Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-130/2024 13.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Quba rayonu Girdah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Quba rayonu, Zərdabi qəsəbəsi, “Şıxamirov adına orta məktəb”də xadimə işləyən, məhkum olunmamış, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2023-cü ilin oktyabr ayının sonlarında Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********28-05101- 093001 reyestr nömrəli, ********** qediyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla ona məxsus mənzilə bitişik Quba rayonu, Zərdabi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yaşayış sahəsinin genişləndirilməsi məqsədilə mişar daşları ilə hörüb özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, orta məktəbdə texniki işçi işləyir, əri Maksim 2009-cu ildə vəfat etmişdir, iki azyaşlı övladı və anası Şamama ilə birlikdə yaşayır. 14 iyun 2019-cu ildə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzili almışdır. Həmin mənzil iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşmiş, ümumi sahəsi 40,9 kvadratmetrdir. Yaşadığı mənzilə dair çıxarış mövcuddur. Yaşadığı mənzil darısqal olduğundan, evə bitişik olan köhnə balkonu sökərək orada yenidən tikinti işləri aparıb evi bir qədər böyütmək qərarına gəlmişdir. Həmçinin qeyd olunan eyvanın yerləşdiyi hissə taxtadan olmaqla köhnəldiyindən, həmin yerdən evə payız-qış aylarında soyuq hava daxil olduğundan, evin isidilməsində çətinlik yaşamışdır. 2023-cü ilin oktyabr ayının sonlarında tikinti işlərinə başlamış, mənzilinin yerləşdiyi hissədən təxminən 1,5 metr məsafədə irəli çıxmaqla hasarlatmışdır. Tikinti işləri aparılan zaman Quba rayon icra hakimiyyətindən Şahin və Murad adlı işçilər, həmçinin Zərdabi qəsəbə bələdiyyəsinin sədri Şahid1, icra nümayəndəsi Elxan müəllim və polis sahə rəisi Şahid4 gələrək tikinti işləri ilə maraqlanmışlar. O da, evinin darısqal olmasını, həmin hissədən evə soyuq gəlməsini bildirib tikinti işləri apardığını qeyd etmişdir. Şahin müəllim ona tikinti işlərini dayandırmağı və icra hakimiyyətinə gəlməyi təklif etmişdir. Bundan sonra o, tikintini dayandırıb bir neçə dəfə Şahin müəllimlə görüşmək üçün icra hakimiyyətinə getmiş, lakin hər dəfə Şahinin ya rayon ərazisində reyddə, ya da tədbirdə olduğunu bildirmişlər. Belə olan halda o da yaşadığı mənzilin içi açıq olduğundan və həmin hissədən soyuq gəldiyindən tikinti işlərini tamamlamışdır. Tikinti işləri aparılan hissədə torpağa dair mülkiyyət, istifadə və ya icarəyə dair hüququ olmamış və tikinti işlərinin aparılması ilə əlaqədar hər hansı dövlət orqanından rəsmi icazə almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək məhkəmədən barəsində olan cinayət işi üzrə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Quba rayonu, Zərdabi bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2024-cü ilin fevral ayından Quba rayonu, Zərdabi bələdiyyəsinin sədri vəzifəsində işləyir. 26 oktyabr 2023-cü il tarixdə, Quba rayonu Zərdabi qəsəbəsində Quba rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri X6, həmin Şöbənin böyük məsləhətçisi Şahid3, Quba rayonu, Zərdabi bələdiyyəsinin sabiq sədri Şahid1, Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi Şahid2 və Quba RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 də iştirakı ilə keçirilən monitorninq zamanı həmin qəsəbə sakini Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı binada yaşayış sahəsinin genişləndirilməsi məqsədilə özbaşına tikinti və yenidənqurma işlərinin apardığı müəyyən edilmişdir. Tikinti işləri aparılan əraziyə baxış keçirilmiş, ərazinin fotoşəkilləri çəkilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilə bitişik 5 metrə yaxın uzunluqda eninə və 2.20 metr hündürlükdə mişar daşından hörülmüş yarımtikilinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tikinti işləri apardığı ərazinin onun mülkiyyətində olub-olmaması, həmçininin həmin ərazidə tikinti işləri aparması üçün rəsmi icazəsinin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs həmin tikinti işləri apardığı ərazinin onun mülkiyyətində olmadığını bildirmişdir. Buna görə də, həmin ərazidə aparılan tikinti işlərini dayandırması tələb olunmuşdur. Lakin Sehrinaz tikinti işlərini dayandırması barədə xəbərdar olunmasına baxmayaraq özbaşına tikintini davam etdirərək başa çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 30 sentyabr 2020-ci il tarixdən 02 fevral 2024-cü il tarixə kimi Quba rayon Zərdabi qəsəbəsi Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir və hazırda həmin bələdiyyənin üzvüdür. 2023-cü ilin oktyabr ayının sonlarında Zərdabi Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə həmin qəsəbənin sakini Təqsirləndirilən şəxs Zərdabi qəsəbəsi ərazisində yerləşən ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yaşadığı mənzilə bitişik ərazidə özbaşına tikinti işləri aparmışdır. Belə ki, 26 oktyabr 2023-cü il tarixdə, Quba rayonu Zərdabi qəsəbəsində Quba rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri X6, həmin Şöbənin böyük məsləhətçi Şahid3, Quba rayonu, Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi Şahid2 və Quba RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 də iştirakı ilə keçirilən monitorninq zamanı həmin qəsəbə sakini Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı binada yaşayış sahəsinin genişləndirilməsi məqsədilə özbaşına tikinti və yenidənqurma işlərinin apardığı müəyyən edilmişdir. Tikinti işləri aparılan əraziyə baxış keçirilmiş, ərazinin fotoşəkilləri çəkilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilə bitişik 5 metrə yaxın uzunluqda eninə və 2.20 metr hündürlükdə mişar daşından hörülmüş yarımtikilinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darısqal olduğunu, tikinti işləri aparılan ərazidə köhnə balkonun olması səbəbindən evə soyuq hava girməsini bildirmiş, buna görə də balkonu sökdürərək yaşadığı mənzili genişləndirmək məqsədilə tikinti işləri apardığını qeyd etmişdir. Bu zaman onlar Təqsirləndirilən şəxs tikinti işlərini dayandırmasını, həmin ərazidə tikinti işləri aparması üçün lazımi icazə aldıqdan sonra tikintiyə davam etməsini bildirmişlər. Bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərdabi bələdiyyəsinə gələrək onunla görüşmüş, tikinti apardığı yerə icazə verilməsini xahiş etmişdir. O da Sehrinaza həmin ərazinin ümumi istifadədə olan yer olmasını bildirərək həmin yerə sənəd verilməsinin mümkün olmadığını, tikinti işlərini aparmamasını bir daha nəzərinə çatdırmışdır. 09 noyabr 2023-cü il tarixdə Quba RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısının dəvətilə araşdırma zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs tikinti işləri apardığı yerə yenidən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tikinti işlərini dayandırması barədə ilkin edilmiş xəbərdarlığa məhəl qoymadan tikinti işlərini davam etdirdiyi və yekunladırdığı aşkar edilmişdir. Təqsirləndirilən şəxs tikinti işlərinin aparılmasına dair rəsmi icazəsinin olub-olmaması soruşulmuş, Sehrinaz heç bir rəsmi icazə olmadan həmin ərazidə tikinti işlərini apardığını bildirmiş, tikinti işləri apardığı ərazinin ona məxsus olmasına dair hər hansı rəsmi sənəd təqdim edə bilməmişdir. Sehrinazın həmin ərazidə tikinti işlərinin aparılmasından əvvəlcədən məlumatı olmamış, bu barədə ona müraciət daxil olmamışdır. Tikinti işləri aparılmazdan öncə həmin ərazi boş olmuş, heç bir tikinti olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayından Quba rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışır. Vəzifəsi Quba rayonu ərazisində tikinti aparılan ərazilərdə vətəndaşların müraciətinə baxmaq, ərazidə aparılan monitorninqlərdə iştirak edərək qanunsuz aparılan tikintilər barədə aidiyyəti orqanlara tikinti işlərinin dayandırılması ilə bağlı qərar və məktubların göndərilməsindən ibarətdir. 26 oktyabr 2023-cü il tarixdə, Quba rayonu Zərdabi qəsəbəsində Quba rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri X6, Quba rayonu, Zərdabi bələdiyyəsinin sədri Şahid1, Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi Şahid2 və Quba RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 də iştirakı ilə keçirilən monitorninq zamanı həmin qəsəbə sakini Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı binada yaşayış sahəsinin genişləndirilməsi məqsədilə özbaşına tikinti və yenidənqurma işlərinin apardığı müəyyən edilmişdir. Tikinti işləri aparılan əraziyə baxış keçirilmiş, ərazinin fotoşəkilləri çəkilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilə bitişik 5 metrə yaxın uzunluqda eninə və 2.20 metr hündürlükdə mişar daşından hörülmüş yarımtikilinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darısqal olduğunu, tikinti işləri aparılan ərazidə köhnə balkonun olması səbəbindən evə soyuq hava girməsini bildirmiş, buna görə də eyvanı sökdürərək yaşadığı mənzili genişləndirmək məqsədilə tikinti işləri apardığını qeyd etmişdir. Təqsirləndirilən şəxs tikinti işlərinin aparılmasına dair rəsmi icazəsinin olub-olmaması soruşulmuş, Sehrinaz rəsmi icazə olmadan həmin ərazidə tikinti işlərini apardığını bildirmiş və tikinti işləri apardığı ərazinin ona məxsus olmasına dair hər hansı rəsmi sənəd təqdim edə bilməmişdir. Tikinti işləri aparılan ərazinin kimin balansında olması barədə dəqiq məlumatı olmamış, lakin həmin ərazi ümumi istifadədə olan yer olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********28-05101-093001 reyestr nömrəli, ********** qediyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40,9 kvadratmetr mənzil Təqsirləndirilən şəxs məxsus xüsusi mülkiyyətdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Quba rayonu, Zərdabi bələdiyyəsindən daxil olmuş 16 noyabr 2023-cü il tarixli, 109 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs evinə bitişik, tikinti işləri apardığı ərazi onun mülkiyyətində deyildir. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyə əsasən baxış keçirilmiş məzil reyestr nömrəsi **********28-05101-093001 olan çıxarışla Təqsirləndirilən şəxs mülkiyyətindədir. Lakin Təqsirləndirilən şəxs tərəfindən mənzilə bitişik aparılmış tikinti yerləşən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) ümumi istifadədə olan və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini apararaq Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mütəxəssis rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli nömrəli 76 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il təvəllüdlü qızı X4 və 2013-cü il təvəllüdlü qızı X2 ibarət ailə tərkibi vardır. Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şahadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il təvəllüdlü qızı X4 və 2013-cü il təvəllüdlü qızı X3 adlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması və 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməklə səmim peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Qusar rayonu, Xaçmaz rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-130/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-130/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver