alınmış, İtaliya istehsallı, “Falke” markalı, pambıq materiallı kişi corabı (yeni vəziyyətdə olmuşdur) 10. 1 dəst 250 manat dəyərində 2018-ci ildə alınmış, Almaniya istehsallı, içərisində 3 ədəd balaca, orta və böyük ölçülü bıçaq, 1 ədəd qayçı, 1 ədəd ətdoğrayan və 1 ədəd onları itiləyəndən ibarət olmaqla bıçaq dəsti (yeni vəziyyətdə olmuşdur). 11.1 ədəd 350 manat dəyərində 2021-ci ildə alınmış, İtaliya istehsallı, 58 ölçülü, cins materiallı, göy rəngli kişi şalvarı (yeni vəziyyətdə olmuşdur) 12.10 ədəd hər biri 14 manat olmaqla 140 manat dəyərində, yarım litr həcmində, Ukrayna istehsallı “Nemiroff’ markalı araq 13. 8 ədəd hər biri 20 manat olmaqla 160 manat dəyərində 2022-ci ildə alınmış, Türkiyə istehsallı, “Elite Toucher” markalı, 58 ölçülü, pambıq materiallı kişi maykasının (yeni vəziyyətdə olmuşdur) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən özgə əmlaklarını gizli talayaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə tövsifi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 Teymur oğlunun evindən ümumilikdə xeyli miqdar təşkil edən 5145 (beş min yüz qırx beş) manat məbləğində əmlakı gizli olaraq talamaqla təkrar etdiyi üçün CM-nin 177.2.4-cü maddəsi ilə ittaham elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1, 177.2.3-2, 177.2.4, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2.Bu Məcəllənin 177-182-ci, 185-187ci və 189-1-ci maddələrində xeyli miqdar dedikdə beş yüz manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə əlli min manatdan yuxarı lakin beş yüz min manatdan artıq olmayan məbləğ, xüsusilə külli miqdar dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 Teymur oğluna məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evindən 2 ədəd yeni vəziyyətdə olan hər biri 650 manat olmaqla 1300 manat dəyərində kişi kostyumlarını çıxmaq şərti ilə 3845 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi müəyyən edilmişdir. Beləliklə də, 5145 manat məbləğində ittiham üzrə vurulmuş ziyanın miqdarının 3845 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CM-nin 177.2.4-cü maddəsi xaric olunmaqla məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-daktoloskopik ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsvTəqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.3.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 20.04 2017-ci il tarixli qərarı ilə onun əməli CM-nin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilərək cəzası 6 il endirilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 20.04 2017-ci il tarixli qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs 4 il 6 ay müddətinə azdlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəlinin 17 aprel 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 200 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 iş saatına görə 48 manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİNnin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-881/23 nömrəli müşayiət məktubu ilə daxil olmuş içərisində əl izləri olan möhürlənmiş 1 (bir) ədəd zərf, 2 (iki) ədəd daktiloskopik xəritə və eyniləşdirməyə dair 1 (bir) vərəq çıxarış iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-881/23 nömrəli müşayiət məktubu ilə daxil olmuş içərisində əl izləri olan möhürlənmiş 1 (bir) ədəd zərf, 2 (iki) ədəd daktiloskopik xəritə və eyniləşdirməyə dair 1 (bir) vərəq çıxarış cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat olmaqla, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-130/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-130/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver